Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 2-1(3-9)-26/2026 16.04.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Cavabdeh X1rşı iş üzrə QƏRARİ (Açar sözlər: sığorta ödənişinin verilməsindən imtina) Şirvan Apellyasiya Məhkəməsinin İnzibati kollegiyası, hakimlər Quliyev Ceyhun Əmir oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Fikrət Cilingir oğlu və Sadıqov Mirlətif Süleyman oğlundan ibarət tərkibdə, Rzayev Rüfət İlham oğlunun katibliyi, iddiaçı İddiaçı, cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Cavabdeh X1rşı “sığorta ödənişinin verilməsi” barədə iddia tələbinə dair inzibati iş üzrə Şirvan İnzibati Məhkəməsinin ## ####### 2025-ci il tarixli *-*(***)-****/**** nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi: İşin halları: Dövlət Sərhəd Xidmətinin N №-li hərbi hissəsi tərəfindən ##.##.2025-ci il tarixdə verilmiş “Baş vermiş hadisə və şəxsin müvafiq sığortalı üzrə sığortaolunan hesab olunmasına dair” * nömrəli arayışda qeyd edilmişdir ki, “...Dövlət Sərhəd Xidməti N №-li hərbi hissənin qərargah rəisi İddiaçı ##.##.2025-ci il tarixdə saat 22:00 radələrində Cəlilabad rayonu, Göytəpə şəhəri, N №-li hərbi hissənin hərbi şəhərciyində xidməti evində yıxılaraq az ağır xəsarət almışdır.” Dövlət Sərhəd Xidmətin Hərbi Hospitalı tərəfindən ##.##.2025-ci il tarixdə verilmiş “Xəsarətin dərəcəsinə və səbəbinə dair” arayışda qeyd edilmişdir ki, “..İddiaçı (sığorta olunan) ##.##.2025-ci il tarixdə xidmətdə olarkən baş vermiş hadisə nəticəsində sol əlin 5-ci daraq sümüyünün yerini dəyişməyən qapalı sınığı səbəbindən az ağır dərəcədə (xəsarət-yüngül, az ağır, ağır) xəsarət almışdır. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış ## ### 2025-ci il tarixli məktubda qeyd edilmişdir ki, “...“Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra-Qanun) 5-ci maddəsinin “d” bəndinə əsasən sığortaolunanın həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman ağır, az ağır və yüngül dərəcəli xəsarət alması sığorta hadisələri hesab edilir. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinə əsasən hərbi qulluqçuların hüquqlarının, vəzifələrinin və məsuliyyətinin məzmunu və həcmi onların hərbi xidmət başında olub-olmamasından asılıdır. Hərbi qulluqçular döyüş əməliyyatlarında iştirak edərkən, təlimlərdə, döyüş növbəsində (döyüş xidmətində), gündəlik və qarnizon növbələrində, toplanışlarda, ezamiyyətlərdə olarkən, xidmət yerinə gedib- gələrkən və başqa hallarda hərbi xidmət başında sayılırlar. Sözügedən Qanuna əsasən müəyyən olunur ki, baş vermiş hadisə hərbi xidmət başında olma və hərbi xidmət vəzifələrinin icrası kimi qiymətləndirilə bilməz. Qeyd olunanları nəzərə alaraq, aldığınız xəsarət həqiqi hərbi xidmətdə (toplanışda) olduğunuz zaman baş vermədiyindən sığorta hadisəsi hesab edilmir və Qanunun 8.1.3-cü maddəsinə əsasən Sizə sığorta ödənişinin verilməsindən imtina olunur.” Birinci instansiya məhkəməsində icraat və məhkəmənin gəldiyi nəticə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi və iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək “##.##.2025-ci il tarixdə hərbi hissənin ərazisində yerləşən xidməti evdə aldığı az ağır xəsarət hadisəsinin xidmətdə baş verməsi kimi qiymətləndirilərək ona sığorta ödənişinin hesablanıb ödənilməsi öhdəliyinin cavabdehə həvalə olunması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Dövlət Sərhəd Xidmətinin Göytəpə şəhərində yerləşən hərbi hissədə zabit kimi xidmət edir. ##.##.2025-ci il tarixdə hərbi hissənin ərazisində yerləşən xidməti evinə daxil olarkən büdrəyərək yıxılmışdır. Baş vermiş hadisə nəticəsində az ağır xəsarət almışdır. Hadisə hərbi hissənin ərazisində xidməti evində baş verdiyi üçün sığortaolunan kimi sğorta almaq üçün müvafiq sənədlər əsasında xxxxna müraciət etmişdir. Müraciətinə DSMF-da adiyyəti üzrə baxılmış, sığorta ödənişinin verilməsindən imtina olunmuşdur. İmtinaya səbəb kimi aldığı az ağır xəsarətin həqiqi hərbi xidmətdə olduğu zaman baş vermədiyi bildirilmişdir. Aldığı az ağır xəsarət xidmət etdiyi hərbi hissənin ərazisində yerləşən xidməti evdə baş vermişdir. Bu səbdən xidmətdə olma hesab edilməlidir. Dövlət Sərhəd Xidmətin Hərbi Hospitalı tərəfindən verilmiş ##.##.2025 ci il tarixli arayışda aldığı az ağır xəsart xidmətdə baş verməsi kimi qiymətləndirmişdir. Qeyd edilən səbəblərdən məhkəməyə müraciət etmişdir. Cavabdehin etirazları: İddiaya etirazın dəlilləri imtinanın dəlilləri ilə eynilik təşkil edir. Əlavə olaraq qeyd edilmişdir ki, hadisə iddiaçının xidməti evində baş verdiyi üçün həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman baş vermə kimi qiymətləndirilməməli və sığorta hadisəsi hesab edilməməlidir. Şirvan İnzibati Məhkəməsinin ## ####### 2025-ci il tarixli *-*(***)-****/**** nömrəli qərarı (hakim Rəşidə Quliyeva) ilə iddia təmin edilməmişdir. Həmin qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddianın təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat: Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayətinin dəlilləri ondan ibarətdir ki, “Hərbi qulluqçuların statusu haqqında” Qanunun 4-cü maddəsi dar mənada təfsir edilmiş, hadisənin hərbi hissənin ərazisində baş verməsi nəzərə alınmamışdır. Apellyasiya şikayətinə etiraz: Apellyasiya şikayətinə etirazın dəlilləri iddiaya etirazın dəlilləri ilə eynilik təşkil edir. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ##.##.2026-cı il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə icraatı iştirakçılarının izahatları və prosessual məsələlər: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.1-ci maddəsinə əsasən bu Məcəllənin 16.3-cü maddəsində nəzərdə tutulmuş hallar (yazılı icraat) istisna edilməklə, məhkəmə tərəfindən mübahisəyə şifahi məhkəmə baxışı (şifahi dinləmələr) qaydasında baxılır. İddiaçı apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, Şirvan İnzibati Məhkəməsinin ## ####### 2025-ci il tarixli *-*(***)-****/**** nömrəli qərarının ləğv edilməsini və iddianın təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etirazın məzmununa uyğun izahat verərək, birinci instansiya məhkəməsinin qərarının qüvvədə saxlanılmasını xahiş etdi. Tətbiq edilən hüquq: “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 4. Hərbi qulluqçular tərəfindən hərbi xidmət vəzifələrinin icrası
1. Hərbi qulluqçuların hüquqlarının, vəzifələrinin və məsuliyyətinin məzmunu və həcmi onların hərbi xidmət başında olub-olmadığından asılıdır.
2. Hərbi qulluqçular hərbi xidmət vəzifələrini faktik yerinə yetirdikləri bütün hallarda, o cümlədən döyüş, əməliyyatlarında iştirak edərkən, təlimlərdə, döyüş növbəsində (döyüş xidmətində), gündəlik və qarnizon növbələrində, toplanışlarda, ezamiyyətlərdə olarkən, xidmət yerinə gedib-gələrkən və başqa hallarda hərbi xidmət başında sayılırlar. Zərurət olduqda hərbi qulluqçu komandirin (rəisin) əmri ilə və ya öz təşəbbüsü ilə istənilən vaxtda və istənilən yerdə öz vəzifələrinin icrasına başlamalıdır.
“Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 37. Həqiqi hərbi xidmətin başlanğıcı və sonu 37.1. Aşağıdakı günlər həqiqi hərbi xidmətin başlanğıcı sayılır: 37.1.4. müvafiq icra hakimiyyəti orqanında birbaşa kadr zabit heyətinə könüllü daxil olanlar üçün - hərbi xidmətə daxil olmaları barədə əmrin imzalandığı gün. 37.2. Hərbi qulluqçunun həqiqi hərbi xidmətdən buraxılması ilə əlaqədar hərbi hissə komandirinin əmri ilə şəxsi heyətin siyahısından çıxarıldığı gün onun həqiqi hərbi xidmətinin sonu sayılır.
Maddə 27. Hərbi xidmət vəzifələrinin icrası 27.1. Hərbi qulluqçular və toplanışa çağırılmış hərbi vəzifəlilər aşağıdakı hallarda hərbi xidmət vəzifələrinin icrasında sayılırlar: 27.1.1. döyüş əməliyyatlarında iştirak edərkən; 27.1.2. hərbi vəziyyət dövründə, yaxud silahlı münaqişələr zamanı müəyyən edilmiş vəzifələri yerinə yetirərkən; 27.1.3. döyüş növbəsini (döyüş xidmətini) apararkən, daxili xidmət naryadlarında, qarovulda və qarnizon növbələrində olarkən; 27.1.4. təlimlərdə və təlimlə bağlı səfərlərdə iştirak edərkən; 27.1.5. vəzifə borclarını, yaxud komandir (rəis) tərəfindən verilmiş əmr, sərəncam və ya göstərişi yerinə yetirərkən; 27.1.6. günün nizam qaydaları ilə müəyyən edilmiş xidmət vaxtında və ya xidməti zərurətlə əlaqədar günün digər vaxtlarında hərbi hissənin (müəssisənin) ərazisində olarkən; 27.1.7. ezamiyyətdə olarkən; 27.1.8. müalicədə olarkən və müalicə yerinə gedib-gələrkən; 27.1.9. toplanışlar keçərkən; 27.1.10. hərbi xidmət yerinə gedib-gələrkən; 27.1.11. əsirlikdə olarkən (düşmən tərəfinə könüllü keçmə hallarından başqa); 27.1.12. xidməti vəzifəsini icra edərkən xəbərsiz itkin düşdükdə – şəxs qanunla müəyyən olunmuş qaydada xəbərsiz itkin düşmüş və ya ölmüş elan edilənədək; 27.1.13. vətəndaşların həyat və sağlamlıqlarını, şərəf və ləyaqətini müdafiə edərkən; 27.1.14. insan və vətəndaş hüquq və azadlıqlarının müdafiəsi, qayda-qanunun, ictimai təhlükəsizlik və ictimai qaydanın qorunub saxlanılması işində dövlət orqanlarının əməkdaşlarına köməklik göstərərkən; 27.1.15. fövqəladə halların və ya təbii fəlakətlərin və texnogen xarakterli qəzaların qarşısının alınması və nəticələrinin aradan qaldırılmasında iştirak edərkən. 27.2. Hərbi qulluqçuların və toplanışa çağırılmış hərbi vəzifəlilərin vəfat etmələri (həlak olmaları), yaxud bədən xəsarəti (yara, travma, kontuziya) almaları, aşağıdakı hallar nəticəsində baş verdikdə hərbi xidmət vəzifələrinin icrası ilə bağlı sayılmır: 27.2.1. bu Qanunun 27.1-ci maddəsində nəzərdə tutulan hallardan başqa, günün nizam qaydaları ilə müəyyən edilmiş xidmət vaxtı ərzində komandirin (rəisin) məlumatı olmadan və ya xidmət vaxtından sonra komandir (rəis) tərəfindən verilmiş əmr, sərəncam və ya digər göstərişin yerinə yetirilməsi ilə əlaqədar olmayan hallarda hərbi hissədən (xidmət yerindən) kənarda olması; “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 5. Sığorta hadisələri və ödənişləri Aşağıdakılar sığorta hadisələri hesab edilir və onlara görə sığorta ödənişləri bu Qanunun 4.1-ci maddəsi ilə müəyyən edilmiş sığorta məbləğlərinin müvafiq faiz nisbətlərində verilir: a) sığorta olunan həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman həlak olduqda, öldükdə və ya xəbərsiz itkin düşdüyünə görə məhkəmə qərarı ilə ölmüş elan edildikdə — 100 faiz; b) sığorta olunan həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman xəsarət (yaralanma, travma, kontuziya) alması, habelə xəstələnməsi nəticəsində xidmətdən (toplanışdan) buraxıldıqdan sonra üç il müddətində öldükdə — 100 faiz; c) sığorta olunan həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman xəbərsiz itkin düşdükdə (məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduqda) — 100 faiz; ç) hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən və ya həqiqi hərbi xidmət (toplanış) dövründə xəsarət (yaralanma, travma, kontuziya) almasına, habelə həqiqi hərbi xidmət (toplanış) dövründə xəstələnməsinə görə həqiqi hərbi xidmətə (toplanışa) yararsız hesab edilərək həqiqi hərbi xidmətdən (toplanışdan) ehtiyata və ya istefaya buraxıldığı gündən, həmçinin ehtiyata və ya istefaya buraxıldığı gündən həqiqi hərbi xidmət (toplanış) dövründə alınmış xəsarət (yaralanma, travma, kontuziya) və ya xəstəliklə əlaqədar üç il müddətində sığortaolunanın əlilliyi müəyyən edildikdə: - orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə — 80 faiz; - orqanizmin funksiyalarının 61-80 faiz pozulmasına görə — 60 faiz; - orqanizmin funksiyalarının 31-60 faiz pozulmasına görə — 40 faiz; d) sığorta olunan həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman, bu maddənin a, b və ç bəndlərində nəzərdə tutulmuş hallarla nəticələnməyən: - ağır xəsarət (yaralanma, travma, kontuziya) aldıqda — 25 faiz; - az ağır xəsarət (yaralanma, travma, kontuziya) — 15 faiz; - yüngül xəsarət (yaralanma, travma, kontuziya) aldıqda — 5 faiz. Ağır, az ağır və yüngül xəsarət növləri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilmiş siyahıya uyğun olaraq müəyyən edilir.
“Dövlət icbari şəxsi sığortası sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında ” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il ## ### tarixli **** nömrəli Fərmanın: 1-ci bəndinə əsasən Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin (bundan sonra - Şirkət) Azərbaycan Respublikası Milli Məclisinin deputatlarının, hakimlərin, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin, dövlət təhlükəsizliyi, xarici kəşfiyyat orqanlarının kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin hərbi qulluqçularının, habelə hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) hərbi xidmətdə olan şəxslərin və toplanışlarda olan hərbi vəzifəlilərin, prokurorluq işçilərinin, müstəntiqlərin, ədliyyə, miqrasiya orqanlarında qulluq keçən, təhqiqat aparan, əməliyyat-axtarış fəaliyyətini həyata keçirən, fövqəladə halların nəticələrinin aradan qaldırılmasını, ictimai qaydanın mühafizəsini təmin edən, gömrük işini təşkil edən, Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərində və konsulluqlarında xidmət keçən diplomatik xidmət əməkdaşlarının və inzibati-texniki xidməti həyata keçirən şəxslərin və mülki müdafiə qüvvələrinin şəxsi heyətinin həyat və sağlamlığının dövlət icbari şəxsi sığortası sahəsində səlahiyyətləri (bu Fərmanın 2.7-ci və 2.8-ci bəndləri nəzərə alınmaqla) 2022-ci il ######ın #dən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə həvalə edilsin. 2.7. sığorta hadisəsi hesab edilə bilən halın baş verməsi faktını təsdiq edən sənədinin tarixi 2021-ci il ######ın #-dən əvvələ aid, dövlət icbari şəxsi sığortası üzrə sığorta ödənişi almaq hüququ olan şəxslərə sığorta ödənişi “xxxx” Açıq Səhmdar Cəmiyyəti tərəfindən həyata keçirilir; 2.8. sığorta hadisəsi hesab edilə bilən halın baş verməsi faktını təsdiq edən sənədinin tarixi 2020-ci il ######ın ##-dən sonraya aid, dövlət icbari şəxsi sığortası üzrə sığorta ödənişi almaq hüququ olan şəxslərə sığorta ödənişinin (Şirkət tərəfindən 2022-ci il ######ın #-dək həyata keçirilmiş sığorta ödənişləri istisna olmaqla) həyata keçirilməsini 2022-ci il ######ın #-dən etibarən dövlət icbari şəxsi sığortası üzrə Fondda formalaşan sığorta vəsaiti hesabına Fond təmin edir.
Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58. Sübutların araşdırılması qaydası 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi və ona əsas olmuş səbəblər:
Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə kollegiyası proses iştirakçılarını dinləyərək, apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək, işin faktiki hallarını, sübutları və sadalanan hüquq normalarını nəzərə alaraq hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Birinci instansiyası məhkəməsi iddianı təmin etməmiş və mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçının xidməti mənzilində aldığı xəsarət ehtiyatsızlıqdan baş vermişdir, bu səbəbdən də xidməti vəzifələrin yerinə yetirilməsi kimi qiymətləndirilərək, sığorta hadisəsi hesab edilə bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, apellyasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir. İşin halları ilə müəyyən edilir ki, iddiaçı Dövlət Sərhəd Xidmətinin N №-li hərbi hissəsində qərargah rəisi vəzifəsində işləyir. O, ##.##.2025-ci il tarixdə saat 22:00 radələrində Cəlilabad rayonu, Göytəpə şəhəri, N №-li hərbi hissənin hərbi şəhərciyində xidməti evində yıxılaraq az ağır xəsarət almışdır. Dövlət Sərhəd Xidmətin Hərbi Hospitalı tərəfindən ##.##.2025-ci il tarixdə verilmiş “Xəsarətin dərəcəsinə və səbəbinə dair” arayışda qeyd edilmişdir ki, “..İddiaçı (sığorta olunan) ##.##.2025-ci il tarixdə xidmətdə olarkən baş vermiş hadisə nəticəsində sol əlin 5-ci daraq sümüyünün yerini dəyişməyən qapalı sınığı səbəbindən az ağır dərəcədə (xəsarətyüngül, az ağır, ağır) xəsarət almışdır. İdiaçı baş vermiş hadisə ilə bağlı sığorta ödənişi almaq üçün cavabdehə müraciət etmiş, cavabdeh baş vermiş hadisəni sığorta hadisəsi hesab etməmiş və bu səbəbdən sığorta ödənişi verməmişdir. Tətbiq edilən hüquq normaların qarşılıqlı təhlili onu deməyə əsas verir ki, hərbi qulluqçunun (mübahisə üzrə) dövlət icbari şəxsi sığortası ilə bağlı sığorta ödənişi baş vermiş hadisəyə görə sığorta ödənişinin ödənilməsini onun səbəbli əlaqəsi ilə əlaqələndirir. Yoxsa, Qanun səbəbindən asılı olmayaraq hərbi qulluqçunun səhhəti ilə bağlı baş vermiş hadisəni sığorta hadisəsi kimi qiymətləndirmir. Məsələn, hərbi qulluqçu məzuniyyətdə olarkən evi üçün odun doğrayır, bu zaman ehtiyatsızlığa yol verir və xəsarət alır. Belə bir vəziyyətdə sığorta hadisəsi baş vermir və Dövlət tərəfindən sığorta ödənişi ödənilməməlidir. Mübahisə üzrə hadisənin iş saatından sonra, lakin hərbi hissənin ərazisində hərbi qulluqçuya dövlət tərəfindən verilmiş xidməti mənzildə baş verməsi vəziyyəti dəyişmir. Yəni, həmin xidməti mənzilin hərbi qulluqçuya verilməsi onun sosial vəziyyətinin yaxşılaşdırılması baxımından dövlət tərəfindən atılan addımdır. Yoxsa, hadisənin sığorta hadisəsi kimi qiymətləndirilməsi baxımında ona üstün hüquq verərək, fərqli nəticə yaratmır. Hadisənin hərbi hissənin ərazisindəki xidməti mənzildə və ya başqa yerdə olan mənzildə baş verməsi əhəmiyyət daşımır. Əsas məsələ baş vermiş hadisənin şəxsin Dövlət tərəfindən ona həvalə edilmiş vəzifələr ilə bağlı olub-olmamasının qiymətləndirilməsidir. Yaşadığı evdə özünə aid işi görən hərbi qulluqçunun ehtiyatsızlığından baş vermiş hadisəyə görə dövlət sığorta ödənişi ödəməməlidir. Təsadüfi deyil ki, “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Qanunun 5ci maddəsinə # ###### 2021-ci il tarixli ***-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, ## ###### 2021-ci il, № ***, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № **, maddə 1317) ilə 5-ci maddənin beşinci abzasda ismin müvafiq hallarında “həqiqi hərbi xidmət” sözlərindən sonra ismin müvafiq hallarında “(toplanış)” sözü əlavə olunmuşdur. Yəni, “həqiqi hərbi xidmət” dövrü daha geniş müddəti əhatə etdiyi üçün “(toplanış)” sözü əlavə olunmuşdur. Dövlət Sərhəd Xidmətin Hərbi Hospitalı tərəfindən ##.##.2025-ci il tarixdə verilmiş “Xəsarətin dərəcəsinə və səbəbinə dair” arayışda baş vermiş hadisənin xidmətdə olarkən alınmasının qeyd edilməsi də vəziyyəti dəyişmir. Belə ki, həmin arayışı verən qurum xəsarətin hüquqi baxımından hansı şəraitdə alınmasını qiymətləndirən qurum deyil və məhkəmə məsələyə qiymət verərkən həmin arayışda qeyd edilmiş “hadisənin xidmətdə olarkən alınması” barədə mövqeyə bağlı deyil. Beləliklə, işin faktiki və hüquqi hallarını nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə haqlı mövqe sərgiləmişdir. Yuxarıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, birinci intansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.
Nəticəvi hissə:
Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
qərara aldı:
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin ## ####### 2025-ci il tarixli *-*(***)-****/**** nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Məhkəmə qərarından tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə (AZ 1025, Bakı şəhəri,Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.