Məhkəmə qərarları › İş №2-1(3-9)-279/2026

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-9)-279/2026

19.08.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 2-1(3-9)-279/2026 19.08.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyası Hüseynli Bülbül Düldül oğlunun katibliyi, iddiaçı İddiaçı, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, Şirvan Inzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *-*(***)-***/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti əsasında iddiaçı İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı qərarın ləğv edilməsi tələbinə dair inzibati işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Iddiaçı İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Şirvan Inzibati Məhkəməsinə müraciət edərək, Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının ##.##.2023-cü il tarixli, *-**-*/*-İ-****** nömrəli qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şirvan Inzibati Məhkəməsinin (hakim H.Nəcəfov) ## ###### 2026-cı il tarixli, *- *(***)-***/**** nömrəli qərarı ilə iddianın təmin edilməsi, 200 manat ekspertiza tədqiqatının dəyərinin cavabdeh Dövlət Sosial Müdafiə X3 Şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialından tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (SAP hesabı: X5, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41NABZ01360100000000003944 SWIFT BIK CTREAZ 22. Məhkəmə Ekspertiza Mərkəzi: VÖEN **********, Hesab № AZ**CTRE********************) köçürülməsi qərara alınmışdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçıya Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının ümumi əsaslara görə əmək pensiyasının yenidən hesablanması haqqında ##.##.2023cü il tarixli, *-**-*/*-İ-******/**** nömrəli qərarı ilə aktiv VÖEN olduğu halda pensiya ##.##.2019 və ##.##.2020-ci il tarixlərində işdən çıxma ilə bağlı yenidən hesablanmışdır. Müvafiq sənədlərdə iddiaçının təqsirli olması barədə heç bir qeydin, əsasın və sübutun olmadığı müəyyən edilmişdir. Bu halda "Inzibati icraat haqqında” Qanunun 67.1 -ci maddəsinə və etimadın qorunması prinsipinə əsasən iddiaçı həmin qərarı mübahisələndirməkdə haqlıdır. Qərardan cavabdeh tərəfindən apellyasiya şikayəti verilmişdir. Işin halları Iddiaçı tələbini onunla əsaslandırmışdır ki, yaşa görə əmək pensiyasının yenidən hesablanması ilə bağlı Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına müraciət etmiş, ona ## ###### 2023-cü il tarixli məktubla bildirilmişdir ki, "yaşa görə əmək pensiyasının təyin olunduğu tarixdən (##.##.2017) sonra VÖEN (3400251202) hesabı üzrə fərdi hesabın sığorta hissəsində 72 ay (6 il) pensiya kapitalı qeydə alınmadığı və ya işləməyən əmək pensiyaçısı kateqoriyasına keçmədiyi üçün, (aktiv vergi ödəyicisi kimi qeydiyyata olduğundan) əmək pensiyasının ##.##.2017-ci il tarixdən sonrakı dövr üzrə fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əsasında yenidən hesablanması qanunvericiliyin tələbləri baxımından mümkün deyil.” Bundan başqa 2019-cu ilin oktyabr ayının 1-dən 2020-ci ilin ## #### tarixinə kimi müddətli əmək müqaviləsi ilə E.Məmmədov adına Ağcabədi rayonu Şənlik kənd tam orta məktəbində psixoloq vəzifəsində işəmiş, lakin həmin vaxt əmək stajına əlavə olunmamışdır. Cavabdehin iddiaya qarşı etiraz dəlilləri ondan ibarət olmuşdur ki, iddiaçı Mərkəzi Filiala pensiyanın yenidən hesablanması ilə bağlı müraciət etmişdir. Iddiaçıya "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun ##.##.2017-ci il tarixində qüvvədə olmuş tələblərinə əsasən həmin tarixdən yaşa görə əmək pensiyası təyin edilmişdir. Iddiaçının pensiya işində olan sənədlərin surətlərinə əsasən əmək fəaliyyəti dövrü, o cümlədən ##.##.1971-ci il tarixindən ##.##.1975-ci il tarixinədək təhsil aldığı illər də nəzərə alınmaqla 0101.2006-cı il tarixinədək 34 il 2 ay 11 gün sığorta stajı, ##.##.2006-cı il tarixindən ##.##.2017-ci il tarixinədək fərdi hesabının sığorta hissəsində qeydə alınmış 9139,19 manat (2017-ci il tarixinə indeksləşdirilmiş) pensiya kapitalı, ##.##.2019-cu il tarixindən (VÖEN hesabının dondurulduğu tarixdən) işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdiyi üçün ##.##.2017-ci il tarixindən ##.##.2019-cu il tarixinədək 4854,33 manat (2019-cu il tarixinə indekləşdirilmiş) pensiya kapitalı, ##.##.2020-ci il tarixindən işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdiyi üçün ##.##.2019-cu il tarixindən ##.##.2020-ci il tarixinədək 1012,00 manat (2020-ci il tarixinə indeksləşdirilmiş) pensiya kapitalı əsasında əmək pensiyası yenidən hesablanaraq ##.##.2021-ci il tarixindən (##.##.2024-cü il tarixli müraciətindən 3 il əvvələ) 432,89 manat müəyyən edilmişdir. Iddiaçının əmək kitabçasında ##.##.2019-cu il tarixindən ##.##.2020-ci il tarixinədək E.Məmmədov adına Ağcabədi rayonu Sənlik kənd tam orta məktəbində psixoloq vəzifəsində işlədiyi qeyd olunsa da, X8 Sisteminin Sığorta Altsistemində 2019-cu ilin oktyabr, noyabr ayları üzrə məcburi dövlət sosial sığorta haqqı ödənilmədiyi aşkar edilmişdir. Sözügedən Qanunun 29.1-ci maddəsinə əsasən əmək pensiyasının sığorta hissəsi, bu Qanunun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş əmək pensiyaçılarına münasibətdə, həmin əlavələrlə birlikdə müəyyən edilmiş məbləği ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əməkhaqqının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilir. Qeyd olunan maddənin tələblərinə əsasən əmək pensiyasının məbləği indeksləşdirilərək ##.##.2022-ci il tarixindən 447,61 manata çatdırılmışdır. Həmin Qanuna ##.##.2023-cü il tarixindən əlavə edilmiş 26.4-cü maddəyə əsasən 2022-ci il üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) əmək pensiyaçılarına münasibətdə müəyyən etdiyi maddi yardım 2023-cü il ######ın #-dən onların əmək pensiyalarının tərkibinə daxil edilməklə, qulluq stajına görə əlavələr alan ənək pensiyaçılarına münasibətdə aylıq maddi yardım məbləğində, digər əmək pensiyaçılarına münasibətdə isə illik maddi yardımın bir aya düşən hissəsi məbləğində hesablanır. Qeyd olunan maddənin tələblərinə əsasən iddiaçının əmək pensiyasının məbləği ##.##.2023-cü il tarixindən 464,27 manata, Qanunun 29.1-ci maddəsinin tələblərinə uyğun olaraq indeksləşdirilərək ##.##.2023-cü il tarixindən 532,52 manata, ##.##.2024-cü il tarixindən 592,16 manata çatdırılmışdır. Hazırda iddiaçının pensiya məbləği 640,12 manat təşkil edir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri iddiaya qarşı etirazın məzmunu ilə eynilik təşkil edir. Prosessual məsələlər Iddiaçı məhkəmə iclasında apellyasiya şikayətinin dəlillərini qəbul etmədi, həmçinin bildirdi ki, heyvandarlıqla məşğul olmaq üçün kredit götürmək məqsədilə 2006cı ildə adına VÖEN açdırmışdır. Cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə etdi və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddianın təmin edilməməsi barədə qərar çıxarılmasını xahiş etdi. Nümayəndə əlavə olaraq bildirdi ki, iddiaçıya 2017-ci ildə pensiya təyin edilmiş, 2019-cu ildə işləməyən əmək pensiyaçısı statusunda olması əsası ilə pensiyası yenidən hesablanmış, eyni zamanda ##.##.2021-ci il tarixli qərarla işləməyən əmək pensiyaçısı statusunda olması əsası ilə pensiyası yenidən hesablanmışdır. Iddiaçının 2023-cü ildə pensiyanın yenidən hesablanması barədə müraciətinə baxılarkən adına 2019-cu ildə aktiv VÖEN olması və həmin vaxt işləyən əmək pensiyaçısı statusunda olması aşkar edilmişdir. 2021-ci il tarixdə pensiyanın yenidən hesablanması zamanı iddiaçının adına VÖEN olması barədə təmsil etdiyi orqanın məlumatı olmamışdır. Əsaslandırma Məhkəmə kollegiyası iş üzrə materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası iddia tələbinin mahiyyəti ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikasının Konstitusiyasına əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikası vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir (maddə 12). Hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir (maddə 38). Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur (maddə 71). Fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir (maddə 149). “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. “Inzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: -1.1. Bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. -13.1. Inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. -13.2. Inzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. -64.3. Inzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur. -Qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər. -67.5. Maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. -67.6. Maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. 67.12. Qanunsuz inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. 68.4-cü maddəsinə əsasən qanuni inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsinin *-*(***)-****/**** nömrəli, ##.##.2024cü il tarixli üç ulduzla nişanlanmış qərarında təsbit edilmiş hüquqi mövqeyə görə: -Inzibati orqan qüvvədə olan əlverişli inzibati aktın qanunsuz olması ilə bağlı əsaslı məlumatlar əldə etdiyi halda, inzibati icraat haqqında qanunvericiliyin tələbləri baxımından, xidməti mövqeyinə görə həmin inzibati aktın qəbul edilməsi üzrə əvvəlki inzibati icraatı təzələməyə və icraat aparmağa, icraat çərçivəsində inzibati aktın ləğvini və ya dəyişdirilməsini şərtləndirən halların mövcudluğunu müəyyən etməyə borcludur. Bu zaman inzibati orqan tərəfindən şəxsin həmin inzibati akta etimad hüququnun mövcudluğu, şəxsin etimadının qanunla qorunub-qorunmadığı “Inzibati icraat haqqında” Qanunun 67-ci, xüsusən də 67.5-67.13-ci maddələrinin müddəaları baxımından yoxlanılmalıdır. Inzibati orqan yalnız bu halların müəyyən edilməsindən sonra inzibati aktın ləğvi və ya dəyişdirilməsi və ya inzibati aktın ləğvi və ya dəyişdirilməsindən imtina barədə qərar qəbul etməyə haqlıdır. -Inzibati orqan əvvəllər qəbul etdiyi qərarın ləğv olunması, yaxud dəyişdirilməsi barədə qərar qəbul etmək üçün “Inzibati icraat haqqında” Qanunun tələblərinə uyğun inzibati icraat aparmalıdır. Yalnız apardığı inzibati icraat çərçivəsində həmin Qanunun 67.12-ci maddəsində olan şərtlər mövcud olduğu halda (inzibati aktın ləğv olunmasına səbəb olan hal(lar)ın mövcud olması, həmin hal(lar)ın inzibati orqana məlum olmasından 1 (bir) il müddətin keçməmiş olması) əvvəllər qəbul etdiyi qərarın tam, yaxud qismən ləğv olunması və ya dəyişdirilməsi barədə əsaslandırılmış qərar qəbul edə bilər. -Qanunverici cavabdehin inzibati aktın ləğv edilməsinə və ya dəyişdirilməsinə dair müddətin axımının başlanmasını buna dair əsasın ona məlum olduğu, yəni bildiyi və ya bilməli olduğu vaxtla şərtləndirir. Bu zaman bildiyi və ya bilməli olduğu vaxtın fərqli vəziyyətlər olduğu da nəzərə alınmalıdır. Bildiyi hal elə bir hüquqi faktdır ki, inzibati orqan rəsmi mənbədən özünün əvvəlki qərarının qanunsuz olduğu nəticəsinə gəlməyə əsas verən məlumat alır. Həmin məlumatın hansı orqandan və hansı mənbədən əldə olunması hər hansı bir əhəmiyyət kəsb etmir. Bu zaman əhəmiyyət kəsb edən həmin məlumatın inzibati orqana məlum olması anıdır. Bilməli olduğu hal isə elə hüquqi faktdır ki, inzibati orqanın bu hüquqi fakt barədə məlumatının olmaması həyatın adi axarı və müvafiq sahədə tətbiq olunan yerləşmiş idarəçilik qaydaları nəzərə alındıqda, ağlabatan olmamaqla mümkünsüzdür. -Inzibati aktın ləğvini və ya dəyişdirilməsini şərtləndirən halların məlum olduğu vaxtın başlanğıcının düzgün müəyyən edilməsi həlledici əhəmiyyət kəsb edir. Ona görə də, məhkəmələr bu anı yalnız mötəbər sübutlara əsaslanmaqla müəyyənləşdirməlidir. Bunun üçün ilk növbədə, qanunsuzluğu iddia olunan aktın ləğv edilməsinə və ya dəyişdirilməsinə səbəb olan halın (halların) məhz nələrdən ibarət olduğu, inzibati orqanın hansı hallara istinad etdiyi dəqiq aydınlaşdırılmalıdır. Belə halların nələrdən ibarət olduğunu bildirmək vəzifəsi inzibati orqanın üzərinə düşür. Daha sonra qiymətləndirilməli olan məsələ sözügedən halın inzibati orqanın yuxarıda göstərilən bildiyi və ya bilməli olduğu hallardan hansına aid olduğunu müəyyənləşdirməkdən ibarətdir. -Beləliklə, qeyd olunan hüquqi yanaşma inzibati orqanlardan onu tələb edir ki, inzibati orqan özünün əvvəlki qərarının tamamilə və ya qismən səhv olduğunu müəyyən etdikdə, sonradan həmin qərarı ləğv etmək və ya dəyişdirməklə bağlı yeni qərar qəbul etməkdə haqlı olsa da, malik olduğu bu səlahiyyətin həyata keçirilməsi zamanı məhdudiyyətlərə və qanunvericiliklə dəqiq müəyyənləşdirilmiş müddətə və prosedurlara riayət etməlidir. Iş materiallarına əlavə edilmiş: -Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti * saylı Ərazi Vergilər Idarəsinin İddiaçı ünvanladığı ##.##.2023-cü il tarixli, **************** nömrəli məktubundan görünür ki, sahibkarlıq və ya digər vergi tutulan əməliyyatları ##.##.2019-cu il tarixdən ##.##.2023-cü il tarixədək və ##.##.2023-cü il tarixdən ##.##.2028-ci il tarixədək dayandırılmış vəziyyətdə, digər dövrlərdə aktiv vəziyyətdə olmuşdur. Hazırda fəaliyyəti dayandırılmış vəziyyətdədir. -Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının 11.03.21-ci il tarixli qərarından görünür ki, iddiaçının pensiya məbləği yenidən hesablanmış və artırılmışdır. -Həmin filialın ümumi əsaslara görə əmək pensiyasının yenidən hesablanması haqqında ##.##.2023-cü il tarixli, *-**-*/*-İ-******/**** nömrəli qərarının surətindən görünür ki, İddiaçı aktiv VÖEN olduğu halda pensiya ##.##.2019 və ##.##.2020-ci il tarixlərində işdən çıxma ilə bağlı yenidən hesablanmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, qanunvericilik qanunsuz inzibati aktın ləğv edilməsini həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il müddətlə məhdudlaşdırmışdır. Pensiya təyinatı ilə bağlı sənədlər toplusu cavabdeh orqanın özündə (müvafiq filialda) saxlanıldığından onun istənilən vaxt həmin sənədləri təftiş etmək, özünün əvvəlki təyinatla bağlı qərarını ləğv etmək və yaxud dəyişdirmək imkanı olmuşdur ki, bu iddiaçının bilməli olduğu hallara aiddir. Buna baxmayaraq cavabdeh “Inzibati icraat haqqında” Qanunun 67.12-ci maddəsinin tələblərinə zidd olaraq, iddiaçının aktiv VÖEN-ə malik olmasını, yəni işləyən əmək pensiyaçısı olmasını əsas gətirərək, pensiya məbləğinin azaldılması qərarına gəlsə də, kollegiya hesab edir ki, “Elektron hökumət” portalı haqqında Əsasnamə”nin təsdiq edilməsi və elektron xidmətlərin genişləndirilməsi ilə bağlı tədbirlər barədə Prezidentin # ###### 2013-cü il tarixli *** nömrəli Fərmanı, həmçinin 2025-ci il ## ###### tarixli Fərmanı ilə təsdiq edilmiş “X4 Sistemi haqqında” əsasnamənin tələblərinə uyğun olaraq, həm cavabdeh orqan, həm də vergi orqanları arasında həmin əsasnamə ilə müəyyən edilmiş məlumatlardan istifadə etmək imkanları mövcuddur və iddiaçının 2019-cu ildən aktiv VÖEN-ə malik olması vəziyyəti cavabdeh orqanın bilməli olduğu hallara aiddir. Başqa sözlə, daha əvvəl aparılmış yenidən hesablama ilə əhatə olunan (olunmalı olan), lakin aşkarlanmamış, yaxud aşkarlansa da lazımi münasibət bildirilməmiş hallarla bağlı müddətin axımı sonrakı yoxlama və ya yenidən hesablama ilə əlaqələndirilə bilməz. Cavabdeh 11.03.21-ci il tarixli qərarla pensiyanı yenidən hesablayarkən bu halı görməli idi və ##.##.2023-cü il tarixli qərarla gəldiyi qənaətə həmin vaxt gəlmək imkanı olmuşdur. Bundan başqa, kollegiya qeyd edir ki, “Əmək Pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsi şəxsin işləməyən əmək pensiyaçısı kateqoriyasına keçməsi halında fərqli pensiya məbləğinin ödənilməsi hüququnu müəyyən etmişdir. “Məşğulluq haqqında” Qanunun: - 1.1.6-cı maddəsinə əsasən işsiz şəxs – işi və qazancı olmayan, işə başlamağa hazır olub, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) işsiz kimi qeydiyyata alınan, əmək qabiliyyətli yaşda olan əmək qabiliyyətli şəxs; -1.1.9. Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun olaraq əmək müqaviləsi (kontrakt) və ya Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq mülki hüquqi müqavilə bağlanılmadan müəyyən fəaliyyətin yerinə yetirilməsi, Azərbaycan Respublikasının Vergi Məcəlləsinə uyğun olaraq sahibkarlıq fəaliyyətinin və mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqdan istifadənin rəsmiləşdirilmədən həyata keçirilməsi, eləcə də “Ailə kəndli təsərrüfatı haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq yerli özünüidarəetmə orqanlarında uçota durmadan ailə kəndli təsərrüfatının təşkili nəticəsində qazanc (gəlir) əldə edilməsi qeyriformal məşğulluq hesab edilir. -4.1-ci maddəsinə əsasən məşğul şəxslərə aşağıdakılar aiddir: 4.1.1. muzdla işləyənlər - Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun olaraq işəgötürənlə əmək müqaviləsi (kontrakt) bağlayaraq, müvafiq iş yerlərində əmək fəaliyyətini əməkhaqqı müqabilində yerinə yetirən şəxslər; 4.1.2. mülki-hüquqi xarakterli müqavilələrlə işləyənlər - Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq qarşı tərəflə müqavilə bağlayıb əmək münasibətləri yaratmadan müəyyən haqq müqabilində işləri (xidmətləri) yerinə yetirən şəxslər; 4.1.3. sahibkarlar, mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq payı olanlar, ailə kəndli təsərrüfatının üzvləri; 4.1.4. haqqı ödənilən vəzifəyə seçilənlər, təyin və ya təsdiq edilənlər; 4.1.5. Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmət edənlər; 4.1.6. ödənişli fəaliyyətlə məşğul olan ali və orta ixtisas təhsil müəssisələrində əyani təhsil alanlar; 4.1.7. Azərbaycan Respublikasının ərazisində qanuni əsaslarla haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər; 4.1.8. Azərbaycan Respublikasının hüdudlarından kənarda qanuni əsaslarla əmək fəaliyyəti ilə məşğul olan Azərbaycan Respublikasının vətəndaşları; 4.1.9. xüsusi notariuslar, sərbəst mediatorlar və vəkillər. Göründüyü kimi, bu Qanunun məqsədləri məhz əmək qabiliyyətli şəxslərin məşğulluq imkanlarının genişləndirilməsi, iş axtarışına və özünüməşğulluğuna kömək göstərilməsi, peşəyönümünün, peşə hazırlığının təmin edilməsi, bilik və bacarıqlarının artırılması, əmək bazarının tələblərinə uyğun işçi qüvvəsinin formalaşdırılması məqsədi ilə onlar üçün xüsusi proqramların tətbiqinə yönəldilən tədbirlərin həyata keçirilməsindən ibarətdir. Odur ki, iddiaçı faktiki olaraq əmək pensiyaçısı statusunda olduğundan cavabdehin onun birmənalı şəkildə əmək qabiliyyətli şəxs hesab edilməsi, yəni aktiv VÖEN-ə malik olmaqla işləyən əmək pensiyaçısı hesab edilməsi barədə gəldiyi qənaət əsaslı sayıla bilməz. Həmçinin iddiaçı aktiv VÖEN-ə malik olsa da, faktiki olaraq əmək fəaliyyəti ilə məşğul olması, sahibkarlıq sahəsində apardığı əməliyyatlar, dövriyyəsi və gəliri müəyyən edilmədən hələ onun işləyən əmək pensiyaçısı hesab edilməsi üçün kifayət etmir. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılsın. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 81-82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Şirvan Inzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *-*(***)-***/**** nömrəli nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar