Məhkəmə qərarları › İş №2-1(3-9)-249/2026

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-9)-249/2026

07.05.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 2-1(3-9)-249/2026 07.05.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspetiza və Reabilitasiya Agentliyi X1rşı iş üzrə QƏRARİ (Açar sözlər: müddətsiz müəyyən edilmiş əlillik; inzibati aktın dəyişdirilıməsi) Şirvan Apellyasiya Məhkəməsinin İnzibati kollegiyası, hakimlər Quliyev Ceyhun Əmir oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Fikrət Cilingir oğlu və Sadıqov Mirlətif Süleyman oğlundan ibarət tərkibdə, Rzayev Rüfət İlham oğlunun katibliyi, iddiaçı İddiaçı, cavabdehin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspetiza və Reabilitasiya Agentliyi X1rşı “qərarın ona aid hissədə hissəvi ləğv edilməsi və əlilliyin bərpa edilməsi” barədə iddia tələbinə dair inzibati iş üzrə Şirvan İnzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli *-*(***)-****/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi: İşin halları: “Əlillik” altsistemində olan məlumatlara əsasən İddiaçı (bundan sonra - iddiaçı) ##.##.1984cü il tarixdə X7 VII sinif - Gözün və gözün əlavə aparatının xəstəlikləri=>H55-H59-Gözün və onun əlavə aparatının digər xəstəlikləri=>H58-Başqa rubrikalarda təsnif olunmuş xəstəliklərdə gözün və onun əlavə a..., Diaqnozun mətni: sağ gözdə afakiya VİS OS-O VİS OD-0.01 korreksiya olunmur. Meyar: 2.1.birinci dərəcə əlillik => 2.1.10. Hər iki gözün tam və ya əməli korluğu (yaxşı görən gözdə görmə itiliyinin korreksiya ilə 0.05-dən az olması və ya görmə sahəsinin 10 dərəcəyədək konsentrik daralma” diaqnozu ilə ümumi xəstəlik səbəbindən müddətsiz təkrar birinci dərəcə əlillik; ##.##.2024-cü il tarixdə X7 VII sinif - Gözün və gözün əlavə aparatının xəstəlikləri=>H55-H59-Gözün və onun əlavə aparatının digər xəstəlikləri=>H58- Başqa rubrikalarda təsnif olunmuş xəstəliklərdə gözün və onun əlavə a..., Diaqnozun mətni: sağ gözdə afakiya VİS OS-O VİS OD-0.01 korreksiya olunmur. Meyar: 2.2. ikinci dərəcə əlillik => 2.2.10. Hər iki gözdə görmə itiliyinin korreksiya ilə 0.08 və ondan az olması və ya görmə sahəsinin 20 dərəcəyədək daralması (H40-H40.9, H47-H47.5, H52-H53.9)” diaqnozu ilə ümumi xəstəlik səbəbindən müddətsiz təkrar ikinci dərəcə əlillik təyin edilmişdir. Agentliyin Tibbi-sosial ekspert komissiyasının ##.##.2024-cü il tarixli *-**-*/*-*-****/**** saylı qərarında qeyd edilmişdir ki, “...Nazirlik tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X9 Daxili nəzarət, audit, monitorinq və təhlil departamenti tərəfindən mütəmadi olaraq əlilliyi olan şəxslərin təhlili aparılır. Sözügedən təhlil zamanı risk qrupuna aid edilən müddətli əlilliyi olan şəxslərin vaxtından əvvəl əyani müayinəyə, müddətsiz əlilliyi olan şəxslərin təkrar əyani müayinəyə cəlb olunaraq əlilliklərinin yenidən qiymətləndirilməsi zərurəti yaranmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il ## ###### tarixli ** nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 3.7-ci bəndinə və “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə əsasən 1 (bir) nəfər vətəndaşa əyani müayinəyə çağırılması haqqında ünvanına sifarişli-xəbərnaməli məktub göndərilmişdir. Agentliyinin Tibbi-sosial ekspert komissiyası həmin vətəndaşın əyani müayinəsini həyata keçirmiş, tibbi ekspert sənədlərini araşdırmış, digər tarixlərdə komisiyaya dəvət edilmiş lakin, ##.##.2024-cü il tarixdə komissiyada iştirak etmiş və ya 04.09-##.##.2024 cü il tarixlərdə müayinə sənədi təqdim edilmiş 4 (dörd) nəfər də daxil olmaqla ümumilikdə 5 (beş) nəfər barəsində qərar qəbul edilərək aşağıdakıları müəyyən etmişdir.

5. Lerik rayon sakini ##.##.1966-cı il təvəllüdlü İddiaçı (FİN:*******) əlillik vəziyyəti Tibbisosial ekspert komissiyası tərəfindən ##.##.1984-cü il tarixdə qiymətləndirilmiş və ona ümumi xəstəlik səbəbindən müddətsiz birinci dərəcə əlillik təyin edilmiş, gözdən əlil olduğu göstərilməmişdir. Əlillik təyinatı aparılmış diaqnoz “Sağ gözdə afakiya. VİS OS=0 (sıfır), VİS OD=0.01 (yüzdə bir) korreksiya olunmur olmuşdur. Əlillik təyinatlarının əsaslığının müxtəlif risk qrupları üzrə araşdırılması məqsədilə əlavə müayinələrin aparılması üçün vətəndaş *-**-*/*-H-*****/**** nömrəli məktub əsasında ##.##.2024cü il tarixdə əyani müayinəyə dəvət olunmuş, məktubda əyani müayinəyə gəlməyəcəyi təqdirdə iştirakı olmadan barəsində müvafiq inzibati akt qəbul ediləcəyi barədə məlumat qeyd edilmiş, lakin vətəndaş əyani müayinəyə gəlməmişdir. Bundan irəli gələrək mövcud sənədlər və ekspertiza üçün əhəmiyyətli digər məlumatlar üzrə aparılmış araşdırma və qiymətləndirmənin nəticəsində əlilliyin təyininə əsas verən diaqnoz (və ya diaqnozun əsaslılığı) təsdiqini tapmadığından ##.##.2024-cü il tarixli *-**-*/*-*-****/**** nömrəli qərar əsasında mövcud olan əlillik təyinatı ləğv edilərək, “Diaqnozun təsdiqini tapmaması” barədə qərar qəbul edilmişdir. Qərardan narazı olan vətəndaşın müraciəti səbəbindən yenidən köhnə məktub əsasında ##.##.2024-cü il tarixdə komissiyaya dəvət edilmiş və təqdim edilmiş sənədlər də nəzərə alınmaqla əyani müayinə edilmişdir. Müayinə zamanı zəif görmədən şikayəti olduğunu bildirmiş, lakin heç bir müayinə və ya müalicə sənədləri təqdim etməmişdir. ##.##.2024-cü il tarixdə DTSERA-da həkim-ekspertlər tərəfindən əyani müayinə aparılmış, həkim-oftalmoloq müayinəsinin nəticəsi aşağıdakı kimi qeyd edilmişdir: VİS OD = 0.03 (yüzdə üç) korreksiya etmir; VİS OS = əl hərəkəti; Diaqnoz: OD-Artifakiya, ikincili katarakta, OS-Afakiya, torlu qişanın qopması, xarici çəplik. Vətəndaşa ixtisaslaşmış tibb müəssisəsi olan X3 adına Milli Oftalmologiya Mərkəzində müayinədən keçməsi və tibbi rəy alması üçün göndəriş təqdim edilmişdir. İddiaçı ##.##.2024-cü il tarixdə komissiyaya X3 adına Milli Oftalmologiya Mərkəzinin ##.##.2024-cü il tarixli **** nömrəli “VİS OD = 0.2 (onda iki) göstərir, VİS OS = işıq duyğusu”, diaqnoz “Afakiya. İntraokulyar linzanın olması. Tor qişanın seroz qopması. Müştərək xarici çəpgözlük.” kimi qeyd edilmiş tibbi rəy təqdim etmişdir. Anamnestik məlumatlar, təqdim edilmiş sənədlər, obyektiv və instrumental müayinə nəticələrinə əsasən xəstənin vəziyyəti hazırda qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ### 2022-ci il tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları” nın 8.1.6-ci bəndinə müvafiq ümumi xəstəlik => gözdən əlilliyi olan şəxs səbəbindən müddətsiz orqanizmin funksiyalarının 70% (yetmiş faiz) pozulmasına müvafiq görülmüşdür ki, bu da ikinci dərəcə əlilliyə ekvivalent olmuş, bu səbəbdən Tibbi-sosial ekspert komissiyası tərəfindən qərara alınmışdır ki, ##.##.2024-cü il tarixli 3-17-4/3-3 4649/2024 qərar əsasında təyin edilmiş “Diaqnozun təsdiqini tapmaması” ləğv edilsin, ##.##.1984-cü il tarixli ümumi xəstəlik səbəbindən müddətsiz birinci dərəcə əlillik təyinatı barədə qərar bərpa edilsin, ##.##.2024-cü il tarixdən “hissəvi reabilitasiya olunması” barədə qərar qəbul edilsin və gözdən əlil olduğu göstərilməklə, ümumi xəstəlik səbəbindən müddətsiz ikinci dərəcə əlillik təyin edilsin.” “xxxx” X1 tərəfindən verilmiş ##.##.2025-ci il tarixli T ***/**** nömrəli ekspert rəyindən görünür ki, iddiaçı ##.##.2025-ci il tarixdə məhkəmə-tibbi müayinədən keçərkən oftamoloqun müayinəsinə göndərilmiş və ##.##.2025-ci il tarixli baxış zamanı onda “VisOD (sağ gözün görmə itiliyi)=0.1, VisOS (sol gözün görmə itiliyi)=sonsuzluq p.1 incerta (düzgün olmayan işıq duyğusu) müəyyən edilmiş, “OD artifakiya, tor qişasının qopması, xarici çəpgözlük” diaqnozu qoyulmuş, qeyd edilən xəstəliyin reabilitasiya olunmaması nəticəsinə gəlinmişdir. Həmçinin, rəydən görünür ki, rəy tərtib edilməmişdən əvvəl iddiaçı Azərbaycan Tibb Universitetinə müayinəyə göndərilmiş və müayinə nəticəsində Tibb Universitetinin göz xəstəlikləri kafedrası tərəfindən mütəxəssis rəyi verilmişdir.

Birinci instansiya məhkəməsində icraat və məhkəmənin gəldiyi nəticə:

İddiaçı cavabdehə qarşı iddia ərizəsi və iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək “Tibbi-sosial ekspert komissiyasının ##.##.2025-ci il tarixli *******0004 nömrəli qərarının ləğv olunması, ümumi xəstəlik səbəbilə ##.##.1984-cü il tarixdən müddətsiz təyin olunmuş birinci dərəcə əlilliyin dayandırıldığı tarixdən bərpa edilməsi ödhədliyinin cavabdehə həvalə olunması” barədə qərar qərar qəbul edilməsini xahiş etmişdir.

İddiaçının əsaslandırması:

İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ona gözdən əlil kimi ##.##.1984-cü il tarixdə birinci dərəcə müddətsiz əlillik təyin edilmişdir. 50 ildən artıqdır ki, həmin xəstəlikdən əziyyət çəkir. Cavabdeh əsassız olaraq xəstəliyini “hissəvi reabilitasiya olunma” kimi qiymətləndirərək, əlillik dərəcəsini birinci dərəcədən ikinci dərəcəyə dəyişmişdir. Halbuki, xəstəliyi nəinki hissəvi reabilitasiya olunmuş, əksinə daha da pisləşmişdir. Cavabdehin qərarı əsassızdır. Cavabdehin etirazları:

Cavabdeh iddiaya qarşı etirazda qeyd etmişdir ki, iddiaçının əlillik vəziyyətinə Bakı Baş Səhiyyə idarəsinin ##.##.2002-ci il tarixli göndərişi əsasında baxılmış və Diaqnozun mətni: sağ gözdə afakiya. VİS.OS-0 VİSOD-0.01 korreksiya olumur. Meyar: 2.2. İkinci dərəcə əlillik=>2.2.10. hər iki gözdə görmə itiliyinin korreksiya ilə 0.08 və ondan az olması və ya görmə sahəsinin 20 dərəcəyədək konsentrik daralması (H40-H40.9, H47-H47.5, H52-H53.9) ümumi xəstəlik səbəbilə müddətsiz ikinci dərəcəli əlillik təyin edilmişdir. Şirvan İnzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli *-*(***)-****/**** nömrəli qərarı (hakim Rəşidə Quliyeva) ilə iddia təmin edilmiş, Tibbi-sosial ekspert komissiyasının ##.##.2024cü il tarixli *******0004 nömrəli qərarı ləğv edilmiş, iddiaçıya ümumi xəstəlik səbəbilə təyin olunmuş müddətsiz birinci dərəcə əlilliyin ləğv olunduğu (dayandırıldığı) tarixdən bərpa edilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmuşdur. Həmin qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

Apellyasiya instansiyası məhkəməsində icraat:

Şirvan Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının ## ### 2026-cı il tarixli 2-1(3-9)- 249/2026-cı il tarixli qərardadı ilə iddiaçının “İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspetiza və Reabilitasiya Agentliyi X1rşı “Tibbi-sosial ekspert komissiyasının ##.##.2024-cü il tarixli *-**-*/*- *-****/**** saylı qərarının ona aid hissədə - ##.##.2024-cü il tarixdən “hissəvi reabilitasiya olunması” barədə qərar qəbul edilməsi və ümumi xəstəlik səbəbindən müddətsiz ikinci dərəcə əlilliyin təyin edilməsi hissədə ləğv edilməsi və ümumi xəstəlik səbəbilə təyin olunmuş müddətsiz birinci dərəcə əlilliyin ikinci dərəcəli əlilliyə dəyişdirildiyi tarixdən bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması”na dair iddianın dəyişdirilməsi barədə ərizəsi icraata qəbul edilmişdir.

Apellyasiya şikayətinin dəlilləri:

Apellyasiya şikayətinin dəlilləri iddiaya etirazın və mübahisələndirilən qərarın qəbul edilməsinə əsas kimi göstərilmiş dəlillər ilə eynilk təşkil edir.

Apellyasiya şikayətinə dair etiraz:

Apellyasiya şikayətinə etiraz daxil olmamışdır.

Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri

Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ##.##.2026-cı il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır.

Məhkəmə icraatı iştirakçılarının izahatları və prosessual məsələlər: Cavabdehin nümayəndəsi apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsini xahiş etdi. İddiaçı iddiaya uyğun izahat verərək, şikayətin təmin edilməməsini xahiş etdi.

Tətbiq edilən hüquq:

“İnzibati icraat haqqında” Qanun: Maddə 13. Etimad hüququnun qorunması prinsipi 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Maddə 25.1. Qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, maraqlı şəxslər həm icraat zamanı, həm də icraatdan sonra inzibati icraat materialları ilə tanış olmaq və ya icraatla bağlı məlumat almaq hüququna malikdirlər. Maddə 64. İnzibati aktın hüquqi qüvvəsi və etibarlılığı 64.1. İnzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. 64.3. İnzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur. ... Maddə 68. Qanuni inzibati aktın ləğv olunması 68.2. Qanuni əlverişli inzibati akt yalnız aşağıdakı hallarda ləğv edilə bilər: 68.2.1. inzibati aktın ləğvi qanunla birbaşa nəzərdə tutulduğu halda və ya inzibati aktın özündə bu barədə müvafiq qeyd olduğu halda; 68.2.2. maraqlı şəxsin inzibati aktla müəyyən edilmiş imtiyazlardan (hüquqlardan) istifadə etmədiyi və ya lazımi qaydada və müddətdə istifadə etmədiyi halda; 68.2.3. inzibati aktın qəbulundan sonra yaranmış hüquqi və ya faktiki hallara görə həmin aktın qüvvədə qalması dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vura bildiyi halda; 68.2.4. inzibati aktın qəbulu üçün əsas olmuş hüquq normasının dəyişməsi nəticəsində inzibati orqanın həmin aktı qəbul etməməyə haqlı olduğu və maraqlı şəxsin inzibati aktla müəyyən edilmiş imtiyazlardan (hüquqlardan) istifadə etmədiyi və ya ona münasibətdə inzibati aktla təminat verilmiş öhdəliklər yerinə yetirilmədiyi və ya həmin aktın qüvvədə qalmasının dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vura bildiyi hallarda. 68.3. Qanuni inzibati aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırmır. 68.4. Qanuni inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. 68.5. Maraqlı şəxsin etimadı qanunla qorunduğu hallarda, bu Qanunun 68.2.3-cü və 68.2.4cü maddələrinə əsasən ləğv olunmuş inzibati aktın məzmununa etimad göstərməsi səbəbindən həmin şəxsə vurulmuş maddi ziyana görə ona kompensasiya ödənilməlidir. Kompensasiya maraqlı şəxsin müraciətinə əsasən ödənilir. 68.6. Maraqlı şəxsə ödəniləcək kompensasiyanın həcmi qanuni inzibati aktı ləğv etmiş inzibati orqan tərəfindən müəyyən olunur və həmin şəxsə vurulmuş real ziyanın həcminə mütənasib olmalıdır. 68.7. Qanuni inzibati aktın ləğv olunması haqqında maraqlı şəxsə bu Qanunun 62-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir.

Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi və ona əsas olmuş səbəblər:

Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə kollegiyası proses iştirakçılarını dinləyərək, apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək, işin faktiki hallarını, sübutları və sadalanan hüquq normalarını nəzərə alaraq hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti təmin edilməməli, Şirvan İnzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli *-*(***)-****/**** nömrəli qərarı dəyişdirilməli və iddia təmin edilməlidir. Birinci instansiyası məhkəməsi iddianı təmin etmiş və gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı müddətsiz əlilliyin təyinininə əsas olmuş xəstəlikdən hal-hazırda da əziyyət çəkir və onun barəsində təyin olunmuş diaqnozdakı xəstəlikyin sağalma ehtimalı yoxdur. İşin hallarından müəyyən edildi ki, iddiaçıya ##.##.1984-cü il tarixdə “hər iki gözün tam və ya əməli korluğu (yaxşı görən gözdə görmə itiliyinin korreksiya ilə 0.05-dən az olması və ya görmə sahəsinin 10 dərəcəyədək konsentrik daralma” diaqnozu ilə ümumi xəstəlik səbəbindən müddətsiz təkrar birinci dərəcə əlillik təyin edilmişdir. İddiaçı 40 ildən artıq bir müddətdən sonra “risk qrupu” adı altında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il ## ###### tarixli ** nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 3.7-ci bəndinə və “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə istinad edilərək, əyani müayinəyə cəlb edilmiş və nəticədə ##.##.2024-cü il tarixli *-**-*/*-*-****/**** saylı qərar ilə barəsində “##.##.2024-cü il tarixli 3-17-4/3-3 4649/2024 qərar əsasında təyin edilmiş “Diaqnozun təsdiqini tapmaması” barədə qərarın ləğv edilməsi, ##.##.1984-cü il tarixli ümumi xəstəlik səbəbindən müddətsiz birinci dərəcə əlillik təyinatı barədə qərarın bərpa edilməsi, ##.##.2024-cü il tarixdən “hissəvi reabilitasiya olunması” barədə qərar qəbul edilməsi və gözdən əlil olduğu göstərilməklə, ümumi xəstəlik səbəbindən müddətsiz ikinci dərəcə əlillik təyin edilməsi” qərarı qəbul edilmişdir. Həmin qərar iddiaçıya göndərilmiş və xəbərnamənin (səh. 68) “Digər qaydada” hissəsində qohumu olan şəxsə ##.##.2024-cü il tarixdə təqdim edilməsi barədə qeydiyyat aparılmışdır. İddiaçı həmin qərardan şikayət etmiş və ona ##.##.2025-ci il tarixli məktub ilə cavab verilmişdir. Lakin məktubun nə zaman təqdim edilməsi barədə məlumat yoxdur, iddia ərizəsi ilə ##.##.2025-ci il tarixdə (zərfin üzərindəki qeyd səh.13) məhkəməyə müraciət edilmişdir. “xxxx” X1 tərəfindən verilmiş ##.##.2025-ci il tarixli T ***/**** nömrəli ekspert rəyindən görünür ki, iddiaçı ##.##.2025-ci il tarixdə məhkəmə-tibbi müayinədən keçərkən oftamoloqun müayinəsinə göndərilmiş və ##.##.2025-ci il tarixli baxış zamanı onda “VisOD (sağ gözün görmə itiliyi)=0.1, VisOS (sol gözün görmə itiliyi)=sonsuzluq p.1 incerta (düzgün olmayan işıq duyğusu) müəyyən edilmiş, “OD artifakiya, tor qişasının qopması, xarici çəpgözlük” diaqnozu qoyulmuş, qeyd edilən xəstəliyin reabilitasiya olunmaması nəticəsinə gəlinmişdir. Həmçinin, rəydən görünür ki, rəy tərtib edilməmişdən əvvəl iddiaçı Azərbaycan Tibb Universitetinə müayinəyə göndərilmiş və müayinə nəticəsində Tibb Universitetinin göz xəstəlikləri kafedrası tərəfindən mütəxəssis rəyi verilmişdir. Kollegiya ilk növbədə iddia müddəti ilə bağlı xüsusi mümkünlük şərtinə münasibətdə bildirir ki, mübahisələndirilən qərar iddiaçıya poçt xidməti vasitəsi ilə göndərilmiş və işdə olan xəbərnamənin (səh. 68) “Digər qaydada” hissəsində qohumu olan şəxsə ##.##.2024-cü il tarixdə təqdim edilməsi barədə qeydiyyat aparılmışdır. Qohumunun isə həmin qərarı ona nə zaman təqdim etməsi məlum deyil. İddiaçı həmin qərardan şikayət etmiş və ona ##.##.2025-ci il tarixli məktub ilə cavab verilmişdir. Lakin məktubun nə zaman təqdim edilməsi barədə məlumat yoxdur, iddia ərizəsi ilə ##.##.2025-ci il tarixdə (zərfin üzərindəki qeyd səh.13) məhkəməyə müraciət edilmişdir. Qeyd edilənlərə əsasən iddia mümkün iddiadır. Mübahisə üzrə ilk növbədə fərqləndirilməli olan məsələ ondan ibarətdir ki, inzibati orqan istənilən vaxt müddətsiz əlillik təyinatı ilə bağlı icraatı təzələyə bilərmi? Bu məsələyə münasibətdə bildirilir ki, müddətsiz əlillik təyinatı ilə bağlı qərarın inzibati orqan tərəfindən qanunsuz əlverişli inzibati akt və ya qanuni əlverişli inzibati akt kimi qiymətləndirilməsindən asılı olmayaraq, müddətsiz əlillik təyinatı ilə bağlı icraatın təzələnməsi üçün yalnız əvvəlki qərarın düzgünlüyünü şübhə altına alan əsaslı sübutların mövcudluğu halında icraat başlana bilər. Bu hüququn təməl prinsiplərindən (qanunçuluq prinsipi) irəli gəlir. Yoxsa, inzibati orqan ümumi şəkildə “risk qrupu” adı altında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il ## ###### tarixli ** nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 3.7-ci bəndinə və “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə istinad edərək istənilən vaxt müddətsiz əlillik təyinatı ilə bağlı icraatı təzələyə bilməz. İşin araşdırılması ilə bağlı cavabdeh orqan müddətsiz əlillik təyinatı ilə bağlı icraatın təzələnməsinə əsas olmuş istinad etdiyi “risk qrupu”nun nədən ibarət olması, olduğu halda onun şəxsə nə kimi aidiyyəti olması barədə heç bir sübut təqdim etməmişdir. Mübahisə üzrə ikinci məsələ ondan ibarətdir ki, inzibati orqan özünün müddətsiz əlilliklə bağlı əvvəlki qərarının qanuniliyini qəbul edir, lakin sonradan yaranmış hüquqi və ya faktiki hallara görə, yəni iddiaçı “hissəvi reabilitasiya olunduğu” üçün 40 ildən artıq bir müddətdən sonra əlillik dərəcəsinin birinci dərəcədən ikinci dərəcəyə dəyişdirilməsi barədə qərar qəbul edir. Bu halda, mübahisənin həllinə tətbiq edilməli olan hüquq “İnzibati icraat haqqında” Qanunun 68-ci maddəsinin müvafiq normalarıdır. Qanunun 68.2-ci maddəsində qanuni əlverişli inzibati aktın ləğv edilməsi əsasları göstərilmişdir. Hazırki mübahisə üzrə həmin əsaslardan hər hansı biri müəyyən edilmir. Bundan başqa, işdə olan “xxxx” X1 tərəfindən verilmiş ##.##.2025-ci il tarixli T ***/**** nömrəli ekspert rəyindən görünür ki, iddiaçı ##.##.2025-ci il tarixdə məhkəmə-tibbi müayinədən keçərkən oftamoloqun müayinəsinə göndərilmiş və ##.##.2025-ci il tarixli baxış zamanı onda “VisOD (sağ gözün görmə itiliyi)=0.1, VisOS (sol gözün görmə itiliyi)=sonsuzluq p.1 incerta (düzgün olmayan işıq duyğusu) müəyyən edilmiş, “OD artifakiya, tor qişasının qopması, xarici çəpgözlük” diaqnozu qoyulmuşdur. Qeyd edilən xəstəlik reabilitasiya olunmur. Həmçinin, rəydən görünür ki, rəy tərtib edilməmişdən əvvəl iddiaçı Azərbaycan Tibb Universitetinə müayinəyə göndərilmiş və müayinə nəticəsində Tibb Universitetinin göz xəstəlikləri kafedrası tərəfindən mütəxəssis rəyi verilmişdir. Həmçinin, nəzərə almaq lazımdır ki, hər hansı bir xəstəliyin reabilitasiyası şəxsin gənc yaşlarında mümkün və ya qismən mümkün olduğu halda, yaşlandıqca bu ehtimal real olaraq azalır. 40 ildən artıq bir müddətdə mövcud olan xəstəliyin cavabdehin mövqeyi kimi sonradan hissəvi reabilitasiya olunması nə işdə olan sübutlarla təsdiqini tapır, nədə ağlabatan deyil. Bundan başqa, mübahisələndirilən qərar ilə əlillik dərəcəsi dəyişdirilərkən inzibati orqan tərəfindən qüvvədə olmayan Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2015-ci il tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnaməyə əsasən (Meyar 2.2, 2.2.10) (səh. 28) əlilik təyin edilməsi də qanuni deyil. Kollegiya qərarın dəyişdirilməsinə münasibətdə bildirir ki, birinci instansiya məhkəməsi ##.##.2024-cü il tarixli *******0004 nömrəli qərarı ləğv etmiş, lakin həmin qərar ##.##.2024-cü il tarixli *-**-*/*-*-****/**** saylı qərarın icrası nəticəsində sistemə işlənmiş, *-**-*/*-*-****/**** saylı qərar isə bir neçə şəxsə münasibətdə qəbul edilmiş və həmin qərar iddiaçıya münasibətdə tam şəkildə əlverişsiz vəziyyət yaratmamışdır. Həmçinin, Şirvan Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının ## ### 2026-cı il tarixli 2-1(3-9)-249/2026-cı il tarixli qərardadı ilə iddiaçının iddianın dəyişdirilməsi barədə ərizəsi icraata qəbul edilmişdir. Qeyd edilən səbəblərdən “Tibbi-sosial ekspert komissiyasının ##.##.2024-cü il tarixli *-**- */*-*-****/**** saylı qərarı iddiaçıya aid hissədə - ##.##.2024-cü il tarixdən “hissəvi reabilitasiya olunması” barədə qərar qəbul edilməsi və ümumi xəstəlik səbəbindən müddətsiz ikinci dərəcə əlilliyin təyin edilməsi hissədə ləğv edilməli və ümumi xəstəlik səbəbilə təyin olunmuş müddətsiz birinci dərəcə əlilliyin ikinci dərəcəli əlilliyə dəyişdirildiyi tarixdən bərpa edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməli, iddia təmin edilməlidir.

Nəticəvi hissə:

Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

qərara aldı:

Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli *-*(***)-****/**** nömrəli qərarı dəyişdirilsin. İddia təmin edilsin. “Tibbi-sosial ekspert komissiyasının ##.##.2024-cü il tarixli *-**-*/*-*-****/**** saylı qərarı iddiaçıya aid hissədə - ##.##.2024-cü il tarixdən “hissəvi reabilitasiya olunması” barədə qərar qəbul edilməsi və ümumi xəstəlik səbəbindən müddətsiz ikinci dərəcə əlillik təyin edilməsi hissədə ləğv edilsin. İddiaçı İddiaçı ümumi xəstəlik səbəbilə təyin olunmuş müddətsiz birinci dərəcə əlilliyin ikinci dərəcəli əlilliyə dəyişdirildiyi tarixdən bərpa edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspetiza və Reabilitasiya Agentliyi X1in üzərinə qoyulsun. Məhkəmə qərarından tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə (AZ 1025, Bakı şəhəri,Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar