Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 2-1(3-9)-290/2026 15.07.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının hakimləri Sadıqov Mirlətif Süleyman oğlu (sədrlik edən və məruzəçi), X3 və Quliyev Ceyhun Əmir oğlundan ibarət tərkibdə, X5 oğlunun katibliyi, iddiaçı İddiaçı, cavabdehin nümayəndəsi X8 iştirakları ilə, Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “##.##.2025-ci il tarixli cavabdehin qərarının ləğv edilməsi, həmin tarixdən müvafiq əlilliyin müəyyən edilməsi və əlillik müəyyən edilərkən hərbi travmanın “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar göstərilməsi” tələbinə dair inzibati iş üzrə Şirvan Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Tibbi Sosial Ekspert Komissiyasının ##.##.2024-cü il tarixli, *******0001 nömrəli qərarı ləğv olunması və həmin tarixdən İddiaçı “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” səbəbi ilə orqanizmin funksiyalarının pozulmasının 35-60 faiz dərəcəsinə uyğun olaraq 2 il müddətinə əlilliyin təyin edilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şirvan Inzibati Məhkəməsinin (hakim P.Qurbanova) ##.##.2026-cı il tarixli, *-*(***)- ****/**** nömrəli qərarı ilə iddia təmin edilmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, ekspert rəyi və iş materiallarında olan müvafiq tibb müəssisəsinin arayışına əsasən iddiaçıda tibbi göndərişdə qeyd olunan diaqnoz və diaqnoz nəticəsində əlilliyin təyin edilməsinin mümkünlüyü müəyyən edlir. Həmçinin həmin diaqnoz Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il ## ### tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş "Əlilliyin müəyyən olunması meyarları”nda əks olunmuşdur. Qərardan cavabdeh tərəfindən apellyasiya şikayəti verilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin ## #### 2026-cı il tarixli qərardadı ilə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi hüquqi varisi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyi X2i ilə əvəz edilmişdir. Işin halları: Iddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, ##.##.1993-cü ildə Beylaqan rayonunda doğulmuşdur. 2014-cü ildən Azərbaycan Ordusunda xidmət etmişdir. 2016-ci il tarixdə aprel döyüşlərində və 2020-ci il tarixdə Ikinci Qarabağ müharibəsində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmişdir. ##.##.2020-ci il tarixdə döyüş zamanı “Patlayış travması, keçirilmiş qapalı kəllə-beyin travması, baş beyin silkələnməsi, sol pəncə nahiyyəsinin qəlpə yaralanması” xəsarətləri almışdır. Ilk hərbi yardım Füzuli rayon məntəsqəsində göstərildikdən sonra xxxxnda, oradan da ##.##.2020-ci il tarixdə SQ BKN-na təxliyyə edilmişdir. Aparılmış müalicə nəticəsində kafi vəziyyətdə ##.##.2020-ci il tarixdə MN Hərbi Dəniz Qüvvələrinin Mərdəkan Hərbi Istirahət evinə köçürülmüşdür. ##.##.2020-##.##.2020-ci il tarixədək “Partlayış travması nəticəsində qapalı kəllə-beyin travması, baş beyin silkələnməsi, sol ayağın pəncə nahiyəsinin qəlpə yaralanması” diaqnozu ilə stasionar müalicədə olmuşdur. Bundan sonra ##.##.2023-2012.2023-cü ildə MN BKN-da, ##.##.2023-cü ildə MN MHP-da müayinə və müalicədə olmuşdur. ##.##.2024-cü il tarixdə MN Mərkəzi Hərbi Poliklinkasının hərbi-həkim komissiyası tərəfindən şəhadətləndirilərək “Xəstəliklər cədvəli"nin 14b, 18b, 23b maddəsinin 111 qrafasına əsasən “Sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır” qərarı verilmiş, “müşayiətçiyə zərurət var” qeyd edlmişdir. Hal-hazırda da müalicələri davam etdirilir. ##.##.2024-cü il tarixli Həkim Psixiatr komissiyasının **** saylı rəyi ilə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin ## ###### 2023-cü il *-**/*-*-***/**** saylı “Vətən Müharibəsi iştirakılarınm psixiatriya müayinələrinin təşkili barədə” əmrinə uyğun ona xxxxnın nəzdində yaradılmış Həkim Psixiatr Komissiyası tərəfindən müayinə olunaraq “Üzvi (II Qaradbağ müharibəsi zamanı alınmış kəllə beyin travması nəticəsində) şəxsiyyət pozuntusu, depressiv daxil olmalarla F 07.0”. O, dəfələrlə stansionar müalicələrdə olmuş və hər dəfə də F 07.0 diaqnozu qoyulmuşdur. Sonuncu dəfə də həkim Psixiatr komissiyasının *** saylı, ##.##.2024-cü il tarixli rəyi ilə “Üzvi (II Qaradbağ müharibəsi zamanı alınmış kəllə beyin travması nəticəsində) şəxsiyyət pozuntusu, tez-tez qıçolma tutmaları, depressiv daxil olmalar, özünə qəsd cəhdlərila F 07.0” diaqnozu qoyulmuşdur. Həmin diaqnozu təqdim etsə də ona əsassız olaraq imtina verilmişdir. Sağlamlığı dözülməz həddə çatdığı hallarda dəfələrlə özünə qəsd etməyə çalışmışdır. Lakin həkimlərin səyi nəticəsində həkimə qaytarılmışdır. Hazırda da * saylı Psixiatriya xəstəxanasında müailcə alır, həmin xəstəxanada qeydiyyatdadır və dövlət tərəfindən psixator dərmanlar alır. Göründüyü kimi o, hərbi travmanı Azərbaycanın Respublikasının müdafiəsi zamanı almış və ona əlillik müəyyən edilməsi üçün cavabdeh təşkilata müraciət etsə də xəstəliyinin əlillik təyin edilməsi üçün əsas olmadığı göstərilərək ##.##.2024-cu il tarixdə imtina edilmişdir. Həmin imtina ona ##.##.2024-cü il tarixdə SMS vasitəsilə göndərilmişdir. Qeyd olunanlara əsasən, iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş edir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən iddia ərizəsinə etiraz təqdim edilərək göstərilmişdir ki, iddiaçının əlillik vəziyyətinə Ağdam RƏD-in ##.##.2025-cü il tarixli göndərişi əsasında baxılmış və Diaqnozun mətni: Üzvi (II QM zamanı alınmış KBT nəticəsində) şəxsiyyət pozuntusu, tez- tez qıcolma tutmaları, depressiv daxilolmalar, özünə qəsd cəhdləri ilə.Diaqnoz əlillik əlaməti təyin etməməsi - Səbəb: “Diaqnoz əlillik əlaməti təyin etməməsi” barədə qərar qəbul edilmişdir. Səbəbi ilə imtina verilmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, iddianın təmin edilməməsi barədə müvafiq qərar qəbul etməyinizi xahiş edirlər. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, iddianın təmin edilməməsi barədə müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddianın təmin edilməməsini xahiş etmişdir. Şikayətin dəlilləri ondan ibarətdir ki, məhkəmə işi tam, hərtərəfli, obyektiv araşdırmamış, işə tətbiq etməli olduğu qanunvericilik aktlarını tətbiq etməmiş, işin hallarını düzgün tövsif etməmiş, iddiaçının təqdim etdiyi sənədlər və müvafiq ekspertizanın rəyinə əsaslanmış, həmçinin şəxsin əyani müayinə olunması nəticəsində zəruri biliklərə sahib komissiya tərəfindən gəlinən nəticələrə məhəl qoymamış və öz mülahizəsinə əsasən qərar qəbul etmişdir. Bu isə işin hallarının tam araşdırılmamasına gətirib çıxartmışdır. Sözügedən hal, yəni diaqnozun əlillik təyinatına əsas verməməsi iddiaçının əyani müayinəsi zamanı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X13-Sosial Ekspertləri tərəfindən müəyyən edilmişdir. Nəzərə alınmalıdır ki, iddiaçıda hər hansı diaqnozun doğruluğunun müəyyən edilməsi faktı, qanunvericiliklə müəyyən edilmiş qaydada şəxsə əlillik dərəcəsinin təyin edilməsi üçün birbaşa hüquqi əsas yaratmır. Yəni, mahiyyət etibarilə, diaqnozun doğruluğunun müəyyən edilməsi heç də həmin şəxsə əlillik təyin edilməsinə əsas vermir. Şəxsə əlillik təyinatı aparılması üçün şəxsdə sözügedən xəstəliyin ağırlaşmaları mövcud olmalıdır. Məhkəmə isə öz əsaslandırmasında bu meyarların tələblərini kənara qoyaraq, yalnız diaqnoz faktına söykənmişdir. Həmçinin, məhkəmənin gəldiyi səhv nəticə ondan ibarətdir ki, şəxsdə sözü gedən xəstəlik və onun ağırlaşmaları instrumental müayinə nəticələri ilə təsdiq olmalıdır ki, şəxsə əlillik təyinatı aparılsın. Buna baxmayaraq, ekspertizanın heç bir instrumental müayinə əsasında vermədiyi və tamamilə subyektiv yanaşmanı əks etdirən rəyi məhkəmə tərəfindən əsas götürülmüşdür. Prosessual məsələlər: Cavabdehin nümayəndəsi X8 apellyasiya şikayətinin təmin edilməsini, iddianın rədd edilməsini xahiş etdi. Əsaslandırma: Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası iddia tələbinin mahiyyəti ilə bağlı aşağıdakıları qeyd edir. ##.##.2022-ci il tarixli, M/V №****** nömrəli vəsiqənin surətindən görünür ki, İddiaçı müharibə veteranları üçün Azərbaycan Respublikasının qanunvericil'yi ilə müəyyən edilmiş güzəşt və imtiyazlardan istifadə etmək hüququna malikdir. Səhiyyə Nazirliyi “xxxx” X2 ##.##.2024-cü il tarixli, *** nömrəli Həkim Psixiatriya Komissiyasının rəyində qeyd edilmişdir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin ## ###### 2023-cü il 3-28/3-1- ***/**** saylı “Vətən müharibəsi iştirakçılarının psixiatriya müayinələrinin təşkili barədə” əmrinə uyğun İddiaçı xxxxnın nəzdində yaradılmış Həkim Psixiatr Komissiyası tərəfindən müayinə olunub. Diaqnoz: Üzvi (II Qarabağ müharibəsi zamanı alınmış kəllə beyin travması nəticəsində) şəxsiyyət pozuntusu, tez tez qıcolma tutmaları, depressiv daxilolmalar, özünə qəsd cəhdləri ilə F 07.0. Səhiyyə Nazirliyi “xxxx” X2 ##.##.2024-cü il tarixli, **** nömrəli Həkim Psixiatriya Komissiyasının rəyində qeyd edilmişdir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin ## ###### 2023-cü il 3-28/3-1- ***/**** saylı “Vətən müharibəsi iştirakçılarının psixiatriya müayinələrinin təşkili barədə” əmrinə uyğun İddiaçı xxxxnın nəzdində yaradılmış Həkim Psixiatr Komissiyası tərəfindən müayinə olunub. Diaqnoz: Üzvi (II Qarabağ müharibəsi zamanı alınmış kəllə beyin travması nəticəsində) şəxsiyyət pozuntusu, depressiv daxilolmalarla F 07.0. Travma Haqqında ##.##.2020-ci il tarixli arayışdan görünür ki, N nömrəli hərbi hissənin hərbi qulluqçusu R X6 ##.##.2020-ci il tarixində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlə zamanı döyüş tapşırığını yerinə yetirərkən bədən xəsarəti alıb. Diaqnoz: Partlayış travması, keçirilmiş qapalı kəllə-beyin travması, baş beyin silkələnməsi. Sol ayağın pəncə nahiyəsinin qəlpə yaralanması. **** nömrəli arayışın surətindən görünür ki, ## ###### 2020-ci ildə MN Mərkəzi Hərbi Poliklinikasının hərbi-həkim komissiyası tərəfindən şəhadətləndirilmişdir. Qısa anamnezi: şikayəti əsəbilikdən, yuxu pozğunluğundandır. Deməsinə görə ## ## 2020-ci ıl tarixdə saat 20°° radələrində Füzuli rayon istiqamətində gedən döyüşlərdə düşmən tərəfindən açılan atəş nəticəsində xəsarət almışdır (döyüşlərin davam etməsi səbəbindən hərbi hissədən travma haqqında arayış təqdim edilməmişdir). Ilk tibbi yardım Füzuli rayon məntəqəsində göstərildikdən sonra Beyləqan Rayon Mərkəzi Xəstaxasına aparılmış, oradan da ##.##.2020ci ıl tarixdə SQ BKH-na təxliyə edilmişdir Aparılmış müalicə nəticəsində xəstənin vəziyyəti nisbi yaxşılaşdıqdan sonra kafi vəziyyətdə ##.##.2020-ci ıl tarixdə MN Hərbi Dəniz Qüvvələrinin Mərdəkan Hərbi Istirahət Evinə köçürülmüş və ##.##.2020-##.##.2020-ci il tarixədək “Partlayış travması (## ## 2020) nəticəsində qapalı kəllə-beyin travması. baş beyin silkələnməsi Sol ayağın kor qəlpə yaralanması” diaqnozu ilə stasionar müalicədə olmuşdur (əsas: ** nömrəli xəstəlik tarixindən çıxarış epikrizi). ##.##.2020-ci il tarixdə MN MHP-də şəhadətləndirilərək 15 (on beş) gün müddətinə məzuniyyət verilmişdir (əsas **** nömrəli arayış). MN Mərkəzi Hərbi Poliklinika rəisinin sərəncamına əsasən hərbi xidmətə yararlılığının təyini üçün təkrar hərbi həkim komissiyasından keçirilmişdir. Diaqnoz və xəsarətin (travmanın, yaralanmanın, kontuziyanın). xəstəliyin səbəb əlaqəsi haqqında hhk-nın qərarı: Partlayış travması (##.## 2020). Keçirilmiş qapalı kəllə-beyin travması, baş beyin silkələnməsindən sonrakı vegetativ damar distoniyası. Sol ayağın pəncə nahiyəsinin qəlpə yarlanmasından (##.##.2020) sonrakı bərkimiş dəri çapığı. Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır. Xəstəlik haqqında ##.##.2024-cü il tarixli, *** nömrəli Şəhadətnamənin surətindən görünür ki, Diaqnoz və xəsarətin (yaralanmanın, travmanın, kontuziyanın), xəstəliyin səbəb əlaqəsi haqqında HHK-nın qərarı: Partlayış travması (##.##.2020) nəticəsində keçirilmiş qapalı kəllə beyin travması, baş beyin sikələnməsindən sonrakı orta (mülayim) dərəcədə ifadə olunmuş üzvi şəxsiyyət pozuntusu. Fəlakət (müharibə) keçirdikdən sonrakı orta (mülayim) dərəcədə ifadə olunmuş şəxsiyyətin davamlı dəyişikliyi. Partlayış travması (##.##.2020) nəticəsində keçirilmiş qapalı kəllə beyin travması, baş beyin sikələnməsinin davamlı vegetativ damar davamsızlığı, xroniki sefalgik və insomnik sindrom, koqnitiv defisit ilə təzahür edən posttravmatik ensefalopatiya ilə nəticəsi. Partlayış travması (##.##.2020) nəticəsində ikitərəfli xroniki koxlear nevrit, ikitərəfli davamlı neyrosensor ağıreşitmə, pıçıltı nitqinin hər iki qulaqda 4 (dörd) metr məsafədən eşitməsi ilə. Partlayış travması (##.##.2020). Sol ayaq pəncəsinin və sol baldırın aşağı 1/3-nin qəlpə yaralarından sonrakı dəri çapıqları. Sol qamış sümüyünün distal metafizinin kafi bitişmiş sınığı, yumşaq toxumaların yad cismi (metal qəlpə). Hərbi travmadır,Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır. Çənəaltı nahiyyənin yumşaq toxumasının kiçik ölçülü yad cismi (metal qəlpə). Travmadır, hərbi xidmət dövründə alınmışdır. Burun arakəsməsinin əyriliyi, burun tənəffüsünün mülayim dərəcədə pozulması ilə. Sol xaya artımının kiçik ölçülü kistası. Xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır. Davamı Hərbi hissədən təqdim edilən ##.##.2023-cü il tarixli, ***** nömrəli davranış aktından aydın olur ki, “xidmətə uyğunlaşa bilməməsi, qeyri adekvat hərəkətlər, əsəbi-psixoloji nevroloji reaksiyalar. Yoldaşları ilə davranışlarında aqressiv hərəkətlər qeyd edilir Mütəmadi olaraq özünə qapanır, hərbiçi yoldaşları ilə ünsiyyət qurmur”. ##.##.2023-##.##.2023-cü il tarixədək MN BKH-da “Fəlakət (müharibə) keçirdikdən sonrakı orta (mülayim) dərəcədə ifadə olunmuş şəxsiyyətin davamlı dəyişikliyi. Partlayış travması (##.##.2020) nəticəsində keçirilmiş qapalı kəllə beyin travması, baş beyin sikələnməsindən sonrakı orta (mülayim) dərəcədə ifadə olunmuş üzvi şəxsiyyət pozuntusu vəvegetativ damar davamsızlığı. Partlayış travması (##.##.2020). Sol ayağın və sağ baldırın qəlpə yaralarından sonrakı bərkimiş dəri çapıqları. Partlayış travması (##.##.2020) nəticəsində ikitərəfli xroniki koxlear nevrit, ikitərəfli davamlı neyrosensor ağıreşitmə, pıçıltı nitqinin hər iki qulaqda 4 (dörd) metr məsafədən eşitməsi ilə. Burun arakəsməsinin əyriliyi, burun tənəffüsünün mülayim dərəcədə pozulması ilə. Kəskin bronxit. Hepatosteatoz. Spastik kolit. Sol xaya artımının kiçik ölçülü kistası. Çənəaltı nahiyyənin yumşaq toxumasının kiçik ölçülü yad cismi, metal qəlpə. Məhdud ocaqlı dazlıq, sağalma mərhələsində. Qasıq nahiyyəsinin kandiloması diaqnozu ilə stasinonar müayinə və müalicədə olmuşdur (əsas: **** nömrəli xəstəlik tanxindən çıxarış epikrizi). N nömrəli hərbi hissənin komandiri tərəfindən hərbi xidmətə yararlığının təyini üçün hərbi-həkim komissiyasına göndərilmişdir. MN BKH-ın baş nevroloqu ilə konsultasiya olunmuşdur. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin məhkəməyə ünvanladığı ##.##.2025-ci il tarixli məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2020- ci il tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”na uyğun olaraq vətəndaşların əlillik vəziyyəti dövlət tibb müəssisələrinin göndərişləri əsasında qiymətləndirilir. Nəzərinizə çatdırırıq ki, hərbi xidmətlə əlaqədar vətəndaşların əlillik vəziyyətinin qiymətləndirilməsi zamanı xidmət keçdiyi qurumun hərbi həkim komissiyasının qərarı, şəhadətnaməsi və ya əlillik səbəbini təsdiq edən müvafiq sənəd (məhkəmə qərarı və s.) əsas götürülür. Müəyyən olunmuşdur ki, İddiaçı əlillik vəziyyətinin qiymətləndirilməsi məqsədilə X1 Dispanserinin Z********QTM nömrəli göndərişi və müraciəti əsasında müvafiq olaraq ##.##.2024-cü il tarixində Agentlikdə əyani müayinə edilmişdir. Təqdim edilən tibbi sənədlər və həyata keçirilmiş ətraflı müayinənin nəticəsi olaraq, şəxsin sağlamlıq vəziyyətinin obyektiv müayinəsi zamanı əlilliyin təyininə əsas verən ağırlaşmalar aşkar olunmadığından Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2022-ci il tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq ##.##.2024-cü il tarixindən diaqnozun əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. Qiymətləndirmənin yekun nəticəsi barədə vətəndaşa SMS vasitəsilə məlumat göndərilmişdir. “xxxx” X2 “xxxx” X2 məhkəməyə ünvanladığı ##.##.2025-ci il tarixli məktubunda qeyd edilmişdir ki, iddiaçı X7 Dövlət TibbiSosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “Azərbasycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi zamanı travma aldığını nəzərə alaraq əlillik dərəcəsinin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbinə dair iş üzrə zəruri sənədlərin surətinin göndərilməsi ilə bağlı daxil olmuş məktubunuza tərəfimizdən baxılmışdır. Məlumat üçün bildiririk ki, “xxxx” X2in araşdırılması nəticəsində məlum oldu ki, Mircəlal Bağırlı “Partlayış travması, keçirilmiş qapalı kəllə-beyin travması, baş beyin sirkələnməsi, sol pəncə nahiyəsinin qəlpə yaralanması” diaqnozları ilə qeydiyyatdadır. Onun tibbi sənədləri, ##.##.2024-cü il tarixdə Həkim Məsləhət Komissiyasının alt sisteminə vurulsa da ona TSEK tərəfindən imtina cavabı gəlmişdir. Imtinanin səbəbi “Diaqnoz əlillik əlaməti təyin etmir” qərarı verilmişdir. Ağdam RƏD-in tərtib etdiyi ##.##.2024-cü il tarixli, Z********QTM nömrəli forma 88 göndərişi əsasında iddiaçıya əsas diaqnoz F 07.0- “Üzvi (II Qarabağ müharibəsi zamanı alınmış kəllə beyin travması nəticəsində) şəxsiyyət pozuntusu, tez-tez qıcolma tutmaları, depressiv daxilolmalar, özünə qəsd cəhdləri ilə” diaqnozu müəyyən edilmişdir. Ağdam RƏD-in tərtib etdiyi ##.##.2025-ci il tarixli, G********KIJ nömrəli forma 88 göndərişi əsasında iddiaçıya Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi səbəbi ilə əsas diaqnoz F 07.0- “Üzvi (II Qarabağ müharibəsi zamanı alınmış kəllə beyin travması nəticəsində) şəxsiyyət pozuntusu, tez-tez qıcolma tutmaları, depressiv daxilolmalar, özünə qəsd cəhdləri ilə” diaqnozu müəyyən edilmişdir. Iddiaçıya dair Əlillik altsistemindən çıxarışlardan müəyyən olunur ki: Tibbi Sosial Ekspert Komissiyasının ##.##.2024-cü il tarixli, *******0001 nömrəli qərarı ilə diaqnoz əlillik təyin etməməsi əsası ilə əlillik təyinatından imtina edilmiş, Tibbi Sosial Ekspert Komissiyasının ##.##.2025-ci il tarixli, *******0002 nömrəli qərarı ilə diaqnoz əlillik təyin etməməsi əsası ilə əlillik təyinatından imtina edilmişdir. Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi X2 ##.##.2025-ci il tarixli, **** nömrəli rəyində qeyd edilmişdir ki, Motivləşdirici hissə. Yoxlanılan şəxs İddiaçı hazırda “ÜZVI (TRAVMA MƏNŞƏLI) ŞƏXSIYYƏT POZUNTUSU, DEPRESSIV DAXILOLMALARLA” (F07.0) aşkar edilir. Bunu anamnestik məlumatlar (döyüşlərdə kəllə-beyin travması alması, bundan sonra baş ağrılarından əziyyət çəkməsi, əsəbi olması, intihar fikirlərinin olması, xarici qıcıqlara qarşı həssas olması, gecə yuxusunun pozulması, Azərbaycan Respublikası Səhiyyə Nazirliyixxxxnda “Üzvi mənşəli şəxsiyyət pozuntusu” diaqnozu təyin olunması) və hal-hazırkı psixiatrik müayinənin nəticələri (zahirən gərgin olması, təfəkkürünün ləng olması, torpidlik əlamətlərinin olması, əhval-ruhiyyəsinin dəyişkən olması, emosional dayanıqsızlığı və s.) sübut edir. Aparılan müayinələrin nəticələri diaqnozda öz əksini tapır. Aparılmış müayinələrin nəticələrinə dair tibbi sənədlərdə, həmçinin müvafiq tibb müəssisələri tərəfindən verilmiş göndəriş və digər tibbi sənədlərdə İddiaçı təyin olunmuş diaqnoz aparılmış obyektiv müayinələrin nəticələrinə (yəni müayinə zamanı aşkar edilmiş xəstəliklərə və diaqnoza) uyğundur (eynilik təşkil edirmi) və aparılmış müayinələrin nəticələri iddiaçıya müvafiq diaqnozun təyin olunması üçün kifayət edir. Yoxlanılan şəxs İddiaçı hazırda “Üzvi (travma mənşəli) şəxsiyyət pozuntusu, depressiv daxilolmalarla” (F07.0) aşkar edilir. Yoxlanılan şəxs İddiaçı hazırda “Üzvi (travma mənşəli) şəxsiyyət pozuntusu, depressIv daxilolmalarla” (F07.0) müəyyən edilir və bu pozuntu döyüşlərdə aldığı kəllə beyin travması nəticəsində yarana bilərdi. Iddiaçıda olan xəstəliyin Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi zamanı aldığı travma ilə səbəbli əlaqəsi var. Məhkəmə kollegiyası qeyd edir ki, şərh olunan rəyə və ixtisaslaşmış tibb müəssisələri tərəfindən verilmiş digər sənədlərə əsasən iddiaçının xəstəliyi və həmin xəstəliklə bağlı ağırlaşmalar Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ### 2022-ci il tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın müvafiq bəndlərinə tam uyğunluğu təsdiq olunur. Məhkəmə kollegiyası qeyd edir ki, ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və məhkəmələr tərəfindən qiymətləndirilir. Hazırki iş üzrə verilmiş ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir və cavabdeh tərəfindən ekspert rəyini şübhə altına alan sübutlar məhkəməyə təqdim təqdim olunmamışdır. Odur ki, sözügedən ekspert rəyi iş üçün mühüm əhəmiyyət kəsb edən yazılı sənəd və mötəbər sübut kimi qəbul edilməlidir. “Inzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 19.2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun: 3.1-ci maddəsinə əsasən şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.2-ci maddəsinə əsasən əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3-cü maddəsinə əsasən şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.3-1-ci maddəsinə əsasən maddəsinə əsasən əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. 3.4-cü maddəsinə əsasən əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. 4.3-cü maddəsinə əsasən əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “Inzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. 6.4-cü maddəsinə əsasən əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır. Qanunvericiliyin qeyd olunan normaları ilə hazırki işin faktiki halları sistemli şəkildə təhlil olunduqda belə qənaətə gəlinir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il ## ###### tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın: 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. 1.5. Şəxsin əlilliyi aşağıdakı səbəblərdən birinə əsasən müəyyən edilir: 1.5.1. ümumi səbəblərdən: 1.5.1.1. ümumi xəstəlik; 1.5.1.2. istehsalat zədəsi; 1.5.1.3. peşə xəstəliyi; 1.5.1.4. Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar; 1.5.1.5. hərbi xidmət dövrü ilə əlaqədar; 1.5.1.6. hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar; 1.5.1.7. terror hadisəsi ilə əlaqədar; 1.5.2. xüsusi səbəblərdən: 1.5.2.1. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar; 1.5.2.2. 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar; 1.5.2.3. hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar; 1.5.2.4. Çernobıl AES-də hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar. 1.6. Orqanizmin funksiyalarının pozulması faizinin, səbəbinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin: 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Kollegiya onu da diqqətə çatdırır ki, oxşar işlər üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının *-*(***)-****/**** nömrəli iş üzrə, ##.##.2024-cü il tarixli qərardadı ilə cavabdehin kassasiya şikayəti mümkün sayılmamışdır. Məhkəmə kollegiyası qeyd etmişdir ki, "...kassasiya şikayətinin məhkəmələr tərəfindən cavabdehin səlahiyyəti ilə bağlı əsassız qərar qəbul edilməsi dəlilinə münasibətdə kassasiya instansiyası məhkəməsinin analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının *-*(***)-***/**** nömrəli, *-*(***)-****/**** nömrəli *-*(***)-****/**** nömrəli, *-*(***)-****/**** nömrəli, *-*(***)-****/**** nömrəli, qərarları) iddiaçının faktiki sağlamlıq vəziyyətinin obyektiv göstəricilər əsasında cavabdeh tərəfindən qiymətləndirilməsi, həm də qiymətləndirmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə tələb olunan xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh tərəfindən şəxsə əlillik dərəcəsinin təyin edilməsindən imtinası məhkəmə tərəfindən tam şəkildə yoxlanıla bilər. Bundan əlavə, iddiaçıda olan xəstəliklərin (ağırlaşmaların) əlilliyə əsas verməməsi ilə bağlı cavabdeh orqanın təkrarlanan dəlilinə münasibətdə qeyd edilməlidir ki, kassasiya instansiyası məhkəməsinin analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, (Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının *-*(***)-****/**** nömrəli, *-*(***)-****/**** nömrəli, *- *(***)-****/**** nömrəli qərarları) tibb müəssisəsi tərəfindən tərtib edilmiş Forma 88-də əks olunmuş xəstəliklərin şəxsdə aşkar edilməsi (məhkəmə tibbi ekspertizası vasitəsi ilə) və həmin xəstəliklərin Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2015-ci il tarixli, *** nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamədə və (və ya) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il ## ### tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarları”nda əks olunması əlilliyin təyininə hüquqi və faktiki olaraq əsas yaradır. Beləliklə, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi və gəldiyi nəticə ilə razılaşır və belə qənaətə gəlir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Şirvan Inzibati Məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 81-82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Şirvan Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(3-9)-290/2026
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-9)-290/2026
15.07.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver