Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 2-1(3-9)-23/2026 17.06.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyası hakimlər Hüseynov Fikrət Cilingir oğlu (sədrlik edən və məruzəçi), X1 və Quliyev Ceyhun Əmir oğlundan ibarət tərkibdə, Hüseynli Bülbül Düldül oğlunun katibliyi, iddiaçı İddiaçı, cavabdehin nümayəndəsi X3 iştirakı ilə, Şirvan Inzibati Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti əsasında iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı qərarın ləğv edilməsi və əlillik dərəcəsinin təyin edilməsi tələbinə dair inzibati işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə Şirvan Inzibati Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və X5 Sosial Ekspert Komissiyasının ## ###### 2024-cü il tarixli, *****U***** saylı qərarının ləğv edilməsi və ona ## ###### 2024-cü il tarixdən 35-60 faizlə əlillik dərəcəsinin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şirvan Inzibati Məhkəməsinin (hakim F.Abbasov) ## ###### 2025-ci il tarixli, 2- *(***)-****/**** nömrəli qərarı ilə iddia təmin edilmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının Azərbaycan Elmi Tədqiqat Travmotologiya və Ortopediya Institutu tərəfindən aparılmış “obyektiv və instrumental müayinə” və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “xxxx” X2 ## #### 2025-ci il tarixli, T***/**** saylı rəyi ilə təsdiq olunmuş xəstəlikləri ilə bağlı yalnız formal olaraq əlillik təyinatından imtina edilməsi, eləcə də mübahisələndirilən ## ###### 2024-cü il tarixli, *****U***** saylı “diaqnozun öz təsdiqini tapmaması” qərarının heç bir dəlil-sübutla, tibbi sənədlə əsaslandırılmaması yuxarıda qeyd olunan diaqnozlarda əksini tapmış və hazırki vaxtadək davam edən xəstəliklərin iddiaçıya müvafiq əlilliyin təyininə imkan verdiyi qənaətinə gəlməyə əsas verir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “xxxx” publik hüquqi şəxsi tərəfindən verilmiş ## #### 2025-ci il tarixli, T***/**** saylı rəyin nəticə hissəsində qeyd olunan “Həmin xəstəliklər xroniki hala keçdiyindən müalicə olunmaqla tam reabilitasiya olunmurlar, müəyyən edilən diaqnozla əlaqədar zərurət yarandığı təqdirdə əlavə müalicəyə cəlb edilə bilər” ifadəsi məhkəmənin qənaətini təsdiq edir. Göründüyü kimi, iş üzrə təqdim olunmuş tibbi sənədlərlə, o cümlədən TSEK müayinələri ilə İddiaçı təyin olinmuş diaqnozlarla müəyyən edilmiş xəstəliklərinin o zaman qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il ## ###### tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin üçüncü dərəcə əlilliyin təyinatına əsas verən 2.3.1-ci (ətraflardan birinin yalançı oynağı; 2.3.2-ci (dirsək oynağının funksional yararsız vəziyyətdə (60 dərəcədən az və ya 150 dərəcədən çox) olması, yaxud saidin tam supinasiya və ya pronasiya halında qalması, ankilozu və ya kəskin kontrakturası (hərəkətin həcminin 10 dərəcədən artıq olmaması (M21.2, M24.5, M24.6, M25.6, M67.1, M99.0) bəndlərinə uyğunluğu təsdiq olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il ## ### tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 6-cı “Sinir sistemləri xəstəlikləri” bölməsinin 6.4.1.1-ci bəndində (dirsək oynağında yüngül bükmə kontrakturası ilə) orqanizmin funksiyalarının pozulma faizi 40-60, pozulma müddəti 2 il, 6.8.1-ci bəndində (cüzi əzələ zəifliyi əzələ gücünün 4 bala qədər azalması, 1,5-2,0 sm-lik əzələ hipotrofiyası, yuxarı və aşağı ətraflarda aktiv hərəkətlərin, əşyaları tutma və saxlama kimi əsas funksiyanın tam həcmdə olmaması ilə) orqanizmin funksiyalarının pozulma faizi 40, pozulma müddəti 1 il, 6.9-cu (Yuxarı ətraf qurşağı və bazu səviyyəsində sinirlərin travması) bəndinin 6.9.3-cü və 6.9.5-ci yarımbəndlərində orqanizmin funksiyalarının pozulma faizi 35-40, pozulma müddəti 1 il, habelə 13-cü “Sümük-əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri” bölməsinin 13.3.8-ci bəndində (bazu sümüyünün psevdoartrozu: qeyri-stabil) orqanizmin funksiyalarının pozulma faizi 40, pozulma müddəti 1 il göstərilmişdir. Qərardan cavabdeh tərəfindən apellyasiya şikayəti verilmişdir. Işin halları Iddiаçı tələbini onunla əsaslandırmışdır ki, odlu silahdan yaralanma nəticəsində ##.##.1998-##.##.1998-ci ildə Elmi Tədqiqat Travmatologiya və Ortopediya Institutunda müayinə, müalicə və cərrahiyyə əməliyyatı olunmuş, ona Yilizarov aparatı tətbiq edilmişdir. Həmin müayinə, müalicə və cərrahiyvə əməliyyatından sonra ona qoyulmuş diaqnoz - yuxarı ətrafın yaralanmasının nəticələri, sağ yuxarı ətrafın odlu silah yaralanmasından sonrakı vəziyyəti, əzələnin başqa rublikalarda təsnif olunmayan atrofiyası və üzülməsi, sağ yuxarı ətrafın əzələlərinin hipotrafiyası, bazu sümüyünün aşağı ucunun sınığı, bazu sümüyünün aşağı 1/3-nin qeyri-düzgün bitişmiş sınığı. Xəstəliyi ilə bağlı ona əlillik dərəcəsinin verilməsindən ötrü xəstəliyi ilə bağlı bütün sənədləri anketləşdirib cavabdeh orqana müraciət etmiş və ona 2012-ci il tarixdə 3-cü dərəcəli əllilik dərəcəsi təyin olunmuş və əlillik dərəcəsinə uyğun sosial müavinət (sosial pensiya) təyin edilmişdir. Lakin, 2021-ci ilin may ayında ona verilmiş əllilik dərəcəsindən imtina edildi və verilmiş pensiya (müavinət) dayandırıldı. Verilmiş əlillik dərəcəsindən imtinanın və kəsilmiş pensiyanın (müavinətin) bərpa edilməsini tələb etsə də, tələbinə məhəl qoyan olmadı. Cavabdeh tərəfindən iddiaya qarşı etiraz təqdim edilməmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddianın təmin edilməməsini xahiş etmişdir. Şikayətin dəlilləri ondan ibarətdir ki, birinci instansiya məhkəməsi işi lazımi qaydada araşdırmayaraq, ekspert rəyinə belə məhəl qoymadan, tibbi arayışa əsaslanaraq, şəxsin əyani müayinəsində yetərincə təcrübəli həkim mütəxəsisslər tərəfindən əyani müayinə nəticəsində əldə edilən məlumatlara məhəl qoymadan iddiaçının marağlarına uyğunlaşdırılmaqla qanunsuz və əsassız qərar qəbul etmişdir. Diaqnozun öz təsdiqini tapmaması İddiaçı əyani müayinəsi zamanı Tibbi-Sosial Ekspertlər tərəfindən müəyyən edilmişdir. Göndərişdə qeyd olunan diaqnoz öz təsdiqini tapmadığı halda məhkəmə xüsusi tibbi bilik tələb edən sahədə qərar çıxararaq orqanın diskresion səlahiyyətinə əsassız müdaxilə etmişdir. Prosessual məsələlər Iddiaçı apellyasiya şikayətinin dəlillərini qəbul etmədiyini bildirməklə, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Cavabdehin nümayəndəsi şikayətin dəlillərini müdafiə edərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddianın təmin edilməməsini xahiş etdi. Əsaslandırma Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası iddia tələbinin mahiyyəti ilə bağlı aşağıdakıları qeyd edir. Iş materiallarına əlavə edilmiş: -Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin tibbi-sosial ekspert komissiyasının ##.##.2024-cü il tarixli qərarından görünür ki, İddiaçı “diaqnoz əlillik əlaməti təyin etməməsi” səbəbindən əlillik təyinatından imtina edilmişdir. -Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin tibbi-sosial ekspert komissiyasının ## ###### 2025-ci il tarixli, *-**-*/*-*-****/**** nömrəli qərarından görünür ki, məhkəmənin qərardadına əsasən iddiaçı İddiaçı əlillik vəziyyətinin qiymətləndirilməsi ilə bağlı əyani müayinə aparılmış, əyani müayinə zamanı, Elmi Tədqiqat Travmatologiya və Ortopediya Institutunun ##.##.2024-cü il tarixli, ********** nömrəli arayışına əsasən İddiaçı əlillik vəziyyəti ilə bağlı diaqnoz “Sağ yuxarı ətrafın odlu silah yaralanmasından sonrakı vəziyyət. Bazu sümüyünün aşağı 1/3-nin qeyri-düzgün bitişmiş sınığı, deformasiyası, dirsək oynağının varus deformasiyası, yumuşaq toxumaların yad cisimləri(metal qəlpələr). Sağ dirsək oynağının bükücü (90 dərəcə) kontrakturası. Sağ yuxarı ətraf əzələlərinin hipotrofiyası, daimi ağrı sindromu, sağ yuxarı ətrafın funksiyasının pozulması” şəklində göstərilsə də, dayaq-hərəkət sisteminin əlillik təyinatına əsas verən patofunksional pozuntuları aşkar edilməmiş, əlillik təyinatına əsas verən ağırlaşmaları aparılmış müayinələr nəticəsində təsdiqini tapmadığından “Diaqnozun təsdiqini tapmaması” barədə qərar qəbul edilmişdir. -## #### 2025-ci il tarixli, T***/**** nömrəli ekspert rəyində qeyd edilmişdir ki, İddiaçı əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyası tərəfındən qiymətləndirilməsi ilə bağlı müvafiq tibb müəssisəsində tərtib edilmiş göndərişdə qeyd edilən “XBT 10 kodu: S41.1. M21.8, W32, M21.1, S42.4, T92.3, T92.1, M24.5, M62.5, R52.2, Z73.6, M79.5- Sağ yuxarı ətrafın odlu silah yaralanmasından sonrakı vəziyyət. Bazu sümüyünün aşağı 1/3-nin qeyri-düzgün bitişmiş sınığı, deformasiyası, dirsək oynağının varus deformasiyası, yumşaq toxumaların yad cisimləri (metal qəlpələr). Sağ dirsək oynağının bükücü (90°) kontrakturası. Sağ yuxarı ətraf əzələlərinin hipotrofıyası, daimi ağrı sindromu. Sağ yuxarı ətrafm funksiyasının pozulması” diaqnoz ona stasionarlarda müayinə və müalicələri zamanı müəyyən edilsə də, şəxsin ##.##.2025-ci il tarixində DTSERA-da və hazırkı əyani müayinəsi zamanı bazu sümüyünün aşağı 1/3-nm qeyridüzgün bitişmiş sınığı nəticəsində bazu sümüyündə qısalıq, oynaqda varus deformasiyası müşahidə edilmiş, dirsək oynağınm açma funksiyası 180° dərəcə, bükmə funksiyası 60° dərəcə olmuş, said sümüyü nahiyəsində atrofıya izlənilməmiş, əlin bükmə və açma funksiyası tam olmuş, əlində əmək qabarları qeyd edilmiş, dayaq-hərəkət sisteminin əlillik təynatına əsas verən patofunksional pozuntuları aşkar edilməmişdir. Diaqnoz nəzərə alınmaqla şəxsin əyani müayinəsi zamanı aşkar edilmiş patofunksional dəyişikliklər əlillik səviyyəsində olmadığından ona istər Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2015-ci il tarixli, *** saylı qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarınm məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin, istərsə də ##.##.2022-ci il tarixli, *** saylı qərarla təsdiq edilmiş “Əlilliyin təyin edilməsi meyarları”nın hər-hansı bir bəndinə aid etmək mümkün olmadı. -Məhkəmə kollegiyasının müvafiq qərardadı əsasında verilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “xxxx” X2 ## ##### 2026-cı il tarixli, T***/**** nömrəli rəyində bildirilir ki, İddiaçı əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilməsi ilə bağlı müvafiq tibb müəssisəsində tərtib edilmiş göndərişdə qeyd edilən diaqnoza əsasən, onda sağ yuxarı ətrafın odlu silah yaralanmasından sonrakı vəziyyəti müəyyən edilmişdir. Bu vəziyyət bazu sümüyünün aşağı 1/3 hissəsinin qeyridüzgün bitişmiş sınığı, deformasiya, dirsək oynağının varus deformasiyası, yumşaq toxumalarda yad cisimlərin (metal qəlpələrin) mövcudluğu, dirsək oynağının bükücü kontrakturası (90°), sağ yuxarı ətraf əzələlərinin hipotrofiyası, daimi ağrı sindromu və funksional pozğunluqlarla xarakterizə olunur. Diaqnoz XBT-10 üzrə S41.1, M21.8, W32, M21.1, S42.4, T92.3, T92.1, M24.5, M62.5, R52.2, Z73.6, M79.5 kodları ilə ifadə edilmişdir. ##.##.2026-cı il tarixdə şəxsin əyani müayinəsi zamanı bazu sümüyünün aşağı 1/3 hissəsinin qeyri-düzgün bitişmiş sınığı nəticəsində sümükdə qısalıq, oynaqda varus deformasiyası müşahidə edilmişdir. Dirsək oynağında açılma 180°, bükülmə isə 90° təşkil etmişdir. Sağ əl tam yumruq vəziyyətinə gətirilə bilmir. Yuxarı ətraf əzələlərində atrofiya müşahidə olunmamışdır. Məhkəmə-tibbi müayinəsi çərçivəsində İ.M. Həsənov Elmi- Tədqiqat Travmatologiya və Ortopediya Institutuna göndərilmiş və burada aparılmış müayinə nəticəsində ona aşağıdakı diaqnoz qoyulmuşdur: sağ bazu sümüyünün aşağı 1/3 hissəsinin deformasiya ilə bitişmiş sınığı, yumşaq toxumalarda 4-5 ədəd metal qəlpənin olması, sağ dirsək oynağının açıcı kontrakturası (bükülmə 93°), sağ əl barmaqlarının yarımbükülü vəziyyəti, açıcı-bükücü kontraktura, daimi ağrı sindromu, əzələ atrofiyası və funksional pozğunluq. Diaqnoz XBT üzrə Y36.4, S42.4, M21, M79.5, M24.5, R52.1, M62.5, Z73.6 kodları ilə təsnif edilmişdir. Cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərardadı əsasında verilmiş ## #### 2025-ci il tarixli, T***/**** nömrəli ekspert rəyinə məhəl qoymadan iddiaçının xeyrinə qərar qəbul etdiyini qeyd etmişdir. Bu baxımdan qeyd edilməlidir ki, sözügedən rəy Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin nümayəndəsinin iştirakı ilə tərtib edilmişdir. Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi hazırki iş üzrə cavabdeh orqan qismində çıxış etdiyindən həmin orqanın nümayəndəsinin iştirakı sözügedən ekspert rəyinin obyektivliyini şübhə altına alır. Bu səbəbdən məhkəmə kollegiyası xxxx X2 ## ##### 2026-cı il tarixli, T***/**** nömrəli rəyini daha mötəbər hesab edir. Odur ki, iddiaçının orqanizmində olan patofunksional pozuntular iş materiallarında mövcud olan ixtisaslaşmış müalicə müəssisəsinin təqdim etdiyi sənədlərlə, ekspert rəyi ilə öz təsdiqini tapmaqla, diaqnozun yuxarıda qeyd olunan meyarların müvafiq kodlarına uyğun olması müəyyən edilmişdir ki, bu hal cavabdeh orqanın imtinasının əsassız olması qənaətinə gəlməyə əsas verir. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçının orqanizmində baş verən patofunksional pozuntuları Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ### 2022-ci il tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 6.4.1.1-ci, 6.8.1-ci, 6.9.3-cü, 6.9.5-ci, 13.3.8-ci və 13.5ci bəndləri ilə eyniləşdirməklə düz nəticəyə gəlmişdir. Qeyd edilməlidir ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin ## ### 2022-ci il tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın: -6.4.1.1-ci bəndində öz əksini tapan “dirsək oynağında yüngül bükmə kontrakturası ilə, bilək oynağında bükücü-pronator, əl barmaqları oynaqlarında bükücü kontraktura” diaqnozu üzrə orqanizmin funksiyalarının pozulması dərəcəsi 40-60% müəyyən edilməklə, 2 il müddətinə; -6.8.1-ci bəndində öz əksini tapan “cüzi əzələ zəifliyi (əzələ gücünün 4 bala qədər azalması, 1,5-2,0 sm-lik əzələ hipotrofiyası, yuxarı və aşağı ətraflarda aktiv hərəkətlərin, əşyaları tutma və saxlama kimi əsas funksiyanın tam həcmdə olmaması ilə); cüzi dərəcəli hissi pozulmalar; cüzi statodinamik pozuntular” diaqnozu üzrə orqanizmin funksiyalarının pozulması dərəcəsi 40% müəyyən edilməklə, 1 il müddətinə; -6.9.3-cü bəndində öz əksini tapan “mil və dirsək sinirləri (dominant ətrafın nəzərə alınması ilə)” diaqnozu üzrə orqanizmin funksiyalarının pozulması dərəcəsi 35-40% müəyyən edilməklə, 1 il müddətinə; -6.9.5-ci bəndində öz əksini tapan “dirsək və orta sinirlər (dominant ətrafın nəzərə alınması ilə)” diaqnozu üzrə orqanizmin funksiyalarının pozulması dərəcəsi 35-40% müəyyən edilməklə, 1 il müddətinə əlillik təyinatının aparılmasına əsas verir. Məhkəmə kollegiyası hazırki mübahisəyə tətbiq edilməli olan maddi və prosessual normaların şərh olunmasını zəruri hesab edərək, qeyd edir ki; “Inzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: -17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. -24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. -24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun:- -3.1-ci maddəsinə əsasən şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. -3.2-ci maddəsinə əsasən əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. -3.3-cü maddəsinə əsasən şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. -3.3-1-ci maddəsinə əsasən maddəsinə əsasən əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. -3.4-cü maddəsinə əsasən əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. -4.3-cü maddəsinə əsasən əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “Inzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. -6.4-cü maddəsinə əsasən əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il ## ###### tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın: -1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. -1.5. Şəxsin əlilliyi aşağıdakı səbəblərdən birinə əsasən müəyyən edilir: 1.5.1. ümumi səbəblərdən: 1.5.1.1. ümumi xəstəlik; 1.5.1.2. istehsalat zədəsi; 1.5.1.3. peşə xəstəliyi; 1.5.1.4. Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar; 1.5.1.5. hərbi xidmət dövrü ilə əlaqədar; 1.5.1.6. hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar; 1.5.1.7. terror hadisəsi ilə əlaqədar; 1.5.2. xüsusi səbəblərdən: 1.5.2.1. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar; 1.5.2.2. 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar; 1.5.2.3. hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar; 1.5.2.4. Çernobıl AES-də hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar. 1.6. Orqanizmin funksiyalarının pozulması faizinin, səbəbinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin: -68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. -68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Kollegiya həmçinin onu da qeyd etməyi zəruri hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçıya əlillik təyinatı aparılması üçün əsas olan xəstəliyi düzgün olaraq yuxarıda qeyd edilən Siyahının 6.4.1.1-ci bəndi ilə eyniləşdirsə də, qərarın əsaslandırıcı və nəticə hissəsində orqanizmin funksiyalarının pozulması dərəcəsini 40-60% əvəzinə, 35-60% olaraq qeyd etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, hər iki faiz göstəricisi orqanizmin funksiyalarının pozulmasının dəqəcəsi baxımından eyni hüquqi nəticə yaratdığından birinci instansiya məhkəməsinin qərarının dəyişdirilməsinə zərurət yoxdur. Beləliklə məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi və gəldiyi nəticə ilə razılaşır və belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 81-82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Şirvan Inzibati Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(3-9)-23/2026
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-9)-23/2026
17.06.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver