Məhkəmə qərarları › İş №2-1(3-9)-253/2026

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-9)-253/2026

10.06.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 2-1(3-9)-253/2026 10.06.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyası hakimlər Hüseynov Fikrət Cilingir oğlu (sədrlik edən və məruzəçi), Quliyev Ceyhun Əmir oğlu və X1 ibarət tərkibdə, Hüseynli Bülbül Düldül oğlunun katibliyi, iddiaçı İddiaçı iştirakı ilə, Şirvan Inzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti əsasında iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyi Təhsildə X4rşı qərarın ləğv edilməsi, diplomun tanınması və ekvivalentik haqqında şəhadətnaməsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyi Təhsildə X4rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Agentliyin ##.##.2025-ci il tarixli qərarının ləğv edilməsi və Rusiya Federasiyasının Mahaçqala şəhərində yerləşən “xxxx” təhsil müəssisəsi tərəfindən verilmiş ##.##.2019-cu il tarixli, **** saylı bakalavr diplomunun tanınması və ekvivalentik haqqında şəhadətnaməsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıхаrılmаsmı хаhiş еtmişdir. Şirvan Inzibati Məhkəməsinin (hakim A.Hüseynova) ## ###### 2026-cı il tarixli, *- *(***)-****/**** nömrəli qərarı ilə iddianın təmin edilməməsi qərara alınmışdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdehin imtinasına əsas olmuş ekspert qrupunun rəyinə görə, iddiaçının təhsili ilə bağlı təqdim etdiyi sənədlərə və təhsil aIdığı müddət ərzində ölkə sərhəddini keçməsinə dair məlumat cədvəlinə və işdə olan digər sənədlərə əsasən onun xarici ölkədə (Rusiya Federasiyasında) aldığı təhsilin Azərbaycan Respublikasının dövlət standartlarına uyğunluğu müəyyən edilmir. Belə ki, həmin ekspert qrupu tərəfindən araşdırma nəticəsində müəyyən edilmişdir ki, Rusiya Federasiyasının Mahaçqala şəhərində yerləşən “xxxx” təhsil müəssisəsi tərəfindən verilmiş “Iqtisadiyyat” ixtisası (bakalavr/qiyabi) üzrə tədris normativi üzrə təhsil almaq üçün tələb olunan müddətin qarşılığında iddiaçı həmin ölkədə qısa müddət ərzində olduğundan onun diploma əlavədə qeyd olunmuş tədris yükünün yerinə yetirməsi mümkün deyildir. Iddiaçının təhsil aldığı ölkədə olma müddəti nəzərə alındıqda onun tərəfindən tədris yükünün yerinə yetirmədiyi və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərə uyğun olmadığı müəyyən edilir. Başqa sözlə, iddiaçı İ tədris ili üzrə təhsil aldığı ölkədə cəmi 13 gün, II tədris ili üzrə 3 gün, III tədris ili üzrə 2 gün, IV tədris ili üzrə 2 gün, V tədris ili 1 gün olmuş, digər dövrlərdə isə ümumiyyətlə təhsil aldığı ölkəyə getməmişdir. Deməli, o, tədrisə faktiki cəlb olunmaqla auditoriya dərslərində iştirak etməmişdir. Göründüyü kimi, iddiaçının bakalavriat səviyyəsində aldığı təhsilin forması qiyabi olduğu halda onun qanunvericiliklə nəzərdə tutulmuş müddət ərzində universitetin dərslərində iştirak etməməsi, tədris normativ üzrə orada təhsil almaq üçün tələb olunan müddətin qarşılığında həmin ölkədə müddət ərzində qalmaqla, dərslərə davamiyyət etmədən tədris proqramını yerinə yetirməsi qeyri-mümkündür. Bu hal isə onun müvafiq tədris pilləsi üzrə müəyyən edilmiş təhsil proqramını mənimsəməsini şübhə altına alır. Göründüyü kimi, Rusiya Federasiyası tərəfindən verilmiş diplomların tanınması üçün Azərbaycan Respublikasında müvafiq ixtisas dərəcəsi haqqında verilən diplomların təhsil müddətinə uyğun gəlməsi zəruri şərt kimi müəyyən edilmişdir ki, iddiaçıya hazırkı iş üzrə verilmiş diplom üzrə də məhz qeyd olunan şərtə riayət edilməmişdir. Bundan başqa hətta iddiaçı ölkə ərazisində zəruri müddətdə iştirakını təmin etsə idi belə, iddia tələbinin təmin edilməsi mümkün deyildir. Belə ki, iddiaçı tərəfindən təqdim olunmuş diplomda təhsil formasının qiyabi, təhsilin davaetmə müddətinin isə 4 il olduğu göstərilmişdir. Nəzərə alınmalıdır ki, "Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”-nın 3.7-ci bəndinin tələbləri baxımından xarici dövlətdə ali təhsil sahəsində ixtisas almaq üçün təlimin ümumi normativ müddəti Azərbaycan Respublikasında təhsilin dövlət standartlarında nəzərdə tutulduğundan bir il az olduqda ekspert qrupları tərəfindən mənfi rəy verilir. Hazırda Azərbaycan Respublikasında qiyabi forma üzrə təhsil müddəti əyani təhsilalma formasının tədrisə tam cəlb olunma (fulltime) növü üzrə təhsilin normativ müddətindən bir il artıq olduğundan, bu da qiyabi təhsil müddətinin 5-6 il davam etdiyini göstərir. Belə olan halda, iddiaçının aldığı təhsil müddəti Azərbaycan Respublikasında təhsilin dövlət standartlarında nəzərdə tutulandan bir il az olduğundan, onun diplom üzrə kvalifikasiyasının tanınması mümkün deyildir. Cavabdehin imtinasının ikinci hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması zamanı nəzərə alınan əsas meyarlardan biri də təhsilin məzmunu və ixtisasın keyfiyyətinin kifayət qədər olmasıdır və bu hal Qaydalarda nəzərdə tutulmuş ixtisasın tanınmasından imtina üçün nəzərdə tutulmuş 3.7-ci bəndin geniş təfsirinə əsas verir. Məhkəmə araşdırılması zamanı iddiaçının dil bilik səviyyəsinin qənaətbəxş olmaması müəyyən edilmişdir ki, bu hal ixtisasın tanınması üçün nəzərdə tutulmuş təhsilin keyfiyyət göstəricisinə cavab vermədiyini sübut edir. Qərardan iddiaçı tərəfindən apellyasiya şikayəti verilmişdir. Işin halları Iddiаçı tələbini onunla əsaslandırmışdır ki, 2015-ci ildən 2019-cu ilədək Rusiya Federasiyasının Mahaçqala şəhərində yerləşən “xxxx” ali təhsil müəssisəsində qiyabi formada iqtisadiyyatçı ixtisası üzrə təhsil almışdır. Aldığı ixtisas üzrə bakalavr proqramını tam mənimsəmişdir və bu barədə ona DI №**** saylı ##.##.2019-cu il tarixli diplom təqdim edilmişdir. Diplom Dağıstan Respublikası Təhsil və Elm Nazirliyinin idarəsi tərəfindən apostil olunmuşdur. Cavabdeh təşkilata rəsmi qaydada aldığı ixtisas üzrə bakalavr dərəcəsini bitirməyi və ## #### 2019-cu il tarixli , Д № **** nömrəli diplomun tanınması barədə rəsmi müraciət ünvanlamışdır. TKTA tərəfindən müraciətinə cavab olaraq verilmiş NA******** saylı imtina məktubu ilə diplomun aşağıdakı əsaslara görə ölkə ərazisində tanınmasından imtina edilmişdir. Həmin məktubda qeyd olunur ki, onun təhsil aldığı ölkədə olduğu müddət müvafiq tədris proqramının mənimsənilməsi üçün kifayət etməmişdir. Hesab edir ki, cavabdehin imtinası qanunsuz, qərəzli və qeyri obyektivdir və həmin məktubda göstərilənlərə cavab olaraq aşağıdakıları bildirmək istəyir: O, təhsil aldığı müddətdə mütəmadi olaraq dərslərdə iştirak etmiş, bir müddət səhhətində baş vermiş ciddi narahatlıqla bağlı əməliyyat olunduğu üçün iştirakı mümkünsüz olub. Bu barədə təhsil müəssisəsinə tərəfindən məlumat verilmişdir. Təhsil müəssisəsi tərəfindən iştirak etməməsi səbəbi üzrlü sayılmışdır. Bu barədə həkim müayinəsində olduğuna və əməliyyat olunduğuna dair arayışı təqdim edir. Cavabdeh tərəfindən iddiaya qarşı etirazda qeyd edilmişdir ki, iş üzrə inzibati icraat Azərbaycan Respublikası Prezidentinin 2023-cü il ## ###### tarixli **** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları”na uyğun olaraq aparılmışdır, Qaydalara uyğun olaraq iddiaçının tədris ili ərzində müvafiq təhsil səviyyəsi üzrə nəzərdə tutulmuş təhsilin normativ müddətinin ən azı yarısı qədər həmin ölkədə olmaması səbəbindən ##.##.2025-ci il tarixli qərarla onun müraciəti üzrə imtina qərarı verilmişdir. Qaydalarda tanınmaya dair tələblər arasında yer alan bir tədris ili ərzində müvafiq kvalifıkasiya üzrə nəzərdə tutulmuş təhsilin normativ müddətinin ən azı yarısı qədər təhsil aldığı ölkənin ərazisində olmasının İddiaçı vəziyyətinə nisbətdə dəyərləndirilməsi üçün onun sərhədkeçmə məlumatlarına baxış keçirilmiş, iddiaçının təhsil aldığı xarici ölkədə olmaq müddətini araşdırmış və onun sərhədkeçmə məlumatları aşağıdaki kimi müəyyənləşdirilmişdir: İ il-13 gün II il-3 gün III il- 2 gün IV il-2 gün V il-1 gün Iddiaçının qeyd olunan mövcud qiyabi təhsil normativi tələblərinə uyğun şəkildə bakalavriat səviyyəsi üzrə əldə etdiyi kvalifikasiyaya münasibətdə tədris prosesində iştirak etməməsi, iddiaçının ixtisas üzrə göstərilən tədris yükünü qeyd olunan təhsil müddəti ərzində əldə etməsini istisna edir. Apellyasiya şikayətinin dəlilləri Prosessual məsələlər Iddiaçı məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verməklə, şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 62-ci maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası iddia tələbinin mahiyyəti ilə bağlı aşağıdakıları qeyd edir. Iş materiallarına əlavə edilmiş: -Azərbaycan Respublikası Təhsil Nazirliyi Təhsildə Keyfiyyət Təminatı Agentliyinin ##.##.2025-ci il tarixli, NA******** saylı qərarına əsasən, üzrə nəzərdə tutulmuş təhsilin normativ müddətinin yarısı qədər təhsil aldığı ölkənin ərazisində olmaması müəyyən edilmişdir. Beləliklə, Azərbaycan Respublikası Prezidentinin 2023-cü il ## ###### tarixli, **** nömrəli Fərmanı ilə təsdiq edilmiş "Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları"nın 3.10.1-ci və 4.1.4-cü bəndlərinə əsasən ərizəçinin xarici dövlətin ali təhsilə aid kvalifikasiyasının tanınmasından imtina edilməsi üçün hüquqi əsas yaranmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il ## ##### tarixli, ** nömrəli qərarı ilə təsdiq edilmiş "Ali təhsil pilləsinin dövlət standartı və proqramı"nın 8.7.2ci bəndinə əsasən qiyabi forma üzrə tələbələrin auditoriya dərslərinin həcmi bakalavriat səviyyəsində ildə 180-240 saat nəzərdə tutulur. Eyni zamanda Azərbaycan Respublikası Prezidentinin 2023-cü il ## ###### tarixli, **** nömrəli Fərmanı ilə təsdiq edilmiş "Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları"nın 4.1.5-ci bəndinə əsasən xarici dövlətlərdə əldə olunan ali təhsilə aid kvalifikasiyaların tanınması üçün Milli Kvalifikasiyalar Çərçivəsi üzrə orta ixtisas təhsili, bakalavriat (əsas (baza ali) tibb təhsili) və magistratura səviyyələrinə uyğun kvalifikasiyalara münasibətdə tədris müddətinin ən azı üçdə ikisində ənənəvi təlim metodlarına əsaslanan formal təhsilin əldə olunması (tibb və səhiyyə ixtisasları üzrə təhsilin normativ müddətində ənənəvi təlim metodlarına əsaslanan formal təhsilin əldə olunması) tələb olunur. Yuxarıda göstərilənləri nəzərə alaraq Azərbaycan Respublikası Prezidentinin 2023-cü il ## ###### tarixli, **** nömrəli Fərmanı ilə təsdiq edilmiş "Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarmın tanınması Qaydalarının 3.10.1-ci bəndinə əsasən Ərizəçinin xarici ali təhsilə dair kvalifikasiyasının tanınmasından imtina edilmişdir. -Məhkəmə kollegiyasının müvafiq sorğusuna cavab olaraq verilmiş Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarətinin ## ### 2026-cı il tarixli, *-**-**/*- ****/**** nömrəli məktubunda qeyd edilmişdir ki, ##.##.1991-ci il təvəllüdlü İddiaçı 2015- 2019-cu illər ərzində dövlət sərhədindən hərəkəti barədə IAMAS bazasında məlumat qeydə alınmışdır: Tarix Istiqamət Ölkə ##.##.2015 Çıxış Rusiya ##.##.2015 Giriş Rusiya ##.##.2015 Çıxış Rusiya ##.##.2015 Giriş Rusiya ##.##.2016 Çıxış Rusiya ##.##.2016 Giriş Rusiya ##.##.2017 Çıxış Rusiya ##.##.2017 Giriş Rusiya ##.##.2017 Çıxış Rusiya ##.##.2017 Giriş Rusiya ##.##.2017 Çıxış Iran ##.##.2017 Giriş Iran ##.##.2017 Çıxış Rusiya ##.##.2017 Giriş Rusiya ##.##.2018 Çıxış Rusiya ##.##.2018 Giriş Rusiya ##.##.2018 Çıxış Rusiya ##.##.2018 Giriş Rusiya ##.##.2019 Çıxış Rusiya ##.##.2019 Giriş Rusiya ##.##.2019 Çıxış Rusiya ##.##.2019 Giriş Rusiya ##.##.2019 Çıxış Rusiya ##.##.2019 Giriş Rusiya ##.##.2019 Çıxış Rusiya ##.##.2019 Giriş Rusiya -“Modern Hospital” tərəfindən verilmiş ##.##.2016-cı il tarixli epikrizdən görünür ki, İddiaçı rinoplastika əməliyyatı olunmuşdur. -“Lor Hospital”ın ****/** saylı, ##.##.2019-cu il tarixli epikrizindən görünür ki, İddiaçı “xroniki tonzillit” diaqnozu qoyulmuş, xəstə üzərində ##.##.2019-cu il tarixdə “Tonzillektomiya” cərrahi əməliyyatı aparılmışdır. -Д № **** nömrəli, ##.##.2019-cu il tarixli diplomun surətindən görünür ki, İddiaçı Rusiya Federasiyasının Mahaçqala şəhərində yerləşən “xxxx” ali təhsil müəssəsində iqtisadiyyat ixtisası üzrə əyani formada bakalavr təhsili almışdır. Diploma əlavənin surətində əlavə məlumatlar bölməsində isə təhsil forması: qiyabi olaraq qeyd edilmişdir. Ilk növbədə, qeyd edilməlidir ki, iddiaçının təhsil aldığı dövr 2015-2019-cu illəri əhatə etmişdir. Işin faktiki hallarından görünür ki, iddiaçı 2015-ci il ərzində 6 gün, 2016-cı il ərzində 2 gün, 2017-ci il ərzində 4 gün, 2018-ci il ərzində 2 gün, 2019-cu il ərzində isə 5 gün olmaqla, cəmi 19 gün təhsil aldığı Rusiya Federasiyasında olmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının xarici ölkədə təhsil aldığı dövrdə həmin ölkəyə yalnız qısa müddətli səfərlər etməsi onun həmin müddətdə davamlı olaraq təhsil alması kimi qiymətləndirilə bilməz. Eyni zamanda iddiaçının təqdim etdiyi sənədlər (diplom və diploma əlavə) arasında təhsil forması ziddiyyət təşkil edir. Belə ki, iddiaçı iddia ərizəsində qiyabi formada (əyani yazılsa da üzərindən xətt çəkilərək səhv olduğu qeyd edilmişdir) təhsil aldığını qeyd etsə, o cümlədən diplomda təhsil forması əyani olaraq qeyd edilsə də, diploma əlavədə təhsil formasının qiyabi olduğu qeyd edilmişdir. Məhkəmə kollegiyası bu ziddiyyətlə bağlı qeyd edir ki, iddiaçının şərti olaraq qiyabi formada təhsil aldığını qəbul etsək belə, onun təhsil aldığı müddətdə həmin ölkədə məhdud sayda günlərdə olması nəinki əyani, hətta qiyabi formada təhsil alması üçün də yetərli deyil. Azərbaycan Respublikası Prezidentinin 2023-cü il ## ###### tarixli **** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması qaydaları”nın 3.10.1 bəndinə əsasən bu Qaydaların 4.1-ci bəndində nəzərdə tutulan ümumi tələblərə riayət olunmadıqda kvalifikasiyanın tanınmasından imtina edilir. Həmin “Qaydalar”ın 4.1 bəndinə əsasən tanınma üzrə ümumi tələblər aşağıdakılardır: -4.1.1. müvafiq kvalifikasiyaya dair sənədin əldə olunduğu təhsil müəssisəsinin fəaliyyət göstərdiyi ölkədə səlahiyyətli keyfiyyət təminatı qurumu tərəfindən akkreditasiyadan keçməsi və dövlət lisenziyasının olması; -4.1.2. müvafiq kvalifikasiyaya dair sənədin autentik (həqiqi) olması; -4.1.3. müvafiq kvalifikasiyanın verildiyi ölkənin kvalifikasiyalar çərçivəsində yerinin göstərilməsi; -4.1.4. Azərbaycan Respublikasının ömürboyu təhsil üzrə Milli Kvalifikasiyalar Çərçivəsi (bundan sonra – Milli Kvalifikasiyalar Çərçivəsi) üzrə orta ixtisas təhsili, bakalavriat (əsas (baza ali) tibb təhsili) və magistratura səviyyələrinə uyğun kvalifikasiyalara münasibətdə ərizəçinin hər bir tədris ili ərzində müvafiq kvalifikasiya üzrə nəzərdə tutulmuş təhsilin normativ müddətinin azı yarısı qədər təhsil aldığı ölkənin ərazisində olması (tibb və səhiyyə ixtisasları üzrə təhsilin normativ müddətində təhsil aldığı ölkənin ərazisində olması); -4.1.5. Milli Kvalifikasiyalar Çərçivəsi üzrə orta ixtisas təhsili, bakalavriat (əsas (baza ali) tibb təhsili) və magistratura səviyyələrinə uyğun kvalifikasiyalara münasibətdə tədris müddətinin azı üçdə ikisində ənənəvi təlim metodlarına əsaslanan formal təhsilin əldə olunması (tibb və səhiyyə ixtisasları üzrə təhsilin normativ müddətində ənənəvi təlim metodlarına əsaslanan formal təhsilin əldə olunması). Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il # ###### tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları”nın 4.1-ci bəndinə əsasən tanınma üzrə ümumi tələblər aşağıdakılardır: -4.1.1. müvafiq kvalifikasiyaya dair sənədin əldə olunduğu təhsil müəssisəsinin fəaliyyət göstərdiyi ölkədə səlahiyyətli keyfiyyət təminatı qurumu tərəfindən akkreditasiyadan keçməsi və dövlət lisenziyasının olması; -4.1.2. müvafiq kvalifikasiyaya dair sənədin autentik (həqiqi) olması; -4.1.3. müvafiq kvalifikasiyanın verildiyi ölkənin kvalifikasiyalar çərçivəsində yerinin göstərilməsi; -4.1.4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il ## #### tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ömürboyu təhsil üzrə Milli Kvalifikasiyalar Çərçivəsi” (bundan sonra – Milli Kvalifikasiyalar Çərçivəsi) üzrə orta ixtisas təhsili, bakalavriat (əsas (baza ali) tibb təhsili) və magistratura səviyyələrinə uyğun kvalifikasiyalara münasibətdə ərizəçinin hər bir tədris ili ərzində müvafiq kvalifikasiya üzrə nəzərdə tutulmuş təhsilin normativ müddətinin ən azı yarısı qədər təhsil aldığı ölkənin ərazisində olması (tibb və səhiyyə ixtisasları üzrə təhsilin normativ müddətində təhsil aldığı ölkənin ərazisində olması); -4.1.5. Milli Kvalifikasiyalar Çərçivəsi üzrə orta ixtisas təhsili, bakalavriat (əsas (baza ali) tibb təhsili) və magistratura səviyyələrinə uyğun kvalifikasiyalara münasibətdə tədris müddətinin ən azı üçdə ikisində ənənəvi təlim metodlarına əsaslanan formal təhsilin əldə olunması (tibb və səhiyyə ixtisasları üzrə təhsilin normativ müddətində ənənəvi təlim metodlarına əsaslanan formal təhsilin əldə olunması). Göründüyü kimi iddiaçının xarici ölkədə aldığı təhsilin Azərbaycan Respublikası ali təhsil müəssisələrinin “bakalavr” ixtisas dərəcəsi haqqında verdiyi diplomdakı təhsilin məzmununa görə uyğun olması üçün onun tədris dövründə təhsil müəssisəsində olması zəruri şərtdir. Tələbənin xarici ölkədə tədris müddətində olmaması alınan biliyin təhsilin dövlət standartlarında nəzərdə tutulan məzmununa uyğun hesab edilməməsi üçün əsasdır. Beləliklə işin faktiki və hüquqi hallarını nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 81-82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Şirvan Inzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar