Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 2-1(3-9)-244/2026 20.05.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının hakimləri Sadıqov Mirlətif Süleyman oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Fikrət Cilingir oğlu və Quliyev Ceyhun Əmir oğlundan ibarət tərkibdə, X2 oğlunun katibliyi, Iddiaçı İddiaçı, Cavabdehin nümayəndəsi X3 iştirakları ilə, Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdeh qarşı “qərarın ləğvi və əlillik dərəcəsinin bərpa edilməsi” tələbinə dair inzibati iş üzrə Şirvan Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(***)-****/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Cavabdeh (bundan sonra mətndə Agentlik) qarşı iddia ərizəsi ilə Şirvan Inzibati Məhkəməsinə müraciət edərək əlilliyin etibarsız hesab edilməsi ilə bağlı hərəkətlərin qanunsuz hesab edilməsi və əlillik statusunun bərpa olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçı Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə IPM) Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Agentliyin Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən onun yəni İddiaçı barəsində “Diaqnoz əlillik əlaməti təyin etməməsi” barədə ##.##.2024-cü il tarixli *******0005 saylı qərarının ləğv edilməsi, ona ümumi xəstəlik səbəbilə ##.##.2016-cı il tarixdə müddətsiz təyin edilmiş birinci dərəcə əlilliyinin dayandırıldığı tarixdən bərpa edilməsi öhdəliyinin Agentliyin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Şirvan Inzibati Məhkəməsinin (hakim Rəşidə Quliyeva) ##.##.2026-cı il tarixli, e-*-*(***)-****/**** nömrəli qərarı ilə iddianın təmin edilməsi qərara alınmışdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, İddiaçı müddətsiz əlilliyin təyinininə əsas olmuş xəstəliklərdən hal-hazırda da əziyyət çəkir və onun barəsində təyin olunmuş diaqnozdakı xəstəliklərin sağalma ehtimalı yoxdur. Diaqnoz əlillik əlaməti təyin etməsə belə, həmin hal qanuni əsaslarla təyin edilmiş, iddiaçının etimad hüququnu qorunması da nəzərə alınmaqla əlilliyin ləğvinə əsas yaratmır. Belə ki, iddiaçı barəsində təyin edilmiş əlilliyin ləğv edilməsinə dair öz təşəbbüsü ilə inzibati icraatın başlanılmasının konkret əsasları müəyyən edilməmiş, qəbul edilmiş əlverişsiz inzibati akt əsaslandırılmamışdır. Bu səbəbdən də mübahisələndirilən qərarın ən azından prosessual baxımından qanuniliyindən söhbət gedə bilməz. Prosessual baxımından qanunsuz inzibati aktın qanuniliyindən isə “Inzibati icraat haqqında” Qanunun 67.1-ci maddəsinin tələbi baxımından söhbət gedə bilməz. Beləliklə, cavabdeh tam reabilitasiya olması ilə bağlı inzibati icraatın aparılması məqsədlərinə uyğun olmadan onun vəziyyətini ağırlaşdıran qərar qəbul etmiş, əlilliyin təyini barədə qərarda etimadın qorunmasına istinadı istisna edən halların olmamasını nəzərə almamışdır. Əlilliyin dayandırıldığı tarixdən bərpa edilməsi ilə bağlı isə məhkəmə bildirmişdir ki, iddiaçıya təyin olunmuş əlillik onun barəsində “diaqnozun əlillik əlaməti təyin etməməsi” barədə qərar qəbul edilməklə dayandırıldığından, əlillik məhz həmin tarixdən bərpa olunmalıdır. Qərardan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən apellyasiya şikayəti verilmişdir. Işin halları: Iddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, onun xəstəliyinin diaqnozu Sabirabad Rayon Mərkəzi Xəstəxanasının Poliklinika şöbəsində ##.##.2013-cü il tarixdə təyin olunmuşdur. Ona əmək qabiliyyətsiz kimi 2014-2016-cı ilə kimi 2-ci qrup əlillik təyin olunmuşdur. 2016-cı ildən isə barəsində müddətsiz əlillik təyinatı aparılmışdır. Daha sonra əsassız olaraq onun əlilliyindən imtina olunmuşdur. Cavabdeh inzibati orqan tərəfindən ##.##.2025-ci il tarixdə “Elektron məhkəmə” sistemi vasitəsilə məhkəməyə təqdim olunmuş iddiaya dair yazılı münasibətdə (etiraz) göstərilmişdir ki, iddiaçının əlillik vəziyyətinə Sabirabad rayon Mərkəzi Xəstəxanasının ##.##.2016-cı il tarixli göndərişi əsasında baxılmış və Diaqnozun mətni.Epilepsiya qıcolma tutmaları ilə, intelektin geriliyi və kəskin ifadə olunan şəxsiyyət pozuntusu ilə.Mərkəzə göndərilmənin/Imtina edilmənin səbəbi:Diaqnoz əlillik əlaməti təyin etməməsi-Səbəb: Diaqnoz əlillik əlaməti təyin etmir.Səbəbi ilə imtina edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı ilə razı olmadığını bildirmiş və həmin qərarın ləğv edilərək iddianın təmin edilməməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri iddia ərizəsinə etirazın dəlilləri ilə eynilik təşkil edir. Prosessual məsələlər: Iddiaçı İddiaçı izahatında bildirmişdir ki, apellyasiya şikayətinə etiraz edir. Apellyasiya şikayətinin təmin olunmamasını məhkəmədən xahiş etmişdir. Cavabdehin nümayəndəsi X3 izahatında bildirmişdir ki, apellyasiya şikayətini müdafiə edirlər. Odur ki, apellyasiya şikayətinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Əsaslandırma: Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası iddia tələbinin mahiyyəti ilə bağlı aşağıdakıları qeyd edir. Iş materiallarında olan: Agentliyin *-**-*/*-*****/**** saylı ##.##.2025-ci il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, İddiaçı ##.##.2016-cı il tarixindən ümumi xəstəlik səbəbilə müddətsiz birinci dərəcə əlillik təyinatı aparılmışdır.“Vətəndaşların müraciətləri haqqında“ Azərbaycan Respublikası Qanununun tələbləri çərçivəsində Agentliyin Daxili nəzarət, audit, monitorinq və təhlil departamenti tərəfindən vətəndaşların müraciətlərinin araşdırılması zamanı bir sıra vətəndaşların əlillik vəziyyətlərinin əsassız olması ilə bağlı şübhələr yaranmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2020-ci il tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 3.7-ci bəndinə əsasən əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Belə ki, Agentliyin Tibbi qiymətləndirmə xidmətinin təşkili departamenti tərəfindən çağırışçıların yekun qiymətləndirilməsi üzrə aparılan müayinələr zamanı bəzi vətəndaşların əlillik təyinatlarının əsaslılığına şübhələr yaranmışdır. Bununla əlaqədar, İddiaçı əlillik dərəcəsinin təyini barədə qərarın əsaslı olub-olmamasını müəyyən etmək məqsədilə ##.##.2024-cü il tarixində ** nömrəli Tibbi-Sosial Ekspert Komissiyasında əyani müayinə olunmuşdur. Təqdim edilən tibbi sənədlər və həyata keçirilmiş ətraflı müayinənin nəticəsi olaraq, şəxsin sağlamlıq vəziyyətinin obyektiv müayinəsi zamanı əlilliyin təyininə əsas verən ağırlaşmalar aşkar olunmadığından, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2022-ci il tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq, ##.##.2024-cü il tarixindən diaqnozun əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. M.Cavadzaəyə dair göndərişin tarixi (2016) Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin "Əlillik" altsisteminə keçilən dövrdən əvvəlki tarixə təsadüf etdiyindən həmin dövrdə göndəriş (Forma- 088) kağızdaşıyıcı şəklində Tibbi-sosial ekspert komissiyalarına təqdim olunurdu və qiymətləndirmə aparılırdı. Məktuba əlavə olunmuş İddiaçı aid Sabirabad RMX ##.##.2016-cı il tarixli göndərişinə dair qiymətləndirmə nəticəsindən müəyyən olunur ki, Sonuncuya ümumi xəstəlik səbəbilə ##.##.2016-cı il tarixdən Epilepsiya qıcolma tutmaları ilə, intelektin geriliyi və kəskin ifadə olunan şəxsiyyət pozuntusu ilə diaqnozu təyin olunmuş və Meyar: 2.1Birinci dərəcə əlillik =>2.1.13 etiologiyasından asılı olmayaraq, dərin və ağır dərəcəli kəmağıllıq, həmçinin anadangəlmə idiotiya, yaxud kəskin nəzərə çarpan inbesillik (IQ 35-dən aşağı) müəyyən olunaraq müddətsiz əlillik təyinatı aparılmışdır. ##.##.2024-cü il tarixli əyani müayinə aktında qeyd olunmuşdur ki, əlilliyin qiymətləndirilməsindən narazı qalan Sabirabad rayon Mürsəlli kənd sakini İddiaçı ** nömrəli TSEK-in ekspert-həkimləri tərəfindən iş otağında əyani müayinə olunmuşdur. Agentliyin Tibbi-Sosial Ekspert Komissiyasının ##.##.2024-cü il tarixli *******0005 nömrəli qərarı ilə 29.08.192-ci il təvəllüdlü İddiaçı “Diaqnoz əlillik əlaməti təyin etməməsi” səbəbilə əlillik verilməsindən imtina olunmuşdur. Məhkəmə Psixiatrik Ekspertiza X1 Şəxsi tərəfindən verilmiş ##.##.2025-ci il tarixli **** saylı rəyin nəticə hissəsində aşağıdakılar qeyd olunmuşdur: İ. Motivləşdirici hissə: Yoxlanılan şəxs İddiaçı hazırda “Üzvi (Epilepsiya xəstəliyi nəticəsində yaranan) şəxsiyyət pozuntusu” (F07.0) aşkar edilir. Bunu anamestik məlumatlar (kəllə beyin travması alması, uşaq yaşlarından epilepsiya xəstəliyindən əziyyət çəkməsi, əsəbi olması, xarici qıcıqlara qarşı həsass olması, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Salyan rayon Mərkəzi Xəstəxanası”nda “Epilepsiya,Qıcolma tutumaları ilə intellektin geriliyi və kəskin ifadə olunan şəxsiyyət pozuntusu” diaqnozu ilə həmin xəstəxanada stasionar müalicədə olması) və hal-haızrkı psixiatrik müayinənin nəticələri (zahirən gərgin olması, təfəkkürünün ləng olması, torpidlik əlamətlərinin olması, əhval ruhiyyəsinin dəyişkən olması, emosional dayanıqsızlığı və s) sübut edir. Yekun hissə: Yoxlanılan şəxs İddiaçı hazırda “üzvi mənşəli (epilepsiya xəstəliyi nəticəsində yaranan) şəxsiyyət pozuntusu (F07.0) aşkar edilir Məhkəmə kollegiyası qeyd edir ki, şərh olunan rəyə və ixtisaslaşmış tibb müəssisələri tərəfindən verilmiş digər sənədlərə əsasən iddiaçının xəstəliyi və həmin xəstəliklə bağlı ağırlaşmalar Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ### 2022-ci il tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın müvafiq bəndlərinə tam uyğunluğu təsdiq olunur. Məhkəmə kollegiyası qeyd edir ki, ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və məhkəmələr tərəfindən qiymətləndirilir. Hazırki iş üzrə verilmiş ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir və cavabdeh tərəfindən ekspert rəyini şübhə altına alan sübutlar məhkəməyə təqdim təqdim olunmamışdır. Odur ki, sözügedən ekspert rəyi iş üçün mühüm əhəmiyyət kəsb edən yazılı sənəd və mötəbər sübut kimi qəbul edilməlidir. “Inzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 19.2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun: 3.1-ci maddəsinə əsasən şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.2-ci maddəsinə əsasən əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3-cü maddəsinə əsasən şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.3-1-ci maddəsinə əsasən maddəsinə əsasən əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. 3.4-cü maddəsinə əsasən əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. 4.3-cü maddəsinə əsasən əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “Inzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. Beləliklə, qanunvericiliyin qeyd olunan normaları ilə hazırki işin faktiki halları sistemli şəkildə təhlil olunduqda belə qənaətə gəlmək olar ki, iddiaçının tələbi əsaslıdır, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 81-82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şirvan Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(***)-****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(3-9)-244/2026
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-9)-244/2026
20.05.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver