Azərbaycan Respublikası adından Qərar İş № 2-1(3-9)-271/2026 19.08.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI X2 oğlunun katibliyi, Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “iddiaçıya müharibə veteranı adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şirvan Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun 686 və N nömrəli hərbi hissələrin tərkibində hərbi xidmətini və döyüşlərdə iştirakını nəzərə alaraq “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Müdafıə Nazirliyinin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Şirvan Inzibati Məhkəməsinin (hakim Fehruz Abbasov) ##.##.2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə iddia təmin edilməmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının N saylı hərbi hissəyə ezam və təhkim olunması, onun N nömrəli hərbi hissəyə daxil olması, ##.##.1994- ##.##.1994-cü ilədək N nömrəli hərbi hissənin tərkibində Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etməsi, həmin hərbi hissədən yenidən xidmət etdiyi N nömrəli hərbi hissəyə qayıtması barədə hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları təqdim olunmadığından, onun döyüşlərdə iştirak etməsi faktı sübut olunmur. Bu səbədən də iddia tələbini əsassız, cavabdehin imtina dəlillərini əsaslı sayan məhkəmə hesab etmişdir ki, iddia əsassız olduğundan rədd edilməldir. Qərardan iddiaçı tərəfindən apellyasiya şikayəti verilmişdir. Işin halları Iddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ##.##.1973-cü il təvəllüdlüdür. ##.##.1992- ##.##.1996-cı illərdə N nömrəli hərbi hissədə hərbi xidmət etmişdir. Qeyd edir ki, o, Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda N nömrəli hərbi hissədən N saylı hərbi hissəyə təhkim olunaraq ##.##.1994-##.##.1994-cü ilədək N nömrəli hərbi hissənin tərkibində erməni qəsbkarlarına qarşı döyüş əməliyyatlarında iştirak edərək döyüşmüşdür. Sonradan isə N nömrəli hərbi hissədə hərbi xidmətini davam etdirərək Müdafıə nazirinin əmrinə əsasən ##.##.1996-cı ildə təxris olunmuşdur. Lakin döyüşlərdə iştirak etməyinə baxmayaraq, o, hal-hazıra qədər müharibə veteranı adı və vəsiqəsini ala bilməmişdir. O, ərizə ilə Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş idarəsinə müraciət edərək, ona müharibə veteranı adının və vəsiqəsinin verilməsini xahiş etmişdir. Həmin Idarədən cavab verilərək ona müharibə veteranı adının və vəsiqəsinin verilməsindən imtina olunmuşdur. Imtinaya səbəb isə göstərilmişdir ki, onun hərbi xidməti təsdiqlənməmişdir. Lakin onun hərbi biletində və hərbi hissənin arayışında yazılı qeyd olunmuşdur ki, o, Azərbaycan Ordusunda döyüşüb hərbi xidmət keçmişdir. Bundan əlavə, ən əsası isə Müdafıə Nazirliyinin Mərkəzi Arxivi tərəfındən verilmiş arayışda qeyd olunmuşdur ki, o, Müdallə Nazirinin əmrinə əsasən ordudan təxris olunmuşdur. Əgər o, həqiqətən də hərbi xidmətdə olmamışdırsa, necə ola bilər ki, o, qanuni əsaslarla təxris olunur? Buradan açıqca görünür ki, hansısa məmurun səhlənkarlığı və biganəliyi ucbatından onun hərbi hissəyə daxil olmağı və xidmət dövrlərinin qeyd edilməsi unudulmuş və yaxud bilərəkdən gizlədilmişdir. Qanunvericiliyə əsasən Birinci Qarabağ müharibəsi dövründə ordudan qanuni əsaslarla təxris olunmuş hər bir hərbi qulluqçuya müharibə veteranı adı və vəsiqəsi verilmişdir. Müdafiə nazirliyi isə qanunun bu müddəasını əsassız bir şəkildə pozaraq ona heç bir əsaslı bir səbəb olmadan müharibə veteranı adının və vəsiqəsinin verilməsindən imtina etmişdir. Göründüyü kimi, Cavabdeh Şəxsi Heyət Baş Idarəsi ona “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsindən imtina etmişdir ki, bu imtina da onun inzibati məhkəməyə müraciət etməyi üçün hüquqi əsas yaratmışdır. Göstərilənlərə əsasən məhkəmədən iddianın təmin edilməsi xahiş olunmuşdur. Cavabdeh Cavabdeh nümayəndəsi məhkəməyə iddiaya qarşı yazılı etirazını təqdim etmişdir. Etirazda bildirilmişdir ki, iddiaçının tələbinin mahiyyəti, iddiaçının müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdeh Cavabdeh üzərinə qoyulmasından ibarətdir. Hesab edirlər ki, iddia tələbi əsassız olduğundan aşağıdakı səbəblərdən təmin edilə bilməz. Belə ki, iddia tələbinin təmin edilməsini istisna edən hüquqi əsasına gəldikdə isə qeyd etmək zəruridir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.1995-ci il tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 1-ci bəndinə əsasən: 1988-ci il ######ın #-dən 1994-cü il ###ın ##-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində - Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım Ismayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il ## ### tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara - müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasmın Xüsusi Rabitə və X7 Xidməti, Azərbaycan Respublikasının Strateji X5 Agentliyivə hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında “Müharibə veteranı” adı verilir. Göründüyü kimi, inzibati orqan və vətəndaş arasında yaranan və məcburetmə iddiası ilə nəticələnən inzibati hüquq münasibətin əsasını bilavasitə tənzim edən qüvvədə olan veteranlar haqqında qanunvericiliyin fakültativ deyil, imperativ göstərişi şəxsin hərbi xidmət keçməsi və bunun qeyd olunan normanın dispozisiyasında əks edilmiş sənədlərdə əks edilməsidir. Hərbi xidmət keçmə dedikdə isə şəxsin hərbi hissəyə daxil olması və hərbi hissədən qanuni əsaslarla ehiyata buaxılmasdır. Normanı ümumiləşdirərək qeyd etmək istəyirlər ki, şəxsə Müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün normanın dispozisiyasında göstərilən 2 zəruri şərtin gözlənilməsi inzibati orqan və nəticədə yaranan inzibati mübahisəyə baxan məhkəmə üçün imperativdir: Şəxsin xidmət keçməsi: Hərbi xidmət keçmə məfhumu altında hərbi qulluqçunun hərbi hissə komandirinin müvafiq əmri ilə hərbi hissənin siyasına daxil olması, hərbi xidmət müddətinin sona çatması ilə hərbi hissədən qanuni əsaslarla müvafiq əmrlə ehtiyata buraxılması. Bunun müvafiq sənədlərdə əks edilməsi: Bu zaman zəruri sənədlər məfumuna Aəzrbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il ## ######## tarixli Qərarı ilə qeyd olunan normaya edilmiş dəyişiklikdən sonra hərbi biletlə yanaşı hərbi hissənin nizami hissə üzrə əmrləri və ya arxiv arayışı da daxil edilmişdir. Qeyd olunan şərtlərin birinin və ya hər ikisinin mövcud olmaması şəxsə “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsindən imtina edilməsi üçün əsasdır. Iddia tələbinin təmin edilməsini istisna edən faktiki əsasına qəldikdə qevd etmək zəruridir ki, Müdafiə Nazirliyinin Mərkəzi Arxivinin ##.##.2025-ci il tarixli, 3-25-29/2-2576/2025 arxiv arayışından da göründüyü kimi iddiaçının xidmət kecdiyi N nömrəli hərbi hissənin dövüs əməliyyatlarında iştirakı, iddiaçının xidmət müddətində döyüş əməliyyatları aparan hərbi hissə və va bölmələrə, döyüs əməliyyatları bölgəsinə ezam olunmasına dair məlumat askar olunmamısdır. Bundan başqa iddiaçının N nömrəli hərbi hissədə hərbi xidmətinə dair məlumat askar olunmamısdır. Qeyd edilənləri nəzərə alaraq Müdafiə Nazirliyinin Aparatı nəzdində fəaliyyət göstərən “Veteran adlarının və müvafiq vəsiqəsinin verilməsi üzrə komissiya” tərəfindən iddiaçının “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsinə dair müraciətinə haqlı olaraq müsbət qərar qəbul edilməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “X6 şikayətinə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının ##.##.2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” ##.##.2007-ci il tarixli Qərarında göstərilmişdir ki, müharibə veteranı adının verilməsi ilə bağlı mübahisələr məhkəmədə həll olunarkən hər bir halda şəxsin döyüş zonasında hansısa obyektiv və ya subyektiv səbəbdən olması və bu halda hansı şəxs qismində çıxış etməsi ilə yanaşı, onun Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirakının sübuta yetirilməsi vacibdir. Işin faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxmından hesab edilir ki, iddiaçı “Müharibə veteranı, Silahlı Qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə” ilə nəzərdə tutulan müharibə veteranı adının verilməsi üçün müvafiq səlahiyyətli dövlət orqanları tərəfindən verilmiş orden və medallarla təltif olunmaq haqqında vəsiqəyə, şəxsi işə, əmrlərdən çıxarışlara, arxiv arayışlarına və hərbi döyüşlərdə iştirakını (ordudan qanuni əsaslarla ehtiyata buraxılması) sübut edən başqa sənədlərə malik deyildir. Bu səbəbdən də iddia əsaslı sayıla bilməz. «Veteranlar haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Iddiaçı isə öz tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir. Azərbaycan Respublikası IPM-nin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Göstərilənlərə əsasən məhkəmədən iddianın rədd edilməsi xahiş olunmuşdur. Apellyasiya şikayətinin dəlilləri Iddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. Prosessual məsələlər Iddiaçı İddiaçı məhkəmə iclasında apellyasiya şikayətini müdafiə etdiyini bildirdi. Cavabdeh tərəf məhkəmənin yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq nümayəndəsi iclas zalında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 62-ci maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma hissəsi Məhkəmə kollegiyası iş üzrə materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun: 3-cü maddəsinin 2-ci abzasının tələblərinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. 7-ci maddəsinin 1-ci abzasının tələblərinə əsasən müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 7-ci maddəsinin 3-cü abzasının tələblərinə əsasən veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ######## 1995-ci il tarixli, *** nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin: 1-ci hissəsinin 1-ci bəndinin 8-ci yarımbəndinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il ######ın #-dən 1994-cü il ###ın ##-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım Ismayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il ## ### tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X7 Xidməti, Azərbaycan Respublikasının Strateji X5 Agentliyi və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında müharibə veteranı adı verilir. 1-ci hissəsinin 4-cü bəndinə əsasən bu Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin səkkizinci, doqquzuncu və onuncu yarımbəndlərində göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin halhazırda xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış, əmək müqaviləsinə xitam verilmiş şəxslərin sonuncu xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), hərbi hissələrə (bölmələrə) və ya orqanlara ezam olunmuş mülki şəxslərin isə ezam olunduqları yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili Işlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X7 Xidməti və Azərbaycan Respublikasının Strateji X5 Agentliyi tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir. Iş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirinin Katibliyinin iddiaçı İddiaçı ünvanlanmış ##.##.2022-ci il tarixli, */*-***** nömrəli məktubunda aşağıdakılar bildirilmişdir: təqdim olunmuş sənədlərə, yəni Azərbaycan Respublikası Müdafiə Nazirinin Katibliyinin Mərkəzi Arxivinin ##.##.2022-ci il tarixli, */*-**** nömrəli arayışına və hərbi biletinizdə olan qeydlərə əsasən xidmət keçməniz barədə məlumat olmadığına görə Sizə “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsindən imtina olunur. Iş materiallarında olan Cavabdeh hazırkı iş üzrə sorğuya cavab olaraq məhkəməyə ünvanlanmış ##.##.2025-ci il tarixli, *-**-**/*-****/**** saylı məktubunda bildirilmişdir ki, 32966 (N) №-li hərbi hissə komandirinin ##.##.1992-ci il tarixli, *** №-li əmrində (əsas: §-1, sıra-1, səh-144, əmrdə soyadı “Həsənov” yazılmış, adı və atasının adı tam yazılmamışdır, atasının adının baş hərfi “V” qeyd olunmuşdur) xidmətlərini davam etdirmək üçün 1-ci bölükdən 3-cü bölüyə keçirilən hərbi inşaatçıların siyahısında B.V.Həsənovun adı qeyd olunmuşdur. N №-li hərbi hissə komandirinin ##.##.1992-ci il tarixli, *** №-li əmrilə (əsas: §-2, səh-255, əmrdə soyadı “Həsənov”, atasının adı “Bahadur” yazılmışdır) 3-cü hərbi inşaat bölüyünün hərbi qulluqçusu, hərbi inşaatçı, sıravi Həsənov Bahadur Bafadar oğlu ##.##.1992-ci il tarixdən ##.##.1992-ci il tarixədək Neftçala şəhərinə qısamüddətli məzuniyyətə göndərilmiş və ##.##.1992-ci il tarixdən qazan təminatından çıxarılmışdır. N №-li hərbi hissə komandirinin ##.##.1992-ci il tarixli, *** №-li əmrilə (əsas: §-2, səh-263, əmrdə soyadı “Həsənov”, atasının adı “Bahadur” yazılmışdır) hərbi inşaatçı, sıravi Həsənov Bahadur Bafadar oğlu qısamüddətli məzuniyyətdən gəlmiş hesab edilərək 3-cü hərbi inşaat bölüyündə qazan təminatına qoyulmuşdur. X3 Bafadar oğlu Azərbaycan Respublikası Müdafiə Nazirinin ##.##.1996-cı il tarixli, *** №-li əmrinə əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələri sıralarından tərxis olunduğundan N №-li hərbi hissə komandirinin ##.##.1996-cı il tarixli, *** №-li əmrilə (əsas: §-1, sıra-1, səh-36, əmrdə soyadı “Həsənov” və adı “Bahadur”, hərbi rütbəsi “starşina” yazılmışdır, vəzifəsi göstərilməmişdir) hərbi hissənin şəxsi heyətinin siyahısından və bütün növ təminatlardan çıxarılmışdır. Qeyd edirik ki, N №-li hərbi hissə komandirinin oktyabr-dekabr 1992-ci il, yanvar-dekabr 1993-cü il, yanvar-may 1994-cü tarixli nizami hissə üzrə əmrlərində, Həsənli (Həsənov) Bahadir Bafadar oğlunun döyüş əməliyyatları bölgəsinə ezamiyyətə göndərilməsi barədə məlumat aşkar olunmamışdır Müdafiə Nazirliyinin Mərkəzi Arxivində olan N №-li hərbi hissə komandirinin avqust-noyabr 1993-cü il, iyuldekabr 1994-cü il tarixli nizami hissə üzrə əmrlərində və hərbi hissənin şəxsi heyətinin əlifba qeydiyyatı kitablarında İddiaçı barəsində məlumat aşkar edilməmişdir. N №-li hərbi hissə komandirinin, oktyabr-dekabr 1992-ci il, dekabr 1993cü il, yanvar-iyun 1994-cü il tarixli nizami hissə üzrə əmrləri Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə daxil olmamışdır. Müdafiə Nazirliyinin Mərkəzi Arxivində olan “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yarandığı gündən döyüş əməliyyatlarında iştirak edən hərbi hissələrin siyahısı” qovluğunda N №-li hərbi hissənin ##.##.1993-cü il tarixdən ##.##.1994-cü il tarixədək döyüş əməliyyatlarında iştirakı barədə məlumat yazılmış, lakin N №-li hərbi hissənin döyüş əməliyyatlarında iştirakı barədə qeydiyyat aparılmamışdır. Iş materiallarında olan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin Neftçala rayon Şöbəsinin ##.##.2025-ci il tarixli, *-**-**/*-*****/**** nömrəli arayışından görünür ki, İddiaçı N nömrəli hərbi hissədə hərbi xidmət keçməsi və döyüşlərdə iştirak etməsi barədə məlumat aşkarlanmamışdır. Iş materiallarında olan Neftçala rayon Polis Şöbəsinin ##.##.2025-ci il tarixli, ******/*-*****/**** saylı arayışından görünür ki, Neftçala RPŞ-də ##.##.1973-cü il tarixdə Salyan şəhərində anadan olmuş, ünvan 1 ünvanında yaşayan İddiaçı məhkumluq və təqsirləndirici material barədə məlumat yoxdur. Iddiaçıya məxsus HЗ № ******* nömrəli hərbi biletdə onun ##.##.1994-cü il tarixdən ##.##.1994-cü il tarixədək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirak etdiyi qeyd edilmişdir. Kollegiya qeyd edir ki, şəxsin hərbi hissədə hərbi xidmətdə olması və ya hərbi xidmət keçməsi faktı onun qanunla müəyyən edilmiş qaydada həm hərbi xidmətə qəbul edilməsini, həm də qanunla müəyyən edilmiş qaydada hərbi xidmətdən tərxis olunmasını ehtiva edir. Qanunvericiliyə görə, “Müharibə veteranı” adı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə müvafiq orqanlar tərəfindən verilmiş arayış, hərbi bilet (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda) və ya əmrlərdən çıxarışlar əsasında verilir. Iddiaçının hərbi xidmətdə olması və döyüş əməliyyatlarında iştirakı faktına istinad etməsi yuxarıda qeyd olunan normaların müddəaları baxımından ona “Müharibə veteranı” adının verilməsi üçün yetərli sayıla bilməz. Bu zaman həm də iddiaçının xidmət etdiyi və ya ezam olunduğu hərbi hissənin, eləcə də həmin hərbi hissənin tərkibində onun döyüş əməliyyatlarında iştirakı, eləcə də qanunla müəyyən olunmuş qaydada ehtiyata buraxıldığı və cavabdehin ona münasibətdə iddia olunan məzmunda öhdəlik daşıdığı da sübut edilməli və bununla bağlı müvafiq sənədlər təqdim olunmalıdır. Iddiaçıya müharibə veteranı adı və vəsiqəsi verilməsi üçün hərbi bilet (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar olmalıdır. Işdə olan sənədlərə əsasən iddiaçının xidmət etdiyi N nömrəli hərbi hissədən (N saylı hərbi hissə döyüş əməliyyatlarında iştirak etməmişdir) N saylı hərbi hissəyə təhkim olunması, ##.##.1994- ##.##.1994-cü ilədək N nömrəli hərbi hissənin tərkibində döyüş əməliyyatlarında iştirak etməsi, yəni onun N nömrəli hərbi hissəyə daxil olması və həmin hərbi hissədən yenidən xidmət etdiyi N nömrəli hərbi hissəyə qayıtması barədə Müdafiə Nazirliyinin Mərkəzi Arxivində məlumat mövcud deyildir. Bundan başqa, iddiaçı döyüş əməliyyatlarında iştirak etdiyini iddia etsə də, bu halı təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmiş və bu halın mövcudluğu məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. Bundan başqa, iddiaçının adına verilmiş HЗ № ******* nömrəli hərbi biletin 23-cü səhifəsində onun ##.##.1994-cü il tarixdən ##.##.1994-cü il tarixədək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirak etməsi (əsas: N nömrəli hərbi hissənin ##.##.1996-cı il tarixli, */*** nömrəli arayışı) yazılsa da, onun həmin hərbi biletin “Döyüşlərdə, hərbi əməliyyatlarda və s. iştirakı” barədə 5-ci səhifədəki məlumat qrafasında bu barədə qeyd əksini tapmamışdır. Eyni zamanda, həmin məlumatlar arxiv sənədləri və iddiaçının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Neftçala rayon şöbəsində saxlanılan “uçot kartası” ilə təsdiq olunmur. Belə olan halda kollegiya hesab edir ki, iddiaçının adına verilmiş HЗ № ******* nömrəli hərbi biletin 23-cü səhifəsində onun ##.##.1994-cü il tarixdən ##.##.1994-cü il tarixədək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirak etməsi (əsas: N nömrəli hərbi hissənin ##.##.1996-cı il tarixli, */*** nömrəli arayışı) yazılsa da, yuxarıda qeyd olunan qanunvericilik normalarının tələbləri baxımından bu, iddianın təmini üçün yetərli sübut hesab edilə bilməz. Beləliklə, kollegiya hesab edir ki, iddiaçının N saylı hərbi hissəyə ezam və təhkim olunması, onun N nömrəli hərbi hissəyə daxil olması, ##.##.1994-##.##.1994-cü ilədək N nömrəli hərbi hissənin tərkibində Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etməsi, həmin hərbi hissədən yenidən xidmət etdiyi N nömrəli hərbi hissəyə qayıtması barədə hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları təqdim olunmadığından onun döyüşlərdə iştirak etməsi faktı sübut olunmur. Bu səbədən də cavabdehin imtinası əsaslıdır və birinci instansiya məhkəməsi iddianı təmin etməməkdə haqlı olmuşdur. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 81-82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Şirvan Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(3-9)-271/2026
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-9)-271/2026
19.08.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver