Məhkəmə qərarları › İş №2-1(3-9)-247/2026

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-9)-247/2026

03.06.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 2-1(3-9)-247/2026 03.06.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyası hakimlər Hüseynov Fikrət Cilingir oğlu (sədrlik edən və məruzəçi), X1 və Quliyev Ceyhun Əmir oğlundan ibarət tərkibdə, Hüseynli Bülbül Düldül oğlunun katibliyi, iddiaçı İddiaçı, cavabdehin nümayəndəsi X3 iştirakı ilə, Şirvan Inzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *-*(***)-***/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti əsasında iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı qərarın ləğv edilməsi və əlilliyin müəyyən edilməsi tələbinə dair inzibati işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə Şirvan Inzibati Məhkəməsinə müraciət edərək, Tibbi-Sosial Ekspert Komissiyasının ##.##.2025-ci il tarixli qərarının ləgv edilməsi və həmin tarixdən 35-60 faizlə orqanizmin funksiyalarının itirilməsi ilə bağlı əlilliyin müəyyən edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Şirvan Inzibati Məhkəməsinin (hakim A.Hüseynova) ## ###### 2026-cı il tarixli, *- *(***)-***/**** nömrəli qərarı ilə iddia təmin edilmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçıda hazırda mövcud olan xəstəliklərlə, 2011-ci il tarixdən əlilliyin təyinatına mövcud olan xəstəliklər eyniyyət təşkil edir. Iş materiallarından əvvəlki tarixdən təyin edilmiş əlilliyin səhv olması, ləğv edilməsi barədə hər hansı hal müəyyən edilmir. İddiaçı ona təyin edilmiş əlilliklə bağlı qərara etimad hüququ mövcud olmuşdur. Nəzərə alınmalıdır ki, əlilliyin müddətli təyin edilməsinin mahiyyəti həmin xəstəliklərin reabilitasiyası ilə bağlıdır ki, iddiaçının 2011-ci il tarixdən mövcud olmuş xəstəliklərinin sağalmadığı, iş materialları ilə müəyyən edilir. Cavabdeh orqan tərəfindən həmin xəstəliklərin sağalması istiqamətində mövqe nümayiş etdirməmiş, xəstəliyin əlilliyin təyinatına əsas olmamasına istinad etmişdir. Halbuki, əlilliyin müəyyən müddət üçün təyinatı əsası həmin müddət çatdıqda onun sağalıb-sağalmamasının yoxlanılmasıdır ki, iddiaçının adıçəkilən xəstəliklərdən əziyyət çəkməsi müşahidə edilir. Işin araşdırılmış hallarından aydın olur ki, əlillik dərəcəsinin təyin edilməsindən imtina edildiyi zaman müəyyən edilən diaqnoz əsasında əlillik dərəcəsi təyin edildiyi zaman müəyyən edilən diaqnozla eynilik təşkil etdiyindən, həmin diaqnoz digər səhiyyə müəsissəsi tərəfindən də qoyulduğundan, həmçinin əlilliyin təyin olunmasına əsas olan diaqnozlar “6. Sinir sistemi xəstəlikləri-Sıra №-si 6.6.3 digər şöbələrin fəqərəarası disklərinin zədələnmələri M51; 6.1.10 sinir və sümük-əzələ sisteminə aid olan simptomlar və nişanələr R25-29; 6.8 polinevropatiyalar G63-orqanizmin funksiyalarının 35-60 % itirilməsi” müvafiq normativ hüquqi aktlarda (əlilliyin müəyyən olunması meyarlarında) göstərildiyindən hazırkı iddia tələbi əsaslıdır. Qərardan cavabdeh tərəfindən apellyasiya şikayəti verilmişdir. Işin halları Iddiаçı tələbini onunla əsaslandırmışdır ki, ona 2011-ci ildən əlillik dərəcəsi verilmişdir. ##.##.2021-ci il tarixdə yenidən qiymətləndirmə aparılmış və ona üçüncü dərəcəli əlillik verilmişdir. 2023-cü ildə “sağ pəncənin parezi” diaqnozu mövcud olmadığı halda ona əlillik dərəcəsinin verilməsi ilə bağlı Azərbaycan Respublikası Baş Prokurorluğuna şikayət edilmiş, aparılan araşdırma zamanı sağlamlıq vəziyyəti ilə bağlı məhkəmə-tibbi ekspertizası təyin edilmiş və ## ### 2023-cü il tarixli, ***/**** saylı ekspert rəyində onun “G 83.1, aşağı ətrafların monoplegiyası, sağ pəncənin parezi”ndən əziyyət çəkdiyi qeyd edilmişdir. Bu səbəbdən də ## ### 2023-cü il tarixli qərarla cinayət hadisəsi olmadığından cinayət işinin başlanması rədd edilmişdir. Onun yuxarıda qeyd edilən xəstəlikdən əziyyət çəkdiyinə baxmayaraq cavabdeh orqan tərəfindən qəbul edilmiş ##.##.2024-cü il tarixli qərarla ona ümumi xəstəlik səbəbindən ##.##.2021-ci il tarixdə təyin edilmiş 5 il müddətinə üçüncü dərəcəli əlillik ləğv edilmişdir. Imtina səbəbi kimi isə onun tam reabilitasiya olunduğu qeyd edilmişdir. Iddia ərizəsinə əlavə etdiyi tibbi sənədlərdən, eləcə də ekspert rəyindən görünür ki, onun sağlamlığında müsbətə doğru heç bir dəyişiklik olmamışdır və ona üçüncü dərəcəli əlillik təyin edilən zaman mövcud olan diaqnoz hal-hazırda da təsdiq olunur. Cavabdehin iddiaya qarşı etiraz dəlilləri ondan ibarətdir ki, iddiaçının əlillik vəziyyətinə sonuncu dəfə əlavə əyani müayinəsi həyata keçirilərək baxılmış “xxxx” barədə qərar qəbul edilmişdir. Tibb müəssisəsinin *******AAY** nömrəli göndərişi ##.##.2021-ci il tarixdə qiymətləndirilmiş və ona Azərbaycan Respublikasının Nazirlər Kabinetinin ## ###### 2015-ci il tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2.3.3 bəndinə müvafiq olaraq Ümumi xəstəlik səbəbindən müddətsiz üçüncü dərəcə əlillik təyin edilmişdir. Əlillik təyinatlarının əsaslığının müxtəlif risk qrupları üzrə araşdırılması məqsədilə əlavə müayinələrin aparılması üçün vətəndaş ##.##.2024-cü il tarixində əyani müayinəyə dəvət olunmuş və müayinədə iştirak etmişdir. Təqdim edilmiş Baku CITY Hospital ##.##.2021-ci il tarixli ENMG müayinəsinin nəticəsi «L4-S1 kökcüklərə aid xroniki parsial aksonal (radikulopatiya) uyğun EMG əlamətləri" kimi qeyd olunmuşdur. Obyektiv baxış zamanı vətəndaş aqrobasiya edərək nevropatoloqun müayinəsinə tabe olmamış, komandaları icra etməmişdir. Aparılmış müayinə zamanı hər iki aşağı ətrafda diz və Axil refleksi bərabər və canlı alınmış, yerişi qoruyucu olmuşdur. Sağ aşağı ətrafda əzələlərdə hipotrofiya və əlillik təyinatına əsas verən hərəki məhdudluq aşkar edilməmişdir. Anamnestik məlumatlar, obyektiv və instrumental müayinə nəticələrinə əsasən Tibbi sosial ekspert komissiyası tərəfindən ##.##.2024-cü il tarixdən xxxx barədə qərar qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddianın təmin edilməməsini xahiş etmişdir. Şikayətin dəlilləri ondan ibarətdir ki, məhkəmə işə baxarkən tibbi sənədləri və ekspert rəyini vətəndaşın xeyrinə tövsif etməklə qərar qəbul edərək, iddiaçıda diaqnozun mövcud olmasını qeyd etmişdir. Bundan əlavə diaqnozun doğruluğunun müəyyən edilməsi heç də həmin şəxsə əlillik təyin edilməsinə əsas vermir. Şəxsə əlillik təyinatı aparılması üçün sözügedən xəstəliyin ağırlaşmaları mövcud olmalıdır. Prosessual məsələlər Iddiaçı birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Cavabdehin nümayəndəsi şikayətin dəlillərini müdafiə edərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etdi. Əsaslandırma Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası iddia tələbinin mahiyyəti ilə bağlı aşağıdakıları qeyd edir. Iş materiallarına əlavə edilmiş: -əlillik altsistemindən çıxarışdan müəyyən olunur ki, iddiaçı 2014-2021-ci illər aralığında əlillik vəziyyətində olmuş, növbəti qiymətləndirmələr nəticəsində bir neçə dəfə təyinatdan imtina edilmiş, nəhayət ##.##.2021-ci il tarixli qərarla 5 il müddətinə III dərəcə əlillik təyinatı aparılsa da, ##.##.2024-cü il tarixdən əlilliyi “tam reabilitasiya olmuası” əsası ilə dayandırılmış, bundan sonra yeni ##.##.2025-ci il tarixli tibbi göndəriş əsasında qiymətləndirmə nəticəsində ##.##.2025-ci il tarixli qərarla əlillik təyinatından imtina edilmişdir. -Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “xxxx” X2 ##.##.2025-ci il tarixli, T***/**** saylı ekspert rəyinə əsasən, İddiaçı əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilməsi ilə bağlı müvafiq tibb müəssisəsində tərtib edilmiş göndərişdə qeyd edilən “M42-onurğanm osteoxondrozu, lümbal osteoxondroz. Ağırlaşma: Z98.8-digər dəqiqləşdirilmiş cərrahi müdaxilədən sonrakı vəziyyətlər, L4-L5 fəqərələrin laminektomiyasından sonrakı vəziyyət. Ağırlaşma: R26.1-paralitik yeriş, yerişin pozulması. Ağırlaşma: M54.1- radikulopatiya, diskogen radikulopatik-- davamlı kökcük ağrıları. Ağırlaşma: G83.1-aşağı ətrafların monoplegiyası, sağ pəncənin parezi” diaqnoz ona stasionarlarda müayinə və müalicələri zamanı müəyyən edilsə də, şəxsin TSEK-da sonuncu müayinəsi zamanı tam reabilitasiya olması qərarı qəbul edilmişdir. İddiaçı ##.##.2025-cü il tarixdə “Respublika Klinik Xəstəxanası” phş-nə ambulator müraciət etmiş və ona XBT-10 üzrə kod: “L4-L5 disk yırtığı, diskogen radikuloneyropatiya daimi kökcük ağrıları ilə, sağ pəncənin parezi, lümbal osteoxondroz, diabetik polineyropatiya, yeriş və hərəki funksiyanın pozulması ilə, asteno-nevrotik hal, arterial hipertenziya, şəkərli diabet tip 2-M51.1; M54.1; G83.1; M42; G63.2; R26, F10,E11; H18)” diaqnozu təyin edilmişdir. İddiaçı “Ağcabədi rayon mərkəzi xəstəxanası” phş-da 11- ##.##.2025-ci il tarixlərdə “XBT-10 üzrə kod: M51.1-bel və digər şöbələrin fəqərəarası disklərin zədələnməsi; G83.1-sağ pəncənin parezi; G63.2-diabetik polinevropatiya; T01.3aşağı ətrafların bir neçə nahiyəsində açıq yaralar; M54.1- daimi kökcük ağrı sindromu ilə; M42-Yeriş və hərəkət pozğunluğu; R21-şəkərli diabet II tip; F48.0-asteno-nevrotik pozğunluq; H52.2-diabetik retinopatiya; H36.0-hipertoniya xəstəliyi III mərhələ” diaqnozları ilə stasionar müalicədə olmuşdur. -"Akademik M.Ə.Mirqasimov adına Respublika Klinik Xəstəxanasi" PHŞ tərəfindən verilmiş ##.##.2025-ci il tarixli məlumatda İddiaçı barəsində XBT kodları M51.1, M54.1, Z98.8, R26, G82, G 63.2 müəyyən edilmişdir. Qeyd edilməlidir ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin ## ### 2022-ci il tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 6.6.3.1-ci bəndində öz əksini tapan “mülayim ikitərəfli motor və hissiyyat pozuntuları ilə onurğa sütununun natamam zədələnməsi, cüzi tetraparez ilə (sidik kisəsinin və düz bağırsağın fəaliyyəti pozulmadan)” diaqnozu üzrə orqanizmin funksiyalarının pozulması dərəcəsi 40% müəyyən edilməklə, 2 il müddətinə əlillik təyinatının aparılmasına əsas verir. Odur ki, iddiaçının orqanizmində olan patoloji pozuntular iş materiallarında mövcud olan tibb müəssisəsinin təqdim etdiyi sənədlərlə, həmçinin ekspert rəyi ilə öz təsdiqini tapmaqla, diaqnozun yuxarıda qeyd olunan meyarların müvafiq koduna uyğun olması müəyyən edilmişdir ki, bu hal cavabdeh orqanın imtinasının əsassız olması qənaətinə gəlməyə əsas verir. “Inzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: -17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. -24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun:- -3.1-ci maddəsinə əsasən şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. -3.2-ci maddəsinə əsasən əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. -3.3-cü maddəsinə əsasən şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. -3.3-1-ci maddəsinə əsasən maddəsinə əsasən əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. -3.4-cü maddəsinə əsasən əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. -4.3-cü maddəsinə əsasən əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “Inzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. -6.4-cü maddəsinə əsasən əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır. Beləliklə məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi və gəldiyi nəticə ilə razılaşır və belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 81-82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Şirvan Inzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *-*(***)-***/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar