Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 2-1(3-9)-222/2026 10.06.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyası hakimlər Hüseynov Fikrət Cilingir oğlu (sədrlik edən və məruzəçi), X2 və Quliyev Ceyhun Əmir oğlundan ibarət tərkibdə, Hüseynli Bülbül Düldül oğlunun katibliyi, iddiaçı İddiaçı, cavabdehin nümayəndəsi X3 iştirakı ilə, Şirvan Inzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti əsasında iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı qərarın ləğv edilməsi və əlilliyin müəyyən edilməsi tələbinə dair inzibati işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə Bakı Inzibati Məhkəməsinə müraciət edərək, Tibbi-Sosial Ekspert Komissiyasının ##.##.2024-cü il tarixli, *******0001 №-li qərarının ləğv olunması, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar 2 il müddətinə orqanizim funksiyalarının 35-60 faiz aralığında pozulması barədə qərar qəbul edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Bakı Inzibati Məhkəməsinin müvafiq qərardadı ilə iş ərazi aidiyyəti üzrə baxılması üçün Şirvan Inzibati Məhkəməsinə göndərilmişdir. Şirvan Inzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərardadı ilə iş üzrə iddia verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi qərara alınmışdır. Şirvan Inzibati Məhkəməsinin (hakim R.Quliyeva) ## ###### 2026-cı il tarixli, *- *(***)-****/**** nömrəli qərarı ilə iddia təmin edilmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdeh inzibati orqanın iddiaçıya əlilliyin təyin olunmasından imtinasının dəlili olan diaqnozun əlillik əlaməti təyin etməməsi barədə gəlinən nəticə iş üzrə öz təsdiqini tapmamışdır. Belə ki, iddiaçıya qoyulmuş diaqnozlar iş materiallarında mövcud olan tibbi sənədlər əsasında öz təsdiqini tapmış, onun müxtəlif səhiyyə müəssisələrində müayinə və müalicələrdə olduğu müəyyən edilmişdir. Iddiaçı barəsində sonuncu dəfə verilən ##.##.2024-cü il tarixli, T********YNN nömrəli tibbi göndərişdə qeyd olunan ağırlaşma Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ### 2022-ci il tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 7.7.1.ci bəndi üzrə orqanizmin funksiyalarının davamlı pozulmasının kliniki funksional xüsusiyyətlərinə uyğun gəlir. Hazırki iş üzrə iddiaçı arzuladığı inzibati aktın qəbulunu konkret halda zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmiş, cavabdeh inzibati orqan isə iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. Qərardan cavabdeh tərəfindən apellyasiya şikayəti verilmişdir. Işin halları Iddiаçı tələbini onunla əsaslandırmışdır ki, ##.##.2024-cü il tarixli xəstəlik haqqında şəhadətnamədən görünür ki, ona “F62.0” Fəlakət (II Qarabağ müharibəsi) keçirtdikdən sonra orta (mülayim) dərəcədə ifadə olunmuş davamlı şəxsiyyət dəyişikliyi, depressiv daxilolmalarla.Y36.2 Sağ bazunun yuxarı 1/3-nin kor qəlpə yaralanmasından (##.##.2020) sonrakı bərkimiş dəri çapığı, yumuşaq toxumaların yad cismi” hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır. 2021-2024-cü illərdə dəfələrlə müxtəlif vaxtlarda “fəlakət keçirdikdən sonra şəxsiyyətin davamlı dəyişikliyi” F62.0 diaqnozu ilə müvafiq stasionar müayinə və müalicələr almışdır. Əlilliyin müəyyən edilməsi barədə cavabdeh orqana etdiyi müraciətindən imtina edilmiş və imtinanın səbəbi kimi əlillik əlamətinin təyin edilmədiyi göstərilmişdir. Cavabdehin iddiaya qarşı etiraz dəlilləri ondan ibarətdir ki, iddiaçının əlillik vəziyyətinə Bakı 2 X5 Xəstəxanasının ##.##.2024-cü il tarixli göndərişi əsasında baxılmış və Diaqnozun mətni: Fəlakət (II Qarabağ müharibəsi) keçirdikdən sonra davamlı şəxsiyyət dəyişikliyi, depressiv daxilolmalarla.Mərkəzə göndərilmənin/Imtina edilmənin səbəbi: Diaqnoz əlillik əlaməti təyin etməməsi-Səbəb: Diaqnoz əlillik əlaməti təyin etmir. Səbəbi ilə imtina edilmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddianın təmin edilməməsini xahiş etmişdir. Şikayətin dəlilləri ondan ibarətdir ki, məhkəmə işi tam, hərtərəfli, obyektiv araşdırmamış, işə tətbiq etməli olduğu qanunvericilik aktlarını tətbiq etməmiş, işin hallarını düzgün tövsif etməmiş, iddiaçının təqdim etdiyi sənədlər və müvafiq ekspertizanın rəyinə əsaslanmış, həmçinin şəxsin əyani müayinə olunması nəticəsində zəruri biliklərə sahib komissiya tərəfindən gəlinən nəticələrə məhəl qoymamış və öz mülahizəsinə əsasən qərar qəbul etmişdir. Sözügedən hal, yəni diaqnozun əlillik təyinatına əsas verməməsi iddiaçının əyani müayinəsi zamanı Dövlət Tibbi-Sosial Ekspertiza və X6-Sosial Ekspertləri tərəfindən müəyyən edilmişdir. Psixiatriya Mərkəzinin heç bir instrumental müayinə əsasında vermədiyi və tamamilə subyektiv yanaşmanı əks etdirən rəyi məhkəmə tərəfindən əsas götürülmüşdür. Cavabdeh apellyasiya şikayətinə əlavə təqdim edərək, qeyd etmişdir ki, mübahisələndirilən qərar barədə iddiaçı SMS bildiriş vasitəsilə ##.##.2024-cü il tarixdə məlumatlandırılmasına baxmayaraq, ##.##.2025-ci il tarixdə iddia qaldırmışdır. Odur ki, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia mümkünsüz sayılmalıdır. Prosessual məsələlər Iddiaçı birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi, həmçinin bildirdi ki, onun istifadəsində olan telefon nömrəsinə əlillik təyinatından imtina haqqında bildiriş gəlmiş, lakin hüquq müdafiə vasitələrindən istifadə qaydasını bilməmişdir. Cavabdehin nümayəndəsi şikayətin dəlillərini müdafiə edərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddianın mümkünsüz sayılmasını xahiş etdi. Məhkəmə kollegiyası iddianın prosessual müddətlə bağlı mümkünlük şərtlərinə münasibətdə qeyd edir ki, mübahisələndirilən ##.##.2024-cü il tarixli qərar barədə ##.##.2024-cü il tarixdə iddiaçıya məxsus mobil telefon nömrəsinə SMS bildiriş vasitəsilə məlumat verilmiş, həmin qərarın ləğvi barədə iddia məhkəməyə cavabdehin qeyd etdiyi kimi ##.##.2025-ci il tarixdə deyil, ##.##.2025-ci il tarixdə təqdim edilmişdir. Kollegiya hesab edir ki, mübahisələndirilən qərarın özündə hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilsə də, iddiaçıda olan xəstəliyin növü və ağırlaşmaları (Fəlakət keçirdikdən sonra davamlı şəxsiyyət dəyişikliyi, Depressiv daxilolmalarla) onun prosessual müddətlərə tabe olmasını anlamasının ağlabatan olmaması baxımından onun tərəfindən buraxılmış müddətin üzrlü hesab edilməsinə əsas verir. Bu qənaət həm də ondan qaynaqlanır ki, işdə olan “Ambulator Kitabçadan çıxarış”dan göründüyü kimi iddiaçı ##.##.2024-##.##.2024, ##.##.2024-##.##.2024-cü il tarixlər aralığında yuxarıda qeyd edilən xəstəliklərlə bağlı ambulator müalicələr almışdır. Əsaslandırma Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası iddia tələbinin mahiyyəti ilə bağlı aşağıdakıları qeyd edir. Iş materiallarına əlavə edilmiş: -Əlillik altsistemindən çıxarışdan görünür ki, iddiaçıya əlillik təyinatından ##.##.2024-cü il tarixli qərarla imtina edilmişdir. -Xəstəlik haqqında **** №-li, ##.##.2024-cü il tarixli şəhadətnamənin surətindən müəyyən olunur ki, İddiaçı ##.##.2020-##.##.2020-ci il tarixədək Azərbaycan Respublikasının Silahlı Qüvvələrində hərbi xidmət keçmişdir. Şəhadətnamədə sonuncu barəsində Mərkəzi Hərbi Həkim Komissiyasının qərarı ilə təyin olunmuş əsas Diaqnoz: F62.0 Fəlakət (II Qarabağ müharibəsi) keçirtdikdən sonra orta (mülayim) dərəcədə ifadə olunmuş davamlı şəxsiyyət dəyişikliyi, depressiv daxilolmalarla.Y36.2 Sağ bazunun yuxarı 1/3-nin kor qəlpə yaralanmasından (##.##.2020) sonrakı bərkimiş dəri çapığı, yumşaq toxumalarda yad cisimi “Hərbi travmadır, Azərbaycan Respublikasının Müdafiəsi Zamanı Alınmışdır”. Diaqnoz: B20 Insan immun çatışmazlığı virusu ilə yoluxma.H52.1 Hər iki gözün miopiyası M0,75 D nəticəsində görmə itiliyinin 0,7-yə qədər azalması, korreksiya ilə 1,0 olmaqla.K00.00 ikincili hissəvi adentiya “Ümumi xəstəlikdir” kimi müəyyən edilmişdir. -Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi X1 tərəfindən verilmiş ##.##.2025-ci il tarixli **** nömrəli rəydə qeyd olunmuşdur ki, İddiaçı hal-hazırda “Fəlakət keçirdikdən sonra davamlı şəxsiyyət dəyişikliyi, Depressiv daxilolmalarla” (F62.0) aşkar olunur. Bunu iş materialları, anamnestik məlumatlar (stress keçirməsi, bundan sonra psixi vəziyyətinin dəyişməsi, əsəbi olması, baş ağrılarından şikayət etməsi, xarici qıcıqlara qarşı həssas olması, gecə yuxusunun pozulması, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Psixiatriya Xəstəxanası”da “Fəlakət (II Qarabağ müharibəsi) keçirdikdən sonra davamlı şəxsiyyət dəyişikliyi. Depressiv daxilolmalarla F62.0” diaqnozu təyin olunması) və hal-hazırkı psixiatrik müayinənin nəticələri (əhval ruhiyyəsinin dəyişkən olması, xarici qıcıqlara qarşı həssas olması, emosional sferasının qeyri-stabil olması və s) sübut edir. İddiaçı hal-hazırda “fəlakət keçirdikdən sonra davamlı şəxsiyyət dəyişikliyi depressiv daxilolmalarla” (F62.0) aşkar olunur. Qeyd edilməlidir ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin ## ### 2022-ci il tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 7.7.1.1-ci bəndində öz əksini tapan “fərdin fəaliyyətinə (özünü necə hiss etməsi, insanlarla qarşılıqlı əlaqəsi, davranışa nəzarət) mənfi təsir edən tez-tez (ildə 3 dəfədən çox) və/və ya uzunmüddətli periodlar (3 aydan çox davam edən dekompensasiyalar); münaqişəli, yayınma və ya yüksək dərəcəli asılılıqla ətrafdakılarla münasibət, ailə, peşə və sosial dezadaptasiya, özünə və ya ətrafa zərər yetirmə riski” diaqnozu üzrə orqanizmin funksiyalarının pozulması dərəcəsi 35-60% müəyyən edilməklə, 2 il müddətinə əlillik təyinatının aparılmasına əsas verir. Cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin iki ziddiyyətli tibbi mövqeyi araşdırmadığını (TSEK və Məhkəmə-Psixiatrik Ekspertiza Mərkəzinin mövqeləri), həmçinin iddiaçıda yalnız diaqnozun mövcudluğuna əsaslanmaqla, ağırlaşmaların mövcud olmadığı halda əlillik təyin edildiyini qeyd etmişdir. Bu dəlillə bağlı qeyd edilməlidir ki, Məhkəmə-Psixiatrik Ekspertiza Mərkəzi X1 bilavasitə sinir sisteminin xəstəliklərinin müayinəsi və müalicəsi üzrə ixtisaslaşmış müəssisədir. Həmçinin iddiaçının orqanizmində olan psixopatoloji pozuntular iş materiallarında mövcud olan digər ixtisaslaşmış müalicə müəssisəsinin təqdim etdiyi sənədlərlə, həmçinin Müdafiə nazirliyinin tibb müəssisəsinin sənədində təsdiqini tapmaqla, diaqnozun yuxarıda qeyd olunan meyarların müvafiq koduna uyğun olması müəyyən edilmişdir ki, bu hal cavabdeh orqanın imtinasının əsassız olması qənaətinə gəlməyə əsas verir. Kollegiya həmçinin əlilliyin səbəb əlaqəsi ilə bağlı qeyd edir ki, yuxarıda şərh olunan Müdafiə Nazirliyinin tib müəssisəsinin sənədində diaqnozun “F62.0 Fəlakət (II Qarabağ müharibəsi) keçirtdikdən sonra orta (mülayim) dərəcədə ifadə olunmuş davamlı şəxsiyyət dəyişikliyi, depressiv daxilolmalarla” kimi müəyyən edilməsi, həmin diaqnozların müəyyən edilməsindən sonra uzun müddət keçməməsi, habelə tibbi göbdərişdə bu diaqnozdan əlavə digər xəstəliklərin qeyd edilməməsi və məhz həmin xəstəliyin qeyd edilməsi əlilliyin səbəb əlaqəsinin müəyyən edilməsi məqsədilə ayrıca ekspertizanın keçirilməsi zərurətini aradan qaldırır. Odur ki, iddiaçıya “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar” səbəb əlaqəsi ilə əlillik təyin edilməlidir. Məhkəmə kollegiyası hazırki mübahisəyə tətbiq edilməli olan maddi və prosessual normaların şərh olunmasını zəruri hesab edərək, qeyd edir ki; “Inzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: -17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. -24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. -24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun:- -3.1-ci maddəsinə əsasən şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. -3.2-ci maddəsinə əsasən əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. -3.3-cü maddəsinə əsasən şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. -3.3-1-ci maddəsinə əsasən maddəsinə əsasən əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. -3.4-cü maddəsinə əsasən əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. -4.3-cü maddəsinə əsasən əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “Inzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. -6.4-cü maddəsinə əsasən əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il ## ###### tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın: -1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. -1.5. Şəxsin əlilliyi aşağıdakı səbəblərdən birinə əsasən müəyyən edilir: 1.5.1. ümumi səbəblərdən: 1.5.1.1. ümumi xəstəlik; 1.5.1.2. istehsalat zədəsi; 1.5.1.3. peşə xəstəliyi; 1.5.1.4. Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar; 1.5.1.5. hərbi xidmət dövrü ilə əlaqədar; 1.5.1.6. hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar; 1.5.1.7. terror hadisəsi ilə əlaqədar; 1.5.2. xüsusi səbəblərdən: 1.5.2.1. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar; 1.5.2.2. 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar; 1.5.2.3. hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar; 1.5.2.4. Çernobıl AES-də hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar. 1.6. Orqanizmin funksiyalarının pozulması faizinin, səbəbinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin: -68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. -68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi və gəldiyi nəticə ilə razılaşır və belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 81-82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Şirvan Inzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(3-9)-222/2026
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-9)-222/2026
10.06.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver