Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 2-1(3-9)-225/2026 15.07.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Hakimlər X6 (sədrlik edən və məruzəçi), Sadıqov Mirlətif Süleyman oğlu və Quliyev Ceyhun Əmir oğlundan ibarət tərkibdə, Rəsulzadə Nicat Əjdər oğlunun katibliyi, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, Iddiaçı İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 9.8-ci və əvvələr qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 17 və 71-ci maddələrinin tələblərinə əsasən 2004-2005-ci illəri əhatə edən əmək haqqı barədə arayışı əsas götürülməklə ona ##.##.2006-ci il tarixindən güzəştli şərtlərlə yaşa görə təyin edilmiş əmək pensiyasının yenidən hesablanılaraq yaranmış fərqin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbinə dair inzibati iş üzrə Şirvan Inzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *-*(***)-****/**** saylı qərarından cavabdeh tərəfindən verilən apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq qərara aldı. Işin halları: Iddiaçı İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “Əmək pensiyaları haqqında” Azərbaycan Respubliası Qanunun 9.8 maddəsinə və əvəllər qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 17-ci maddəsinin 5-ci, 71-ci maddəsinin 2-ci və 68-ci maddəsinin 2-ci abzaslarına əsasən 2004- 2005-ci illəri əhatə edən əmək haqqı barədə arayışı əsas götürməklə ona ##.##.2006-cı il tarixdən pensiyasının yenidən hesablanaraq yaranmış fərqin birdəfəyə ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat və məhkəmənin gəldiyi nəticə: Iddiaçı iddianın dəyişdirilməsi barədə məhkəməyə ərizə təqdim edərək iddia tələbinin dəyişdirilərək “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 9.8 maddəsinə və əvvələr qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 17 və 71-ci maddələrinin tələblərinə əsasən 2004-2005-ci illəri əhatə edən əmək haqqı barədə arayışı əsas götürülməklə ona ##.##.2006-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə təyin edilmiş əmək pensiyasının yenidən hesablanılaraq yaranmış fərqin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi baxılmasını xahiş etmişdir. Iddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, əmək kitabçasına əsasən 1956-cı ildən 2009-cu ilədək fasiləsiz olaraq 53 il əmək fəaliyyətində olmuş, ##.##.2006-cı il tarixə qədər kişilərdən tələb olunan 25 il ümumi iş stajına qarşı 43 il, və 12 il 06 aya qarşı 15 il 05 ay güzəştli iş stajını artıqlamas ilə toplamışdır. Bu səbəbdən də həmin vaxt qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13 b) maddəsinə əsasən güzəştli şərtlə yaşa görə əmək pensiyası hüququnu qazanmış, lakin ona pensiya 57 yaşından təyin olunmuşdur. Pensiya “Əmək pensiyaları haqqında“ Qanunun 9.8-ci maddəsinə əsasən “əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə” təyin edilə bilər. “Əmək pensiyaları haqqında“ mövcud qanunvericilik pensiyasının son 24 aylıq əmək haqqı arayışına əsasən təyin olunmasına icazə verir. Bu halda aylıq pensiya məbləğim daha yüksək olardı. Bu səbəbdən bütün sənədlərini əlavə etməklə ƏƏSMN tabeliyində DSMF-nun Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialına poçt vasitəsilə etdiyi rəsmi müraciətinə imtina məktubu ünvanlanmışdır. Qeyd edilənləri nəzərə alaraq iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh inzibati orqan iddiaya etiraz edərək bildirmişdir ki, iddiaçı İddiaçı # #### 1996-cı il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Iddiaçı İddiaçı əmək pensiyasının yenidən hesablanması ilə bağlı Mərkəzi Filiala müraciət etmişdir. Mərkəzi Filial tərəfindən iddiaçının müraciətinə baxılaraq ##.##.2025-cı il tarixli *-**-*/*-R-*****/**** nömrəli məktubla cavablandırılmışdır. Belə ki, İddiaçı Mərkəzi Filiala təqdim etdiyi sənədlərdə qeyd edilən məlumatlara əsasən ümumi ış stajı 52 il 1 ay 2 gün (##.##.2006-cı il tarixinədək 48 il 10 ay 2 gün (##.## 1956-##.##.1958-ci il, ## ##.1958- ##.##.1995-cı il, ##.##.1995- ##.##.2005-ci il tarixləri arasındakı dövrlər), həmin tarixdən sonra 3 il 3 ay) təşkil edir. Iddiaçının ## ##### 2009-cu il tarixindən işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdiyinə görə işləyən əmək pensiyaçısı kimi fərdi hesabının sığorta hissəsində qeydə alınmış 7520.91 manat pensiya sığorta kapitalına əsasən əmək pensiyası həmin tarixdən yenidən hesablanmışdır. Belə ki, 7520.91 manat pensiya sığorta kapitalı Qanunun 37.3.1- ci maddəsinin tələblərinə uyğun qaydada gözlənilən pensiya ödənişi müddəti aylarının sayına 72 aya (144 ay-72 ay) bölünməklə 104.45 (7520.91:72) manat həmin tarixə əmək pensiyasının (163.07 manat) üzərinə əlavə edilərək pensiya məbləği 267.52 (163.07+104.45) manata (indeksləşdirilərək ##.## 2025-ci il tarixinə 601.46 manata) artırılmışdır. Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “əmək pensiyasının yenidən hesablanması” tələbinə dair 2-1(120) ****/**** nömrəli inzibati ış üzrə iddiasının təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdirlər. Şirvan Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə (hakim Hilal Nəcəfov) iddia təmin edilmişdir. Şirvan Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarından narazı qalan cavabdeh apellyasiya şikayəti vermişdir. Apellyasiya instansiyası məhkəməsində icraat: Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətini əsaslandıraraq qeyd etmişdir ki, iddiaçının ## ##### 2009-cu il tarixindən işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdiyinə görə işləyən pensiyaçısı kimi fərdi hesabının sığorta hissəsində qeydə alınmış 7520,91 manat pensiya sığorta kapitalına əsasən əmək pensiyası həmin tarixdən yenidən hesablanmışdır. Belə ki, 7520,91 manat pensiya sığorta kapitalı Qanunun 37.3.1-ci maddəsinin tələblərinə uyğun qaydada gözlənilən pensiya ödənişi müddəti aylarının sayına 72 aya (144 ay-72 ay) bölünməklə 104,45 (7520,91:72) manat həmin tarixə əmək pensiyasının (163,07 manat) üzərinə əlavə edilərək pensiya məbləği 267,52 (163,07+104,45) manata (indeksləşdirilərək ##.##.2025-ci il tarixinə 601,46 manata) artırılmışdır. Işə birinci instansiya məhkəməsi qismində baxmış Şirvan Inzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli *-*(***)-****/**** nömrəli qərarının əsaslandırma hissəsində qeyd olunur ki, iddiaçı İddiaçı ##.##.1996-cı il tarixdə 57 yaşı tamam olduğu vaxt “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1-ci maddəsinə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunmuş, həmçinin onun əmək pensiyası ümumi qaydada iş stajından asılı olaraq hesablanmışdır. Lakin, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunarkən cavabdeh inzibati orqan iddiaçıya “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 9.8-ci maddəsinin tələblərini nəzərə almaqla həmin vaxt qüvvədə olmuş hesablanma qaydası ilə əmək pensiyasını təyin etməli və hesablamalı olduğu halda bunu etməmişdir. Iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi mövqeyi maddi hüquq normasının ciddi şəkildə pozulması kimi qiymətləndirərək və həmin mövqe ilə razılaşmayaraq bildiririk ki, iddianın təmin olunmasına dair məhkəmə əsaslandırmasının hüquqi əsası yoxdur. Belə ki, işin araşdırılmış hallarından da müəyyən olunduğu kimi iddiaçıya # #### 1996-cı il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Iddiaçının iddia tələbi üzrə marağı və məhkəmənin gəldiyi nəticə iddiaçıya 2004-2005-ci illər üzrə əməkhaqqı əsasında pensiyasının yenidən hesablanması olsa da, “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 71-ci maddəsinin ikinci hissəsinə əsasən, pensiya üçün müraciət edənin arzusuna əsasən orta aylıq əmək haqqı onun müraciət etdiyi aydan əvvəlki əmək fəaliyyətinin axırıncı 24 ayına və ya əmək fəaliyyətinin hər hansı ardıcıl gələn 60 ayına aid əmək fəaliyyətində fasilələr nəzərə alınmadan faktik orta aylıq əmək haqqından hesablanırdı. Qüvvədən düşmüş qanunvericiliyin tələbindən də aydın göründüyü kimi # #### 1996-cı il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmiş iddiaçının təyinatdan 8-9 il sonrakı əməkhaqqısı əsasında pensiyasının hesablanmasının hüquqi əsası yoxdur. Bundan başqa qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanununçıxarılmış 86-cı maddəsinə əsasən pensiya təyin edildikdən sonra azı 24, ay işləmiş və pensiyanın hesablanması üçün əsas götürülmüş gəlirdən daha yüksək gəlir əldə etmiş pensiyaçıların pensiyalarının məbləği onların ərizələrinə əsasən həmin müddətdə ardıcıl gələn 24 ayın gəliri əsasında müəyyən edilir. Qeyd etməyi zəruri hesab edirik ki, “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 86-cı maddəsi ## #### 1997-ci il tarixli ***-IQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə çıxarılmışdır. Hesab edirik ki, iddiaçı ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi ona pensiya təyin olunmuş pensiyanın yenidən hesablanması ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübuta yetirməmiş, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret hada istisna edən faktiki şərtlərin mövcudluğu isə cavabdeh tərəfindən verilmiş imtina ilə sübuta yetirilmişdir. Qeyd olunanlar nəzərə alınaraq Şirvan Inzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli *-*(***)-****/**** nömrəli qərarının ləğv edilməsi, iddia tələbinin təmin edilməməsinə dair qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri: Şirvan Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ##.##.2026-cı il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Belə ki, Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə icraatı iştirakçılarının izahatları və prosessual məsələlər: Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin 16.1-ci maddəsinə əsasən, bu Məcəllənin 16.3-cü maddəsində nəzərdə tutulmuş hallar (yazılı icraat) istisna edilməklə, məhkəmə tərəfindən mübahisəyə şifahi məhkəmə baxışı (şifahi dinləmələr) qaydasında baxılır. Iddiaçı İddiaçı tələbinin dəqiqləşdirilməsinə dair məhkəməyə ərizə təqdim edərək tələbinə "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 9.8-ci maddəsinə və əvvəllər qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 17 və 71-ci maddələrinin tələblərinə əsasən 2004-2005-ci illəri əhatə edən əmək haqqı barədə arayışı əsas gütürməklə güzəştli şərtlərlə yaşa görə təyin edilmiş əmək pensiyasının yenidən hesablanılması və ##.##.2025-ci il tarixindən əvvəlki 3 il üçün fərqin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" öhdəliyinin cavabdehin üzərinə qoyulması kimi baxılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Iddiaçının tələbin dəqiqləşdirilməsi ilə bağlı verdiyi ərizə icraata qəbul edilmişdir. Cavabdehin nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin dəlillərini müdafiə etdiyini bildirərək Şirvan Inzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *-*(***)- ****/**** saylı qərarının ləğv edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Iddiaçıya məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən iddiaçının iştirakı olmadan məhkəmə iclasının davam etdirilməsini mümkün hesab etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 149. Normativ hüquqi aktlar ... VII. Fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. “Əmək pensiyaları haqqında” Qanunun həmin tarixdə qüvvədə olmuş redaksiyası: Maddə 9.8 bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Maddə 27. Bu Qanunun qüvvəyə mindiyi günədək qüvvədə olmuş qanunvericilik üzrə hər bir sığortaolunanın bu Qanunun qüvvəyə mindiyi tarixə qazanılmış əmək pensiyası hüququnun (əmək stajı, əməkhaqqı və sosial sığorta göstəriciləri) bu Qanunun müddəalarına uyğun şərti çevrilməsi aparılır. Bu zaman bu Qanun qüvvəyə mindiyi günədək qüvvədə olmuş qanunvericiliyə uyğun şərti qaydada hesablanan əmək pensiyasının ümumi məbləğindən əmək pensiyasının baza hissəsi çıxıldıqdan sonra yerdə qalan məbləğ qanun qüvvəyə mindiyi günədək qazanılmış əmək pensiyasının sığorta hissəsi kimi müəyyənləşdirilir. Bu Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir və bu zaman bu qanun qüvvəyə mindikdən sonra əmək pensiyası təyin olunmuş şəxslərə pensiya hesablanması üçün orta aylıq əmək haqqına (bu qanunun 20-ci maddəsində göstərilən vəzifələr üzrə əmək haqqı istisna olmaqla) məhdudiyyət tətbiq edilmir. Maddə 28. Bu Qanunun qüvvəyə mindiyi günədək təyin edilmiş əmək pensiyasının yenidən hesablanması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Maddə 31.1. Əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən heç bir müddət məhdudiyyəti olmadan istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Maddə 32.1 Yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında əmək pensiyasının yarandığı gündən, lakin bu qanunun qüvvəyə mindiyi gündən tez olmayaraq ömürlük təyin edilir. Maddə 37.7. Keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği müddətindən asılı olmayaraq ödənilir. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsi: 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya inzibati məhkəmə icraatı iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə proses iştirakçılarından əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, Ali Məhkəmənin Inzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi və buna əsas olmuş səbəblər: Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməli, yeni iddia tələbi təmin edilməlidir. Belə ki, birinci instansiya məhkəməsi icraatı zamanı iddiaçının tələbi (dəqiqləşdirildikdən sonra) “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 9.8-ci maddəsinə və əvvələr qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 17 və 71-ci maddələrinin tələblərinə əsasən 2004-2005-ci illəri əhatə edən əmək haqqı barədə arayışı əsas gütürməklə ona ##.##.2006-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə təyin edilmiş əmək pensiyasının yenidən hesablanılaraq yaranmış fərqin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” ilə bağlı olmuşdur. Birinci instansiya məhkəməsi iddianı təmin etmiş və qərarını onunla əsaslandırmışdır ki, XX.XX.1939-cu il təvəllüdlü iddiaçı İddiaçı ##.##.1996-cı il tarixdə 57 yaşı tamam olduğu vaxt “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1-ci maddəsinə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunmuş, həmçinin onun əmək pensiyası ümumi qaydada iş stajından asılı olaraq hesablanmışdır. Lakin, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunarkən cavabdeh inzibati orqan iddiaçıya “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 9.8-ci maddəsinin tələblərini nəzərə almaqla həmin vaxt qüvvədə olmuş hesablanma qaydası ilə əmək pensiyasını təyin etməli və hesablamalı olduğu halda bunu etməmişdir. Iş materiallarından görünür ki, iddiaçı 2004-2005-ci illəri əhatə edən əmək haqqı barədə arayışları təqdim etmişdir. Məhkəmə hesab edir ki, qeyd edilən dövrlər üzrə əmək haqqı nəzərə alınmaqla pensiyanın hesablanması qanuna zidd deyildir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə qismən razılaşaraq apellyasiya şikayətinin dəlillərini əsassız hesab edib, işin mahiyyəti üzrə əlavə olaraq aşağıdakıları qeyd edir: Ilk öncə qeyd olunmalıdır ki hazırki iddia öhdəliyin icrası haqqında iddia növünə aiddir. Öhdəliyin icrası haqqında iddianın əsaslı olması üçün, ilk növbədə, iddia tələbinin qanuni əsasının mövcud olması və bu qanuni əsasın dispozisiya şərtlərinin yerinə yetirilməsi zəruridir. Iddia tələbinin qanuni əsası inzibati hüququn və ya konstitusiya hüququnun ümumi prinsiplərindən, yaxud hər hansı əlverişli inzibati aktdan irəli gələ bilər. Işdə olan AZE ******** nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı XX.XX.1939-cu il tarixdə Neftçala rayonunun Qaraimanlı kəndində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatdadır. Işdə olan ##.##.1956-cı il tarixli əmək kitabçasının təsdiq edilmiş surətindən görünür ki, İddiaçı ##.##.1956-cı il tarixdən ##.##.2009-cu il tarixədək əmək fəaliyyətində olmuşdur. Işdə olan ##.##.1965-ci il tarixli, ****** nömrəli Diplomun surətindən görünür ki, İddiaçı 1960-cı ildə Azərbaycan SSR Nazirlər Sovetinin ali və orta ixtisas təhsili komitəsinin Bakı axşam neft texnikumuna daxil olmuş və 1965-ci ildə sənaye və mülki tikintiləri ixtisası üzrə tam kursu bitirmişdir. Işdə olan SOCAR “Kompleks qazma işləri” trestinin ##.##.2024-cü il tarixli, **-*- **/*-R-***-**/**** nömrəli arxiv arayışının surətindən görünür ki, XX.XX.1939-cu il təvəllüdlü İddiaçı həqiqətən Əli-Bayramlı Vışkamontaj Idarəsində və X4 Idarəsində işləmişdir. “Azneft“ Istehsalat Birliyinin ##.##.2004-cü il tarixli, *** saylı əmrinə əsasən Əli- X2 Idarəsi, qazma sexi kimi X3 işləri Idarəsinin tərkibinə verilmişdir. SOCAR-ın ##.##.2007-ci il tarixli, ** saylı və ##.##.2007-ci il tarixli, ** saylı əmirləri ilə “Kompleks qazma işləri” tresti yaradılmışdır, X3 Işləri Idarəsi və X1 Idarəsi yenidən təşkil edilərək hüquqi şəxs statusuna malik olmayan təşkilat kimi trestin tabeliyinə verilmişdir. “Kompleks qazma işləri” trestinin ##.##.2012-ci il tarixli, ** saylı əmrinə əsasən X3 Işləri Idarəsi qazma sexi kimi ##.##.2012-ci il tarixdən X1 Idarəsinin tərkibinə verilmişdir. SOCAR-ın ##.##.2013-cü il tarixli, SOCAR/**-****/**/SM-**-****** saylı əmrinə əsasən “Kompleks qazma işləri“ trestinin X1 Idarəsi ləğv olunaraq Abşeron Istehsalat bölümü kimi fəaliyyət göstərmişdir. “Kompleks qazma işləri“ trestinin “Təşkilatı struktur və ştat cədvəlinin tətbiqi haqqında” ##.##.2021-ci il tarixli, SOCAR ******************A***** saylı əmrinə əsasən “Siyəzən”, “Qaradağ-Qalmaz”, “Abşeron” istehsalat bölümləri hal-hazırda “Abşeron” Istehsalat bölümü kimi fəaliyyət göstərir. Arayışda 1999-2003-cü illərin əmək haqqısı AZM ilə hesablanmışdır. Cəmi: 40290785 (Qırx miliyon iki yüz on doxsan min yeddi yüz səksən beş manat) Işdə olan SOCAR ##.##.2024-cü il tarixli, **-*/*-R-****-*/**** nömrəli arxiv arayışının surətindən görünür ki, 1939-cu il təvəllüdlü İddiaçı X3 işləri Idarəsinin Əli Bayramlı qazma sexində işlədiyi müddətdə əmək haqqı aşağıdakı kimi olmuşdur. Arayışda iş vaxtından artıq işləmək haqqı, əvəzçilik və birdəfəlik əmək haqqı ödənişi nəzərə alınmışdır. Işlədiyi vəzifə və ya peşənin adı: qazma ustası, qazmaçı köməkçisi. Işdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialının iddiaçıya ünvanladığı ##.##.2025-ci il tarixli, *-**-*/*-R-*****/**** nömrəli məktubundan görünür ki, ## ##### 2009-cu il tarixindən işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdiyinizə görə işləyən əmək pensiyaçısı kimi fərdi hesabınızın sığorta hissəsində qeydə alınmış 7520,91 manat pensiya sığorta kapitalınıza əsasən əmək pensiyanız həmin tarixdən yenidən hesablanıb. Belə ki, 7520,91 manat pensiya sığorta kapitalınız Qanunun 37.3.1-ci maddəsinin tələblərinə uyğun qaydada gözlənilən pensiya ödənişi müddəti aylarının sayına 72 aya (144 ay-72 ay) bölünməklə 104,45 (7520,91:72) manat əmək pensiyanız (163,07 manat) üzərinə əlavə edilərək pensiya məbləğiniz 267,52 (163,07+104,45) manata (indeksləşdirilərək ##.##.2025- ci il tarixinə 601,46 manata) artırılmışdır. Işdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialının məhkəməyə ünvanladığı ##.##.2025-ci il tarixli, *-**-*/*-******/**** nömrəli məktubunda qeyd edilmişdir ki, İddiaçı Mərkəzi Filiala təqdim etdiyi sənədlərdə qeyd edilən məlumatlara əsasən, onun ümumi iş stajı 52 il 1 ay 2 gün (##.##.2006-cı il tarixinədək 48 il 10 ay 2 gün (##.##.1956-##.##.1958-ci il, ##.##.1958- ##.##.1995-ci il, ##.##.1995- ##.##.2005-ci il tarixləri arasındakı dövrlər), həmin tarixdən sonra 3 il 3 ay) təşkil edir. Eyni zamanda bildiririk ki, adıçəkilən şəxsə # #### 1996-cı il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Onun ## ##### 2009-cu il tarixindən işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdiyinə görə işləyən əmək pensiyaçısı kimi fərdi hesabının sığorta hissəsində qeydə alınmış 7520,91 manat pensiya sığorta kapitalına əsasən əmək pensiyası həmin tarixdən yenidən hesablanıb. Belə ki, 7520,91 manat pensiya sığorta kapitalı Qanunun 37.3.1-ci maddəsinin tələblərinə uyğun qaydada gözlənilən pensiya ödənişi müddəti aylarının sayına 72 aya (144 ay-72 ay) bölünməklə 104,45 (7520,91:72) manat həmin tarixə əmək pensiyasının (163,07 manat) üzərinə əlavə edilərək pensiya məbləği 267,52 (163,07+104,45) manata (indeksləşdirilərək ##.##.2025-ci il tarixinə 601,46 manata) artırılmışdır. Işin faktiki hallarından görünür ki, iddiaçı İddiaçı # #### 1996-cı il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Iddiаçı İddiaçı tələbin dəqiqləşdirilməsinə dair məhkəməyə ərizə göndərərək, tələbinə "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 9.8 maddəsinə və əvvəllər qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 17 və 71-ci maddələrinin tələblərinə əsasən 2004-2005-ci illəri əhatə edən əmək haqqı barədə arayışı əsas gütürməklə güzəştli şərtlərlə yaşa görə təyin edilmiş əmək pensiyasının yenidən hesablanılması və ##.##.2025-ci il tarixindən əvvəlki 3 il üçün fərqin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" kimi baxılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının güzəştli şərtlərlə əmək pensiyası hüququ ##.##.1996-ci il tarixində yarandığından ona təyin edilmiş əmək pensiyası “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 17 və 71-ci maddələrinin tələblərinə əsasən hesablanmalıdır. "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 9.8-ci maddəsinin (dəyişiklikdən əvvəl) tələbi də bu istiqamətdədir. Çünki yeni Qanunun qəbul edildiyi vaxtadək qazanılmış pensiya hüququ əldə etmişdir. Bu hüquq, həmçinin pensiyanın hüququn özünün qazanıldığı vaxt qüvvədə olan qanunvericiliyə uyğun hesablanmasını tələb edir. Əks halda, hüququn qazanılmış vəziyyətdə təmin edilməsi mümkün olmaz. Qazanılmış hüquqlara münasibətdə isə nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış pensiya hüququ sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya məhdudlaşdırıla bilməz. Bu, qanunvericinin sosial təminat sahəsindəki tənzimləmə müstəqilliyinin mütləq olmayıb, “qanuni gözlənti” və “hüquqi müəyyənlik” prinsipləri ilə məhdudlaşdığından irəli gəlir. Qeyd edilən prinsiplərin mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni sonradan yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl pensiya hüququ əldə etmiş şəxslərin hüquqlarını əvəzsiz ləğv edə bilməz. Belə ki "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 9.8ci maddəsinə müvafiq olaraq Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Əvvəllər qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 17ci maddəsinə əsasən yaşa görə pensiya, pensiya üçün müraciət edənin orta aylıq əmək haqqının (72-ci maddə) 60 faizi, bu Qanunun 13-cü maddəsinin a bəndində nəzərdə tutulan tutulan işlərdə çalışan işçilərə 70 faizi, «b» bəndində nəzərdə tutulan işlərdə çalışan işçilərə isə 65 faizi, lakin minimum pensiyadan az olmayan məbləğdə təyin edilir. Yaşa görə pensiyaların əsas məbləği, habelə minimum məbləğdə hesablanmış pensiyalar tələb olunan iş stajından artıq hər tam il üçün minimum pensiyanın iki faizindən az olmamaq şərti ilə, orta aylıq əmək haqqının iki faizi qədər artırılır. Bu qanunun 13-cü maddəsinin a bəndində nəzərdə tuturlan işçilərin pensiyası güzəştli şərtlərlə pensiya almaq hüququ verən iş stajının kişilərdə 10 ildən və qadınlarda 7 il 6 aydan hər tam ili üçün orta aylıq əmək haqqının bir faizi qədər artırılır. Həmin Qanunun 71-ci maddəsinə müvafiq olaraq pensiyalar respublika üzrə müəyyən edilmiş minimum əmək haqqı və müraciət edənin orta aylıq əmək haqqından faiz əsas götürülməklə bu Qanunda müəyyən edilmiş normalarla hesablanır. Pensiya üçün müraciət edənin arzusuna əsasən orta aylıq əmək haqqı onun müraciət etdiyi aydan əvvəlki əmək fəaliyyətinin axırıncı 24 ayına və ya əmək fəaliyyətinin hər hansı ardıcıl gələn 60 ayına aid əmək fəaliyyətində fasilələr nəzərə alınmadan faktik orta aylıq əmək haqqından hesablanır. Bundan başqa, sonrakı hesablama qaydası iddiaçıya münasibətdə onun hüquqi vəziyyətini pisləşdirdiyi üçün də tətbiq edilə bilməz. Belə ki, Azərbaycan Respublikası Konstitusiyanın 149-cu maddəsinin VII hissəsinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ-hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, iddiaçının pensiya hüququ ##.##.1996-ci il tarixdən yarandığı halda, cavabdeh tərəfindən müraciət edilən vaxt tətbiq edilməli olan yuxarıda qeyd edilən maddi hüquq normaları nəzərə alınmamışdır. Məhkəmə kollegiyası işin faktiki hallarını, iş üzrə icraat materiallarını qeyd olunan hüquq normaları çərçivəsində dəyərləndirərək belə qənaətə gəlir ki, iddiaçı İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyası yenidən hesablanmalıdır. Iddiaçı işləməyən pensiyaçı statusuna keçdiyi zaman (2009-cu ildə) “Əmək pensiyaları haqqında” Qanunun (## ###### 2010-cu il tarixdə qüvvəyə minmiş dəyişiklik olunanadək) 10.2-ci maddəsində qeyd edilirdi ki, yaşa görə əmək pensiyasının sığorta hissəsinin məbləği aşağıdakı düsturla müəyyən edilir: SH=PS+(PSK/T), burada SH – yaşa görə əmək pensiyasının sığorta hissəsidir, PS-bu Qanunun 27-ci maddəsinə uyğun hesablanmış əmək pensiyasının sığorta hissəsidir, PSK-sığortaolunanın fərdi hesabının sığorta hissəsində yaşa görə əmək pensiyasının təyin olunduğu barədə qeydə alınmış pensiya kapitalıdır, T-göstərilən pensiya ödənişi müddətinin aylarının sayıdır. Həmin Qanunun (##.##.2010-cu il tarixdə qüvvəyə minmiş dəyişiklik olunanadək) 27-ci maddəsində isə göstərilmişdir ki, bu Qanunun qüvvəyə mindiyi günədək qüvvədə olmuş qanunvericilik üzrə hər bir sığortaolunanın bu Qanunun qüvvəyə mindiyi tarixə qazanılmış əmək pensiyası hüququnun (əmək stajı, əmək haqqı və sosial sığorta göstəriciləri) bu Qanunun müddəalarına uyğun şərti çevrilməsi aparılır. Bu zaman bu Qanun qüvvəyə mindiyi günədək qüvvədə olmuş qanunvericiliyə uyğun şərti qaydada hesablanan əmək pensiyasının ümumi məbləğindən əmək pensiyasının baza hissəsi çıxıldıqdan sonra yerdə qalan məbləğ qanun qüvvəyə mindiyi günədək qazanılmış əmək pensiyasının sığorta hissəsi kimi müəyyənləşdirilir. Bu Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir və bu zaman bu Qanun qüvvəyə mindikdən sonra əmək pensiyası təyin olunmuş şəxslərə pensiya hesablanması üçün orta aylıq əmək haqqına (bu Qanunun 20-ci maddəsində göstərilən vəzifələr üzrə əmək haqqı istisna olmaqla) məhdudiyyət tətbiq edilmir. Hazırkı mübahisənin halları baxımından aydınlaşdırılmalı məsələ ## ###### 2010 -cu il tarixədək qüvvədə olan qanunvericiliyə uyğun yaşa görə əmək pensiyası hüququ olan lakin həmin tarixdən sonra əmək pensiyası təyin edilməsi üçün müraciət etmiş şəxslərə pensiya hesablanmasının hansı qaydada aparılması ilə bağlıdır. Işin halları baxımından iddiaçının dəyişikliklərin edildiyi ## ###### 2010-cu il tarixədək güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnu əldə etdiyi mübahisə doğurmur. Həmçinin, "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 32.1-1-ci maddəsinin tələbinə uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə iddiaçıya ödənilməlidir. Işin faktiki və hüquqi hallarını nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, cavabdeh inzibati orqan imtinanın əsası kimi istinad etdiyi halları əsaslandıra bilməmiş, sübutetmə yükünü həyata keçirə bilməmişdir. Beləliklə, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməli, iddia təmin edilməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmir. Şirvan Inzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *-*(***)-****/**** saylı qərarı dəyişdirilir. Iddia təmin edilir. Iddiaçının 2004-2005-ci illəri əhatə edən orta aylıq əmək haqqı arayışı əsas götürülməklə iddiaçıya güzəştli şərtlərlə yaşa görə təyin edilmiş əmək pensiyasının “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 9.8-ci və 27.1-ci maddələrinə əsasən (həmin vaxt qüvvədə olmuş) yenidən hesablanılması və müraciət etdiyi ##.##.2025-ci il tarixindən əvvəlki üç il üçün fərqin ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulur. Məhkəmə qərarından tam formada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə (AZ 1025, Bakı şəhəri,Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti vermək olar.
Məhkəmə qərarları › İş №2-1(3-9)-225/2026
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-9)-225/2026
15.07.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver