Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 2-1(3-9)-264/2026 17.06.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyası hakimlər Hüseynov Fikrət Cilingir oğlu (sədrlik edən və məruzəçi), Quliyev Ceyhun Əmir oğlu və X2 ibarət tərkibdə, Hüseynli Bülbül Düldül oğlunun katibliyi, iddiaçıların qanuni nümayəndəsi İddiaçı, cavabdehin nümayəndəsi X5 iştirakı ilə, Şirvan Inzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarından iddiaçıların qanuni nümayəndəsi İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti əsasında iddiaçılar X3 və X1 cavabdeh Cavabdeh qarşı məcburi köçkün statusunu təsdiq edən vəsiqənin verilməsi tələbinə dair inzibati işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iddia ərizəsi ilə Şirvan Inzibati Məhkəməsinə müraciət edərək, övladları ##.##.2008-ci il təvəllüdlü X3 və ##.##.2009-cu il təvəllüdlü X1 “Məcburi köçkün” statusunu təsdiq edən sənədin (vəsiqənin) verilməsi öhdəliyinin cavabdehə həvalə olunması bаrədə qərаr çıхаrılmаsını хаhiş еtmişdir. Şirvan Inzibаti Məhkəməsinin ##.##.2026-cı il tаriхli, *-*(***)-****/**** nömrəli qərardadı ilə iddiaçıların qanuni nümayəndəsi İddiaçı tərəfindən verilmiş “iddiaçılar qismində X3, X1 göstərilməklə onlara məcburi köçkün statusunu təsdiq edən vəsiqənin verilməsi” barədə iddianın dəyişdirilməsi (tələbin dəqiqləşdirilməsi) barədə ərizənin icraata qəbul edilməsi qərara alınmışdır. Şirvan Inzibati Məhkəməsinin (hakim R.Quliyeva) ## ###### 2026-cı il tarixli, *- *(***)-****/**** nömrəli qərarı ilə iddia təmin edilməmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, uşaqlara məcburi köçkün statusu və onu təsdiq edən vəsiqə verilməsi üçün şərtlərdən biri valideynlərindən atanın “məcburi köçkün” statusuna malik olması, ikincisi hər iki valideyninin qeydiyyatının daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olması, üçüncü isə Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almasıdır. Hazırkı işdə iddiaçıya (övladlarına) münasibətdə 3-cü şərtin ödənilməsi mübahisəsizdir. Buna baxmayaraq, müvafiq Qaydaların 4.1.6-cı bəndində nəzərdə tutulan hər iki valideynin qeydiyyatının daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olmasına dair şərt ödənilməmişdir. Qərardan iddiaçıların qanuni nümayəndəsi İddiaçı tərəfindən apellyasiya şikayəti verilmişdir. Işin halları Iddiа onunla əsaslandırmışdır ki, İddiaçı övladları ##.##.2008-ci il təvəllüdlü X3 və ##.##.2009-cu il təvəllüdlü X1 məcburi köçkün statusunu təsdiq edən sənədin (vəsiqənin) verilməsi məqsədi ilə cavabdeh inzibati orqana müraciət etmişdir. Müraciətinə cavabdeh inzibati orqan tərəfindən verilmiş imtina məktubunda ##.##.2008-ci il təvəllüdlü X3 və ##.##.2009-cu il təvəllüdlü X1 anası X4 qeydiyyatı ünvan 2 ünvanında olduğundan övladlarına məcburi köçkün statusunu təsdiq edən sənədin verilməsinin imkan xaricində olduğu qeyd edilmişdir. Cavabdeh inzibati orqanın imtinasını qanunsuz və əsassız hesab edir. Cavabdehin iddiaya qarşı etiraz dəlilləri ondan ibarət olmuşdur ki, X3 və X1 ataları İddiaçı ünvan 1 ünvanında yaşayış yeri üzrə qeydiyyatda olmaqla, məcburi köçkün statusu və onu təsdiq edən vəsiqəyə malikdir, anaları X4 isə məcburi köçkün statusu və onu təsdiq edən vəsiqəyə malik deyildir. X4 qeydiyyat yeri ünvan 3 üvanındır. “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın 4.1.6-cı bəndinin tələblərinə əsasən, ona məcburi köçkün statusu və onu təsdiq edən vəsiqənin verilməsindən imtina edilmişdir. Apellyasiya şikayətinin dəlilləri Iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri iddia ərizəsinin dəlilləri ilə eynilik təşkil edir. Prosessual məsələlər Iddiaçıların qanuni nümayəndəsi İddiaçı apellyasiya şikayətini müdafiə etdi, onun dəlillərinə uyğun izahat verməklə təmin edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi apellyasiya şikayətini qəbul etmədiyini bildirməklə, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əsaslandırma Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası qeyd edir ki, iddia mümkün iddiadır. Belə ki, iddiaçı Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 2.2.3-cü, 34-cü maddələrində nəzərdə tutulmuş iddianı qaldırmışdır. Məhkəmə kollegiyası iddia tələbinin mahiyyəti ilə bağlı aşağıdakıları qeyd edir. Iş materiallarına əlavə edilmiş: -AZE seriyalı, ******** №-li şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, ##.##.1982-ci ildə Füzuli rayonu, Seyidmahmudlu kəndində doğulmuş İddiaçı həmin ünvanda qeydiyyatdadır. -****** №-li AA seriyalı məcburi köçkün vəsiqəsinin surətindən müəyyən olunur ki, Qaçqınların və X11 üzrə Dövlət Komitəsi tərəfindən ##.##.2010-cu il tarixdə İddiaçı məcburi köçkün vəsiqəsi verilmişdir. -Əli Bayramlı VVAQ şöbəsi tərəfindən ##.##.2006-cı il tarixli ****** №-li nikah haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, İddiaçı ilə X7 ##.##.2006-cı il tarixdə nikaha daxil olmuşdur. -AA******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, ##.##.1988-ci il təvəllüdlü X4 şəhərində daimi yaşayış yeri üzrə pasport qeydiyyatındadır. -AA******* №-li və AA******* №-li şəxsiyyət vəsiqələrinin surətindən müəyyən olunur ki, ##.##.2008-ci il təvəllüdlü X3 və ##.##.2009-cu il təvəllüdlü X1 rayonu, Mirzəcamallı Ərazi Dairəsi, Seyidmahmudlu kəndində qeydiyyatdadır. -Füzuli Rayon Icra Hakimiyyətinin *-**/*-***/**** saylı, ##.##.2025-ci il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, İddiaçı, X3 və X1 Nazirlər Kabinetinin 2017-ci il ## ###### ** nömrəli “Məcburi kömkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə vahid aylıq müavinətin ödənilməsi Qaydası”nın təsdiq edilməsi haqqında qərarının 2.1-ci bəndinə əsasən vahid aylıq müavinət almırlar. -Qaçqınların və X11 üzrə Dövlət Komitəsinin *-**-*/*-Ə-****-**/****/**** saylı ##.##.2025-ci il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın tələblərinə əsasən valideynlərindən atası “məcburi köçkün” statusuna malik olan və hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olan, AR-nın şəxsiyyət vəsiqəsini almış şəxslərə məcburi köçkün statusunu təsdiq edən vəsiqənin verilməsi nəzərdə tutulmuşdur. ##.##.2008-ci il təvəllüdlü X3 və ##.##.2009-cu il təvəllüdlü X1 anası X4 qeydiyyatı ünvan 3 ünvanında olduğundan istəyinin müsbət həlli Komitənin imkanı xaricindədir. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikasında məcburi köçkünlərin statusunun müəyyənləşdirilməsi “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanununa, Azərbaycan Respublikası Prezidentinin 2005-ci il # ###### tarixli *** nömrəli Fərmanı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının Qaçqınların və X11 üzrə Dövlət Komitəsi haqqında Əsasnamə”yə, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində ## #### 2013-cü il tarixdə qeydiyyatdan keçmiş Cavabdeh 2013-cü il ## ### tarixli * nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”a uyğun olaraq həyata keçirilir. “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikasının Qanununun:- -1-ci maddəsinə əsasən məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) - Azərbaycan Respublikası ərazisində hərbi təcavüz, təbii və texnogen fəlakət nəticəsində daimi yaşayış yerini tərk etməyə məcbur olub başqa yerə köçmüş şəxsdir. -9-cu maddəsinə əsasən, qaçqın və ya məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusu vermə və qaçqın statusundan məhrum etmə məsələlərinə dair qərarları Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları qəbul edirlər. -10-cu maddəsinin birinci hissəsinə əsasən qaçqın statusu almaq niyyətində olan şəxslər onlara qaçqın statusu verilməsi haqqında ərizə ilə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına müraciət etməli, məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusu verilməsi üçün isə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçməlidirlər. -12-ci maddəsinə əsasən qaçqın və ya məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) statusu verilməsi haqqında qərarı Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı qaçqın statusu verilməsi haqqında vəsatətin qeydə alındığı gündən üç ay ərzində və məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçdiyi gündən bir ay ərzində qəbul edir. “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin ## #### 1999-cu il tarixli *** nömrəli Fərmanının 2-ci bəndinə əsasən Qanunun 1-ci maddəsinin ikinci hissəsində 10-cu maddəsinin birinci hissəsində (ikinci halda), 12-ci maddəsinin birinci hissəsində (ikinci halda) nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Qaçqınların və X11 üzrə Dövlət Komitəsi həyata keçirir. “Azərbaycan Respublikasında məcburi köçkünlərə “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın:- -1.1-ci bəndində qeyd olunmuşdur ki, “Azərbaycan Respublikasının Qaçqınların və X11 üzrə Dövlət Komitəsi haqqında” Əsasnaməyə əsasən Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və əsaslarla “məcburi köçkün” statusu, onu təsdiq edən vəsiqənin verilməsi və bu statusdan məhrumetmə məsələlərinə dair qərarları Cavabdeh (bundan sonra Komitə) qəbul edir. -4.1-ci bəndində qeyd olunmuşdur ki, “Məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqə aşağıdakı şəxslərə verilir: -4.1.6. Valideynlərindən atası “məcburi köçkün” statusuna malik olan və hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olan, Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış uşaqlara. “Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən Bu Qanunda nəzərdə tutulmuş sosial müdafiə tədbirləri məcburi köçkünlərin əvvəlki yaşayış yerlərinə qayıtması üçün şəraitin yarandığı vaxtdan üç il müddətində, məcburi köçkünlərə «bərabərtutuları şəxslərin isə əvvəlki yaşayış yerlərinə qayıtması üçün şəraitin yarandığı və ya daimi məskunlaşdıqları vaxtadək qüvvədədir. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, qanunvericilik uşaqlara məcburi köçkün statusunun verilməsini iki şərtin mövcudluğu: 1) valideynlərindən atasının “məcburi köçkün” statusuna malik olması və 2) hər iki valideyninin qeydiyyatının daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olması ilə şərtləndirmişdir. Işin faktiki hallarından müəyyən olunur ki, iddiaçıların atası İddiaçı məcburi köçkün statusuna malikdir və bu baxımdan birinci şərt ödənilmişdir. Lakin qeyd edilən normanın dispozisiyasında birmənalı şəkildə qeyd edilmişdir ki, hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olmalıdır. Iddiaçıların anası işğal olunmuş rayon (şəhər) üzrə deyil, Şirvan şəhəri üzrə qeydiyyatdır. Belə olan halda iddiaçıların atası İddiaçı məcburi köçkün statusuna malik olsa da, qanunvericiliklə müəyyən edilmiş digər şərt ödənilmədiyindən, iddiaçılar sözügedən tələblərin təsir dairəsinə düşmür. Işin faktiki və hüquqi hallarını nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 81-82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Şirvan Inzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(3-9)-264/2026
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-9)-264/2026
17.06.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver