Məhkəmə qərarları › İş №2-1(3-9)-261/2026

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-9)-261/2026

15.07.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 2-1(3-9)-261/2026 15.07.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti cavabdeh1 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: torpaq sahəsi üzərində icarə hüququnun dövlət qeydiyyatının aparılmasından imtina) Şirvan Apellyasiya Məhkəməsinin İnzibati kollegiyası, hakimlər Quliyev Ceyhun Əmir oğlu (sədrlik edən və məruzəçi), X2 və Sadıqov Mirlətif Süleyman oğlundan ibarət tərkibdə, Rzayev Rüfət İlham oğlunun katibliyi, iddiaçı İddiaçı, cavabdehin nümayəndəsi X3, üçüncü şəxs üçüncü şəxs2 iştirakları ilə, İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti cavabdeh1 qarşı “torpaq sahəsi üzərində icarə hüqunun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması, buna dair müvafiq çıxarışın, plan və ölçü sənədinin verilməsi” tələbinə dair (Masallı Rayonu Masallı Bələdiyyəsi və üçüncü şəxs2 inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmaqla) inzibati iş üzrə Şirvan İnzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli *-*(***)-****/**** nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi: İşin halları: Masallı Rayonu Seybətin Bələdiyyəsinin ##.##.2002-ci il tarixli ** saylı iclas protokolundan çıxarışın kserosurətindən görünür ki, Masallı rayonu, Seybətin kənd sakini İddiaçı Seybətin kəndinin qabaq hissəsindəki bələdiyyənin ehtiyat fonduna aid olan torpaq sahəsindən 0.70 ha torpaq uzun müddətli icarəyə verilməsi qərara alınmışdır. “Torpaq sahəsinin icarəyə verilməsi haqqında” ##.##.2002-ci il tarixli icarə müqaviləsinin kserosurətindən görünür ki, Masallı Rayonu Seybətin Bələdiyyəsi ilə İddiaçı arasında bağlanmış müqaviləyə əsasən 0.70 ha torpaq sahəsi icarəyə verilmişdir. Müqavilənin 2.1 və 4-cü bəndlərində müqavilənin 40 il müddətinə bağlanılması, hüquqa dair müəyyən olunmuş qaydada şəhadətnamə alındıqdan sonra müqavilənin qüvvəyə minməsi müqavilə şərtləri kimi müəyyən edilmişdir. Müqavilənin sonuncu səhifəsinin aşağı hissəsində qeyd edilmişdir ki, “Müqavilə Masallı Rayon Torpaq söbəsində qeydiyyata alınmışdır. “21.VIII.2002-ci il tarixli *** saylı qeydiyyat. Masallı Rayon Torpaq (oxunmur) torpaq sahələrindən istifadəyə hüquq verilməsinə dair sənədlərin qeydiyyat kitabındadır.” Torpaq sahəsinin planının kserosurətindən görünür ki, Masallı Rayonu Seybətin Bələdiyyəsinin ərazisindən İddiaçı icarəyə veriləcək torpaq sahəsinin planı tərtib edilmişdir. Bələdiyyələrlə İş baş idarəsinin ##.##.2024-cü il tarixli cavab məktubunda qeyd edilmişdir ki, “...“Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” Azərbaycan Respublikasının Qanunu ##.##.2003-cü il tarixdə qəbul olunmuş və yalnız bələdiyyə aktları qeyd olunan tarixdən sonra inzibati nəzarət icraatı qaydasında baxılması üçün Ədliyyə Nazirliyinə təqdim edilmişdir.” Masallı Rayonu Masallı Bələdiyyəsinin ##.##.2024-cü il tarixli *** nömrəli məktubunda qeyd edilmişdir ki, “...Masallı Rayonu Seybətin Bələdiyyəsinin ##.##.2002-ci il tarixli ** saylı qərarı və həmin qərarın verilməsinə əsas olan sənədlər 2009-cu ildə bələdiyyələrin birləşdirilməsi ilə yeni yaranan Masallı Rayonu Masallı Bələdiyyəsinə təhvil verilməmişdir. Bu səbəbdən həmin qərar və qərarın verilməsinə əsas olan sənədlərlə bağlı münasibət bildirilməsi mümkün deyil.” Masallı Rayon Dövlət Arxivinin ##.##.2025-ci il tarixli *-**-**RA/*-***/**** nömrəli məktubunda qeyd edilmişdir ki, “...Masallı Rayonu Seybətin Bələdiyyəsinin sənədləri Masallı RDA-ya təhvil verilmədiyindən, İddiaçı icarəsinə 0.70 ha torpaq sahəsinin verilməsi barədə Masallı Rayonu Seybətin Bələdiyyəsinin ##.##.2002-ci il tarixli ** saylı protokolunun, qərarının və həmin qərarın qəbul edilməsinə əsas olan sənədlərin təsdiqlənmiş surətlərinin məhkəməyə təqdim olunması imkanları xaricindədir.” “Torpaq sahəsinin icarəyə verilməsi haqqında” ##.##.2007-ci il tarixli müqavilənin kserosurətindən görünür ki, Masallı Rayonu Seybətin Bələdiyyəsi ilə X1 arasında bağlanmış müqaviləyə əsasən 0.45 ha torpaq sahəsi 99 il müddətinə icarəyə verilmişdir. cavabdeh1 Publik Hüquqi Şəxsin * saylı Cəlilabad ərazi idarəsi tərəfindən verilmiş mütəxəssis rəyində qeyd edilmişdir ki, “...1-ci sual üzrə: Masallı Rayonu Seybətin Bələdiyyəsinin ##.##.2002-ci il tarixli ** saylı qərarına əsasən İddiaçı Masallı rayonu, Seybətin kəndinin qabaq hissəsindəki bələdiyyənin ehtiyat fonduna aid olan torpaq sahəsindən icarəsinə ayrılmış 0.70 torpaq sahəsinin məkan göstəricilərini (koordinatlarını) əks etdirən “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin olmaması səbəbindən sənəd üzrə yerini müəyyənləşdirmək mümkün olmadı. İddiaçı İddiaçı iddia etdiyi 0.5781 ha torpaq sahəsinin naturada yerləşmə vəziyyəti, ölçüləri, döngə nöqtələrinin koordinatları müəyyən edilərək rəyə əlavə olunmuş yerquruluşu planında göstərilmişdir. ...3-cü sual üzrə: Masallı Rayonu Seybətin Bələdiyyəsinin ##.##.2002-ci il tarixli ** saylı qərarına əsasən İddiaçı Masallı rayonu, Seybətin kəndinin qabaq hissəsindəki bələdiyyənin ehtiyat fonduna aid olan torpaq sahəsindən icarəsinə ayrılmış 0.70 ha torpaq sahəsinin məkan göstəricilərini (koordinatlarını) əks etdirən “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin olmaması səbəbindən faktiki vəziyyəti ilə sənəd üzrə vəziyyəti arasında uyğunsuzluğu müqayisəli tərzdə cavablandırmaq mümkün olmadı. 4-cü sual üzrə: Masallı Rayonu Seybətin Bələdiyyəsinin ##.##.2002-ci il tarixli ** saylı qərarına əsasən İddiaçı Masallı rayonu, Seybətin kəndinin qabaq hissəsindəki bələdiyyənin ehtiyat fonduna aid olan torpaq sahəsindən icarəsinə ayrılmış 0.70 ha torpaq sahəsinin məkan göstəricilərini (koordinatlarını) əks etdirən “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin olmaması səbəbindən sənəd üzrə yerini müəyyənləşdirmək mümkün olmasada, fiziki sərhədlər daxilində plana alınmış 0.5781 ha torpaq sahəsi üçüncü şəxs üçüncü şəxs2 tərəfindən təyinatına uyğun istifadə edildiyi müəyyənləşdirildi. 5-ci sual üzrə: Masallı Rayonu Seybətin Bələdiyyəsinin ##.##.2002-ci il tarixli ** saylı qərarına əsasən İddiaçı Masallı rayonu, Seybətin kəndinin qabaq hissəsindəki bələdiyyənin ehtiyat fonduna aid olan torpaq sahəsindən icarəsinə ayrılmış 0.70 ha torpaq sahəsinin məkan göstəricilərini (koordinatlarını) əks etdirən “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin olmadığından həmin torpaq sahəsinin iddia tələbinə görə plana alınmış kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin döngə nöqtələrinin koordinatları ilə üst-üstə düşüb-düşmədiyini müqayisəli tərzdə cavablandırmaq mümkün olmadı. İddiaçı İddiaçı iddia etdiyi 0.5781 ha torpaq sahəsinin döngə nöqtələrinin koordinatları üçüncü şəxslərin qanuni istifadəsində olan torpaq sahəsi ilə üstüstə düşmədiyi müəyyən edildi.” cavabdeh1 Publik Hüquqi Şəxsin * saylı Cəlilabad ərazi idarəsi tərəfindən verilmiş ##.##.2026-cı il tarixli məktubda qeyd edilmişdir ki, “...Torpaq sahəsinin icarəyə verilməsi haqqında” ##.##.2002-ci il tarixli müqavilə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır.” cavabdeh1 Publik Hüquqi Şəxsi Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC tərəfindən verilmiş ##.##.2026-cı il tarixli məktubda qeyd edilmişdir ki, “...Mərkəzin arxivində icarə müqavilələri üzrə qeydiyyat kitabı mövcud deyildir. Bu səbəbdən sorğuda qeyd olunan ##.##.2002-ci il tarixli “Torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilə”nin qeydiyyata alınıb-alınmaması barədə məlumatın araşdırılması mümkün olmamışdır.” Birinci instansiya məhkəməsində icraat və məhkəmənin gəldiyi nəticə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Torpaq sahəsinin icarəyə verilməsi haqqında” ##.##.2002-ci il tarixli icarə müqaviləsinə əsasən icarəyə verilmiş 0.70 ha torpaq sahəsi üzərində icarə hüququnun qeydiyyata alınması, bununla bağlı müvafiq çıxarışın, plan və ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 2002-ci ildə Masallı Rayonu Seybətin Bələdiyyəsinə ona torpaq sahəsinin verilməsi üçün müraciət etmişdir. Masallı Rayonu Seybətin Bələdiyyəsinin ##.##.2002-ci il tarixli ** saylı iclas protokolundan çıxarış ilə kənd təsərrüftı təyinatlı torpaq sahəsindən 0.70 ha torpaq sahəsi ona uzunmüddətli icarəyə verilməsi məqsədəmüvafiq hesab edilmişdir. Bundan sonra onunla Bələdiyyəsi arasında “Torpaq sahəsinin icarəyə verilməsi haqqında” ##.##.2002-ci il tarixli icarə müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən 0.70 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi 40 il müddətə icarəyə verilmişdir. Həmin müqavilə Masallı Rayon Torpaq şöbəsində qeydiyyata alınmışdır. Müqavilə əsasında plan-ölçü sənədi tərtib edilmişdir. O, alıcı kimi torpağın satış qiymətinə uyğun olaraq Masallı Rayonu Seybətin Bələdiyyəsinin hesabına 636000 manat pul ödəmişdir. Torpaq sahəsinə icarə hüququnun qeydiyyata alınması ilə bağlı cavabdehə müraciət etmiş, qanunsuz olaraq, ##.##.2002-ci il tarixli ** saylı qərarın qüvvədə olması barədə bələdiyyənin məktubunun təqdim edilməsi bildirilmişdir. Cavabdehin etirazları: Etiraz onunla əsaslandırılmışdır ki, torpaq sahəsinə dair ilkin dair hüquq müəyyənedici sənədlərin əsli və Masallı Rayonu Seybətin Bələdiyyəsinin ##.##.2002-ci il tarixli ** saylı qərarının qüvvədə olması barədə Bələdiyyənin məktubu təqdim olunmamışdır. Buna görə də, İddiaçı 0.70 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə çıxarışın və texniki pasportun verilməsindən imtina edilmişdir. Üçüncü şəxsin etirazları: üçüncü şəxs2 tərəfindən verilmiş etiraz onunla əsaslandırılmışdır ki, Masallı Rayonu Seybətin Bələdiyyəsində 2000-ci ildən 2005-ci ilə qədər kassir, 2010-cu ilə qədər isə Seybətin Bələdiyyəsidə bələdiyyə üzvü olmuşdur. Masallı Rayon Seybətin Bələdiyyəsinin fəaliyyətdə olduğu illərdə İddiaçı icarəyə torpaq sahəsi verilməsinə dair qərarı və müqaviləsi olmamışdır. 2003-cü ildə Seybətin Bələdiyyəsinin sədri bələdiyyəyə məxsus möhürün qanunsuz yolla ikincisini çıxartmış, sədirlikdən 2005-ci ildə çıxarkən birini təhvil vermiş, digərini özündə saxlamışdır. İddiaçı köhnə bələdiyyə sədri Z.Hüseyinovla əlaqəyə girərək, saxta icarə müqaviləsi əldə edərək 2018-ci ildə torpaq sahəsinə müqavilə olduğunu bildirmişdir. Mübahisəli torpaq sahəsi heç vaxt iddiaçının istifadəsində olmamışdır. Torpaq sahəsi 1996-cı ildən atası X1 qanuni istifadəsində olmuşdur. Atası 2008-ci ildə dünyasını dəyişmişdir. Hazırda vərəsə kimi 0.45 ha əkin üçün yararlı torpaq sahəsindən istifadə edir. İddiaçının məhkəməyə təqdim etdiyi müqavilə, müqaviləyə əlavə edilmiş xəritə və digər torpağa dair sənədlər saxtalaşdırılmışdır. Torpaq sahəsinə dair sənədlər kserosurətlərdən başqa heç bir yerdə mövcud deyil. Şirvan İnzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli *-*(***)-****/**** nömrəli qərarı (hakim Rəşidə Quliyeva) ilə iddia təmin edilməmişdir. Həmin qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, Şirvan İnzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli *-*(***)-****/**** nömrəli qərarının ləğv edilməsini və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat: Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayətinin dəlilləri ondan ibarətdir ki, mübahisəli torpaq sahəsinin ona icarəyə verilməsi barədə hüquq müəyyənedici sənədlər qüvvədədir. İş üzrə üçüncü şəxs qismində cəlb edilmiş üçüncü şəxs2 qeyd edilən torpaq sahəsinə hər hansı bir sahiblik, istifadə və sərəncam hüququnu təsdiq edən sənəd yoxdur. Ekspert rəyində bir sıra ziddiyyət var. Torpaq sahəsinə dair hüquq müəyyənedici sənədlərin saxlanılmaması onun təqsiri deyil. Apellyasiya şikayətinə dair etiraz: Apellyasiya şikayətinə dair etiraz daxil olmamışdır. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Şirvan Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının ##.##.2026-cı il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə icraatı iştirakçılarının izahatları və prosessual məsələlər: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.1-ci maddəsinə əsasən bu Məcəllənin 16.3-cü maddəsində nəzərdə tutulmuş hallar (yazılı icraat) istisna edilməklə, məhkəmə tərəfindən mübahisəyə şifahi məhkəmə baxışı (şifahi dinləmələr) qaydasında baxılır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş üçüncü şəxs Masallı Rayonu Seybətin Bələdiyyəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxaraq iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, iş üzrə proses iştirakçılarına təqdim edilmiş məhkəmə bildirişində proses iştirakçılarına iclasa gəlmədiyi halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). İddiaçı apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, əlavə olaraq bildirdi ki, torpaq sahəsinin ayrılması ilə bağlı hüquq müəyyənedici sənədlərin əsllərini itirmişdir. Sonda İddiaçı Şirvan İnzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli *-*(***)-****/**** nömrəli qərarının ləğv edilməsini və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi iddiaya etiraza uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Üçüncü şəxs etiraza uyğun izahat verərək, Şirvan İnzibati Məhkəməsinin ## ###### 2026cı il tarixli *-*(***)-****/**** nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Torpaq Məcəlləsi: Maddə 66. Torpaq sahələri üzərində hüquqları təsdiq edən sənədlər

1. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir.

2. Torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir.

“Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu: (bələdiyyə qərarı qəbul edilərkən qüvvədə olan redaksiyası) ... Maddə 6.1. Bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. Maddə 6.2. Bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. ... Maddə 6.5. Torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir. Torpaqayırma sənədlərinin hazırlanması və razılaşdırılması qaydaları Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edilən əsasnamə ilə tənzimlənir.

“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda; 15.1.7. bu Qanunun 9.2-1-ci maddəsində nəzərdə tutulan araşdırmanın nəticəsində sənədlərdə göstərilən məlumatların yanlış olduğu təsdiq edildikdə.

Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi və ona əsas olmuş səbəblər:

Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə kollegiyası proses iştirakçılarını dinləyərək, apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək, işin faktiki hallarını, sübutları və sadalanan hüquq normalarını nəzərə alaraq hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Birinci instansiyası məhkəməsi iddianı təmin etməmiş və gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, “İddiaçı tərəfindən bələdiyyə qərarının mötəbər olması barədə cavabdehə, inzibati işə baxılmasının gedişində isə məhkəməyə sübut təqdim edilməmişdir. İddiaçı tərəfindən təqdim edilən sənədlərin arxiv nüsxələri nə qərarı və icarə müqaviləsini vermiş Bələdiyyənin arxivində, nədəki Rayon Arxiv idarəsində saxlanılan arxiv sənədləri arasında aşkar olunmamışdır. İşin hallarından müəyyən olunur ki, iddiaçı torpaq sahəsinin bələdiyyə tərəfindən ona icarəyə verilməsi barədə bələdiyyə qərarının qüvvədə olmasını, yəni mötəbərliyini təsdiq edən məktubu təqdim etməmişdir. Bələdiyyə tərəfindən və aidiyyəti orqanlara verilmiş sorğulara əsasən torpaq sahəsinin iddiaçının icarəsinə verilməsinə dair bələdiyyə tərəfindən qəbul olunmuş qərarın qüvvədə olması təsdiq olunmamışdır. İddiaçı icarə hüququnun qeydə alınmasını xahiş etdiyi torpaq sahəsinin onun icarəsinə verilməsi barədə qanunvericiliyin tələb etdiyi kimi bələdiyyə qərarının qüvvədə olmasını təsdiq edən məktubu təqdim etmədiyindən, yəni qərarın və icarə müqaviləsinin mötəbərliyi təsdiq edilmədiyindən təqdim olunmuş sənədlərin mötəbərliyini şübhə altına alır. Ona görə də torpaq sahəsinin icarəyə verilməsi barədə qərar icarə hüququnun qeydə alınması üçün qanuni əsas sayıla bilməz.” İşin halları ilə müəyyən edildi ki, Masallı Rayonu Seybətin Bələdiyyəsinin ##.##.2002-ci il tarixli ** saylı iclas protokolundan çıxarışının kserosurətinə əsasən Masallı rayonu, Seybətin kənd sakini İddiaçı Seybətin kəndinin qabaq hissəsindəki bələdiyyənin ehtiyat fonduna aid olan torpaq sahəsindən 0.70 ha torpaq uzun müddətli icarəyə verilməsi qərara alınmışdır. “Torpaq sahəsinin icarəyə verilməsi haqqında” ##.##.2002-ci il tarixli icarə müqaviləsinin kserosurətinə əsasən Masallı Rayonu Seybətin Bələdiyyəsi ilə İddiaçı arasında bağlanmış müqaviləyə əsasən 0.70 ha torpaq sahəsi icarəyə verilmiş, müqavilənin 2.1 və 4-cü bəndlərində müqavilənin 40 il müddətinə bağlanılması, hüquqa dair müəyyən olunmuş qaydada şəhadətnamə alındıqdan sonra müqavilənin qüvvəyə minməsi müqavilə şərtləri kimi müəyyən edilmişdir. Müqavilənin sonuncu səhifəsinin aşağı hissəsində qeyd edilmişdir ki, “Müqavilə Masallı Rayon Torpaq söbəsində qeydiyyata alınmışdır. “21.VIII.2002-ci il tarixli *** saylı qeydiyyat. Masallı Rayon Torpaq (oxunmur) torpaq sahələrindən istifadəyə hüquq verilməsinə dair sənədlərin qeydiyyat kitabındadır.” Masallı Rayonu Seybətin Bələdiyyəsinin ##.##.2002-ci il tarixli ** saylı iclas protokolundan çıxarışın (qərarın) əldə edilməsi, o cümlədən “Torpaq sahəsinin icarəyə verilməsi haqqında” ##.##.2002-ci il tarixli icarə müqaviləsinin və onların qeydiyyatı ilə bağlı aparılmış araşdırma müsbət nəticə verməmişdir. Bələdiyyələrlə İş baş idarəsinin ##.##.2024-cü il tarixli cavab məktubunda qeyd edilmişdir ki, “...“Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” Azərbaycan Respublikasının Qanunu ##.##.2003-cü il tarixdə qəbul olunmuş və yalnız bələdiyyə aktları qeyd olunan tarixdən sonra inzibati nəzarət icraatı qaydasında baxılması üçün Ədliyyə Nazirliyinə təqdim edilmişdir.” Masallı Rayonu Masallı Bələdiyyəsinin ##.##.2024-cü il tarixli *** nömrəli məktubunda qeyd edilmişdir ki, “...Masallı Rayonu Seybətin Bələdiyyəsinin ##.##.2002-ci il tarixli ** saylı qərarı və həmin qərarın verilməsinə əsas olan sənədlər 2009-cu ildə bələdiyyələrin birləşdirilməsi ilə yeni yaranan Masallı Rayonu Masallı Bələdiyyəsinə təhvil verilməmişdir. Bu səbəbdən həmin qərar və qərarın verilməsinə əsas olan sənədlərlə bağlı münasibət bildirilməsi mümkün deyil.” Masallı Rayon Dövlət Arxivinin ##.##.2025-ci il tarixli *-**-**RA/*-***/**** nömrəli məktubunda qeyd edilmişdir ki, “...Masallı Rayonu Seybətin Bələdiyyəsinin sənədləri Masallı RDA-ya təhvil verilmədiyindən, İddiaçı icarəsinə 0.70 ha torpaq sahəsinin verilməsi barədə Masallı Rayonu Seybətin Bələdiyyəsinin ##.##.2002-ci il tarixli ** saylı protokolunun, qərarının və həmin qərarın qəbul edilməsinə əsas olan sənədlərin təsdiqlənmiş surətlərinin məhkəməyə təqdim olunması imkanları xaricindədir.” cavabdeh1 Publik Hüquqi Şəxsin * saylı Cəlilabad ərazi idarəsi tərəfindən verilmiş ##.##.2026-cı il tarixli məktubda qeyd edilmişdir ki, “...Torpaq sahəsinin icarəyə verilməsi haqqında” ##.##.2002-ci il tarixli müqavilə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır.” cavabdeh1 Publik Hüquqi Şəxsi Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC tərəfindən verilmiş ##.##.2026-cı il tarixli məktubda qeyd edilmişdir ki, “...Mərkəzin arxivində icarə müqavilələri üzrə qeydiyyat kitabı mövcud deyildir. Bu səbəbdən sorğuda qeyd olunan ##.##.2002-ci il tarixli “Torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilə”nin qeydiyyata alınıb-alınmaması barədə məlumatın araşdırılması mümkün olmamışdır.” “Torpaq sahəsinin icarəyə verilməsi haqqında” ##.##.2007-ci il tarixli müqavilənin kserosurətindən görünür ki, Masallı Rayonu Seybətin Bələdiyyəsi ilə X1 arasında bağlanmış müqaviləyə əsasən 0.45 ha torpaq sahəsi 99 il müddətinə icarəyə verilmişdir. Həmin müqavilənin kserosurəti üçüncü şəxs tərəfindən məhkəməyə təqdim edilmiş, müqaviləyə baxış keçirilmiş, müqavilə kserosurət olmuş, lakin Masallı Rayonu Seybətin Bələdiyyəsi göy rəngli möhürü vurulmuşdur. cavabdeh1 Publik Hüquqi Şəxsin * saylı Cəlilabad ərazi idarəsi tərəfindən verilmiş mütəxəssis rəyində qeyd edilmişdir ki, “...1-ci sual üzrə: Masallı Rayonu Seybətin Bələdiyyəsinin ##.##.2002-ci il tarixli ** saylı qərarına əsasən İddiaçı Masallı rayonu, Seybətin kəndinin qabaq hissəsindəki bələdiyyənin ehtiyat fonduna aid olan torpaq sahəsindən icarəsinə ayrılmış 0.70 torpaq sahəsinin məkan göstəricilərini (koordinatlarını) əks etdirən “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin olmaması səbəbindən sənəd üzrə yerini müəyyənləşdirmək mümkün olmadı. İddiaçı İddiaçı iddia etdiyi 0.5781 ha torpaq sahəsinin naturada yerləşmə vəziyyəti, ölçüləri, döngə nöqtələrinin koordinatları müəyyən edilərək rəyə əlavə olunmuş yerquruluşu planında göstərilmişdir. ...3-cü sual üzrə: Masallı Rayonu Seybətin Bələdiyyəsinin ##.##.2002-ci il tarixli ** saylı qərarına əsasən İddiaçı Masallı rayonu, Seybətin kəndinin qabaq hissəsindəki bələdiyyənin ehtiyat fonduna aid olan torpaq sahəsindən icarəsinə ayrılmış 0.70 ha torpaq sahəsinin məkan göstəricilərini (koordinatlarını) əks etdirən “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin olmaması səbəbindən faktiki vəziyyəti ilə sənəd üzrə vəziyyəti arasında uyğunsuzluğu müqayisəli tərzdə cavablandırmaq mümkün olmadı. 4-cü sual üzrə: Masallı Rayonu Seybətin Bələdiyyəsinin ##.##.2002-ci il tarixli ** saylı qərarına əsasən İddiaçı Masallı rayonu, Seybətin kəndinin qabaq hissəsindəki bələdiyyənin ehtiyat fonduna aid olan torpaq sahəsindən icarəsinə ayrılmış 0.70 ha torpaq sahəsinin məkan göstəricilərini (koordinatlarını) əks etdirən “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin olmaması səbəbindən sənəd üzrə yerini müəyyənləşdirmək mümkün olmasada, fiziki sərhədlər daxilində plana alınmış 0.5781 ha torpaq sahəsi üçüncü şəxs üçüncü şəxs2 tərəfindən təyinatına uyğun istifadə edildiyi müəyyənləşdirildi. 5-ci sual üzrə: Masallı Rayonu Seybətin Bələdiyyəsinin ##.##.2002-ci il tarixli ** saylı qərarına əsasən İddiaçı Masallı rayonu, Seybətin kəndinin qabaq hissəsindəki bələdiyyənin ehtiyat fonduna aid olan torpaq sahəsindən icarəsinə ayrılmış 0.70 ha torpaq sahəsinin məkan göstəricilərini (koordinatlarını) əks etdirən “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin olmadığından həmin torpaq sahəsinin iddia tələbinə görə plana alınmış kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin döngə nöqtələrinin koordinatları ilə üst-üstə düşüb-düşmədiyini müqayisəli tərzdə cavablandırmaq mümkün olmadı. İddiaçı İddiaçı iddia etdiyi 0.5781 ha torpaq sahəsinin döngə nöqtələrinin koordinatları üçüncü şəxslərin qanuni istifadəsində olan torpaq sahəsi ilə üstüstə düşmədiyi müəyyən edildi.” Cavabdeh tərəfindən hüquq müəyyənedici sənədlərin əsli və Masallı Rayonu Seybətin Bələdiyyəsinin ##.##.2002-ci il tarixli ** saylı qərarının qüvvədə olması barədə Bələdiyyənin məktubu təqdim olunmadığı üçün hüququn qeydiyyatından imtina edilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, apellyasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir. İddiaçı iddia ərizəsinə əlavə edilmiş - Masallı Rayonu Seybətin Bələdiyyəsinin ##.##.2002ci il tarixli ** saylı iclas protokolundan çıxarışın kserosurətinə, “Torpaq sahəsinin icarəyə verilməsi haqqında” ##.##.2002-ci il tarixli icarə müqaviləsinin kserosurətinə və Torpaq sahəsinin planının kserosurətinə əsaslanaraq 0.70 ha torpaq sahəsi üzərində icarə hüququnun qeydiyyata alınmasını tələb edir. Qeyd edilən sənədlərin mötəbərliyinə əsaslı şübhələr var. Belə ki, Masallı Rayonu Seybətin Bələdiyyəsinin ##.##.2002-ci il tarixli ** saylı iclas protokolundan çıxarışın (qərarın) əldə edilməsi, o cümlədən “Torpaq sahəsinin icarəyə verilməsi haqqında” ##.##.2002-ci il tarixli icarə müqaviləsinin və onların qeydiyyatı ilə bağlı aparılmış araşdırma müsbət nəticə verməmişdir. Bələdiyyələrlə İş baş idarəsinin ##.##.2024-cü il tarixli cavab məktubunda qeyd edilmişdir ki, “...“Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” Azərbaycan Respublikasının Qanunu ##.##.2003-cü il tarixdə qəbul olunmuş və yalnız bələdiyyə aktları qeyd olunan tarixdən sonra inzibati nəzarət icraatı qaydasında baxılması üçün Ədliyyə Nazirliyinə təqdim edilmişdir.” Masallı Rayonu Masallı Bələdiyyəsinin ##.##.2024-cü il tarixli *** nömrəli məktubunda qeyd edilmişdir ki, “...Masallı Rayonu Seybətin Bələdiyyəsinin ##.##.2002-ci il tarixli ** saylı qərarı və həmin qərarın verilməsinə əsas olan sənədlər 2009-cu ildə bələdiyyələrin birləşdirilməsi ilə yeni yaranan Masallı Rayonu Masallı Bələdiyyəsinə təhvil verilməmişdir. Bu səbəbdən həmin qərar və qərarın verilməsinə əsas olan sənədlərlə bağlı münasibət bildirilməsi mümkün deyil.” Masallı Rayon Dövlət Arxivinin ##.##.2025-ci il tarixli *-**-**RA/*-***/**** nömrəli məktubunda qeyd edilmişdir ki, “...Masallı Rayonu Seybətin Bələdiyyəsinin sənədləri Masallı RDA-ya təhvil verilmədiyindən, İddiaçı icarəsinə 0.70 ha torpaq sahəsinin verilməsi barədə Masallı Rayonu Seybətin Bələdiyyəsinin ##.##.2002-ci il tarixli ** saylı protokolunun, qərarının və həmin qərarın qəbul edilməsinə əsas olan sənədlərin təsdiqlənmiş surətlərinin məhkəməyə təqdim olunması imkanları xaricindədir.” cavabdeh1 Publik Hüquqi Şəxsin * saylı Cəlilabad ərazi idarəsi tərəfindən verilmiş ##.##.2026-cı il tarixli məktubda qeyd edilmişdir ki, “...Torpaq sahəsinin icarəyə verilməsi haqqında” ##.##.2002-ci il tarixli müqavilə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır.” Bir sözlə mübahisəli torpaq sahəsi ilə bağlı yalnız sənədlərin kserosurətləri mövcuddur. Həmin sənədlərin həqiqiliyi torpağın mülkiyyətçisi olan Bələdiyyə tərəfindən də təsdiq edilmir. İddiaçı tərəfindən sənədlərin əsllərinin itirilməsi bildirilsədə, bununla bağlı onun tərəfindən hər hansı bir orqana müraciət edilməməsi də, həmin məsələnin həqiqət olmasına kölgə salır. Hətta, mübahisəli torpaq sahəsinə dair sənədlərin əsli və ya lazımi qaydada təsdiq edilmiş kserosurətləri olmuş olsa idi belə, bu hüququn qeydiyyatı üçün əsaslı hesab edilə bilməzdi. Belə ki, cavabdeh1 Publik Hüquqi Şəxsin * saylı Cəlilabad ərazi idarəsi tərəfindən verilmiş mütəxəssis rəyində qeyd edilmişdir ki, “...1-ci sual üzrə: Masallı Rayonu Seybətin Bələdiyyəsinin ##.##.2002-ci il tarixli ** saylı qərarına əsasən İddiaçı Masallı rayonu, Seybətin kəndinin qabaq hissəsindəki bələdiyyənin ehtiyat fonduna aid olan torpaq sahəsindən icarəsinə ayrılmış 0.70 torpaq sahəsinin məkan göstəricilərini (koordinatlarını) əks etdirən “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin olmaması səbəbindən sənəd üzrə yerini müəyyənləşdirmək mümkün olmadı. Yəni, sənədlərin əsli və ya lazımi qaydada təsdiq edilmiş kserosurətləri olmuş olsa idi belə, məhz tələb edilən torpaq sahəsinin iddiaçıya icarəyə verilməsi sübut olunmur. Cavabdeh tərəfindən iddiaçının torpaq sahəsinə dair icarə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından imtina edilməsi qanuni olmuşdur. Beləliklə, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslı hesab olunmalıdır. Odur ki, apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.

Nəticəvi hissə:

Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı:

Apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli *-*(***)-****/**** nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Məhkəmə qərarından tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə (AZ 1025, Bakı şəhəri,Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar