Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 2-1(3-9)-255/2026 20.05.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının hakimləri Sadıqov Mirlətif Süleyman oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Fikrət Cilingir oğlu və Quliyev Ceyhun Əmir oğlundan ibarət tərkibdə, X2 oğlunun katibliyi, Iddiaçı İddiaçı və nümayəndəsi (vəkil) Vəkil, Cavabdehin nümayəndəsi X4 iştirakları ilə, Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “##.##.2025-ci il tarixli cavabdehin qərarının ləğv edilməsi,həmin tarixdən müvafiq əlilliyin müəyyən edilməsi və əlillik müəyyən edilərkən hərbi travmanın “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar göstərilməsi” tələbinə dair inzibati iş üzrə Şirvan Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əlilliyin təyinatından imtina edilməsi barədə cavabdehin qərarlarının ləğv edilməsi, ## ###### 2021 -ci il tarixdən mənə əlilliyin yenidən təyin edilməsi (bərpa olunması) və əlillik dərəcəsi təyin edilən zaman hərbi travmanın Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Şirvan Inzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərardadı ilə Masallı Rayon Mərkəzi Xəstəxanası üçüncü şəxs qismində cəlb edilmişdir. Şirvan Inzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərardadı ilə iddia tələbi dəqiqləşdirilərək, iddia tələbinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “##.##.2025-ci il tarixli cavabdehin qərarının ləğv edilməsi,həmin tarixdən müvafiq əlilliyin müəyyən edilməsi və əlillik müəyyən edilərkən hərbi travmanın “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” göstərilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi baxılması davam etdirilməsi qərara alınmışdır. Şirvan Inzibati Məhkəməsinin (hakim Amilya Hüseynova) ##.##.2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə iddia təmin edilmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı ona təyin edilmiş əlilliklə bağlı qərarlar etimad hüququ mövcud olmuşdur. Nəzərə alınmalıdır ki, əlilliyin müddətli təyin edilməsinin mahiyyəti həmin xəstəliklərin reabilitasiyası ilə bağlıdır ki, iddiaçının 2012-ci il tarixdən mövcud olmuş xəstəliklərinin sağalmadığı, iş materialları ilə müəyyən edilir. Beləliklə, göründüyü kimi iddiaçıda hazırda mövcud olan xəstəliklərlə, 2012-ci il tarixdən əlilliyin təyinatına mövcud olan xəstəliklər eyniyyət təşkil etmişdir. Iş materiallarından əvvəlki tarixdən təyin edilmiş əlilliyin səhv olması, ləğv edilməsi barədə hər hansı hal müəyyən edilmir. Beləliklə də iddiaçı İddiaçı ona təyin edilmiş əlilliklə bağlı qərara etimad hüququ mövcud olmuşdur. Nəzərə alınmalıdır ki, əlilliyin müddətli təyin edilməsinin mahiyyəti həmin xəstəliklərin reabilitasiyası ilə bağlıdır ki, iddiaçının 2012-ci il tarixdən mövcud olmuş xəstəliklərinin sağalmadığı, iş materialları ilə müəyyən edilir. Cavabdeh orqan tərəfindən həmin xəstəliklərin sağalması istiqamətində mövqe nümayiş etdirməmiş, xəstəliyin əlilliyin təyinatına əsas olmamasına istinad etmişdir. Halbuki əlilliyin müəyyən müddət üçün təyinatı əsası həmin müddət çatdıqda onun sağalıb-sağalmamasının yoxlanılmasıdır ki, iddiaçının adıçəkilən xəstəliklərdən əziyyət çəkməsi müşahidə edilir. Qərardan cavabdeh tərəfindən apellyasiya şikayəti verilmişdir. Işin halları: Iddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 2007-2008-ci illərdə Azərbaycan Respublikası Silahlı Qüvvələrində xidmət keçmiş, xidmət etdiyi dövrdə ##.##.2007-ci il tarixdən ##.##.2008-ci il tarixədək Iraq Respublikasında Sülhməramlı Qüvvələrin tərkibində Sülhməramlı Əməliyyatlarda iştirak etmişdir. Hərbi xidmətini başa vurub qayıtdıqdan sonra Iraq Respublikasında hərbi xidmət zamanı baş istehkamçı kimi xidməti dövründə aldığı taravmalar və zədələr özünü səhhətində büruzə verməyə başlamış və nəticədə həmin dövrdən bugünədək sağlamlığını itirmişdir. Əvvəlcə bir müddət Yardımlı rayon Mərkəzi xəstəxanasında müalicə və müayinə olunmuş və nəticədə həmin müalicə müəssisəsində ona “sol aşağı ətrafın səhti venalarının varikoz genişlənməsi” diaqnozu qoyulmuşdur. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının ## ##### 2010-cu il tarixli, *** saylı Qərarı ilə xəstəliyinin hərbi xidmət vəzifələrini yerinə yetirərkən Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmış hərbi travma olduğu təsdiqlənərək “sol aşağı ətrafın səhti venalarının varikoz genişlənməsi” diaqnozu qoyularaq Yardımlı rayon Mərkəzi xəstəxanasında müalicə və müayinə olunduğu xəstəlik diaqnozu öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının ## ##### 2010-cu il tarixli, *** saylı Qərarı ilə təsdiqlənmiş xəstəlik diaqnozu Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti ** saylı Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən də təsdiqlənmiş, onun əlilliyi tanınmış və 2012-ci ildə əmək qabiliyyəti olmayan şəxs kimi ona ikinci dərəcəli əlillik təyin olunmuşdur. Lakin 2021-ci ilin dekabr ayında təkrar müayinədən keçdikdə əlillik müddəti əsassız olaraq uzadılmamışdır. Bu azmış kimi dəfələrlə etdiyi müraciətlərə baxmayaraq əlillik müddətinin uzadılmaması barədə cavabdeh tərəfindən qərarlar qəbul edildiyi bildirilsə də, həmin qərarların tarixi və nömrəsi barədə rəsmi qaydada hər hansı məlumat verilməmişdir. Ən qəribəsi isə ondadır ki, təkrar müayinədən keçərkən ona qoyulmuş diaqnozda hər iki aşağı ətrafların ayaq venalarında genişlənmənin olduğu təsdiqlənsə də, həmin xəstəliyin əlilliyin müddətinin uzadılması üçün əsas olmadığı bildirilmişdir. Necə ola bilər ki, 2012-ci ildə bu diaqnozla ona əlillik təyin edilmiş olduğu və yaşı artdıqca da xəstəliyi şiddətləndiyi halda, hal-hazırda ona əlillik təyin edilmir? O, heç əlillik təyin edilməsini də istəmir, sağlam şəkildə orduya gedib xəstəlik tapdığı üçün xəstəliyini müalicə edib,sağlamlığını da bərpa edib onu sağaltsınlar, əgər bacarırlarsa. Onu da nəzərinizə çatdırmaq istəyir ki, onun 6,8 və 10 yaşında üç ayaşlı qız övladı vardır. Özü də xəstəliyiylə əlaqədar əmək qabiliyyətsizdir, ağır işlərdə işləyə bilmir,yüngül işə də onu götürən yoxdur.Yaşlı ata-anası da onun himayəsində yaşayır. Əlillik müddətinin uzadılmaması və bunun da nəticəsində əlilliyə görə təyin edilmiş müavinətin ləğv olunması həm onun, həm də ailəsinin maddi durumuna olduqca pis təsir sıxıntılar içərisində böyümələrinə səbəb olmuşdur. 11 il ərzində onun əlil statusu olduğu halda, hansısa məmurun özbaşına olaraq onun statusunu əlindən almasını qanunsuz və ədalətsiz sayır. Bu səbəbdən cavabdehin ona yenidən əlilliyin təyin ediməsindən imtinasını qanunsuz sayaraq pozulmuş hüququnun müdafiəsi məqsədi ilə məhkəməyə iddia ərizəsi ilə müraciət etmək məcburiyyətində qalmışdır. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən iddia ərizəsinə etiraz təqdim edilərək göstərilmişdir ki, iddiaçının əlillik vəziyyətinə sonuncu dəfə Masallı Rayon Mərkəzi Xəstəxanasının ##.##.2023-cü il tarixli göndərişi əsasında baxılmış və Diaqnozun mətni: Aşağı ətraf venalarının xora ilə birgə müşahidə olunan varikozgenəlməsi, Aşağı ətrafların varikoz xəstəliyi. Sağ BDV-nin varikozu .Sol tərəfli fleboektomiya cərrahi əməliyyatdan sonrakı vəziyyət, böyük dəraltı venanın varikozu. Mərkəzə göndərilmənin/Imtina edilmənin səbəbi: Diaqnoz əlillik əlaməti təyin etməməsi - Səbəb: Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir.” səbəbi ilə imtina verilmişdir. Məlumat üçün bildiririk ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2020-ci il tarixli ** nömrəli qərarı ilə təsdiq edilmiş “xxxx”nın və 2020-ci il ## ###### tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il ## ###### tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbihəkim komissiyaları (bundan sonra - Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra - göndəriş) əsasında aparılır. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Icbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. Göndəriş verilməsi üçün əsaslara şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, IV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir), əlillik müddətinin bitməsindən sonra bu Qaydanın yuxarıda qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi, peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi və əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması aiddir. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrələnərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, iddianın təmin edilməməsi barədə müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddianın təmin edilməməsini xahiş etmişdir. Şikayətin dəlilləri iddia ərizəsinə etirazın dəlilləri ilə eynilik təşkil edir. Prosessual məsələlər: Cavabdehin nümayəndəsi X4 apellyasiya şikayətinin təmin edilməsini, iddianın rədd edilməsini xahiş etdi. Əsaslandırma: Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası iddia tələbinin mahiyyəti ilə bağlı aşağıdakıları qeyd edir. Işdə olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin ##.##.2024-cü il tarixli *-**-*/*-K-****/**** nömrəli məktubuna əsasən İddiaçı hərbi xidmətlə əlaqədar əlillik vəziyyətinin qiymətləndirilməsi barədə daxil olmuş müraciətlərinizə Əmək və Əhaiinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət TibbiSosial Ekspertiza və Reabilitasiya Agentliyində baxılmışdır. Şəxsin əlillik vəziyyəti Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2020-ci il tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş "xxxx"na uyğun olaraq dövlət tibb müəssisələrinin göndərişləri əsasında qiymətləndirilir. Müəyyən olunmuşdur ki, İddiaçı dövlət tibb müəssisəsinin göndərişləri və müraciətləri əsasında ##.##.2022, ##.## 2023, ##.##.2023-cü il tarixlərində Agentlikdə qəbulda olmuşdur. Təqdim edilən tibbi sənədlər və sağlamlıq vəziyyətinin obyektiv müayinəsi zamanı müəyyən edilmiş ağırlaşmalar və patofunksional dəyişikliklər, o cümlədən adına rəsmiləşdirilən göndərişlərdə qeyd edilmiş diaqnozlar göndərişlərin rəsmiləşdirildiyi tarixdə qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2022-ci il tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq əlillik təyininə əsas vermədiyindən hər üç halda diaqnozun əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. Agentliyin Azərbaycan Respublikası Prezidentinin ##.##.2020-ci il tarixli **** nömrəli Fərmanı ilə təsdiq edilmiş Nizamnaməsinə əsasən Agentlik əlilliyin qiymətləndirilməsi və əlilliyi olan şəxslərin reabilitasiyası istiqamətində fəaliyyət göstərir. Qeyd etdiyi məsələlərlə əlaqədar aidiyyəti dövlət qurumlarına müraciət etmək tövsiyə olunur. Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X6-Sosial Ekspert Komissiyasının ##.##.2025-ci il tarixli, *******0009 saylı qərarı ilə İddiaçı barəsində “diaqnoz əlillik əlaməti təyin etməməsi” səbəbi ilə əlillik verilməsindən imtina edilmişdir. Işdə olan “M.A.Topçubaşov adına X3 **** nömrəli epikrizindən görünür ki, İddiaçı aşağı ətraf dərialtı venaların varikoz genişlənməsi III dər., xronik venoz çatışmazlığı diaqnozu qoyulmuşdur. Işdə olan ##.##.2016-cı il tarixli *** nömrəli arayışından görünür ki, verilir Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Yardımlı rayon bölməsi tərəfindən 1989-cu il təvəllüdlü İddiaçı ondan ötrü ki, həqiqətən o, ##.##.2007-ci il tarixdən ##.##.2008-ci il tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində hərbi xidmət keçmiş, xidmət etdiyi dövrdə ##.##.2007-ci il tarixdən ##.##.2008-ci il tarixədək Iraq Dövlətində gedən Sülhməramlı Əməliyyatlarda iştirak etmişdir. Işdə olan Mərkəzi Hərbi Həkim Komissiyasının ##.##.2010-cu il tarixli *** nömrəli qərarından görünür ki, Yardımlı RHK tərəfindən 2007-ci ildə hərbi xidmətə çağırılmış, vətəndaş İddiaçı Iraq dövlətində Sülhməramlı əməliyyatlarda ##.##.2007-ci ildən ##.##.2008-ci ilə kimi hərbi xidmət keçərkən aldığı və ##.##.2008-ci ildən ##.##.2008-ci ilə kimi Yardımlı rayonu mərkəzi xəstəxanasında müayinə və müalicə olunduğu xəstəlik - diaqnoz: “Sol aşağı ətrafın səthi venaların varikoz genişlənməsi” (Yardımlı RHK-nın ##.##.2010-cu il tarixli */** nömrəli göndərişi, ##.##.2010-cu il tarixli */** nömrəli arayışı, Yardımlı rayonu mərkəzi xəstəxanasından verilmiş ##.##.2008-ci il tarixli çağırış epikrizi, MN MHHK-nın həkim mütəxəssisi cərrahının rəyi ilə təsdiq edilir), “Hərbi Travmadır, Azərbaycan Respublikasının Müdafiəsi Zamanı Alınmışdır.” Işdə olan ##.##.2010-cu il tarixli */** nömrəli göndərişdən görünür ki, Hərbi mükəlləfiyyətli İddiaçı tibbi komissiyadan keçmək üçün Sizin komissiyaya göndərilir.Xəstəlik N-saylı hərbi hissənin nəzdində MN-nin müvafiq əmrinə əsasən ##.##.2007-ci il tarixdən ##.##.2008-ci il tarixədək Iraq dövlətində gedən Sülhməramlı əməliyatlarda iştirak edərkən baş vermişdir. Işdə olan ##.##.2010-cu il tarixli */** nömrəli arayışından görünür ki, Verilir 1989-ci il təvəllüdlü İddiaçı ondan ötəri ki,o həqiqətən ##.##.2007-ci il tarixdə Milli ordu Sıralarına göndərilmiş, N-saylı hərbi hissənin tərkibində xidmətə başlamışdır. Azərbaycan Respublikası MN-nin müvafiq əmrinə əsasən ##.##.2007-ci il tarixdən ##.##.2008-ci il tarixədək Iraq dövlətində gedən Sülhməramlı əməliyyatlarda iştirak etmişdir. ##.##.2008-ci il tarixdə ordu sıralarından tərxis olunmuşdur. ##.##.2008-ci il tarixdən Yardımlı RHK-da qeydiyatdadır. Əsas: AO-0861607-saylı hərbi bilet. Arayış MN-nin MHH-nın HHK-na təqdim üçün verilir. Işdə olan “xxxx” X1 ##.##.2025-ci il tarixli *-**-**/*-****/**** nömrəli məktubuna əsasən Şirvan Inzibati Məhkəməsinin icraatında olan iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Cavabdeh qarşı “imtina qərarın ləğv edilməsi və əlilliyin bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iş üzrə ##.##.2025-ci il tarixli Şirvan Inzibati Məhkəməsinin qərardadı ilə daxil olmuş *-*(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli məktuba “xxxx” publik hüquqi şəxsdə baxıldı. İddiaçı “xxxx” publik hüquqi şəxsə müraciəti ilə bağlı heç bir qeydiyyatı olmamışdır. “xxxx” publik hüquqi şəxsdə ekspertiza keçirilməsinin mümkünsüzlüyünü nəzərə alaraq, bununla əlaqədar aidiyyəti üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi Publik hüquqi şəxsə müraciət edilə bilər. Qeyd edir ki, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertizası və Pataloji Anatomiya Elmi-Təcrübi və Tədris Birliyində ekspertiza keçirilərkən zərurət olduğu halda ekspert rəyinin verilməsində müəssisədən mütəxəssisin ayrılması mümkündür. Əlavə olaraq qeyd edir ki, ekspertiza keçirilməmişdən öncə diaqnoz qoyulması məqsədi ilə xəstə F. Kərimovun xəstəxanaya gələrək klinik, laborator, instrumental müayinələrdən keçməsini məqsədəmüvafiq hesab edir. Işdə olan "Akademik M.A.Topçubaşov adına X3" X1 # ###### 2025-ci il tarixli *-**-**/*-***/**** nömrəli məktubuna əsasən Icbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin vətəndaşlara tibbi xidmətlərin göstərilməsinin müvafiq tibb müəssisələri üzrə vahid elektron sistemdən əldə etdiyimiz məlumatlardan görünür ki, vətəndaş İddiaçı(*******) ECM-də ##.##.2025 tarixində həkim və doppler müayinəsindən keçmişdir. Işdə olan "Akademik M.A.Topçubaşov adına X3" X1 ##.##.2025-ci il tarixli ambulator kitabçadan çıxarışına əsasən, İddiaçı XBT kodları üzrə -I83.0 Aşağı ətrafların varikoz xəstəliyi, sağ böyük dərialtı varikozu; I87.2 Soltərəfli flebektomiyadan sonrakı residiv varikoz. IV sinif xronik venoz xəstəlik (CEAP) diaqnozları üzrə xəstəliklər müəyyən edilmişdir. Işdə olan "Akademik M.A.Topçubaşov adına X3" X1 ##.##.2025-ci il tarixli aşağı (yuxarı) ətrafların arteriyalarının (venalarının) dupleks skanlaşdırılması və doppleroqrafiyasına əsasən İddiaçı ##.##.2025-ci il tarixdə müayinə edilmişdir. Nəticə: Venoz sistem: Hər iki aşağı ətrafın dərin venalarının keçiriciliyi pozulmayıb. Qan axını tənəffüslə əlaqəlidir. Valsalva sınağı sol SFS və hər iki SPS- lərdə mənfi, sağ SFS-də isə müsbətdir (erkən və davamiyyətli reflüks!). Sol BDV-nın əsas şaxəsi lokasiya edilmir. Baldır hissədə bir qədər qıvrılmış şaxələr lokasiya edilir. Mənfəzləri sərbəstdir. Sag BDV (d=6,8- 7,5mm) damarın gedişi boyu özü və şaxələri genişləniblər, qıvrılmış şəkildədirlər. Venaların divarları qalınlaşıb, bəzi yerlərdə isə nazilib. Həmin hissələrdə mənfəzlərində hipoexogen strukturlarla dolu olan çıxıntılar lokasiya edilir. Qapaqların funksiyası pozulub. Reflüksun davamiyyəti -2,4 saniyyə təşkil edir. Digər səthi venaların diametri N daxilindədir. Bəzilərinin (KDV, arxa medial) şaxələri zəif qıvrılmış şəkildədirlər. Perforantlar sol budun orta, aşağı 1/3-də, baldırın yüxarı 1/3-in ön-medial və arxa sətlərində və Koldcet zonalarında lokasiya edilmir. Sağda həmin seqmentlərdə perforantlar genişləniblər, kompression sınaqlar müsbətdir. Işdə olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin ## ###### 2024-cü il tarixli *-**-*/*-*****/**** nömrəli məktubuna əsasən Yardımlı rayon sakini İddiaçı əlillik vəziyyəti barədə ##.##.2024-cü il tarixli, *-*(***)-****/**** nömrəli sorğunuza Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində baxılmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, şərh olunan rəyə və ixtisaslaşmış tibb müəssisələri tərəfindən verilmiş digər sənədlərə əsasən iddiaçının xəstəliyi və həmin xəstəliklə bağlı ağırlaşmalar Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ### 2022-ci il tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın müvafiq bəndlərinə tam uyğunluğu təsdiq olunur “Inzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 19.2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun: 3.1-ci maddəsinə əsasən şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.2-ci maddəsinə əsasən əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3-cü maddəsinə əsasən şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.3-1-ci maddəsinə əsasən maddəsinə əsasən əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. 3.4-cü maddəsinə əsasən əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. 4.3-cü maddəsinə əsasən əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “Inzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. 6.4-cü maddəsinə əsasən əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır. Qanunvericiliyin qeyd olunan normaları ilə hazırki işin faktiki halları sistemli şəkildə təhlil olunduqda belə qənaətə gəlinir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Kollegiya onu da diqqətə çatdırır ki, oxşar işlər üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının *-*(***)-****/**** nömrəli iş üzrə, ##.##.2024-cü il tarixli qərardadı ilə cavabdehin kassasiya şikayəti mümkün sayılmamışdır. Məhkəmə kollegiyası qeyd etmişdir ki, "...kassasiya şikayətinin məhkəmələr tərəfindən cavabdehin səlahiyyəti ilə bağlı əsassız qərar qəbul edilməsi dəlilinə münasibətdə kassasiya instansiyası məhkəməsinin analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının *-*(***)-***/**** nömrəli, *-*(***)-****/**** nömrəli, *-*(***)- ****/**** nömrəli, *-*(***)-****/**** nömrəli, *-*(***)-****/**** nömrəli qərarları) iddiaçının faktiki sağlamlıq vəziyyətinin obyektiv göstəricilər əsasında cavabdeh tərəfindən qiymətləndirilməsi, həm də qiymətləndirmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə tələb olunan xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh tərəfindən şəxsə əlillik dərəcəsinin təyin edilməsindən imtinası məhkəmə tərəfindən tam şəkildə yoxlanıla bilər. Bundan əlavə, iddiaçıda olan xəstəliklərin (ağırlaşmaların) əlilliyə əsas verməməsi ilə bağlı cavabdeh orqanın təkrarlanan dəlilinə münasibətdə qeyd edilməlidir ki, kassasiya instansiyası məhkəməsinin analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, (Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının *- *(***)-****/**** nömrəli, *-*(***)-****/**** nömrəli, *-*(***)-****/**** nömrəli qərarları) tibb müəssisəsi tərəfindən tərtib edilmiş Forma 88-də əks olunmuş xəstəliklərin şəxsdə aşkar edilməsi (məhkəmə tibbi ekspertizası vasitəsi ilə) və həmin xəstəliklərin Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2015-ci il tarixli, *** nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamədə və (və ya) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il ## ### tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarları”nda əks olunması əlilliyin təyininə hüquqi və faktiki olaraq əsas yaradır. Beləliklə, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi və gəldiyi nəticə ilə razılaşır və belə qənaətə gəlir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Şirvan Inzibati Məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 81-82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Şirvan Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(3-9)-255/2026
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-9)-255/2026
20.05.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver