Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 2-1(3-9)-238/2026 20.05.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının hakimləri Sadıqov Mirlətif Süleyman oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Fikrət Cilingir oğlu və Quliyev Ceyhun Əmir oğlundan ibarət tərkibdə, X2 oğlunun katibliyi, Iddiaçı İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti cavabdeh1 qarşı Lənkəran rayon İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmaqla mülkiyyət hüqunun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması, buna dair müvafiq çıxarışın verilməsi tələbinə dair inzibati iş üzrə Şirvan Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti cavabdeh1 ** saylı Lənkəran Ərazi Idarəsinə (bundan sonra mətndə DƏDKR ** saylı Lənkəran Ərazi Idarəsi) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Lənkəran rayon İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs ##.##.2001-ci il tarixli ** nömrəli qərarı ilə ona satılmış 48,0 kv.m torpaq sahəsinin və həmin torpaq sahəsində yerləşən tikdiyi 6,0x8,0=48,0 kv.m., ölçüdə avtotəmir emalatxanasının dövlət qeydiyyatına alınaraq bu barədə adına müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Iddia ərizəsi məhkəməyə daxil olduqdan sonra məhkəmənin ##.##.2024-cü il tarixli qərardadı ilə Lənkəran rayon İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmuşdur və IPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş, cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Eyni zamanda, məhkəmənin *-*(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərardadı ilə əsl olmayan cavabdeh DƏDKR publik hüquqi şəxsin ** saylı Lənkəran Ərazi Idarəsi əsl cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastr Reyestr publik hüquqi şəxsi ilə əvəz olunmuşdur. Şirvan Inzibati Məhkəməsinin (hakim Rəşidə Quliyeva) ##.##.2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə iddianın təmin edilməsi qərara alınmışdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının tələbinin təmin olunmasını istisna edən hallar iş üzrə müəyyən edilmədiyindən, iddiaçının təqdim etdiyi sənədlər “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.1 və 8.0.9-cu maddələrinə əsasən torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən qeyri-yaşayış sahəsi üzərində onun mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün yetərli əsas sayılmalıdır. Bu baxımdan torpaq sahəsinə və torpaq sahəsinin üzərindəki qeyri-yaşayış sahəsinə iddiaçının adına mülkiyyət hüququnun dövlət qeydiyyatına alınaraq bu barədə çıxarışın verilməsindən imtina etməkdə cavabdeh inzibati orqan haqlı sayıla bilməz və hazırkı mübahisəyə münasibətdə onun imtinası yuxarıda istinad olunan normaların tələblərinin pozulması kimi qiymətləndirilməlidir. Beləliklə, məhkəmə tədqiq edilmiş sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlmişdir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Qərardan cavabdeh tərəfindən apellyasiya şikayəti verilmişdir. Işin halları: Iddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 2001-ci il tarixdə avtotəmir üçün emalatxana tikilməsi məqsədi ilə torpaq sahəsini ayrılması üçün Lənkəran rayonu İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs müraciət etmişdir. Lənkəran rayonu İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs ## ###### 2001-ci tarixli ** saylı qərarı ilə ona 6x8= 48 kv.m ha torpaq sahəsi ayrımışdır. Həmin torpağın alqı-satqısı ilə bağlı ## ### 2001-ci il tarixdə İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs hesabına (34833070000) ** saylı qəbzlə 144 000 manat pul köçürmüşdür.Ona görə də İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs vətəndaşlara ayrılacaq torpaq sahəsinin ölçülərini dəqiqləşdirmiş və yerqurluşu planından çıxarış tərtib edərək təsdiq etmişdir. Bununla əlaqədar həmin ərazidə ayrılmış torpaq sahəsinin cizgisi hazırlanıb təsdiq edilmiş və həmin cizgidə torpaq sahələrinin döngə nöqtələri və nöqtələr arasında olan məsafə qeyd edilmişdir. Lənkəran rayonu İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs ** saylı ## ###### 2001-cü tarixli qərarı ilə Lənkəran rayonu Göyşaban kəndində 6x8=48 kv.m ha torpaq sahəsi avtotəmir emalatxana tikmək üçün alqı-satqı qaydasında onun mülkiyyətinə verilmişdir. Torpaq sahəsinin alqı-satqısına dair ##.##.2001-ci il tarixli akt tərtib edilmiş və həmin akt onunla İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs sədri tərəfindən imzalanaraq təsdiq edilmişdir. Sözü gedən torpaq sahəsində avtotəmir üçün emalatxana tikilməsi və qeydə alınması məqsədi ilə Lənkəran Şəhər Icra Hakimiyyətinə ##.##.2011-ci il tarixdə müraciət etmişdir. Lənkəran Şəhər Icra Hakimiyyətinin Başçısının ##.##.2011-ci il tarixli ** saylı “Tikilinin qeydə alınması barəsində” Sərəncam layihəsində göstərilmişdir ki; Ürgə kənd sakini İddiaçı İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs ## ###### 2001-ci il tarixli, ** saylı qərarına əsasən Göyşaban kəndində mülkiyyətində olan torpaq sahəsində tikdiyi 6.0x8.0=48.0 kvm ölçüdə avtotəmir emalatxanası onun adına qeydə alınsın. Şəhər Icra hakimiyyəti başçısı aparatının memarlıq və tikinti şöbəsi qeydə alınmış obyektin layihəsini təsdiq etsin. Vətəndaş mülkiyyət hüququna dair sənədin hazırlanması üçün Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Lənkəran şəhəri ərazi idarəsinə müraciət etsin. Qeyd olunan sənədləri cavabdeh inzibati orqana təqdim edərək, hüquqlarının qeydə alınmasını xahiş etsə də, cavabdeh inzibati orqan tərəfindən imtina edilmişdir. Cavabdeh inzibati orqan DƏDKR ** saylı Lənkəran Ərazi Idarəsi tərəfindən məhkəməyə təqdim olunmuş *-**-*-**/*-****/**** saylı ##.##.**** saylı iddia ərizəsinə dair etirazda göstərilmişdir ki, sənədlərin qanunamüvafiqliyi araşdırılarkən məlum olmuşdur ki, həmin qeyri-yaşayış binasının yerləşdiyi 48.0 kv.m torpaq sahəsi Ərazi Idarəsinin istifadəsində olan yeni elektron uçot xəritə məlumatlarına əsasən kənd təsərrüfatı təyinatlı örüş torpaq sahəsində yerləşir. Ərazi Idarəsi tərəfindən “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il # #### tarixli, *** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması Qaydaları”na uyğun olaraq daşınmaz əmlakların mülkiyyət hüquqlarının dövlət qeydiyyatı yalnız yeni elektron uçot xəritə məlumatlarına uyğun olaraq qeydiyyata alınır. Müraciətdə qeyd olunan qeyri-yaşayış binasına dair iddiaçı tərəfindən tikintiyə icazə və tikinti obyektinin istismarına icazə sənədi təqdim olunmamışdır. Bu səbəblərdən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsini rəhbər tutaraq hazırki iş üzrə iddiaçı İddiaçı ##.##.2024-cü il tarixli, ************ qeydiyyat nömrəli imtina bildirişi ünvanlanmışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasın (yüklənməsini) onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Belə ki, ** saylı Lənkəran Ərazi Idarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 23-cü maddəsinə əsasən idarə dövlət reyestrində daşınmaz əmlaka dair hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. Qeyd olunanlara əsasən iddia tələbinin təmin olunmaması xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddianın rədd olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri iddia ərizəsinə etirazın dəlilləri ilə eynilik təşkil edir. Prosessual məsələlər: Iddiaçı İddiaçıməhkəmə iclasında apellyasiya şikayətini qəbul etməmiş və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxılanılmasını xahiş etmişdir. Cavabdehin nümayəndəsi X1 apellyasiya şikayətini müdafiə etdiyini bildirmişdir. Əsaslandırma: Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Iş materiallarında olan: Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş A № ****** seriyalı, 1838 uçot nömrəli, ##.##.2008-ci il tarixli torpaq sahəsinin plan və ölçüsündən müəyyən olunur ki, İddiaçı İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs ##.##.2001-ci il tarixli ** saylı qərarı ilə sex tikintisi üçün 48 kv.m torpaq sahəsi ayrılmışdır. “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən tərtib olunmuş layihədən müəyyən olunur ki, Lənkəran Icra Hakimiyyəti Başçısının ##.##.2011-ci il tarixli ** saylı sərəncamı ilə 6,0x8,0=48,0 kv.m ölçüdə Ürgə kənd sakini İddiaçı Göyşaban kəndində tikdiyi avtotəmir emalatxanasının layihəsi Lənkəran şəhərinin baş memarı tərəfindən razılşadırılmış, Lənkəran şəhər Icra Hakimiyyətinin Memarlıq və Tikinti şöbəsi tərəfindən təsdiq olunmuşdur. Iddiaçının hazırkı iddia tələbi ilə bağlı müraciətinə cavabdeh inzibati orqan DƏDKR-nin ** saylı Lənkəran Ərazi Idarəsi tərəfindən verilmiş *-**-*-**/*-****/**** saylı, ##.##.2024-cü il tarixli “Mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasından imtina edilməsi haqqında” bildirişdə qeyd olunmuşdur ki, Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin DƏDKR ** saylı Lənkəran Ərazi Idarəsinə ünvanlanmış ##.##.2024-cü il tarixli, ********** qeydiyyat nömrəli ərizə ilə əlaqədar olaraq bildirilir ki, Lənkəran rayonu, Göyşaban kəndi ərazisində yerləşən, İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs ##.##.2001-ci il tarixli, ** saylı qərarı əsasında sex tikintisi üçün ona ayrılmış 48.0 kv.m torpaq sahəsinin üzərində inşa edilmiş qeyri-yaşayış binasının vahid daşınmaz əmlak obyekti olaraq mülkiyyət hüquqlarının qeydiyyata alınması proseduru əlaqədar təqdim etdiyi hüquqmüəyyənedici sənədlərin hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğunluğu yoxlanılmışdır. Sənədlərin qanunamüvafiqliyi araşdırılarkən məlum olmuşdur ki, həmin qeyri-yaşayış binasının yerləşdiyi 48.0 kv.m torpaq sahəsi Ərazi Idarəsinin istifadəsində oian elektron xəritə məlumatlarına əsasən kənd təsərrüfatı təyinatlı torpaq sahəsində yerləşir. Tərəfindən sözügedən qeyri-yaşayış binasına dair tikintiyə icazə və tikinti obyektinin istismarına icazə sənədi təqdim olunmamışdır. Bu səbəblərdən "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 15-ci maddəsini rəhbər tutaraq həmin daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasından imtina edilməsi qanunamüvafiq hesab edilmişdir. Lənkəran rayon Göyşaban Bələdiyəsinin *** №-li, ##.##.2024-cü il tarixli məktubu ilə təqdim olunmuş: Dövlət Torpaq Komitəsinin Lənkəran şəhər Torpaq şöbəsi tərəfindən İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs ünvanlanmış *** №-li, ##.##.2001-ci il tarixli məktubda qeyd olunmuşdur ki, Ürgə kənd sakini İddiaçı avtomobillərə texniki xidmət “Sexi”nin tikintisinə torpaq sahəsinin satılması məsələsinə baxılmışdır. Satılması müəyyənləşdirilmiş torpaq sahəsi qanunvericilikdə nəzərdə tutulmuş qaydalara uyğun olduğunu nəzərə alıb, torpaqların alqı-satqı qaydasına əsasən normativ qiyməti ilə pulu əvvəlcədən bələdiyyə hesabına köçürülməklə İddiaçı 6x8=48 kv.m ölçüdə torpaq sahəsinin “Sex” tikintisi üçün ayrılmasına rayon torpaq şöbəsi qanunamüvafiq hesab edir. Lənkəran rayon İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs 24.012.2001-ci il tarixli, ** №-li iclas protokolunun surətindən (arxiv çıxarışı) müəyyən olunur ki, Ürgə kənd sakini İddiaçı tərəfindən daxil olmuş ərizənin müzakirəsinə əsasən Ürgə kənd sakini İddiaçı ərizəsini və Torpaq Qanunvericiliyini əldə rəhbər tutaraq bələdiyyənin ümumi sahəsində 8x6=48 kv.m ölçüdə torpaq sahəsi sex tikməkdən ötrü alqı-satqı qaydası ilə verilməsi; Vətəndaş İddiaçı tərəfindən torpağın dəyəri bələdiyyənin hesabına ödənildikdən sonra alqı-satqı aktı tərtib edilib torpaq sahəsinin ona təhkim edilməsi qərara alınmışdır. Torpağın alqı-satqısına dair ##.##.2001-ci il tarixli ** №-li aktın surətindən müəyyən olunur ki, Lənkəran rayonu, Ürgə kəndində yaşayan İddiaçı müraciətinə əsasən İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs tərəfindən bələdiyyə ərazisində 6x8=48 kv.m., torpaq sahəsinin satılması barədə ##.##.2001-ci il tarixdə ** nömrəli qərar qəbul edilmişdir. Bunun müqabilində İddiaçı tərəfindən Bələdiyyənin hesabına 144 000 manat ödəniş edilmişdir. ** №-li ödəniş qəbzinin surətindən müəyyən olunur ki,İddiaçı tərəfindən ##.##.2001-ci il tarixdə Lənkəran rayon İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs hesabına torpaq alqı-satqısı üçün 144 000 (bir yüz qırx dörd min) manat pul köçürülmüşdür. Lənkəran rayon Torpq şöbəsi, İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs tərəfindən Ürgə kənd sakini İddiaçı Göyşaban Bələdiyyə ərazisində alqı-satqı qaydası ilə Sex tikintisi üçün ayrılmış torpaq sahəsinin sxemi tərtib və təsdiq olunmuşdur. DƏDKR ** saylı Lənkəran Ərazi Idarəsinin *-**-*-**/*-****/**** saylı ##.##.2024-cü il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, sənədlərin qanunamüvafıqliyi tərəfimizdən araşdırılarkən məlum olmuşdur ki, həmin qeyri-yaşayış binasının yerləşdiyi 48.0 kv.m torpaq sahəsi Ərazi Idarəsinin istifadəsində olan yeni elektron uçot xəritə məlumatlarına əsasən kənd təsərrüfatı təyinatlı örüş torpaq sahəsində yerləşir. Ərazi Idarəsi tərəfindən “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il # #### tarixli, *** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması Qaydaları”na uyğun olaraq daşınmaz əmlakların mülkiyyət hüquqlarının dövlət qeydiyyatı yalnız yeni elektron uçot xəritə məlumatlarına uyğun olaraq qeydiyyata alınır. Müraciətdə qeyd olunan qeyriyaşayış binasına dair iddiaçı tərəfindən tikintiyə icazə və tikinti obyektinin istismarına icazə sənədi təqdim olunmamışdır. Bu səbəblərdən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsini rəhbər tutaraq hazırki iş üzrə iddiaçı İddiaçı tərəflərindən ## ##.2024-cü il tarixli, ************ qeydiyyat nömrəli imtina bildirişi ünvanlanmışdır. Məktuba əlavə olunmuş Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən ##.##.2023-cü il tarixli müayinə (baxış) aktında (surətində) qeyd olunmuşdur ki, hüquqmüəyyənedici sənəd üzrə torpaq sahəsinin ölçüsü 0,0048 ha, faktiki sahə 0,0048 ha, torpaq sahəsi şimaldan qonşu, şərqdə-Liman- Lənkəran yolu, qərbdən açıq-torpaq sahəsi, cənub-açıq torpaq sahəsi. Torpaq sahəsində 6x8=48 kv.m ölçüdə qeyri yaşayış binası vardır. Əraziyə baxış keçirildi, müayinə zamanı uyğunsuzluq aşkar olunmadı, ayrılan torpaq sahəsi DWG-də kənarda, yeni uçot xəritəsində örüş kimi qeyd olunmuş torpaq sahəsidir. Torpaq sahəsindən kommunikasiya xətləri keçmir. Faktiki torpaq sahəsi plan və ölçüdə göstərilən koordinatlarda yerləşir. X4 Filialının *-**-DA-*F-**-***/**** saylı ##.##.2024-cü il tarixli və *-**-DA-*F-**-***/**** saylı ##.##.2024-cü il tarixli cavab məktubları ilə məhkəməyə təqdim olunmuş: *-**-DA-*F-**-***-*/**** saylı ##.##.2024-cü il tarixli arxiv arayışında qeyd olunmuşdur ki, X4 Filialında saxlanılan Lənkəran rayon İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs 2001-ci ilə aid sənədlərinə baxılmışdır. Həmin sənədlər içərisində İddiaçı ayrılmış torpaq sahəsinə aid - vəsait ödənilməsi barədə qəbz, torpaqların alqı-satqısına dair akt, ayrılmış torpaq sahəsini sxemi (ksero surətləri), Lənkəran şəhər Dövlət Torpaq Komitəsinin ##.##.2001-ci il tarixli *** №-li məktubunun əsli mövcuddur. Baş memar (əvəzləyicisi M.Əhmədova) tərəfindən Lənkəran şəhər Icra Hakimiyyəti Başçısına ünvanlanmış arayışda (surətində) qeyd olunmuşdur ki, Ürgə kənd sakini İddiaçı İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs ##.##.2001-ci il tarixli ** saylı qərarına əsasən Göyşaban kəndində mülkiyyətində olan torpaq sahəsində tikdiyi 6,0x8,0=48,0 kv.m ölçüdə avtotəmir emalatxanası onun adına qeydə alınması məqsədəmüvafiqdir. Rəyin bildirilməsi xahiş olunmuşdur. Lənkəran Şəhər Icra Hakimiyyəti Başçısının ##.##.2011-ci il tarixli ** №-li sərəncamından çıxarışdan (arxiv çıxarışı) müəyyən olunur ki, Ürgə kənd sakini İddiaçı İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs ##.##.2001-ci il tarixli, ** saylı qərarına əsasən Göyşaban kəndində mülkiyyətində olan torpaq sahəsində tikdiyi 6x8=48,0 kv.m ölçüdə avtotəmir emalatxanası onun adına qeydə alınması, Şəhər Icra Hakimiyyəti başçısı aparatının və tikinti şöbəsi qeydə alınmış obyektin layihəsini təsdiq etməsi, vətəndaş mülkiyyət hüququna dair sənədin hazırlanması üçün Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Lənkəran şəhər ərazi idarəsinə müraciət etməsi qərara alınmışdır. Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin *-**-**/*-**/****/**** saylı, ##.##.2025-ci il tarixli məktubu ilə təqdim olunmuş **/**** №-li ekspert rəyində aşağıdakılar qeyd olunmuşdur: Qərardadın 1-ci sualı üzrə: DƏDKR publik hüquqi şəxxsi ** saylı Lənkəran Ərazi Idarəsinin ##.##.2025-ci il tarixli *-**-*-**/*-***/**** saylı mütəxəssis rəyinə əsasən Lənkəran rayonu, İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs ##.##.2001-ci il tarixli, ** saylı iclas protokolundan çıxarışa əsasən İddiaçı İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs ərazisindən ayrılmış 48 kv.m (8x6) torpaq sahəsində yerləşən Lənkəran Şəhər Icra Hakimiyyəti başçısının ##.##.2011-ci il tarixli, ** saylı sərəncamı ilə layihəsi təsdiqlənən Göyşaban kəndində tikilmiş avtotəmir emalatxanasının (qeyri-yaşayış sahəsinin) faktiki vəziyyətdə mövcud olması müəyyən olunmuşdur. Qərardadın ikinci sualı üzərə: DƏDKR publik hüquqi şəxxsi ** saylı Lənkəran Ərazi Idarəsinin ##.##.2025-ci il tarixli *-**-*-**/*-***/**** saylı mütəxəssis rəyinə və baxış zamanı əldə olunan məlumatlara əsasən həmin qeyri-yaşayış sahəsinin ilkin hüquqmüəyyənedici sənədlərə əsasən bir mərtəbəli olması müəyyən olunmuşdur. Tikilinin faktiki vəziyyətdə texniki parametrlərinin Lənkəran şəhərinin baş memarı tərəfindən imza və möhürlə razılaşdırılmış Layihəyə uyğun olduğu müəyyən edilmişdir. Qərardadın üçüncü sualı üzrə: DƏDKR publik hüquqi şəxxsi ** saylı Lənkəran Ərazi Idarəsinin ##.##.2025-ci il tarixli *-**-*-**/*-***/**** saylı mütəxəssis rəyinə əsasən Lənkəran rayonu, Göyşaban kəndində 48 kv.m (8x6) torpaq sahəsində yerləşən Lənkəran şəhər Icra Hakimiyyəti başçısının ##.##.2011-ci il tarixli ** saylı sərəncamı ilə layihəsi təsdiqlənən 48 kv.m (8x6) qeyri-yaşayış sahəsinin faktiki ilə aidiyyəti sənədlər arasında uyğunsuzluğun mövcud olmaması müəyyən olunmuşdur. Qərardadın dördüncü sualı üzrə: DƏDKR publik hüquqi şəxxsi ** saylı Lənkəran Ərazi Idarəsinin ##.##.2025-ci il tarixli *-**-*-**/*-***/**** saylı mütəxəssis rəyinə əsasən Lənkəran rayonu, İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs ##.##.2001-ci il tarixli ** saylı iclas protokolundan çıxarışa əsasən İddiaçı İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs ərazisindən ayrılmış 48 kv.m (8x6) torpaq sahəsinin döngə nöqtələrinin koordinatları müəyyən olunmuşdur. Qərardadın beşinci sualı üzrə: DƏDKR publik hüquqi şəxxsi ** saylı Lənkəran Ərazi Idarəsinin ##.##.2025-ci il tarixli *-**-*-**/*-***/**** saylı mütəxəssis rəyinə əsasən Lənkəran rayonu, İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs ##.##.2001-ci il tarixli ** saylı iclas protokolundan çıxarışa əsasən İddiaçı İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs ərazisindən ayrılmış 48 kv.m (8x6) torpaq sahəsinin 2001-ci ildə və hazırda hüquqi statusunun bələdiyyə mülkiyyətinə, hüquqi rejiminin (kateqoriyasının) kənd təsərrüfatı təyinatlı torpaqlara, uqodiyasının örüş (qamışlı) torpaq sahəsinə aid olması müəyyən edilmişdir. Qərardadın altıncı sualı üzrə: DƏDKR publik hüquqi şəxxsi ** saylı Lənkəran Ərazi Idarəsinin ##.##.2025-ci il tarixli *-**-*-**/*-***/**** saylı mütəxəssis rəyinə əsasən Lənkəran rayonu, İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs ##.##.2001-ci il tarixli ** saylı iclas protokolundan çıxarışa əsasən İddiaçı İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs ərazisindən ayrılmış 48 kv.m (8x6) torpaq sahəsinin faktiki koordinatları ilə həmin torpaq sahəsinə dair ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Lənkəran rayon şöbəsi tərəfindən tərtib olunmuş 80215028000058 kadastr nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin koordinatları arasında müəyyən qədər uyğunsuzluğun mövcud olması müəyyən olunmuşdur (mütəxəssis rəyinə əlavə edilmiş yerquruluşu planında göstərilmişdir). Qərardadın yeddinci sualı üzrə: DƏDKR publik hüquqi şəxxsi ** saylı Lənkəran Ərazi Idarəsinin ##.##.2025-ci il tarixli *-**-*-**/*-***/**** saylı mütəxəssis rəyinə əsasən Lənkəran rayonu, İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs ##.##.2001-ci il tarixli ** saylı iclas protokolundan çıxarışa əsasən İddiaçı İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs ərazisindən ayrılmış 48 kv.m (8x6) torpaq sahəsinin faktiki olaraq İddiaçı istifadəsində olması və təyinatı üzrə istifadə edilməsi məüyyən olunmuşdur. Qərardadın səkkizinci sualı üzrə: DƏDKR publik hüquqi şəxxsi ** saylı Lənkəran Ərazi Idarəsinin ##.##.2025-ci il tarixli *-**-*-**/*-***/**** saylı mütəxəssis rəyinə əsasən Lənkəran rayonu, İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs ##.##.2001-ci il tarixli ** saylı iclas protokolundan çıxarışa əsasən İddiaçı İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs ərazisindən ayrılmış 48 kv.m (8x6) torpaq sahəsinin koordinatlarının mövcud baza məlumatlarına əsasən araşdırma zamanı üçüncü şəxslərin qanuni istifadəsində olan torpaq sahəsi ilə üst-üstə düşməməsi müəyyən olunmuşdur. Məhkəmə kollegiyası hazırki mübahisəyə münasibətdə aidiyyəti hüquq normalarına nəzər yetirilməsini zəruri hesab edir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin: 8-ci maddəsinə əsasən torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin səlahiyyətləri. Torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin öz inzibati əraziləri daxilində səlahiyyətləri aşağıdakılardır: qanunvericiliklə müəyyən olunmuş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və həmin torpaqlar barədə sərəncam verilməsi; qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi. 47-ci maddəsinə əsasən bələdiyyənin torpaq üzərində mülkiyyət hüququ 1. Torpaq üzərində bələdiyyə mülkiyyəti "Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, bələdiyyə mülkiyyətinə ayrılan torpaqlar, habelə qanunvericiliklə müəyyən edilmiş qaydada, başqa torpaq mülkiyyətçilərindən bələdiyyələrə keçən torpaqlar hesabına yaranır. 56-cı maddəsinə əsasən torpaq sahələrinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsinin ümumi əsasları Bələdiyyələrin ehtiyat fondunun özəlləşdirilə bilən torpaqları xüsusi mülkiyyətə satıla bilər. Bələdiyyələrin ehtiyat fondunun yaşayış məntəqələrinin perspektiv inkişafı üçün cəlb olunan torpaq sahələri, habelə kənd təsərrüfatına azyararlı və yararsız torpaqları özəlləşdirilə bilər. Özəlləşdirilməsi barədə qərar qəbul edilənədək bu torpaqlar ərazinin perspektiv inkişaf proqramına xələl gətirməmək şərtilə hüquqi və fiziki şəxslərin icarəsinə verilə bilər. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun: 6.1-ci maddəsinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. 6.2-ci maddəsinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. 6.5-ci maddəsinə əsasən torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir. Torpaqayırma sənədlərinin hazırlanması və razılaşdırılması qaydaları Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edilən əsasnamə ilə tənzimlənir. 7.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının qanunvericiliyi ilə bələdiyyələrin ehtiyat fondunun aşağıdakı torpaqları xüsusi mülkiyyətə verilə bilər: 7.1.1. yaşayış məntəqələrinin perspektiv inkişafı üçün cəlb olunan torpaqlar; 7.1.2. kənd təsərrüfatına az yararlı və yararsız torpaqlar; Azərbaycan Respublikasının ## #### 2002-ci il tarixli Qanunu ilə təsdiq edilmiş “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamə: Bənd 1. Bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyət, istifadə və icarə hüququ ilə hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Azərbaycan Respublikası Prezidentinin "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” ##.##.2001-ci il tarixli *** nömrəli Fərmanı: Müəyyən edilsin ki: "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 6.5-ci maddəsində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin (əvvəllər Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin yerli qurumları) yerliqurumları (kənd təsərrüfatı və qeyri-kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair), Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi (tikinti məqsədləri üçün ayrılan torpaq sahələrinə (məlumatlandırma icraatı qaydasında yaşayış evlərinin tikintisi üçün ayrılan torpaq sahələri istisna olmaqla) dair) və rayon, şəhər icra hakimiyyəti orqanlarının memarlıq xidmətləri (qeyri-kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair) həyata keçirirlər. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun: 2.1-ci maddəsinə əssən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 8-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyəminənədək (2013cü il ######ın #-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çoxolan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. “Inzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 2.0.8. qarşılıqlı etimad - inzibati orqanla fiziki və ya hüquqi şəxs arasındakı qarşılıqlı münasibətlərdə müəyyən qanuni hərəkətlərə və ya inzibati praktikaya əsaslanan inam;...Maddə 11.1. Inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 13. Etimad hüququnun qorunması prinsipi 13.1. Inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.2. Inzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. 15.1. Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. 15.2. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. 15.3. Inzibati orqanlar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunmuş sənədlərdə yazı və hesab zamanı yol verilmiş aşkar və düzəldilməsi mümkün olan səhvlərə görə həmin sənədləri qəbul etməkdən imtina edə bilməz.
17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. 19.1 Inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 64.2. Inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Kollegiya diqqətə çatdırır ki, iddiaçı İddiaçı hüquqi marağı Lənkəran rayon İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs ##.##.2001-ci il tarixli ** nömrəli qərarı ilə ona satılmış 48,0 kv.m torpaq sahəsinin və həmin torpaq sahəsində yerləşən tikdiyi 6,0x8,0=48,0 kv.m., ölçüdə avtotəmir emalatxanasının üzərində xüsusi mülkiyyət hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaqla çıxarışın verilməsinə nail olmaqdan ibarətdir. Cavabdeh inzibati orqanın imtinasından və iddiaya münasibətdə təqdim olunmuş yazılı etirazdan görünür ki, cavabdeh iddiaçının tələbinin təmin olunmaması üçün aşağıda qeyd olunan əsaslara istinad etmişdir: 1) Torpaq sahəsinin kənt təsərrüfatı təyinatlı torpaq sahəsi olması, 2) Qeyri-yaşayış binasına dair tikintiyə icazə və tikinti obyektinin istismarına icazə sənədinin təqdim olunmaması. Kollegiya ilk öncə qeyd edir ki, Kürdəmir rayonu Karrar kəndi ərazisində yerləşən 48 kv.m ha torpaq sahəsi İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs ##.##.2001-ci il tarixli, ** saylı iclas qərarı əsasında iddiaçıya satılmışdır və həmin vaxtdan da, qeyd olunan torpaq sahəsi onun faktiki istifadəsində və sahibliyindədir. Mübahisələndirilən torpaq sahəsinin iddiaçının qanuni sahibliyinə verilməsi torpaq sahəsinin satılması barədə qərar, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Lənkəran rayon şöbəsinin müvafiq rəyi, torpaqların alqı-satqısına dair akt, o cümlədən “Torpaq sahəsinin planı və ölçüsü” sənədi ilə də təsdiq edilir. Mübahisəli torpaq sahəsi iddiaçıya İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs ##.##.2001-ci il tarixli qərarına və ##.##.2001-ci il tarixli torpaqların alqısatqısına dair akta əsasən satılmış və həmin torpaq sahəsinin iddiaçıya satılmasına Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Lənkəran rayon şöbəsinin rəyi ilə etiraz edilməmişdir. Beləliklə, torpaq sahəsi bələdiyyənin mülkiyyətində olmuş və onun tərəfindən qanunvericiliklə nəzərdə tutulmuş qaydalara riayət edilməklə iddiaçıya satılmışdır. Həmçinin nəzərə almaq lazımdır ki, iddiaçının üzərində hüququnun dövlət qeydiyyatına alınmasını tələb etdiyi torpaq sahəsi səlahiyyətli dövlət orqanının qərarı əsasında ayrılmışdır və həmin qərar hazırda qüvvədir. Iddiaçı ona münasibətdə əlverişli xarakter daşıyan qərara etimad göstərək həmin sənədin məzmununa uyğun davranmış, qeyd olunan torpaq sahəsində abadlaşdırma işləri aparmış, həmin sahəyə qulluq etmişdir. Əlavə olaraq qeyd olunmalıdır ki, torpaq sahəsinin ayrıldığı və iddiaçının istifadəsində olduğu müddətdə həmin qərar hər hansı subyekt tərəfindən mübahisələndirildiyi iş üzrə materiallarla təsdiq olunmur. Cavabdeh tərəfindən də bununla bağlı hər hansı sübut təqdim edilməmişdir. “Inzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsinə əsasən, inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Inzibati orqanlar inzibati aktın qüvvədə olduğu müddətdə onun məzmununa bağlıdır və ona uyğun davranmağa borcludur. Həmin Qanunun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin vədəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Iş materiallarında olan Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Lənkəran rayon şöbəsinin ##.##.2001-ci il tarixli rəyində torpaq sahəsinin “Sex” tikintisi məqsədi üçün uyğun olmaqla, həmin məqsəd üçün satılmasının məqsədəmüvafiq olduğu qeyd edilmişdir. Bu rəy torpaq sahəsi ayrılan zaman səlahiyyətli orqan tərəfindən verilmişdir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanın əvvəlki redaksiyasına əsasən “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 6.5-ci maddəsində “müvafiq icra hakimiyyəti orqanları” səlahiyyətlərini Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin yerli qurumları (kənd təsərrüfatı və qeyri-kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair), və rayon, şəhər icra hakimiyyəti orqanlarının memarlıq xidmətləri (qeyri-kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair) həyata keçirirlər. Hazırkı iş üzrə torpağın təyinatı və satılmağa uyğunluğu ilə bağlı rəy həmin dövr üçün səlahiyyətli orqan olan Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin yerli qurumu Lənkəran rayon şöbəsi tərəfindən verilmişdir. Işdə olan sənədlərlə təsdiq olunur ki, torpaq sahəsinin iddiaçıya satılması barədə bələdiyyə qərarı ilə yanaşı torpaqların alqı-satqısına dair akt, torpaq sahəsinin bələdiyyə mülkiyyətinə aid olması, kənd təsərrüfatına az yararlı olmaqla satılmasının qanunamüvafiqliyi barədə rayon torpaq şöbəsinin rəyi, habelə rayon torpaq şöbəsinin təsdiq etdiyi yer quruluşu planı mövcud olmuşdur. Odur ki, 2001-cı ildə torpaq sahəsinin satılmasının qanunamüvafiqliyi barədə səlahiyyətli dövlət orqanı tərəfindən verilən sənədlər mötəbər hesab olunduğundan, hazırda həmin torpaq sahəsinin örüş sahəsi olması barədə cavabdeh inzibati orqanın imtinası əsaslı hesab edilə bilməz. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin yerli qurumları tərəfindən verilmiş rəylərin etibarsızlığı və ləğv edilməli olması ilə bağlı müddəa mövcud deyildir. Odur ki, iddiaçının mübahisə edilən torpaq sahəsinə mülkiyyət hüququnun təsdiq edilməsi üçün zəruri sənədlərə (torpaqların alqısatqısına dair akt, mübahisəli torpaq sahəsinin yerləşdiyi yerə uyğun yerquruluşu haqqında plan, həmçinin torpaq sahəsinin satılmağa uyğunluğu barədə səlahiyyətli orqanın rəyi) malikdir. Kollegiya cavabdehin imtina əsası kimi göstərdiyi ikinci hala münasibətdə qeyd edir ki,Lənkəran şəhər Icra Hakimiyyəti Başçısının ##.##.2011-ci il tarixli ** №-li sərəncamı ilə Ürgə kənd sakini İddiaçı İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs ##.##.2001-ci il tarixli, ** saylı qərarına əsasən Göyşaban kəndində mülkiyyətində olan torpaq sahəsində tikdiyi 6x8=48,0 kv.m ölçüdə avtotəmir emalatxanası onun adına qeydə alınması, Şəhər Icra Hakimiyyəti başçısı aparatının və tikinti şöbəsi qeydə alınmış obyektin layihəsini təsdiq etməsi, vətəndaş mülkiyyət hüququna dair sənədin hazırlanması üçün Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Lənkəran şəhər ərazi idarəsinə müraciət etməsi qərara alınmışdır. Göründüyü kimi iddiaçının üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasını tələb etdiyi torpaq sahəsi və torpaq sahəsinin üzərində inşa edilmiş qeyriyaşayış sahəsi səlahiyyətli orqanın – bələdiyyənin qərarı əsasında torpaq sahəsi ayrılmışdır və üzərində inşa edilmiş qeyri-yaşayış sahəsinin iddiaçının adına qeydə alınmasına dair səlahiyyətli inzibati orqanın sərəncamı vardır. Həmin qərar və sərəncam hazırda qüvvədədir. Iddiaçı hazırda da qüvvədə olan və ona münasibətdə əlverişli xarakter daşıyan qərara etimad göstərək torpaq sahəsinin dəyərini ödəmiş, həmin sənədin məzmununa uyğun davranmış, bununla da, iddiaçının inzibati orqanın inzibati praktikasına etimadı yaranmışdır. Yəni iddiaçı təxminən 25 ilə yaxındır ki, qüvvədə olan qərar əsasında torpaq sahəsinə və torpaq sahəsinin üzərindəki qeyri-yaşayış sahəsinə faktiki sahiblik etdiyindən onun həmin torpaq sahəsi və qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınacağına dair etimadı mövcud olmuşdur. Digər tərəfdən birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, sözügedən torpaq sahəsinin ətrafında olan qonşu torpaq sahələrinə dair mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması halları müəyyən edilmişdir. Beləliklə, işin faktiki və hüquqi hallarını nəzərə alaraq, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Odur ki, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 81-82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Şirvan Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.