Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 2-1(3-9)-256/2026 12.08.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyası, hakimlər Hüseynov Fikrət Cilingir oğlu (sədrlik edən və məruzəçi), X1 və Sadıqov Mirlətif Süleyman oğlundan ibarət tərkibdə, Hüseynli Bülbül Düldül oğlunun katibliyi, Şirvan Inzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti əsasında iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdeh qarşı torpaq sahəsi və fərdi yaşayış evinə dair hüququn şəxsə aid olması və xüsusi mülkiyyət hüququnun qeydiyyata alınmasının mümkünlüyü barədə arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdeh ** saylı Şirvan Ərazi Idarəsinə qarşı iddia ərizəsi ilə Şirvan Inzibati Məhkəməsinə müraciət edərək, Əli Bayramlı şəhər XDS Icraiyyə Komitəsinin ## ####### 1983-cü il tarixli, *** saylı qərarına əsasən X4 adına sənədləşdirilməsi üçün ayrılan 1 May küçəsində ** nömrəli ünvanda yerləşən 600 kv.m torpaq sahəsi və torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evinə dair hüququn mərhum X3 Bayram oğluna aid olması və xüsusi mülkiyyət hüququnun qeydiyyata alınmasının mümkünlüyü barədə arayışın (çıxarış) verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Şirvan Inzibati Məhkəməsinin digər qərardadı ilə cavabdeh Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdehn ** saylı Şirvan Ərazi Idarəsi əsl cavabdeh Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdeh ilə əvəz edilmişdir. Şirvan Inzibati Məhkəməsinin (hakim H.Nəcəfova) ## ###### 2026-cı il tarixli, *-*(***)- ****/**** nömrəli qərarı ilə iddia təmin edilməsi qərara alınmışdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, imtina üçün əsas hallardan biri mühafizə zonası ilə bağlı olmuşdur. Belə ki, cavabdeh orqan imtina məktubunda və etirazında torpaq sahəsinin neft quyusundan 95 metr məsafədə yerləşdiyini, bu obyektlər ətrafında xüsusi mühafizə zonaları müəyyən edildiyini bildirərək iddiaçının tələbindən imtina etmişdir. Mütəxəssis rəyi ilə ünvan 1 saylı ünvanda yerləşən 600.47 kv.m həyətyanı torpaq sahəsinin üzərində iddiaçıya məxsus fərdi yaşayış evinin mövcud olduğu, mübahisəli torpaq sahəsinin koordinatları fəaliyyətdə (105 m və 95 m) və ləğv olunmuş neft quyusunun (64 m və 58 m) mühafizə zolağına düşdüyü müəyyən edilir. Mütəxəssis tərəfindən təqdim edilən sxemə əsasən qeyd edilən neft quyuları ilə iddiaçıya məxsus daşınmaz əmlak arasında olan ərazidə digər şəxslərə məxsus fərdi yaşayış evlərinin olduğu müəyyən edilmiş və həmin hissədə araşdırma aparılmışdır. Nəticə olaraq məhkəməyə təqdim edilən sənədlərə əsasən X4 adına sənədləşdirilməsi üçün ayrılan 1 May küçəsində ** nömrəli ünvanda yerləşən 600 kv.m torpaq sahəsi ilə neft quyusunun mühafizə zonasının sərhəddi arasında yerləşən digər fərdi yaşayış evlərinin mülkiyyət hüquqlarının qeydə alındığı müəyyən edilir. Inzibati orqan tərəfindən qeyd edilən neft quyusunun mühafizə zonasının sərhəddi arasında yerləşən digər şəxslərin hüquqmüəyyənedici sənədlərinə etimad göstərilmişdir ki, qeyd edilən halla bağlı digər bir şəxsə imtina verilməsi və həmin şəxsin hüquqların tanınmaması bərabərlik prinsipinin pozulması kimi qiymətləndirilə bilər. Mübahisəli torpaq sahəsi ilə bağlı olan hüquqmüəyyənedici sənədlər hal-hazırda qüvvədədir və iş üzrə məsələ inzibati icraatın qanunçuluq və etimadın qorunması prinsipləri baxımından qiymətləndirilməlidir. Qərardan cavabdeh tərəfindən apellyasiya şikayəti verilmişdir. Işin halları Iddiaçı tələbini onunla əsaslandırmışdır ki, Əli Bayramlı (indiki Şirvan) şəhəri, 1 May küçəsi, ** saylı sahədə yerləşən 3 otaqlı, 1 mərtəbəli, yaşayış sahəsi 88.7 kv metr olan, 1960-cı ildə tikilmiş yaşayış evi mərhum X3 Bayram oğluna məxsus olmuşdur. Yaşayış evi və torpaq sahəsinin qərarı olmamışdır. Azərbaycan SSR Nazirlər Sovetinin "Əli Bayramlı şəhərinin keçmiş rayon mərkəzində və ona bitişik ərazilərdə tikilmiş evlərin və torpaq sahələrinin həmin sahələrdə yaşayan vətəndaşların adına sənədləşdirilməsi haqqında” ## ##### 1983-cü il tarixli *** №-li qərarına müvafiq olaraq Əli Bayramlı şəhəri XDS Icraiyyə Komitəsinin ## ####### 1983-cü il tarixli 20 N-li iclas protokolu ilə Nazirlər Sovetinin həmin qərarı əsasında "Əli Bayramlı şəhərinin keçmiş rayon mərkəzində və ona bitişik Çılpaqlı, Bayramlı, Kosmonavtlar yaşayış məntəqələrində # ##### 1983-cü il tarixə kimi tikilib, başa çatdırılmış” fərdi yaşayış evi və yerləşdiyi 6 sot torpaq sahəsi X3 Bayram oğlunun adına sənədləşdirilmişdir. Bundan sonra Azərbaycan SSR Mənzil Kommunal Təsərrüfatı Nazirliyi Salyan rayonlararası texniki Inventarirasiya bürosu tərəfindən Əli Bayramlı şəhər XDS Icraiyyə Komitəsinin ## #### 1988ci il tarixli 94 N-li əsasında həmin yaşayış evinə 1047 inventar nömrəsi ilə "Qeydiyyat vəsiqəsi” və yenə həmin dövlət qurumu tərəfindən yanvar 1988-ci il tarixli 1047 invertar nömrəsi ilə "Fərdi mənzil fondunun yaşayış evinin Texniki pasportu” verilmişdir. Ikinci sənəddə X3in adına torpaq sahəsi sənəd üzrə - 600 kv.m, faktiki 2166 kv.m mənzil 3 otaqlı, ümumi sahəsi 145.7 kv.m (88.7 kv.m yaşayış, 57 kv.m köməkçi sahə), tikilmə tarixi 1960-ci il göstərilmişdir. X3 Bayram oglu 2009-cu ildə vəfat etmişdir. 2014-cü ildə onun müraciəti əsasında Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən torpaq sahəsi 600.47 kv.m ölçü ilə X2 kitabında ##.##.2014cü il tarixdə AN № ******. 4228 nömrə ilə uçota alınmaqla, torpaq sahəsinin kadastr göstəriciləri qeyd olunmaqla onun adına torpaq sahəsi üzrə kadastr sənədi verilmişdir. 2022-ci ildə torpaq sahəsi və yaşayış evinin qanunvericiliyə uyğun sənədləşdirilməsi-daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından ötrü mərhum atası Ə.Mahmudovun adına çıxarış verilməsi barədə ərizə ilə Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdehn ** saylı Şirvan Ərazi Idarəsinə ərizə ilə müraciət etmiş, lakin idarə müraciətinin icrasından imtina edilmişdir. Cavabdehin imtinasının dəlilləri ondan ibarət olmuşdur ki, torpaq sahəsi neft quyusundan 95 metr məsafədə yerləşir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 46cı maddəsinə görə döviət obyektlərinin-dağ-mədən sənayesinin, təsdiq edilmiş faydalı qazıntı yataqlarının, vahid energetika sisteminin magistral boru kəmərlərinin, nəqliyyat, rabitə və müdafiə obyektlərinin, dövlət sərhəd zolaqlarının, mühüm meliorasiya və su təsərrüfatı obyektlərinin yerləşdiyi torpaqlar dövlətin müstəsna mülkiyyətinə aiddir. Həmin Məcəllənin 22.2ci maddəsinə əsasən əhalinin təhlükəsizliyinin təmin olunması, sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı obyektlərin istismarına lazımi şərait yaradılması üçün onların ətrafında xüsusi qoruyucu, sanitariya və s. hüquqi rejimli mühafizə zonaları yaradılır. Eyni zamanda, "Təhlükə potensiallı təbiət və texnogen xarakterli hadisələrin baş vermə ehtimalının yüksək olduğu zonalarda mühafizə tədbirlərinin növləri və onların tətbiqi hallan”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il # ###### tarixli ** nömrəli qərarına əsasən əhalinin sağlamlığını, ətraf mühiti və əmlakı dənizdə və quruda neftqaz əməliyyatları zamanı yarana biləcək qəzalardan mühafizə etmək üçün bu obyektlər ətrafında xüsusi mühafizə zonaları müəyyən edilmişdir. Odur ki, sözügedən torpaq sahəsi neft quyusunun mühafizə zonasında yerləşir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddianın təmin edilməməsini xahiş etmişdir. Şikayətin dəlilləri imtina aktının məzmunu ilə eynilik təşkil edir. Prosessual məsələlər Iddiaçı apellyasiya şikayətinin dəlillərini qəbul etmədiyini bildirməklə, iddianın dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Əli Bayramlı şəhər XDS Icraiyyə Komitəsinin ## ####### 1983-cü il tarixli, *** saylı qərarına əsasən X4 verilmiş 1 May küçəsində ** nömrəli ünvanda yerləşən 600 kv.m torpaq sahəsinə dair hüququn X4 aid olması və xüsusi mülkiyyət hüququnun qeydiyyata alınmasının mümkünlüyü barədə arayışın (çıxarış) verilməsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evinə dair mülkiyyət hüququnun qeydə alınmasını təsdiq edən yeni nümunəli sənədin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh nümayəndəsinin iştirakını təmin etməmiş, səbəbi barədə məhkəmə kollegiyasına məlumat verilməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 62-ci maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası iddia tələbinin mahiyyəti ilə bağlı aşağıdakıları qeyd edir. Iş materiallarına əlavə edilmiş: -Əli Bayramlı şəhər XDS Icraiyyə Komitəsinin ##.##.1983-cü il tarixli, *** nömrəli qərarının məzmunundan görünür ki, Azərbaycan SSR Nazirlər Sovetinin ## ##### 1983-cü il tarixli, *** №-li sərəncamına və Torpaq Məcəlləsi haqqında Azərbaycan SSR Qanununun 133cü maddəsinə əsasən Əli Bayramlı şəhərinin keçmiş rayon mərkəzində və onlara bitişik yerlərə Çılpaqlı, Bayramlı və Kosmonavtlar məntəqəsində 1930-cu ildən başlayaraq # ##### 1983-cü il tarixə kimi tikilib başa çatdırılmış X4 istifadəsində olan fərdi ev və torpaq sahələri adına sənədləşdirilməsi qərara alınmışdır. -Azərbaycan SSR Mənzil Kommunal Təsərrüfatı Nazirliyi Salyan rayonlararası texniki Inventarizasiya bürosu tərəfindən verilmiş ##.##.1988-ci il tarixli, ** nömrəli qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Əli Bayramlı şəhər XDS Icraiyyə Komitəsinin ## #### 1988-ci il tarixli 94 N-li əsasında həmin yaşayış evinə 1047 inventar nömrəsi ilə "Qeydiyyat vəsiqəsi” və yenə həmin dövlət qurumu tərəfindən yanvar 1988-ci il tarixli 1047 invertar nömrəsi ilə "Fərdi mənzil fondunun yaşayış evinin Texniki pasportu” verilmişdir. Texniki pasportda torpaq sahəsinin həcmi 600 kv.m qeyd edilmişdir. -##.##.2009-cu il tarixli, AZ-İ ****** nömrəli "Ölüm haqqında şəhadətnamə”nin surətindən görünür ki, X4 ##.##.2009-cu ildə ölmüşdür. -Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdeh ** saylı Şirvan Ərazi Idarəsi tərəfindən tərtib edilmiş ##.##.2025-ci il tarixli mütəxəssis rəyində göstərilmdir ki, Əli Bayramlı XDS IKin ##.##.1983-cü il tarixli, *** nömrəli qərarına, Şirvan şəhər Icra Hakimiyyətinin ##.##.2011-ci il tarixli, ** nömrəli sərəncamı və sərəncam əsasında verilmiş plan və ölçü sənədinə əsasən İddiaçı verilmiş ünvan 2 saylı ünvanda yerləşən 600.47 kv.m həyətyanı torpaq sahəsinin koordinatları üçüncü şəxslərin qanuni istifadəsində olan torpaq sahəsi ilə üst-üstə düşmür. Torpaq sahəsinin üzərində iddiaçıya məxsus fərdi yaşayış evinin mövcuddur. Torpaq sahəsinin koordinatları fəaliyyətdə (105 m və 95 m) və ləğv olunmuş neft quyusunun (64 m və 58 m) mühafizə zolağına düşür. Birinci instansiya məhkəməsi tərəfindən qeyd edilən neft quyuları ilə iddiaçıya məxsus daşınmaz əmlak arasında olan ərazidə digər şəxslərə məxsus fərdi yaşayış evlərinin olduğu müəyyən edilmiş və həmin hissədə araşdırma aparılmış, müəyyən edilmişdir ki, X4 verilmiş 1 May küçəsində ** nömrəli ünvanda yerləşən 600 kv.m torpaq sahəsi ilə neft quyusunun mühafizə zonasının sərhəddi arasında yerləşən digər fərdi yaşayış evlərinə dair mülkiyyət hüquqları qeydə alınmış və mülkiyyət hüquqlarını təsdiq edən çıxarışlar verilmişdir. Qeyd edilən sənədlər məhkəməyə təqdim edilmiş və iş materiallarına əlavə edilmişdir. Birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, inzibati orqan tərəfindən qeyd edilən neft quyusunun mühafizə zonasının sərhəddi arasında yerləşən digər şəxslərin hüquqmüəyyənedici sənədlərinə etimad göstərilmişdir ki, qeyd edilən halla bağlı digər bir şəxsə imtina verilməsi və həmin şəxsin hüquqların tanınmaması bərabərlik prinsipinin pozulması kimi qiymətləndirilə bilər. Konstitusiya Məhkəməsi Plenumunun ## ###### 2024-cü il tarixli Qərardadında təsbit edilmiş hüquqi mövqeyə görə hüquqi dövlətin təməl prinsiplərindən hesab olunan hüquq bərabərliyi prinsipi Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra – Konstitusiya) 25-ci maddəsində əks olunmaqla, heç bir ayrı-seçkiliyə yol verilmədən dövlət tərəfindən hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verilməsini nəzərdə tutur. Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin, habelə “Inzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinin tələblərinə müvafiq olaraq, inzibati orqan tərəfindən müxtəlif şəxslərə münasibətdə analoji xüsusiyyətlərə malik işlər üzrə fərqli qərarların qəbul edilməsi yolverilməzdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun: -8.0 maddəsinə əsasən Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.2. qanunla müəyyən edilmiş qaydada keçirilən hərracın nəticələri haqqında protokol; 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, icra sənədlərinin məcburi icrası ilə əlaqədar əmlak barədə “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 63-cü maddəsinə əsasən verilən şəhadətnamələr, daşınmaz əmlak sertifikatı; 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 8.0.5. 2006-cı il ####un #-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyriyaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); 8.0.7. 2007-ci il ###ın ##-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il ######ın #-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: 8.0.9.1.1. icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; 8.0.9.1.2. məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd; 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il ######ın #-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə;[37] 8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) göndərilən məlumat; 8.0.10-1. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyənləşdirilmiş hallarda və qaydada tikinti obyektlərinə münasibətdə - tikinti obyektinin istismarına icazə və torpaq sahəsi üzərində mülkiyyət və ya icarə hüququnu təsdiq edən sənəd; 8.0.10-2. təbii fəlakət, texnogen qəza və ya hərbi əməliyyat nəticəsində (işğaldan azad edilmiş ərazilər istisna olmaqla) məhv olmuş, yaxud yararsız vəziyyətə düşmüş yaşayış sahələrinin əvəzinə dövlət vəsaiti hesabına tikilmiş yaşayış evlərinə və çoxmənzilli yaşayış binalarının mənzillərinə münasibətdə - həmin evlərin və mənzillərin təqdim edildiyi şəxslərin siyahısı (hər bir şəxsə təhvil verilən yaşayış evi və (və ya) mənzil dəqiq göstərilməklə), yaşayış evlərinin tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, çoxmənzilli yaşayış binasının tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi və istismarına icazə; 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il #######ın #-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi; 8.0.12. 2006-cı il ####un #-dan 2009-cu il ####un ##-dək müvafiq icra hakimiyyəti orqanı tərəfindən daşınmaz əmlaka dair verilmiş şəhadətnamələr. “Inzibati icraat haqqında” Qanunun 64-cü maddəsinə görə inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. Inzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. Inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Inzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur. -19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Kollegiya hesab edir ki, iddiaçının mərhum atası tərəfindən mübahisəli torpaq sahəsinin və fərdi yaşayış evinin qanuni əsaslarla əldə edildiyi və onun tərəfindən faktiki olaraq təyinatına uyğun istifadə edildiyi iş materialları, o cümlədən ekspert rəyi ilə öz təsdiqini tapır. Qeyd olunanlarla yanşı məhkəmə kollegiyası hesab edir ki, Əli Bayramlı şəhər XDS Icraiyyə Komitəsinin ## ####### 1983-cü il tarixli, *** saylı qərarına əsasən X4 veilmiş fərdi yaşayış evinə dair müvafiq qeydiyyat vəsiqəsinin verilməsi həmin əmlakın sonuncuya məxsus olmasını təsdiq edir və bu hal həmin əmlakın kimə məxsus olması ilə bağlı arayışın verilməsi zərurətini aradan qaldırmaqla, sadəcə mülkiyyət hüququnun qeydə alınmasını təsdiq edən yeni nümunəli sənədin veriləsi imkanını yaradır. Bu baxımdan birinci instansiya məhkəməsinin həmin fərdi yaşayış evinin məxsusluğu barədə arayış verilməli olması ilə bağlı qənaəti səhv olmuşdur. Beləliklə, işin faktiki və hüquqi hallarını nəzərə alaraq, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, bununla yanaşı birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 81-82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Şirvan Inzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarı dəyişdirilsin. Əli Bayramlı şəhər XDS Icraiyyə Komitəsinin ## ####### 1983-cü il tarixli, *** saylı qərarına əsasən X4 verilmiş 1 May küçəsində ** nömrəli ünvanda yerləşən 600 kv.m torpaq sahəsinə dair hüququn X4 aid olması və xüsusi mülkiyyət hüququnun qeydiyyata alınmasının mümkünlüyü barədə arayışın (çıxarış) verilməsi, həmçinin həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evinə dair mülkiyyət hüququnun qeydə alınmasını təsdiq edən yeni nümunəli sənədin verilməsi öhdəliyi Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdeh üzərinə qoyulsun. Qərardan tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(3-9)-256/2026
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-9)-256/2026
12.08.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver