Azərbaycan Respublikası adından Qərardad Şirvan şəhəri İş № 2-1(3-9)-263/2026 17.06.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyası hakimlər Hüseynov Fikrət Cilingir oğlu (sədrlik edən və məruzəçi), X2 və X1 ibarət tərkibdə, Hüseynli Bülbül Düldül oğlunun katibliyi, cavabdehin nümayəndəsi X3 iştirakı ilə, Şirvan Inzibati Məhkəməsinin ## #### 2026-cı il tarixli, *-*(*-*)-***/**** nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti əsasında iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili Işlər Nazirliyi Daxili Qoşunlarına qarşı əmrin ləğv olunması tələbinə dair inzibati işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili Işlər Nazirliyi Daxili Qoşunlarına qarşı iddia ərizəsi ilə Şirvan Inzibati Məhkəməsinə müraciət edərək, DIN Daxili Qoşunlarının baş idarəsi tərəfindən onun barəsində qəbul olunmuş ##.##.2025-ci il tarixli əmrin ləğv edilməsi barədə qərаr qəbul edilməsini хаhiş еtmişdir. Şirvan Inzibati Məhkəməsinin (hakim R.Quliyeva) ## #### 2026-cı il tarixli, *-*(*- *)-***/**** nömrəli qərardadı ilə iddianın mümkün sayılmaması qərara alınmışdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı məhkəmə iclasında verdiyi izahatında müddətin ötürülməsini mübahisələndirilən əmrin ona rəsmi qaydada təqdim olunmaması ilə bağlı olduğunu göstərsə də, məhkəmə qeyd olunan halı iddia müddətinin axımının kəsilməsi üçün əsas hesab etmir. Iş materiallarından da göründüyü kimi, iddiaçı mübahisələndirilən əmrin elan olunmasından 2 ay keçdikdən sonra hazırki iddia ərizəsini poçta təqdim etmiş və bu zaman üzrlü səbəb kimi Şərəf məhkəməsi keçirildikdən sonra hərbi xidmətini davam etdiridiyini, barəsində qəbul olunmuş əmrin ona rəsmi qaydada təqdim edilməməsi ilə bağlı olduğunu əsaslandırmışdır. Halbuki, işin hallarından müəyyən olunur ki, iddiaçı mübahisələndirilən əmr barədə məlumatlı olmuşdur. Beləliklə, bir daha qeyd edilməlidir ki, mübahisə predmeti olan əmrdən iddiaçı ən azından 2025-ci ilin noyabr ayından rəsmi qaydada məlumatlı olmuşdur. Qüvvədə olmuş qanunvericilik belə aktların mübahisələndirilməsi (ləğv edilməsi və ya dəyişdirilməsi) ilə bağlı iddiaların irəli sürülməsi üzrə 30 gün müddət müəyyən etmişdir. Lakin iddiaçı həmin müddətdən istifadə etməmiş, əksinə əmrin mövcudluğundan, yəni müddətin buraxılmasından xəbərdar olduğu vaxtdan 2 aydan çox müddət keçdikdən sonra məhkəməyə müddətin bərpası barədə ərizə ilə müraciət etmişdir. Göründüyü kimi hazırkı mübahisəyə münasibətdə ərizənin müddətə dair normalara əməl olunmaqla verilməsi şərti yerinə yetirilməmişdir. Bu baxımdan ərizə mümkün sayılmamalı və mümkünlük şərti olan müddətinin buraxılması ərizəçinin (iddiaçının) məsuliyyət sferasına aid edilməlidir. Qərardaddan iddiaçı tərəfindən apellyasiya şikayəti verilmişdir. Işin halları Iddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 2016-cı ildə tam orta təhsilini bitirməklə 2020-ci ildə DIN-nin DX Ali Hərbi Məktəbinin “fiziki tərbiyyə və çağırışaqədərki hazırlıq müəllimi” ixtisasını bitirməklə DIN Daxili Qoşunların baş idarəsində zabit kimi xidməyə başlamışdır. Xidmət müddətində səhhəti ilə əlaqədar xidmət etməkdən imtina etdikdə barəsində şərəf məhkəməsi təşkil edilməklə ##.##.2025-ci il tarixli əmrə əsasən “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə ( xidməti uyğunsuzluğa görə) müvafiq olaraq ehtiyata buraxılmışdır. Şərəf məhkəməsi keçirildikdən sonra hərbi xidmətini davam etdirmişdir. Barəsində çıxarılan əmr barədə ona şifahi məlumat verilmişdir. Barəsində çıxarılan əmrin surəti ona təqdim edilmədiyindən hərbi bileti əldə etdikdən sonra mübahisələndirmək qərarına gəlmişdir. Hərbi bileti Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidməti Çağırış üzrə Dövlət Xidmətinin Şirvan şəhər Şöbəsindən ##.##.2025-ci il tarixdə almışdır. Hərbi biletini aldıqdan sonra məlum olmuşdur ki, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq əmr verilmişdir.Xidmət müddəti ərzində heç bir intizam cəzası almamışdır. Cavabdeh tərəfindən verilmiş iddiaya qarşı etirazda göstərmişdir ki, sabiq hərbi qulluqçu, ehtiyatda olan R İddiaçı ##.##.2025-ci il tarixdə komanda üzrə *-**-**-**/*- ****/**** nömrəli raportla müraciət edərək “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndi ilə həqiqi hərbi xidmətdən ehtiyata buraxılmasını xahiş etmişdir. “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 165-ci maddəsinə görə ehtiyata və istefaya buraxılma barədə əmrlər buraxılan hərbi qulluqçulara hərbi hissə komandirləri (rəisləri) tərəfindən elan olunur. Hərbi qulluqçuların (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) buraxılması əmri və ya ondan çıxarış Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının, silahlı Qüvvələr növlərinin, korpusların (diviziyaların) müvafiq qurumları tərəfindən korpuslara (diviziyalara), bilavasitə tabelikdə olan hərbi bölmə və hissələrə buraxılan hərbi qulluqçuya elan olunmaq və haqq-hesabı aparmaq üçün göndərilir.Mübahisələndirilən əmr İddiaçı elan olunmuş və tanış olması barədə özü tərəfindən imza edilmişdir. Apellyasiya şikayətinin dəlilləri Iddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsi, iddia tələbinin mümkün sayılaraq təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri iddia ərizəsinin məzmunu ilə eynilik təşkil edir. Şikayətdə əlavə olaraq qeyd edilmişdir ki, birinci instansiya məhkəməsi iş üzrə qərardad qəbul edərkən məhkəmənin gəldiyi nəticə iş üçün mühüm əhəmiyyətli olan bütün faktiki halları araşdırmamış, iş üçün əhəmiyyətli olan hallar birinci instansiya məhkəməsi tərəfindən sübut olunmamış, məhkəmənin qərardadında göstərdiyi dəlillər işin hallarına uyğun olmamışdır. Prosessual məsələlər Cavabdehin nümayəndəsi apellyasiya şikayətinin dəlillərini qəbul etmədi və təmin edilməməsini xahiş etdi. Iddiaçı səhhəti ilə əlaqədar gələ bilməməsi ilə bağlı məhkəmə iclasının təxirə salınmasını xahiş etmiş, lakin səhhətində hər-hansı problemin olması ilə bağlı tibbi sənəd təqdim etməmişdir. Odur ki, kollegiya işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. Iddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “Inzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” ## ##### 2015-ci il tarixli, * nömrəli qərarının 2 .3-cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, Inzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü Inzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. “Inzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: -1.1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. -62.1. inzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. -64.1. inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. Inzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin: -24.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. -38.1. mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. -38.2. məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər. Məhkəmə kollegiyası qeyd edir ki, iddianın mümkünlük şərtlərindən biri də iddianın qanunla müəyyən olunmuş müddətdə verilməsidir. Iş materiallarında olan: -Azərbaycan Respublikası Daxili X4-X8 237 ş/h nömrəli, ##.##.2025-ci il tarixli əmrindən çıxarışda qeyd olunmuşdur ki, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq: Baş leytenanat İddiaçı N saylı hərbi hissənin təminat bölüyünün rabitə taqımının komandiri vəzifəsindən azad edilib, həqiqi hərbi xidmətdən ehtiyata buraxılsın. Hərbi qeydiyyata alınmaq üçün SHXÇDX-nin Sabirabad rayon şöbəsinə göndərilsin. Ilk növbədə qeyd edilməlidir ki, iddiaçı mübahisələndirdiyi əmr barədə ona şifahi məlumat verildiyini bildirmişdir. Yuxarıda qeyd edilən normanın tələbindən göründüyü kimi iddiaçı həmin inzibati aktı təqdim (elan) olunduğu vaxtdan 30 gün müddətində mübahisələndirə bilərdi. Göründüyü kimi iddiaçı cavabdeh tərəfindən xidməti hüquq münasibətlərinə xitam verildiyini bildiyi halda, mübahisələndirilən qərar üzrə prosessual müddət ötürüldükdən sonra məhkəmədə iddia qaldırdığından birinci instansiya məhkəməsi tərəfindən haqlı olaraq iddia mümkün sayılmamışdır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Şirvan Inzibati Məhkəməsinin ## #### 2026-cı il tarixli, *-*(*-*)-***/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(3-9)-263/2026
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(3-9)-263/2026
17.06.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver