Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 2-1(3-9)-210/2026 11.06.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əmtəə nişanının qeydiyyata alınmasına dair şəhadətnamənin etibarsız hesab edilməsi) Şirvan Apellyasiya Məhkəməsinin İnzibati kollegiyası, hakimlər Quliyev Ceyhun Əmir oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Fikrət Cilingir oğlu və X4 ibarət tərkibdə, Rzayev Rüfət İlham oğlunun katibliyi, iddiaçının nümayəndələri (qanuni təmsilçi) X1 və X2, cavabdehin nümayəndəsi X13, üçüncü şəxs Üçüncü şəxs, onun vəkili və nümayəndəsi İbadov Sərxan Saleh oğlunun iştirakları ilə, İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “xxxx” əmtəə nişanının qeydiyyata alınmasına dair ##.##.2016-cı il tarixli 2016 **** nömrəli şəhadətnamənin etibarsız hesab edilməsi” tələbinə dair inzibati iş üzrə Şirvan İnzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli *-*(***)-****/**** nömrəli qərarından cavabdeh və üçüncü şəxs tərəfindən verilmiş apellyasiya şikayətlərinə Şirvan Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi: İşin halları: “Vergi ödəyicisinin filialının, nümayəndəliyinin və təsərrüfat subyektinin (obyektinin) olduğu yer üzrə uçota alınması haqqında” arayışdan görünür ki, X1 (VÖEN **********) təsərrüfat subyekti (obyekti) olan “xxxx” gül salonunu (Kod: 6401115712-13001) ##.##.2015-ci il tarixdə vergi orqanında uçota aldırmışdır. Kommersiya hüquqi şəxsinin dövlət qeydiyyatı haqqında şəhadətnamədən görünür ki, “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyət ##.##.2016-cı il tarixdə 6401383271 VÖEN-lə * saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən dövlət qeydiyyatına alınmışdır. Hüquqi şəxsinin dövlət qeydiyyatı haqqında məlumatlardan (nizamnamə, qeydiyyat vəsiqəsi) görünür ki, İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyət ##.##.2018-ci il tarixdə ********** VÖEN-lə * saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən dövlət qeydiyyatına alınmış təsisçisi və qanuni təmsilçisi X1r. Dövlət Vergi Xidmətinin Bakı Şəhəri Lokal gəlirlər baş idarəsi tərəfindən X1 ünvanlanmış ##.##.2025-ci il tarixli arayışda qeyd edilmişdir ki, “...Tərəfinizdən ##.##.2015-##.##.2019-cu il tarixləri üzrə təqdim edilmiş sadələşdirilmiş vergi bəyannamələrinə əsasən təqdim edilmiş mallara (işlərə, xidmətlərə) və əmlaka görə əldə edilmiş ümumi hasilatın, habelə satışdankənar gəlirlərinizin (ödəmə mənbəyində vergi tutulmuş gəlirlər istisna edilməklə) həcmi 664572.53 manat təşkil etmişdir.” ##.##.2016-cı il tarixli **** nömrəli “Güllərin alğı-satqısı” haqqında müqavilədən görünür ki, X1 ilə “Premier&Blenheim İntemational BV (Holland)” şirkəti arasında müqavilə bağlanmış; ##.##.2015-ci il tarixli 1340949 və ##.##.2015-ci il tarixli ******* nömrəli invoyslardan görünür ki, X1 ilə (“xxxx” gül salonu Kod: 6401115712-13001) “Güllərin alğı-satqısı” haqqında müqavilə üzrə “xxxx” şirkəti tərəfındən invoyslar tərtib edilmişdir. Əmtəə nişanının qeydiyyata alınması haqqında ##.##.2016-cı il tarixli qərardan görünür ki, “xxxx” və logo”sundan ibarət əmtəə nişanı Üçüncü şəxs adına, əmtəə nişanı 31-ci sinf - “Toxumlar, canlı bitkilər və güllər” və 35-ci sinfi “Malların reklamı və satışı” əmtəələr (xidmətlər) üçün qeydiyyata alınmış, əmtəə nişanının rəngi ağ, firuzəyidir. Əmtəə nişanının qeydiyyata alınması haqqında şəhadətnamədən görünür ki, “xxxx” və logo”sundan ibarət əmtəə nişanı ##.##.2016-cı ildə 2016 **** nömrə ilə Üçüncü şəxs adına qeydiyyata alınmışdır. Əmtəə nişanlarının dövlət reyestrindən çıxarışdan görünür ki, İddiaçı iddia etdiyi “xxxx” və logo”sundan ibarət əmtəə nişanı ##.##.2016-cı ildə 2016 **** nömrə ilə Üçüncü şəxs adına, əmtəə nişanı 31-ci sinf - “Toxumlar, canlı bitkilər və güllər” və 35-ci sinfi “Malların reklamı və satışı” əmtəələr (xidmətlər) üçün qeydiyyata alınmış, əmtəə nişanının rəngi ağ, firuzəyidir. ##.##.2022-ci il tarixli “Əmtəə nişanlarının qeydiyyata alınmasından imtina edilməsi haqqında” bildirişdən və ## ###### 2023-cü il tarixli 03№-li protokolla təsdiq edilmiş “Əmtəə nişanlarının qeydiyyata alınmasından imtina edilməsi haqqında” qərardan görünür ki, Əqli Mülkiyyət Agentliyi Patent və Əmtəə Nişanlarının Ekspertizası Mərkəzi tərəfindən “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinin İ hissəsinin “a” bəndinə (eyni və ya oxşar əmtəələrə və ya xidmətlərə aid başqa şəxsin adına əvvəl qeydə alınmış və ya qeydə alınmaq üçün iddia edilmiş əmtəə nişanları qeydə alınmır) əsasən fonetik və semantik cəhətdən oxşar, ƏXTB-nin 31, 35-ci (Əmtəə və Xidmətlərin Beynəlxalq Təsnifatının 31-ci sinfinin “Toxumlar, canlı bitkilər və güllər” əmtəələri və 35-ci sinfinin “Malların reklamı və satışı” xidmətləri) sinfinin həmcins əmtəə və xidmətləri üzrə daha öncə başqa şəxsin adına qeydiyyata alınmış əmtəə nişanı ilə qarışdırılacaq və fərqləndirmək qabiliyyəti funksiyası itirilmiş dərəcədə bənzər olan əmtəə nişanı mövcud olduğundan İddiaçı təqdim etdiyi əmtəə nişanının qeydə alınmasından imtina edilmişdir. Apellyasiya Şurasının ##.##.2023-cü il tarixli A**/** nömrəli qərarından görünür ki, Üçüncü şəxsi oğluna məxsus № **** **** qeydiyyat nömrəli əmtəə nişanının qeydiyyatına qarşı “xxxx & CO” MMC tərəfindən ##.##.2023-cü il tarixdə “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Azərbaycan Respublikası Qanununun 29-cu maddəsində nəzərdə tutulmuş əsaslara görə Cavabdeh sənaye mülkiyyətinin mühafizəsi sahəsində mübahisələrə baxan Apellyasiya Şurasına etiraz verilmişdir. Qərarda qeyd edilmişdir ki, “...Hüquqi hərəkətlərin yerinə yetirilməsi üçün qanunvericiliklə müddətlər müəyyən edilmişdir. Müddətlərin tətbiqi mülki dövriyyə iştirakçılarında stabilliyin və hüquqi müəyyənliyin formalaşması üçün mühüm vasitədir. Əmtəə nişanının (qeydiyyat nömrəsi 2016 ****) Üçüncü şəxs adına qeydiyyata alınması barədə məlumat rəsmi bülletendə ##.##.2016-cı il tarixdə dərc edilmiş, “xxxx & CO” MMC tərəfindən etiraz ərizəsi isə Apellyasiya Şurasına ##.##.2023-cü il tarixdə verilmişdir. Odur ki, “xxxx & CO” MMC tərəfindən həmin qeydiyyatın Qanunun 6-cı maddəsinin birinci hissəsində nəzərdə tutulmuş əsasla mübahisələndirilməsi üçün qanunvericiliklə müəyyənləşdirilmiş beş illik müddət ötürülmüşdür. Qanunun 29-cu maddəsində nəzərdə tutulmuş əsaslara görə etiraz ərizəsi əsassız hesab edilmiş və təmin edilməmişdir. Apellyasiya Şurasının ## #### 2025-ci il tarixli AP****-*** nömrəli qərarından görünür ki, “xxxx & CO” MMC tərəfindən Apellyasiya Şurasına yenidən müraciət olunmuş, qəbul olunmuş qərar ilə etiraz baxılmamış saxlanılmış və buna səbəb müraciət üzrə Apellyasiya Şurasının ## #### 2023-cü il tarixli A**/** nömrəli qərarının mövcudluğu, yeni hüquqi əsasların mövcud olmaması olmuşdur. Birinci instansiya məhkəməsində icraat və məhkəmənin gəldiyi nəticə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi və iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, “xxxx” əmtəə nişanının qeydiyyata alınmasına dair ##.##.2016-cı il tarixli 2016 **** nömrəli şəhadətnamənin etibarsız hesab edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, X7 ##.##.2015-ci il tarixində fərdi sahibkar kimi “xxxx” gül salonunu açaraq sahibkarlıq fəaliyyəti qismində müxtəlif növ yerli və xarici mənşəli güllərin satışı ilə məşğul olmuşdur. Sahibkarlıq fəaliyyətini genişləndirməyi ilə bağlı ##.##.2018 ci il tarixdə İddiaçı dövlət qeydiyyatına aldırmış və 2015-ci ildən bu vaxtadək yaratdığı “xxxx” brendi altında məhdudiyyətsiz və uğurlu biznes fəaliyyəti ilə məşğul olmuşdur. Biznes fəaliyyətini ##.##.2016-cı ildən “xxxx” MMC, ardınca ##.##.2018-ci ildən isə İddiaçı MMC-ni dövlət qeydiyyatından keçirməklə hüquqi şəxs formasında davam etdirmişdir. Bu gün “xxxx” brendi Azərbaycanda, Moskvada və Dubayda fılialları olan premium gül mağazalar şəbəkəsidir. 2015-ci ildən qeydiyyatdan keçirdiyi “xxxx” gül salonu vasitəsilə 2015-ci ildən 2019-cu ilədək 664572.43 manat ümumi dövriyyə, İddiaçı MMC vasitəsilə isə 7387935.19 manat ümumi dövriyyə vergi orqanı tərəfındən hesaba alınmışdır. 10 ilə yaxındır əziyyətlə yaradıb böyütdüyü “xxxx” brendi bir qrup şəxs tərəfındən hədəfə alınmışdır. Yaxın zamana qədər adını belə eşitmədiyi Üçüncü şəxs (bundan sonra - qarşı tərəf) asan yolla pul qazanmaq üçün 2016-cı ilin oktyabr ayında onların xəbərləri olmadan 2015-ci ildən yaradıb fəaliyyət göstərdikləri “xxxx” brendinin əmtəə nişanına 31 və 35-ci siniflər üzrə öz adına № **** **** qeydiyyat nömrəli şəhadətnamə almışdır. Lakin qarşı tərəf son aya qədər bu barədə onlara hər hansı məlumat verməmiş, biznes fəaliyyəti ilə məşğul olmamışdır. Aydın görünür ki, uzun illər ərzində böyüməklərini gözləmiş, bugün iddia irəli sürərək brendi və gəlir yerlərini istəməsi hüquqdan sui-istifadədir. Qarşı tərəfin ##.##.2016-cı il tarixli müraciəti əsasinda pis niyyətlə adına aldığı şəhadətnamədən 1 il əvvəl, ##.##.2015-ci ildə “xxxx” brendi altında sahibkarlıq fəaliyyəti həyata keçirmək hüququnu dövlət qeydiyyatına aldırmışdır. “xxxx” MMC-ni isə mübahisələndirilən şəhadətnamə üçün müraciət edilməzdən yarım il əvvəl ##.##.2016-cı ildə dövlət qeydiyyatına aldırmışdır. Həmçinin, “xxxx”-in 2015-2016-cı illəri əhatə edən, yəni şəhadətnamənin qeydiyyatından əvvəl çəkilmiş və sosial şəbəkə hesablarına daxil edilmiş “xxxx” gül salonunun şəkilləri, sərlövhəsi və həmin dövrə aid digər paylaşımlar işə əlavə edilmişdir. Bütün bunlar sübut edir ki, hələ 2015-ci ildən “xxxx” brendi altında sahibkarlıq fəaliyyəti həyata keçirməyə onun dövlət qeydiyyatına alınmış hüququ olmuşdur. Üçüncü şəxs adına “xxxx” əmtəə nişanının haqsız rəqabətə rəvac verən pis niyyətlə (bad faith) qeydiyyat alınması ona məxsus şəhadətnamənin ləğvi üçün əsasdır. Qarşı tərəf onların illərdir alın tərləri ilə yaratdıqları milyon dollarlıq brend altında 8 ildən çox aradan sonra 2025-ci ildə Bünyad Sərdarov 20 (Axundov bağının yaxınlığı) ünvanında ilk dəfə mağaza açmışdır. Cavabdehin etirazları: Cavabdeh iddiaya dair etirazda bildirilmişdir ki, X10 məxsus 2016 **** nömrəli əmtəə nişanı Əmtəə və Xidmətlərin Beynəlxalq Təsnifatının (bundan sonra- ƏXBT) 31-ci sinfinin “Toxumlar, canlı bitkilər və güllər” əmtəələri və 35-ci sinfinin “Malların reklamı və satışı” xidmətləri üzrə ##.##.2016-cı il tarixdə qeydiyyata alınmışdır (ilkinlik tarixi: ##.##.2016, ##.##.2026-cı il tarixinə qədər etibarlıdır). Üçüncü şəxs məxsus 2016 **** qeydiyyat nömrəli əmtəə nişanının qeydiyyatına qarşı “xxxx & CO” MMC tərəfindən ##.##.2023-cü il tarixdə “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra- Qanun) 29-cu maddəsində nəzərdə tutulmuş əsaslara görə Cavabdeh sənaye mülkiyyətinin mühafizəsi sahəsində mübahisələrə baxan Apellyasiya şurasına (bundan sonra- Apellyasiya şurası) etiraz daxil olmuşdur. Apellyasiya şurasının ##.##.2023-cü il tarixli A**/** nömrəli qərarı ilə etiraz təmin edilməmişdir. Həmin qərarda qeyd edilmişdir ki, hüquqi hərəkətlərin yerinə yetirilməsi üçün qanunvericiliklə müddətlər müəyyən edilmişdir. Müddətlərin tətbiqi mülki dövriyyə iştirakçılarında stabilliyin və hüquqi müəyyənliyin formalaşması üçün mühüm vasitədir. Əmtəə nişanının Üçüncü şəxs adına qeydiyyata alınması barədə məlumat rəsmi bülletendə ##.##.2016-cı il tarixdə dərc edilmiş, “xxxx & CO” MMC tərəfindən etiraz isə Apellyasiya şurasına ##.##.2023-cü il tarixdə verilmişdir. Odur ki, “xxxx & CO” MMC tərəfindən həmin qeydiyyatın Qanunun 6-cı maddəsinin birinci hissəsində nəzərdə tutulmuş əsasla mübahisələndirilməsi üçün qanunvericiliklə müəyyənləşdirilmiş beş illik müddət ötürülmüşdür. Qanununun 29-cu maddəsinin birinci hissəsinə əsasən əmtəə nişanı bu Qanunun 1-ci maddəsində verilmiş “əmtəə nişanı anlayışına uyğun gəlmirsə və ya 5-ci maddənin tələbləri pozulmaqla qeydə alınmışsa, qeydiyyatın qüvvədə olduğu müddət ərzində, 6-cı maddəsinin birinci və ikinci hissələrində nəzərdə tutulmuş əsaslara görə isə qeydiyyata dair məlumatın rəsmi bülletendə dərc edildiyi tarixdən 5 il ərzində tamamilə və ya qismən etibarsız sayıla bilər. “xxxx & CO” MMC tərəfindən Apellyasiya Şurasına eyni əsaslar üzrə yenidən müraciət olunmuş və Apellyasiya Şurasının 2025-ci il ## #### tarixli AP****-*** nömrəli qərarı ilə ərizə baxılmamış saxlanılmışdır. Apellyasiya Şurası həmin qərarında qeyd etmişdir ki, “...İddiaçınırı hazırkı müraciəti üzrə artıq Apellyasiya Şurasının ## #### 2023-cü il tarixli A**/** nömrəli qərarı mövcuddur. Bu səbəbdən təqdim olunmuş yeni etiraz üzrə araşdırma aparılması üçün hüquqi əsaslar mövcud deyil və ərizə baxılmamış saxlanılmalıdır”. Şirvan İnzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli *-*(***)-****/**** saylı qərarı (hakim Fehruz Abbasov) ilə iddia təmin edilmiş, “xxxx” əmtəə nişanının Üçüncü şəxsi oğlunun adına qeydiyyata alınmasına dair ##.##.2016-cı il tarixli 2016 **** nömrəli şəhadətnamə etibarsız hesab edilmişdir. Həmin qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, Şirvan İnzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli *-*(***)-****/**** saylı qərarının ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Həmçinin həmin qərardan narazı qalan üçüncü şəxs apellyasiya şikayəti verərək, Şirvan İnzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli *-*(***)-****/**** saylı qərarının ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat: Cavabdehin apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayətinin dəlilləri iddiaya etirazın dəlilləri ilə eynilik təşkil edir. Əlavə olaraq qeyd olunmuşdur ki, Məhkəmə # ###### 2026-cı il tarixli *-*(***)-****/**** saylı qərardad ilə qərardaddan şikayət verilməsinin nəzərdə tutulmamasından istifadə edərək “xxxx” əmtəə nişanının qeydiyyata alınmasına dair ##.##.2016-cı il tarixli 2016 **** nömrəli şəhadətnamənin etibarsız hesab edilməsi tələbinə dair iddia üzrə buraxılmış prosessual müddəti iddiaçıya münasibətdə bərpa etmişdir. Üstəlik bunu öz təşəbbüsü ilə etmişdir. Belə ki, iddiaçı buraxılmış prosessual müddətin bərpasına dair ərizəsində Apellyasiya Şurasının ## #### 2023cü tarixli A**/*** nömrəli qərarından məhkəmə qaydasında şikayət verə bilməsi üçün müddətin buraxılmamış hesab edilməsini xahiş etmişdir. Məhkəmə isə öz təşəbbüsü ilə ərizədəki xahişdən kənara çıxaraq və bir qədər də irəliyə gedərək əmtəə nişanının qeydiyyatına dair şəhadətnamənin etibarsız hesab edilməsi barədə etirazla müraciət edə bilmək üçün nəzərdə tutulmuş müddəti heç bir hüquqi əsas olmadan ötürülməmiş hesab etmişdir. “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Azərbaycan Respublikası Qanununun 29-cu maddəsinin birinci hissəsinə əsasən əmtəə nişanı bu Qanunun 1-ci maddəsində verilmiş “əmtəə nişanı anlayışına uyğun gəlmirsə və ya 5-ci maddənin tələbləri pozulmaqla qeydə alınmışsa, qeydiyyatın qüvvədə olduğu müddət ərzində, 6-cı maddəsinin birinci və ikinci hissələrində nəzərdə tutulmuş əsaslara görə isə qeydiyyata dair məlumatın rəsmi bülletendə dərc edildiyi tarixdən 5 il ərzində tamamilə və ya qismən etibarsız sayıla bilər. Həmin maddənin müddəalarına əsaslanaraq istənilən şəxs dövlət rüsumu ödəmək şərti ilə əmtəə nişanının qeydiyyatına dair şəhadətnamənin ləğv edilməsi ilə bağlı tələblə Apelyasiya Şurasına müraciət edə bilər. Müraciət edən şəxsin, habelə qeydə alınmış nişan sahibinin Apelyasiya Şurasında işə baxılmasında iştirak etmək hüququ vardır. Apellyasiya Şurasının qərarından 3 ay ərzində məhkəmə qaydasında şikayət verilə bilər. İddiaçı həm əmtəə nişanının qeydiyyatına dair şəhadətnamənin ləğv edilməsi barədə tələblə müraciət etmək üçün müəyyən edilmiş müddəti, həm də Apelyasiya Şurasının qərarından məhkəmə qaydasında şikayət verilməsi üçün nəzərdə tutulan müddəti ötürmüşdür. İnzibati Prosessual Məcələnin 24-cü maddəsinin normalarının tələblərindən görünür ki, buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan halar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir, bu şərtlə ki, müddətin buraxılmasından 1 il keçməsin (təbi fəlakət və ya digər qarşısıalınmaz halar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan halar istisna olmaqla). Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. Buraxılmış prosessual müddət o halda proses iştirakçısının ərizəsinə əsasən məhkəmə tərəfindən bərpa edilməlidir ki, müddət proses iştirakçısının təqsiri olmadan buraxılmış olsun. Məhkəmə isə yuxarıda qeyd edilən normaların tələblərini görməzdən gələrək, hər hansı bir tutarlı əsas göstərmədən buraxılmış müddəti bərpa etmişdir. “xxxx” və logo”sundan ibarət əmtəə nişanı və ya ona oxşar nişanlar Azərbaycan Respublikasında geniş tanınmış əmtəə nişanı statusu daşımır. Əmtəə nişanının geniş tanınması Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il ## ######## tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında əmtəə nişanlarının geniş tanınması Qaydaları” ilə tənzimlənir. Qaydaların 1.4-cü və 2.2-ci bəndlərinə uyğun olaraq əmtəə nişanının geniş tanınması üçün nişan sahibi (və ya onun səlahiyyətli nümayəndəsi) tərəfindən Əqli Mülkiyyət Agentliyinin Sənaye mülkiyyətinin mühafizəsi sahəsində mübahisələrə baxan Apelyasiya Şurasına ərizə ilə müraciət olunmalı və ərizədə iddiaçıya məxsus əmtəə nişanının (işarənin) Azərbaycan Respublikasının ərazisində hansı tarixdən etibarən geniş tanınmış kimi hesab edilməsi göstərilməlidir. Əqli Mülkiyyət Agentliyinin Apellyasiya Şurasına bu barədə müraciət daxil olmamışdır. Üçüncü şəxsin apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırlmışdır ki, birinci instansiya məhkəməsi iddia müddətinin ötürülməsi ilə bağlı həlledici hüquqi maneəni aradan qaldırmadan iddianı təmin etmişdir . İşdə iki inzibati qərar mövcuddur: ##.##.2023-cü il tarixli A**/** nömrəli qərarla etiraz təmin edilməmiş, ##.##.2025-ci il tarixli AP****-*** nömrəli qərarla isə eyni əsaslar üzrə təkrar müraciət baxılmamış saxlanılmışdır. Buda onu göstərir ki, məsələ inzibati qaydada artıq qiymətləndirilmiş və həmin qiymətləndirmənin əsas nüvəsi məhz müddətin ötürülməsi olmuşdur. Birinci instansiya məhkəməsi isə qərarında bu maneəni hüquqi baxımdan aradan qaldırmamış, yəni, hansı norma əsasında 5 ilik müddətin tətbiq olunmadığını, hansı norma əsasında müddətin bərpa və ya nəzərə alınmamasının mümkün olduğunu, “pis niyyət” istisnasının milli hüquq müstəvisində bu konkret mübahisəyə necə tətbiq edildiyini əsaslandırmamışdır. Məhkəmə iddiaçının aktiv prosessual legitimasiya məsələsini düzgün müəyyən etməmişdir. Qərarda göstərilir ki, İddiaçı MMC ##.##.2018-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır. Eyni qərarda mübahisələndirilən əmtəə nişanının isə ##.##.2016 ilkinlik tarixi ilə ##.##.2016-cı il tarixdə Üçüncü şəxsi oğlunun adına qeydiyyata alındığı təsbit edilmişdir. Başqa sözlə, qeydiyyat baş verən anda hazırkı iddiaçı hüquqi şəxs ümumiyyətlə mövcud olmamışdır. Məhkəmə bunu 2015-ci ildən X1 “xxxx” təsərrüfat subyektinin sahibi olmasını, ##.##.2016cı ildən “xxxx” MMC-nin mövcudluğunu və sonradan ##.##.2018-ci ildən İddiaçı MMC-nin fəaliyyətini bir xətt üzrə birləşdirərək nəticəyə gəlmişdir ki, məhz hazırkı iddiaçının hüquqları 2016-cı ildə pozulmuşdur. Halbuki, X1 ayrıca fiziki şəxs (sahibkardır), “xxxx” MMC ayrıca, İddiaçı MMC isə onlardan fərqli ayrıca hüquq subyektləridir. Bu subyektlər arasında əmtəə nişanı hüququnun verilməsi, firma adı üzrə hüquqların ötürülməsi, kommersiya nüfuzunun hüquqi varislik qaydasında keçməsi, biznesin və fərqləndirici vasitələrin bir hüquq subyektindən digərinə keçirilməsini təsdiqləyən müqavilə və ya korporativ qərar iş materialarında yoxdur. Bu səbəbdən iddiaçının hazırki iddia üzrə subyektiv hüququ yoxdur. Məhkəmə “ilkin istifadə” faktını mülkiyyət hüququ və ya qeydiyyatdan üstün hüquq kimi yanlış qiymətləndirmişdir. Mübahisələndirilən qərarda göstərilmişdir ki, X1 ##.##.2015-ci ildə vergi orqanında “xxxx” təsərrüfat subyekti kimi uçota alınmış, ##.##.2016-cı ildə “xxxx” MMC dövlət qeydiyyatından keçmiş, sonradan İddiaçı MMC yaradılmışdır. Məhkəmə bunu əsas götürərək belə nəticəyə gəlmişdir ki, “xxxx” brendi 2015-ci ildən iddiaçı tərəfə məxsus olmuşdur. Lakin vergi uçotu, təsərrüfat subyektinin adı və ya şirkətin firma adı avtomatik qaydada əmtəə nişanına müstəsna hüquq yaratmır, dövlət qeydiyyatından keçmiş əmtəə nişanını öz-özlüyündə etibarsız etmir, xüsusilə də bu hüquqların kimə məxsus olduğu və hansı həcmdə qorunduğu ayrıca sübuta ehtiyac duyur. Məhkəmə “ilkin istifadə” anlayışını sanki avtomatik üstün hüquq kimi tətbiq etmişdir. Halbuki, mili qanunvericilikdə bu nəticə yalnız konkret hüquqi əsaslar və konkret subyekt üzrə sübuta yetirildiyi halda mümkün ola bilər. Bir şirkətin və ya sahibkarın müəyyən addan kommersiya fəaliyyətində istifadə etməsi həmin addan ibarət əmtəə nişanının sonradan qeydiyyatdan keçmiş sahibinə qarşı avtomatik ləğv mexanizmi yaratmır. Belə nəticəyə gəlmək üçün həmin istifadəçinin məhz qorunan hüquq subyekti olması, həmin işarənin fərqləndirici qabiliyyət qazanması, bu hüququn məhz hazırkı iddiaçıya aidliyi, qeydiyyat anında həmin hüququn cavabdeh üçün aşkar olması kimi elementlər tam sübuta yetirilməlidir. Birinci instansiya məhkəməsi isə bu elementləri ayrılıqda araşdırmamış, ümumi biznes fəaliyyəti və dövriyyə göstəricilərindən çıxış etmişdir. Dövriyyənin, vergi ödənişlərinin və filiaların olması biznesin miqyasını göstərə bilər, lakin 2016-cı ildə qeydiyyata alınmış nişanın sonradan 2018-ci ildə yaranmış hüquqi şəxs tərəfindən etibarsız sayılması üçün təkbaşına yetərli deyil. “Pis niyyət” barədə nəticə ehtimalara əsaslanmış, sübut standartı yerinə yetirilməmişdir. İş materiallarında məhz Üçüncü şəxsi oğlunun 2016-cı ildə müraciət edərkən X1 və ya sonrakı hüquqi şəxslərin istifadəsindən xəbərdar olduğunu, məhz həmin istifadədən yararlanmaq məqsədi güddüyünü, nişanı alarkən qeyri-qanuni rəqabət aparmaq niyyətində olduğunu birbaşa sübut edən mötəbər dəlilər göstərilməmişdir. Əksinə, iş materialarında həmin nişanın ekspertizadan keçdiyi, oxşar adda nişan aşkar edilmədiyi və bu əsasla qeydiyyatın məqsədəuyğun sayıldığı əks olunmuşdur. Yəni, qeydiyyat inzibati orqanın ekspertizasından keçmiş, ##.##.2016-cı il tarixli ekspert rəyi və qeydiyyat qərarı əsasında ##.##.2016-cı ildə şəhadətnamə verilmişdir. Əgər dövlət ekspertizası zamanı oxşar nişan aşkarlanmayıbsa, sonradan yalnız iddiaçının şərhləri əsasında müraciətçinin “pis niyyətli” olduğu nəticəsinə gəlmək daha yüksək sübut standartı tələb edir. Bu standart isə iş üzrə ödənilməmişdir. Məhkəmə “nişanlar eynidir, deməli qarşı tərəf bilirdi” tipli ehtimal zənciri qurmuşdur. Halbuki, eynilik və ya bənzərlik “pis niyyət”lə eyni anlayış deyil. Pis niyyət ayrıca subyektiv elementdir və bilik, məqsəd, qarşı tərəfin nüfuzundan bəhrələnmək niyyəti, maneə yaratmaq məqsədi kimi halarla sübut olunmalıdır. Bu cür sübutların olmaması şəraitində qeydiyyatın sırf “pis niyyət” arqumenti ilə etibarsız sayılması əsassızdır. Məhkəmə tərəfindən hansı səbəbdən qanunvericiliyin tələb etdiyi 5 illik müddətin tətbiq edilməməsi, 2018-ci ildə yaranmış MMC-nin 2016-cı il qeydiyyatına qarşı məhz öz adından iddia qaldıra bilməsi, fərqli hüquq subyektlərinin fəaliyyətlərinin bir subyektin hüququ kimi qəbul edilməsi, qeydiyyatın ekspertizadan keçməsi “pis niyyət” ehtimalını zəiflətməyən hal kimi qiymətləndirilməsi məsələlərinə qiymət verilməmişdir. Apellyasiya şikayətlərinə etirazlar: Cavabdehin apellyasiya şikayətinə etiraz: İddiaçı 2025-ci ildə yenidən Əqli Mülkiyyət Agentliyinin Apellyasiya Şurasına qeydiyyatın etibarsızlığı üçün yeni üzə çıxan faktiki və hüquqi əsaslarla təkrar müraciət edir. İddiaçı bu dəfə 5 illik müddət tələbinin şamil edilmədiyi 4 ayrı etibarsızlıq əsası (“Sənaye mülkiyyətinin mühafizəsi haqqında” Paris Konvensiyasının etibarsızlığa dair 6quinquies maddəsi, Paris Konvensiyasının haqsız rəqabətə dair 10bis maddəsi “X5 Vicdansız Qeydiyyat, Mülki Məcəllənin hüquqdan sui-istifadəyə dair 560.2-ci maddəsi) ilə birlikdə müraciət edir. Lakin Apellyasiya Şurası faktiki və hüquqi əsasın fərqli olmasına baxmayaraq, müraciəti baxılmamış saxlayır. Əqli Mülkiyyət Agentliyinin istinad etdiyi “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Azərbaycan Respublikası Qanununun 29-cu maddəsində açıqca qeyd olunmuşdur ki, 5 illik müddət bu Qanunun 1-ci maddəsində verilmiş “əmtəə nişanı anlayışına uyğun gəlmədikdə, 5-ci maddənin tələbləri pozulmaqla qeydə alındıqda, qeydiyyatın qüvvədə olduğu müddət ərzində, 6cı maddəsinin birinci və ikinci hissələrində nəzərdə tutulmuş əsaslara görə edilmiş müraciətlər üzrə tətbiq edə bilər. Qanunun 29-cu maddəsinin tələbinə əsasən 5 illik müddət tələbinin şamil edildiyi yeganə hal Qanunun 6-cı maddəsinin birinci və ikinci hissələrində nəzərdə tutulmuş əsasların mövcudluğudur. Qanunun 29-cu maddəsində əmtəə nişanlarının qeydiyyatının etibarsızlığı üzrə ümumilikdə 6 müstəqil hüquqi əsas nəzərdə tutulmuşdur ki, bunlardan yalnız biri, yəni yuxarıda sadalanan 6-cı maddənin birinci və ikinci hissələri üzrə 5 illik müddət tələbi vardır, qalan 5 müstəqil əsas üzrə əmtəə nişanının qeydiyyatının etibarsızlığı həmin əmtəə nişanının qeydiyyatının qüvvədə olduğu bütün müddət ərzində mübahisələndirilə bilər. İddiaçının 2025-ci ilin fevral ayında etdiyi təkrar müraciətində istinad etdiyi yeni faktiki hallara (9 ildən sonra Üçüncü şəxs “xxxx” əmtəə nişanı altında gül mağazası açıb istehlakçıları aldatması) və yeni hüquqi əsaslara (Paris Konvensiyası 6quinquies və 10bis maddələri, habelə M.M-in 560.2-ci maddəsi hüquqdan sui-istifadə üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızlığı) 5 illik müddətin şamil edilmir. Belə ki, Qanunun 2-ci maddəsinə əsasən əmtəə nişanları və coğrafi göstəricilər haqqında Azərbaycan Respublikasının qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasından, bu Qanundan, Azərbaycan Respublikasının digər qanunvericilik aktlarından və tərəfdar çıxdığı dövlətlərarası müqavilələrdən ibarətdir. Azərbaycan Respublikası “Sənaye mülkiyyətinin mühafizəsi haqqında” Paris Konvensiyasını Milli Məclisinin ## ######## 1995-ci il tarixli qərarı ilə ratifikasiya etmişdir, yəni X20 5 illik müddətin şamil edilmədiyi qeydiyyatın etibarsızlıq əsaslarını inkar edə bilməz. Hətta, Azərbaycan Respublikası Paris Konvensiyasını ratifikasiya etməsə idi belə, mübahisəli əmtəə nişanı “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Qanunun 5-ci maddəsinin f bəndinə əsasən əmtəələrin və ya xidmətlərin xüsusiyyətləri, keyfiyyəti və ya coğrafi mənşəyi ilə əlaqədar istehlakçını yanılda bilən əmtəə nişanı olduğundan Qanunun 29-cu maddəsinə əsasən qeydiyyatının qüvvədə olduğu müddət ərzində (yəni, 2026-cı ilədək) etibarsızlığı mübahisələndirilə bilər. Aşağıdakı səbəblərdən həmçinin Qanunun 5-ci maddəsinin tərkib əlamətləri üzrə 5 illik müddət tələbi olmadan mübahisəli əmtəə nişanı etibarsız hesab edilə bilər. Belə ki, istehlakçılara 2015-ci ildən günümüzədək “xxxx” brendi altında məhz iddiaçı və onun 100% təsis payına sahib təsisçisi X1 xidmət göstərmişdir. “xxxx” brendi 10 il ərzində iddiaçı və onun təsisçisinin dəsti xəttinin məhsulu olmuş və bütün bu müddət ərzində brend adı istehlak bazarında “premium seqment” və “yüksək keyfiyyət” kimi dəyərləri öz adında birləşdirə bilmişdir. Üçüncü şəxs isə satdığı gülləri “xxxx” əmtəə nişanı ilə pərdələyərək keyfiyyəti və xüsusiyyətləri barədə istehlakçıları aldadır. Belə ki, bugün müştərilər üçüncü şəxs Üçüncü şəxs məxsus “xxxx.azerbiajan” instagram səhifəsində “xxxx” əmtəə nişanını gördükdə elə hesab edirlər ki, bu hesab iddiaçı İddiaçı Şirkətinə məxsusdur və 10 ildir tanıdıqları brenddir. Lakin reallıqda Üçüncü şəxs həm gül satışı üzrə təcrübəsizdir, həm ucuz köhnəlmiş gülləri (aşağı keyfiyyətli) məhsulları “xxxx” əmtəə nişanı ilə pərdələyərək satır. Eyni əmtəə nişanı altında satılan gül buketlərini müqayisə etdikdə “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Azərbaycan Respublikası Qanunun 5-ci maddəsinin f bəndindəki məhsulun keyfiyyət və xüsusiyyətləri barədə istehlakçıların aldadılması sübut olunur. Müvafiq hal mübahisəli əmtəə nişanının müstəqil etibarsızlıq əsasıdır. İddianın müddətin ötürülməsi əsası ilə mümkün sayılmaması üçün əsas yoxdur. Əvvəla, hazırki iş üzrə inzibati orqan qismində iştirak edən Əqli Mülkiyyət Agentliyinin mübahisəli məsələ üzrə ##.##.2023 tarixli A28/23 və ##.##.2025 tarixli AP2025-057 qərarları mövcuddur. Hər iki qərarda inzibati orqan açıqca qeyd etmişdir ki, 5 illik iddia müddəti keçdiyindən işə mahiyyəti üzrə baxmağa ehtiyacı duymur və müraciəti təmin etmir. Yəni, inzibati orqan hər iki qərarda iddiaçı tərəfin ümumiyyətlə əsaslarını yoxlayıb öz iradə ifadəsini maddi hüquq normalarına əsasən əsaslandırmamış, işin faktiki və hüquqi əsalarını mahiyyəti üzrə yoxlamamışdır. 2025-ci ilin yanvar-fevral aylarında isə iddiaçının təkrar müraciəti üçün yeni faktiki və hüquqi əsaslar ortaya çıxır. Belə ki Üçüncü şəxs qeydiyyat tarixindən 9 il keçəndən sonra, yəni 2025-ci ilin ######ın ##-də ilk dəfə mübahisəli əmtəə nişanını istifadə edir. X3 Sərdarov 20 ünvanında “xxxx” gül salonu və instagram sosial şəbəkəsində “xxxx.azerbaijan” elektron mağazasını açır. Məhz bu andan iddiaçı üçün qeydiyyatın etibarsızlığını tələb etmək üçün Paris Konvensiyasındakı etibarsızlıq əsasları yaranmış olur, hansı ki, 2023-cü ildə Üçüncü şəxs mübahisəli əmtəə nişanını istifadə etmədiyindən iddiaçının bu əsasa istinad etməsi mümkün deyildi. İddiaçının təkrar müraciətinin faktiki və hüquqi əsasları 2023-cü ildəki faktiki və hüquqi əsaslardan tamamilə fərqli olmasına baxmayaraq, Əqli Mülkiyyət Agentliyi etirazı baxılmamış saxlamış, iddiaçı da məhz bundan sonra inzibati orqanın qanunsuz hərəkətlərindən məhkəməyə şikayət etmişdir. Əqli Mülkiyyət Agentliyinin iddiaçının təkrar müraciətinə münasibətdə qəbul etdiyi ##.##.2025 tarixli AP****-*** nömrəli “baxılmamış saxlama” qərarı yeni ortaya çıxmış faktiki və hüquqi əsaslara qiymət vermədiyindən inzibati orqanın hər hansı imtina qərarı ilə eyni hüquqi nəticə yaradır. Bu baxımdan cavabdehin müddətin keçməsi əsası ilə iddianın mümkün sayılmaması arqumenti öz əhəmiyyətini itirir, çünki Azərbaycan Respublikası inzibati prosessual qanunvericiliyi iddiaçıya zəmanət verir ki, o, inzibati orqanın qiymət verməkdən qəsdən yayındığı yeni faktiki və hüquqi əsaslar üzrə “əmtəə nişanının qeydiyyatının etibarsızlığı” tələbi ilə məhkəmə müdafiəsi hüququnu müstəqil həyata keçirsin. Cavabdehin geniş tanınmış əmtəə nişanlarına münasibətdə irəli sürdüyü arqument ağlabatan və legitim deyil. Cavabdehin istinad etdiyi geniş tanınmış əmtəə nişanına münasibətdəki ifadə 12 səhifə, 62 paraqrafdan ibarət qərarın yalnız 2 cümlədən ibarət olan 1 abzasında keçir. Nə iddiaçı iddia edir ki, “xxxx” geniş tanınmış əmtəə nişanıdır, nədə məhkəmə qərarında “xxxx əmtəə nişanı geniş tanınmış əmtəə nişanıdır” və yaxud “geniş tanınmış əmtəə nişanına aid hüquq və imtiyazlar “xxxx” əmtəə nişanına da aiddir” demir. Həmin ifadənin mətninə nəzər yetirdikdə aydın olur ki, həmin bənd işin mahiyyəti (qeydiyyatın etibarsızlığı) və yekun qərara münasibətdə bağlayıcı deyildir, yalnız oxşar (anoloji) digər hallarda qanunvericinin ümumi yanaşmasını izah etmək üçün qeyd edilmişdir. Üçüncü şəxsin apellyasiya şikayətinə etiraz: Üçüncü şəxsin apellyasiya şikayətinə etirazın dəlilləri cavabdehin apelyasiya şikayətinə etirazın dəlilləri ilə eynilik təşkil edir. Əlavə olaraq qeyd edilmişdir ki, üçüncü şəxsin istinad etdiyi “xxxx” MMC-in paylarının tam nəzarət zərfi və iddiaçı İddiaçı MMC-in 100% təsis payı X1 mənsubdur. Azərbaycan Respublikası mülki qanunvericiliyinə əsasən Azərbaycan Respublikasında hər kəs müstəqil şəkildə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün təşkilati hüquqi formasını seçməkdə azaddır, yəni Azərbaycan Respublikasında hər bir sahibkar istərsə VÖEN əsasında fərdi sahibkar kimi, istərsə də kommersiya hüquqi şəxsi təsis etməklə hüquqi şəxs təşkilati-hüquqi formasında sahibkarlıq fəaliyyəti ilə məşğul ola bilər. Mübahisəli əmtəə nişanının qeydiyyatından bir il əvvəl, yəni 2015-ci ildən “xxxx” brendini qurub-yaratmış və həmin dövrdə fərdi sahibkar qismində parlament prospekti 52F ünvanındakı “xxxx” gül salonunda vergi uçotuna alınmışdır. 2018-ci ildən etibarən isə hazırki iş üzrə iddiaçı “xxxx AND CO” MMC-ni təsis etməklə sahibkarlıq fəaliyyətini “xxxx AND CO”. MMC üzərindən həyata keçirmişdir. Bugün Parlament prospekti 52F ünvanındakı “xxxx” gül solonunda məhz iddiaçı “xxxx AND CO”. MMC vergi uçotuna alınmışdır, dövlətə vergiləri “xxxx AND CO”. MMC ödəyir, “xxxx” brendinin qanuni sahibi “xxxx AND CO” MMC-dir. Mübahisəli əmtəə nişanı altında üçüncü şəxs Üçüncü şəxs həyata keçirdiyi biznes fəaliyyəti məhz “xxxx AND CO” MMC-in qanuni mənafelərinə toxunur. Üçüncü şəxs Üçüncü şəxs niyə “xxxx” brendini yaratmadan və bu brend altında bir dənə belə gül satışı etmədən 2016-cı ildə özünə aid olmayan bir nişanı qeydiyyatdan keçirmişdir? Niyə məhz 9 il gözlədikdən sonra 2025 ci ildə “xxxx” gül mağazasını və instagram səhifəsini açmışdır? Neçə illər ərzində “xxxx” brendi altında 10 ildən çoxdur daimi və məhdudiyyətsiz fəaliyyət göstərən X1 və “xxxx AND CO” MMC-dən “xəbərsiz” olmuşdur? Səbəb-nəticə əlaqəsi - Üçüncü şəxs 10 ilə yaxın özünə aid olmayan bir nişanı gizlicə qeydiyyatdan keçirərək əlində saxlamışdır ki, brendin əsl sahibləri brendi böyütsün, 3 ölkədə filial açsın, məşhurlaşsın, özü isə 10 il sonra ortaya çıxıb bu qazanca haqsız yerə sahib çıxsın, asan yoldan varlansın. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Şirvan Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının ##.##.2026-cı il tarixli qərardadı ilə üçüncü şəxsin və ##.##.2026-cı il tarixli qərardadı ilə cavabdehin apellyasiya şikayətləri mümkün sayılmışdır. Apellyasiya şikayətlərində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə icraatı iştirakçılarının izahatları və prosessual məsələlər: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.1-ci maddəsinə əsasən bu Məcəllənin 16.3-cü maddəsində nəzərdə tutulmuş hallar (yazılı icraat) istisna edilməklə, məhkəmə tərəfindən mübahisəyə şifahi məhkəmə baxışı (şifahi dinləmələr) qaydasında baxılır. Cavabdehin nümayəndəsi apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, Şirvan İnzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli *-*(***)-****/**** nömrəli qərarının ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Üçüncü şəxsin vəkili (nümayəndəsi) və üçüncü şəxs apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, Şirvan İnzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli *-*(***)-****/**** nömrəli qərarının ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdilər. İddiaçının nümayəndələri X2 və (qanuni təmsilçi) X1 apellyasiya şikayətlərinə etirazlara uyğun izahat verərək, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Tətbiq edilən hüquq: “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 1. Əsas anlayışlar Bu Qanunda istifadə edilən anlayışlar aşağıdakı mənaları daşıyır: əmtəə nişanı - sahibkarın əmtəələrini və ya xidmətlərini digər sahibkarın əmtəələrindən və ya xidmətlərindən fərqləndirən və qrafik təsvir edilən nişan və ya nişanların hər hansı bir uzlaşmasıdır (kombinasiyasıdır); Maddə 2. Əmtəə nişanları və coğrafi göstəricilər haqqında Azərbaycan Respublikasının qanunvericiliyi Əmtəə nişanları və coğrafi göstəricilər haqqında Azərbaycan Respublikasının qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasından, bu Qanundan, Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında və tərəfdar çıxdığı dövlətlərarası müqavilələrdən ibarətdir. Maddə 5. Əmtəə nişanını qeydə almaqdan imtina edilməsinin mütləq əsasları Aşağıda göstərilən nişanların qeydə alınmasına yol verilmir: a) bu Qanunun 1-ci maddəsində verilmiş “əmtəə nişanı” anlayışına və 4cü maddəsinə uyğun gəlməyən nişanlar; b) fərqlənmə qabiliyyətinə malik olmayan əmtəə nişanları, yəni əsas amillərlə fərqlənməyən nişanlar; c) əmtəələrin və ya xidmətlərin növünü, keyfiyyətini, miqdarını, təyinatını, dəyərini, habelə onların istehsal olunduğu yeri və tarixi və digər xüsusiyyətlərini göstərən nişanlar; ç) şərabların və spirtli içkilərin mənşəyinə aid olmayan, lakin onları eyniləşdirməklə tərkibində coğrafi göstərici saxlayan əmtəə nişanları; d) əmtəənin mahiyyətini əks etdirən, ona mühüm dəyər verən və texniki nailiyyət üçün zəruri olan formalar; e) ictimai qaydaya, mənəviyyata və əxlaqa zidd olan ifadələrdən, şəxsiyyətin nüfuzdan düşməsinə səbəb ola bilən elementlərdən, din və dövlət rəmzlərindən ibarət nişanlar; ə) uzun illər Azərbaycan Respublikasının ticarət fəaliyyətində istifadə olunan, adi dildə çox işlənən nişan və ya göstəricidən ibarət əmtəə nişanları; f) əmtəələrin və ya xidmətlərin xüsusiyyətləri, keyfiyyəti və ya coğrafi mənşəyi ilə əlaqədar istehlakçını yanılda bilən əmtəə nişanları; g) sənaye mülkiyyətinin mühafizəsi üzrə Paris Konvensiyasının (bundan sonra— “Paris Konvensiyası” adlandırılacaqdır) 6ter maddəsinə uyğun olaraq qeydə alınması mümkün hesab edilməyən əmtəə nişanları; ğ) müvafiq icra hakimiyyəti orqanının razılığı olmadan təltiflər və başqa fərqlənmə nişanları. Maddə 6. Əmtəə nişanını qeydə almaqdan imtina edilməsinin digər əsasları Aşağıdakılarla eyni olan və ya onlara qarışdırılacaq dərəcədə bənzər olan nişanlar əmtəə nişanı kimi qeydə alınmır: a) Azərbaycan Respublikasında eyni və ya oxşar əmtəələrə və ya xidmətlərə aid başqa şəxsin adına qeydə əvvəl alınmış və ya qeydə alınmaq üçün iddia edilmiş əmtəə nişanları; b) Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq sazişlərə uyğun olaraq Azərbaycan Respublikasında daha əvvəl mühafizə edilən əmtəə nişanları; c) bu Qanunun 7-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikasında mühafizə edilən geniş tanınmış əmtəə nişanları; ç) əmtəə nişanının ilkinlik tarixindən əvvəl Azərbaycan Respublikasında eyni və ya oxşar əmtəələr yaxud xidmətlər üzrə başqa şəxsin adına mühafizə olunan və ya geniş tanınmış kimi müəyyən edilən və ya istifadə zamanı istehlakçılar və istehsalçılar arasında fərqlənmə qabiliyyətinə malik olan firma adları (firma adlarının hissələri); əmtəə nişanının ilkinlik tarixindən əvvəl Azərbaycan Respublikasında eyni və ya oxşar əmtəələr və ya xidmətlər üzrə başqa şəxs tərəfindən istifadə zamanı istehlakçılar və istehsalçılar arasında fərqlənmə qabiliyyətinə malik olan (tanınmış olan) əmtəə nişanları;[7] d) mühafizəsiz element kimi əmtəə nişanına daxil edilmiş coğrafi göstəricilər istisna olmaqla coğrafi göstəricidən istifadə hüququ olan şəxsin adına qeydə alınan və Azərbaycan Respublikasında mühafizə edilən coğrafi göstəricilər; e) qeydə alınmış sertifikat nişanları. Aşağıdakıları təkrar edən nişanlar əmtəə nişanı və ya onun elementi kimi qeydə alınmır: a) Azərbaycan Respublikasında başqa şəxslərə məxsus olan sənaye nümunələri; b) müəlliflik hüququ sahibinin və ya onun varisinin razılığı olmadan Azərbaycan Respublikasında məşhur elm, ədəbiyyat, incəsənət əsərləri, onların personajları, onlardan sitatlar və ya onların fraqmentləri; c) tanınmış şəxslərin və onların varislərinin razılığı olmadan həmin şəxslərin soyadları, adları, təxəllüsləri və bunlardan törəyən ifadələr. Tanınmış şəxslərin özlərinin və varislərinin olmadığı halda həmin işarələr Azərbaycan Respublikasının tarixi və mədəni sərvətidirsə, onların qeydə alınması üçün müvafiq icra hakimiyyəti orqanının icazəsi olmalıdır. Aşağıdakılar əmtəə nişanını qeydə almaqdan imtina üçün əsas ola bilməz: a) əmtəə nişanını qeydə almaq üçün onun barəsində iddia sənədinin verildiyi tarixədək iddiaçının həmin əmtəə nişanından istifadə etməməsi; b) əmtəənin və ya göstərilən xidmətin xarakterik cəhətləri; c) mənşə ölkəsində mühafizə edilən nişandan yalnız elementlərlə fərqlənən, nişanın fərqləndirici xarakterini dəyişməyən və onların eyniliyini pozmayan əmtəə nişanları. ç) mənşə ölkəsində əmtəə nişanına dair iddia sənədinin verilməməsi, onun qeydiyyata alınmaması və ya qeydiyyatı müddətinin uzadılmaması. Maddə 29. Əmtəə nişanının və coğrafi göstəricinin qeydiyyatının etibarsız sayılması Əmtəə nişanı bu Qanunun 1-ci maddəsində verilmiş “əmtəə nişanı anlayışına uyğun gəlmirsə və ya 5-ci maddənin tələbləri pozulmaqla qeydə alınmışsa, qeydiyyatın qüvvədə olduğu müddət ərzində, 6-cı maddəsinin birinci və ikinci hissələrində nəzərdə tutulmuş əsaslara görə isə qeydiyyata dair məlumatın rəsmi bülletendə dərc edildiyi tarixdən 5 il ərzində tamamilə və ya qismən etibarsız sayıla bilər. Əmtəə nişanının qeydiyyatı aşağıdakı hallarda etibarsız hesab edilir: əmtəə nişanı qüvvədə olduğu müddətdə, müəyyən növ mallarda ümumi şəkildə istifadə olunan nişanlara çevrildikdə; əmtəə nişanı qüvvədə olduğu müddətdə tam və ya qismən, “Sənaye mülkiyyətinin mühafizəsi üzrə Paris Konvensiyası”nın iştirakçısı olan dövlətlərin hər hansı birində, əmtəə nişanının sahibi ilə bilavasitə və ya dolayı yolla əlaqəsi olan şəxsin, nümayəndənin, agentin adına, Konvensiyanın 6 septies maddəsinin tələbləri pozulmaqla verildikdə. Əmtəə nişanı və ya onun əsas hissəsi geniş tanınmış əmtəə nişanına aid olan əmtəələr və ya xidmətlərlə qarışdırılacaq dərəcədə eyni və ya oxşar olan, başqa şəxsin adına qeydiyyata alınmış geniş tanınmış nişanın oxşatması, tərcüməsi və ya transliterasiyasıdırsa, bu cür əmtəə nişanının qeydiyyatının ləğvinə dair tələb, bu əmtəə nişanı barədə məlumatın dərc olunduğu tarixdən etibarən, qüvvədə olduğu müddət ərzində verilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi və ona əsas olmuş səbəblər: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə kollegiyası proses iştirakçılarını dinləyərək, apellyasiya şikayətlərinin dəlillərinə hüquqi qiymət verərək, işin faktiki hallarını, sübutları və sadalanan hüquq normalarını nəzərə alaraq hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayətləri təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Birinci instansiyası məhkəməsi iddianı təmin etmiş və gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Üçüncü şəxsi oğlunun “xxxx” sözündən və gül forması təsvirindən ibarət əmtəə nişanı iddiaçının 2015-ci ildən etibarən faktiki sahiblik etdiyi əmtəə nişanı ilə fərqləndirmək qabiliyyəti funksiyası itirilmiş dərəcədə eynilik təşkil edir. Məhkəmə həmçinin qeyd edir ki, qanunvericiliyə əsasən bir nişan başqa nişanlarla aralarında müəyyən fərqli elementlərin olmasına baxmayaraq, həmin nişanlarla eyni təsəvvür yaradırsa qarışdırılacaq dərəcədə uyğun hesab edilir. Eyni zamanda qanunvericilik nişanlar arasında oxşarlıq dərəcəsinin müəyyən edilməsi meyarlarını müəyyən etmişdir. Məhkəmə hesab edir ki, nişanların (işarələrin) oxşarlığı müəyyən edilərkən bu meyarlar ayrı-ayrılıqda deyil, məcmu halında nəzərdən keçirilməlidir. Belə ki, sözlərdən ibarət nişanların (işarələrin) oxşarlığı səsli (fonetik), qrafik (görünüşlü) və məna ifadəli (semantik) ola bilər. Məhkəmə hesab edir ki, sözügedən əmtəə nişanlarında ifadə olunan anlayışlar, ideyalar üst-üstə düşür. Qeyd olunduğu kimi, iddiaçı İddiaçı qeydiyyata alınması üçün təqdim etdiyi, ##.##.2015-ci ildən ilkin istifadəçisi olduğu əmtəə nişanının iş materiallarında olan ##.##.2022-ci il tarixli bildirişə və Əqli Mülkiyyət Agentliyinin sənaye mülkiyyətinin mühafizəsi sahəsində mübahisələrə baxan Apellyasiya Şurasının ##.##.2023-cü il tarixli, A**/** nömrəli qərarına əsasən Əqli Mülkiyyət Agentliyi Patent və Əmtəə Nişanlarının Ekspertizası Mərkəzi tərəfindən Üçüncü şəxsi oğlunun adına ##.##.2016-cı il tarixdə verilmiş, ilkinliyin tarixi ##.##.2016-cı il olan 2016 **** qeydiyyat nömrəli əmtəə nişanı ilə fonetik və semantik cəhətdən oxşar, qarışdırılacaq və fərqləndirmək qabiliyyəti funksiyası itirilmiş dərəcədə bənzər əmtəə nişanıdır. Əqli Mülkiyyət Agentliyi Patent və Əmtəə Nişanlarının Ekspertizası Mərkəzi tərəfindən Üçüncü şəxsi oğlunun adına ##.##.2016-cı il tarixdə verilmiş 2016 **** qeydiyyat nömrəli Şəhadətnamədə “xxxx” əmtəə nişanının ilkinlik tarixi ##.##.2016-cı il olaraq göstərilmişdir. Lakin ##.##.2016-cı il tarixindən 9 aydan artıq əvvəl X1 “xxxx” təsərrüfat subyektinin (obyektinin) sahibi kimi 6401115712 VÖEN-lə ##.##.2015-ci il tarixdə vergi orqanı tərəfindən dövlət qeydiyyatına alınaraq “xxxx” brendi altında sahibkarlıq fəaliyyəti həyata keçirməyə başlamış, 6 aya yaxın əvvəl isə təsis etdiyi “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti 6401383271 VÖEN-lə ##.##.2016-cı il tarixdə vergi orqanı tərəfindən dövlət qeydiyyatına alınaraq “xxxx” brendi altında fəaliyyətini həyata keçirməyə başlamış, “Premier&Blenheim İntemational BV(Holland)” şirkəti ilə bağlanmış ##.##.2016-cı il tarixli, **** nömrəli “Güllərin alğı-satqısı” haqqında müqavilə və “Güllərin alğısatqısı” haqqında müqaviləsi üzrə 2015-ci ilin oktyabr-noyabr aylarını əhatə edən “xxxx” şirkəti tərəfındən göndərilən invoyslarla beynəlxalq bazarda “xxxx” brendinin faktiki sahibi kimi tanınmışdır. Üçüncü şəxs iddiaçının əmtəəsini özbaşına təqlid edərək ədalətsiz üsullarla üstünlük əldə etməyə çalışmışdır. Belə olan halda yuxarıda sadalanan qanunvericilik aktlarının tələbinə görə Əqli Mülkiyyət Agentliyi Patent və Əmtəə Nişanlarının Ekspertizası Mərkəzi Üçüncü şəxsi oğlunun təqdim etdiyi “xxxx” əmtəə nişanının qeydiyyatından imtina etməli olduğu halda, həmin əmtəə nişanını qeydə almış, bununla da həm qanunvericiliyin, həm də “xxxx” əmtəə nişanını yaradan və sübutlarla təsdiq olunmuş ilkin istifadəçisi olan iddiaçının hüquqlarını pozmuşdur. İşin hallarından müəyyən edildi ki, X1 (VÖEN **********) təsərrüfat subyekti (obyekti) olan “xxxx” gül salonu (Kod: 6401115712-13001) ##.##.2015-ci il tarixdə vergi orqanında uçota aldırmışdır. “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyət ##.##.2016-cı il tarixdə 6401383271 VÖEN-lə * saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən dövlət qeydiyyatına alınmışdır. İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyət ##.##.2018-ci il tarixdə ********** VÖEN-lə * saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən dövlət qeydiyyatına alınmış təsisçisi və qanuni təmsilçisi X1r. X1 ##.##.2015- ##.##.2019-cu il tarixləri üzrə təqdim edilmiş mallara (işlərə, xidmətlərə) və əmlaka görə əldə edilmiş ümumi hasilatın, habelə satışdankənar gəlirlər (ödəmə mənbəyində vergi tutulmuş gəlirlər istisna edilməklə) 664572.53 manat vergi ödəmişdir. ##.##.2016-cı il tarixli **** nömrəli “Güllərin alğı-satqısı” haqqında müqavilədən görünür ki, X1 ilə “Premier&Blenheim İntemational BV (Holland)” şirkəti arasında müqavilə bağlanmış; ##.##.2015-ci il tarixli 1340949 və ##.##.2015-ci il tarixli ******* nömrəli invoyslardan görünür ki, X1 ilə (“xxxx” gül salonu Kod: 6401115712-13001) “Güllərin alğı-satqısı” haqqında müqavilə üzrə “xxxx” şirkəti tərəfındən invoyslar tərtib edilmişdir. Əmtəə nişanının qeydiyyata alınması haqqında ##.##.2016-cı il tarixli qərardan görünür ki, “xxxx” və logo”sundan ibarət əmtəə nişanı Üçüncü şəxs adına, əmtəə nişanı 31-ci sinf - “Toxumlar, canlı bitkilər və güllər” və 35-ci sinfi “Malların reklamı və satışı” əmtəələr (xidmətlər) üçün qeydiyyata alınmış, əmtəə nişanının rəngi ağ, firuzəyidir. Əmtəə nişanının qeydiyyata alınması haqqında şəhadətnamədən görünür ki, “xxxx” və logo”sundan ibarət əmtəə nişanı ##.##.2016-cı ildə 2016 **** nömrə ilə Üçüncü şəxs adına qeydiyyata alınmışdır. Əmtəə nişanlarının dövlət reyestrindən çıxarışdan görünür ki, İddiaçı iddia etdiyi “xxxx” və logo”sundan ibarət əmtəə nişanı ##.##.2016-cı ildə 2016 **** nömrə ilə Üçüncü şəxs adına, əmtəə nişanı 31-ci sinf - “Toxumlar, canlı bitkilər və güllər” və 35-ci sinfi “Malların reklamı və satışı” əmtəələr (xidmətlər) üçün qeydiyyata alınmış, əmtəə nişanının rəngi ağ, firuzəyidir. ##.##.2022-ci il tarixli “Əmtəə nişanlarının qeydiyyata alınmasından imtina edilməsi haqqında” bildiriş və ## ###### 2023-cü il tarixli 03№-li protokolla təsdiq edilmiş “Əmtəə nişanlarının qeydiyyata alınmasından imtina edilməsi haqqında” qərar ilə Əqli Mülkiyyət Agentliyi Patent və Əmtəə Nişanlarının Ekspertizası Mərkəzi tərəfindən “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinin İ hissəsinin “a” bəndinə (eyni və ya oxşar əmtəələrə və ya xidmətlərə aid başqa şəxsin adına əvvəl qeydə alınmış və ya qeydə alınmaq üçün iddia edilmiş əmtəə nişanları qeydə alınmır) əsasən fonetik və semantik cəhətdən oxşar, ƏXTB-nin 31, 35-ci (Əmtəə və Xidmətlərin Beynəlxalq Təsnifatının 31-ci sinfinin “Toxumlar, canlı bitkilər və güllər” əmtəələri və 35-ci sinfinin “Malların reklamı və satışı” xidmətləri) sinfinin həmcins əmtəə və xidmətləri üzrə daha öncə başqa şəxsin adına qeydiyyata alınmış əmtəə nişanı ilə qarışdırılacaq və fərqləndirmək qabiliyyəti funksiyası itirilmiş dərəcədə bənzər olan əmtəə nişanı mövcud olduğundan İddiaçı təqdim etdiyi əmtəə nişanının qeydə alınmasından imtina edilmişdir. Apellyasiya Şurasının ##.##.2023-cü il tarixli A**/** nömrəli qərarı ilə Üçüncü şəxsi oğluna məxsus № **** **** qeydiyyat nömrəli əmtəə nişanının qeydiyyatına qarşı “xxxx & CO” MMC tərəfindən ##.##.2023-cü il tarixdə “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Azərbaycan Respublikası Qanununun 29-cu maddəsində nəzərdə tutulmuş əsaslara görə Cavabdeh sənaye mülkiyyətinin mühafizəsi sahəsində mübahisələrə baxan Apellyasiya Şurasına etiraz verilmişdir. Qərarda qeyd edilmişdir ki, “...Hüquqi hərəkətlərin yerinə yetirilməsi üçün qanunvericiliklə müddətlər müəyyən edilmişdir. Müddətlərin tətbiqi mülki dövriyyə iştirakçılarında stabilliyin və hüquqi müəyyənliyin formalaşması üçün mühüm vasitədir. Əmtəə nişanının (qeydiyyat nömrəsi 2016 ****) Üçüncü şəxs adına qeydiyyata alınması barədə məlumat rəsmi bülletendə ##.##.2016-cı il tarixdə dərc edilmiş, “xxxx & CO” MMC tərəfindən etiraz ərizəsi isə Apellyasiya Şurasına ##.##.2023-cü il tarixdə verilmişdir. Odur ki, “xxxx & CO” MMC tərəfindən həmin qeydiyyatın Qanunun 6-cı maddəsinin birinci hissəsində nəzərdə tutulmuş əsasla mübahisələndirilməsi üçün qanunvericiliklə müəyyənləşdirilmiş beş illik müddət ötürülmüşdür. Qanunun 29-cu maddəsində nəzərdə tutulmuş əsaslara görə etiraz ərizəsi əsassız hesab edilmiş və təmin edilməmişdir. Apellyasiya Şurasının ## #### 2025-ci il tarixli AP****-*** nömrəli qərarı ilə “xxxx & CO” MMC tərəfindən Apellyasiya Şurasına daxil olmuş etiraz baxılmamış saxlanılmış və buna səbəb müraciət üzrə Apellyasiya Şurasının ## #### 2023-cü il tarixli A**/** nömrəli qərarının mövcudluğu, yeni hüquqi əsasların mövcud olmaması olmuşdur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, apellyasiya şikayətlərinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir. İlk növbədə iddianın mümkünlüyü ilə bağlı subyektiv hüquq məsələsinə münasibətdə bildirilir ki, İddiaçı MMC-in 100% təsis payı X1 mənsubdur. Qanunvericiliyə əsasən Azərbaycan Respublikasında hər kəs müstəqil şəkildə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün təşkilati hüquqi formanı seçməkdə azaddır, şəxs iradəsinə uyğun istər fiziki şəxs qismində fərdi sahibkar kimi, istərsə də kommersiya hüquqi şəxsi təsis etməklə sahibkarlıq fəaliyyəti ilə məşğul ola bilər. Mübahisəli əmtəə nişanının qeydiyyatından əvvəl ##.##.2015-ci il tarixdə X1 (VÖEN **********) təsərrüfat subyekti (obyekti) olan “xxxx” gül salonunu (Kod: 6401115712-13001) ##.##.2015-ci il tarixdə vergi orqanında uçota aldırmış və fəaliyyət göstərmişdir. Bunu həmin dövr üzrə ödənilmiş vergilər, iş materiallarında olan fotoşəkillər və bağlanmış müqavilələr sübut edir. X1 2018-ci ildə “xxxx AND CO” MMC-ni təsis etməklə sahibkarlıq fəaliyyətini “xxxx AND CO” MMC üzərindən həyata keçirmişdir. Hüquq sübyektlərinin fərqliliyi məsələsi X1 ilə “xxxx AND CO” MMC arasında mübahisə olarsa, onlar tərəfindən mübahisələndirilə bilər. İddianın mümkünlüyü ilə bağlı iddia müddəti məsələsinə münasibətdə bildirilir ki, mübahisəli əmtəə nişanının üçüncü şəxsin qeydiyyata alınması ilə bağlı qərar (inzibati akt) barədə iddiaçıya rəsmi məlumat verilməmişdir. İddiaçı ##.##.2023-cü ildə qərar barədə etiraz etmiş, Apellyasiya Şurasının ##.##.2023-cü il tarixli A**/** nömrəli qərarı ilə etiraz əsassız hesab edilmiş və təmin edilməmişdir. Bundan sonra iddiaçı 2025-ci ildə yeni faktiki və hüquqi əsaslar üzrə etiraz edilmiş, Apellyasiya Şurasının ## #### 2025-ci il tarixli AP****-*** nömrəli qərarı ilə “xxxx & CO” MMC tərəfindən Apellyasiya Şurasına daxil olmuş etiraz baxılmamış saxlanılmış və buna səbəb müraciət üzrə Apellyasiya Şurasının ## #### 2023-cü il tarixli A**/** nömrəli qərarının mövcudluğu, yeni hüquqi əsasların mövcud olmaması olmuşdur. “İnzibati icraat haqqında” Qanunun 35-ci maddəsinə əsasən maraqlı şəxs şikayət verilə bilməyən inzibati aktın ləğv olunması və ya dəyişdirilməsi ilə inzibati aktın qəbul olunması üçün əsas olmuş faktiki və ya hüquqi hallar maraqlı şəxsin xeyrinə dəyişdikdə təkrar ərizə ilə inzibati orqana müraciət edə bilər. Bu Qanunun 35.1-ci maddəsində nəzərdə tutulmuş hallarda inzibati orqan təkrar ərizəni yoxlamağa və ərizə ilə bağlı müvafiq qərar qəbul etməyə borcludur. İddiaçı ##.##.2025ci ildə iddia ərizəsi ilə ilə məhkəməyə müraciət etmişdir. Qeyd edilənlərə əsasən hesab edilir ki, iddia mümkün iddiadır. Mübahisənin mahiyyəti ilə bağlı apellyasiya şikayətlərinin dəlillərinə münasibətdə bildirilir ki, “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Azərbaycan Respublikası Qanununun 29cu maddəsinə əsasən 5 illik müddət bu Qanunun 1-ci maddəsində verilmiş “əmtəə nişanı anlayışına uyğun gəlmədikdə, 5-ci maddənin tələbləri pozulmaqla qeydə alındıqda, qeydiyyatın qüvvədə olduğu müddət ərzində, 6-cı maddəsinin birinci və ikinci hissələrində nəzərdə tutulmuş əsaslara görə edilmiş müraciətlər üzrə tətbiq edə bilər. Qanunun 29-cu maddəsinin tələbinə əsasən 5 illik müddət tələbinin şamil edildiyi yeganə hal Qanunun 6-cı maddəsinin birinci və ikinci hissələrində nəzərdə tutulmuş əsasların mövcudluğudur. Qanunun 29-cu maddəsində əmtəə nişanlarının qeydiyyatının etibarsızlığı üzrə hüquqi əsaslar nəzərdə tutulmuşdur ki, bunlardan yalnız biri, yəni 6-cı maddənin birinci və ikinci hissələri üzrə 5 illik müddət tələbi var, qalan əsaslar üzrə əmtəə nişanının qeydiyyatının etibarsızlığı həmin əmtəə nişanının qeydiyyatının qüvvədə olduğu müddət ərzində mübahisələndirilə bilər. “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən əmtəə nişanları və coğrafi göstəricilər haqqında Azərbaycan Respublikasının qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasından, bu Qanundan, Azərbaycan Respublikasının digər qanunvericilik aktlarından və tərəfdar çıxdığı dövlətlərarası müqavilələrdən ibarətdir. Azərbaycan Respublikası Milli Məclisi ## ######## 1995-ci il tarixli Qərarı ilə “Ümumdünya Əqli Mülkiyyət X19”nı təsdiq etmişdir. Həmin təşkilatın “Ticarətlə Əlaqəli Əqli Mülkiyyət Hüquqlarına dair Sazişi”nin 24-cü maddəsinin 5-ci bəndinə əsasən əgər əmtəə nişanı vicdanla tətbiq edilməyib və ya qeydiyyata alınmayıbsa, yaxud vicdanla istifadə yolu ilə əldə edilməyibsə, həmin əmtəə nişanı mühafızə predmeti hesab edilmir. “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin “f” bəndinə əsasən əsasən əmtəələrin və ya xidmətlərin xüsusiyyətləri, keyfiyyəti və ya coğrafi mənşəyi ilə əlaqədar istehlakçını yanılda bilən əmtəə nişanlarının qeydə alınmasına yol verilmir. Qanunun 29-cu maddəsinə əsasən əmtəə nişanı bu Qanunun 1-ci maddəsində verilmiş “əmtəə nişanı anlayışına uyğun gəlmirsə və ya 5-ci maddənin tələbləri pozulmaqla qeydə alınmışsa, qeydiyyatın qüvvədə olduğu müddət ərzində, 6-cı maddəsinin birinci və ikinci hissələrində nəzərdə tutulmuş əsaslara görə isə qeydiyyata dair məlumatın rəsmi bülletendə dərc edildiyi tarixdən 5 il ərzində tamamilə və ya qismən etibarsız sayıla bilər İşin hallarının onu deməyə əsas verir ki, mübahisələndirilən əmtəə nişanı 5 il müddət nəzərə alınmadan qeydiyyatın qüvvədə olduğu müddət ərzində (##.##.2026) mübahisələndirilə bilər. Əqli Mülkiyyət Agentliyi Patent və Əmtəə Nişanlarının Ekspertizası Mərkəzi tərəfindən Üçüncü şəxsi oğlunun adına ##.##.2016-cı il tarixdə verilmiş 2016 **** qeydiyyat nömrəli şəhadətnamədə “xxxx” əmtəə nişanının ilkinlik tarixi ##.##.2016-cı il olaraq göstərilmişdir. Lakin ##.##.2016-cı il tarixdən 9 aydan artıq əvvəl X1 “xxxx” təsərrüfat subyektinin (obyektinin) sahibi kimi 6401115712 VÖEN-lə ##.##.2015-ci il tarixdə vergi orqanı tərəfindən dövlət qeydiyyatına alınaraq “xxxx” brendi altında sahibkarlıq fəaliyyəti həyata keçirməyə başlamış, sonradan isə təsis etdiyi “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyət 6401383271 VÖEN-lə ##.##.2016-cı il tarixdə vergi orqanı tərəfindən dövlət qeydiyyatına alınaraq “xxxx” brendi altında fəaliyyətini həyata keçirməyə başlamış, “Premier&Blenheim İntemational BV(Holland)” şirkəti ilə bağlanmış ##.##.2016-cı il tarixli **** nömrəli “Güllərin alğı-satqısı” haqqında müqavilə və “Güllərin alğısatqısı” haqqında müqaviləsi üzrə 2015-ci ilin oktyabr-noyabr aylarını əhatə edən “xxxx” şirkəti tərəfindən göndərilən invoyslarla beynəlxalq bazarda “xxxx” brendinin faktiki sahibi kimi tanınmışdır. X6 Mülkiyyətə dair “İlkin istifadə” doktrininə (Doctrine of Prior Use) əsasən əgər bir şəxs (hazırki mübahisəyə münasibətdə X1) öz biznesində öz əmtəə nişanını ərizəçidən (hazırki mübahisəyə münasibətdə Üçüncü şəxsi oğlu) daha əvvəl vicdanla istifadə edibsə, o zaman həmin şəxs, eyni nişanı qeydiyyatdan keçirən və ya istifadə etməyə başlayan digər tərəfə qarşı öz hüquqlarını müdaflə edə bilər (Üçüncü şəxsi oğlunun “xxxx” əmtəə nişanının ilkinlik tarixi ##.##.2016-cı il, X1 “xxxx” təsərrüfat subyektinin (obyektinin) sahibi kimi dövlət qeydiyyatı ##.##.2015-ci il, yəni 9 ay əvvəl, “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin dövlət qeydiyyatı ##.##.2016-cı il, yəni 6 ay əvvəl). “Haqsız rəqabət haqqında” Qanunun 1-ci maddəsinə görə haqsız rəqabət-bazar subyektinin sahibkarlıq fəaliyyətində mövcud qanunvericiliyə zidd və ədalətsiz üsullarla üstünlük əldə etməyə yönəlmiş, bununla da digər bazar subyektlərinə (rəqiblərinə) zərər vura bilən, yaxud onların işgüzarlıq nüfuzuna xələl yetirə bilən hərəkətlərdir. Həmin Qanunun 4-cü maddəsinə əsasən rəqibin təsərrüfat fəaliyyətini təqlid edən aşağıdakı hərəkətlərə yol verilmir: rəqibin əmtəəsinin, həmçinin onun əmtəə formasının, qablaşdırılmasının və xarici tərtibatının, əmtəənin texniki xassələrindən irəli gələn xarici görünüşü istisna olmaqla, özbaşına təqlid edilməsi; digər təsərrüfat subyektinin patent lisenziya hüququnu pozmaq yolu ilə onun məhsulunun birbaşa təkrarlanması; eyni adlı subyekt tərəfindən öz adını hər hansı fərqləndirici nişanla firma adı kimi istifadə etməsi halları istisna olmaqla, digər bazar subyektinin əmtəə nişanının, coğrafi göstəricilərinin, firma adının, əmtəə markasının, həmçinin adının qanunsuz istifadə edilməsi. Üçüncü şəxs Qanunun tələblərini pozaraq iddiaçının əmtəəsini özbaşına təqlid edərək ədalətsiz üsullarla üstünlük əldə etməyə çalışmışdır. Belə olan halda Əqli Mülkiyyət Agentliyi Patent və Əmtəə Nişanlarının Ekspertizası Mərkəzi Üçüncü şəxsi oğlunun təqdim etdiyi “xxxx” əmtəə nişanının qeydiyyatından imtina etməli olduğu halda, həmin əmtəə nişanını qeydə almış, bununla da həm qanunvericiliyin, həm də “xxxx” əmtəə nişanını yaradan və sübutlarla təsdiq olunmuş ilkin istifadəçinin hüquqlarını pozmuşdur. Kollegiya qeyd edir ki, iddiaçı şəhadətnamənin etibarsız hesab edilməsini tələb etsədə, onun hüquqi marağı əmtəə nişanının qeydiyyata alınması haqqında ##.##.2016-cı il tarixli qərarın və həmin qərar əsasında qeydiyyata alınmış ##.##.2016-cı il tarixli 2016 **** nömrəli şəhadətnamənin etibarsızlığına yönəlmişdir. Cavabdehin qeyd edilən qərarının qanunsuzluğu həmin qərar əsasında verilmiş şəhadətnamənin etibarsızlığını şərtləndirir. Bu səbəbdən əmtəə nişanının qeydiyyata alınması haqqında ##.##.2016-cı il tarixli qərar və həmin qərar əsasında qeydiyyata alınmış ##.##.2016-cı il tarixli 2016 **** nömrəli şəhadətnamə etibarsız hesab edilməlidir. Beləliklə, apellyasiya şikayətlərinin təmin edilməsi üçün əsas yoxdur. Odur ki, apellyasiya şikayətləri təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayətləri təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli *-*(***)-****/**** saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Məhkəmə qərarından tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə (AZ 1025, Bakı şəhəri,Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-1(3-9)-210/2026
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-9)-210/2026
11.06.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver