Azərbaycan Respublikası adından Qərardad Şirvan şəhəri İş № 2-1(3-9)-291/2026 05.08.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının hakimləri Sadıqov Mirlətif Süleyman oğlu (sədrlik edən və məruzəçi), X1 və Əsədov Ilham Qoşunəli oğlundan ibarət tərkibdə, X2 oğlunun katibliyi, Cavabdehin nümayəndəsi X4 iştirakı ilə, Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “qərarın ləğv edilməsi və Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar ona üçüncü dərəcəli əlilliyin təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Şirvan Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(***)-***/**** nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “Tibbi Sosial Ekspert Komissiyasının *-**-*/*-*-****/**** nömrəli ##.##.2023-cü il tarixli qərarının ona aid hissəsində ləğv edilməsi və Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar ona üçüncü dərəcəli əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin ##.##.2023-cü il tarixli qərardadı ilə Sabirabad rayon Mərkəzi Xəstəxansı PHŞ üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. Məhkəmənin ##.##.2024-cü il tarixli qərardadı iddia tələbi dəyişdirilmişdir. Məhkəmənin ##.##.2024-cü il tarixli qərardadı iş üzrə iddiaçının canlı müayinəsinin aparılması üçün cavabdeh inzibati orqana müddət təyin edilmişdir. Məhkəmənin ##.##.2024-cü il tarixli qərardadı ilə iş üzrə mütəxəssis rəyinin verilməsi Şirvan şəhər Mərkəzi Xəstəxansı PHŞ-nə tapşırılmışdır. Məhkəmənin ##.##.2025-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə-tibbi ekspertizası təyin edilmişdir. Şirvan Inzibati Məhkəməsinin (hakim Pərvanə Qurbanova) ##.##.2026-cı il tarixli, *-*(***)-***/**** nömrəli qərardadı ilə iddianın mümkün sayılmaması qərara alınmışdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı inzibati aktı məhkəmə qaydasında mübahisələndirmək üçün qanunla müəyyən edilmiş prosessual müddəti ötürmüşdür və iddiaçıya müddətin bərpa olunması ilə bağlı ərizə təqdim etmək və iddia tələbini dəyişdirmək hüququ izah olunsa da, iddiaçı hüquqi yardıma münasibət bildirməmişdir. Məhkəmə işin faktiki və hüquqi əsaslarını birgə təhlil edərək belə nəticəyə gəlmişdir ki, iddiaçı mübahisə üzrə tələbi düzgün olmadığına və qanunvericinin müəyyən etdiyi prosessual müddət ötürüldükdən sonra, yəni inzibati aktın qəbul edildiyi vaxtdan kifayət qədər uzun müddət keçdikdən sonra məhkəmədə iddia qaldırdığından iddiası mümkün sayılmamalıdır. Qərardaddan iddiaçı tərəfindən apellyasiya şikayəti verilmişdir. Işin halları: Iddiaçı tərəfindən iddia tələbi onunla əsaslandırılmışdır ki, o, ## ###### 1986-cı ildə ünvan 1 ünvanında yaşayır və həmin ünvanda rəsmi qeydiyyatdadır. 2003-cü ildə Bakı şəhərində yerləşən Müdafiə Nazirliyinin Hərbi liseyi olan Cəmşid Naxçıvanski adına Hərbi Liseyin «Motoatıcı» fakültəsinə qəbul olunmuşdur. 2007-ci ildə həmin Liseyi bitirmiş və Ali Hərbi təhsil almışdır. Ali Hərbi təhsil müəssisəsini bitirdikdən sonra ona R hərbi rütbəsi verilmişdir. Bundan sonra o, Ali təhsilli hərbiçi kimi hərbi xidmətini davam etdirmək məqsədilə Müdafiə Nazirilyinin 2007-ci il tarixli əmrinə əsasən Bərdə rayonunda yerləşən Hərbi korpusa daxil olan hərbi hissəyə tağım komandiri kimi göndərilmişdir. 2007ci il tarixindən 2011-ci il tarixə kimi AR Müdafiə Nazirilyinin tabeliyində olan Bərdə korpusunun döyüş zonalarında yerləşən 190, 701, 703, N saylı hərbi hissələrdə tağım komandiri vəzifəsində olmaqla hərbi xidmət keçmişdir. ## ###### 2011-ci il tarixdə hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirən zaman ağır tarvma almışdır. Hərbi hissədə hərbi xidməti vəzifələrini yerinə yetirən zaman aldığı travma ilə əlaqədar Müdafiə Nazirilyinin tabeliyində olan *** saylı və *** saylı Həbi hospitallarda müayinə və müalicə, ##.##.2011-ci il tarixdə isə təkrar hospitalizasiya edilməklə sağ diz oynağının artrotomiyası medal meniskektomiya cərrahi əməliyyat olunmuşdur. Bu barədə iddia ərizəsinə əlavə etdiyi ##.##.2011-ci il tarixli, **** saylı «xəstəlik haqqında şəhadətnamə»də ətraflı qeydlər aparılmışdır. X3 Hərbi Həkim Komissiyasının qərarı ilə ##.##.2011-ci il tarixdə şəhadətləndirilmişdir.» Travma hərbi xidmət dövründə alınmışdır» Bundan sonra Tibbi sənədlərim əlillik dərəcəsinin təyin edilməsi üçün 2011ci il tarixdə Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Xidmətinə göndərilmiş, DTSER-nın Ali Komissiyasının 2011-ci il tarixli qərarı ilə ona II dərəcəli əlillik təyin edilmişdir. Hər il Respublikanın dövlət və özəl tibb müəssisələrində Reabilitasiya olunmaqla müayinə və müalicə olunsa da səhhətində heç bir yaxşılaşma baş verməmiş, bütün bunların əksi olaraq səhhətində daha da çox və kəskin ağırlaşmalar baş vermişdir. Belə ki, iddia ərizəsinə əlavə etdiyi tibbi sənədlərdən görünür ki, o, faktiki olaraq Onurğanın dəqiqləşdirilməmiş səviyyədə sınığı, onurğa şütünün travması Th1-Th5 fəqərələrinin qapalı kompression,Th2-Th3 fəqərələrin qapalı qəlpəli, Th5 fəqərə cisminin xətti, fəsadlaşmış qeyri stabil sınıqları nəticəsində (##.##.2011) onurğa sütunun döş şöbəsinin funksiyasının mühüm dərəcədə pozulması, hərəkətlərin və yerişin pozulması,hərəkət məhdudluğu xəstəliyindən əziyyət çəkir. Faktiki olaraq orqanizmin funksiyasının 90%-dan çoxunu itirmişdir. Məhkəmənin nəzərinə çatdırmaq istəyir ki, 2011-ci il tarixdən ##.##.2021-ci il tarixə kimi 10 il müddətində fasiləsiz olaraq o, hərbi xidməti vəzifələrini yerinə yetirən zaman aldığı ağır travma səbəbindən II dərəcəli hərbi əlil kimi DSMF-dən əlilliyə görə əmək pensiyası almışdır. ##.##.2021-ci il tarixdə sonuncu müayinə zamanı ona müddətsiz II dərəcəli əlillik təyin edilməli idi. Qeyd olunanlara əsasən, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş edir. Cavabdehin etirazı onunla əsaslandırılmışdır ki, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin tibbi-sosial ekspert komissiyası ##.##.2022-ci il tarixlərdə aşağıda adı göstərilən 45 nəfər vətəndaşın əlilliyinin qiymətləndirilməsi barədə verilmiş qərarlardan şikayətlərinə əsasən əyani müayinəsini həyata keçirmiş və aşağıdakıları müəyyən etmişdir: 11) Sabirabad rayon sakini ##.##.1986-cı il təvəllüdlü İddiaçı (FIN:*******) əlillik vəziyyəti tibb müəssisəsinin *******AAWB* nömrəli göndərişi əsasında ##.##.2022-ci il tarixdə qiymətləndirilmiş və Göndəriş natamam doldurulduğundan müvafiq qeyd olunmaqla geri göndərilmişdir. Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən ##.##.2011-ci il tarixli **** nömrəli Şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə “Th1, Th5 fəqərələrinin qapalı kompression, Th2, Th3 fəqərələrin kompression qəlpəli, Th4 fəqərəsinin cisminin xətti fəsadlasmış, qeyri-stabil sınıqları (28.01.11) nəticəsində onurğa sütunu döş şöbəsi funksiyasının mühüm dərəcədə pozulması” diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən alınmışdır” və “Sağ diz oynağının medial meniskinin cırılmasına görə aparılmış (21.04.11) artrotomiya, medial meniskektomiya əməliyyatından sonrakı bərkimiş dəri çapığı, funksiyanın pozulmaması ilə” diaqnozlu travmanın səbəb əlaqəsi “Travmadır, Hərbi xidmət dövründə alınmışdır” kimi müəyyənləşdirilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı aşağı ətrafdakı ağrı və keyimələrdən şikayətlənmiş, sağ dizdə 4-5 sm ölçüdə əməliyyat çapığı, diz refleksinin sağdan enməsi, Axil refleksinin çağrılmaması, əzələ gücü baldırın yuxarı 1/3-də 3,5 bal, distalda 2,0 bal, tonusun enməsi müəyyən olunmuşdur. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin ## ###### 2015-ci il tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2.3.3 bəndinə müvafiq olaraq Hərbi xidmət vəzifələrini yerinə yetirməklə əlaqədar 5 (beş) il müddətinə üçüncü dərəcə əlillik təyinatı barədə qərar qəbul edilmişdir. Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin tibbi-sosial ekspert komissiyası ##.##.2023-cü il tarixdə aşağıda adları göstərilən 20 nəfər vətəndaşların müraciətlərinə əsasən əyani müayinəsini həyata keçirmiş və aşağıdakıları müəyyən etmişdir. 4. Sabirabad rayon sakini ##.##.1986-cı ii təvəllüdlü İddiaçı (FIN:*******) əlillik vəziyyəti tibb müəssisəsinin J********ZHE nömrəli göndərişi əsasında ##.##.2022-ci il tarixdə qiymətləndirilmiş və “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq Hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar 5 (beş) il müddətinə ikinci dərəcəli əlillik barədə qərar qəbul edilmişdir. (ESDAS 22420257938). Növbəti dəfə əlillik vəziyyətinin qiymətləndirməsi üçün tibb müəssisəsinin yeni göndərişi rəsmiləşdirilmiş, qərar verilməsi üçün Agentliyə göndərilmişdir (unikal kod). Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Müdafiyə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən ##.##.2011-ci il tarixli **** nömrəli Şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə “Th1, Th5 fəqərələrin qapalı kompression, Th2, Th3 fəqərələrin kompression - Qəlpəli, Th4 fəqərəsinin cisminin xətti, fəsadlaşmamış, qeyri-stabil sınıqları (28.01.11) nəticəsində onurğa sütunu döş şöbəsi funksiyasının mühüm dərəcədə pozulması” diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən alınmışdır” və “Sağ diz oynağının medial meniskinin cırılmasına görə aparılmış (21.04.11) artrotomiya, medial meniskektomiya əməliyyatından sonrakı bərkimiş dəri çapığı, funksiyanın pozulmaması ilə” diaqnozlu travmanın səbəb əlaqəsi “Travmadır, Hərbi xidmət dövründə almışdır” kimi müəyyənləşdirilmişdir. Qeyd edilir ki, vətəndaş ##.##.2022-ci il tarixində DTSERA-da əyani müayinədə olmuş, “Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı asağı ətrafdakı ağrı və keyimələrdən şikayətlənmiş, sağ dizdə 4-5 sm ölçüdə əməliyyat çapığı, diz refleksinin sağdan enməsi, Axil refleksinin çağrılmaması, əzələ gücü baldırın yuxarı 1/3-də 3,5 bal, distalda 2,0 bal, tonusun enməsi müəyyən olunmuşdur kimi qeyd olunmuş, 2.3.3 bəndinə müvafiq olaraq Hərbi xidmət vəzifələrini yerinə yetirməklə əlaqədar 5 (beş) il müddətinə üçüncü dərəcə əlillik təyinatı barədə qərar qəbul edilmişdir. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş edir. Apellyasiya şikayətinin dəlilləri: Qərardaddan iddiaçı tərəfindən apellyasiya şikayəti verilmiş, şikayətdə birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsi və iddianın təmin edilməsi barədə qərardad qəbul edilməsi xahiş edilmişdir. Şikayətin dəlilləri ondan ibarətdir ki, birinci instansiya məhkəməsi tərəfindən ətraflı araşdırma aparılmamış, işin faktiki hallarına düzgün qiymət verilməmişdir. Prosessual məsələlər: Iddiaçı məhkəmənin vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq üzrlü səbəb bildirmədən iclas zalında iştirak etməmişdir. Üçüncü şəxs Sabirabad Rayon Mərkəzi Xəstəxanası PHŞ tərəfindən ərizə ünvanlanaraq üzrlü səbəbdən nümayəndənin iştirakını təmin edə bilməyəcəkləri bildirilmiş, iştirakları olmadan məhkəmə baxış iclasının keçirilməsi məhkəmədən xahiş edilmişdir. Məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma: Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası məruzəni dinləyib və iş üzrə materialları araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməlidir. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçı iddia ərizəsindən inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. Iddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. “Inzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ##### 2015-ci il tarixli № * nömrəli Qərarının: 1.1-ci bəndində qeyd edilir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.3-cü bəndində qeyd edilir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Həmin Qərarın 1.4-cü bəndində qeyd edilir ki, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.3-cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, Inzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü Inzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Inzibati Prosessual Məcəllənin: 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2-ci maddəsinə əsasən məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. 12.3-cü maddəsinə əsasən məhkəmə prosesinin iştirakçıları mübahisə ilə bağlı faktiki halların araşdırılmasında və sübutların toplanılmasında məhkəməyə yardım etməyə borcludurlar. 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. 64.1-ci maddəsinə əsasən sədrlik edən hakim mübahisə ilə bağlı işin həm faktiki, həm də hüquqi tərəflərini proses iştirakçıları ilə müzakirə etməyə borcludur. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı tərəfindən iddia tələbi düzgün müəyyən edilməmişdir. Belə ki, o, cavabdeh inzibati orqana qarşı Tibbi-Sosial Ekspert Komissiyasının *******0007 nömrəli, ##.##.2023-cü il tarixli qərarını mübahisələndirə bilər. Bundan əlavə, məhkəmə icraatı gedişatında ##.##.2023-cü il tarixdə iddiaçı barəsində təkrar forma 88 rəsmiləşdirilmiş və Tibbi-Sosial Ekspert Komissiyasının *******0008 nömrəli, ##.##.2023-cü il tarixli qərarı ilə İddiaçı diaqnoz əlillik əlaməti təyin etməməsi səbəbi ilə əlillik təyinatından imtina edilmişdir. Həmçinin iddiaçı tərəfindən iddia müddətinə də riayət edilməmişdir. Məhkəmə qeyd etmişdir ki, iddiaçının iddia tələbi müvafiq inzibati aktın ləğvinə yönəlməklə mübahisələndirmə və məcburetmə iddia növünə aiddir. Qanunvericinin tələbinə görə həmin növ iddialar inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Həmçinin “Inzibati icraat haqqında” Qanunun tələblərinə əsasən inzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. Beləliklə də, iş materiallarından müəyyən olunmuşdur ki, iddiaçı inzibati aktı məhkəmə qaydasında mübahisələndirmək üçün qanunla müəyyən edilmiş prosessual müddəti ötürmüşdür və iddiaçıya müddətin bərpa olunması ilə bağlı ərizə təqdim etmək və iddia tələbini dəyişdirmək hüququ izah olunsa da, iddiaçı hüquqi yardıma münasibət bildirməmişdir. Məhkəmə işin faktiki və hüquqi əsaslarını birgə təhlil edərək belə nəticəyə gəlmişdir ki, iddiaçı mübahisə üzrə tələbi düzgün olmadığına və qanunvericinin müəyyən etdiyi prosessual müddət ötürüldükdən sonra, yəni inzibati aktın qəbul edildiyi vaxtdan kifayət qədər uzun müddət keçdikdən sonra məhkəmədə iddia qaldırdığından iddiası mümkün sayılmamalıdır. Inzibati Prosessual Məcəllənin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Iş materiallarında olan ## ###### 2025-ci il tarixli hüquqi yardım barədə məktubdan görünür ki, həmin məktub ümumi ifadələrdən ibarət olmaqla iddiaçının hüquqi marağının təmini istiqamətində yetərli olmamış, eyni zamanda həmin məktubun iddiaçıya çatıb-çatmaması barədə məlumat yoxdur. Bundan başqa, birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı cavabdeh inzibati orqana qarşı Tibbi-Sosial Ekspert Komissiyasının *******0007 nömrəli, ##.##.2023-cü il tarixli qərarını mübahisələndirə bilər. Bundan əlavə məhkəmə icraatı gedişatında ##.##.2023-cü il tarixdə iddiaçı barəsində təkrar forma 88 rəsmiləşdirilmiş və Tibbi-Sosial Ekspert Komissiyasının *******0008 nömrəli, ##.##.2023-cü il tarixli qərarı ilə İddiaçı diaqnoz əlillik əlaməti təyin etməməsi səbəbi ilə əlillik təyinatından imtina edilmişdir. Kollegiya vurğulayır ki, Tibbi-Sosial Ekspert Komissiyasının *******0008 nömrəli, ##.##.2023-cü il tarixli qərarı da ##.##.2023-cü il tarixli göndəriş əsasında qəbul edilmiş və həmin qərarın da mübahisə predmeti olması istisna edilmir. Odur ki, işin obyektiv həlli üçün iddiaçıya səmərəli hüquqi yardım göstərilməli, onun hüquqi marağı aydınlaşdırılmalı, cavabdeh inzibati orqanın həm ##.##.2023-cü il tarixli qərarına münasibətdə iddianın mümkün şərtləri, xüsusilə iddia müddətinə əməl edilib-edilməməsi, müddət buraxıldığı halda üzrlü səbəb olub-olmaması yoxlanılmalı, eyni zamanda, Tibbi-Sosial Ekspert Komissiyasının *******0008 nömrəli, ##.##.2023-cü il tarixli qərarına münasibətdə yuxarıda qeyd olunan mövqe nəzərə alınmalı, nəticəsindən asılı olaraq müvafiq qərar qəbul edilməlidir. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 87.7.1-ci maddəsinə əsasən inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda apellyasiya instansiyası məhkəməsi barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Şirvan Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(***)-***/**** nömrəli qərardadı ləğv edilməli, iş üzrə iddianın mümkünlük şərtlərinə yenidən qiymət verilməsi və sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün iş həmin məhkəməyə qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 82-ci, 87ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilsin. Şirvan Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(***)-***/**** nömrəli qərardadı ləğv edilsin, inzibati iş Şirvan Inzibati Məhkəməsinə qaytarılsın. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2-1(3-9)-291/2026
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(3-9)-291/2026
05.08.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver