Məhkəmə qərarları › İş №2-1(3-9)-29/2026

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-9)-29/2026

23.07.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 2-1(3-9)-29/2026 23.07.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh xxxxnə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: müddətsiz müəyyən edilmiş əlillik; qanuni əlverişli inzibati aktın ləğvi) Şirvan Apellyasiya Məhkəməsinin İnzibati kollegiyası, hakimlər Quliyev Ceyhun Əmir oğlu (sədrlik edən və məruzəçi), X3 və Sadıqov Mirlətif Süleyman oğlundan ibarət tərkibdə, Rzayev Rüfət İlham oğlunun katibliyi, iddiaçı İddiaçı, cavabdehin nümayəndəsi X6 iştirakları ilə, İddiaçı İddiaçı cavabdeh xxxxnə qarşı “qərarın ləğv edilməsi və əlilliyin bərpa olunması” tələbinə dair inzibati iş üzrə Şirvan İnzibati Məhkəməsinin ## ###### 2025-ci il tarixli *-*(***)- ****/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi: İşin halları: “Əlillik” alt sistemindən çıxarışdan görünür ki, İddiaçı ##.##.1995-ci il tarixdə X8: XIX Sinif - Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => S70-S79 - Budçanaq oynağı və bud nahiyyəsinin travmaları => S71 - Bud-çanaq oynağı və bu nahiyəsinin açı.; Diaqnoz: Bud-çanaq oynağı və bud nahiyəsinin çoxsaylı açıq yaraları. Sol budun orta 1/3-nin odlu silahla yaralanmasından sonrakı vəziyyət. Oturaq sinirinin bud-çanaq oynağı və bud səviyyəsində travması. Sol oturaq sinirin bud-çanaq oynağı və bud səviyyəsində odlu silahla yaralanması nəticəsində travmatik nevriti və sol aşağı ətrafın funksiyasının pozulması. Xroniki respirator çatmamazlıq. Mötədil tipli ventilyasiya pozğunluğu ilə.; Meyar: 2.2. İkinci dərəcə əlillik => Digər: Bud-çanaq oynağı və bud nahiyyəsinin çoxsaylı açıq yaraları diaqnozu ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi səbəbi ilə təkrar müddətsiz ikinci dərəcəli əlillik təyin edilmişdir. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış ##.##.2025-ci il tarixli məktubda qeyd edilmişdir ki, “...Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il ## ###### tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 3.7-ci bəndinə əsasən əlilliyin qiymətləndirilməsi barədə Tibbi-sosial ekspert komissiyasının qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. ...Qeyd edilənləri nəzərə alaraq, ## ##### 2024-cü il tarixində saat 14:00-da Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində xxxxnə (Ünvan: Bakı şəhəri, Binəqədi rayonu, Mirmahmud Kazımovski küç. 134) əyani müayinəyə dəvət olunursunuz.” Tibbi-sosial ekspert komissiyasının ##.##.2025-ci il tarixli *-**-*/*-*-****/**** nömrəli qərarında qeyd edilmişdir ki, “...Nazirlik tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X11 Daxili nəzarət, audit, monitorinq və təhlil departamenti tərəfindən mütəmadi olaraq əlilliyi olan şəxslərin təhlili aparılır. Sözügedən təhlil zamanı risk qrupuna aid edilən müddətli əlilliyi olan şəxslərin vaxtından əvvəl əyani müayinəyə, müddətsiz əlilliyi olan şəxslərin təkrar əyani müayinəyə cəlb olunaraq əlilliklərinin yenidən qiymətləndirilməsi zərurəti yaranmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il ## ###### tarixli ** nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 3.7-ci bəndinə və “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə əsasən 5 (beş) nəfər vətəndaşın ünvanına ##.##.2025-ci il tarixinə əyani müayinəyə dəvət olunması haqqında sifarişli-xəbərnaməli məktub göndərilmişdir. Agentliyin Tibbi-sosial ekspert komissiyası həmin vətəndaşın tibbi-ekspert sənədlərini araşdırmış və aşağıdakıları müəyyən etmişdir:

3. Saatlı rayon sakini ##.##.1974-cü il təvəllüdlü İddiaçı (FİN: *******) əlillik vəziyyəti Tibbisosial ekspert komissiyası tərəfindən ##.##.1995-ci il tarixdə qiymətləndirilmiş və ona Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2015-ci il tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarları”nın 2.2-ci bəndinə müvafiq olaraq Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar müddətsiz ikinci dərəcə əlillik təyin edilmişdir. Göndərişdə qeyd edilən diaqnoz “Bud-çanaq oynağı və bud nahiyəsinin çoxsaylı acıq yaraları. Sol budun orta 1/3-nin odlu silahla yaralanmasından sonrakı vəziyyət. Oturaq sinirinin bud-çanaq oynağı və bud səviyyəsində travması. Sol oturaq sinirin bud çanaq oynağı və bud səviyyəsində odlu silahla yaralanması nəticəsində travmatik nevriti və sol aşağı ətrafın funksiyasının pozulması. Xroniki respirator çatışmazlıq. Mötədil tipli ventilyasiya pozğunluğu ilə” olmuşdur. Əlillik təyinatlarının əsaslığının müxtəlif risk qrupları üzrə araşdırılması məqsədilə əlavə müayinələrin aparılması üçün vətəndaş *-**-*/*-N-****/**** nömrəli məktub əsasında ##.##.2025-ci il tarixində əyani müayinəyə dəvət olunmuş və müayinədə iştirak etmişdir. Əlillik təyinatlarının əsaslığının müxtəlif risk qrupları üzrə araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən ##.##.1994-cü il tarixli ***** nömrəli xəstəlik haqqında şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə “Sol budun yumşaq toxumasının orta 1/3-nin və oturaq sinirinin zədələnməsi aşağı ətrafın funksiyasının zəifləməsi” diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı müayinə otağına dirsəkaltı ağac ilə daxil olmuş, aşağı ətraflarda ağrıdan, keyləşmədən, hərəkət məhdudluğundan şikayətlənmişdir. Anamnestik məlumatlarında 1994-cü ildə sol aşağı ətraflarından güllə yaralanması aldığını, hal-hazırda mütəmadi olaraq fizioterapiya müalicələri keçdiyini bildirmişdir. Baxış zamanı sol budun orta 1/3-də boylama istiqamətdə təxminən 10 sm ölçüdə əməliyyat çapığı izlənilmiş, passiv hərəkətlər sərbəst olmuşdur. Nevroloji status: Diz refleksləri D=S orta canlı çağırılmış, solda axil refleksi bir qədər zəif alınmışdır. Aşağı ətraflarda əzələ tonusu norma daxilində olmuş, atrofiya, hipotrofiya izlənilməmiş, yerişi əsa ilə qoruyucu xarakterli olmuşdur. Hazırda əlillik təyinatına əsas verə biləcək nevroloji defisit aşkarlanmamışdır. Vətəndaş son illərə dair heç bir instrumental müayinə və müalicə sənədlərini ekspertiza zamanı təqdim etməmişdir. Beləliklə, aparılan anamnestik və obyektiv müayinələrin nəticələrinə əsasən hazırda əlillik təyinatına əsas verə biləcək nevroloji defisit və patofunksional pozuntular aşkarlanmamışdır. Nəticədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2015-ci il tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ### 2022-ci il tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq “Tam reabilitasiya olunması” barədə qərar qəbul edilmişdir.” Tibbi-sosial ekspert komissiyasının ##.##.2025-ci il tarixli *******0003 nömrəli qərarından görünür ki, iddiaçı barəsində “Tam reabilitasiya olması” barədə qərar qəbul edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “xxxx” X1 tərəfindən verilmiş ##.##.2026-cı il tarixli T366/2026 nömrəi ekspert rəyində qeyd edilmişdir ki, “...1974-cü il təvəllüdlü İddiaçı adına tərtib edilmiş tibbi sənədlərə, özünün məhkəmə-tibbi müayinəsinə əsasən və qərardadda qoyulmuş suallara uyğun olaraq komissiya nəticəyə gəlir: 1-3. Vətəndaş İddiaçı məhkəmə-tibbi müayinədən keçirilərkən “Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu”na müayinəyə göndərilmiş, ##.##.2026-cı il tarixdə aparılmış müayinələrdən sonra ona “Odlu silahla yaralanmadan sonra sol budun orta 1/3-nin arxa səthində boylama kobud dartıcı çapıq toxuması, əzələ defekti ilə, sol bud-çanaq oynağının travmadan sonra koksartrozu, yaxınlaşdırıcı kontrakturası (uzaqlaşma 25 dərəcə), sağ bud sümüyünün boynunun lateralında 22x12 mm ölçülü osteosklerotik lezyonu, sağ bud-çanaq oynağının hərəkət məhdudiyyəti ağrı sindromu ilə, bel fəqərələrinin spondilyozu, osteoxondrozu, aşağı bel faset oynaqlarının artrozu, irradiasiya verən kəskin kökcük ağrı sindromu, dayaq-hərəkət funksiyasının pozulması daimi ağrı sindromu ilə - Y36.4, L90.5, L91.0, M16.5, M24.5, R52.2, M47.8, M42.9, M19.1, R52.1, R26.8” diaqnozu qoyulmuşdur. Qeyd edilən diaqnoz qərardadın 2-ci bəndində sualda göstərilən diaqnozla ümumilik təşkil etsə də, “Xroniki respirator çatmamazlıq, mötədil tipli ventilyasiya pozğunluğu ilə” diaqnozu ilə əlaqədar iş materiallarında hər hansı tibbi sənəd olmadığından, həmin diaqnozun xəstədə hazırda mövcudluğu inkar olunur.”

Birinci instansiya məhkəməsində icraat və məhkəmənin gəldiyi nəticə:

İddiaçı cavabdehə qarşı iddia ərizəsi və iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək “Tibbi-sosial ekspert komissiyasının ##.##.2025-ci il tarixli *******0003 nömrəli qərarının ləğv olunması və müddətsiz əlilliyin dayandırıldığı vaxtdan bərpa olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar çıxarılmasını xahiş etmişdir.

İddiaçının əsaslandırması: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Qarabağ müharibəsi iştirakçısıdır. Müharibə zamanı 1994-cü ildə odlu silahdan yaralanma nəticəsində travma almışdır. Bundan sonra ona ikinci dərəcəli əlillik təyin edilmişdir. Cavabdeh təşkilat tərəfindən ##.##.2025-ci il tarixdə əyani müayinəyə dəvət olunmuşdur. Əyani müayinənin nəticəsinə uyğun olaraq barəsində ##.##.2025ci il tarixdə “Tam reabilitasiya olunması” qərarı qəbul edilmiş və təyin edilmiş əlillik ləğv edilmişdir. Dəfələrlə müxtəlif tibb müəssisələrində müayinə və müalicə olunmasına baxmayaraq, sağlamlıq durumumda yaxşılaşmalar müşahidə olunmur.

Cavabdehin etirazları:

Cavabdeh inzibati orqan etirazını onunla əsaslandırmışdır ki, iddiaçının əlillik vəziyyətinə sonuncu dəfə Saatlı Rayon Mərkəzi Xəstəxanasının ##.##.1995-ci il tarixli göndərişi əsasında baxılmış və Diaqnozun mətni. Sol budun orta 1/3-nin odlu silahla yaralanmasından sonrakı vəziyyət. Sol oturaq sinirin bud-çanaq oynağı və bud səviyyəsində odlu silahla yaralanması nəticəsində travmatik nevriti və sol aşağı ətrafın funksiyasının pozulması. Xroniki respirator çatmamazlıq, mötədil tipli ventilyasiya pozuntusu ilə. Məzkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Tam reabilitasiya olması - Səbəb: “Tam reabilitasiya olunması” barədə qərar qəbul edilmişdir səbəbi ilə imtina verilmişdir. Şirvan İnzibati Məhkəməsinin ## ###### 2025-ci il tarixli *-*(***)-****/**** saylı qərarı (hakim Pərvanə Qurbanova) ilə iddia təmin edilmiş, Tibbi-sosial ekspert komissiyasının iddiaçı barədə qəbul etdiyi ##.##.2025-ci il tarixli *******0003 nömrəli qərarı ləğv edilmiş, iddiaçıya ##.##.1995-ci il tarixdə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar təyin edilmiş müddətsiz ikinci dərəcəli əlilliyin dayandırıldığı vaxtdan bərpa olunması öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur. Həmin qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

Apellyasiya instansiyası məhkəməsində icraat:

Şirvan Apellyasiya Məhkəməsinin ## #### 2026-cı il tarixli *-*(*-*)-**/**** saylı qərardadı ilə iş üzrə cavabdeh Cavabdeh X1 əsl cavabdeh “xxxx” X1 ilə əvəz edilmişdir.

Apellyasiya şikayətinin dəlilləri:

Apellyasiya şikayətinin dəlilləri ##.##.2025-ci il tarixli *-**-*/*-*-****/**** nömrəli qərarda qeyd edilənlər ilə eynilik təşkil edir. Əlavə olaraq qeyd edilmişdir ki, vətəndaşın iddiaçının əlillik təyinatının əsassız olması ilə əlaqədar Agentliyə müraciəti əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübut hesab edilməlidir.

Apellyasiya şikayətinə etiraz:

Apellyasiya şikayətinə etiraz daxil olmamışdır.

Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri

Şirvan Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının ##.##.2026-cı il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır.

Məhkəmə icraatı iştirakçılarının izahatları və prosessual məsələlər:

Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.1-ci maddəsinə əsasən bu Məcəllənin 16.3-cü maddəsində nəzərdə tutulmuş hallar (yazılı icraat) istisna edilməklə, məhkəmə tərəfindən mübahisəyə şifahi məhkəmə baxışı (şifahi dinləmələr) qaydasında baxılır. Cavabdehin nümayəndəsi apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, Şirvan İnzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli *-*(***)-****/**** nömrəli qərarının ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. İddiaçı iddiaya uyğun izahat verərək, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

Tətbiq edilən hüquq:

“İnzibati icraat haqqında” Qanun: Maddə 13. Etimad hüququnun qorunması prinsipi 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. ... Maddə 68. Qanuni inzibati aktın ləğv olunması 68.2. Qanuni əlverişli inzibati akt yalnız aşağıdakı hallarda ləğv edilə bilər: 68.2.1. inzibati aktın ləğvi qanunla birbaşa nəzərdə tutulduğu halda və ya inzibati aktın özündə bu barədə müvafiq qeyd olduğu halda; 68.2.2. maraqlı şəxsin inzibati aktla müəyyən edilmiş imtiyazlardan (hüquqlardan) istifadə etmədiyi və ya lazımi qaydada və müddətdə istifadə etmədiyi halda; 68.2.3. inzibati aktın qəbulundan sonra yaranmış hüquqi və ya faktiki hallara görə həmin aktın qüvvədə qalması dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vura bildiyi halda; 68.2.4. inzibati aktın qəbulu üçün əsas olmuş hüquq normasının dəyişməsi nəticəsində inzibati orqanın həmin aktı qəbul etməməyə haqlı olduğu və maraqlı şəxsin inzibati aktla müəyyən edilmiş imtiyazlardan (hüquqlardan) istifadə etmədiyi və ya ona münasibətdə inzibati aktla təminat verilmiş öhdəliklər yerinə yetirilmədiyi və ya həmin aktın qüvvədə qalmasının dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vura bildiyi hallarda. 68.3. Qanuni inzibati aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırmır. 68.4. Qanuni inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. 68.5. Maraqlı şəxsin etimadı qanunla qorunduğu hallarda, bu Qanunun 68.2.3-cü və 68.2.4-cü maddələrinə əsasən ləğv olunmuş inzibati aktın məzmununa etimad göstərməsi səbəbindən həmin şəxsə vurulmuş maddi ziyana görə ona kompensasiya ödənilməlidir. Kompensasiya maraqlı şəxsin müraciətinə əsasən ödənilir. 68.6. Maraqlı şəxsə ödəniləcək kompensasiyanın həcmi qanuni inzibati aktı ləğv etmiş inzibati orqan tərəfindən müəyyən olunur və həmin şəxsə vurulmuş real ziyanın həcminə mütənasib olmalıdır. 68.7. Qanuni inzibati aktın ləğv olunması haqqında maraqlı şəxsə bu Qanunun 62-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir.

Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: 1.2. Bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi və ona əsas olmuş səbəblər:

Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə kollegiyası tərəfləri dinləyərək, apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək, işin faktiki hallarını, sübutları və sadalanan hüquq normalarını nəzərə alaraq hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Birinci instansiyası məhkəməsi iddianı təmin etmiş və bu zaman icraatın təzələnməsi üçün əsasın olmamasına, etimad hüququna, 1 illik müddətə əsaslanmışdır. İşin hallarından müəyyən edildi ki, İddiaçı (bundan sonra - iddiaçı) ##.##.1995-ci il tarixdə X8: XIX Sinif - Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => S70-S79 - Bud-çanaq oynağı və bud nahiyyəsinin travmaları => S71 - Bud-çanaq oynağı və bu nahiyəsinin açı.; Diaqnoz: Bud-çanaq oynağı və bud nahiyəsinin çoxsaylı açıq yaraları. Sol budun orta 1/3-nin odlu silahla yaralanmasından sonrakı vəziyyət. Oturaq sinirinin bud-çanaq oynağı və bud səviyyəsində travması. Sol oturaq sinirin bud-çanaq oynağı və bud səviyyəsində odlu silahla yaralanması nəticəsində travmatik nevriti və sol aşağı ətrafın funksiyasının pozulması. Xroniki respirator çatmamazlıq. Mötədil tipli ventilyasiya pozğunluğu ilə.; Meyar: 2.2. İkinci dərəcə əlillik => Digər: Bud-çanaq oynağı və bud nahiyyəsinin çoxsaylı açıq yaraları diaqnozu ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi səbəbi ilə təkrar müddətsiz ikinci dərəcəli əlillik təyin edilmişdir. X4 ayrı-ayrı şəxslərin, o cümlədən iddiaçının əlillik vəziyyətinin yenidən yoxlanılması ilə bağlı cavabdehə müraciət etmişdir. Həmin müraciət TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübut kimi qiymətləndirilmiş, inzibati icraat təzələnmiş, şəxs əyani müayinəyə cəlb edilmiş, ##.##.2025-ci ildə əyani müayinə olunmuş və Tibbi-sosial ekspert komissiyasının ##.##.2025-ci il tarixli *******0003 nömrəli qərarı ilə barəsində “Tam reabilitasiya olması” barədə qərar qəbul edilmişdir. Qəbul edilmiş ##.##.2025-ci il tarixli *******0003 nömrəli qərar sistemə ##.##.2025-ci il tarixdə daxil edilmiş, qərar barədə iddiaçıya ##.##.2025-ci il tarixli məktubla məlumat verilmiş, iddiaçı ##.##.2025-ci il tarixdə poçt vasitəsi ilə məhkəməyə iddia ərizəsi ilə müraciət etmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “xxxx” X1 tərəfindən verilmiş ##.##.2026-cı il tarixli T366/2026 nömrəi ekspert rəyində qeyd edilmişdir ki, “...1974-cü il təvəllüdlü İddiaçı adına tərtib edilmiş tibbi sənədlərə, özünün məhkəmə-tibbi müayinəsinə əsasən və qərardadda qoyulmuş suallara uyğun olaraq komissiya nəticəyə gəlir: 1-3. Vətəndaş İddiaçı məhkəmə-tibbi müayinədən keçirilərkən “Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu”na müayinəyə göndərilmiş, ##.##.2026-cı il tarixdə aparılmış müayinələrdən sonra ona “Odlu silahla yaralanmadan sonra sol budun orta 1/3-nin arxa səthində boylama kobud dartıcı çapıq toxuması, əzələ defekti ilə, sol bud-çanaq oynağının travmadan sonra koksartrozu, yaxınlaşdırıcı kontrakturası (uzaqlaşma 25 dərəcə), sağ bud sümüyünün boynunun lateralında 22x12 mm ölçülü osteosklerotik lezyonu, sağ bud-çanaq oynağının hərəkət məhdudiyyəti ağrı sindromu ilə, bel fəqərələrinin spondilyozu, osteoxondrozu, aşağı bel faset oynaqlarının artrozu, irradiasiya verən kəskin kökcük ağrı sindromu, dayaq-hərəkət funksiyasının pozulması daimi ağrı sindromu ilə - Y36.4, L90.5, L91.0, M16.5, M24.5, R52.2, M47.8, M42.9, M19.1, R52.1, R26.8” diaqnozu qoyulmuşdur. Qeyd edilən diaqnoz qərardadın 2-ci bəndində sualda göstərilən diaqnozla ümumilik təşkil etsə də, “Xroniki respirator çatmamazlıq, mötədil tipli ventilyasiya pozğunluğu ilə” diaqnozu ilə əlaqədar iş materiallarında hər hansı tibbi sənəd olmadığından, həmin diaqnozun xəstədə hazırda mövcudluğu inkar olunur.” Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq apellyasiya şikayətinin dəlilləri üzrə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İlk növbədə iddia müddəti ilə bağlı xüsusi mümkünlük şərtinə münasibətdə bildirilir ki, mübahisələndirilən qərar barədə iddiaçıya ##.##.2025-ci il tarixli məktub ilə məlumat verilmiş, iddiaçı ##.##.2025-ci il tarixdə iddia ərizəsi ilə (poçt vasitəsi ilə) məhkəməyə müraciət etmişdir. İddia mümkün iddiadır. Mübahisə üzrə ilk növbədə fərqləndirilməli olan məsələ ondan ibarətdir ki, inzibati orqan istənilən vaxt heç bir sübut olmadan yalnız hər hansı bir şəxsin “istənilən əlil şəxs barəsində əlillik dərəcəsinin yoxlanılması ilə bağlı müraciəti əsasında” əlillik təyinatı ilə bağlı icraatı təzələyə bilərmi? Bu məsələyə münasibətdə bildirilir ki, əlillik təyinatı ilə bağlı qərarın inzibati orqan tərəfindən qanunsuz əlverişli inzibati akt və ya qanuni əlverişli inzibati akt kimi qiymətləndirilməsindən asılı olmayaraq, əlillik təyinatı ilə bağlı icraatın təzələnməsi üçün yalnız əvvəlki qərarın düzgünlüyünü şübhə altına alan əsaslı sübutların mövcudluğu halında (qanunsuz əlverişli inzibati akt) və ya yeni yaranmış faktiki hallar ilə bağlı (qanuni əlverişli inzibati akt) icraat başlana bilər. Bu hüququn təməl prinsiplərindən (qanunçuluq prinsipi) irəli gəlir. Yoxsa, inzibati orqan ümumi şəkildə “risk qrupu” adı altında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il ## ###### tarixli ** nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 3.7-ci bəndinə və “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə istinad edərək istənilən vaxt əlillik təyinatı ilə bağlı icraatı təzələyə bilməz. Mübahisə üzrə cavabdeh tərəfindən inzibati icraatın təzələnməsinə səbəb ola biləcək hər hansı bir əsaslı sübut təqdim edilməmiş, digər bir vətəndaşın iddiaçının əlillik dərəcəsinin yoxlanılması ilə bağlı müraciətinin əlillik ilə bağlı icraatın təzələnməsinə əsas ola biləcək halı sübut edə bilməmişdir. Mübahisə üzrə ikinci məsələ ondan ibarətdir ki, inzibati orqan əlillik təyinatı ilə bağlı özünün əvvəlki qərarını qanunsuz, yoxsa qanuni əlverişli inzibati akt kimi ləğv etmişdir. Bu məsələnin araşdırılması zamanı müəyyən edilmişdir ki, inzibati orqan özünün əlilliklə bağlı əvvəlki qərarının (##.##.1995-ci il) qanuniliyini qəbul edir, lakin sonradan yaranmış hüquqi və ya faktiki hallara görə qərarın ləğv edilməli olduğunu bildirir. Bu halda, mübahisənin həllinə tətbiq edilməli olan hüquq “İnzibati icraat haqqında” Qanunun 68-ci maddəsinin müvafiq normalarıdır. Qanunun 68.2-ci maddəsində qanuni əlverişli inzibati aktın ləğv edilməsi əsasları göstərilmişdir. Hazırki mübahisə üzrə həmin əsaslardan hər hansı biri müəyyən edilmir. İş üzrə təyin edilmiş ekspertiza üzrə “xxxx” X1 tərəfindən verilmiş ##.##.2026-cı il tarixli T366/2026 nömrəi ekspert rəyində qeyd edilmişdir ki, “...1974-cü il təvəllüdlü İddiaçı adına tərtib edilmiş tibbi sənədlərə, özünün məhkəmə-tibbi müayinəsinə əsasən və qərardadda qoyulmuş suallara uyğun olaraq komissiya nəticəyə gəlir: 1-3. Vətəndaş İddiaçı məhkəmə-tibbi müayinədən keçirilərkən “Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu”na müayinəyə göndərilmiş, ##.##.2026-cı il tarixdə aparılmış müayinələrdən sonra ona “Odlu silahla yaralanmadan sonra sol budun orta 1/3-nin arxa səthində boylama kobud dartıcı çapıq toxuması, əzələ defekti ilə, sol bud-çanaq oynağının travmadan sonra koksartrozu, yaxınlaşdırıcı kontrakturası (uzaqlaşma 25 dərəcə), sağ bud sümüyünün boynunun lateralında 22x12 mm ölçülü osteosklerotik lezyonu, sağ bud-çanaq oynağının hərəkət məhdudiyyəti ağrı sindromu ilə, bel fəqərələrinin spondilyozu, osteoxondrozu, aşağı bel faset oynaqlarının artrozu, irradiasiya verən kəskin kökcük ağrı sindromu, dayaq-hərəkət funksiyasının pozulması daimi ağrı sindromu ilə - Y36.4, L90.5, L91.0, M16.5, M24.5, R52.2, M47.8, M42.9, M19.1, R52.1, R26.8” diaqnozu qoyulmuşdur. Qeyd edilən diaqnoz qərardadın 2-ci bəndində sualda göstərilən diaqnozla ümumilik təşkil etsə də, “Xroniki respirator çatmamazlıq, mötədil tipli ventilyasiya pozğunluğu ilə” diaqnozu ilə əlaqədar iş materiallarında hər hansı tibbi sənəd olmadığından, həmin diaqnozun xəstədə hazırda mövcudluğu inkar olunur.” Göstərilənlər onu deməyə əsas verir ki, iddiaçı cavabdehin iddia etdiyi kimi “Tam reabilitasiya” olmamış, o, ##.##.1995-ci ildə müddətsiz əliliyin təyin edilməsinə əsas olmuş “Budçanaq oynağı və bud nahiyyəsinin çoxsaylı açıq yaraları” xəstəliyindən əziyyət çəkir. Ekspert rəyində “Xroniki respirator çatmamazlıq, mötədil tipli ventilyasiya pozğunluğu ilə” diaqnozu ilə əlaqədar iş materiallarında hər hansı tibbi sənəd olmadığından, həmin diaqnozun xəstədə hazırda mövcudluğunun inkar olunması”nın qeyd edilməsi ilə bağlı bildirilir ki, qeyd edilən məsələnin işə təsiri yoxdur. Belə ki, onsuz da, iddiaçıya ##.##.1995-ci ildə müddətsiz əlillik “Xroniki respirator çatmamazlıq, mötədil tipli ventilyasiya pozğunluğu ilə” deyil, “Bud-çanaq oynağı və bud nahiyyəsinin çoxsaylı açıq yaraları” xəstəliyi ilə əlaqədar təyin edilmişdir. Məsələyə qiymət verilərkən həmçinin, İPM-in 68.4-cü maddəsində nəzərədə tutulmuş 1 illik müddət də nəzərə alınmalıdır. Həmin müddətin nəzərə alınmaması qeyri-müəyyənliyə, inzibati orqanın istənilən vaxt (hazırki mübahisə üzrə 30 ildən artıq müddətdən sonra) müddət məhdudiyyəti nəzərə alınmadan inzibati icraatı təzələmək imkanına malik olmasına, həmin normanın işlək olmamasına, nəticə etibarı ilə Qanunun pozulmasına gətirib çıxara bilər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin təmin edilməsi üçün əsas yoxdur. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.

Nəticəvi hissə:

Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

qərara aldı:

Apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin ## ###### 2025-ci il tarixli *-*(***)-****/**** saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Məhkəmə qərarından tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə (AZ 1025, Bakı şəhəri,Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar