Məhkəmə qərarları › İş №2-1(3-9)-274/2026

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(3-9)-274/2026

16.09.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Şirvan şəhəri İş № 2-1(3-9)-274/2026 16.09.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyası hakimlər Hüseynov Fikrət Cilingir oğlu (sədrlik edən və məruzəçi), X1 və Quliyev Ceyhun Əmir oğlundan ibarət tərkibdə, Hüseynli Bülbül Düldül oğlunun katibliyi, üçüncü şəxs Üçüncü şəxs və vəkili Ismayılova (Məlikova) Səbinə Imran qızının iştirakı ilə, Şirvan Inzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti əsasında iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı Aqrar Islahat Komissiyasının qərarının qanunsuz sayılması tələbinə dair inzibati işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iddia ərizəsi ilə Şirvan Inzibati Məhkəməsinə müraciət edərək, 0.26 ha torpaq sahəsinin ayrılması barədə Astara rayon Aqrar Islahat Komissiyasının ## #### 1998-ci il tarixli, ** nömrəli qərarının Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş torpaq sahəsinin plan-ölçüsündəki koordinatlar daxilində (0.6 ha) torpaq sahəsi hissəsində qanunsuz sayılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şirvan Inzibati Məhkəməsinin (hakim P.Qurbanova) ## ###### 2026-cı il tarixli, *- *(***)-****/**** nömrəli qərardadı ilə iddianın mümkün sayılmaması qərara alınmışdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, inzibati orqanların # ###### 2011-ci ilədək qəbul edilmiş inzibati aktların ləğvi dəyişdirilməsi və ya etibarsızlığı ilə bağlı iddialara baxılarkən həmin aktların mübahisələndirilməsi imkanının artıq aradan qalxdığı nəzərə alınmaqla, belə iddialar bir qayda olaraq mümkünlük şərtlərinə cavab vermədiyindən mümkün sayılmamalıdır. Qərardaddan iddiaçı tərəfindən apellyasiya şikayəti verilmişdir. Işin halları Iddiaçı tələbini onunla əsaslandırmışdır ki, Astara rayonu "Azərbaycan Sovet Sosialist Respublikasının 50 illiyi” adına sovxozun ## ### 1988-ci il tarixli, *** saylı əmrindən çıxarışa əsasən 0,06 hektar torpaq sahəsi ona ev tikmək məqsədilə verilmişdir. Belə ki, 1996-cı il tarixli, "Torpaq islahatı haqqında” Qanuna əsasən vətəndaşların qanuni istifadəsində olan torpaq sahələri onların mülkiyyəti sayılmışdır. Həmin qanuna əsasən onun qanuni istifadəsində olduğu 0,06 ha topraq sahəsi gözlənti hüququna əsasən mülkiyyəti sayılmışdır. Bundan sonra Aqrar Islahat Komissiyası ## #### 1998-ci tarixli, ** nömrəli qərara əsasən mülkiyyəti sayılan 0,06 ha torpaq sahəsini atasının torpağının tərkib hissəsi hesab edərək qərar qəbul etmişdir. Apellyasiya şikayətinin dəlilləri Iddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini, iddianın mümkün sayılmasını və işin mahiyyəti üzrə baxılması üçün həmin məhkəməyə qaytarılmasını xahiş etmişdir. Şikayətin dəlilləri ondan ibarətdir ki, məhkəmə tərəfindən işin faktiki və hüquqi halları araşdırılmamışdır. Prosessual məsələlər Üçüncü şəxs və vəkili məhkəmə kollegiyasının iclasında ayrı-ayrılıqda birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Iddiaçıya və cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, gəlməmişlər. Məhkəmə kollegiyası işə gəlməyən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası məruzəni dinləyib və iş üzrə materialları araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: -Astara rayon Dövlət Arxivinin ##.##.2021-ci il tarixli arxiv arayışından görünür ki, Astara rayon Azərbaycan SSR-nin 50 illiyi adma sovxozun # ### 1988-cil tarixli, *** saylı əmri ilə Astara rayon Seləkəran kənd sakini X2 0.18 ha həyətyanı torpaq sahəsindən 0.07 ha oğlu İddiaçı yeni ev tikmək məqsədi ilə verilmişdir. -Astara Rayon Məhkəməsinin ## #### 2024-cü il tarixli, *(***)-**/**** saylı qətnaməsindən görünür ki, iddiaçı İddiaçı cavabdeh Üçüncü şəxs qarşı torpaq sahəsinin zəbtdən azad edilməsi və s. tələbinə dair iddiası qismən təmin edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ## ####### 2024-cü il tarixli, *(***)- ****/**** nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Ali Məhkəmənin ##.##.2025-ci il tarixli, *(***)-***/**** saylı Qərarı ilə Şirvan Apellyasiya Məhkəməsinin ## ####### 2024-cü il tarixli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilmişdir. -Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən tərtib edilmiş A №****** nömrəli, ##.##.2009-cu il tarixdə uçota alınmış Torpaq sahəsinin planı və ölçüsündən görünür ki, Astara rayon Aqrar Islahat Komissiyasının ##.##.1998-ci il tarixli, ** nömrəli qərarı ilə X2 verilmiş 2559.38 kv.m həyətyanı torpaq sahəsinin texniki göstəriciləri onun adına işlənmişdir. -Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən tərtib edilmiş A №****** nömrəli Torpaq sahəsinin planı və ölçüsündən görünür ki, Astara rayon Aqrar Islahat Komissiyasının ##.##.1998-ci il tarixli, ** nömrəli qərarı ilə İddiaçı verilmiş 1223.63 kv.m həyətyanı torpaq sahəsinin texniki göstəriciləri onun adına işlənmişdir. Şərh olunan sənədlərdən göründüyü kimi iddiaçıya sovxozun əmri ilə atasına məxsus 0.18 ha torpaq sahəsindən 0.06 ha hissəsi ayrılaraq verilmişdir. Sonradan atasına AIK-nı qərarı ilə 0.25 ha torpaq sahəsi verilmiş və adına plan və ölçü sənədi işlənmişdir. Eyni zamanda iddiaçının da adına 1223.63 kv.m sahəyə dair plan ölçü sənədi işlənmişdir. Iddiaçı hesab edir ki, sovxoz tərəfindən ona verilmiş torpaq sahəsi sonradan AIKnın qərarı ilə atasına verildiyindən AIK-nın qərarı qanunsuz sayılmalıdır. Birinci instansiya məhkəməsinin iddianı ümumilikdə mümkünsüz hesab etməklə bağlı gəldiyi qənaət ondan ibarətdir ki, ləğv edilməsi tələb olunan qərarın mübahisələndirilməsi imkanı aradan qalxdığından iddia mümkün sayılmamalıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi qənaətlə razılaşmır və qeyd edir ki, yuxarıda şərh edilmiş mülki iş üzrə keçirilmiş ekspert rəyinə əsasən iddiaçıya sovxoz tərəfindən verilmiş sahənin faktiki (iddia olunan) koordinatları ilə atasına AIK qərarı ilə verilmiş sahənin üst-üstə düşməsi müəyyən edilmişdir. Bunun əksi olaraq, işdə olan iddiaçının və atasının adına işlənmiş Torpaq sahəsinin planı və ölçüsü sənədlərinə vizual baxış zamanı müəyyən edilmişdir ki, hər iki torpaq sahəsi həm konfiqurasiya, həm də sənədlərin nömrələri baxımından yan-yana yerləşir. Bu baxımdan birinci instansiya məhkəməsi tərəfindən müvafiq ekspertiza təyin edilməli, faktiki (iddia olunan) sahə üzərindən deyil, sənəd üzrə koordinatlar baxımından sahələrin üst-üstə düşməsi halı araşdırılmalıdır. Kollegiya xüsusilə vurğulayır ki, iddianın mümkünlük şərtlərin yoxlanılması ardıcıllığına birinci instansiya məhkəməsi tərəfindən riayət edilməmişdir. Belə ki, konkret halda hazırki iş üzrə ilkin olaraq iddiaçının bu iddianı qaldırmaqla bağlı subyektiv hüququnun olması məsələsinə qiymət verilməli, bu hüququn mövcudluğu halında müddətin ötürülüb-ötürülməməsi məsələsinə qiymət verilə bilər. Başqa sözlə, iddia qaldırmaqla bağlı müvafiq hüququ olmayan şəxsin qanunla müəyyən edilmiş müddətə əməl edib-etməməsinin yoxlanılması hər-hansı hüquqi nəticə doğura bilməz. Hazırki iddianın mümkünlük şərtlərinə qiymət verilməsi imkanı onun mahiyyəti üzrə dəyərləndirilməsindən asılıdır ki, bunun üçün məhkəmə yuxarıda qeyd edilmiş prosessual tələblərə riayət edilməli, işin hallarından asılı olaraq gəldiyi qənaətin hüquqi əsaslarını müəyyən etməlidir. Mübahisələndirilən qərardan şikayət verilməsi müddəti ilə bağlı isə qeyd olunur ki, iddiaçıya və atasının adına Torpağa mülkiyyət hüququna dair şəhadətnamə işlənməmişdir. Bu halda mübahisəli torpaq sahəsinin atasına verilməsi ilə bağlı qərarın iddiaçıya məlum olması anı müəyyən edilməlidir. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçı iddia ərizəsindən inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. Iddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. “Inzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ##### 2015-ci il tarixli № * nömrəli Qərarının: -1.1-ci bəndində qeyd edilir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. -1.3-cü bəndində qeyd edilir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Həmin Qərarın 1.4-cü bəndində qeyd edilir ki, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. -2.3-cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, Inzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü Inzibati Prosessual Məcəllənin 37ci maddəsinə uyğun yoxlamalıdırlar. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 87.7.1-ci maddəsinə əsasən inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda apellyasiya instansiyası məhkəməsi barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli və sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün iş həmin məhkəməyə qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilsin. Şirvan Inzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərardadı ləğv edilsin, inzibati iş Şirvan Inzibati Məhkəməsinə qaytarılsın. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar