Məhkəmə qərarları › İş №2-1(3-9)-262/2026

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-9)-262/2026

15.07.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 2-1(3-9)-262/2026 15.07.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının hakimləri Sadıqov Mirlətif Süleyman oğlu (sədrlik edən və məruzəçi), X2 və Quliyev Ceyhun Əmir oğlundan ibarət tərkibdə, X5 oğlunun katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, iddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X9 Publik Hüquqi Şəxsinin cavabdeh Cavabdeh qarşı “artıq ödənilmiş işsizlikdən sığorta ödənişinin geri qaytarılması” tələbinə dair inzibati iş üzrə Şirvan Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(***)- ****/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Iddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X9 Publik Hüquqi Şəxsi ( bundan sonra mətndə Agentlik) cavabdeh Cavabdeh qarşı iddia ərizəsi ilə Şirvan Inzibati Məhkəməsinə müraciət edərək, işsizlikdən sığorta ödənişi qismində artıq ödənilmiş 2535,00 manat dövlət vəsaitinin X9 Mərkəzi Mühasibatlıq və Təyinat Filialının bank hesabına ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Şirvan Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarı qərarı ilə(hakim R.Quliyeva) iddia təmin edilmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Cavabdeh ##.##.2022-ci il tarixdə ona işsizlikdən sığorta ödənişinin təyin edilməsi ilə bağlı ərizə verərəkən mülkiyyətində (ümumi birgə mülkiyyətdə) Beyləqan rayonu, Kəbrli kəndində torpaq sahəsi olmuş, lakin iltizama imza etməsinə, həmçinin qanunvericlikdən irəli gələrək bu barədə məlumat verməli olmasına baxmayaraq bunu etməmişdir. X19 və Təyinat Filialı tərəfindən ##.##.2022-ci il tarixdən 6 ay müddətinə, ##.##.2022-ci il tarixdən isə 3 ay müddətinə işsizlikdən sığorta ödənişi təyin edilmiş və bu münasibətlər çərçivəsində cavabdehə 2535,00 manat vəsait nağdsız qaydada ödənilmişdir. Iddiaçı işsizlikdən sığorta ödənişi qismində artıq ödənilmiş 2535,00 manat dövlət vəsaitinin cavabdeh tərəfindən onun bank hesabına ödənilməsini tələb etməkdə haqlıdır. Qərardan cavabdeh tərəfindən apellyasiya şikayəti verilmişdir. Işin halları: Iddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, vətəndaş Cavabdeh Agentliyə müraciət edərək ona işsizlikdən sığorta ödənişi ilə bağlı təyinatın aparılmasını xahiş etmişdir. X19 və Təyinat filialı tərəfindən cavabdeh Cavabdeh “Işsizlikdən sığorta haqqında” Qanunun 13.2.1-ci maddəsinə əsasən # ### 2022-ci il tarixindən 6 ay müddətində işsizlikdən sığorta ödənişi, # ###### 2022-ci il tarixdən 3 ay müddətinə təkrar sığorta ödənişi təyin edilmiş və bu münasibətlər çərçivəsində cavabdehə 2535,00 manat vəsait nağdsız qaydada ödənilmişdir. Vətəndaş qanunvericiliyin müvafiq tələbi ilə əlaqədar tam məlumatlandırılmış və H.Ibrahimovva ərizə ilə sığorta ödənişinin miqdarının dəyişməsinə və ya dayandırılmasına səbəb olan Qanunla müəyyən olunmuş hallar barədə 10 gündən gec olmayaraq sığortaçıya məlumat verməyi üzərinə öhdəlik götürmüşdür. ##.##.2022-ci il tarixində cavabdehə sonuncu ay üzrə işsizlikdən sığorta ödənişinin ödənilməsi həyata keçirilmiş və bununla da Qanunun 18.0.3-cü maddəsinə əsasən sığorta ödənişinin verilməsi dayandırılmışdır. Təyinat dövrü üçün ödənişlərin icrası zamanı şəxslərin anket məlumatlarının dəqiqləşdirilməsi fəaliyyəti çərçivəsində aparılan araşdırma zamanı Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin müvafiq altsistemi tərəfindən əldə olunmuş məlumatlara əsasən cavabdehlə bağlı mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq payının olduğu müəyyən olunmuş və ## #### 2023-cü il tarixli *-**-*/*-*- ****/**** nömrəli əmrlə cavabdehə təkrar sığorta ödənişinin ödənilməsi də dayandırılmışdır. Işsizlikdən sığorta ödənişinin təyinatı # ### 2022-ci il tarixdən etibarən başlamış, lakin cavabdeh mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq payının olduğuna baxmayaraq Agentliyə bununla bağlı məlumat verməmişdir. Şəxsə işsizlikdən sığorta ödənişinin təyinatı aparılan zaman onun qanunveicilikdə nəzərdə tutulan formada işsiz kimi qeydiyyatını məhdudlaşdıran hər hansı bir hal aşkarlanmamışdır. Işsizlikdən sığorta ödənişi səkkiz ay ödənildikdən sona MEIS-in müvafiq altsistemində cavabdeh H.Ibrahimovun mülkiyyətində torpaq payının olduğu aşkar olunmuşdur. Həmçinin, cavabdeh özü mülkiyyətində torpaq payı olduğu halda işsizlikdən sığorta ödənişinin təyinatı ilə bağlı müraciət edərək sözügedən münasibətlər çərçivəsində vicdanlılıq tələbinin şərtlərini pozmuşdur. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddianın təmin edilməməsini xahiş etmişdir. Prosessual məsələlər: Cavabdeh məhkəmənin yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmağına baxmayaraq iclas zalında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 62-ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma: Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası iddia tələbinin mahiyyəti ilə bağlı aşağıdakıları qeyd edir. Işdə olan Sığorta ödənişinin alınması üçün Cavabdeh tərəfindən verilmiş ##.##.2022-ci il tarixli ərizənin məzmununda qeyd olunmuşdur ki, Qanunvericiliyə uyğun olaraq ona işsizlikdən sığorta ödənişinin təyin edilməsini xahiş edir. Təqdim etdiyi məlumatların düzgünlüyünə görə məsuliyyət daşıyır və sığorta ödənişinin təyin edilməsinə və təyin edilməsindən imtinaya, ödənişin məbləğinin dəyişdirilməsinə səbəb ola biləcək hallar baş verdikdə, bu barədə 10 ( on iş günü) müddətində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X9 yerli qurumlarına və ya “Dost” mərkəzində məlumat verməyi üzərinə götürür. Həmçinin işsiz kimi qeydiyyata alındığı aydan sonrakı hər ay fərdi məşğulluq proqramının icrası barədə hesabatı təqdim etməli olduğu barədə məlumatlandırıldı. Işdə olan X19 və Təyinat filialının ##.##.2022-ci il tarixli ********** nömrəli əmri ilə təsdiq edilmiş siyahıdan müəyyən olunur ki, Cavabdeh 300 manat məbləğində ( 15 manat əlavə 315 manat) ##.##.2022-ci il tarixdə sığorta ödənişi təyin edilmiş, ##.##.2023-cü il tarixdə dayandırılmışdır. X19 və Təyinat filialının ##.##.2022-ci il tarixli *********** nömrəli əmri ilə təsdiq edilmiş siyahıdan müəyyən olunur ki, Cavabdeh ##.##.2022-ci il tarixdə sığorta ödənişi təyin edilmiş, ##.##.2022-ci il tarixdə dayandırılmışdır. Dayandırmaya əsas 18.0.3 qeyd olunmuşdur. X19 və Təyinat filialının ##.##.2022-ci il tarixli *********** nömrəli əmri ilə təsdiq edilmiş siyahıdan müəyyən olunur ki, Cavabdeh 300 manat məbləğində ##.##.2022-ci il tarixdə sığorta ödənişi təyiedilmiş, ##.##.2023-cü il tarixdə dayandırılmışdır. X19 və Təyinat filialının ##.##.2023-cü il tarixli 3-17-2/3- ****/**** nömrəli əmri ilə təsdiq edilmiş siyahıdan müəyyən olunur ki, Cavabdeh ##.##.2022-ci il tarixdə sığorta ödənişi təyin edilmiş, ##.##.2023-cü il tarixdə dayandırılmışdır. Dayandırmaya əsas 18.0.14 qeyd olunmuşdur. Bank hesabından çıxarışdan müəyyən olunur ki, X6 ##.##.2022-ci il tarixdə 315 manat, ##.##.2022-ci il tarixdə 315 manat, ##.##.2022-ci il tarixdə 315 manat, ##.##.2022-ci il tarixdə 315 manat, ##.##.2022-ci il tarixdə 315 manat, ##.##.2022-ci il tarixdə 315 manat, ##.##.2022-ci il tarixdə 300 manat, ##.##.2023-cü il tarixdə 345 manat işsizlikdən sığorta haqqı ödənilmişdir. Sığortaedənin məlumatlarına ətraflı baxışda ##.##.1998-ci il tarixdə verilmiş 60707018-055 dövlət kodlu (JN-0055) dövlət aktı müəyyən edilmişdir. X19 və Təyinat Filialı tərəfindən: X8 ünvanlanmış ##.##.2023-cü il tarixli məktubda qeyd olunmuşdur ki, “Işsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının Qanununun 13.2.1-ci maddəsinə əsasən ona ##.##.2022-ci il tarixdən 6 ay müddətinə əsas və ##.##.2022-ci il tarixdən 3 ay müddətinə təkrar işsizlikdən sığorta ödənişi təyin edilmiş, 2535,00 manat sığorta ödənişi vəsaiti nağdsız qaydada kart hesabına köçürülmüşdür. Qanunun 18.0.1-ci maddəsinə əsasən sığorta ödənişi alan şəxs “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanunun 4-cü maddəsinə əsasən məşğul şəxs hesab edilməsi halı sığorta ödənişinin dayandırılmasına səbəb olur. Mülkiyyətlərində kənd təsərrüfatına yararlı torpaq payı olduğu üçün 2535,00 manat işsizlikdən sığorta ödənişi vəsaitinin ödənilməsi əsassız hesab olunmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il ## ###### *** nömrəli qərarı ilə təsdiq edilmiş “Sığorta ödənişinin verilməsi Qaydası”nın 6.2-ci bəndinə əsasən Qanunun 18-ci maddəsində göstərilən səbəblərdən sığortaolunana artıq ödənilmiş sığorta ödənişi könüllü qaydada X9ytarılmalıdır, bundan imtina edilərsə, bu barədə mübahisəyə məhkəmə qaydasında baxılır.Məktub ona təqdim olunduğu tarixdən 30 gün müddətində artıq ödənilmiş sığorta ödənişini könüllü qaydada Agentliyə geri qaytarmadığı təqdirdə, mübahisənin məhkəmə qaydasında həlli məqsədi ilə qanunamüvafiq tədbir görüləcəkdir. X6 ünvanlanmış *-**-*/*-İ-*****/**** saylı, ##.##.2024-cü il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, ona əsassız hesablanmış 2535,00 manat işsizlikdən sığorta ödənişi vəsaitinin geri qaytarılması ilə bağlı ##.##.2023-cü il tarixli *-**-*/*-İ-*****/**** nömrəli məktub ünvanlanmışdır.Lakin qeyd edilən vəsait tərəflərindən hazırkı dövrə qədər köünüllü surətdə X9 geri qaytarılmamışdır. Nazirlər Kabinetinin 2017-ci il ## ###### tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “Sığorta ödənişinin verilməsi Qaydası”nın 6.2-ci bəndinə əsasən “Işsizlikdən sığorta haqqında” Qanunun 18-ci maddəsində göstərilən səbəblərdən sığortaolunana artıq ödənilmiş sığorta ödənişi könüllü qaydada Agentliyə qaytarılmalıdır, bundan imtina edilərsə, bu barədə mübahisəyə məhkəmə qaydasında baxılır. Bu məktub ona təqdim olunduğu tarixdən 10 gün müddətində qeyd olunan vəsait könüllü surətdə geri qaytarılmadığı halda yaranmış mübahisə ilə bağlı məhkəməyə müraciət ediləcəkdir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi * saylı Beyləqan Ərazi Idarəsinin *-**-*-**/*-****/**** saylı ##.##.2025-ci il tarixli məktubu ilə təqdim olunmuş: “Torpağın mülkiyyətə verilməsinə dair” JN-***A saylı (Kod 60707018) şəhadətnamənin surətindən müəyyən olunur ki, X3, X7, Cavabdeh Beyləqan rayon Aqrar Islahat Komissiyasının ##.##.1997-ci il tarixli ** saylı qərarı ilə 0,11 ha torpaq sahəsi mülkiyyətlərinə verilmişdir. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan müəyyən olunur ki, Beyləqan rayonu, Kəbirli kəndində ümumi sahəsi 1.826 ha olan kənd təsərrüfatlı təyinatlı torpaq sahəsi X4, Cavabdeh və X1 birgə mülkiyyətindədir. “Işsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının Qanunun 18.0.1-ci maddəsinin tələbinə görə, şəxs “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinə əsasən məşğul şəxs hesab edildikdə işsizlikdən sığorta ödənişi dayandırılır. Qanunun 5.2.1-ci maddəsinə əsasən işsizlikdən sığortaolunanın əsas vəzifələrindən biri sığorta ödənişinin miqdarının dəyişməsinə və ya dayandırılmasına səbəb olan bu Qanunla müəyyən olunmuş hallar barədə 10 gündən gec olmayaraq sığortaçıya məlumat verməkdir. “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununun 4.1.3-cü maddəsində qeyd olunmuşdur ki, sahibkarlar, mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq payı olanlar, ailə kəndli təsərrüfatının üzvləri məşğul şəxslər sayılırlar. Kollegiya diqqətə çatdırır ki, cavabdehə işsizlikdən sığorta ödənişi ödənilərkən onun mülkiyyətində kənd təsərrüfatı təyinatlı torpaq sahəsi olmuşdur. Lakin iltizama imza etməsinə, həmçinin qanunvericilikdən irəli gələrək bu barədə məlumat verməli olmasına baxmayaraq bunu etməmişdir. Bu zaman cavabdehin sözügedən torpaq sahəsindən hər hansı gəlir əldə edib-etməməsi də əhəmiyyət kəsb etmir. Qanunvericiliyin qeyd olunan normaları ilə hazırki işin faktiki halları sistemli şəkildə təhlil olunduqda belə qənaətə gəlinir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Beləliklə, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi və gəldiyi nəticə ilə razılaşır və belə qənaətə gəlir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Şirvan Inzibati Məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 81-82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Şirvan Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar