Azərbaycan Respublikası adından Qərardad Şirvan şəhəri İş № 2-1(3-9)-228/2026 03.06.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyası hakimlər Hüseynov Fikrət Cilingir oğlu (sədrlik edən və məruzəçi), X1 və Quliyev Ceyhun Əmir oğlundan ibarət tərkibdə, Hüseynli Bülbül Düldül oğlunun katibliyi, üçüncü şəxs üçüncü şəxs2, üçüncü şəxs üçüncü şəxs1 nümayəndəsi X3, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, Şirvan Inzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti əsasında iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı qərarın ləğv olunması tələbinə dair inzibati işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iddia ərizəsi ilə Şirvan Inzibati Məhkəməsinə müraciət edərək, Biləsuvar bələdiyyəsinin ##.##.2020-ci il tarixli ** saylı, ##.##.2022-ci il tarixli ** saylı və ##.##.2025-ci il tarixli ** saylı qərarlarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şirvan Inzibati Məhkəməsinin (hakim R.Quliyeva) ## ###### 2026-cı il tarixli, *- *(***)-****/**** nömrəli qərardadı ilə iddianın mümkün sayılmaması qərara alınmışdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” Azərbaycan Respublikası Qanunun 10.1 və 10.2-ci maddələrinə əsasən bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqan bələdiyyələrin fəaliyyətində qanunçuluq prinsipinə riayət olunmasının təmin edilməsi ilə bağlı təhlil və ümumiləşdirmələr aparır və onları öz təklif və tövsiyyələri ilə birlikdə müvafiq bələdiyyələrə təqdim edir, həmin təklif və tövsiyələr alındığı gündən 5 iş günü ərzində bələdiyyələrin iclaslarında müzakirə olunur və müvafiq qərar qəbul olunur. Qanunvericilik normasından göründüyü kimi, iddiaçı qəbul edilmiş bələdiyyə aktının qanuniliyini (normativ hüquqi aktlara zidd olduğunu) yalnız ona göndərildiyi hallarda və ya daxil olunmuş müraciətin araşdırılması nəticəsində aşkar etməməli, yəni bələdiyyə aktının qanuniliyinin yoxlanılmasını qeyd edilən şərtlərlə məhdudlaşdırılmamalı, bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqan kimi bələdiyyələrin fəaliyyətində qanunçuluq prinsipinə riayət olunmasının təmin edilməsi ilə bağlı təhlil və ümumiləşdirmələr aparmalı və bununla bağlı onlara öz təklif və tövsiyələrini müvafiq bələdiyyələrə təqdim etməlidir. Beləliklə, hər bir halda iddiaçı hazırda mübahisələndirdiyi inzibati aktların ləğvi ilə bağlı müvafiq iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün qanunla nəzərdə tutulmuş müddəti ötürmüşdür. Iddianın mümkün sayılmamasına səbəb ola biləcək halı iddiaçının diqqətinə çatdırmaq üçün ona ##.##.2025-ci il tarixdə hüquqi yardım məktubu göndərilmiş, həmin hüquqi yardım məktubunda iddia müddətinə riayət olunub olunmaması halları qeyd olunmuşdur. Lakin iddiaçı tərəfindən iddia müddətinin bərpa olunması ilə bağlı məhkəməyə ərizə daxil olmamışdır. Qərardaddan iddiaçı tərəfindən apellyasiya şikayəti verilmişdir. Işin halları Iddiaçı tələbini onunla əsaslandırmışdır ki, cari ildə idarənin icraatına daxil olmuş vətəndaş müraciəti araşdırılan dövrdə işə əlavə edilmiş sənədlərlə məlum olmuşdur ki, keçmiş Çaylı bələdiyyəsinin ##.##.2020-ci il tarixli, ** saylı qərarı ilə bələdiyyə mülkiyyətinə aid 5 ha torpaq sahəsinin mövcud qanunvericiliyin tələblərinə zidd olaraq hərrac və ya müsabiqədən kənar üçüncü şəxs2 icarəsinə ayrılması barədə qərar qəbul edilmişdir. Bundan irəli gələrək həmin torpaq sahəsinə dair üçüncü şəxs2la keçmiş bələdiyyə arasında ##.##.2021-ci il tarixdə Biləsuvar rayon notariat ofisində icarə müqaviləsi bağlanılmış və sonradan üçüncü şəxs2 mübahisəli torpağa dair ƏMDX-dən çıxarış əldə etmişdir. Eyni zamanda sözügedən bələdiyyənin ##.##.2022-ci il tarixli, ** saylı qərarı ilə bələdiyyə mülkiyyətinə aid 3,75 ha torpaq sahəsinin də hərrac və ya müsabiqədən kənar üçüncü şəxs1 icarəsinə ayrılması barədə qərar qəbul edilmişdir. Bundan sonra həmin torpaq sahəsinə dair üçüncü şəxs1la keçmiş bələdiyyə arasında ##.##.2022-ci il tarixdə Biləsuvar rayon notariat ofisində icarə müqaviləsi bağlanılmış və sonradan üçüncü şəxs1 mübahisəli torpağa dair ƏMDX-dən çıxarış əldə etmişdir. Göstərilənlərlə yanaşı keçmiş Çaylı bələdiyyəsinin ##.##.2020-ci il tarixli, ** saylı və ##.##.2022-ci il tarixli, ** saylı qərarlarının protokolu bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqana göndərilməmişdir. Beləliklə, keçmiş Çaylı bələdiyyəsinin ##.##.2020-ci il tarixli, ** saylı və ##.##.2022-ci il tarixli, ** saylı qərarları ləğv olunmalı, 5 ha və 3,75 ha torpaq sahələrinə dair bələdiyyə ilə üçüncü şəxs2 və üçüncü şəxs1 arasında bağlanılmış icarə müqavilələrinə xitam verilməsi, həmçinin adları çəkilən şəxslərə dair çıxarışların etibarsız hesab edilməsi barədə regional idarə tərəfindən həmin bələdiyyənin hüquqi varisi olan Biləsuvar bələdiyyəsinə ##.##.2025-ci il tarixdə göndərilmiş təklif məktubu bələdiyyənin ##.##.2025-ci il tarixli, ** saylı iclasında müzakirə edilmiş, lakin təklif təmin olunmamışdır. Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsi və iddianın mümkün hesab edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri ondan ibarətdir ki, bələdiyyənin yuxarıda qeyd olunan mübahisəli aktları (qərarları) qanunda göstərilmiş müddətdə regional idarəyə göndərilmədiyinə görə həmin vaxt aktların (qərarların) qanunvericiliyə uyğunluğunun İddiaçı tərəfindən aparılması (ekspertizası) mümkün olmamışdır. Prosessual məsələlər Cavabdehin nümayəndəsi X2 məhkəmə kollegiyasının iclasında şikayətinin dəlillərini qəbul etmədi və birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Üçüncü şəxs üçüncü şəxs2, digər üçüncü şəxsin nümayəndəsi X3 birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Iddiaçı işə nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 62-ci maddəsinə əsasən işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, iş materiallarında olan: -Biləsuvar rayon Çaylı bələdiyyəsinin ##.##.2020-ci il tarixli, ** saylı qərarından görünür ki, Çaylı bələdiyyəsinin kənd təsərrüfatı məhsullarının istehsalı üçün ehtiyat fondu torpağından 5 ha torpaq sahəsinin Biləsuvar rayonu, Çaylı kənd sakini üçüncü şəxs2 icarəsinə verilməsi qərara alınmışdır. -Biləsuvar rayon Çaylı bələdiyyəsinin ##.##.2022-ci il tarixli, * nömrəli qərarından görünür ki, Çaylı bələdiyyəsinin kənd təsərrüfatı məhsullarının istehsalı üçün ehtiyat fondu torpağından 3.70 ha torpaq sahəsinin Biləsuvar rayonu, Çaylı kənd sakini üçüncü şəxs2 icarəsinə verilməsi qərara alınmışdır. -Cavabdeh ##.##.2025-ci il tarixli ** nömrəli iclasında Çaylı bələdiyyəsinin ##.##.2020-ci il tarixli, ** saylı və ##.##.2022-ci il tarixli, ** saylı iclasının qərarlarının qüvvədə saxlanılması qərara alınmışdır. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. Iddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “Inzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” ## ##### 2015-ci il tarixli, * nömrəli qərarının 2 .3-cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, Inzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü Inzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Məhkəmə kollegiyası qeyd edir ki, iddianın xüsusi mümkünlük şərtlərindən biri iddianın qanunla müəyyən olunmuş müddətdə verilməsidir. “Inzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: -1.1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. -62.1-ci maddəsinə əsasən inzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin: -24.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. -38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” Qanunun: -1-ci maddəsinə əsasən Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət - bələdiyyələr, bələdiyyə orqanları və onların vəzifəli şəxsləri (bundan sonra – “bələdiyyələr” adlandırılacaq) tərəfindən Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına, Azərbaycan Respublikası Prezidentinin fərmanlarına və Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına (Naxçıvan Muxtar Respublikasında isə həm də Naxçıvan Muxtar Respublikasının Konstitusiyasına, qanunlarına və Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin qərarlarına) riayət edilməsinin təmin olunması, bələdiyyələr tərəfindən qanunvericiliyin pozulması hallarının, onları yaradan səbəb və şəraitin aradan qaldırılması məqsədi ilə həyata keçirilən fəaliyyətdir. -4.5. Inzibati nəzarət həyata keçirilərkən bələdiyyələrin fəaliyyətinə edilən müdaxilə qanunda nəzərdə tutulan məqsədə mütənasib olmalıdır. -8.5. inzibati nəzarəti həyata keçirən orqanın müraciəti bu Qanunun 8.3 və 8.4-cü maddələrində müəyyən olunmuş müddət ərzində müvafiq bələdiyyə tərəfindən yerinə yetirilmədikdə, o, müvafiq bələdiyyəyə müraciət etdiyi gündən 15 iş günü ərzində məhkəməyə müraciət edir. Məhkəməyə müraciət edilməsi barədə müvafiq bələdiyyəyə dərhal məlumat verilməlidir. -10.1. Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqan bələdiyyələrin fəaliyyətində qanunçuluq prinsipinə riayət olunmasının təmin edilməsi ilə bağlı təhlil və ümumiləşdirmələr aparır və onları öz təklif və tövsiyələri ilə birlikdə müvafiq bələdiyyələrə təqdim edir. -10.2. Bu Qanunun 10.1-ci maddəsində nəzərdə tutulmuş təklif və tövsiyələr alındığı gündən 5 iş günü ərzində bələdiyyələrin iclaslarında müzakirə olunur və müvafiq qərar qəbul olunur. Azərbaycan Respublikası Ədliyyə Naziliyi Kollegiyasının ##.##.2022-ci il tarixli, *- N nömrəli qərarı ilə təsdiq edilmiş “Regional ədliyyə idarələri haqqında” Əsasnamənin 5.12.9-cu bəndinə əsasən hər hansı bələdiyyə aktı və ya bələdiyyənin fəaliyyəti dövlət mənafelərinə və ya ictimai mənafelərə ziyan vura bilərsə, həmin aktın ləğv edilməsi (dəyişdirilməsi) və ya həmin fəaliyyətə xitam verilməsi haqqında müvafiq bələdiyyəyə təklif verir, bu təklif Qanunla müəyyən edilmiş müddətdə bələdiyyə tərəfindən yerinə yetirilmədikdə məhkəməyə müraciət edir. Iddiaçı apellyasiya şikayətində qeyd etmişdir ki, bələdiyyənin sözügedən qərarı İddiaçı gec göndərilmiş, idarənin icraatına sonradan daxil olmuşdur. Məhkəmə kollegiyası iddiaçının bu dəlilinə münasibətdə qeyd edir ki, regional ədliyyə idarələri bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqan olmaqla, onların fəaliyyətində qanunçuluq prinsipinə riayət edilməsinin təmin olunması ilə bağlı ümumiləşdirmələr aparır. Bu hal onu deməyə əsas verir ki, iddiaçı bələdiyyənin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqan olaraq, mübahisələndirdiyi aktı daha əvvəldən əldə etmək imkanı olmuşdur. Bu baxımdan həmin qərarların mövcudluğu iddiaçının bilməli olduğu haldır. Bundan başqa qeyd edilməlidir ki, Şirvan Inzibati Məhkəməsinin ## ####### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli iddiaçıya ünvanlanmış hüquqi yardım məktubundan görünür ki, həmin məktubda iddia müddətinin ötürüldüyü açıq şəkildə qeyd edilməsə də, məktubun məzmununda iddia müddəti, eyni zamanda buraxılmış prosessual müddətin bərpa edilməsi ilə bağlı olan normalar sadalanmış, iddiaçıya həmçinin iddianın dəqiqləşdirilməsi (tələb dəqiqləşdirmə) təklif olunmuşdur. Göründüyü kimi birinci instansiya məhkəməsi tərəfindən iddiaçıya hüquqi yardım edilsə də, iddiaçı həmin məktubda qeyd edilən nöqsanları aradan qaldırmamışdır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Şirvan Inzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(3-9)-228/2026
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(3-9)-228/2026
03.06.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver