AzərbaycanRespublikasıadından Qərar Şirvanşəhəri İş№2-1(3-9)-205/2026 16.09.2026 ŞIRVANAPELLYASIYAMƏHKƏMƏSI ŞirvanApellyasiyaMəhkəməsininInzibatiKollegiyası hakimlər Hüseynov Fikrət Cilingir oğlu (sədrlik edən və məruzəçi), Quliyev Ceyhun ƏmiroğluvəX3ibarəttərkibdə, HüseynliBülbülDüldüloğlununkatibliyi, iddiaçınınnümayəndəsiX2iştirakıilə, Şirvan Inzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti əsasında iddiaçı İddiaçı cavabdeh “X1 Stansiyası” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı borcun ödənilməsinin təmin edilməsi məqsədi ilə siyahıya alınmış əmlakın satılması tələbinə dair inzibati işə açıqməhkəməiclasındabaxaraq, müəyyənetdi: Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iddia ərizəsi ilə Şirvan Inzibati Məhkəməsinə müraciət edərək, cavabdehin ##.##.2025-ci il tarixinə qeyd olunan borc məbləğindən dövlət büdcəsinə ödənilməmiş 56550.16 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 60000 manat məbləğində siyahıya alınmış əmlakınınsatılmasıbarədəqərarqəbuledilməsinixahişetmişdir. Şirvan Inzibati Məhkəməsinin (hakim A.Hüseynova) ## ###### 2026-cı il tarixli, *- *(***)-****/****nömrəliqərarıiləiddiatəminedilmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, vergi ödəyicisi olan cavabdeh öhdəliklərini yerinə yetirmədiyindən onun ümumilikdə dövlət büdcəsinə ödənilməmiş 56550.16 manat məbləğində borcu yaranmışdır. Vergi orqanı olan iddiaçı bildiriş(lər)lə yaranmış borcun 5 gün müddətində ödənilməsinin təmin edilməsini cavabdehdən tələb etmiş, cavabdeh həmin müddət ərzində borcun ödənilməsini təmin etməmişdir. Buna görə də iddiaçı mövcud tələblə məhkəməyə müraciət etməkdə haqlıdır. Vergi ödəyicisinin üzərinə qanunla müəyyən edilmiş vergiləri və digər ödənişləri ödəmək vəzifəsi qoyulduğundan və o, vergi və digər borcların ödənilməsini nəzərdə tutan şəraitin yarandığı andan vergi öhdəliklərinin yerinə yetirilməsi üçün cavabdeh olduğundan, iddia təmin edilərək, cavabdehin borcunun ödənilməsini təmin etmək məqsədi ilə ona məxsus olan siyahıya alınmış əmlakı ticarət şəbəkələrində satılmalıdır. Qərardancavabdehtərəfindənapellyasiyaşikayətiverilmişdir. Işinhalları Iddiаçı tələbini onunla əsaslandırmışdır ki, vergi ödəyicisi olan “X1 Stansiyası" Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə vergi öhdəliklərini yerinə yetirmədiyi üçün onun Dövlət büdcəsinə borcu yaranmışdır. Yaranmış borc məbləğinin 5 gün ərzində ödənilməsi məqsədi ilə ona bildiriş verilmişdir. Lakin cavabdehə borc məbləğinin ödənilməsi üçün bildiriş verilməsinə baxmayaraq yaranmış borc məbləği yenə də ödənilməmişdir. Ona gorə də Vergi Məcəlləsinin 89.1-ci maddəsinə əsasən, vergi öhdəliklərinin yerinə yetirilməsini təmin etmək üsulu kimi vergi orqanı vergi ödəyicisinin əmlakının siyahıya alınması barədə ##.##.2025-ci il tarixli qərar çıxarmışdır. Qərar əsasnda vergi ödəyicisinin ##.##.2025-ci il tarixə yaranan 56550.16 manat borcuna görə 60000 manat məbləğində əmlakı siyahıya alınmış və bu barədə ##.##.2025-ci il tarixli *********** saylı protokol tərtib edilmişdir. Protokolasiyahıyaalınmışəmlakınbirvərəqədənibarətsiyahısıəlavəedilmişdir. Apellyasiyaşikayətinindəlilləri Cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarının ləğv edilməməsini xahiş etmişdir. Şikayətin dəlili ondan ibarətdir ki, məhkəmə işə baxarkən ilk öncə “X1 Stansiyası” MMC-nin dövlət büdcəsinə ödənilməmiş 56550,16 manat məbləğində borcunun olub-olmadığını müəyyənləşdirmədən, həmin borcun mövcudluğunu təsdiq edən sübutlara istinad etmədən, yalnız iddiaçı tərəfin formal mülahizələrinə əsaslanaraq Cəmiyyətin 60000 manat məbləğində siyahıya alınmış əmlakı olan Imişli rayonunda 1 ədəd Rusiya istehsalı olan 1,5 Mq.vat Hidro Generatorunun satılması haqqında qanunsuz və əsassız qərar qəbul etmişdir. Digər tərəfdən, məhkəmənin satılmasını qərara aldığı Generator öz təyinatına görə Cəmiyyətin əsas istehsal fəaliyyətini həyata keçirən əsas texniki strateji qurğudur. Həmin qurğunun satılması bütövlükdə əsas fəaliyyəti elektrik enerjisi ötürməsindən ibarət olan “X1 Stansiyası” MMC-nin fəaliyyətinin tam iflic vəziyyətinə düşməsinə səbəb olacaqdır. Bu da nəticə baxımından həmin ərazidə yaşayan çoxsaylı abonentləri elektrik enerjisi təchizatından məhrum etmiş olacaqdır. Çox təəssüf ki, işə baxan birinci instansiya məhkəməsiqərarqəbuledərkənbumühümfaktikihalıdanəzərəalmamışdır. Iddiaçı apellyasiya şikayətinə etiraz təqdim edərək, apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Etirazda qeyd edilmişdir ki, cavabdeh apellyasiya şikayətində formal mülahizələrə əsaslanmış, həmin hallar birinci instansiya məhkəməsi tərəfindən ətraflı araşdırılmış,münasibətbildirilmişdir. Prosessualməsələlər Iddiaçının nümayəndəsi məhkəmə iclasında şikayətin dəlillərinə etiraz edərək, qərarındəyişdirilmədənsaxlanılmasınıxahişetdi. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq,nümayəndəsininiştirakınıtəminetməmişdir. Əsaslandırma Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraqhesabedirki,apellyasiyaşikayətiəsassızolduğundantəminedilməməlidir. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları(faktikihalları)danəzərəalır. AzərbaycanRespublikasıVergiMəcəlləsinin: -1.4-cü maddəsinə əsasən bu Məcəllənin vergitutmanın ümumi əsasları, vergilərin ödənilməsi qaydaları (ödənilməsi mənbələri istisna olmaqla), vergi ödəyicilərinin və dövlət vergi orqanlarının, habelə vergi münasibətlərinin digər iştirakçılarının vergitutma məsələləri ilə bağlı hüquq və vəzifələri, vergi nəzarətinin forma və metodları, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyət, dövlət vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydaları ilə bağlı müddəaları məcburi dövlət sosial sığorta haqqı, icbari tibbi sığorta haqqı və işsizlikdənsığortahaqqınamünasibətdədətətbiqolunur. -16.1.1. qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləriödəməkvergiödəyicisininvəzifələrindəndir. -24.1.1-ci və 24.1.12. vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə; vergi qanunvericiliyinə tam və dəqiq riayət etməyə; bu Məcəllə və Azərbaycan Respublikasının digər qanunvericilik aktları ilə vergi orqanlarının təyinatınauyğunolaraqmüəyyənedilmişdigərvəzifələrihəyatakeçirməyəborcludur. -77.3. vergi ödəyicisi vergi qanunvericiliyinin tələblərinə uyğun olaraq verginin ödənilməsini nəzərdə tutan şəraitin yarandığı andan vergi öhdəliklərinin yerinə yetirilməsi üçüncavabdehdir. -78.1. vergi öhdəliklərinin yerinə yetirilməsi ödənilməli olan vergilərin (o cümlədən cari vergi ödəmələrinin), hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının müəyyən edilmiş müddətlərdə və qaydada ödənilməsidir. Vergi ödəyicisinin hesablarında və ya kassasında vəsaitin, habelə onun əmlakının olub-olmamasından asılı olmayaraq vergiöhdəliklərininyerinəyetirilməsiməcburidir. -89.1. vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə yaranmış vergi borclarının, habelə həmin öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarınınödənilməsinitəminetməküsulukimionunəmlakısiyahıyaalınabilər. -89.2. əmlakın siyahıya alınması vergi ödəyicisinin öz əmlakı barəsində hüquqlarının elə məhdudlaşdırılmasıdır ki, bu zaman vergi ödəyicisi siyahıya alınmış əmlaka və ya onun bir hissəsinə sərəncam vermək hüququna malik olmur, həmin əmlaka sahiblikvəondanistifadəedilməsivergiorqanınınnəzarətiiləhəyatakeçirilir. -89.4. vergi ödəyicisi olan hüquqi şəxsin bütün əmlakı, vergi ödəyicisi olan fiziki şəxsin isə Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən tələb yönəldilə bilməyən əmlakındanbaşqadigərəmlakısiyahıyaalınabilər. -89.5. yalnız vergi öhdəliyinin yerinə yetirilməsi, həmin öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının, habelə əmlakın satışı üzrə xərclərin ödənilməsi üçün zəruri və kifayət olan,satışüçünyararlıvəözəmtəəxassəsiniitirməmişəmlaksiyahıyaalınır. -89.6. Əmlakın siyahıya alınması bu Məcəllənin 89.5-ci maddəsinin müddəaları nəzərəalınmaqlaaşağıdakıardıcıllıqlahəyatakeçirilir: nağdpulvəsaitləri; bilavasitə məhsulların (malların) istehsalında iştirak etməyən əmlak (qiymətli kağızlar, valyuta dəyərliləri, qeyri-istehsal binaları, minik avtonəqliyyatı,xidmətotaqlarınındizaynəşyalarıvəsair); hazır məhsullar (mallar), habelə istehsalda iştirak etməyən və (və ya) bilavasitə istehsaldaiştirakınəzərdətutulmayandigərmaddiqiymətlilər; istehsalda bilavasitə iştirakı nəzərdə tutulmuş xammal və materiallar, habelə dəzgahlar, avadanlıqlar, binalar, qurğular və digər əsas vəsaitlər; inventarizasiyaaparılmaqladigərəmlak. Məhkəməkollegiyasıiddiatələbininmahiyyətiiləbağlıaşağıdakılarıqeydedir. Işmateriallarınaəlavəedilmiş: -Vergi ödəyicisinin əmlakının siyahıya alınması haqqında ## #### 2026-cı il tarixli *********** nömrəli protokol və ona əlavənin surətindən müəyyən edilir ki, cavabdehə məxsus əmlak – Imişli rayonunda olan dəyəri 60000 manat məbləğində 1 ədəd Rusiya Istehsalı1.5MqvatHidroGeneratorsiyahıyaalınmışdır. -“X1 Stansiyası” MMC-nin ## ### 2026-cı il tarixli məktubu ilə məhkəmə kollegiyasına təqdim edilmiş ##.##.2025-ci il tarixli icarə müqaviləsinin surətindən görünür ki, ƏMDK-nin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin * saylı Ərazi Idarəsi tərəfindən ##.##.2017-ci il tarixdə “xxxx” MMC-yə verilmiş 907013002551-***** reyestr nömrəli, ********** qeydiyyat nömrəli, RX seriyalı, ******* nömrəli dövlət reyestrindən çıxarışa əsasən tam mülkiyyət üzrə 3213,9 kv.m əmlak “X1 Stansiyası” MMC (X4) tərəfindən“xxxx”MMC-yə(X5)icarəyəverilir. -Məhkəmə kollegiyasının müvafiq sorğusuna cavab olaraq, "X1 Stansiyası" Məhdud Məsuliyyətli Cəmiyyətinin ##.##.2026-cı il tarixli, ** nömrəli məktubunda bildirilmişdir ki, "X1 Stansiyası" Məhdud Məsuliyyətli Cəmiyyəti uzun müddət avadanlıqlarının yararsız halda olması səbəbindən fəaliyyətsiz qalmış, sonradan mülkiyyətində olan əmlaklarla birlikdə kənar şirkətə icarəyə verilmişdir. Həmin icarəçi şirkət tərəfindən müəssisəyə investisiya qoyularaq fəaliyyətinin bərpa edilməsi istiqamətində iş aparılır. Siyahıya alınmış əmlaklardan əlavə olaraq, "X1 Stansiyası" MMCnin mülkiyyətində işlək vəziyyətdə olmayan daha bir hidro generator vardır. Cəmiyyət icarədən əldə etdiyi icarə haqqı məbləği hesabına hər ay dövlətə vergi ödənişlərinin ödənilməsinitəminedir. -Dövlət Vergi Xidməti * saylı Ərazi Vergilər Idarəsinin ## #### 2026-cı il tarixli, *- **-*-**/*-*****/**** nömrəli məktubunda bildirilir ki, "X1 Stansiyası" Məhdud Məsuliyyətli Cəmiyyətində borc məbləğlərinə görə açılmış ##.##.2021-ci il tarixli *********** nömrəli və ##.##.2025-ci il tarixli *********** nömrəli əmlakın siyahıya alınması qərarları ilə bağlı siyahıya alınmış əmlaklar işlək vəziyyətdədir. Siyahıya alınmış əmlaklar 1958-ci il X8 Sverlovsk zavodunun istehsalı olan 2 ədəd 1.5 Megavat Generator olmuşdur. Fərqləndirici əlamətləri Hidrogenerator Sinxron 3 fazalı, Tipi BГС 325/39-40, Nominal gücü 2000 KVA( Klovat amper) 6300 Volt Kosinus - 0.8, dövürlər sayı 150 abarot dəqiqə, UQON 340 abarot dəqiqə, Rotor cərəyanı 295 Amperdir. Bundan əlavə, işlək vəziyyətdə olmayan daha bir “Hidro Generator” aşkar olunmuşdur ki, onun əmtəə dəyərinin olubolmamasıtərəfimizdənmüəyyənetməkmümkünolmamışdır. -Dövlət Vergi Xidməti * saylı Ərazi Vergilər Idarəsinin ## #### 2026-cı il tarixli, *- **-*-**/*-*****/**** nömrəli məktubunda bildirilir ki, "X1 Stansiyası" Məhdud Məsuliyyətli Cəmiyyətində yaranmış 99293,68 manat və 59365,83 manat cəmi 158660,0 manat borc məbləğlərinə görə açılmış ##.##.2021-ci il tarixli *********** nömrəli və ##.##.2025-ci il tarixli *********** nömrəli əmlakın siyahıya alınması qərarlarına əsasən 160000,0 manat dəyərində (ilkin qiymətləndirmə əsasında) əmlaklar siyahıya alınmışdır. Bundan əlavə bildirilir ki, digər Hidro Generator sökülmüş, işlək vəziyyətdə olmadığı və əmlakın siyahıya alınmasına yararlı olmadığı üçün siyahıya alınmamış və hər hansı bir qiymət qoyulmamışdır. Ilk növbədə qeyd edilməlidir ki, işin faktiki hallarından müəyyən edilir ki, cavabdehin istifadəsində 2 ədəd Hidro generator olmuş, onlardan biri sökülmüş, işlək vəziyyətdə olmadığı və əmlakın siyahıya alınmasına yararlı olmadığı üçün siyahıya alınmamış və hər hansı bir qiymət qoyulmamışdır. Bu hal, həmçinin məhkəmə kollegiyasının sorğularına cavab olaraq cavabdeh tərəfindən təqdim edilmiş məktubla da öztəsdiqinitapır. Məhkəmə kollegiyası siyahıya alınmış digər Hidro generator ilə bağlı qeyd edir ki, həmin Hidro generator bilavasitə məhsulun – elektrik enerjisinin istehsalında iştirak edən əsas texniki qurğu olsa da, onun Vergi Məcəlləsinin 89.6-cı maddəsində nəzərdə tutulan ardıcıllıqgözlənilməkləsiyahıyaalınmasıhəyatakeçiriləbilər. Tədqiq edilmiş sübutlardan da göründüyü kimi, cavabdehin siyahıya alınmış əmlakdan başqa digər əmtəə dəyəri olan əmlakı yoxdur və Hidro Generator Cəmiyyətin rəhbərininrazılığıiləsiyahıyaalınmaqla,onunözününsaxlancınaverilmişdir. Odur ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Şirvan InzibatiMəhkəməsininqərarıdəyişdirilmədənsaxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 81-82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qəraraaldı: Apellyasiyaşikayətitəminedilməsin. Şirvan Inzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarıdəyişdirilmədənsaxlanılsın. Qərardan tam formada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayətiveriləbilər.
Məhkəmə qərarları › İş №2-1(3-9)-205/2026
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-9)-205/2026
16.09.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver