Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 2-1(3-9)-209/2026 26.08.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının hakimləri Sadıqov Mirlətif Süleyman oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Fikrət Cilingir oğlu və Novruzova Aytən Nazim qızından ibarət tərkibdə, X1 oğlunun katibliyi, Cavabdehin nümayəndəsi X3 iştirakı ilə, Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial-Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə qarşı “qərarın ləğv edilməsi və əlillik dərəcəsinin bərpa edilməsi” tələbinə dair inzibati iş üzrə Şirvan Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə (bundan sonra mətndə - Agentlik) qarşı iddia ərizəsi ilə Şirvan Inzibati Məhkəməsinə müraciət edərək, əlilliyin bərpa edilməsi öhdəliyinin cavabdehə həvalə olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçı Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə IPM) 54-cü maddəsinə əsasən iddianın dəyişdirilməsi (iddianın dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən onun yəni İddiaçı barəsində “Tam reabilitasiya olunması” barədə ##.##.2024-cü il tarixli *******0002 saylı qərarının ləğv edilməsi İddiaçı “Hərbi xidmət dövrü” ilə əlaqədar səbəbilə ##.##.2011-ci il tarixdə müddətsiz təyin edilmiş birinci dərəcə əlilliyin dayandırıldığı tarixdən bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Şirvan Inzibati Məhkəməsinin (hakim Rəşidə Quliyeva) ##.##.2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə iddianın təmin edilməsi qərara alınmışdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdeh inzibati orqan iddiaçını əyani müayinəyə cəlb etmiş, formal müayinə aparmış və bunun nəticəsində qərar qəbul etmişdir. Beləliklə, iddiaçı barəsində təyin edilmiş əlilliyin ləğv edilməsinə dair öz təşəbbüsü ilə inzibati icraatın başlanılmasının konkret əsasları müəyyən edilməmişdir. Bu səbəbdən də mübahisələndirilən qərarın ən azından prosessual baxımından qanuniliyindən söhbət gedə bilməz. Prosessual baxımından qanunsuz inzibati aktın qanuniliyindən isə “Inzibati icraat haqqında” Qanunun 67.1-ci maddəsinin tələbi baxımından söhbət gedə bilməz. Məhkəmə hesab etmişdir ki, cavabdeh, iddiaçı barəsində tam reabilitasiya olunması ilə bağlı inzibati icraatın aparılması məqsədlərinə uyğun olmadan onun vəziyyətini ağırlaşdıran qərar qəbul etmiş, əlilliyin təyini barədə qərarda etimadın qorunmasına istinadı istisna edən halların olmamasını nəzərə almamışdır. Əlilliyin dayandırıldığı tarixdən bərpa edilməsi ilə bağlı isə məhkəmə bildirir ki, iddiaçıya təyin olunmuş əlillik onun barəsində “Tam reabilitasiya olunması” barədə qərar qəbul edilməklə dayandırıldığından, əllik məhz həmin tarixdən, bərpa olunmalıdır. Qərardan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən apellyasiya şikayəti verilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin ##.##.2026-cı il tarixli qərardadı ilə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi hüquqi varisi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyi Publik Hüquqi Şəxsi ilə əvəz edilmişdir. Işin halları: Iddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 2005-2007-ci illərdə hərbi xidmətdə olmuşdur. Hərbi xidmətdə olarkən onurğa sütununda olan xəsarətə görə Hospitala düşmüşdür. Uzun müddət müalicə olunsa da sağala bilməmişdir. Odur ki, hərbi həkim komissiyasının rəyi ilə hərbi xidmətə yararsız kimi evə buraxılmışdır. Uzun müddət müalicələr alsa da, əhəmiyyəti olmamışdır və 2007-ci ildən 1-ci qrup ömürlük əlil kimi qeydiyyata alınmışdır. Demək olar ki, yeriyə bilmir. ##.##.2024-cü il tarixdə cavabdeh inzibati orqan onu əyani müayinəyə çağırmışdır. Əyani müayinəyə qohumlarının köməkliyi ilə getmişdir. Orada onu müayinə etdikdən sonra bildirilmişdirlər ki, xəstəliyinin müalicəsi yoxdur, gedə bilər. ## #### 2024-cü ii tarixdə ona poçtla cavabdeh inzibati orqanın rəyi gəlmişdir ki, əlilliyin ləğv olunub, məhkəməyə şikayət edə bilər. Cavabdeh inzibati orqan Agentlik tərəfindən ##.##.2024-cü il tarixdə “Elektron məhkəmə” Informasiya Sistemi vasitəsilə təqdim olunmuş iddia tələbinə dair yazılı münasibətdə (etirazda) göstərilmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra - Agentlik) Aparatının Daxili nəzarət, audit, monitorinq və təhlil departamenti tərəfindən mütəmadi olaraq əlilliyi olan şəxslərin təhlili aparılır. Sözügedən təhlil zamanı risk qrupuna aid edilən müddətli əlilliyi olan şəxslərin vaxtından əvvəl əyani müayinəyə, müddətsiz əlilliyi olan şəxslərin təkrar əyani müayinəyə cəlb olunaraq əlilliklərinin yenidən qiymətləndirilməsi zərurəti yaranmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il ## ###### tarixli ** nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 3.7-ci bəndinə və “Inzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq həmin şəxslərin əyani müayinəyə cəlb olunması nəzərdə tutulmuşdur və müvafiq qaydada ünvanlarına dəvət məktubları göndərilmişdir, müayinəyə gəlməyəcəkləri təqdirdə əlillik vəziyyətlərinin onların iştirakı olmadan qiymətləndiriləcəyi barədə məlumat verilmişdir. Tərəflərindən vətəndaşa sifarişli-xəbərnaməli məktub göndərilmiş və vətəndaş tərəfindən qəbul edilmişdir. Biləsuvar rayon sakini ##.##.1987-ci il təvəllüdlü İddiaçı (FIN: *******) ##.##.2011-ci il tarixində Tibbi-Sosial Ekspertiza Komissiyası tərəfindən müayinə edilmiş və Hərbi xidmət dövrü ilə əlaqədar müddətsiz birinci dərəcə əlillik təyinatı barədə qərar qəbul edilmişdir (TSEK arayışının nömrəsi: 105437). Vətəndaş *-**-*/*-Q-****/**** nömrəli bildiriş əsasında əyani komissiyaya dəvət olunmuşdur. Əlillik təyinatlarının əsaslığının müxtəlif risk qrupları üzrə araşdırılması əsasında əlavə əyani müayinə aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən ##.##.2007-ci il tarixli *** nömrəli xəstəlik haqqında Şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə “L/y-Ly fəqərəarası diskin sol mediolateral yırtığı, sol Lş sinir kökcüyünün kompressiyasına görə aparılmış Lıv fəqərəsinin soltərəfli hissəvi hemilaminektomiyası (17.10.06), Lıv diskektomiya əməliyyatından sonrakı Lıv, Ly fəqərələrinin spondilit-diskisitlə fəsadlaşması nəticəsində onurğa sütununun bel şöbəsinin funksiyasının mühüm dərəcədə pozulması” diaqnozlu xəstəliyin səbəb əlaqəsi “Xəstəlikdir, Hərbi xidmət dövründə alınmışdır” kimi müəyyənləşdirilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı belindən aşağı ətraflarına doğru irradiasiya edən ağrılardan, keyimədən şikayətlənmişdir. Qardaşının 1ci Qarabağ müharibəsində şəhid olduğunu bildirmişdir. Hərbi xidmətdə olduğu zaman cərrahi əməliyyat keçirdiyini qeyd etmişdir. Baxış zamanı onurğanın bel şöbəsində boylama istiqamətdə ~3-4 sm ölçülü əməliyyat çapığı izlənilmişdir. Müayinə zamanı hərəkətləri tam həcmli, diz və axil refleksləri canlı və bərabər alınmış, əzələ gücü və tonusu normal olmuş, gözlə görünən əzələlərdə atrofiya, hipotrofiya, parez əlamətləri müşahidə edilməmişdir. Spero Hospitalın ##.##.2023-cü il tarixində Lumbosakral MRT müayinəsinin nəticəsi “L4 və L5” fəqərə cisimlərinin sinostozu-blok vertebra aşkar edilir. Həmçinin bu səviyyədə bilateral faset oynaqlarda ankiloz, solda paraspinal yumşaq toxumalarda postoperativ incə fibroz dəyişikliklər, L5 fəqərənin sol laminasında, sol yan çıxıntısında və arkusunda sümük strukturlarda “yağlanma" izlənmiş olub, keçirilmiş iltihabı prosesin qalıq əlamətləri lehinədir. Bəzi fəqərə cisimlərində millimetrik ölçülü hemanqiomalar mövcuddur. Osteoxondroz və mülayim spondilyoz əlamətləri qeyd edilir. L3-L4 diskdə sola meyilli posteriosentral ~3 m m protruziya dural kisəni minimal sıxır, lateral resesin başlanğıcı səviyyəsində sol L4 sinirinə təmas edir. Bu və L4-L5 nevral foramenlər səviyyəsində daralma izlənmir. L5-S1 diskində saq arxa parasentral -3-4 m m protruziya lateral reses səviyyəsində saq S1 sinirinə təmas edir. Bilateral L5-S1 nevral foramenlər minimal daralıb, lakin L5 sinir köklərinə kompressiya izlənmir kimi qeyd edilmişdir. Nəticədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2015-ci il tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş "Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ### 2022-ci il tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq Tam reabilitasiya olunması barədə qərar qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı ilə razı olmadığını bildirmiş və həmin qərarın ləğv edilərək iddianın təmin edilməməsini xahiş etmişdir. Prosessual məsələlər: Cavabdehin nümayəndəsi X3 izahatında bildirmişdir ki, apellyasiya şikayətini müdafiə edirlər. Odur ki, apellyasiya şikayətinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Iddiaçı məhkəmənin vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iclas zalında iştirak etməmişdir. Məhkəmə kollegiyası iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma: Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası iddia tələbinin mahiyyəti ilə bağlı aşağıdakıları qeyd edir. Iş materiallarında olan: *** №-li, ##.##.2007-ci il tarixli “Xəstəlik haqqında şəhadətnamə”nin surətindən müəyyən olunur ki, 1987-ci il təvəllüdlü İddiaçı N saylı Hərbi hissə komandirinin ##.##.2006-cı il tarixli ** saylı göndərişi ilə MN MHKH X6 hərbi həkim komissiyası tərəfindən şəhadətləndirilmişdir. Şəhadətnamənin 12-ci və 13-cü bəndlərində qeyd olunmuşdur ki, Lıv-Lv fəqərəarası diskin, sol mediclaterial yırtığı, sol L5 sinir kökücüyünün kompressiyasına görə aparılmış Lıv fəqərəsinin soltərəfli hissəvi hemilamin ektomiyası (17.10.06), Lıv diskektomiya əməliyyatından sonrakı Lıv, Lv fəqərələrinin spondillit-disketilə fəsadlaşması nəticəsində onurğa sütunu bel şöbəsinin funksiyasının mühüm dərəcədə pozulması. Xəstəliik hərbi xidmət dövründə alınmışdır (12-ci bənd). HHK-nın hərbi xidmətə, hərbi uçot ixtisası üzrə xidmətə və s. yararlılıq haqqında qərarı: “Xəstəliklər cədvəlinin 65a, 66b maddəsinin II qrafasına və ƏTC-nə (Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2000-ci il tarixli ** saylı qərarı ilətəsdiq edilmiş “hərbi həkim ekspertizası haqqında Əsasnaməyə” qoşma) əsasən hərbi uçotdan çıxarılmaqla hərbi xidmətə yararsızdır. İddiaçı aid aşağıdakı; - ##.##.2011-ci il tarixli, *******0001 akt №-li qiymətləndirmə nəticəsindən görünür ki, Əmək zəmanəti: Əmək qabiliyyətsizdir. Kənar şəxsin daimi köməyinə və qulluğuna ehtiyacı var. Xəstəliklərin Beynəlxalq təsnifatı XIX Sinif- Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => T00-T07-T00- T07...Diaqnozun mətni: L4 fəqərəsinin sol tərəfli hemilaminektomiya ə-dan sonrakı L4-L5 fəqərələrinin spondiliti. Onurğa sütununun bel şöbəsinin mülayim funksiya pozğunluğu. Meyar: 2.1 Birinci dərəcəli əlillik => Digər: L4 fəqərəsinin sol tərəfli hemilaminektomiya ədan sonrakı L4- L5 fəqərələrinin spondiliti. Onurğa sütununun bel şöbəsinin mülayim funksiya pozğunluğu (Hərbi xidmət dövrü ilə əlaqədar müddətsiz birinci dərəcə əlillik təyin edilmişdir). ünvan 1 ünvanında yaşayan X2 tərəfindən Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinə ünvanlanmış məktubda qeyd olunmuşdur ki, İddiaçı 1-ci qrup əlil kimi nə üçün pensiya aldığını özü də bilmir, 21-07 markalı şəxsi avtomobil idarə edir. Agentlik tərəfindən: İddiaçı ünvanlanmış bildirişdə qeyd olunmuşdur ki, Nazirlər Kabinetinin 2020-ci il ## ###### tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 3.7-ci bəndinə əsasən əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallada, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. “Inzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 21-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. O, ##.##.2024-cü il tarixində saat 10:00-da Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə əyani müayinəyə dəvət olunmuşdur. İddiaçı ünvanlanmış ##.##.2024-cü il tarixli *-**-*/*-Q-*****/**** saylı məktubda qeyd olunmuşdur ki, o, ##.##.2024-cü il tarixində Agentlikdə əyani müayinədə iştirak etmişdir. Ona hərbi xidmət dövrü ilə əlaqədar ##.##.2011-ci il tarixində təyin edilmiş müddətsiz birinci dərəcə əlilliyinin ləğvi barədə qərar qəbul edilmişdir. - ##.##.2024-cü il tarixli, *******0002 akt №-li Xəstəliklərin Beynəlxalq təsnifatı XIX Sinif- Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => T00-T07-T00- T07...Diaqnozun mətni: L4 fəqərəsinin sol tərəfli hemilaminektomiya ə-dan sonrakı L4-L5 fəqərələrinin spondiliti. Onurğa sütununun bel şöbəsinin mülayim funksiya pozğunluğu. Meyar: imtina edilir. Imtinanın səbəbi: tam reabilitasiya olunması barədə qərar qəbul edilmişdir. Agetliyin Tibbi-Sosial Eksperti Komissiyasının *-**-*/*-*-****/**** saylı ##.##.2024-cü il tarixli qərarında qeyd olunmuşdur ki, Biləsuvar rayon sakini ##.##.1987-ci il təvəllüdlü İddiaçı (FIN: *******) ##.##.2011-ci il tarixində Tibbi-Sosial Ekspertiza Komissiyası tərəfindən müayinə edilmiş və Hərbi xidmət dövrü ilə əlaqədar müddətsiz birinci dərəcə əlillik təyinatı barədə qərar qəbul edilmişdir (TSEK arayışının nömrəsi: 105437). Vətəndaş *-**-*/*-Q-J****/**** nömrəli bildiriş əsasında əyani komissiyaya dəvət olunmuşdur. Əlillik təyinatlarının əsaslığının müxtəlif risk qrupları üzrə araşdırılması əsasında əlavə əyani müayinə aparılaraq müəyyən olunmuşdur ki, İddiaçı Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən ##.##.2007-ci il tarixli *** nömrəli xəstəlik haqqında Şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə “Lıv-Lv fəqərəarası diskin sol mediolateral yırtığı, sol L5 sinir kökcüyünün kompressiyasına görə aparılmış Lıv fəqərəsinin soltərəfli hissəvi hemilaminektomiyası (17.10.06), Lıv diskektomiya əməliyyatından sonrakı Lıv, Lv fəqərələrinin spondilitdiskisitlə fəsadlaşması nəticəsində onurğa sütununun bel şöbəsinin funksiyasının mühüm dərəcədə pozulması” diaqnozdu xəstəliyin səbəb əlaqəsi “Xəstəlikdir, Hərbi xidmət dövründə alınmışdır” kimi müəyyənləşdirilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı belindən aşağı ətraflarına doğru irradiasiya edən ağrılardan, keyimədən şikayətlənmişdir. Qardaşının 1-ci Qarabağ müharibəsində şəhid olduğunu bildirmişdir. Hərbi xidmətdə olduğu zaman cərrahi əməliyyat keçirdiyini qeyd etmişdir. Baxış zamanı onurğanın bel şöbəsində boylama istiqamətdə ~3-4 sm ölçülü əməliyyat çapığı izlənilmişdir. Müayinə zamanı hərəkətləri tam həcmli, diz və axil refleksləri canlı və bərabər alınmış, əzələ gücü və tonusu normal olmuş, gözlə görünən əzələlərdə atrofiya, hipotrofiya, paıtez əlamətləri müşahidə edilməmişdir. Spero Hospitalın ##.##.2023-cü il tarixində Lumbosakral MRT müayinəsinin nəticəsi “L4 və L5” fəqərə cisimlərinin sinostozu - blok vertebra aşkar edilir. Həmçinin bu səviyyədəbilateral faset oynaqlarda ankiloz, solda paraspinal yumşaq toxumalarda postoperativ incə fibroz dəyişikliklər, L5 fəqərənin sol laminasında, sol yan çıxıntısında və arkusunda sümük strukturlarda “yağlanma” izlənmiş olub, keçirilmiş iltihabı prosesin qalıq əlamətləri lehinədir. Bəzi fəqərə cisimlərində millimetrik ölçülü hemanqiomalar mövcuddur. Osteoxondroz və mülayim spondilyoz əlamətləri qeyd edilir. L3-L4 diskdə sola meyilli posteriosentral ~3 mm protruziya dural kisəni minimal sıxır, lateral resesin başlanğıcı səviyyəsində sol L4 sinirinə təmas edir. Bu və L4-L5 nevral foramenlər səviyyəsində daralma izlənmir. L5-S1 diskində sağ arxa parasentral ~3-4 mm protruziya lateral reses səviyyəsində sağ S1 sinirinə təmas edir. Bilateral L5-S1 nevral foramenlər minimal daralıb, lakin L5 sinir köklərinə kompressiya izlənmir” kimi qeyd edilmişdir. Nəticədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2015-ci il tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ### 2022-ci il tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq Tam reabilitasiya olunması barədə qərar qəbul edilmişdir. Tibbi-Sosial Ekspert Komissiyasının *******0002 №-li, ##.##.2024-сü il tarixli qərarı ilə “Tam reabilitasiya olması” səbəbilə əlillik verilməsindən imtina edilmişdir. Səhiyyə Nazirliyinin MTE və PAB PHŞ tərəfindən verilmiş ***/**** saylı ekspert rəyində müəyyən olunur ki, ekspertiza ##.##.2024-cü il tarixdə başlamış ##.##.2024-cü il tarixdə başa çatmışdır. Ekspert aşağıdakı nəticəyə gəlmişdir: 1.10. İddiaçı MN MHKH X6 hərbi həkim komissiyası tərəfindən “L4-L5 fəqərəarası diskin, sol mediclaterial yırtığı, sol L5 sinir kökücüyünün kompressiyasına görə aparılmış L4 fəqərəsinin soltərəfli hissəvi hemilaminektomiyası (17.10.06), L4 disketomiya əməliyyatından sonrakı L4, L5 fəqərələrinin spondillit-disketilə fəsadlaşması nəticəsində onurğa sütunu bel şöbəsinin funksiyasının mühüm dərəcədə poulması” diaqnozu ilə şəhadətləndirilmişdir. Belə ki, xəstəlik hərbi xidmət dövründə alınmışdır. “Xəstəliklər cədvəli”nin 65a, 66b maddəsinin II qrafasına və ƏTC-nə (Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2000-ci il tarixli ** saylı qərarı ilə təsdiq edilmiş “Hərbi həkim ekspertizası haqqında Əsasnamə”yə qoşma) əsasən hərbi uçotdan çıxarılmaqla hərbi xidmətə yararsızdır. Diaqnnoz xəstənin anamnestik, klinik və laborator-instrumental müayinələrinin əsasında düzgün müəyyən edilmişdir. 2.3.4.5.6.7.8.9. İddiaçı istər hazırkı obyektiv vəziyyətinin müayinəsi, istərsə də ##.##.2024-cü il tarixdə DTSERA-da əyani müayinəsi zamanı belindən aşağı ətraflarına doğru irradasiya edən ağrılardan, keyimədən şikayətlənmiş, baxış zamanı onurğanın bel şöbəsində boylama istiqamətində əməliyyat çapığı izlənilmiş, hərəkətləri tam həcmli, əzələ gücü və tonusu normal olmuş, əzələlərdə gözlə görünən atrofiya, hipotrofiya, parez əlamətləri müşahidə edilməmiş, buna görə də xəstəlik tam reabilitasiya olunmuş hesab edilmiş və əlilliyin təyini zamanı ona həm Azərbaycan Respublikası Nazirlər Kabinetiin 2015-ci il ## ###### tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin həm də Nazirlər Kabinetinin ##.##.2022-ci il tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması” meyalarının hər hansı bəndini aid etmək mümkün olmadı. Apellyasiya icraatı zamanı Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “MTE və PAB” PHŞ tərəfindən verilmiş ekspert rəyindən görünür ki, 1987-ci il təvəllüdlü İddiaçı adına tərtib edilmiş sənədlərə, özünün məhkəmə-tibbi müayinəsinə və qərardadda göstərilən suallara uyğun komissiya aşağıdakı nəticəyə gəlmişdir: 1,2. Vətəndaş İddiaçı Biləsuvar Rayon Mərkəzi Xəstəxanası" PHŞ-da 22.04-##.##.2026-cı il tarixlərdə "XBT 10 kodu üzrə: M51.1-Bel və digər şöbələrin fəqərəarası disklərinin radikulopatiya ilə" diaqnozu ilə stasionar müayinə və müalicədə olmuş, nevroloji statusunda bel-oma nahiyədə paravertebral nöqtələrin ağrılı, əzələlərin gərgin olması qeyd edilmiş, diz refleksləri D>S, sol tərəfi enmiş, yerişi pozulmuşdur. Vətəndaş İddiaçı məhkəmə-tibbi müayinə zamanı X4 və Ortopediya Insitutuna göndərilmiş və ##.##.2026-cı il tarixdə mütəxəssislər tərəfindən müayinə zamanı ona "XBT 10 kodu üzrə: M54.1, G54.1, Z98.8, M42, M43, R52.0, M96.1, M48.0, R26.8, R52.2-L4-L5 fəqərəarası diskin sol mediolateral yırtığı. Sol L5 fəqərəsinin sinir kökcüyünün kompressiyası, hissəvi hemilaminektomiyası cərrahi əməliyyatdan sonrakı vəziyyət. Bel fəqərələrinin osteoxondrozu, spondilyozu, ağrı sindromu ilə. L4-L5 fəqərələrin bir- biri ilə birləşməsi fizionu-blok vertebro L3- L4 və L5-S1 fəqərələrarası disklərin 5 mm və 9 mm yırtıqları, kökcük ağrıları ilə. Ağıların aşağı ətrafa irradiasiyası. L5-S1 fəqərələrin lokal spinal stenozu. Yerişin çətinləşməsi. Daimi ağrı sindromu" diaqnozu qoyulmuşdur. Kollegiya diqqətə çatdırır ki, cavabdehin mövqeyinin əksinə olaraq Səhiyyə Nazirliyinin MTE və PAB PHŞ tərəfindən verilmiş ***/**** saylı ekspert rəyindən görünür ki, iddiaçıya əlillik təyin edilərkən mövcud olan xəstəliklər hazırda da onda aşkar edilir. Beləliklə, şərh olunan rəyə və ixtisaslaşmış tibb müəssisələri tərəfindən verilmiş digər sənədlərə əsasən iddiaçıya əlillik təyin edilməsinə əsas olan xəstəlik və həmin xəstəliklə bağlı ağırlaşmaların hazırda da iddiaçıda mövcud olduğu müəyyən edilir. Kollegiya diqqətə çatdırır ki, ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və məhkəmələr tərəfindən qiymətləndirilir. Hazırki iş üzrə verilmiş ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir və cavabdeh tərəfindən ekspert rəyini şübhə altına alan sübutlar məhkəməyə təqdim təqdim olunmamışdır. Odur ki, sözügedən ekspert rəyi iş üçün mühüm əhəmiyyət kəsb edən yazılı sənəd və mötəbər sübut kimi qəbul edilməlidir. Kollegiya həmçinin qeyd edir ki, qanunvericiliyin tələblərinə görə inzibati orqan istənilən hər bir halda deyil, yalnız əvvəlki inzibati aktının düzgünlüyünü şübhə altına alan əsaslı sübutların mövcudluğu halında qüvvədə olan inzibati aktı, yəni qərarı sonradan təftiş etmək imkanına sahibdir. Ona görə də cavabdeh “əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutların mövcudluğunu” müəyyən etməli, icraatı məhz bu sübutlara əsaslanmaqla başlamalı, yalnız bundan sonra şəxsə qanunvericiliyin tələblərinə uyğun olaraq məlumat verməklə icraatı təzələməklə, şəxsin inzibati icraatda iştirakını və onun dinlənilmə hüququnu təmin etməklə qərar verməlidir. Qanunvericiliyin bu tələbləri hüquqi müəyyənlik və səmərəli idarəçilik prinsiplərinin təmin edilməsinə yönəlmişdir. Göründüyü kimi, iddiaçı barəsində qəbul edilmiş əlverişli inzibati akt cavabdeh inzibati orqan tərəfindən qanunsuz olaraq ləğv edilmişdir. “Inzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 19.2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun: 3.1-ci maddəsinə əsasən şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.2-ci maddəsinə əsasən əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3-cü maddəsinə əsasən şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.3-1-ci maddəsinə əsasən maddəsinə əsasən əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. 3.4-cü maddəsinə əsasən əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. 4.3-cü maddəsinə əsasən əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “Inzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. 6.4-cü maddəsinə əsasən əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır. Qanunvericiliyin qeyd olunan normaları ilə hazırki işin faktiki halları sistemli şəkildə təhlil olunduqda belə qənaətə gəlinir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il ## ###### tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın: 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. 1.5. Şəxsin əlilliyi aşağıdakı səbəblərdən birinə əsasən müəyyən edilir: 1.5.1. ümumi səbəblərdən: 1.5.1.1. ümumi xəstəlik; 1.5.1.2. istehsalat zədəsi; 1.5.1.3. peşə xəstəliyi; 1.5.1.4. Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar; 1.5.1.5. hərbi xidmət dövrü ilə əlaqədar; 1.5.1.6. hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar; 1.5.1.7. terror hadisəsi ilə əlaqədar; 1.5.2. xüsusi səbəblərdən: 1.5.2.1. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar; 1.5.2.2. 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar; 1.5.2.3. hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar; 1.5.2.4. Çernobıl AES-də hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar. 1.6. Orqanizmin funksiyalarının pozulması faizinin, səbəbinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin: 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. “Inzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun: 3.1-ci maddəsinə əsasən şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.2-ci maddəsinə əsasən əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3-cü maddəsinə əsasən şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.3-1-ci maddəsinə əsasən maddəsinə əsasən əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. 3.4-cü maddəsinə əsasən əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. 4.3-cü maddəsinə əsasən əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “Inzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. 6.4-cü maddəsinə əsasən əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır. Beləliklə, qanunvericiliyin qeyd olunan normaları ilə hazırki işin faktiki halları sistemli şəkildə təhlil olunduqda belə qənaətə gəlmək olar ki, iddiaçının tələbi əsaslıdır, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 81-82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Cavabdeh Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyi Publik Hüquqi Şəxsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şirvan Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(3-9)-209/2026
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-9)-209/2026
26.08.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver