Məhkəmə qərarları › İş №2-1(3-9)-25/2026

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-9)-25/2026

17.06.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 2-1(3-9)-25/2026 17.06.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyası hakimlər Hüseynov Fikrət Cilingir oğlu (sədrlik edən və məruzəçi), Quliyev Ceyhun Əmir oğlu və X1 ibarət tərkibdə, Hüseynli Bülbül Düldül oğlunun katibliyi, iddiaçı İddiaçı, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, Şirvan Inzibati Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti əsasında iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı qərarın ləğv edilməsi və əlillik dərəcəsinin müəyyən edilməsi tələbinə dair inzibati işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə Şirvan Inzibati Məhkəməsinə müraciət edərək, Tibbi-Sosial Ekspert Komissiyasının ##.##.2024-cü il tarixli *******0003 saylı qərarının ləğv edilməsi və ##.##.2024-cü il tarixdən D********TBD nömrəli ##.##.2024-cü il tarixli göndəriş əsasında “hərbi xidmət dövrü ilə əlaqədar” səbəbi ilə ona XBT10 kodu “M51-digər şöbələrin fəqərə arası diskilərinin zədələnmələri” diaqnozu üzrə orqanizm funksiyalarının pozulmasını faiz dərəcəsi müəyyən edilərək müvafiq əliliyin müəyyən edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Şirvan Inzibati Məhkəməsinin (hakim H.Nəcəfov) ## ###### 2025-ci il tarixli, *- *(***)-****/**** nömrəli qərarı ilə iddia təmin edilmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçıda olan xəstəliklərin və ağırlaşmaların onun barəsində tərtib edilən D********TBD nömrəli ##.##.2024-cü il tarixli göndərişdə öz əksini tapmış və sübutlar nəticəsində qeyd edilən xəstəliklər üzrə göndərişin düzgün və tam doldurulduğu müəyyən edilmişdir. Digər məqam iddiaçıda olan xəstəliyin əsas diaqnoz üzrə XBT10 – kodunun M51 olmasıdır ki, həmin xəstəliyin və göndərişdə qeyd edilən ağırlaşmaların iddiaçıda mövcudluğu öz təsdiqini tapır. Meyarlar üzrə dəyişikliklərdən sonra əlillik Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il ## ### tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda nəzərdə tutulan insanın həyat fəaliyyətinin əsas kateqoriyaları və onların məhdudlaşma dərəcələri və “Əlilliyin müəyyən olunması meyarları”na Əlavə- “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə əsasən müəyyən olunduğundan qeyd edilən hissəyə nəzər yetirilməsi zəruridir. Belə ki, qeyd edilən həmin XBT10 – kodu M51 üzrə müyarlar cədvəlində 5 fərqli əlillik dərəcəsi və müddəti qeyd edilmişdir. Lakin hal-hazırki iş üzrə iddiaçıda olan xəstəliklər öz təsdiqini tapsa da, məhkəmə hesab edir ki, həmin hissədə əlilliyin Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisini D********TBD nömrəli göndərişlə qeyd edilən xəstəlik və ağırlaşmalar üzrə hansı bəndə uyğun olmasını cavabdeh inzibati orqan müəyyən etməlidir. Qərardan cavabdeh tərəfindən apellyasiya şikayəti verilmişdir. Işin halları Iddiаçı tələbini onunla əsaslandırmışdır ki, 2017-ci ilin iyul ayından Azərbaycan Respublikası Silahlı Qüvvələrin N saylı hərbi hissəsində MAHHXHQ R kimi xidmət etmişdir. Hərbi xidmət dövründə xəstələnmiş, xəstəliyi ilə bağlı hospitala göndərilərək müayinə olunmuşdur. Ağır dərəcəli xəstədir, xəstəliyinin diaqnozu: L5 fəqərəsinin spondilolisterzinin, hər iki aşağı ətrafın distal parezinə görə aparılmış L5-S1 fəqərələrinin transpedukluyar fiksasiyası, bilateral hemiiaminoekomiyası əməliyyatının nəticəsində onurğa sütunun bel şöbəsinin funksiyasının mühüm dərəcədə pozulması ilə. Distal parezlə nəticələnmiş xroniki diskogen mənşəli bilateral L5 radikulopatiyası, natatam remissiya mərhələsində. Ikincili hissəvi adentiya. Həkim komissiyasının qərarında bu diaqnoz üzrə qeyd olunur ki, xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır. Həm dinc,dövürdə , həm də müharibə dövründə hərbi xidmətə yararsızdır. Bu haqda Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyas tərəfindən ***** nömrəli Xəstəlik haqqında şəhadətnamə verilmişdir. ##.##.2022-##.##.2022-ci il tarixədək Respublika Neyrocərahiyyə Xəstəxanasında “L5 fəqərəsinin spondilolistezi, Cərrahi əməliyyatdan sonrakı vəaiyyəti” diaqnozu ilə stasionar müalicə. ##.##.2022-ci il tarixdə “L5-S1 transpedikulyar fiksasiyası. Bilateral L5 hemilaminoektomiya” cərrahi əməliyyat icra edilmişdir. Respublika Neyrocərrahiyyə Xəstəxanasında ##.##.2022-ci il tarixə kimi müalicə almış, ##.##.2023-cü il tarixdə Biləsuvar rayon Mərkəzi Xəstəxanasında müalicə, ##.##.2023-cü il tarixdə Biləsuvar rayon Mərkəzi xəstəxanası, ##.##.2024-cü il tarixdə Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası publik hüquqi şəxs. Qeyd olunduğu kimi illərdir ki, müxtəlif xəstəxanalarda stasionar və ambulator qaydada müalicələr almış, lakin xəstəliyi sağalmamışdır. Xəstəliyi ilə bağlı əlillik təyin edilməsindən ötəri mövcud qaydalara əsasən sənədləri Tibbi-Sosial Ekspert komissiyasına göndərilmiş, lakin ona imtinalar verilmişdir. Faktiki olaraq əmək qabliyyətini itirmiş, hazırda xəstəliyi ilə bağlı işləyə bilmir. Cavabdehin iddiaya qarşı etiraz dəlilləri ondan ibarət olmuşdur ki, iddiaçının əlillik vəziyyətinə sonuncu dəfə Biləsuvar Rayon Mərkəzi Xəstəxanasının ##.##.2024-cü il tarixli göndərişi əsasında baxılmış və Diaqnozun mətni: Bel və digər şöbələrin fəqərəarası disklərinin radikulopatiya ilə. Dıskogen L5-S1 radikulopatiya L5-S1 transpedikulyar fiksasiya Digər dəqiqləşdirilmiş cərrahı müdaxilədən sonrakı vəziyyətlər Bilateral L5 hemilomiektomıya əməliyyatından sonrakı vəziyyət Mərkəzə göndərilmənin/Imtina edilmənin səbəbi: Diaqnoz əlillik əlaməti təyin etməməsi - Səbəb Diaqnoz öz təsdiqini tapmaması - Səbəb: Diaqnozun təsdıqlənməməsı barədə qərar qəbul edilmişdir səbəbi ilə imtina verilmişdir. İddiaçı əlillik vəziyyəti DTSERA-da ##.##.2023-cü il tarixli göndəriş əsasında əyani müayinə zamanı qiymətləndirilmiş və Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar verilmişdir. Daha sonra əlillik vəziyyəti DTSERA-da ##.##.2023-cü il tarixli göndəriş əsasında əyani müayinə zamanı qiymətləndirilmiş və Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar verilmişdir. Yenidən əlillik vəziyyətinin qiymətləndirilməsi üçün tibb müəssisəsinin yeni göndərişi rəsmiləşdirilmiş, qərar verilməsi üçün Agentliyə göndərilmişdir. Vətəndaşın müraciəti əsasında ##.##.2023-cü il tarixində əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən ##.##.2022-ci il tarixli ***** nömrəli xəstəlik haqqında Şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə “L” fəqərəsinin spondilolistezinin, hər iki aşağı ətrafın distal parezinə görə aparılmış L-S, fəqərələrinin transpedukulvar fiksasivası. bilateral hemilaminoektomivası əməliyyatının (##.##.2022) nəticəsində onurğa sütunun bel şöbəsinin funksiyasının mühüm dərəcədə pozulması ilə. Distal parezlə nəticələnmiş xroniki diskogen mənşəli bilateral radikulopativası, natamam remissiya mərhələsində. Ikincili hissəvi adentiva. diaqnozla xəstəliyin səbəb əlaqəsi “Xəstəlikdir, Hərbi xidmət dövründə alınmışdır” kimi müəyyənləşdirilmişdir. Vətəndaş ##.##.2023-cü il tarixində DTSERA-da əyani müayinədə olmuş, xəstənin obyektiv vəziyyətinin müayinəsi zamanı asağı ətraflara irradiasiva edən bel ağrılarından şikayətlənmişdir. Anamnezində 2022-ci ildə laminektomiya əməliyyatı keçirdiyi məlum olmuşdur. Nevroloii müavinə zamanı aşağı ətraf əzələlərində hipotrofıya və ya atrofiya. parez, iflic qeyd edilməmiş, vətər refleksləri D<S sadda kökcük zədələnməsi ilə bağlı azlamıs. əzələləri hər iki tərəfdə simmetrik müşahidə edilmişdir." kimi qeyd olunmuş, Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Növbəti dəfə vətəndaş ##.##.2023-cü il tarixində DTSERA-da əyani müayinədə olmuş, Xəstənin obyektiv vəziyyətinin müayinəsi zamanı asaqı ətraflara irradiasiva edən bel ağrılarından şikayətlənmişdir. Anamnezində 2022-ci ildə laminekıomiva əməliyyatı keçirdiyi. -L5-S1 fəqərələrinə fiksatorgovulduöu məlum olmuşdur. Nevroloii müavinə zamanı asaqı ətraf əzələlərində hipotrofiva və ya atrofiya. parez. iflic qeyd edilməmiş, vətər refleksləri D<S sadda kökcük zədələnməsi ilə bağlı zəifləmiş, əzələləri hər iki tərəfdə simmetrik müşahidə edilmişdir. Medikamentoz preparatlardan ağrıkəsicilər və Diklofenak qəbul etdiyini bildirmişdir." kimi qeyd olunmuş. Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı komissiya otağına kənar şəxslərin yardımı ilə daxil olmuş. Yerişində çətinlikdən, sidikqaçırmadan şikayətlənmişdir. Cərrahi əməliyyat keçirdikdən sonra vəziyyətinin pisləşdiyini söyləmişdir. Belində korset olduğu izlənilmişdir. Müayinə zamanı onurğanın bel şöbəsində -7-8 sm ölçülü əməliyyat çapığı izlənilmiş, yuxarı və aşağı ətraflarda hərəkətlər sərbəst və ağrısız olmuşdur. Nevroloji baxış zamanı yuxarı və aşağı ətraflarda əzələ gücü və tonus tam, reflekslər canlı alınmış D=S, hipotrofiya. atrofiya. parez, iflic aşkarlanmamışdır. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddianın təmin edilməməsini xahiş etmişdir. Şikayətin dəlilləri ondan ibarətdir ki, məhkəmə yalnız ekspert rəyinə əsaslanaraq, əsassız qərar qəbul etmişdir. Prosessual məsələlər Iddiaçı məhkəmə iclasında apellyasiya şikayətinin dəlillərini qəbul etməmiş və şikayətin təmin edilməməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi şikayəti müdafiə edərək, təmin olunmasını xahiş etmişdir. Əsaslandırma Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası iddia tələbinin mahiyyəti ilə bağlı aşağıdakıları qeyd edir. Iş materiallarına əlavə edilmiş: -Əlillik altsistemindən çıxarışlardan və cavabdehin etirazından görünür ki, iddiaçıya əlillik təyinatından 2023-2024-cü illər aralığında bir neçə dəfə imtina edilmiş, sonuncu qiymətləndirmə nəticəsində ##.##.2024-cü il tarixli qərarla imtina edilmiş, əsas kimi diaqnozun əlillik təyinatına əsas verməməsi qeyd edilmişdir. -“Biləsuvar Rayon Mərkəzi Xəstəxanası” PHŞ tərəfindən verilmiş ##.##.2024-cü il tarixli tibbi göndərişdən görünür ki, XBT kodu M51.1. Diaqnozun mətni: “Bel və digər şöbələrin fəqərəarası disklərinin radikulopatiya ilə. Diskogen L5-S1 radikulopatiya L5-S1 transpedikulyar fiksasiya Digər dəqiqləşdirilmiş cərrahı müdaxilədən sonrakı vəziyyətlər Bilateral L5 hemilomiektomıya əməliyyatından sonrakı vəziyyət” göstərilmişdir. -Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının ##.##.2022-ci il tarixli, ***** nömrəli xəstəlik haqqında şəhadətnamənin surətindən görünür ki, N nömrəli hərbi hissə komandirinin ##.##.2022-ci il tarixli, **** nömrəli göndərişi ilə ##.##.1989-cu il təvəllüdlü R İddiaçı vəziyyəti “L fəqərəsinin spondilolistezinin, hər iki aşağı ətrafın distal parezinə görə aparılmış L-S, fəqərələrinin transpedukulvar fiksasivası. bilateral hemilaminoektomivası əməliyyatının (##.##.2022) nəticəsində onurğa sütunun bel şöbəsinin funksiyasının mühüm dərəcədə pozulması ilə. Distal parezlə nəticələnmiş xroniki diskogen mənşəli bilateral radikulopativası, natamam remissiya mərhələsində” diaqnozu ilə “Xəstəliklər cədvəli”nin 82a, 26b maddəsinin III qrafasına və ƏTC-yə (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il ## ###### tarixli ** nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”yə qoşma) əsasən, Həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsız kimi qiymətləndirilmişdir. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “xxxx” publik hüquqi şəxsi ##.##.2025-ci il tarixli, T**/**** nömrəli ekspert rəyində qeyd edilmişdir ki, 1.3.İddiaçı Akademik M.Mirqasımov adına Respublika Klinik Xəstəxanasında 19.01-##.##.2024-cü il tarixlərdə müayinə və müalicədə olarkən müalicə həkimi psixiatr tərəfindən ona XBT 10 kodu ilə “ M51.1- Diskogen L5-S1 radikulopatiya. Z98.8- L5-S1 transpedikuliya pedikuliya fıksasiya, G83.1-Biloteral L5 hemilaminektomiyadan sonrakı vəziyyət, kökcük ağrı sindromu, sağ pəncənin parezi. M 16.0- Ikitərəfli birincili koksartroz.” diaqnozu müəyyən edilmişdir. Iddiaçının adına olan digər göndəriş və tibbi sənədlərdə “M51.1” XBT 10 kodu ilə qeyd edilən xəstəlikdən başqa M30, M41, M42, M43.1, D63 üzrə göstərilən hallardan hər hansı birinə rast gəlinmədi. -Məhkəmə kollegiyasının müvafiq qəradadı ilə əldə edilmiş Səhiyyə Nazirliyinin “xxxx” publik hüquqi şəxsinin ##.##.2026-cı il tarixli, T ***/**** saylı rəyində göstərilmişdir ki, İddiaçı əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilməsi ilə bağlı müvafiq tibb müəssisəsində tərtib edilmiş göndərişdə qeyd edilən “XBT 10 kodu: Əsas diaqnoz: M51.1 -Bel və digər şöbələrin fəqərəarası disklərinin radikulopatiya ilə. Diskogen L5-S1 radikulopatiya. L5-S1 transpedikulyar fıksasiya; Ağırlaşmalar: M16.0- Ikitərəfli birincili koksartroz, G83.1-Aşağı ətrafların monoplegiyası. Kökcük ağrı sindromu. Sağ pəncənin parezi, N31.2-Sidik kisəsinin başqa rubrikalarda təsnif olunmayan neyrogen zəifliyi. Çanaq funksiyasının sidik ifrazın saxlamamaq şəklində pozulması, Z98.8-Digər dəqiqləşdirilmiş cərrahi müdaxilədən sonrakı vəziyyətlər. Bilateral hemiloektomiya əməliyyatından sonrakı vəziyyət” diaqnoz ona stasionarlarda müayinə və müalicələri zamanı müəyyən edilmişdir. Şəxsin ##.##.2026-cı il tarixdə məhkəmə- tibbi ekspertizası zamanı onurğanın bel-oma nahiyəsinin korsetlə fıksə olunması, korseti açdıqda həmin nahiyədə əməliyyat yerinə məxsus ağımtıl rəngli, boylama istiqamətli çapıq və hərəkət məhdudluğu, yerişin çətinləşməsi, dəstəklə yerindən qalxması, sağ aşıq-baldır oynağında açma-büknə hərəkətinin bir qədər məhdud olması, pampersdən istifadə müşahidə edilmiş, ətraflarda əzələ atrofıyası, pəncə sallanması aşkar olunmamışdır. -Kəpəz Hospitalda İddiaçı adına icra edilmiş ##.##.2026-cı il tarixli elektroneyromioqrafiya müayinə zamanı aşağı ətraflarda (sağ aşağı ətrafda) nevral tipli pozulma xroniki aksonal degenerasiya ilə xarakterizə olunur. -İddiaçı M.Ə.Mirqasımov adma Respublika Klinik Xəstəxanada 23- ##.##.2026-cı il tarixlərdə “XBT 10 kodu üzrə M51.1-Diskogen L5-S1 radikulopatiya. L5- S1 transpedikulyar fıksasiya, Z98.8-Bilateral L5 hemilaminoektomiya cərrahi əməliyyatdan sonrakı vəziyyət, G83.2-Sağ pəncənin parezi R20-hissi M62.5-trofiki pozulmalar ilə, R26-Yeriş funksiyasının pozulması, R25.2-Kökcük ağrı sindromu ilə, N32- Çanaq orqanlarının funksiyasının pozulması” diaqnozu ilə stasionar müayinə və müalicədə olmuşdur. -İddiaçı məhkəmə-tibbi müayinə zamanı Elmi-Tədqiqat Travmatologiya və Ortopediya Institutuna göndərilmiş və ##.##.2026-cı il tarixdə mütəxəssislər tərəfindən müayinə zamanı ona “XBT 10 üzrə kod: M43.1, Z98.8, M24.5, M41, M40, M47, M42, G83, M21,R52.2, M62.5, R26.8-Onurğanın L5 fəqərəsinin spondilolistezinə görə aparılmış transpedikuliyar vintlərlə fıksasiya cərrahi əməliyyatdan sonrakı vəziyyət. Onurğanın beloma nahiyəsində hərəkət məhdudluğu. Onurğanın ikinci dərəcəli skolioz deformasiyası. Birinci dərəcəli torakal hiperkifoz. Spondilyoz. Osteoxondroz. Sağ pəncənin parezi. Hər iki pəncənin varus deformasiyası. Daimi ağrı. Sağ aşağı ətrafda əzələlərin hipotrofıyası. Dayaq-hərəkət və çanaq orqanlarının funksional pozğunluğu” diaqnozu qoyulmuşdur. Şərh olunan tibbi rəydə qeyd edilmiş diaqnoz və ağırlaşmalar əlillik təyinatına əsas verməsinə baxmayaraq, cavabdeh bu halı nəzərə almamışdır. Belə ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin ## ### 2022-ci il tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 13.5.1.3-cü bəndində “aşağı ətraf funksiyalarının əhəmiyyətli pozuntusu: təzahür edən paraparez, əhəmiyyətli təzahür edən distal paraparez, distal paraplegiya və ya təzahür edən proksimal; distal paraplegiya və ya təzahür edən proksimal paraparez aşağı ətraflarda; sidiyin (8 saatda 600 ml və daha çox) və nəcisin (formalaşmış nəcisin) saxlanılmamasının ağır dərəcəsi” diaqnozu üzrə orqanizmin funksiyalarının pozulması dərəcəsi 70-90 % müəyyən edilməklə, müddətsiz əlillik təyinatının aparılmasına əsas verir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qərarın əsaslandırıcı hissəsində iddiaçının orqanizmində baş verən patoloji pozuntuları Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ### 2022-ci il tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın müvafiq bəndi ilə eyniləşdirməmiş, həmçinin qərarın nəticə hissəsində orqanizmin funksiyalarının pozulma faizini və əlilliyin hansı müddətə təyin edilməsini müəyyən etməmişdir. “Inzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: -17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. -22.2. Işin nəticəsində marağı olan vəzifəli şəxs inzibati icraatda iştirak edə bilməz. -24.1. inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. -24.2. inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun:- -3.1-ci maddəsinə əsasən şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. -3.2-ci maddəsinə əsasən əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. -3.3-cü maddəsinə əsasən şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. -3.3-1-ci maddəsinə əsasən maddəsinə əsasən əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. -3.4-cü maddəsinə əsasən əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. -4.3-cü maddəsinə əsasən əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “Inzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. -6.4-cü maddəsinə əsasən əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il ## ###### tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın: -1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. -1.5. Şəxsin əlilliyi aşağıdakı səbəblərdən birinə əsasən müəyyən edilir: 1.5.1. ümumi səbəblərdən: 1.5.1.1. ümumi xəstəlik; 1.5.1.2. istehsalat zədəsi; 1.5.1.3. peşə xəstəliyi; 1.5.1.4. Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar; 1.5.1.5. hərbi xidmət dövrü ilə əlaqədar; 1.5.1.6. hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar; 1.5.1.7. terror hadisəsi ilə əlaqədar; 1.5.2. xüsusi səbəblərdən: 1.5.2.1. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar; 1.5.2.2. 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar; 1.5.2.3. hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar; 1.5.2.4. Çernobıl AES-də hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar. 1.6. Orqanizmin funksiyalarının pozulması faizinin, səbəbinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin: -68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. -68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, bununla yanaşı birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 81-82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Şirvan Inzibati Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı dəyişdirilsin. Qərardan tam formada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar