Məhkəmə qərarları › İş №2-1(3-9)-272/2026

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(3-9)-272/2026

30.04.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Şirvan şəhəri İş № 2-1(3-9)-272/2026 30.04.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Hakimlər X3 (sədrlik edən və məruzəçi), Sadıqov Mirlətif Süleyman oğlu və Quliyev Ceyhun Əmir oğlundan ibarət tərkibdə, Məhkəmə iclasının katibi Rəsulzadə Nicat Əjdər oğlunun katibliyi ilə, Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə tələbinə dair Şirvan Inzibati Məhkəməsinin ## #### 2021-cü il tarixli, *-*(***)-***/**** saylı qərarından iddiaçı tərəfindən verilən apellyasiya şikayətinə məhkəmə iclasında baxaraq, müəyyən etdi: Işin halları: Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat və məhkəmənin gəldiyi nəticə: Iddiaçı İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 1991-ci ilin sonlarında Dağıstan Muxtar Respublikasının Mahaçkala şəhərində yerləşən Politexnik Institutunda oxuyarkən həmin şəhərin digər təhsil müəssisələrində təhsil alan azərbaycanlı gənclərlə birlikdə erməni işğalçılarına qarşı döyüşmək üçün könüllü dəstələr yaradaraq Tərtər rayonunda N saylı hərbi hissənin tərkibində Qurtuluş adlı batalyonda erməni işğalçılarına qarşı döyüşlərdə iştirak etmişdir. Digər tələbə könüllülərlə birlikdə 1992-ci ilin mart ayından həmin ilin sentyabr ayınadək Marquşavan, Ağdərə, Kasavet, Çıldıran və digər yerlərin azad edilməsi uğrunda döyüşlərdə iştirak etmişdir. Döyüşlərin birində qrantamyot partlayışı nəticəsində başından yaralanaraq beyin travması almışdır. Eyni zamanda sağ gözü zədə almışdır. Cavabdeh müharibə veteranı adının və vəsiqəsinin verilməsi barədə ərizə ilə müraciət etmiş, lakin Cavabdeh müraciətindən imtina etmişdir. Qeyd edilənləri nəzərə alaraq iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh Cavabdeh Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin 47ci maddəsinə əsasən iddia ərizəsinə münasibət bildirməsi üçün sərəncam göndərilmişdir. Cavabdeh iddia ərizəsinə münasibətində (etirazında) göstərmişdir ki, Cavabdeh Mərkəzi Arxivində İddiaçı barəsində hərbi xidməti, yaralanmağı və müalicə olduğu barədə təsdiq edən sənədlər aşkar edilməmişdir. Həmçinin, iddiaçının döyüş əməliyyatları aparılan zaman qanuni əsaslarla tərxis olunması barədə məlumat olmadığından ona müharibə veteranı adının və vəsiqəsinin verilməsindən imtina edilmişdir. Arxiv arayışlarında, iş materiallarında olan digər sənədlərdə iddiaçının xidməti və qanuni əsaslarla ehtiyata buraxılması barədə hər hansı bir subut yoxdur. Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı müharibə veteranı adının və vəsiqəsinin verilməsi tələbinə dair iddia ərizəsinin rədd edilməsini xahiş etmişdir. Şirvan Inzibati Məhkəməsinin ## #### 2021-ci il tarixli, *-*(***)-***/**** saylı qərarı ilə (hakim Orxan Ismayılov) iddia təmin edilməmişdir. Həmin qərardan iddiaçı apellyasiya şikayəti verərək, iş üzrə qəbul edilmiş Şirvan Inzibati Məhkəməsinin ## #### 2021-ci il tarixli, *-*(***)-***/**** saylı qərarının ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Iddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, onun müharibədə iştirakı və döyüşlər zamanı yaralanmağı məhkəmə qərarı ilə öz təsdiqini tapmışdır. (Ağcabədi Rayon Məhkəməsinin ##.##.2013-cii il tarixli, *(***)-***/**** saylı qətnaməsi). Lakin buna baxmayaraq işə baxan məhkəmə qeyd etdiklərini görməzdən gələrək yalnız öz daxili inamına əsasən tələbini heç bir əsas olmadan təmin etməmişdir. Lakin o həmin dövrdə ## ###### 2021-ci il həbsdə olduğu üçün üzrlü səbəbdən Apellyasiya şikayətini edə bilməmişdi. Ona görə də hazırda apellyasiya şikayətini edir. Qeyd edilənlər nəzərə alınaraq Şirvan Inzibati Məhkəməsinin ##.##.2021-ci il tarixli, *- *(***)-***/**** saylı qərarının ləğv edilməsi və iddia tələbinin təmin olunması barədə məhkəmə qərarı qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları və prosessual məsələlər: Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin 16.1-ci maddəsinə əsasən, bu Məcəllənin 16.3-cü maddəsində nəzərdə tutulmuş hallar (yazılı icraat) istisna edilməklə, məhkəmə tərəfindən mübahisəyə şifahi məhkəmə baxışı (şifahi dinləmələr) qaydasında baxılır. Iş üzrə digər tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də, məhkəmə iclasında iştirak etməmişdirlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin 62ci maddəsinin tələblərini rəhbər tutaraq məhkəmə iclasının davam etdirilməsini mümkün hesab etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsi: Maddə 1.1. Bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin (bundan sonra - inzibati mübahisələr) məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. Maddə 81.1. Inzibati məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və ya qərardadlardan, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, şikayət verilə bilər. Şikayətə apellyasiya qaydasında apellyasiya instansiyası inzibati kollegiyaları (bundan sonra - apellyasiya instansiyası məhkəmələri) tərəfindən baxılır. Maddə 81.2. Inzibati məhkəmə icraatının iştirakçıları yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Maddə 87.2. Apellyasiya instansiyası məhkəməsi apellyasiyanın mümkünlüyü əsaslarını yoxlayır. Maddə 87.3. Apellyasiya mümkün sayılmadıqda apellyasiya instansiyası məhkəməsi şikayəti qəbul etməkdən imtina edir. Maddə 87.4. Apellyasiyanın mümkünlüyü ilə bağlı məhkəmə qərardad çıxarır. Apellyasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl proses iştirakçılarının dinlənilmə hüququ təmin edilməlidir. Maddə 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, Ali Məhkəmənin Inzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 130.1. Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Maddə 135.1. Bu Məcəllənin 135.6-cı və 135.8-ci maddələrində müəyyən edilmiş hallar istisna olmaqla, bu Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır. Zəruri hallarda məhkəmə sənədinin çatdırılması hakim tərəfindən məhkəmə işçisinə tapşırıla və ya işdə iştirak edən şəxsin razılığı ilə həmin şəxsə həvalə edilə bilər. Maddə 135.2. Məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış məhkəmə sənədləri müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Məhkəmə sənədlərinin rəsmi qaydada verilməsi məhkəmədə də həyata keçirilə bilər. Maddə 135.5. bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. Apellyasiya şikayətinin mümkünlüyünə dair məhkəmənin mövqeyi: Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti mümkün sayılmamalı və onun qəbulundan imtina edilməlidir. Ilk növbədə qeyd olunmalıdır ki, hüquq və azadlıqların inzibati və məhkəmə təminatı hüququ hər kəsin məhkəməyə müraciət etmək hüququ ilə yanaşı, işinin ədalətli araşdırılmasını, eləcə də hüquq və azadlıqların pozulduğu halda məhkəmə aktlarından qanunvericiliklə müəyyən edilmiş qaydada yuxarı instansiya məhkəmələrinə şikayət vermək hüququnu ehtiva edir. Bununla belə ümumi hüquq nəzəriyyəsində, eləcə də beynəlxalq hüquqi aktlarda məhkəmə müdafiəsi hüququnun, müəyyən hallar nəzərə alınaraq, məhdudlaşdırılmasına yol verilir. Belə ki, məhkəmə müdafiəsi hüququnun vacibliyinə baxmayaraq, o mütləq xarakter daşımır və qanunvericilik tərəfindən müəyyən edilmiş hədlərdə konkret məhdudiyyətlərə məruz qala bilər. Həmçinin qeyd olunmalıdır ki, Konstitusiyanın 60-cı maddəsi hər kəsin hüquq və azadlıqlarına təminat verməklə yanaşı, müxtəlif məhkəmə instansiyalarına verilmiş şikayətlərə (müraciətlərə) baxılmasının prosessual qaydalarına dəqiq riayət olunmasını da özündə ehtiva edir. Bütövlükdə ədalət mühakiməsinin, o cümlədən inzibati məhkəmə icraatının qanunauyğun surətdə həyata keçirilməsində prosessual müddətlərin mühüm əhəmiyyəti vardır. Iş materiallarından görünür ki, Şirvan Inzibati Məhkəməsinin ## #### 2021-ci il tarixli, *- *(***)-***/**** saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti ##.##.2026-cı il tarixdə poçta təhvil verilmişdir. Iş materiallarında olan AR Daxili Işlər Nazirliyinin Baş Əməliyyat və Statistik Informasiya Idarəsinin ##.##.2026-cı il tarixli məktubuna əlavə edilmiş İddiaçı barəsində demoqrafik məlumatlardan görünür ki, o ## ###### 2021-ci il tarixdə həbs edilmiş, Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə ona 05 il, 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. Əlavə olaraq qeyd edilmişdir ki, İddiaçı hal-hazırda cəzasını Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 9 X1 Cəzaçəkmə Müəssisəsində çəkir. Şirvan Apellyasiya Məhkəməsinin şifahi sorğusu əsasında məlum olmuşdur ki, (telefonoqram № **) İddiaçı Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 9 X1 Cəzaçəkmə Müəssisəsinə ##.##.2025-ci il tarixdə köçürülmüşdür. Yuxarıda qeyd edilən sübutlardan müəyyən olunur ki, Şirvan Inzibati Məhkəməsinin ## #### 2021-ci il tarixli, *-*(***)-***/**** saylı qərarı ##.##.2021-ci il tarixdə iddiaçıya rəsmi qaydada təqdim edilmişdir. Iddiaçı ## ###### 2021-ci il tarixdə azadlıqdan məhrum edilmiş, ##.##.2025-ci il tarixdə məntəqə tipli cəzaçəkmə müəssisəsinə köçürülmüşdür. Iddiaçı tərəfindən Şirvan Inzibati Məhkəməsinin ## #### 2021-ci il tarixli, *-*(***)-***/**** saylı qərarından apellyasiya şikayəti verilmişdir. Həmin şikayət ##.##.2026-ci il tarixdə Poçta, ##.##.2026-cı il tarixdə isə Şirvan Apellyasiya Məhkəməsinə daxil olmuşdur. Yəni, iş materiallarından müəyyən olunur ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti həmin qərarın rəsmi qaydada alındığı gündən 5 ilə yaxın müddət keçdikdən sonra məhkəməyə daxil olmuşdur. Başqa sözlə, verilmiş apellyasiya şikayəti, qanunla şikayətin verilməsi üçün nəzərdə tutulmuş müddətdən 5 ilə yaxın müddət keçdikdən sonra verilmişdir. Bununla da, iddiaçı Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsində nəzərdə tutulmuş 30 günlük müddəti ötürmüşdür. Belə ki, Şirvan Inzibati Məhkəməsinin ## #### 2021-ci il tarixli, *-*(***)-***/**** saylı qərarı ##.##.2021-ci il tarixdə rəsmi qaydada iddiaçıya verildiyi üçün apellyasiya şikayətinin verilməsi üçün müəyyən olunmuş müddət ##.##.2021-ci il tarixdə bitir. Bu baxımdan apellyasiya şikayətinin verilməsi üçün qanunla müəyyən edilmiş müddət ##.##.2021-ci il tarixdə bitdiyi halda iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti ##.##.2026-cı il tarixdə poçta təhvil verilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı ##.##.2021-ci il tarixindən məhkəmə qərarını əldə etdiyindən və həbs olunduğu ## ###### 2021-ci il tarixədək həmin qərardan məlumatlı olduğundan, iddiaçının həbs olunmasına qədər apellyasiya şikayəti vermək imkanı mövcud idi. Xüsusilə qeyd edilməlidir ki, istintaq təcridxanasında saxlanılma, yəni barəsində həbs qətimkan tədbiri seçilmiş şəxsin, eləcə də cəzaçəkmə müəssisəsində olan məhkumun apellyasiya və ya kassasiya şikayəti vermək hüququnu məhdudlaşdırmır. Bu hallar inzibati prosessual qanunvericilikdə nəzərdə tutulmuş müddətə əməl olunmasına maneə kimi qiymətləndirilə bilməz. Yəni, daha konkret desək iddiaçı istintaq təcridxanasında saxlanıldığı eləcə də cəzaçəkmə müəssisəsində cəza çəkdiyi müddətdə apellyasiya şikayəti verə bilərdi. Digər tərəfdən, nəzərə alınmalıdır ki, iddiaçı ##.##.2025-ci il tarixdə məntəqə tipli cəzaçəkmə müəssisəsinə köçürülmüş və həmin tarixdən üç aydan artıq müddət keçdikdən sonra şəxsən apellyasiya şikayəti vermişdir. Belə olan halda, əgər iddiaçının şikayət vermək imkanı mövcud idisə, o, bu müddət ərzində gözləməməli idi. Belə ki, Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 24.2-ci maddəsinə əsasən, buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə, müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən etibarən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya bu barədə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən yazılı qaydada iddiaçıya hüquqi yardım məktubu ünvanlanmış, apellyasiya şikayəti verilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş müddətin üzrlü səbəbdən buraxıldığını təsdiq edən sübutları məhkəməyə təqdim edilməsi təklif edilmiş və bununla bağlı müddət təyin edilmişdir. Lakin iddiaçı tərəfindən təyin edilmiş müddət ərzində (məhkəmə iclasına kimi) apellyasiya şikayətinin verilməsi müddətinin ötürülməsinin üzrlü səbəblərdən baş verməsini təsdiq edəcək hər hansı bir mötəbər sübut (sənəd) təqdim edilməmişdir. Məhkəmə kollegiyasının mövqeyinə görə təqdimetmə qanunla nəzərdə tutulmuş formada tərtib edilən və həyata keçirilən bir hərəkətdir ki, bunun vasitəsilə ünvanlanan şəxsə hər hansı bir sənədlə bağlı münasibət bildirmək imkanı yaradılır. Təqdimetmə müvafiq sənədin onun ünvanlandığı şəxs tərəfindən alınmasının təsdiq olunmasına və müddətlərin hesablanmasına xidmət edir. Tərəflərə aid olan müddətləri isə qanunla nəzərdə tutulmuş müddətlərə və hakim tərəfindən təyin olunan müddətlərə bölmək olar. Qanunla nəzərdə tutulmuş müddətlər müddətin başlanması və davamının qanunla müəyyən edilməsi ilə səciyyələnir. Buraya, xüsusilə, iddia qaldırma müddətləri və şikayət vermə müddətləri aiddir. Qanunla müəyyən edilmiş müddətin axımı müvafiq qanundakı göstərişlər əsas götürülməklə başlayır. Əlbəttə ki, proses iştirakçılarına məhkəmə qərarları müxtəlif günlərdə təqdim edilərsə, onlar üçün müddət axımının başlanma anı müxtəlif ola bilər. Nəzərə almaq lazımdır ki, Inzibati Prosessual Məcəllənin 20.3-cü və 22.1-ci maddələrinə əsasən məhkəmə aktları və sənədləri bu Məcəllənin 20.1-ci və 20.2-ci maddələrinin xüsusiyyətləri nəzərə alınmaqla Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində müəyyən edilmiş qaydalara uyğun olaraq təqdim edilir və müddətin axımı təqdim edilmə anından başlayır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 135.1-ci maddəsinə əsasən bu Məcəllənin 135.6-cı və 135.8-ci maddələrində müəyyən edilmiş hallar istisna olmaqla, bu Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır. Zəruri hallarda məhkəmə sənədinin çatdırılması hakim tərəfindən məhkəmə işçisinə tapşırıla və ya işdə iştirak edən şəxsin razılığı ilə həmin şəxsə həvalə edilə bilər. Həmin Məcəllənin 135.2-ci maddəsinə əsasən məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış məhkəmə sənədləri müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Məhkəmə sənədlərinin rəsmi qaydada verilməsi məhkəmədə də həyata keçirilə bilər. Həmin Məcəllənin 135.5-ci maddəsinə əsasən bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. Məhkəmə kollegiyası yuxarıda şərh olunan hüquq normalarının tələblərini hazırki işin müəyyən edilmiş faktiki halarına tətbiq edərək belə qənaətə gəlir ki, məhkəmənin yekun aktı iddiaçı tərəfindən ##.##.2021-ci il tarixdə poçt vasitəsilə əldə edildiyindən (təqdim edildiyindən) və həmin qərardan verilmiş apellyasiya şikayəti ##.##.2026-cı il tarixdə, (daxil olma nömrəsi 3- 9/1-A-897-23/26) Şirvan Apellyasiya Məhkəməsinə daxil olduğundan, iddiaçı apellyasiya şikayətinin verilməsi üçün 30 günlük prosessual müddəti ötürmüşdür. Insan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra – Avropa Məhkəməsi) də bir sıra qərarlarında yuxarı instansiya məhkəmələrində aparılan icraatın mümkünlüyü və hədlərinin qanuni məhdudiyyətlərə məruz qala bilməsini yolverilən hesab etmişdir. X2rşı iş üzrə Qərarında Avropa Məhkəməsi göstərmişdir ki, məhkəməyə əlçatanlıq hüququ mütləq deyil və dolayı şəkildə yol verilən məhdudiyyətlərə məruz qala bilər. Bu xüsusilə də şikayətin qəbuledilənlik şərtlərinə aiddir, çünki bu məsələ təbiət etibarı ilə, həmin sahədə müəyyən mülahizə sərbəstliyinə malik olan Dövlət tərəfindən tənzimlənmə tələb edir (Luordo Italiyaya qarşı iş üzrə 2003-cü il ## ####### tarixli Qərar). Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən birinci instansiya məhkəməsinin mübahisələndirilən qərarından apellyasiya şikayəti verilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş müddət ötürülmüş və iddiaçı müddətin üzrlü səbəbdən buraxıldığını təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti mümkün sayılmamalı və onun qəbulundan imtina edilməməlidir. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 80ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti mümkün sayılmasın və onun qəbulundan imtina edilsin. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kasasiya şikayəti vermək olar. Qərardaddan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən geri götürüldüyü halda, qərardad onun təqdim olunduğu gündən 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar