Azərbaycan Respublikası adından Qərardad Şirvan şəhəri İş № 2-1(3-9)-211/2026 13.05.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının hakimləri Sadıqov Mirlətif Süleyman oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Fikrət Cilingir oğlu və Quliyev Ceyhun Əmir oğlundan ibarət tərkibdə, X3 oğlunun katibliyi, Iddiaçı İddiaçı və nümayəndəsi X1, Cavabdeh Sabirabad rayon Qasımbəyli Bələdiyyəsinin nümayəndəsi X2 oğlunun, Üçüncü şəxs cavabdeh2 nümayəndəsi Nümayəndə oğlunun iştirakları ilə, Iddiaçı İddiaçı cavabdeh Sabirabad rayon Qasımbəyli Bələdiyyəsinə qarşı cavabdeh2 inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmaqla “qərarın və alqı-satqı müqaviləsinin ləğv edilməsi” tələbinə dair iş üzrə Şirvan Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Iddiaçı İddiaçı cavabdehlər Sabirabad rayonu Qasımbəyli Bələdiyyəsinə və cavabdeh2 qarşı iddia ərizəsi ilə Şirvan Inzibati Məhkəməsinə müraciət edərək, satıcı Sabirabad rayonu, Qasımbəyli bələdiyyəsi ilə alıcı cavabdeh2 arasında bağlanmış 0,2 ha həyətyanı torpaq sahəsinin satılması barədə ##.##.2024-cü il tarixli Daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçı Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə IPM) 54-cü maddəsinə əsasən iddianın dəyişdirilməsi (tələbin dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, cavabdeh qismində Sabirabad rayon Qasımbəyli Bələdiyyəsi, üçüncü şəxs qismində X4 qeyd olunmaqla Sabirabda rayonu Qasımbəyli Bələdiyyəsi ilə alıcı cavabdeh2 arasında bağlanmış 0,12 ha həyətyanı torpaq sahəsinin satılması barədə ##.##.2024-cü il tarixli Daşınmaz əmlakın alqısatqı müqaviləsinin etibarsız sayılması barədə qərar çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı yenidən IPM-nin 54-cü maddəsinə əsasən iddianın dəyişdirilməsi (tələbin dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək Sabirabad rayonu Qasımbəyli Bələdiyyəsinin ##.##.2022-ci il tarixli ** saylı iclas protokolunun qərarının və həmin qərar əsasında bağlanmış ##.##.2024-cü il tarixli alqı-satqı müqaviləsinin ləğv edilməsi barədə çıxarılmasını xahiş etmişdir. Şirvan Inzibati Məhkəməsinin (hakim R.Quliyeva) ##.##.2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, hazırki işdə iddiaçının subyektiv hüquqi mövcud deyildir. Baxmayaraq ki, İddiaçı qanuni qüvvəsini almış məhkəmə aktı ilə Sabirabad rayonu Qasımbəyli KIN tərəfindən təsərrüfatbaşına kitabdan verilən *** nömrəli çıxarışa görə ** nömrəli təsərrüfat kitabının 1123-cü səhifəsində qeyd olunmuş 130 kv.m ibarət fərdi yaşayış evinə köçürülmüşdür. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan müəyyən olunur ki, ünvan 1ndə yerləşən 0,12 ha torpaq sahəsində yerləşən 127,5 kv.m olan fərdi yaşayış evi ##.##.2024-cü il tarixdə 1324010846 qeydiyyat nömrəsi ilə (************-***** reyestr nömrəli) Daşınmaz əmlakın dövlət reyestrində ** nömrəli reyestr kitabının ** nömrəli vərəqində cavabdeh2 adına qeydə alınmışdır. Qərardaddan iddiaçı tərəfindən apellyasiya şikayəti verilmişdir. Işin halları Iddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, DƏDKR publik hüquqi şəxsi ** saylı Şirvan Ərazi Idarəsinə qarşı cavabdeh2 adına qeydə alınmış çıxarışın ləğv edilməsi ilə bağlı məhkəməyə müraciət etmişdir. Çıxarışın verilməsinə ##.##.2024-cü il tarixli alqı-satqı müqaviləsi olmuşdur. Satıcı Sabirabad rayon Qasımbəyli Bələdiyyəsi adından Bələdiyyənin sədri X2 alıcı Sabirabad rayonu Muradbəyli kəndində yaşayan cavabdeh2 həyətyanı sahə olaraq 0,12 ha torpaq sahəsi satılmışdır. Satılan torpaq sahəsi onunla rəsmi nikahda olduğu Nümayəndə ilə birlikdə tikdikləri, məhkəmə qətnaməsi ilə köçümə hüququ əldə etdiyi həyətyanı evi sahəsidir. cavabdeh2 qardaşı Bariş Mirzəkişi oğlu Babaşovla ##.##.2011-ci ilədək faktiki, ##.##.2011-ci il tarixdə rəsmi nikahda olmuşdur. Bu nikahdan ##.##.2012ci ildə Babaşova Elmira Baris qızı, ##.##.2014-cü ildə isə Babaşov Mirzəkişi Baris oğlu doğulmuşdur. ##.##.2021-ci ildə döyülüb, xəsarət alıb evdən qovulmuşdur. Məhkəmə qətnaməsi ilə nikahları pozulmuş, uşaqlara görə aylıq alimentin Nümayəndə alınması qət edilmişdir. ##.##.2011-ci il tarixdə qaynatası Mirzəkişi Babaşovun evinə gəlin köçmüşdür. Həmin evdə 1 il 6 ay yaşamışdır. Həmin müddətdə həyətyanı sahədə özləri üçün ev tikmişdirlər. Fərdi yaşayış evinin tikildiyi həyətyanı torpaq sahəsi bələdiyyə mülkiyyətində olan zəbt torpaq sahəsi olmuşdur. 2012-ci ildə yeni tikilmiş evə köçmüşdür. Apellyasiya şikayətinin dəlilləri Iddiaçı apellyasiya şikayəti verərək, iddianın mümkün hesab edilərək mahiyyəti üzrə baxılması üçün Şirvan Inzibati Məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri iddia ərizəsinin dəlilləri ilə eynilik təşkil edir. Prosessual məsələlər Iddiaçı və nümayəndəsi məhkəmə kollegiyasının iclasında ayrı-ayrılıqda apellyasiya şikayətini müdafiə etmişlər və şikayətin dəlillərinə uyğun izahat vermişlər. Cavabdeh Sabirabad rayon Qasımbəyli Bələdiyyəsinin nümayəndəsi X2 şikayətin dəlillərini qəbul etməmiş və birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasının xahiş etmişdir. Üçüncü şəxs cavabdeh2 nümayəndəsi Nümayəndə şikayətin dəlillərini qəbul etməmiş, mübahisələndirilən qərarın qanuni olduğunu bildirmişdir. Əsaslandırma Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası məruzəni dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, iş materiallarında olan: Sabirabad Rayon Məhkəməsinin ##.##.2022-ci il tarixli, *(***)-***/**** nömrəli qətnaməsinin surətindən müəyyən olunur ki, iddiaçı İddiaçı cavabdeh Nümayəndə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə birgə nikah dövründə əldə etdikləri ümumi əmlak sayılan ünvan 1ndə yerləşən fərdi yaşayış evi kimi istifadə olunan, Sabirabad rayon Qasımbəyli KIN tərəfindən təsərrüfatbaşına kitabdan verilən *** nömrəli çıxarışa görə ** nömrəli təsərrüfat kitabının 1123-cü səhifəsində sahəsi 130 kv.m göstərilən, tikilmə tarixi 2012-ci il qeyd edilən, 3 otaqlı, mətbəx, hamam və aynabənddən ibarət tikilinin bərabər bölünərək 1/2 hissəsinin ona verilməklə payının müəyyən edilməsi və fərdi ev kimi istifadə olunan həmin tikiləyə köçürülmə barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmənin qətnaməsi ilə iddianın qismən təmin edilməsi iddiaçı İddiaçı ünvan 1ndə yerləşən və Sabirabad rayon Qasımbəyli KIN tərəfindən təsərrüfatbaşına kitabdan verilən *** nömrəli çıxarışa görə ** nömrəli təsərrüfat kitabının 1123-cü səhifəsində evin sahəsii 130 kv.m göstərilmiş fərdi yaşayış evinə köçürülməsi və İddiaçı həmin evdə digər sakinlərlə bərabər eyni imkanlarla yaşaması hüquqlarının həyata keçirilməsi ilə əlaqədar yaradılan maneələr özbaşınalıq kimi qiymətləndirilərək cavabdehə qdağan edilməsi, iddia tələbinin qalan hissədə rədd edilməsi qət edilmişdir. Qətnamədən narazı qalan cavabdeh apellyasiyaşikayəti vermiş, Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının *(***)-***/**** saylı, ##.##.2023-cü il tarixli qətnaməsi ilə cavabdeh Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayətinin qismən təmin edilməsi, Sabirabad Rayon Məhkəməsinin ##.##.2022-ci il tarixli, *(***)-***/**** saylı qətnaməsi ilə iddiaçı İddiaçı Sabirabad rayonu Muradbəyli kəndində yerləşən və Sabirabad rayon Qasımbəyli KIN tərəfindən təsərrüfatbaşına kitabdan verilən *** nömrəli çıxarışa görə ** nömrəli təsərrüfat kitabının 1123-cü səhifəsində evin sahəsi 130 kv.m göstərilmiş fərdi yaşayış evində digər sakinlərlə bərabər eyni imkanlarla yaşaması hüquqlarının həyata keçirilməsi ilə əlaqədar yaradılan maneələrin özbaşınalıq kimi qiymətləndirilərək cavabdehə qadağan edilməsi hissəsində ləğv edilməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2023-cü il tarixli qətnaməsi ilə cavabdeh Nümayəndə və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs cavabdeh2 tərəfindən birgə verilmiş kassasiya şikayətinin təmin edilməməsi, Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ##.##.2023-cü il tarixli, *(***)-***/**** saylı qətnaməsi ilə iddianın təmin olunan hissəsində dəyişdirilmədən saxlanılması qərara alınmışdır. cavabdeh2 ##.##.2022-ci il tarixdə ərizə ilə Sabirabad rayonu, Qasımbəyli Bələdiyyəsinə müraciət edərək bildirmişdir ki, Muradbəyli kəndində yerləşən “Çöl” yer adlanan ərazidəki torpaq sahəsində 2008-2010-cu illərdə yaşamaq üçün fərdi yaşayış evi tikmişdir. Sonralar ona məlum olmuşdur ki, sözügedən ərazi Qasımbəyli Bələdiyyəsinin mülkiyyətinə aid olan həmin torpaq sahəsinin 0,12 hektarını həyətyanı məqsədi ilə mülkiyyətinə verilməsi üçün köməklik göstərilməsini xahiş etmişdir. Sabirabad rayonu Qasımbəyli Bələdiyyəsinin ##.##.2022-ci il tarixli iclasının ** saylı protokolunun qərarı ilə Muradbəyli kənd sakini cavabdeh2 Muradbəyli kəndi ərazisində yerləşən “Çöl” yer adlanan ərazidən həyətyanı məqsədilə 0,12 ha torpaq sahəsi almaq üçün bələdiyyəyə daxil olmuş müraciətinin nəzərə alınması (qərarın 2-ci bəndi); cavabdeh2 xüsusi mülkiyyətinin həyətyanı məqsdəi ilə 0,12 ha torpaq sahəsinin müsabiqədənkənar satılması üçün müəyyən edilmiş torpaq sahəsinə baxış keçirilməsi, rəyin alınması, torpaq sahəsinin planının və ölçüsünün hazırlanması üçün Sabirabad Rayon Icra Hakimiyyəti Başçısının Memarlıq və Tikinti Şöbəsinə, Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında ƏMDX-nin DƏDRX-nin ** saylı Şirvan Ərazi Idarəsinə müraciət edilməsi (qərarın 3-cü bəndi) qərara alınmışdır. Sabirabad rayonu Muradbəyli kəndinə qeydiyyatda olan cavabdeh2 tərəfindən ##.##.2023-cü il tarixli ************* nömrəli ərizənin surətindən müəyyən olunur ki, sonuncu ünvan 1ndə yerləşən ona məxsus olan tikilinin altında yerləşən torpaq sahəsinin hüquqlarının Sabirabad rayonu Qasımbəyli Bələdiyyəsinin mülkiyyəti kimi tanıdılmasına etiraz etmir. Sabirabad Rayon Icra Hakimiyyəti Memarlıq və Tikinti Şöbəsi tərəfindən Sabirabad rayon Qasımbəyli Bələdiyyəsinə ünvanlanmış *** №-li, ##.##.2023-cü il tarixli məktubda qeyd olunmuşdur ki, Sabirabad rayonu, Qasımbəyli bələdiyyəsinin mülkiyyətində olan bilavasitə mülkiyyətə verilməsi nəzərdə tutulan 1200 kv.m torpaq sahəsi yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aiddir. Bələdiyyə tərəfindən mülkiyyətə verilməsi nəzərdə tutulan torpaq sahəsinin ayrılmassı yaşayış məntəqəsinin müvafiq ərazi planlaşdırılması sənədlərinə yerquruluşu-təsərrüfat planına, torpaq sahəsinin kateqoriyasına və məqsdəli istifadə təyinatına uyğundur. Azərbaycan Respublikasının 2002-ci il ## #### tarixli ***-IIQ nömrəli Qanunu ilə təsdiq olunmuş “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında Əsasnamə”nin 7-ci bəndinə əsasən, yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid olan 1200 kv.m torpaq sahəsinin fərdi yaşayış evinin tikintisi məqsədilə bilavasitə ayrılmasına Sabirabad Rayon Icra Hakimiyyəti etiraz etmir. Sabirabad rayonu Qasımbəyli Bələdiyyəsinin ##.##.2024-cü il tarixli iclasının * saylı iclas protokolunun qərarı ilə Qasımbəyli Bələdiyyəsinin “Yerli büdcə, yerli iqtisadi inkişaf məsələləri” komissiyasının Sabirabad rayonu, Muradbəyli kənd sakini cavabdeh2 xüsusi mülkiyyətinə fərdi yaşayış evinin tikintisi məqsədi ilə 0,12 ha torpaq sahəsinin (müsabiqədənkənar) satılması ilə bağlı qəbul etdiyi ##.##.2024-cü il tarixli ** saylı qərarı təsdiq edilmişdir (qərarın 10-cu bəndi). Daşınmaz əmlakın alqı-satqısına dair ******* №-li ##.##.2024-cü il tarixli müqavilənin surətindən müəyyən olunur ki, cavabdeh2 ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 0,12 ha torpaq sahəsinin dəyərini tam ödəməklə Sabirabad rayonu Qasımbəyli Bələdiyyəsindən satın almışdır. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan müəyyən olunur ki, ünvan 1ndə yerləşən 0,12 ha torpaq sahəsi ##.##.2024-cü il tarixdə 1324009341 qeydiyyat nömrəsi ilə (************ reyestr nömrəli) Daşınmaz əmlakın dövlət reyestrində *** nömrəli reyestr kitabının ** nömrəli vərəqində cavabdeh2 adına qeydə alınmışdır. Kollegiya diqqətə çatdrır ki, iş materiallarından göründüyü kimi İddiaçı qanuni qüvvəsini almış məhkəmə aktı ilə Sabirabad rayonu Qasımbəyli KIN tərəfindən təsərrüfatbaşına kitabdan verilən *** nömrəli çıxarışa görə ** nömrəli təsərrüfat kitabının 1123-ü səhifəsində qeyd olunmuş 130 kv.m ibarət fərdi yaşayış evinə köçürülməsi qət edilmişdir. Sözügedən mənzilə daha sonra üçüncü cavabdeh2 hüquqları qeydiyyata alınmışdır. Inzibati prosessual qanunvericiliyin prinsiplərinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddianın yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri – iddia tələbinin iddia müddətinə dair normalara riayət etməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. “Inzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ##### 2015-ci il tarixli, ** nömrəli Qərarının 1.1, 1.3, 1.4 və 2.1-ci bəndlərində göstərilmişdir ki: -Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. -Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. -Iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. -Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. -Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, IPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü IPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Kollegiya qeyd edir ki, “Inzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ##### 2015-ci il tarixli, ** nömrəli Qərarının 6.1 və 6.2-ci bəndlərinə əsasən iddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edibetmədiyi yoxlanılmalıdır. Iddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. Iddiaçı apellyasiya baxışı zamanı izahatında göstərdi ki, məhkəmə aktı ilə mənzilə köçürülməsi qət edilsə də, həmin mənzilə üçüncü şəxin hüquqları qeydiyyata alındığından və üçüncü şəxs icra sənədi üzrə borclu olmadığından məhkəmə qətnaməsi icra olunmur. Nəticədə mənzildən istifadə edə bilmir. Onun hazırkı iddianı qaldırmaqda məqsədi mənzilə köçməkdir. Göründüyü kimi, hazırkı halda iddiaçının irəli sürdüyü iddia tələbi ilə onun hüquqi marağının təmin edilməsi, çatmaq istədiyi məqsədə nail olunması mümkün deyil. Yəni digər hallarla yanaşı, hüquqi maraq da mövcud deyil. Birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Şirvan Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(3-9)-211/2026
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(3-9)-211/2026
13.05.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver