Məhkəmə qərarları › İş №2-1(3-9)-286/2026

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(3-9)-286/2026

29.04.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Şirvan şəhəri İş № 2-1(3-9)-286/2026 29.04.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyası hakimlər Hüseynov Fikrət Cilingir oğlu (sədrlik edən və məruzəçi), Quliyev Ceyhun Əmir oğlu və Sadıqov Mirlətif Süleyman oğlundan ibarət tərkibdə, Hüseynli Bülbül Düldül oğlunun katibliyi, iddiaçı İddiaçı iştirakı ilə, Iddiaçı İddiaçı cavabdehlər Cavabdeh, Cəlilabad Şərab-2 ASC-yə qarşı cavabdeh tərəfindən 2015-2023-cü il tarixədək müqavilə əsasında işlə bağlı əməkhaqqının tam ödənilməsi tələbinə dair iş üzrə Şirvan Inzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *-*(*-*)-***/**** nömrəli qərardadından iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Iddiaçı İddiaçı cavabdehlər Cavabdeh, Cəlilabad Şərab-2 ASC-yə qarşı iddia ərizəsi ilə Şirvan Inzibati Məhkəməsinə müraciət edərək, cavabdeh tərəfindən 2015- 2023-cü il tarixədək müqavilə əsasında işlə bağlı əməkhaqqının tam ödənilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Şirvan Inzibati Məhkəməsinin (hakim A.Hüseynova) ## ###### 2026-cı il tarixli, *- *(*-*)-***/**** nömrəli qərardadı ilə iddianın mümkün sayılmaması qərara alınmışdır. Qərardaddan iddiaçı tərəfindən apellyasiya şikayəti verilmişdir. Iddiaçı məhkəmə iclasında bildirmişdir ki, mart ayının 10-da xalasının qızı öldüyündən, sonra isə səhlənkarlıq nəticəsində qərardan apellyasiya şikayətini gec təqdim etmişdir. Odur ki, bu halın üzrlü sayılmasını xahiş edir. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin: -81.1-ci maddəsinə əsasən inzibati məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və ya qərardadlardan, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, şikayət verilə bilər. -85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. -87.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiyanın mümkünlüyü əsaslarını yoxlayır. Məhkəmə kollegiyası hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti mümkün sayılmamalı və onun qəbulundan imtina edilməlidir. Belə ki, iş materiallarından görünür ki, Şirvan Inzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *-*(*-*)-***/**** nömrəli qərardadının poçt vasitəsi ilə göndərilmiş surəti ## #### 2026-cı il tarixdə iddiaçı İddiaçı tərəfindən təhvil alınmışdır. Iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti ## #### 2026-cı il tarixdə poçta daxil olmuşdur. Göründüyü kimi apellyasiya şikayəti ## #### 2026-cı il tarixdə, yəni apellyasiya şikayətinin verilməsi müddəti bitdikdən 5 gün keçdikdən sonra verilmişdir. Hətta apellyasiya şikayəti verilməsi üçün nəzərdə tutulmuş müddətin son gününün ## #### 2026-cı il tarixə təsadüf etdiyini və həmin günün qeyri-iş günü (şənbə günü) olduğunu nəzərə alaraq məhkəmə kollegiyası qeyd edir ki, belə olan halda iddiaçı apellyasiya şikayətini ən gec ## #### 2026-cı il tarixdə verməli idi. Bununla da Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 85-ci maddəsində nəzərdə tutulmuş 10 günlük müddət ötürülmüşdür. Apellyasiyanın mümkünlüyü ilə bağlı dinlənilmə hüququnun təmin edilməsi, eləcə də ötürülmüş prosessual müddətin üzrlü sayılması üçün müvafiq sübutların təqdim edilməsinin həyata keçirilməsi məqsədilə iddiaçı məhkəməyə dəvət olunmuş, bu hallar ona ünvanlanan bildirişdə onun diqqətinə çatdırılmışdır. Lakin iddiaçı tərəfindən müddətin ötürülməsinin üzrlü səbəblərdən baş verməsini təsdiq edəcək hər hansı mötəbər sübut (sənəd) təqdim edilməmişdir. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 22.2-ci maddəsinə əsasən müddətlərlə bağlı bu fəslin müddəaları nəzərə alınmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi ilə müəyyən olunmuş qaydalar tətbiq olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Beləliklə, iddiaçı tərəfindən birinci instansiya məhkəməsinin mübahisələndirilən qərardadından apellyasiya şikayətinin verilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş müddət ötürülmüş, bununla yanaşı, məhkəmə kollegiyasına müddətin üzrlü səbəbdən buraxıldığını təsdiq edən sübut təqdim edilməmişdir. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 87.3-cü maddəsinə əsasən apellyasiya mümkün sayılmadıqda apellyasiya instansiyası məhkəməsi şikayəti qəbul etməkdən imtina edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 80-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Şirvan Inzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *-*(*-*)-***/**** nömrəli qərardadından iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti mümkün sayılmasın və qəbulundan imtina edilsin. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar