Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 2-1(3-9)-226/2026 03.06.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyası hakimlər Hüseynov Fikrət Cilingir oğlu (sədrlik edən və məruzəçi), X2 və Quliyev Ceyhun Əmir oğlundan ibarət tərkibdə, Hüseynli Bülbül Düldül oğlunun katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, Şirvan Inzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarından iddiaçı Dövlət Vergi Xidməti * saylı Ərazi Vergilər Idarəsi tərəfindən verilmiş apellyasiya şikayəti əsasında iddiaçı Dövlət Vergi Xidməti * saylı Ərazi Vergilər Idarəsinin cavabdeh Cavabdeh qarşı siyahıya alınmış əmlakın satılması tələbinə dair inzibati işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Iddiaçı Dövlət Vergi Xidməti * saylı Ərazi Vergilər Idarəsi cavabdeh Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin ##.##.2025-ci il tarixə qeyd olunan borc məbləğindən Dövlət büdcəsinə ödənilməmiş 26000 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 26000 manat məbləğində siyahıya alınmış (1 ədəd **-DR-*** qeydiyyat nişanlı Naz Lifan markalı minik avtomobili, 1 ədəd **- NU-*** qeydiyyat nişanlı Vaz 21703 markalı minik avtomobili və 1 ədəd **-GM-*** qeydiyyat nişanlı Mercedes Benz E220 CDI markalı minik avtomobili) əmlakının Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti vasitəsilə satılması barədə qərar çıxarılmasını xahiş etmişdir. Şirvan Inzibati Məhkəməsinin (hakim P.Qurbanova) ## ###### 2026-cı il tarixli, *- *(***)-****/**** nömrəli qərarı ilə iddianın təmin edilməməsi qərara alınmışdır. Birinci instansiya məhkəməsi qərarını onunla əsaslandırmışdır ki, iddiaçı mövcud tələblə məhkəməyə müraciət etməkdə haqlı olsa da, iş materialarından müəyyən olunur ki, “Naz Lifan” markalı **-DR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi dövlət tərəfindən əvəzsiz olaraq Cavabdeh mülkiyyətinə verilmiş, nömrə nişanı **NU***, markası VAZ 21703 minik avtomobili X4, nömrə nişanı **GM***, markası Mersedes Benz E220 SDI minik avtomobili X3 adlarına sənədləşdirilmişdir və hal-hazırda həmin şəxslərin mülkiyyətindədir. Belə olan halda hazırki tələb siyahıya alınmış həmin əmlaklara yönəldilə bilməz. Qanunvericilik normalarına görə vergi borcunun ödənilməsini təmin etmək üçün məhz vergi ödəyicisinin mülkiyyətində olan əmlakı siyahıya alına və satıla bilər. Qərardan iddiaçı tərəfindən apellyasiya şikayəti verilmişdir. Işin halları Iddiаçı tələbini onunla əsaslandırmışdır ki, vergi ödəyicisi olan Cavabdeh Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə vergi öhdəliklərini yerinə yetirmədiyi üçün onun Dövlət büdcəsinə borcu yaranmışdır. Yaranmış borc məbləğinin 5 gün ərzində ödənilməsi məqsədi ilə ona bildiriş verilmişdir. Lakin cavabdehə borc məbləğinin ödənilməsi üçün bildiriş verilməsinə baxmayaraq yaranmış borc məbləği yenə də ödənilməmişdir. Ona görə də Vergi Məcəlləsinin 89.1-ci maddəsinə əsasən vergi öhdəliklərinin yerinə yetirilməsini təmin etmək üsulu kimi vergi orqanı vergi ödəyicisinin əmlakının siyahıya alınması barədə ##.##.2025-ci il tarixli qərar çıxarmışdır. Qərar əsasında vergi ödəyicisinin ##.##.2025-ci il tarixə yaranan 28991.35 manat borcuna görə 26000 manat məbləğində əmlakı siyahıya alınmış və bu barədə ##.##.2025-ci il tarixli *********** saylı Protokol tərtib edilmişdir. Əmlak siyahıya alındıqdan sonra 30 gün müddətində borc dövlət büdcəsinə və müvafiq fonda ödənilmədiyi halda siyahıya alınmış əmlakın satılması üçün məhkəmədə iddia qaldırılacağı barədə Vergi Məcəlləsinin 70.2-ci maddəsinin tələblərinə uyğun olaraq cavabdehə ##.##.2025-ci il tarixli xəbərdarlıq məktubu göndərilmişdir. Apellyasiya şikayətinin dəlilləri Iddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Daxili Işlər Nazirliyi Baş Dövlət Yol Polisi Idarəsinin məhkəməyə ünvanladığı ##.##.2025-ci il tarixli, *-****** nömrəli məktuba əlavə edilmiş sənədlərdə “Naz Lifan” markalı **-DR-*** dövlət qeydiyyat nişan nəqliyyat vasitəsinin Cavabdeh adına rəsmiləşdirilməsi və vergi ödəyicisinin mülkiyyətində olduğu görünür. Bu səbəbdən də qeyd edilən nəqliyyat vasitəsinin siyahıya alınması və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) vasitəsilə satılması haqqında qərar qəbul olunması üçün məhkəməyə müraciət edilməsi qanunvericiliyin normalarına uyğun aparılmışdır. Məhkəmə qərarında qeyd olunanlarla bağlı bildirilir ki, nömrə nişanı **NU***, markası VAZ 21703 minik avtomobili X4 adına ##.##.2025-ci il tarixli Alqı-satqı müqaviləsinə əsasən rəsmiləşdirilmişdir. Vergi ödəyicisinin əmlakı ##.##.2025-ci il tarixdə siyahıya alınarkən həmin minik avtomobili Cavabdeh mülkiyyətində idi. Yəni vergi ödəyicisinin əmlakı ##.##.2025-ci il tarixdə siyahıya alınarkən avtomobil Cavabdeh mülkiyyətində idi. Prosessual məsələlər Iddiaçının nümayəndəsi məhkəmə iclasında şikayəti müdafiə edərək, təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 62-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin: -1.4-cü maddəsinə əsasən bu Məcəllənin vergitutmanın ümumi əsasları, vergilərin ödənilməsi qaydaları (ödənilməsi mənbələri istisna olmaqla), vergi ödəyicilərinin və dövlət vergi orqanlarının, habelə vergi münasibətlərinin digər iştirakçılarının vergitutma məsələləri ilə bağlı hüquq və vəzifələri, vergi nəzarətinin forma və metodları, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyət, dövlət vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydaları ilə bağlı müddəaları məcburi dövlət sosial sığorta haqqı, icbari tibbi sığorta haqqı və işsizlikdən sığorta haqqına münasibətdə də tətbiq olunur. -16.1.1. qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifələrindəndir. -24.1.1-ci və 24.1.12. vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə; vergi qanunvericiliyinə tam və dəqiq riayət etməyə; bu Məcəllə və Azərbaycan Respublikasının digər qanunvericilik aktları ilə vergi orqanlarının təyinatına uyğun olaraq müəyyən edilmiş digər vəzifələri həyata keçirməyə borcludur. -77.3. vergi ödəyicisi vergi qanunvericiliyinin tələblərinə uyğun olaraq verginin ödənilməsini nəzərdə tutan şəraitin yarandığı andan vergi öhdəliklərinin yerinə yetirilməsi üçün cavabdehdir. -78.1. vergi öhdəliklərinin yerinə yetirilməsi ödənilməli olan vergilərin (o cümlədən cari vergi ödəmələrinin), hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının müəyyən edilmiş müddətlərdə və qaydada ödənilməsidir. Vergi ödəyicisinin hesablarında və ya kassasında vəsaitin, habelə onun əmlakının olub-olmamasından asılı olmayaraq vergi öhdəliklərinin yerinə yetirilməsi məcburidir. -89.1. vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə yaranmış vergi borclarının, habelə həmin öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi onun əmlakı siyahıya alına bilər. -89.2. əmlakın siyahıya alınması vergi ödəyicisinin öz əmlakı barəsində hüquqlarının elə məhdudlaşdırılmasıdır ki, bu zaman vergi ödəyicisi siyahıya alınmış əmlaka və ya onun bir hissəsinə sərəncam vermək hüququna malik olmur, həmin əmlaka sahiblik və ondan istifadə edilməsi vergi orqanının nəzarəti ilə həyata keçirilir. -89.7. əmlakın siyahıya alınması vergi orqanının rəhbərinin qərarına əsasən həyata keçirilir. Qərarda vergi ödəyicisinin adı və əmlakın yerləşdiyi ünvan göstərilməlidir. -89.8. əmlakın siyahıya alınması vergi ödəyicisinin, habelə müşahidəçilərin və zəruri hallarda mütəxəssislərin iştirakı ilə vergi orqanı tərəfindən həyata keçirilir. Əmlakın siyahıya alınmasını həyata keçirən vergi orqanı vergi ödəyicisinin (onun qanuni və (və ya) səlahiyyətli nümayəndəsinin) əmlakın siyahıya alınması prosesində iştirak etməsinə icazə verməməyə səlahiyyətli deyildir. -89.14.1. siyahıya alınmış mallar vergi ödəyicisində və ya onun razılığı ilə vergi orqanının vəzifəli şəxsləri tərəfindən müəyyən edilən yerlərdə məsul saxlamaya qoyulur. -90.1. vergi ödəyicisinin əmlakı siyahıya alındıqdan sonra 30 gün müddətində vergi öhdəliyi yerinə yetirilmədikdə, vergi orqanı vergilər, faizlər və maliyyə sanksiyaları üzrə dövlət büdcəsinə yaranmış borclarının ödənilməsinin təmin olunması məqsədi ilə siyahıya alınmış əmlakın zəruri və kifayət olan həcmdə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) vasitəsilə, habelə dəyəri 5000 manatdan artıq olmayan daşınar əmlakların isə ticarət şəbəkələrində satılması haqqında qərar qəbul olunması üçün məhkəməyə müraciət edə bilər. “Fiziki şəxs barəsində icra sənədi icra olunarkən tələbin yönəldilməsinə yol verilməyən əmlak növlərinin dəqiq Siyahısı”nın təsdiq edilməsi barədə # #### 2002-ci il tarixli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarında qeyd edilmişdir ki, Bu Siyahının qeyd hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla fiziki şəxs barəsində icra sənədi icra olunarkən aşağıdakı əmlaklara tələbin yönəldilməsinə yol verilmir: 10) əlilliyi olan şəxslərin hərəkəti üçün minik avtomobillərinə. Iş materiallarına əlavə edilmiş: -vergi orqanının ##.##.2025-ci il tarixli qərarı əsasında ##.##.2025-ci il tarixli protokol və həmin protokola əlavə ilə cavabdehə məxsus 26000 manat dəyərində əmlak – (11000 manat dəyərində 1 ədəd **-DR-*** qeydiyyat nişanlı Naz Lifan markalı minik avtomobili, 1 ədəd 7000 manat dəyərində **-NU-*** Qeydiyyat nişanlı Vaz 21703 markalı minik avtomobili və 1 ədəd 8000 manat dəyərində **-GM-*** qeydiyyat nişanlı Mercedes Benz E220 CDI markalı minik avtomobili) siyahıya alınmışdır. -“Vergi ödəyicisinin siyahıya alınmış əmlakının məsul saxlanmaya verilməsi haqqında” ##.##.2025-ci il tarixli aktdan görünür ki, Cavabdeh aktı və protokolu imzalamaqdan imtina etməsi barədə qeyd yazılmışdır. -Daxili Işlər Nazirliyi Baş Dövlət Yol Polisi Idarəsinin ##.##.2025-ci il tarixli, *-****** nömrəli məktubunda qeyd edilmişdir ki, Qeydiyyat-imtahan Idarəsinin kompüter uçot bazasına əsasən “Naz Lifan” markalı **-DR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin Cavabdeh adına rəsmiləşdirilməsinə əsas olmuş sənədlər Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## #### 1999-cu il tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş Əsasnamədə müəyyən edilmiş saxlama müddəti bitdiyi üçün onlar müvafiq qaydada məhv edilmişdir. Bundan başqa, nömrə nişanı **NU***, markası VAZ 21703 minik avtomobili X4, nömrə nişanı **GM***, markası Mersedes Benz E220 SDI minik avtomobili X3 adlarına sənədləşdirilmişdir və hal-hazırda həmin şəxslərin mülkiyyətindədir. Məktuba əlavə edilmiş Azərbaycan Respublikası Daxili Işlər Nazirliyi Baş Dövlət Yol Polisi Idarəsinin avtonəqliyyat vasitəsinin məhdudiyyəti barədə elektron informasiya sistemindən çıxarışdan görünür ki, Naz Lifan minik markalı, **DR*** dövlət qeydiyyat nişanlı avtomobil özgəninkiləşdirilə bilməz. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, iddiaçı tərəfindən siyahıya alınmış avtomobillərdən ikisi (**-NU-*** Qeydiyyat nişanlı Vaz 21703 markalı və **-GM- *** qeydiyyat nişanlı Mercedes Benz E220 CDI markalı minik avtomobili) alqı-satqı müqaviləsi ilə özgəninkiləşdirilmişdir və hal-hazırda digər şəxslərin mülkiyyətində olduğundan həmin avtomobillərin satılması qeyri-mümkündür. 1 ədəd **-DR-*** qeydiyyat nişanlı Naz Lifan markalı minik avtomobili isə yuxarıda qeyd olunan qanunvericilik normalarına əsasən tələbin yönəldilməsinə yol verilməyən əmlaklar siyahısına daxildir. Beləliklə, işin faktiki və hüquqi hallarını nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 81-82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Şirvan Inzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(3-9)-226/2026
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-9)-226/2026
03.06.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver