Azərbaycan Respublikası adından Qərardad Şirvan şəhəri İş № 2-1(3-9)-235/2026 20.05.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının hakimləri Sadıqov Mirlətif Süleyman oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Fikrət Cilingir oğlu və Quliyev Ceyhun Əmir oğlundan ibarət tərkibdə, X2 oğlunun katibliyi, Iddiaçı İddiaçı iştirakı ilə Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “onun - Nəzərova (Sevdimaliyeva) Rahilə Topuş qızı və X1 bacı olması və hər ikisinin doğumunun qeyd edilmə faktının müəyyən edilməsi barədə qətnamə çıxarılması və onun doğum haqqında akt qeydində doğum tarixi və yerinin - ##.##.1956-cı ildə Ermənistan r. Qafan rayonu, adının - X5, bacısının doğum haqqında akt qeydində doğum tarixi və yerinin - ##.##.1963-cü ildə Ermənistan r. Qafan rayonu, adının - X1, ata adlarının X3, ana adlarının X7, valideynlərnin milliyyətinin azərbaycanlı yazılması” barədə iddia tələbinə dair inzibati iş üzrə Şirvan Inzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “onun- Nəzərova (Sevdimaliyeva) Rahilə Topuş qızı və X1 bacı olması və hər ikisinin doğumunun qeyd edilmə faktının müəyyən edilməsi barədə qətnamə çıxarılması və onun doğum haqqında akt qeydində doğum tarixi və yerinin - ##.##.1956-cı ildə Ermənistan r. Qafan rayonu, adının - X5, bacısının doğum haqqında akt qeydində doğum tarixi və yerinin - ##.##.1963- cü ildə Ermənistan r. Qafan rayonu, adının - X1, ata adlarının X3, ana adlarının X7, valideynlərnin milliyyətinin azərbaycanlı yazılması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Şirvan Inzibati Məhkəməsinin (hakim Pərvanə Qurbanova) ##.##.2025-ci il tarixli, *-*(***)- ****/**** nömrəli qərardadı ilə iddianın mümkün sayılmaması qərara alınmışdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddia tələbinin X1 aid hissəsində iddiaçının subyektiv hüququ yoxdur. Həmçinin iş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Şirvan Qeydiyyat şöbəsinin ##.##.2024-cü il tarixli məktubundan görünür ki, İddiaçı nikahı haqqında Cavabdeh tərəfindən ##.##.1975-ci il tarixli ** nömrəli akt qeydi ilə qeydə alınmışdır. ##.##.1956-cı il təvəllüdlü Sevdimaliyeva (Nəzərova) Rahilə Topuş qızının və ##.##.1963cü il təvəllüdlü X1 doğumu haqqında akt qeydi Cavabdeh üzrə 1953-1966-ci illərə aid ilkin, 1957-1981-ci illərə aid bərpa akt qeydləri kitabında və "Vətəndaşlıq vəziyyəti aktları" avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində aşkar olunmamışdır. Məhkəmə müəyyən etmişdir ki, İddiaçı və onun qeyd etdiyi kimi bacısı dediyi şəxs, yəni X1 doğum akt qeydi aşkar edilməmişdir və beləliklə də, həmin şəxslərin nə doğumu, nə də ki qohum olmaları faktı aşkar edilməmişdir. Şəxslərin qohumluq münasibətlərində olma faktının və doğum haqqında faktın təsdiqi məsələlərinə inzibati icraat qaydasında deyil, mülki icraat qaydasında baxılır. Qərardaddan iddiaçı tərəfindən apellyasiya şikayəti verilmişdir. Işin halları: Iddiaçı tərəfindən iddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, Nəzərova (Sevdimaliyeva) Rahilə Topuş qızı ##.##.1956-cı ildə, mərhum bacısı X1 isə ##.##.1963-cü ildə Ermənistan r. Qafan rayonunda anadan olmuş və doğumları müvafiq qaydada qeydə alınaraq şəhadətnamə verilmişdir. Hazırda ona və mərhum bacısı X1 məxsus doğum haqqında şəhadətnaməni itirmiş, lakin vərəsəlik işi ilə əlaqədar aidiyyəti qurumlara onların bacı olmaqlarını təsdiq edən həmin sənədlərin təqdim olunmasına zərurət yaranmışdır. Bu səbəbdən müvafiq doğumu haqqında şəhadətnamələrin alınması və doğum barədə akt qeydi mövcud olmadıqda isə onların bərpa edilməsinə dair Cavabdeh müraciət etmiş, lakin həmin qurumdan aldığı rəsmi cavabda, müvafiq kitablarda doğumları barədə məlumatın aşkar edilmədiyi və bərpanın mümkünsüz olduğu bildirilərək məhkəməyə müraciət etməyi tövsiyə olunmuşdur. Bildirir ki, Şirvan ŞPŞ PVŞV bölməsi tərəfindən ona ##.##.2007-ci ildə verilmiş AZE ******** nömrəli şəxsiyyət vəsiqəsində ##.##.1956-cı ildə Ermənistan r. Qafan rayonunda anadan olduğu təsdiqlənir. Eyni zamanda, nikah haqqında Cavabdeh tərəfindən tərtib edilmiş ##.##.1975-ci il tarixli ** nömrəli akt qeydində də ##.##.1956-cı ildə anadan olduğu və nikahdan öncəki soyadının Sevdimaliyeva olduğu təsdiqlənir. Soyadları fərqli yazılsa da X1 onun doğma bacısı olmuş, lakin ona valideynlərinin soyadı ilə deyil, məhrum babası Qaranın adı ilə soyadı verilmişdir. Belə ki, həm məhrum bacısı X1 və o, Nəzərova (Sevdimaliyeva) Rahilə Topuş qızının atası X4, anası X8 olmuşdur. Lakin hazırda ona və bacısına aid doğum haqqında sənədin olmaması ona qanunvericilikdə nəzərdə tutulmuş hüquqlarının həyata keçirilməsində məhdudiyyətlər yaradır. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Iddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini və iddianın mümkün hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri iddia ərizəsinin dəlilləri ilə eynilik təşkil edir. Prosessual məsələlər: Iddiaçı İddiaçı məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə etdiyini bildirdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi üzrlü səbəb bildirmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma: Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası məruzəni dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçı iddia ərizəsindən inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. Iddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “Inzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” ## ##### 2015-ci il tarixli, * nömrəli qərarının 2.3-cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, Inzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü Inzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmçinin həmin qərarın 16.6-cı bəndində qeyd edilmişdir ki, iddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırmışdır ki, iddiaçının iddia qaldırması üçün müvafiq subyektiv hüquqa malik olub-olmaması və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığı mühüm əhəmiyyət kəsb etdiyindən, məhkəmə ilk növbədə iddianın mümkünlük məsələsini yoxlamalıdır. Iddia tələbinin X1 aid hissəsində iddiaçının subyektiv hüququ yoxdur. Həmçinin iş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Şirvan Qeydiyyat şöbəsinin ##.##.2024-cü il tarixli məktubundan görünür ki, İddiaçı nikahı haqqında Cavabdeh tərəfindən ##.##.1975-ci il tarixli ** nömrəli akt qeydi ilə qeydə alınmışdır. ##.##.1956-cı il təvəllüdlü Sevdimaliyeva (Nəzərova) Rahilə Topuş qızının və ##.##.1963-cü il təvəllüdlü X1 doğumu haqqında akt qeydi Cavabdeh üzrə 1953-1966-ci illərə aid ilkin, 1957 1981-ci illərə aid bərpa akt qeydləri kitabında və "Vətəndaşlıq vəziyyəti aktları" avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində aşkar olunmamışdır. İddiaçı və onun qeyd etdiyi kimi bacısı dediyi şəxs, yəni X1 doğum akt qeydi aşkar edilməmişdir və beləliklə də, həmin şəxslərin nə doğumu, nə də ki, qohum olmaları faktı aşkar edilməmişdir. Məhkəmə diqqətə çatdırır ki, şəxslərin qohumluq münasibətlərində olma faktının və doğum haqqında faktın təsdiqi məsələlərinə inzibati icraat qaydasında deyil, mülki icraat qaydasında baxılır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, iddia tələbinin X1 aid hissəsində iddiaçının subyektiv hüququ olmadığından və digər hissə üzrə mübahisə inzibati məhkəmə icraatının predmeti olmadığından mübahisə publik hüquq münasibətlərini tənzimləyən hüquq normaları ilə deyil, özəl hüquq münasibətlərini tənzimləyən normalarla nizama salınmalıdır. Həmin mübahisələrə isə ümumi (rayon) məhkəmələr tərəfindən baxıldığından, iddiaçı məhkəmə aidiyyətini düzgün müəyyən etməmişdir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Şirvan Inzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(3-9)-235/2026
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(3-9)-235/2026
20.05.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver