Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 2-1(3-9)-220/2026 22.07.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: ünvanlı dövlət sosial yardımın bərpa edilməsindən imtina) Şirvan Apellyasiya Məhkəməsinin İnzibati kollegiyası, hakimlər Quliyev Ceyhun Əmir oğlu (sədrlik edən və məruzəçi), X2 və Sadıqov Mirlətif Süleyman oğlundan ibarət tərkibdə, Rzayev Rüfət İlham oğlunun katibliyi, cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “təyin edilmiş ünvanlı sosial yardımın dayandırıldığı tarixdən bərpa edilməsi öhdəliyinin cavabdehə həvalə olunması” tələbinə dair inzibati iş üzrə Şirvan İnzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli e-*-*(***)-****/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi: İşin halları: Elektron sistemdən çıxarışdan (səh. 35) görünür ki, İddiaçı (bundan sonra - iddiaçı) ##.##.2024-cü il tarixdən ##.##.2025-ci il tarixədək 1 il müddətinə ünvanlı dövlət sosial yardımı təyin edilmiş və ##.##.2024-##.##.2024-cü illər üzrə 9 aya görə ödəniş edilmişdir. Dövlət Vergi Xidmətinin Bakı Şəhəri Lokal gəlirlər baş idarəsi tərəfindən verilmiş ##.##.2025-ci il tarixli məktubunda qeyd edilmişdir ki, “...Vergi ödəyicilərinin dövlət reyestrində X1 vergi orqanında ********** saylı VÖEN-lə uçota alındığı ##.##.2016-cı il tarixdən ##.##.2018ci il tarixədək aktiv, ##.##.2018-ci il tarixdən ##.##.2023-cü il tarixdək passiv, ##.##.2023-cü il tarixdən hazırkı tarixədək fəaliyyət vəziyyətinin aktiv olması barədə məlumatlar mövcuddur. Vergi ödəyicisi tərəfindən ##.##.2024-cü il tarixdən ##.##.2024-cü il tarixədək olan dövr üzrə bəyannamələr təqdim edilməmişdir.” DSMF Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialının ##.##.2026-cı il tarixli məktubunda qeyd olunmuşdur ki, “...İddiaçı sosial yardımın alınması ilə bağlı ailəni təmsil edən şəxs qismində Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Ünvanlı yardım” (VEMTAS) altsisteminə daxil etdiyi ##.##.2024-cü il tarixli *************** nömrəli müraciətinə əsasən ailəyə ##.##.2024-cü il tarixdən aylıq 548.38 manat məbləğində sosial yardım təyin edilmişdir. Aparılan yoxlama tədbirləri nəticəsində İddiaçı ailə üzvü - X1 fəaliyyəti (VÖEN: **********) üzrə gəlirlərinə dair “Ərizə-bəyannamə”də qeyd olunmuş məlumatların öz təsdiqini tapmadığı aşkar edildiyinə görə ailəyə təyin edilmiş sosial yardımın verilməsi ##.##.2025-ci il tarixdən dayandırılmışdır. ...İddiaçı VEMTAS-a daxil etdiyi ##.##.2026-cı il tarixli ************** nömrəli müraciətinə əsasən ##.##.2026-cı il tarixdə keçirilən maddi-məişət şəraitinin müayinəsi zamanı “Ərizəbəyannamə”də qeyd olunmuş məlumatlarda uyğunsuzluq aşkarlanmadığı üçün ##.##.2026-cı il tarixdən ##.##.2027-ci il tarixədək aylıq 499.5 manat məbləğində sosial yardım təyin olunmuşdur.” Birinci instansiya məhkəməsində icraat və məhkəmənin gəldiyi nəticə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi və iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, “ona təyin olunmuş ünvanlı sosial yardımın dayandırıldığı ##.##.2025-ci il tarixdən bərpa edilərək ödənilməsi öhdəliyinin cavabdehə həvalə olunması ” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, həyat yoldaşı və iki övladı ilə birlikdə Lənkəran rayonu, Zövlə kəndində yaşayır. ##.##.2024-cü il tarixdən ailəsinə ünvanlı sosial yardın təyin olunmuş, heç bir əsaslı səbəb olmadan təyin olunmuş ünvanlı sosial yardım 2025-ci ilin yanvar ayından dayandırılmışdır. Bununla bağlı DSMF-nun * saylı Lənkəran-Astara regional filialına dəfələrlə müraciət etsə də, imtinanın əsası barədə heç bir məlumat verilməmişdir. Şifahi qaydada ailə üzvünün MDSS ödənişi olmadığına görə sosial yardımın dayandırılması bildirilmişdir. Bu hal qanunvericiliyin tələbinə ziddir. Cavabdehin etirazları: Cavabdeh iddiaya etirazda qeyd etmişdir ki, iddiaçının ünvanlı dövlət sosial yardımının alınması ilə bağlı ailəni təmsil edən şəxs qismində Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Ünvanlı yardım” (VEMTAS) altsisteminə daxil etdiyi ##.##.2024-cü il tarixli ***************-*** nömrəli müraciətə əsasən ailəyə ##.##.2024-cü il tarixdən aylıq 548.38 manat məbləğində ünvanlı dövlət sosial yardımı təyin edilmişdir. “Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikasının Qanununun 10.4-cü maddəsinə əsasən ailənin sosial yardım almaq hüququnun yoxlanılması məqsədilə aparılan təkrar yoxlama nəticəsində ailə üzvü - X1 fəaliyyəti (VÖEN: **********) üzrə gəlirlərinə dair ərizə bəyannamədə qeyd olunmuş məlumatların öz təsdiqini tapmadığı aşkar edildiyinə görə ailəyə təyin edilmiş ünvanlı dövlət sosial yardımının verilməsi ##.##.2025-ci il tarixdən dayandırılmışdır. İddiaçı iddia ərizəsində ailəyə təyin edilmiş ünvanlı dövlət sosial yardımının ##.##.2025-ci il tarixdən dayandırılmasını əsassız hesab edərək “ünvanlı dövlət sosial yardımının bərpa edilməsini və məbləğinin dəyişdirilməsini” xahiş etmişdir. Baxmayaraq ki, iddiaçının mübahisələndirdiyi müraciətdən sonra daha 1 dəfə (##.##.2025-ci il tarixli **************-* nömrəli) cavabdehə müraciəti olmuşdur. İddiaçı ##.##.2025-ci il tarixli dayandırmanı ##.##.2025-ci il tarixdə mübahisələndirmişdir. Qeyd olunanlara əsasən iddianın mümkün sayılmaması xahiş olunmuşdur. Şirvan İnzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli e-*-*(***)-****/**** saylı qərarı (hakim Rəşidə Quliyeva) ilə iddia təmin edilmiş, İddiaçı təyin olunmuş ünvanlı sosial yardımın dayandırıldığı ##.##.2025-ci il tarixdən bərpa edilərək ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur. Həmin qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, Şirvan İnzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli e-*-*(***)-****/**** saylı qərarının ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat: Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayətinin dəlilləri iddiaya etirazın dəlilləri ilə eynilik təşkil edir. Əlavə olaraq qeyd edilmişdir ki, iddiaçının ailə üzvü - X1 fəaliyyəti üzrə gəlirlərinə dair ərizə-bəyannamədə qeyd olunmuş məlumatların öz təsdiqini tapmadığı aşkar edildiyinə görə ailəyə təyin edilmiş ünvanlı dövlət sosial yardımının verilməsi ##.##.2025-ci il tarixdən dayandırılmışdır. Belə ki, şəxsin VÖEN-ni olsa da, onun gəlir dövriyyəsi, hər hansı bir vergi ödənişi, həmçinin məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi aparılmamışdır. Apellyasiya şikayətinə etiraz: Apellyasiya şikayətinə etirazın dəlillləri iddianın dəlilləri ilə eynilik təşkil edir. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Şirvan Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının ##.##.2026-cı il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə icraatı iştirakçılarının izahatları və prosessual məsələlər: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.1-ci maddəsinə əsasən bu Məcəllənin 16.3-cü maddəsində nəzərdə tutulmuş hallar (yazılı icraat) istisna edilməklə, məhkəmə tərəfindən mübahisəyə şifahi məhkəmə baxışı (şifahi dinləmələr) qaydasında baxılır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iddiaçı məhkəmə iclasında iştirak etməmiş, həmçinin məhkəməyə ərizə ilə müraciət edərək, məhkəmə iclaslarının iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının iştirakı olmadan işə baxaraq iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, iş üzrə proses iştirakçılarına təqdim edilmiş məhkəmə bildirişində proses iştirakçılarına iclasa gəlmədiyi halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). Cavabdehin nümayəndəsi apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, Şirvan İnzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli e*-*(***)-****/**** saylı qərarının ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etdi. Tətbiq edilən hüquq: “Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikasının Qanun: Maddə 1. Əsas anlayışlar 1.0. Bu Qanunda aşağıdakı əsas anlayışlardan istifadə olunur: 1.0.1. ehtiyac meyarı - əhalinin əsas sosial-demoqrafik qrupları üzrə yaşayış minimumundan asılı olaraq ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə dövlət büdcəsi ilə birgə hər il üçün təsdiq olunan hədd; 1.0.3. ailənin gəlirləri - ailə üzvlərinin bütün növ gəlirləri, o cümlədən ailə üzvlərinə bağışlanmış hədiyyələr, mülkiyyətdən, ailə üzvlərinə məxsus əmlakdan, şəxsi yardımçı təsərrüfatdan əldə olunan və yaxud əldə oluna biləcək pul və natural formada gəlirlərinin toplusu; 1.0.4. ailənin orta aylıq gəliri - ailənin gəlirinin orta aylıq göstəricisi; 1.0.5. aztəminatlı ailə - orta aylıq gəlirləri hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan ailə; Maddə 3. Sosial yardım almaq hüququ olan ailələr Sosial yardım hüququna orta aylıq gəliri onlardan asılı olmayan səbəblərdən (ailə üzvlərinin əmək qabiliyyətsiz olması, ailənin əmək qabiliyyətli üzvünün orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsə, əlilliyi olan uşağa və ya 8 yaşına çatmamış uşağa qulluq etməsi, 23 yaşınadək əyani təhsil alması, müvafiq icra hakimiyyəti orqanında dövlət orqanının və ya hüquqi şəxsin ləğv edilməsi, fiziki şəxs olan işəgötürənin fəaliyyətinə xitam verilməsi və ya işçilərin sayı və ya ştatların ixtisar edilməsi ilə əlaqədar işsiz kimi qeydə alınması, vəfat etməsi, məhkəmə tərəfindən itkin düşmüş və yaxud ölmüş hesab edilməsi, azadlıqdan məhrum edilməsi, ailə üzvünün olduğu yerin məlum olmaması və s.) hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan aztəminatlı ailələr malikdirlər. Azərbaycan Respublikasının Vergi Məcəlləsi: Maddə 16. Vergi ödəyicisinin vəzifələri 16.2. Vergi ödəyicisinin hesabat dövründə sahibkarlıq fəaliyyəti və ya digər vergi tutulan əməliyyatı olmadığı halda vergi orqanına vergi hesabatının əvəzinə, hesabatın təqdim edilməsi üçün müəyyən edilmiş müddətdən gec olmayaraq arayış təqdim edilir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi və ona əsas olmuş səbəblər: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə kollegiyası cavabdehin nümayəndəsini dinləyərək, işin faktiki hallarını, sübutları və sadalanan hüquq normalarını nəzərə alaraq hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli, iddia təmin edilməməlidir. Birinci instansiyası məhkəməsi iddianı təmin etmiş və gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, ünvanlı sosial yardımın ödənilməsinin dayandırılması ilə bağlı cavabdeh inzibati orqanın qərarı qanunsuz olmaqla “Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikası Qanununun və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il # ###### tarixli ** nömrəli qərarı ilə təsdiq edilmiş “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi” Qaydalarının tələblərinə uyğun olmamışdır. Cavabdeh inzibati orqan tərəfindən iddiaçının hüquqlarına qanunsuz müdaxilə olunmuşdur. İşin halları ilə müəyyən edildi ki, İddiaçı (bundan sonra - iddiaçı) ##.##.2024-cü il tarixdən ##.##.2025-ci il tarixədək 1 il müddətinə ünvanlı dövlət sosial yardımı təyin edilmiş və ##.##.2024-##.##.2024-cü illər üzrə 9 aya görə ödəniş edilmişdir. Dövlət Vergi Xidmətinin Bakı Şəhəri Lokal gəlirlər baş idarəsi tərəfindən verilmiş ##.##.2025-ci il tarixli məktubunda qeyd edilmişdir ki, “...Vergi ödəyicilərinin dövlət reyestrində X1 vergi orqanında ********** saylı VÖEN-lə uçota alındığı ##.##.2016-cı il tarixdən ##.##.2018ci il tarixədək aktiv, ##.##.2018-ci il tarixdən ##.##.2023-cü il tarixdək passiv, ##.##.2023-cü il tarixdən hazırkı tarixədək fəaliyyət vəziyyətinin aktiv olması barədə məlumatlar mövcuddur. Vergi ödəyicisi tərəfindən ##.##.2024-cü il tarixdən ##.##.2024-cü il tarixədək olan dövr üzrə bəyannamələr təqdim edilməmişdir.” DSMF Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialının ##.##.2026-cı il tarixli məktubunda qeyd olunmuşdur ki, “...İddiaçı sosial yardımın alınması ilə bağlı ailəni təmsil edən şəxs qismində Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Ünvanlı yardım” (VEMTAS) altsisteminə daxil etdiyi ##.##.2024-cü il tarixli *************** nömrəli müraciətinə əsasən ailəyə ##.##.2024-cü il tarixdən aylıq 548.38 manat məbləğində sosial yardım təyin edilmişdir. Aparılan yoxlama tədbirləri nəticəsində İddiaçı ailə üzvü - X1 fəaliyyəti (VÖEN: **********) üzrə gəlirlərinə dair “Ərizə-bəyannamə”də qeyd olunmuş məlumatların öz təsdiqini tapmadığı aşkar edildiyinə görə ailəyə təyin edilmiş sosial yardımın verilməsi ##.##.2025-ci il tarixdən dayandırılmışdır. ...İddiaçı VEMTAS-a daxil etdiyi ##.##.2026-cı il tarixli ************** nömrəli müraciətinə əsasən ##.##.2026-cı il tarixdə keçirilən maddi-məişət şəraitinin müayinəsi zamanı “Ərizəbəyannamə”də qeyd olunmuş məlumatlarda uyğunsuzluq aşkarlanmadığı üçün ##.##.2026-cı il tarixdən ##.##.2027-ci il tarixədək aylıq 499.5 manat məbləğində sosial yardım təyin olunmuşdur.” Təyin edilmiş ünvanlı dövlət sosial yardımın dayandırılması barədə qərar qəbul edilməmişdir. Məhkəmə kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və qəbul etdiyi məhkəmə aktı ilə bağlı aşağıdakıları qeyd edir. Kollegiya ilk növbədə apellyasiya şikayətinin dəlili olan iddia müddəti ilə bağlı mümkünlük şərtinə münasibətdə bildirir ki, hazırki iddia öhdəliyin icrası haqqında iddiadır. Cavabdeh iddiaçıya təyin edilmiş ünvanlı dövlət sosial yardımı qərar ilə deyil, hərəkət ilə dayandırmışdır. Öhdəliyin icrası haqqında iddia iddia müddətinə tabe deyil. Bu səbəbdən müddət məsələsinə münasibətdə, o cümlədən digər mümüknülük şərtləri ödənilir və iddia mümkün iddiadır. İddiaçının hazırki iddia üzrə hüquqi marağı ##.##.2025-##.##.2025-ci il tarixləri üzrə 3 aya görə ödənilməmiş ünvanlı dövlət sosial yardımın ödənilməsini təmin etməkdən ibarətdir. İşə obyektiv qiymət verilməsi baxımından “Ünvanlı dövlət sosial yardımı haqqında” Qanunun tələbi baxımından sosial yardımın kimlərə təyin edilməli olması baxımından şərtlər nəzərə alınmalıdır. “Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikası Qanununun “Sosial yardım almaq hüququ olan ailələr” adlanan 3-cü maddəsinə görə sosial yardım hüququna orta aylıq gəliri onlardan asılı olmayan səbəblərdən (ailə üzvlərinin əmək qabiliyyətsiz olması, ailənin əmək qabiliyyətli üzvünün orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsə, əlilliyi olan uşağa və ya 8 yaşına çatmamış uşağa qulluq etməsi, 23 yaşınadək əyani təhsil alması, müvafiq icra hakimiyyəti orqanında dövlət orqanının və ya hüquqi şəxsin ləğv edilməsi, fiziki şəxs olan işəgötürənin fəaliyyətinə xitam verilməsi və ya işçilərin sayı və ya ştatların ixtisar edilməsi ilə əlaqədar işsiz kimi qeydə alınması, vəfat etməsi, məhkəmə tərəfindən itkin düşmüş və yaxud ölmüş hesab edilməsi, azadlıqdan məhrum edilməsi, ailə üzvünün olduğu yerin məlum olmaması və s.) hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan aztəminatlı ailələr malikdirlər. Qanunvericilkdə qeyd edildiyi kimi ailənin orta aylıq gəliri onlardan asılı olmayan səbəblərdən müəyyən istisnalar nəzərə alınmaqla (ailə üzvlərinin əmək qabiliyyətsiz olması, ailənin əmək qabiliyyətli üzvünün orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsə, əlilliyi olan uşağa və ya 8 yaşına çatmamış uşağa qulluq etməsi, 23 yaşınadək əyani təhsil alması, müvafiq icra hakimiyyəti orqanında dövlət orqanının və ya hüquqi şəxsin ləğv edilməsi, fiziki şəxs olan işəgötürənin fəaliyyətinə xitam verilməsi və ya işçilərin sayı və ya ştatların ixtisar edilməsi ilə əlaqədar işsiz kimi qeydə alınması, vəfat etməsi, məhkəmə tərəfindən itkin düşmüş və yaxud ölmüş hesab edilməsi, azadlıqdan məhrum edilməsi, ailə üzvünün olduğu yerin məlum olmaması və s.) hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan aztəminatlı ailələr sosial yardım hüququna malikdir. İddiaçının ailə üzvü X1 fəaliyyəti üzrə məşğul olan vergi ödəyicisi kimi qeydiyyata alınsada, onun tərəfindən real sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi işin araşdırılması zamanı təsdiqini tapmamışdır. Belə ki, Dövlət Vergi Xidmətinin Bakı Şəhəri Lokal gəlirlər baş idarəsi tərəfindən verilmiş ##.##.2025-ci il tarixli məktubunda qeyd edilmişdir ki, “...Vergi ödəyicisi X1 tərəfindən ##.##.2024-cü il tarixdən ##.##.2024-cü il tarixədək olan dövr üzrə bəyannamələr təqdim edilməmişdir.” Azərbaycan Respublikasının Vergi Məcəlləsi: Maddə 16. Vergi ödəyicisinin vəzifələri 16.1. Vergi ödəyicisinin aşağıdakı vəzifələri vardır: ... 16.1.12. bu Məcəllə və qanunlarla müəyyən edilmiş digər vəzifələr. 16.2. Vergi ödəyicisinin hesabat dövründə sahibkarlıq fəaliyyəti və ya digər vergi tutulan əməliyyatı olmadığı halda vergi orqanına vergi hesabatının əvəzinə, hesabatın təqdim edilməsi üçün müəyyən edilmiş müddətdən gec olmayaraq arayış təqdim edilir. Bu hal isə iddiaçının ailə üzvünün (X1) işləməsini və orta aylıq gəlirinin ondan asılı olmayan səbəblərdən hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olmasını sübut etmir. Şəxsin (ailə üzvü - X1) sahibkarlıq fəaliyyəti ilə məşğul olması reallığı əks etdirmir. Qeyd edilən səbəblərdən iddiaçının tələbinin təmin edilməsindən cavabdehin imtinası qanunauyğun olmuşdur. Birinci instansiya məhkəməsi iddianı təmin etməklə haqlı mövqe sərgiləməmişdir. Odur ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli, iddia təmin edilməməlidir. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilsin. Şirvan İnzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli e-*-*(***)-****/**** saylı qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “təyin edilmiş ünvanlı sosial yardımın dayandırıldığı tarixdən bərpa edilməsi öhdəliyinin cavabdehə həvalə olunması” tələbinə dair iddiası təmin edilməsin. Məhkəmə qərarından tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə (AZ 1025, Bakı şəhəri,Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-1(3-9)-220/2026
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-9)-220/2026
22.07.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver