Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 2-1(3-9)-258/2026 20.05.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının hakimləri Sadıqov Mirlətif Süleyman oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Fikrət Cilingir oğlu və Quliyev Ceyhun Əmir oğlundan ibarət tərkibdə, X4 oğlunun katibliyi, Iddiaçı İddiaçı, Cavabdehin nümayəndəsi X6 iştirakları ilə, Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “##.##.2025-ci il tarixli qərarının ləğv edilməsi, iddiaçıya Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar orqanizm funksiyalarının 35-60% əlilliyin müəyyən edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şirvan Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Iddiaçı İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə Bakı Inzibati məhkəməsinə müraciət edərək, əlillik dərəcəsinin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Şirvan Inzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərardadı ilə iddia tələbi dəqiqləşdirilərək, iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Cavabdeh qarşı “əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia ərizəsi üzrə iddia tələbinə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin ##.##.2025ci il tarixli qərarının ləğv edilməsi, iddiaçıya ##.##.2025-ci il tarixdən Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar orqanizm funksiyalarının 35-60% əlilliyin müəyyən edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi baxılması davam etdirilmişdir. Şirvan Inzibati Məhkəməsinin (hakim Amilya Hüseynova) ##.##.2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə iddia təmin edilmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, əlillik dərəcəsinin təyin edilməsindən imtina edildiyi zaman müəyyən edilən diaqnoz ##.##.2025-ci il tarixli, ##.##.2025-ci il tarixdə imzalanmış, L********MEX nömrəli göndəriş əsasında əlillik dərəcəsi təyin edildiyi zaman müəyyən edilən diaqnoz digər səhiyyə müəsissələri tərəfindən də qoyulduğundan, həmçinin əlilliyin təyin olunmasına əsas olan diaqnoz “7. Psixi və davranış pozuntuları bölməsi-Sıra №-si 7.6.2, üzvi mənşəli şəxsiyyət pozuntusu - F07.0” - 7.6.2.1. əmək qabiliyyətinin nəzərəçarpacaq dərəcədə azalmasına, ətrafdakılarla tez-tez problemlər yaranmasına, gündəlik fəaliyyətin yerinə yetirilməsində əhəmiyyətli çətinliklərə səbəb olan 2 il müddətində ağır, müalicəyə rezistent simptomlar; bütövlükdə sərbəst yaşamaq bacarığına baxmayaraq bəzi hallarda kənar şəxsin köməyinə ehtiyacın olması (məsələn, yüksək intihar riski zamanı)” bəndi müvafiq normativ hüquqi aktlarda (əlilliyin müəyyən olunması meyarlarında) göstərildiyindən hazırkı iddia tələbi əsaslıdır. Beləliklə də iddiaçı ona təyin edilmiş əlilliklə bağlı qərarlar etimad hüququ mövcud olmuşdur. Nəzərə alınmalıdır ki, əlilliyin müddətli təyin edilməsinin mahiyyəti həmin xəstəliklərin reabilitasiyası ilə bağlıdır ki, iddiaçının 2022-ci il tarixdən mövcud olmuş xəstəliklərinin sağalmadığı, iş materialları ilə müəyyən edilir. Cavabdeh orqan tərəfindən həmin xəstəliklərin sağalması istiqamətində mövqe nümayiş etdirməmiş, xəstəliyin əlilliyin təyinatına əsas olmamasına istinad etmişdir. Halbuki əlilliyin müəyyən müddət üçün təyinatı əsası həmin müddət çatdıqda onun sağalıb-sağalmamasının yoxlanılmasıdır ki, iddiaçının adıçəkilən xəstəliklərdən əziyyət çəkməsi müşahidə edilir. Beləliklə, göründüyü kimi iddiaçıda hazırda mövcud olan xəstəliklərlə, 2022ci il tarixdən əlilliyin təyinatına mövcud olan xəstəliklər eyniyyət təşkil etmişdir. Iş materiallarından əvvəlki tarixdən təyin edilmiş əlilliklərin səhv olması, ləğv edilməsi barədə hər hansı hal müəyyən edilmir. Beləliklə də iddiaçı ona təyin edilmiş əlilliklə bağlı qərarlar etimad hüququ mövcud olmuşdur. Nəzərə alınmalıdır ki, əlilliyin müddətli təyin edilməsinin mahiyyəti həmin xəstəliklərin reabilitasiyası ilə bağlıdır ki, iddiaçının 2022-ci il tarixdən mövcud olmuş xəstəliklərinin sağalmadığı, iş materialları ilə müəyyən edilir. Cavabdeh orqan tərəfindən həmin xəstəliklərin sağalması istiqamətində mövqe nümayiş etdirməmiş, xəstəliyin əlilliyin təyinatına əsas olmamasına istinad etmişdir. Halbuki əlilliyin müəyyən müddət üçün təyinatı əsası həmin müddət çatdıqda onun sağalıb-sağalmamasının yoxlanılmasıdır ki, iddiaçının adıçəkilən xəstəliklərdən əziyyət çəkməsi müşahidə edilir. Qərardan cavabdeh tərəfindən apellyasiya şikayəti verilmişdir. Işin halları: Iddia tələbi onunla əsaslandırılmışdır ki, o, ##.##.2020-ci il tarixdən ##.##.2022-ci il tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olmuşdur. ##.##.2020-ci il tarixdə Cəbrayıl rayonu istiqamətində döyüş əməliyyatları keçirilərkən düşmən tərəfindən atılan odlu silah nəticəsində qapalı kəllə beyin travması almışdır. Baş vermiş kəllə beyin silkələnməsindən sonra üzvi mənşəli şəxsiyyət pozuntusu yaranmışdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Agentliyi tərəfindən ##.##.2022-ci il tarixdə ona üçüncü dərəcəli əlillik təyin edilmişdir. ##.##.2025-ci il tarixdə qiymətləndirmə zamanı ona yenidən əlilliyin təyin edilməsindən imtina edilmişdir. Iddia ərizəsinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən iddia ərizəsinə etiraz təqdim edilərək göstərilmişdir ki, iddiaçının əlillik vəziyyətinə Ağdam RƏD in ##.##.2025-ci il tarixli göndərişi əsasında baxılmış və Diaqnozun mətni Üzvi mənşəli şəxsiyyət pozuntusu, tez-tez baş verən dekompensasiyalar və qıcolma tutmaları, özünə xəsarət yetirmələrlə. Məzkəzə göndərilmənin / Imtina edilmənin səbəbi: Diaqnoz əlillik əlaməti təyin etməməsi - Səbəb: Diaqnoz əlillik əlaməti təyin etmir. Səbəbi ilə imtina edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2020-ci il tarixli ** nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası"nın və 2020-ci il ## ###### tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkimməsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il ## ###### tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbihəkim komissiyaları tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş əsasında aparılır. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Icbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. Göndəriş verilməsi üçün əsaslara şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çoxambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, IV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir), əlillik müddətinin bitməsindən sonra bu Qaydanın yuxarıda qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi, peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi və əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması aiddir. Səndən bir neçə gündür xəbərim yoxdur, özüm gözlədim görüm axtaracaqsan ya yox, sənsə axtarmadın, demək ki, mənsiz qala bilirsən.mənim qabağımda belə diklənən, xəbərimin olmadığı qadın mənə lazım deyil. Hərşey bitti, boşuna dilə tutma, öz yoluva bax, zatən səhv idi bu münasibət başdan ayağa. Hər sənə baxanda ailəmi dağıdan qadın görürəm, Azadsan.Sağ ol. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayı silə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddianın təmin edilməməsini xahiş etmişdir. Şikayətin dəlilləri ondan ibarətdir ki, məhkəmə işə baxarkən ekspert rəyinə əsaslanaraq (halbuki rəylə vətəndaşın əlil olması qənaətinə gəlinə bilməz) vətəndaşın xeyrinə bu halları tövsif etməklə qərar qəbul edərək vətəndaşın əlilliyin təyin edilməsinin zəruriliyini vurğulamışdır. Halbuki ekspert heç bir instrumental müayinələr aparmadan sırf tibbi sənədlərə əsasən iddiaçının qeyd edilən xəstəliklərdən əziyyət çəkdiyini qeyd etmişdir. Həmçinin xəstədə ağırlaşmaların olub-olmaması hər hansı qaydada müəyyən edilməmişdir. Onu da vurğulamaq zəruridir ki, məhkəməişi hərtərəfli araşdırmamış, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tambaxmamış, sübutlara tətbiq edilməli hüquq normalarına düzgün qiymət verməmiş, işin faktiki halları ilə eynilik təşkil etməyən qərar qəbul etmişdir. Bundan əlavə, nəzərə almaq gərəkdir ki, diaqnozun doğruluğunun müəyyən edilməsi heç də həmin şəxsə əlillik təyin edilməsinə əsas vermir. Şəxsə əlillik təyinatı aparılması üçün şəxsdə sözügedən xəstəliyin ağırlaşmaları mövcud olmalıdır. Sözügedən hal, yəni iddiaçıda əlillik təyinatına əsas verə patofunksional pozuntuların və ağırlaşmaların aşkar edilməməsi vətəndaşın əyani müayinəsi zamanı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və X10-Sosial Ekspertləri tərəfindən müəyyən edilmişdir. Prosessual məsələlər: Cavabdehin nümayəndəsi X6 apellyasiya şikayətinin təmin edilməsini, iddianın rədd edilməsini xahiş etdi. Əsaslandırma: Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası iddia tələbinin mahiyyəti ilə bağlı aşağıdakıları qeyd edir. Işdə olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin ## #### 2025-ci il tarixli *-**-*/*-*****/**** nömrəli məktubuna əsasən Ağcabədi rayon sakini İddiaçı əlillik vəziyyəti barədə ##.##.2025-ci il tarixli, *-*-*/*-****/**** nömrəli sorğunuza Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində baxılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2020-ci il tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş "Əlilliyin qiymətləndirilməsi Qaydası"na uyğun olaraq vətəndaşların əlillik vəziyyəti dövlət tibb müəssisələrinin göndərişləri əsasında qiymətləndirilir. Nəzərinizə çatdırırıq ki, hərbi xidmətlə əlaqədar vətəndaşların əlillik vəziyyətinin qiymətləndirilməsi zamanı xidmət keçdiyi qurumun hərbi həkim komissiyasının qərarı, şəhadətnaməsi və ya əlillik səbəbini təsdiq edən müvafiq sənəd (məhkəmə qərarı və s.) əsas götürülür. Müəyyən olunmuşdur ki, İddiaçı əlillik vəziyyətinin qiymətləndirilməsi məqsədilə ilkin olaraq X1 Dispanserinin J********MFL nömrəli göndərişi və müraciəti əsasında ##.##.2023-cü il tarixində Agentlikdə əyani müayinə olunmuşdur. Təqdim edilən tibbi sənədlər və həyata keçirilmiş ətraflı müayinənin nəticəsi olaraq, şəxsin sağlamlıq vəziyyətinin obyektiv müayinəsi zamanı əlilliyin təyininə əsas verən ağırlaşmalar və patofunksional dəyişikliklər aşkar olunduğundan, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2022-ci il tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarına” uyğun olaraq, ##.##.2022-ci il tarixindən Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar səbəbindən orqanizmin funksiyalarının 35 faiz pozulmasına görə 2 (iki) il müddətinə (##.##.2024-cü il tarixinədək) əlillik müəyyən edilməsinə dair qərar qəbul edilmişdir. Əlillik müddəti başa çatdıqdan sonra, İddiaçı əlillik vəziyyətinin qiymətləndirilməsi məqsədilə X1 Dispanserinin L********MEX nömrəli göndərişi və müraciəti əsasında müvafiq olaraq ##.##.2025-ci il tarixində Agentlikdə əyani müayinə edilmişdir. Təqdim edilən tibbi sənədlər və həyata keçirilmiş ətraflı müayinənin nəticəsi olaraq, şəxsin sağlamlıq vəziyyətinin obyektiv müayinəsi zamanı əlilliyin təyininə əsas verən ağırlaşmalar aşkar olunmadığından Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2022-ci il tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq diaqnoz əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. İddiaçı dair tibbi-sosial ekspertiza sənədlərinin surəti təqdim olunmuşdur. Işdə olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin ##.##.2023-cü il tarixli ** nömrəli məktubuna əsasən ##.##.2020-ci il tarixində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlər zamanı düşmən tərəfindən atılan artilleriya atəşi nəticəsində. “Kəskin dərəcədə ifadə olunmuş üzvi mənşəli şəxsiyyət pozuntusu, yaddaş və koqnitiv funksiyalarının enməsi və depressiv daxilolmalar ilə və intihar cəhtləri ilə. Mülayim dərəcədə ifadə olunmuş uzunmüddətli posttravmatik stress pozuntusu. Keçirilmiş qapalı kəllə-beyin travması (##.##.2020), baş beyin silkələnməsindən sonrakı vegetativ damar davamsızlığı. Barotravma (##.##.2020). ikitərəfli koxlear nevrit, ikitərəfli neyrosensor ağıreşitmə, pıçıltı nitqinin sağ qulaqda eşitməməsi ilə, sol qulaqda 5,5 (beş tam onda beş) metr məsafədən eşitməsi. Sağ baldırın yuxarı 1/3nin toxunub keçən qəlpə yaralanması, sol saidin yuxarı 1/3-nin toxunub keçən güllə yaralanmasından (##.##.2020) sonrakı bərkimiş dəri çapığı ”xəsarətini almışdır. Işdə olan Mərkəzi Hərbi Həkim Komissiyasının ***** saylı, ##.##.2022-ci il tarixli xəstəlik haqqında şəhadətnamənin surətinə əsasən Mərkəzi Hərbi Həkim Komissiyası İddiaçı barəsində qərara almışdır: diaqnoz-“Kəskin dərəcədə ifadə olunmuş üzvi mənşəli şəxsiyyət pozuntusu, yaddaş və koqnitiv funksiyalarının enməsi və depressiv daxilolmalar ilə və intihar cəhdləri ilə. Mülayim dərəcədə ifadə olunmuş uzunmüddətli posttravmatik stress pozuntusu. Keçirilmiş qapalı kəllə-beyin travması (##.##.2020), baş beyin silkələnməsindən sonrakı vegetativ damar davamsızlığı. Barotravma (##.##.2020). ikitərəfli koxlear nevrit, ikitərəfli neyrosensor ağıreşitmə, pıçıltı nitqinin sağ qulaqda eşitməməsi ilə, sol qulaqda 5,5 (beş tam onda beş) metr məsafədən eşitməsi. Sağ baldırın yuxarı 1/3nin toxunub keçən qəlpə yaralanması, sol saidin yuxarı 1/3-nin toxunub keçən güllə yaralanmasından (##.##.2020) sonrakı bərkimiş dəri çapığı. “Hərbi travmadır, Azərbaycan Respublikasının Müdafiəsi zamanı alınmışdır”. Diaqnoz - sağ gözün miopiyası M 0, 75D, sol gözün mürəkkəb miopik astiqmatizmi, 3,0D və 2,O D nəticəsində hər iki gözün görmə itiliyinin sağ gözdə 0.4-ə, sol gözdə 0,3-ə qədər azalması, korreksiya ilə 1.0 olmaqla. Sağalma ilə nəticələnmiş “C” virus hepatiti, 46, 47-ci dişlərin ikincili adentiyası. “Xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır” səbəbi ilə təsdiq olunur. Işdə olan “xxxx” X3 ##.##.2024-cü il tarixli **** nömrəli rəyinə əsasən üzvi mənşəli şəxsiyyət pozuntusu, tez-tez baş verən dekompensasiyalar və qıcolma tutmaları, özünə xəsarət yetirmələrlə F07.0 diaqnozu qoyulmuşdur. Iddiaçı İddiaçı barəsində çıxarış epikriz,ambulator kitabçadan çıxarış və tibbi sənədlər məhkəməyə təqdim etmişdir. Işdə olan cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin ##.##.2022-ci il tarixli qərarı ilə ilkin XBT kodu üzrə F07.0-üzvi mənşəli şəxsiyyət pozuntusu diaqnozu ilə İddiaçı 2 il müddətinə “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar 35-60 % faiz üzrə orqanizmin funksiyalarının itirilməsi ilə əlillik təyin edilmişdir. Işdə olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi Tibbi-Sosial Ekspert Komissiyasının ##.##.2025-ci il tarixli, *******0003 saylı qərarı ilə “diaqnoz əlillik əlaməti təyin etməməsi” səbəbi ilə iddiaçı İddiaçı barəsində əlillik verilməsindən imtina edilmişdir. Işdə olan “xxxx” X3 ##.##.2025-ci il tarixli **** nömrəli rəyə əsasən, İ.Motivləşdirici hissə. Yoxlanılan şəxs İddiaçı hazırda “Üzvi (Travma Mənşəli) Şəxsiyyət Pozuntusu, Depressiv Daxilolmalarla, X8 ilə” (Foto) aşkar edilir. Bunu anamnestik məlumatlar (döyüşlərdə kəllə-beyin travması alması, bundan sonra baş ağrılarından əziyyət çəkməsi, əsəbi olması, intihar fikirləri və cəhdlərinin olması, xarici qıcıqlara qarşı həssas olması, gecə yuxusunun pozulması, Azərbaycan Respublikası Səhiyyə Naziıfiyi “xxxx”da “Üzvi mənşəli şəxsiyyət pozğunluğu” diaqnozu ilə həmin xəstəxanada stasionar müalicədə olması və s ) və halhazırkı psixiatrik müayinənin nəticələri (zahirən gərgin olması, təfəkkürünün ləng olması, torpidlik əlamətlərinin olması, əhval-ruhiyyəsinin dəyişkən olması, emosional dayanıqsızlığı və s.) sübut edir. II. Yekun hissəsi: inzibati işi materiallannı və ambulator məhkəmə-psixiatrik ekspertizası zamanı aparılmış müayinələrin nəticələrinin tədqiqinə əsasən məhkəmə-psixiatrik ekspertizası qoyulmuş sualları aşağıdakı kimi cavablandırır: 1-ci sual: ##.##.1988-cı ildə Ağcabədi rayonu, Yuxarı Qiyaməddinlı kəndində anadan olmuş və Ağcabədi rayonu, Yuxarı Qiyaməddinli kəndində qeydiyyatda olan İddiaçı (ş/v seriyası AA 4772336, FIN kodu *******) üzərində aparılmış əyani müayinələrin nəticələri əsasında təyin olunmuş diaqnoza, həmçinin müvafiq tibb müəssisələri tərəfindən verilmiş göndəriş və digər tibbi sənədlərdə qeyd edilən diaqnoza əsasən İddiaçı əlilliyin təyin edilməsi mümkündürmü, mümkündürsə, həmin diaqnoz Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ### 2022-ci il tarixli, *** nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarının hansı bəndinə uyğundur, həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2015-ci il tarixli, *** nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamənin hansı bəndinə uyğun olmuşdur? Cavab: Bu sualı cavablandırmaq məhkəmə-psixiatrik ekspertizasının səlahiyyətlərinə aid deyil. 2-ci sual: Aparılmış əyani müayinələrin nəticələrinə dair tibbi sənədlərdə, həmçinin müvafiq tibb müəssisələri tərəfindən verilmiş göndəriş və digər tibbi sənədlərdə İddiaçı təyin olunmuş diaqnoz aparılmış müayinələrin nəticələrinə uyğundurmu və ya aparılmış müayinələrin nəticələri iddiaçı İddiaçı müvafiq diaqnozun təyin olunması üçün kifayət edirmi? Cavab: Yoxlanılan şəxs İddiaçı hazırda “Üzvi (Travma Mənşəli) Şəxsiyyət Pozuntusu, Depressiv Daxilolmalarla, X8 ilə” (F07.0) aşkar edilir. Aparılmış əyani müayinələrin nəticələrinə dair tibbi sənədlərdə, həmçinin müvafiq tibb müəssisələri tərəfindən verilmiş göndəriş və digər tibbi sənədlərdə İddiaçı təyin olunmuş diaqnoz aparılmış müayinələrin nəticələrinə uyğundur və aparılmış müayinələrin nəticələri iddiaçı İddiaçı müvafiq diaqnozun təyin olunması üçün kifayət edir. 3-cü sual: Mütəxəssis rəyi tərtib edilərkən aparılmış əyani müayinələrin nəticələrinə dair tibbi sənədlərdə, həmçinin müvafiq tibb müəssisələri tərəfindən verilmiş göndəriş və digər tibbi sənədlərdə İddiaçı sağlamlıq vəziyyətini əks etdirən bütün funksional diaqnostik müayinələrin nəticələri, xəstəliyin dinamikası, müalicə tədbirləri və onların səmərəliliyi, onun orqanizminin funksiyalarının pozulmasının klinik funksional xüsusiyyətləri əsaslandırılsın. Cavab: Bu sualı cavablandırmaq məhkəmə pstxiatrik ekspertizasının səlahiyyətlərinə aid deyil. Işdə olan Ağcabədi Rayon Prokurorluğunun müstəntiqi X2 ##.##.2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, İddiaçı ##.##.2022-ci il tarixdə saat 21 radələrində yaşadığı evdə olan zaman dezinfeksiyaedici maye preparat qəbul edərək “Ağcabədi Rayon Mərkəzi Xsətəxanası” PHŞ-in Təcili tibbi yardım briqadası tərəfindən həmin xəstəxananın Təcili yardım bölməsinə çatdırılması barədə rayon prokurorluğuna məlumat daxil olmuşdur. İddiaçı maye dərman preparatı qəbul etməsi hadisəsində ona qarşı Azərbaycan Respublikası CM-in 125-ci maddəsinin obyektiv cəhətində nəzərdə tutulan həmin hərəkətlərdən (hərəkətsizliklərdən) hər hansı biri törədilməmiş, yəni həmin maddədə nəzərdə tutulan cinayət hadisəsi faktiki olaraq baş verməmişdir. Belə ki, İddiaçı kənar şəxslərin onunla amansız rəftar etməsi, onun ləyaqətini mütəmadi olaraq alçaltması, ona hədə-qorxu gəlməsi halları olmadan, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 21 nəfər hərbi qulluqçusunun daha şəhid olması xəbərini alıb, II Qarabağ müharibəsi zamanı aldığı müxtəlif travmalar nəticəsində düçar olduğu psixoloji və digər xəstəliklər ilə əlaqədar aqressiyası özünə qarşı yönəlməklə, özünün də həmin döyüşlərdə iştirak etməməsindən əsəbiləşərək dərman preparatı qəbul etmişdir. 212 C-** nömrəli material üzrə cinayət işinin başlanması rədd edilmişdir. İddiaçı II Qarabağ müharibəsində iştirak etməsi ilə əlaqədar əlillik dərəcəsinin təyini məsələsinə yenidən baxılması üçün Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nəzdində Tibbi Sosial Ekspert Komissiyasına müraciət edilməsi məsələsi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror qarşısında qaldırılmışdır Məhkəmə kollegiyası qeyd edir ki, şərh olunan rəyə və ixtisaslaşmış tibb müəssisələri tərəfindən verilmiş digər sənədlərə əsasən iddiaçının xəstəliyi və həmin xəstəliklə bağlı ağırlaşmalar Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ### 2022-ci il tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın müvafiq bəndlərinə tam uyğunluğu təsdiq olunur. Məhkəmə kollegiyası qeyd edir ki, ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və məhkəmələr tərəfindən qiymətləndirilir. Hazırki iş üzrə verilmiş ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir və cavabdeh tərəfindən ekspert rəyini şübhə altına alan sübutlar məhkəməyə təqdim təqdim olunmamışdır. Odur ki, sözügedən ekspert rəyi iş üçün mühüm əhəmiyyət kəsb edən yazılı sənəd və mötəbər sübut kimi qəbul edilməlidir. “Inzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 19.2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun: 3.1-ci maddəsinə əsasən şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.2-ci maddəsinə əsasən əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3-cü maddəsinə əsasən şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.3-1-ci maddəsinə əsasən maddəsinə əsasən əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. 3.4-cü maddəsinə əsasən əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. 4.3-cü maddəsinə əsasən əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “Inzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. 6.4-cü maddəsinə əsasən əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır. Qanunvericiliyin qeyd olunan normaları ilə hazırki işin faktiki halları sistemli şəkildə təhlil olunduqda belə qənaətə gəlinir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il ## ###### tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın: 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. 1.5. Şəxsin əlilliyi aşağıdakı səbəblərdən birinə əsasən müəyyən edilir: 1.5.1. ümumi səbəblərdən: 1.5.1.1. ümumi xəstəlik; 1.5.1.2. istehsalat zədəsi; 1.5.1.3. peşə xəstəliyi; 1.5.1.4. Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar; 1.5.1.5. hərbi xidmət dövrü ilə əlaqədar; 1.5.1.6. hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar; 1.5.1.7. terror hadisəsi ilə əlaqədar; 1.5.2. xüsusi səbəblərdən: 1.5.2.1. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar; 1.5.2.2. 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar; 1.5.2.3. hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar; 1.5.2.4. Çernobıl AES-də hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar. 1.6. Orqanizmin funksiyalarının pozulması faizinin, səbəbinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin: 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Kollegiya onu da diqqətə çatdırır ki, oxşar işlər üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının *-*(***)-****/**** nömrəli iş üzrə, ##.##.2024-cü il tarixli qərardadı ilə cavabdehin kassasiya şikayəti mümkün sayılmamışdır. Məhkəmə kollegiyası qeyd etmişdir ki, "...kassasiya şikayətinin məhkəmələr tərəfindən cavabdehin səlahiyyəti ilə bağlı əsassız qərar qəbul edilməsi dəlilinə münasibətdə kassasiya instansiyası məhkəməsinin analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının *-*(***)-***/**** nömrəli, *-*(***)-****/**** nömrəli *-*(***)-****/**** nömrəli, *-*(***)-****/**** nömrəli, *-*(***)-****/**** nömrəli, qərarları) iddiaçının faktiki sağlamlıq vəziyyətinin obyektiv göstəricilər əsasında cavabdeh tərəfindən qiymətləndirilməsi, həm də qiymətləndirmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə tələb olunan xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh tərəfindən şəxsə əlillik dərəcəsinin təyin edilməsindən imtinası məhkəmə tərəfindən tam şəkildə yoxlanıla bilər. Bundan əlavə, iddiaçıda olan xəstəliklərin (ağırlaşmaların) əlilliyə əsas verməməsi ilə bağlı cavabdeh orqanın təkrarlanan dəlilinə münasibətdə qeyd edilməlidir ki, kassasiya instansiyası məhkəməsinin analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, (Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının *- *(***)-****/**** nömrəli, *-*(***)-****/**** nömrəli, *-*(***)-****/**** nömrəli qərarları) tibb müəssisəsi tərəfindən tərtib edilmiş Forma 88-də əks olunmuş xəstəliklərin şəxsdə aşkar edilməsi (məhkəmə tibbi ekspertizası vasitəsi ilə) və həmin xəstəliklərin Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2015-ci il tarixli, *** nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamədə və (və ya) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il ## ### tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarları”nda əks olunması əlilliyin təyininə hüquqi və faktiki olaraq əsas yaradır. Beləliklə, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi və gəldiyi nəticə ilə razılaşır və belə qənaətə gəlir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Şirvan Inzibati Məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 81-82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Şirvan Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(3-9)-258/2026
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-9)-258/2026
20.05.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver