Azərbaycan Respublikası adından Qərardad Şirvan şəhəri İş № 2-1(3-9)-268/2026 10.06.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyası hakimlər Hüseynov Fikrət Cilingir oğlu (sədrlik edən və məruzəçi), X4 və Quliyev Ceyhun Əmir oğlundan ibarət tərkibdə, Hüseynli Bülbül Düldül oğlunun katibliyi, üçüncü şəxs İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs iştirakı ilə, Şirvan Inzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərardadından iddiaçılar tərəfindən verilmiş apellyasiya şikayəti əsasında iddiaçı iddiaçı2 və iddiaçı1 cavabdeh Cavabdeh qarşı qərarın ləğv edilməsi tələbinə dair inzibati işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Iddiaçılar iddiaçı2 və iddiaçı1 cavabdeh Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs 1 otaqlı mənzilin verilməsi barədə qərarın ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması bаrədə qərаr çıхаrılmаsını хаhiş еtmişdir. Şirvan Inzibati Məhkəməsinin müvafiq qərardadı ilə İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs üçüncü şəxs qismində işə cəlb edilmişdir. Şirvan Inzibati Məhkəməsinin (hakim R.Quliyeva) ## ###### 2026-cı il tarixli, *- *(***)-****/**** nömrəli qərardadı ilə iddianın mümkün sayılmaması qərara alınmışdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, hazırki işdə iddiaçının subyektiv hüquqi mövcud deyildir. Iddiaçının hazırki iş üzrə hüquqi marağı X5 qüsursuz xidmət illərinə görə ona veriləcək olan 1 otaqlı mənzilə dair qərarın ləğv olunmasına nail olmaqdır. X5 qanunun tələblərinə əsasən ona qüsursuz xidmət illərinə görə cavabdeh inzibati orqan tərəfindən verilməsi nəzərdə tutulan mənzili öz iradə ifadəsinə uyğun olaraq qəbul etməmiş və mübahisə predmeti olan mənzil əmlak bölgüsü zamanı mübahisə predmeti olmadığı və iddiaçı mübahisəli predmeti olan mənzilin üçüncü şəxs tərəfindən daşınmaz əmlaka (mənzilə) dair sərəncam vermək hüququna malik olmasına dair sübut təqdim etmədiyindən iddia tələbi ilə məhkəməyə müraciət etmək hüququ yoxdur. Eyni zamanda iddiaçı cavabdeh inzibati orqana müraciət etsə də, onun tələbinin təmin olunmasından imtina olunmamışdır. Əksinə iddiaçıya ünvanlanmış məktubda mənzilin üçüncü şəxsin adına rəsmiləşdirilməsi işlərinin dondurulduğu, üçüncü şəxslə aralarında olan əmlak bölgüsü aparıldıqdan sonra onun müraciətinə baxılacağı bildirilmişdir. Qərardaddan iddiaçılar tərəfindən apellyasiya şikayəti verilmişdir. Işin halları Iddiaçılar tələbi onunla əsaslandırmışlar ki, iddiaçı2 İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs ilə ##.##.2003-cü il tarixdə nikaha daxil olmuşdur. Nikaha daxil olduqdan sonra qayınatasına məxsus Biləsuvar şəhəri, Nizami 111 ünvanda yerləşən fərdi yaşayış evinə qeydiyyata alınmaqla həmin evdə yaşamışdır. Keçmiş həyat yoldaşı hərbi qulluqçu olduğu üçün onunla birlikdə xidmət etdiyi müxtəlif yerlərdə birlikdə kirayədə yaşamışdır. Birgə yaşadıqları dövrdə İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs “Azərbaycan Ordusunun hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” Azərbaycan Respublikası Prezidentinin ##.##.2011-ci il tarixli *** nömrəli Fərmanına uyğun olaraq “Hövsan 2/2 yaşayış kompleksində ailə vəziyyətinə uyğun olaraq ümumi sahəsi 76,71 kv.m., 3 (otaqlı) mənzillə təmin edilməsi ilə əlaqədar növbəyə alınmışdır. Xasiyyətləri uyğun gəlmədiyi üçün Biləsuvar Rayon Məhkəməsinin *(***)-**/**** saylı, ##.##.2023-cü il tarixli qətnaməsinə əsasən nikahları pozulmuşdur. Lakin üçüncü şəxs nikah pozulduğu üçün ona verilən mənzili qəbul etməkdən imtina etmişdir. Bununla bağlı Müdafiə Nazirliyinin Mənzil istismar Idarəsi tərəfindən ona, yəni X2 ünvanlanmış məktublarda qeyd olunmuşdur ki, üçüncü şəxs mənzil növbəsinə qəbul olunmuş və onun adı siyahıda 349-cu sırada qeyd olunmuşdur. Siyahıya alınan zaman onların adları da qeyd olunmuşdur. Cavabdeh inzibati orqan iddiaya qarşı etirazda qeyd etmişdir ki, iddiaçı2 keçmiş həyat yoldaşı İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş dövlət vəsaiti hesabına mənzillə təmin edilməli hərbi qulluqçularının siyahısına ailə tərkibi 3 nəfər (arvadı X2 və qızı iddiaçı1) olmaqla əlavə edilmişdir. Müvafiq Komissiya tərəfindən İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs “Hövsan-2” yaşayış kompleksindən ümumi sahəsi 76,71 kv.m olan 3 otaqlı yaşayış sahəsinin verilməsi nəzərdə tutulmasına baxmayaraq, ##.##.2022-ci il tarixdə Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində keçirilən püşkatmaya dəvət edilmiş, lakin nikahın pozulması ilə bağlı iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyini bildirərək, ona təklif olunan 3 otaqlı mənzildən imtina edərək, könüllü olaraq imtina etməsinə dair həmin komissiyaya ərizə ilə müraciət etmişdir. Biləsuvar Rayon Məhkəməsinin ## #### 2023-cü il tarixli, Şirvan Apellyasiya Məhkəməsinin ## #### 2023-cü il tarixli qətnamələri ilə Biləsuvar rayon Qeydiyyat şöbəsi tərəfindən ##.##.2023-cü il tarixli AZ-İ****** nömrəli şəhadətnaməyə əsasən İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs X2 arasında bağlanmış nikah pozulmuşdur. Sözügedən Fərmanın 3.1-ci yarımbəndinə əsasən hazırlanması zamanı hərbi qulluqçuların qüsursuz hərbi xidmət müddətini, döyüş əməliyyatlarından iştirakını, hərbi rütbəsini, tutduğu vəzifənin xüsusiyyətlərinin, ailə üzvlərinin sayını, yaşayış şəraiti nəzərə alınır. Ailə tərkibi haqqında təqdim etdiyi sənədlər, məhkəmə qətnamələri, imtina ərizəsi və tək olduğunu nəzərə alınaraq, Komissiyanın qərarı ilə qeyd olunan yaşayış kompleksindən İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs 1 (bir) otaqlı yaşayış sahəsi ayrılmışdır. Təqdim edilən müvafiq sənədlər nəzərə alınmaqla İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs 1 otaqlı yaşayış sahəsi ilə təmin olunması Fərmanın tələblərinə uyğundur və müvafiq qərarın qəbul edilməsi zamanı vəzifəli şəxslər tərəfindən qanun pozuntusuna yol verilməmişdir. Bununla bağlı dövlət vəsaiti hesabına mənzil almağa hüququ olan şəxs mənzil almaqdan imtina etdiyi halda onun ailə üzvlərinin, o cümlədən nikah müqaviləsinə xitam verilmiş keçmiş ərin (arvadın) həmin mənzilə pay hüququnun olması qanunvericiliyə ziddir. Sonradan cavabdeh inzibati orqan tərəfindən birinci instansiya məhkəməsinə təqdim olunmuş ##.##.2025-ci il tarixli, */*-****/**** saylı vəsatətdə göstərilmişdir ki, hazırki mübahisə üzrə məsələyə komissiyada baxılan zaman ehtiyatda olan hərbi qulluqçu İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs verilməsi nəzərdə tutulan ümumi sahəsi 40 kv.m olan 1 otaqlı yaşayış sahəsinin rəsmiləşdirilməsi dondurulmuş və sonuncuya Hövsan yaşayış kompleksində 3 otaqlı mənzilin verilməsinə dair qərar qəbul edilmişdir. Bundan sonra İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs komissiyaya bir daha ərizə ilə müraciət edərək bildirmişdir ki, müvafiq komissiyanın ##.##.2024-cü il tarixli ** nömrəli protokolu əsasında 2023-cü ilin dekabr ayında püşkatma yolu ilə ona təklif edilən 1 otaqlı mənzilin onun adına rəsmiləşdirilməsinin ləğv olunaraq, keçmiş ailə tərkibi nəzərə alınmaqla ona verilmiş 3 otaqlı mənzildən imtina edir. Sözügedən məsələyə müvafiq komissiyada baxılmlş, İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs Hövsan yaşayış kompleksində püşkatma yolu ilə ayrılmış ümumi sahəsi 40 kv.m olan 1 otaqlı mənzilin rəsmiləşdirilmə işləri dondurulmuş və ona həmin kompleksdə 3 otaqlı mənzilin verilməsinə dair qərar qəbul edilmişdir. Lakin İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs bir daha müvafiq komissiyaya müraciət edərək ona verilməsi nəzərdə tutulan 3 otaqlı yaşayış sahəsindən imtina etmişdir. Müdafiə Nazirliyi tərəfindən üzərinə qoyulmuş öhdəliklər tam yerinə yetirilmiş İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs 1 otaqlı yaşayış sahəsinin verilməsinə dair müvafiq komissiyanın qərarı ləğv edilmişdir. Apellyasiya şikayətinin dəlilləri Iddiaçılar apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri iddia ərizəsinin dəlilləri ilə eynilik təşkil edir. Həmçinin şikayətdə qeyd edilmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən onlara hüquqi yardım göstərilməmişdir. Müdafiə Nazirliyi tərəfindən İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs “Hövsan-2” yaşayış kompleksində ailə vəziyyətinə uyğun olaraq (özü, həyat yoldaşı və qızı) ümumi sahəsi 76.71 kv.m olan 3 otaqlı mənzil verilməsi nəzərdə tutulmuşdur. Yəni həmin mənzillə təmin edilmək üçün onların da hüquqları yarandığından, onlar nəzərə alınmaqla verilmişdir. Hazırda İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs 3 otaqlı mənzildən imtina edərək 1 otaqlı mənzili qəbul etməsi onların hüquqlarının pozulmasına gətirib çıxarmışdır. Birinci instansiya məhkəməsi isə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmadan, heç bir sübut əldə etmədən, sadəcə 3-cü şəxs qismində cəlb edilmiş İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs məhkəmədə verdiyi ifadəsinə əsaslanaraq əsassız qərardad qəbul etmişdir. Prosessual məsələlər Üçüncü şəxs məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətinin dəlillərini qəbul etməmiş, əlavə olaraq bildirmişdir ki, 3 otaqlı mənzildən yerləşdiyi yer xoşuna gəlmədiyinə görə imtina etmiş, sonradan 1 otaqlı mənzil verilməsi qərara alınsa da, faktiki olaraq verilməmişdir. Iddiaçılara və cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, iddiaçılar gəlməmiş, cavabdeh nümayəndəsinin iştirakını təmin etməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası işə gəlməyən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası məruzəni dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, iş materiallarında olan: -Müdafiə Nazirliyinin Mənzil Istismar Idarəsi tərəfindən X2 ünvanlanmış: -##.##.2023-cü il tarixli *** №-li və ##.##.2023-cü il tarixli **** №-li eyni məzmunlu məktublarda da qeyd olunmuşdur ki, həyat yoldaşı ehtiyatda olan R İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs adı Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Ordusunun hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” ##.##.2011-ci il tarixli *** nömrəli Fərmanına uyğun olaraq, 1992-1998ci illərdə Azərbaycan Ordusunda həqiqi hərbi xidmətə başlamış, müvafiq Komissiya tərəfindən mənzil növbəsinə qəbul edilmiş hərbi qulluqçuların və ehtiyatda (istefada) olan şəxslərin adlı siyahısında 349-cu sırada qeyd olunmuşdur. Komissiya tərəfindən həyat yoldaşı İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs ##.##.2022-ci il tarixdə daimi mənzillə təmin edilməsi məqsədilə püşkatmada iştirak etmək üçün, Azərbaycan Ordusunun Təlim Tədris Mərkəzinə dəvət edilmişdir. Lakin həyat yoldaşı İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs nikahın pozulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyini bildirərək, Hövsan-2 Yaşayış Kompleksindən ailə vəziyyətinə uyğun olaraq (özü, həyat yoldaşı və qızı) ona təklif olunan ümumi sahəsi 76,71 kv.m olan 3 (üç) otaqlı mənzildən imtina etmişdiir. Mübahisəli məsələlərin həlli ilə bağlı aidiyyəti məhkəmə orqanlarına müraciət etməsi tövsiyyə olunur. -##.##.2023-cü il tarixli, 2739 və ##.##.2023-cü il tarixli **** №-li cavab məktublarda qeyd olunmuşdur ki, həyat yoldaşı İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs adı qeyd olunan Fərmanın tələblərinə əsasən Azərbaycan Ordusu sıralarında 1992-1997-ci illərdə xidmətə başlamış hərbi qulluqçuların adlı siyahısında 155ci sırada 3 (üç) nəfər ailə üzvü (həyat yoldaşı X1, qızı X3) kimi qeyd olunmuşdur. -Müdafiə Nazirliyi Əsaslı Tikinti Idarəsi tərəfindən X2 ünvanlanmış ##.##.2024-cü il tariixli **/**** №-li cavab məktubda qeyd olunmuşdur ki, onun keçmiş həyat yoldaşının adı qeyd olunan Komissiyanın Azərbaycan Ordusu sıralarında 1992-1997-ci illərdə xidmətə başlamış hərbi qulluqçuların adlı siyahısında 155- ci sırada ailə tərkibi 3 (üç) nəfər ( həyat yoldaşı X2, iddiaçı1 Mais qızı) kimi qeyd olunmuşdur. Həmin Komissiya tərəfindən keçmiş həyat yoldaşına “Hövsan-2” yaşayış kompleksində bina 37, giriş 19, 10-cu mərtəbə, 3-cü mənzil, 3 otaqlı, sahəsi 76,71 kv.m olan yaşayış sahəsi təklif edilmişdir. Lakin ehtiyatda olan R İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs ##.##.2022-ci il tarixdə həmin mənzildən imtina etmişdir. O, cümlədən Biləsuvar rayon və Şirvan Apeellyasiya Məhkəmələrinin qətnamələri ilə ##.##.2003-cü il tarixli Biləsuvar Rayon Qeydiyyat Şöbəsi tərəfindən 130 nömrə ilə qeydə alınmış nigahları pozulmuşdur. Məhkəmə qətnamələrinə əsasən qızı iddiaçı1 Mais qızı onun yanında qalmışdır. Ehtiyatda olan R İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs ailə tərkibi haqqında təqdim etdiyi sənədlər, məhkəmə qətnamələri və imtina ərizəsi nəzərə alınaraq adı qeyd edilən Komissiya tərəfindən “Hövsan-2” yaşayış kompleksində bina 4, giriş 34, 2-ci mərtəbə, 2-ci mənzil, 1 otaqlı, sahəsi 40 kv.m olan yaşayış sahəsi ilə təmin olunmuşdur. Göstərilən hər hansı bir nəticə ilə razı olmadıqda Konstitusiyanın 60-cı maddəsinin 4-cü hissəsinə əsasən dövlət orqanlarına siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada məhkəməyə şikayət etmək hüquqlarının olması izah olunmuşdur. -Müdafiə Nazirliyi tərəfinfən X2 ünvanlanmış */*-**** saylı, ##.##.2025-ci il tarixli cavab məktubda qeyd olunmuşdur ki, “Azərbaycan Ordusunun hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il ## ###### tarixli *** nömrəli Fərmanına uyğun olaraq keçmiş əri İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş dövlət vəsaiti hesabına mənzillə təmin edilməli hərbi qulluqçuların siyahısına ailə tərkibi 3 nəfər ( O, övladı iddiaçı1 daxil) olmaqla əlavə edilmişdir.Azərbaycan Ordusunun hərbi qulluqçularının dövlət vəsaiti hesabına yaşayış sahəsi ilə təmin edilməsi üzrə komissiyası tərəfindən İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs “Hövsan-2” yaşayış kompleksindən 3 otaqlı yaşayış sahəsinin verilməsi nəzərdə tutulmasına baxmayaraq, o ##.##.2022-ci il tarixdə keçirilən püşkatma zamanı könüllü olaraq ona verilməli olan 3 otaqlı yaşayış sahəsindən imtina etməsinə dair həmin komissiyaya ərizə ilə müraciət etmişdir. İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs təqdim etdiyi ailə tərkibi haqqında sənədlər, arasında bağlanmış nikahın pozulmasına dair məhkəmə qətnamələri və 3 otaqlı yaşayış sahəsindən imtina etməsi barədə ərizəsi nəzərə alınmaqla, komissiya tərəfindən ona 1 otaqlı yaşayış sahəsinin ayrılması haqqında qərar qəbul edilmiş və 2023- cü ilin dekabr ayında keçirilmiş növbəti püşkatma zamanı o, həmin yaşayış sahəsi ilə təmin olunmuşdur. Dövlət orqanlarına etdiyi müraciətlərində İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs dövlət vəsaiti hesabına mənzillə təmin olunarkən ailə üzvlərinin nəzərə alınmadığı və vəzifəli şəxslərin qanunsuz hərəkətlərə yol verildiyi bildirilmişdir.Bundan sonra göstərilən Fərmanla yaradılmış dövlət komissiyasının iclasında sözügedən məsələyə baxılmış, İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs 1 otaqlı mənzilin verilməsi qərarı ləğv olunaraq onun “Hövsan-2” yaşayış kompleksindən 3 otaqlı yaşayış sahəsi ilə təmin olunmasına dair qərar qəbul edilməklə, mənzildən istifadə hüquqları barədə qaldırılan iddianın mülki qanunvericiliyə uyğun olaraq həll olunması məqsədəmüvafiq hesab edilmişdir. Müdafiə Nazirliyinin Hüquq Idarəsində İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs qərardan irəli gələn tələblərin izahı zamanı o, 3 otaqlı yaşayış sahəsindən imtina edərək, hazırkı ailə vəziyyəti (subay olması) nəzərə alınmaqla, 1 otaqlı yaşayış sahəsi ilə təmin olunmasını tələb etmişdir. Dövlət vəsaiti hesabına mənzil almağa hüququ olan şəxsin qəbul edilmiş qərarla razılaşmadığını nəzərə alaraq, ailə üzvlərinin, o cümlədən nikah müqaviləsinə xitam verilmiş keçmiş arvadının həmin mənzillə bağlı hüquqlarının təmin edilməsi üçün mülki qanunvericiliyə uyğun olaraq aidiyyəti məhkəmə orqanlarına müraciət etməsi tövsiyyə olunur. -Biləsuvar Rayon Məhkəməsinin ##.##.2023-cü il tarixli *(***)-**/**** saylı qətnaməsindən müəyyən olunur ki, iddiaçı X5 ilə cavabdeh X2 arasında ##.##.2003-cü il tarixdə Biləsuvar rayon Qeydiyyat şöbəsi tərəfindən 130 nömrə ilə qeydə alınmış nikahın pozulması qət edilmişdir. -Biləsuvar rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş ##.##.2023-cü il tarixli nikahın pozulması haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs ilə X2 nikahı nikahların pozulması haqqında akt qeydləri kitabında 2023-cü ilin 09 ayının 28 günündə 113 nömrə ilə qeyd edilmişdir. -Müdafiə Nazirliyi tərəfinfən X2 ünvanlanmış */*-**** saylı, ##.##.2025-ci il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, “Azərbaycan Ordusunun hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il ## ###### tarixli *** nömrəli Fərmanına uyğun olaraq keçmiş əri İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş dövlət vəsaiti hesabına mənzillə təmin edilməli hərbi qulluqçuların siyahısına ailə tərkibi 3 nəfər ( O, övladı iddiaçı1 daxil) olmaqla əlavə edilmişdir.Azərbaycan Ordusunun hərbi qulluqçularının dövlət vəsaiti hesabına yaşayış sahəsi ilə təmin edilməsi üzrə komissiyası tərəfindən İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs “Hövsan-2” yaşayış kompleksindən 3 otaqlı yaşayış sahəsinin verilməsi nəzərdə tutulmasına baxmayaraq, o ##.##.2022-ci il tarixdə keçirilən püşkatma zamanı könüllü olaraq ona verilməli olan 3 otaqlı yaşayış sahəsindən imtina etməsinə dair həmin komissiyaya ərizə ilə müraciət etmişdir. İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs təqdim etdiyi ailə tərkibi haqqında sənədlər, arasında bağlanmış nikahın pozulmasına dair məhkəmə qətnamələri və 3 otaqlı yaşayış sahəsindən imtina eetməsi barədə ərizəsi nəzərə alınmaqla, komissiya tərəfindən ona 1 otaqlı yaşayış sahəsinin ayrılması haqqında qərar qəbul edilmiş və 2023- cü ilin dekabr ayında keçirilmiş növbəti püşkatma zamanı o, həmin yaşayış sahəsi ilə təmin olunmuşdur. Dövlət orqanlarına etdiyi müraciətlərində İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs dövlət vəsaiti hesabına mənzillə təmin olunarkən ailə üzvlərinin nəzərə alınmadığı və vəzifəli şəxslərin qanunsuz hərəkətlərə yol verildiyi bildirilmişdir. Bundan sonra göstərilən Fərmanla yaradılmış dövlət komissiyasının iclasında sözügedən məsələyə baxılmış, İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs 1 otaqlı mənzilin verilməsi qərarı ləğv olunaraq onun “Hövsan-2” yaşayış kompleksindən 3 otaqlı yaşayış sahəsi ilə təmin olunmasına dair qərar qəbul edilməklə, mənzildən istifadə hüquqları barədə qaldırılan iddianın mülki qanunvericiliyə uyğun olaraq həll olunması məqsədəmüvafiq hesab edilmişdir. Müdafiə Nazirliyinin Hüquq Idarəsində İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs qərardan irəli gələn tələblərin izahı zamanı o, 3 otaqlı yaşayış sahəsindən imtina edərək, hazırkı ailə vəziyyəti (subay olması) nəzərə alınmaqla, 1 otaqlı yaşayış sahəsi ilə təmin olunmasını tələb etmişdir. Dövlət vəsaiti hesabına mənzil almağa hüququ olan şəxsin qəbul edilmiş qərarla razılaşmadığını nəzərə alaraq, ailə üzvlərinin, o cümlədən nikah müqaviləsinə xitam verilmiş keçmiş arvadının həmin mənzillə bağlı hüquqlarının təmin edilməsi üçün mülki qanunvericiliyə uyğun olaraq aidiyyəti məhkəmə orqanlarına müraciət etməsi tövsiyə olunur. Birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, hazırki halda iddiaçının subyektiv hüququnun pozulması iş materialları ilə müəyyən edilmir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin bu qənaəti ilə razılaşaraq qeyd edir ki, iddiaçıların hüquqi marağı X5 qüsursuz xidmət illərinə görə 1 otaqlı mənzil verilməsinə dair qərarın ləğv olunmasına nail olmaqdır. Işin faktiki hallarından görünür ki, X5 Nazirliyi tərəfindən ona verilməsi nəzərdə tutulmuş ümumi sahəsi 76.71 kv.metr olan 3 otaqlı mənzildən imtina etmiş, daha sonra ona ümumi sahəsi 40 kv.m olan 1 otaqlı mənzilin verilməsi ilə razılaşmışdır. Iddiaçıların həmin mənzillə hər-hansı hüquqi bağlılığı (mülkiyyət, istifadə və s) olmadığından hazırki tələb mümkünlük şərtlərinə cavab vermir. Başqa sözlə, qeyd olunan mənzili əldə etmək (qəbul etmək) və yaxud imtina etmək keçmiş hərbi qulluqçunun müstəsna hüququdur və onun ailə üzvlərinin bu hüququn reallaşdırılmasına müdaxilə etməsi əsasları qanunvericilikdə nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. Iddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “Inzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” ## ##### 2015-ci il tarixli, * nömrəli qərarının 2.3cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, Inzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü Inzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Şirvan Inzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(3-9)-268/2026
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(3-9)-268/2026
10.06.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver