Azərbaycan Respublikası adından Qərardad Şirvan şəhəri İş № 2-1(3-9)-273/2026 02.07.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Hakimlər X14 (sədrlik edən və məruzəçi), Sadıqov Mirlətif Süleyman oğlu və Quliyev Ceyhun Əmir oğlundan ibarət tərkibdə, Rəsulzadə Nicat Əjdər oğlunun katibliyi ilə, Iddiaçı İddiaçı, Iddiaçının nümayəndəsi və vəkili nümayəndə1 iştirakı ilə, Işin halları: Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı ##.##.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli, ************ reyestr nömrəli çıxarışdan Üçüncü şəxs Sadiq qızının adının çıxarılması və daşınmaz əmlakın dövlət reyestrindən yeni çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat və məhkəmənin gəldiyi nəticə: Məhkəmənin ##.##.2024-cü il tarixli qərardadı ilə Üçüncü şəxs iş üzrə zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. Iddiaçı tərəfindən iddia tələbi onunla əsaslandırılmışdır ki, anası X5 vərəsəsi kimi ona 0.0049916 ha torpaq sahəsi ayrılmış və ##.##.2023-cü il tarixdə Daşınmaz Əmlakın Dövlət Reyesteri Xidmətində ********** qeydiyyat nömrəsi ilə qeyd edilmişdir. Həmin çıxarışda X1 0,014975 ha, X2 0.014975 ha və X5 isə 009983 ha torpaq sahəsi olması göstərilmiş, həmin şəxslər payçı kimi qeydiyyata alınmışdırlar. Nəzərə almaq lazımdır ki, digər şəxslər anası və qardaşları olsa da, Üçüncü şəxs sadəcə olaraq qardaşının həyat yoldaşıdır və qardaşına da topraq sahəsi ayrılmışdır. Üçüncü şəxs adı çıxarışa əsassız olaraq salınmış və onun burada heç bir hüququ ola bilməzdi. Çıxarış verilərkən qanunvericiliyin tələbləri nəzərə alınmamışdır. Üçüncü şəxs adı əsassız olaraq qeydiyyata alınmışdır ki, bu da mülkiyyətçi kimi onun hüququnu pozur və maraqlarına toxunur. Müvafiq düzəlişin aparılması, Üçüncü şəxs adının çıxarışdan çıxarılması üçün DƏDRK-nın * saylı Beyləqan Ərazi Idarəsinə müraciət etmiş,lakin cavabdeh orqan tərəfindən imtina olunaraq həmin şəxsin adının çıxarılmasının mümkün olmayacağı, yəni onların səlahiyyətində olmadığı bildirilmişdir. Cavabdehin imtinası əsassızdır. Qeyd olunanlara əsasən, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş edir. Cavabdehin etirazı onunla əsaslandırılmışdır ki, ##.##.2023-cü il tarixli qeydiyyat nömrəsi **********, reyestr nömrəsi ************ olan çıxarışdan X7 adının çıxarılması * saylı Beyləqan Ərazi Idarəsinin səlahiyyətlərinə aid deyil. Belə ki, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Püquqi Şəxsinin * saylı Beyləqan Ərazi Idarəsi dövlət reyestrini tərtib etmək və aparmaq, dövlət reyestrində daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatını həyata keçirmək, daşınmaz əmlakın inventarlaşdırılması işlərini aparmaq və texniki sənədləri tərtib etmək, ünvan reyestrini aparmaq, daşınmaz əmlak obyektlərinə ünvan vermək, qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın qiymətləndirilməsini həyata keçirmək, dövlət kadastrının və dövlət torpaq kadastrının tərtib edilməsi və aparılmasının həyata keçirilməsində iştirak etmək səlahiyyətlərinə malikdir. Əlavə olaraq bildirilir ki, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 9-13cü maddələrinə əsasən verilir. Iddia tələbi araşdırılarkən aşağıda qeyd edilən hüquq normalarına istinad edilərək bildirilir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 9-cu maddəsinə əsasən daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğu yoxlanılaraq və bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olubolmaması müəyyən edilərək hüquqların dövlət qeydiyyatı aparılır. Odur ki, yuxarıda şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü və 29-cu maddələrinə, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 2, 8, 9 və 15-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139 və 140-cı maddələrinə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4-cü maddəsinə əsasən iddiaçı X8 cavabdeh Cavabdehn * saylı Beyləqan Ərazi Idarəsinə qarşı “##.##.2023-cü il tarixli qeydiyyat nömrəsi **********, reyestr nömrəsi ************ olan çıxarışdan X7 adının çıxarılması və daşınmaz əmlakın dövlət reyestrindən yeni çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbinə etiraz edir və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Şirvan Inzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *-*(***)-***/**** saylı qərardadı ilə iddia mümkün sayılmamışdır. Həmin qərardaddan iddiaçı apellyasiya şikayəti verərək Şirvan Inzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *-*(***)-***/**** saylı qərardadının ləğv edilməsi, iddianın mümkün sayılması barədə yeni qərardad qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat Apellyasiya şikayətinin dəlilləri: Iddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə Üçüncü şəxs ilə Səkinə Hüseynovanın qohumluq əlaqəsini araşdırmamışdır. İddiaçı, X1, X2 mərhum Səkinə Hüseynovanın varisləridir. Lakin qeydiyyat aparılan vaxtı Üçüncü şəxs ilə bu ailənin hansısa bağları olmamışdır. X6, X2 vəfat etmişlər. Hazırda Üçüncü şəxs ailənin gəlini hesab edilsə də torpaq islahatı zamanı ailə ilə heç bir əlaqəsi olmamış, ailənin yaxın olmayan hər hansı bir şəxsin adının ailə ilə bağlı siyahıya salınması əsassızdır. Qeyd edir ki, Aqrar Islahat Komissiyası torpaq sahələrini ailə üzvlərinə görə və ailə sayına görə ayırmışdır. Belə şəxsin adının çıxarışa salınması qanunsuz və əsassızdır. Məhkəmə cədvəldən əlavə hansısa sənədin olub-olmamasını araşdırmamışdır. Məhkəmə nəzərə almamışdır ki, cədvəl çıxarışın verilməsi üçün əsas hesab edilə bilməz. Çünki Aqrar Islahat Komissiyasının qərarı olmalı idi. Lakin qərar mövcud olsa da həmin qərarda Üçüncü şəxs adı yoxdur. Nəzərə alsaq ki, mübahisənin yarandığı vaxtda hələ Inzibati Prosessual Məcəllənin olmadığını və Mülki Məcəllənin tələblərinin tətbiq edildiyi dövrə düşür. Məhkəmə şəxsin vəziyyətinin yaxşılaşdırılması üçün həmin Məcəlləyə istinad edilməlidir. Mülki Məcəllədə də mülkiyyətlə bağlı iddia müddəti tətbiq edilmədiyi təsbit edilmişdir. Məhkəmə müddətin keçməsi ilə bağlı gətirdiyi dəlillərin heç bir əsası yoxdur. Iddia müddəti ötürülə bilməzdir. Iddiaçı olaraq inzibati aktı məhkəmə qaydasında mübahisələndirmək üçün qanunla müəyyən edilmiş prosessual müddəti ötürməmişdir. Hazırki cavabdeh çıxarışı verən orqan olduğu üçün çıxarışı ləğv etmək və dəyişdirmək səlahiyyəti vardır. Məhkəmə qeyd etmişdir ki, iddiaçının iddia tələbi çıxarışın ləğvinə yönəlsə də məhkəmə tərəfindən ona dəfələrlə hüquqi yardım edilərək, çıxarışın verilməsinə əsas olan sənədləri mübahisələndirməli olduğu və iddia tələbinin düzgün olmadığı izah edilmişdir”. Nəzərə almaq lazımdır ki, dəfələrlə məhkəmə araşdırması zamanı sorğular göndərilmiş və belə bir hüquqmüəyyənedici sənədin olmadığı məlum olmuşdur. Əgər belə bir sənəd yoxsa onda iddia tələbi düzgün olaraq çıxarışın ləğvinə yönəlmişdir. Qeyd olunanlar nəzərə alınaraq apellyasiya şikayətinin təmin edilməsi, Şirvan Inzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *-*(***)-***/**** saylı qərardadının ləğv edilməsi, iddianın mümkün sayılması barədə yeni qərardad qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri: Şirvan Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ##.##.2026-cı il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Belə ki, Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə icraatı iştirakçılarının izahatları və prosessual məsələlər: Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin 16.1-ci maddəsinə əsasən, bu Məcəllənin 16.3-cü maddəsində nəzərdə tutulmuş hallar (yazılı icraat) istisna edilməklə, məhkəmə tərəfindən mübahisəyə şifahi məhkəmə baxışı (şifahi dinləmələr) qaydasında baxılır. Iddiaçı və onun vəkili (nümayəndəsi) apellyasiya şikayətinin dəlillərini müdafiə etdiyini bildirərək Şirvan Inzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *-*(***)-***/**** nömrəli qərardadının ləğv edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdehin nümayəndəsi və üçüncü şəxs məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 62-ci maddəsinə əsasən üçüncü şəxsin və cavabdehin nümayəndəsinin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “Inzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” ## ##### 2015-ci il tarixli, * nömrəli qərarının 2.3-cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, Inzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü Inzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmçinin həmin qərarın 16.6-cı bəndində qeyd edilmişdir ki, iddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər. «M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Işlər üzrə Məhkəmə Kollegiyasının ## ### 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2008-ci il tarixli qərarında qeyd edilmşdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. Ikinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Konstitusiya Məhkəməsinin qərarlarının məcburi hüquqi qüvvəsi onun qərarlarında formalaşdırılmış hüquqi mövqelərinin qüvvəsinə də şamil edilir. Həmin hüquqi mövqelər hüququn tətbiqi təcrübəsində məhkəmələr tərəfindən rəhbər tutulmalıdır. «L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Işlər üzrə Məhkəmə Kollegiyasının ## #### 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun # ### 2008-ci il tarixli Qərarında ortaya qoyulmuş hüquqi mövqe aşağadıkılardan ibarət olmuşdur: «Subyektiv hüququn həyata keçirilməsi, onun hüdudlarının qanunvericilik səviyyəsində tənzimlənməsi hüquqi müəyyənlik və hüquqi təmin olunma prinsiplərinə xidmət edir. Bu, həmçinin hüququn təmin olunması üçün məhkəmə müdafiə mexanizmlərindən istifadə zamanı ədalət mühakiməsinin obyektiv meyarlarından faydalanmaq imkanı yaradır. Son dərəcə əhəmiyyətli hal isə ondan ibarətdir ki, maraqlı şəxslər məhkəmədə qanunun tələblərinin düzgün tətbiq edildiyini güman etməyə haqlıdırlar. Iddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulubpozulmadığını araşdırmalıdır». Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsi: Maddə 12. Işin hallarının araşdırılması prinsipi. Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya inzibati məhkəmə icraatı iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə proses iştirakçılarından əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 13. Məhkəmənin yardım etmək vəzifəsi. Məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Maddə 35.1 Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, Ali Məhkəmənin Inzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi və ona əsas olmuş səbəblər: Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək, işin faktiki hallarını, sübutları və sadalanan hüquq normalarını nəzərə alaraq hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Iddianı mümkün saymayan məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, iddia tələbini düzəltmiş olsa belə sözügedən mülkiyyət hüququnu təsdiq edən aktı mübahisələndirmək üçün iddia müddətini ötürmüşdür. Belə ki, tələb müvafiq inzibati aktın ləğvinə yönəlməklə mübahisələndirmə iddia növünə aid olmuş olacaqdır. Belə olan halda, qanunvericinin tələbinə görə, həmin növ iddialar inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi və gəldiyi nəticə ilə razılaşaraq apellyasiya şikayətinin dəlilləri üzrə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Ilk növbədə qeyd olunmalıdır ki, iddianın mümkünlüyü onun əsaslılığının yoxlanılması üçün ilkin məcburi şərtdir. Məhkəmələr tərəfindən yalnız mümkün sayılmış iddialara mahiyyəti üzrə baxılır. Mümkünlük şərtlərini ödəməyən iddiaya mahiyyəti üzrə baxılması və onun əsaslılığının yoxlanılması istisna olunur. Nəzərə almaq lazımdır ki, inzibati məhkəməyə iddia ilə müraciət hüququ inzibati prosessual qanunvericilikdə nəzərdə tutulmuş müəyyən şərtlərə və məhdudiyyətlərə, o cümlədən mübahisənin yarandığı hüquq münasibətinin xarakteri ilə bağlı və bunun üzərindən hüquq mübahisəsinin xarakterindən irəli gələn məhkəmə aidiyyəti ilə bağlı məhdudiyyətlərə tabedir. Başqa sözlə, iddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş əsas və əlavə şərtlər, o cümlədən mübahisə edilən hüquq münasibətinin inzibati hüquq münasibəti olması, mübahisənin inzibati hüquq münasibətlərindən yaranması, habelə inzibati prosessual qanunvericiliklə nəzərdə tutulmuş digər şərtlər mütləq ödənilmiş olmalıdır. Inzibati prosessual qanunvericiliyin tələbinə görə inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi təqdirdə yolveriləndir. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Bu baxımdan hazırkı iddia tələbi üzrə ilkin olaraq iddiaçının subyektiv hüquqlarının və qanunla qorunan maraqlarının pozulub-pozulmadığı aydınlaşdırılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Inzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” ** nömrəli ## ##### 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, IPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini...yoxlamalıdırlar (2.3-cü bənd); Iddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. (8.6-cı bənd); Məhkəmələrin diqqətinə çatdırılsın ki, IPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır (9-cu bənd)”. Qeyd olunan normaların tələblərinə və müvafiq Plenum qərarındakı hüquqi mövqelərə görə, işə baxan məhkəmələr icraatın bütün mərhələlərində iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcud olub-olmadığını yoxlamalıdırlar ki, həmin şərtlərdən biri də iddiaçının inzibati orqanın hərəkət və ya hərəkətsizliyi nəticəsində subyektiv hüquqların pozulmasının əsaslandırılmasıdır. Qeyd olunmalıdır ki, inzibati məhkəmə icraatı inzibati hüquq münasibətləri ilə bağlı mübahisələr üzrə aparılır. Inzibati mübahisələrin predmetini inzibati orqanlar tərəfindən qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri (hərəkətsizliyi) təşkil edir. Beləliklə, inzibati məhkəmə icraatı qaydasında iddia iddiaçının publik hüquqdan irəli gələn subyektiv hüquqlarının müdafiəsi məqsədilə qaldırılır və iddianın mümkün sayılması üçün mübahisəli münasibətə dair cavabdeh orqanın cavabdehliyi, onun hüquqi mövqeyini ehtiva edən iradə ifadəsi (inzibati akt, faktiki hərəkəti və ya hərəkətsizliyi) mövcud olmalıdır. Başqa sözlə, iddiaçı ilk növbədə qanundan irəli gələn hüquq və mənafelərin mövcudluğunu, cavabdehin qərar, hərəkət və hərəkətsizliyinin isə onun həmin hüquq və mənafelərinə toxunduğunu sübut etməlidir. Işdə olan Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin * saylı Beyləqan Ərazi Idarəsinin iddiaçıya ünvanladığı ##.##.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, hüquq sahibinin adının sözügedən çıxarışdan çıxarılması Ərazi idarəsinin səlahiyyətinə adi olmadığından icrası mümkün olmamışdır. Məlumat üçün bildiririk ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.3-cü, 2.4-cü maddələrinə əsasən daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər və hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Qeyd olunanları nəzərə alaraq Cavabdehn * saylı Beyləqan Ərazi Idarəsi müraciətinizdə göstərilən məsələyə hər hansısa köməklik etmək səlahiyyətinə malik olmadığından, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq müvafiq məhkəmə instansiyasına müraciət olunması tövsiyə olunur. Işdə olan Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən verilmiş ********** qeydiyyat nömrəli, ##.##.2023-cü il tarixli çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən 0.0599 ha torpaq sahəsi İddiaçı, X1, X2, Üçüncü şəxs və X5 adına qeydiyyata alınmışdır. Işdə olan Beyləqan rayon Aqrar Islahat Komissiyası tərəfindən tərtib edilmiş Beyləqan rayonunda vətəndaşların xüsusi mülkiyyətinə verilən həyətyanı torpaq sahələrinə aid cədvəldə X9 ailə üzvləri kimi İddiaçı, X1, X2, Üçüncü şəxs və X5 adları qeyd edilmişdir. Işdə olan Beyləqan rayon məhkəməsinin *(***)-***/**** nömrəli, ##.##.2021-ci il tarixli qətnaməsi ilə Beyləqan rayon Icra hakimiyyəti başçısının ## ### 2020-ci il tarixli ** nömrəli qərarı ilə X3 adına verilmiş A ****** nömrəli Torpaq sahəsinin Plan və ölçüsündə mərhum X3 X3, Beyləqan rayon Icra hakimiyyəti başçısının ## ### 2020-ci il tarixli, ** nömrəli qərarı ilə X5 adına verilmiş A ****** nömrəli Torpaq sahəsinin Plan və ölçüsü sənədində hüquq sahiblərinin adlı siyahısında Üçüncü şəxs səhvən Üçüncü şəxs Cümşüd qızı kimi, mərhum X1 X4 yazılması faktı müəyyən edilmişdir. Işdə olan ##.##.2010-cu il tarixdə *** nömrəli ilə uçota alınmış A № ****** nömrəli Torpaq sahəsinin planı və ölçüsündən görünür ki, Beyləqan rayon Icra Hakimiyyəti başçısının ##.##.2010-cu il tarixli, ** nömrəli qərarı ilə həmin sənəd X5 adına tərtib edilmişdir. Məhkəmə araşdırması zamanı toplanmış və iş materiallarına əlavə edilmiş sənədlərdən və iddia ərizəsinin məzmunundan müəyyən olunur ki, iş üzrə üçüncü şəxs Üçüncü şəxs ilə X1 arasında 2001-ci il ## ###### tarixində nikah bağlanmışdır. Beyləqan rayon Icra Hakimiyyəti başçısının ##.##.2010-cu il tarixli, ** nömrəli qərarı ilə X5 və subyektlər siyahısında göstərilən şəxslərin mülkiyyətinə 599.03 kv.m həyətyanı torpaq sahəsi verilmişdir. Torpaq sahələrində dair cədvəldən görünür ki, iddiaçı İddiaçı və Qarayev Cümşüdün ayrılıqda, Hüseynova Səkinə, Qarayev Yasəf, Üçüncü şəxs və Qarayev Habilin ümumbirgə mülkiyyətinə 0.06 ha torpaq sahəsi verilmişdir. Dövlət reyestri tərəfindən verilmiş ********** qeydiyyat nömrəli, ##.##.2023-cü il tarixli çıxarışda ünvan 1 ünvanında yerləşən 0.0599 ha torpaq sahəsi İddiaçı, X1, X2, Üçüncü şəxs və X5 adına qeydiyyata alınmışdır. Hazırda iddiaçının tələbi həmin çıxarışdan Üçüncü şəxs Sadiq qızının adının çıxarılması və daşınmaz əmlakın dövlət reyestrindən yeni çıxarışın verilməsi ilə bağlı olmuşdur. Məhkəmə kollegiyası işin hallarına münasibətdə qeyd edir ki, “şəxsin adının çıxarışdan çıxarılması” tələbi özlüyündə mümkün iddia tələbi deyildir.Əslində çıxarışdan adın çıxarılması dedikdə çıxarışın verilməsinə əsas olan mülkiyyət hüququnun mübahisələndirilməsi nəzərdə tutulur.Üçüncü şəxsin mülkiyyət hüququnun yaranma əsasını,başqa sözlə ********** qeydiyyat nömrəli, ##.##.2023-cü il tarixli çıxarışın verilməsinə əsas isə Beyləqan rayon Icra Hakimiyyəti Başçısının ##.##.2010-cu il tarixli qərarıdır. Odur ki, iddiaçı hüquqi marağına uyğun olaraq həmin ##.##.2010-cu il tarixli qərarı mübahisələndirməli idi. Məhkəmə prosessual qənaət prinsipi baxımından qeyd edir ki, müvafiq qərarın mübahisələndirilməsi imkanı mövcud deyildir.Belə ki, həmin qərarı mübahisələndirmə və şikayət vermə müddətini də ötürmüşdür. Kollegiya “mübahisənin yarandığı vaxtda hələ Inzibati Prosessual Məcəllənin olmadığını və Mülki Məcəllənin tələblərinin tətbiq edildiyi dövrə düşməsinə,Məhkəmənin şəxsin vəziyyətinin yaxşılaşdırılması üçün həmin Məcəlləyə istinad edilməsinə” dair apellyasiya şikayətinin dəlilinə münasibətdə qeyd edir ki,həmin istinadın edilməsi üçün Beyləqan rayon Icra Hakimiyyəti Başçısının ##.##.2010-cu il tarixli qərarı yuxarıda qeyd olunan tarixədək mübahisələndirilə bilərdi. Nəzərə alınmalıdır ki, məhkəməyə müraciət hüququ mütləq hüquq deyildir və şəxsin məhkəməyə yazılı müraciətinin qəbul olunması üçün bəzi şərtlər, məhdudiyyətlər müəyyən olunmuşdur. Bu məhdudiyyətlərdən biri də inzibati iddiaların verilməsi üçün qanunla müəyyən olunmuş müddətlərdir. Konkret şəxsə məxsus olan maddi hüquq pozulduqda onun müdafiəsi üçün hüququ pozmuş şəxsə qarşı məcburiyyət tədbirlərinin tətbiqi halına qanun iddia müddətləri şamil edir. Hüquq münasibətlərinin yarandığı zaman yəni ##.##.2012-ci il tarixədək qüvvədə olmuş ##.##.2000-ci il tarixli Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələrə dair işlər üzrə icraata dair 27-ci fəslinin ərizə ilə məhkəməyə müraciət etmək üçün müddəti müəyyən edən 298-ci maddəsinə əsasən şəxs özünün hüquq və azadlığının pozulduğu barədə ona məlum olan gündən qanunda başqa müddət müəyyən edilməyibsə 1 ay müddətində ərizə ilə məhkəməyə müraciət etmək hüququna malikdir. 2011-ci ilin yanvar ayının 1-dən qüvvədə olan Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. «T.Idrisovun şikayəti üzrə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Inzibati- Iqtisadi Kollegiyasının ##.##.2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun ##.##.2015-ci il tarixli qərarında qeyd edilmişdir: “qeyd olunmalıdır ki, bu zaman işə baxan məhkəmələr mübahisələndirmə haqqında iddia növü üçün ikinci xüsusi mümkünlük şərtinə, yəni müddətə əməl edilib-edilməməsinə hüquqi qiymət verməmişlər. Inzibati Prosessual Məcəllənin 38.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər”. Insan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra – Avropa Məhkəməsi) Novakovic Xorvatiyaya qarşı iş üzrə ## #### 2015-ci il tarixli Qərarında müddətlərin düzgün tətbiqinin işin ədalətli həllinə təsiri ilə bağlı qeyd etmişdir ki, daxili qanunvericiliyin təfsiri problemlərini həll etmək ilk növbədə milli dövlət orqanlarına, xüsusən məhkəmələrə aiddir. Məhkəmənin rolu belə bir təfsirin nəticələrinin Konvensiyaya zidd olub-olmamasının yoxlanılmasından ibarətdir. Bu xüsusən sənədlərin tədqim edilməsi və ya şikayətlərin verilməsini tənzimləyən müddət məhdudiyyətləri kimi prosessual xarakterli qaydaların məhkəmələr tərəfindən tətbiqinə şamil edilir. Avropa Məhkəməsi məhkəmə iddiasını müəyyən edilmiş prosessual müddət daxilində vermək tələbinin ədalət mühakiməsinin düzgün həyata keçirilməsinin qanuni məqsədinə və xüsusən hüquqi müəyyənlik prinsipinə xidmət etdiyini vurğulamışdır (§ 20-21). Məhkəmə kollegiyası qeyd edir ki, həm hazırki mübahisəyə tətbiq edilməli olan ##.##.2012-ci il tarixədək qüvvədə olmuş ##.##.2000-ci il tarixli Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələrə dair işlər üzrə icraata dair 27-ci fəslinin müddəaları baxımından, həm də 2011-ci ilin yanvar ayının 1-dən qüvvədə olan Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsinin tələbləri baxımından iddiaçı hazırki iddia tələbi üzrə iddia müddətini ötürmüşdür. Insan Hüquqları üzrə Avropa Məhkəməsi “Stanyo Belçikaya qarşı” iş üzrə # #### 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Onu da qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2019-cu il * nömrəli bülletenində (11-ci səhifənin sonuncu abzasında) öz əksini tapmış hüquqi mövqedə qeyd olunmuşdur ki: “Inzibati orqanların # ###### 2011-ci ilədək qəbul edilmiş inzibati aktların ləğvi, dəyişdirilməsi və ya etibarsızlığı ilə bağlı iddialara baxılarkən həmin aktların mübahisələndirilməsi imkanının artıq aradan qalxdığı nəzərə alınmaqla, belə iddialar bir qayda olaraq mümkünlük şərtlərinə cavab vermədiyindən mümkün sayılmamalıdır”. Işin faktiki və hüquqi hallarını nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 82ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Iddiaçı tərəfindən verilən apellyasiya şikayəti təmin edilmir. Şirvan Inzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *-*(***)-***/**** saylı qərardadı dəyişdirilmədən saxlanılır. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti vermək olar.
Məhkəmə qərarları › İş №2-1(3-9)-273/2026
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(3-9)-273/2026
02.07.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver