Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 2-1(3-9)-241/2026 20.05.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının hakimləri Sadıqov Mirlətif Süleyman oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Fikrət Cilingir oğlu və Quliyev Ceyhun Əmir oğlundan ibarət tərkibdə, X5 oğlunun katibliyi, Iddiaçının nümayəndəsi X2, Cavabdehin nümayəndəsi X4 iştirakı ilə, Iddiaçı X3 cavabdeh Cavabdeh qarşı “məcburi köçkün statusunu təsdiq edən vəsiqənin verilməsi” tələbinə dair inzibati iş üzrə Şirvan Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(***)- ****/**** nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Iddiaçı X3 cavabdeh Cavabdeh (bundan sonra mətndə Komitə) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin verdiyi imtinanın ləğv edilməsi, ona “məcburi köçkün” statusunu təsdiq edən sənədin (vəsiqənin) verilməsi öhdəliyinin cavabdehə həvalə olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Şirvan Inzibati Məhkəməsinin (hakim Rəşidə Quliyeva) ##.##.2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə iddianın təmin edilməməsi qərara alınmışdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Hazırkı mübahisəyə münasibətdə məcburi köçkün statusunun və həmin statusu təsdiq edən sənədin (vəsiqənin) verilməsindən imtinanın əsası kimi cavabdehin istinad etdiyi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Hüquqi Aktların Dövlət Reyestrində qeydiyyatdan keçmiş “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın 4.1.6 bəndinin tələblərinə əsasən valideynlərindən atası “məcburi köçkün” statusuna malik olan və hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olan, Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış şəxslərə məcburi köçkün statusunu təsdiq edən vəsiqə verilir. Qaydaların istinad edilən həmin bəndinə görə, o uşaqlara məcburi köçkün statusu və onu təsdiq edən vəsiqə verilir ki, 1) valideynlərindən atası “məcburi köçkün” statusuna malik olsun; 2) hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olsun; 3) Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış olsun. Hazırkı işdə iddiaçıya (övladlarına) münasibətdə 3-cü şərtin ödənilməsi mübahisəsizdir. Hazırkı tələb üzrə məcburi köçkün statusunun verilməsindən imtina edilərkən Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydaların 4.1.6-cı bəndinə istinad edilməsi Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsində nəzərdə tutulmuş bərabərlik hüququna aid tələblərə ziddir. Belə ki, valideynlərindən yalnız atası məcburi köçkün statusuna malik olan uşaqlara məcburi köçkün statusunun veriləcəyinə dair Qaydaların 4.1.6-cı bəndində nəzərdə tutulmuş müddəa Konstitusiyanın 25-ci maddəsində nəzərdə tutulmuş bərabərlik hüququnun pozuntusunu yaratmaqla, şəxslərə münasibətdə cinsi əlamətə görə qeyri-bərabər rəftara gətirib çıxarır. Buna baxmayaraq, məhkəmə qeyd edir ki, hazırkı iş üzrə Qaydaların 4.1.6-cı bəndində nəzərdə tutulan 2-ci şərt, yəni hər iki valideynin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olmasına dair şərt ödənilməmişdir. Qərardan iddiaçı X3 tərəfindən apellyasiya şikayəti verilmişdir. Işin halları Iddiaçı tələbini onunla əsaslandırmışdır ki, atası X2 ona və qardaşına məcburi köçkün statusunu təsdiq edən vəsiqənin verilməsi üçün cavabdeh inzibati orqana müraciət etmişdir. Cavabdeh inzibati orqan onun müraciətini təmin etməkdən imtina etmişdir. Cavabdeh tərəfindən məhkəməyə təqdim olunmuş iddiaya dair yazılı etirazında göstərilmişdir ki, iddiaçının atası X2 “övladlarına məcburi köçkün vəsiqəsinin verilməsi barədə” Komitəyə daxil olmuş müraciəti Komitə tərəfindən cavablandırılaraq bildirilmişdir ki, “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın 4.1.6-cı bəndinin tələblərinə əsasən, valideyinlərindən atası “məcburi köçkün” statusuna malik olan və hər iki valideyininin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon olan, Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış uşaqlara məcburi köçkün statusunu təsdiq edən vəsiqə verilir. ##.##.2003-cü il təvəllüdlü X3 və ##.##.2004-cü il təvəllüdlü X1 anası X11 qeydiyyatı ünvan 1 ünvanında olduğundan övladlarına məcburi köçkün statusunu təsdiq edən sənədin (vəsiqə) verilməsi imkan xaricindədir. Apellyasiya şikayətinin dəlilləri Iddiaçı X3 tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri iddia ərizəsinin dəlilləri ilə eynilik təşkil etmişdir. Prosessual məsələlər Iddiaçının nümayəndəsi apellyasiya şikayətinin təmin edilməsini, iddianın təmin edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi apellyasiya şikayətinin dəlillərini qəbul etmədiyini bildirdi. Əsaslandırma Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası qeyd edir ki, iddia mümkün iddiadır. Belə ki, iddiaçı Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 2.2.3-cü, 34-cü maddələrində nəzərdə tutulmuş iddianı qaldırmışdır. Məhkəmə kollegiyası iddia tələbinin mahiyyəti ilə bağlı aşağıdakıları qeyd edir. Iş materiallarında olan: Iddiaçıya məxsus AA******* nömrəli şəxsiyyət vəsiqəsindən müəyyən olunur ki, X3 ##.##.2003-cü il tarixdə doğulmuşdur. Cəbrayıl rayonu, Karxulu Ərazi Dairəsi, Mahmudlu kəndində qeydiyyatdadır. Hacıqabul rayon VVAQ şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı ****** №-li ##.##.2003-cü il tarixli doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X3 ##.##.2003-cü il tarixdə doğulmuşdur. Bu barədə doğum haqqında akt qeydləri kitabında 2003-cü ilin may ayının 07 günündə 207 nömrə ilə qeyd edilmişdir. Ata qrafasında X2, ana qrafasında X11 qeyd olunmuşdur. Sabirabad regional “Asan xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-II seriyalı, ****** №-li ##.##.2023-cü il tarixli nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, X2 ilə X8 nikaha daxil olmuşdur. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabındda 2023-cü ilin 04 ayının 20-ci günündə 372 nömrə ilə qeyd edilmişdir. * saylı Bakı “Asan xidmət” mərkəzində qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-II seriyalı ****** №-li nikah haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X6 ilə X3 ##.##.2024-cü il tarixdə nikaha daxil olmuşdur. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 2024-cü ilin sentyabr ayının 25 günündə 2017 № ilə qeyd edilmişdir. AA seriyalı ****** №-li məcburi köçkün vəsiqəsinin surətindən müəyyən olunur ki, X2 Qaçqınların və X7 üzrə Dövlət Komitəsi tərəfindən ##.##.2001-ci il tarixdə məcburi köçkün statusu verilmişdir. Cəbrayıl Rayon Icra Hakimiyyəti Başçısının ##.##.2025-ci il tarixli arayışda X2 1993-cü ilin avqust ayında erməni təcavüzü nəticəsində ailə üzvləri ilə birlikdə Cəbrayıl rayonundan məcburi köçkün düşmüş, hal-hazırda Hacıqabul rayonu, Balıqçılıq küçəsində müvəqqəti məskunlaşmışdır. Vahid aylıq müavinət alır. Qaçqınların və X7 üzrə Dövlət Komitəsinin Şirvan şəhər Hacıqabul rayon bölməsi tərəfindən verilmiş **/*** saylı, ##.##.2025-ci il tarixli arayışında Cəbrayıl rayonundan məcburi köçkün X3 ünvan 2 ünvanında müvəqqəti məskunlaşdığı qeyd olunmuşdur. Hacıqabul Rayon Polis Şöbəsinin *-**-**/*-***/**** saylı, ##.##.2026-cı il tarixli məktubunda qeyd olunmuşdur ki, ##.##.1979-cu il təvəllüdlü X8 ##.##.2002-ci ildə Saatlı rayon Polis Şöbəsinin Q və ŞQdan ilkin şəxsiyyət vəsiqəsi alaraq Cəbrayıl rayonu, Mahmudlu kəndinə qeydiyyata düşmüşdür. ##.##.2011-ci il tarixdə Hacıqabul rayonPolis Şöbəsinin Q və ŞQ-na ünvan dəyişməsi ilə bağlı müraciət edərək Hacıqabul şəhəri, Balıq zavodu küçəsi, ev 6 ünvanına qeydiyyata düşmüş, hazırda həmin ünvanda qeydiyyatdadır. Iddiaçının hazırkı iddia tələbi ilə bağlı müraciətinə cavabdeh inzibati orqan tərəfindən verilmiş *-**-*/*-M-*****-**/****/***** saylı ##.##.2025-ci il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın tələblərinə əsasən valideynlərindən atası “məcburi köçkün” statusuna malik olan və hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olan, AR-nın şəxsiyyət vəsiqəsini almış şəxslərə məcburi köçkün statusunu təsdiq edən vəsiqənin verilməsi nəzərdə tutulmuşdur. ##.##.2003-cü il təvəllüdlü X3 və ##.##.2004-cü il təvəllüdlü X1 anası X8 qeydiyyatı ünvan 1 ünvanı olduğundan övladlarına məcburi köçkün statusunu təsdiq edən sənədin verilməsi imkan xaricindədir. “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikasının Qanununun: 1-ci maddəsinə əsasən məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) - Azərbaycan Respublikası ərazisində hərbi təcavüz, təbii və texnogen fəlakət nəticəsində daimi yaşayış yerini tərk etməyə məcbur olub başqa yerə köçmüş şəxsdir. 9-cu maddəsinə əsasən qaçqın və ya məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusu vermə və qaçqın statusundan məhrum etmə məsələlərinə dair qərarları Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları qəbul edirlər. 10-cu maddəsinin birinci hissəsinə əsasən qaçqın statusu almaq niyyətində olan şəxslər onlara qaçqın statusu verilməsi haqqında ərizə ilə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına müraciət etməli, məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusu verilməsi üçün isə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçməlidirlər. 12-ci maddəsinə əsasən qaçqın və ya məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) statusu verilməsi haqqında qərarı Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı qaçqın statusu verilməsi haqqında vəsatətin qeydə alındığı gündən üç ay ərzində və məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçdiyi gündən bir ay ərzində qəbul edir. “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin ## #### 1999-cu il tarixli *** nömrəli Fərmanının 2-ci bəndinə əsasən Qanunun 1-ci maddəsinin ikinci hissəsində 10-cu maddəsinin birinci hissəsində (ikinci halda), 12-ci maddəsinin birinci hissəsində (ikinci halda) nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Qaçqınların və X7 üzrə Dövlət Komitəsi həyata keçirir. “Azərbaycan Respublikasında məcburi köçkünlərə “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın: 1.1-ci bəndində qeyd olunmuşdur ki, “Azərbaycan Respublikasının Qaçqınların və X7 üzrə Dövlət Komitəsi haqqında” Əsasnaməyə əsasən Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və əsaslarla “məcburi köçkün” statusu, onu təsdiq edən vəsiqənin verilməsi və bu statusdan məhrumetmə məsələlərinə dair qərarları Cavabdeh (bundan sonra Komitə) qəbul edir. 4.1-ci bəndində qeyd olunmuşdur ki, “Məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqə aşağıdakı şəxslərə verilir: 4.1.6. Valideynlərindən atası “məcburi köçkün” statusuna malik olan və hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olan, Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış uşaqlara. Məhkəmə kollegiyası qeyd edir ki, “məcburi köçkün” statusunun verilməsi ilə bağlı qanunvericiliyin tələbləri konkretdir. ##.##.2003-cü il təvəllüdlü X3 və ##.##.2004-cü il təvəllüdlü X1 anası X8 qeydiyyatı ünvan 1 ünvanında qeydiyyatdadır. Göründüyü kimi, hazırkı iş üzrə Qaydaların 4.1.6-cı bəndində nəzərdə tutulan 2-ci şərt, yəni hər iki valideynin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olmasına dair şərt ödənilməmişdir. Belə olan halda cavabdeh inzibati orqanın imtinası əsaslıdır. Birinci instansiya məhkəməsi də haqlı olaraq iddianı təmin etməmişdir. Işin faktiki və hüquqi hallarını nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 81-82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Iddiaçı X3 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şirvan Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti vermək olar.
Məhkəmə qərarları › İş №2-1(3-9)-241/2026
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-9)-241/2026
20.05.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver