Məhkəmə qərarları › İş №2-1(3-9)-293/2026

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(3-9)-293/2026

29.04.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Şirvan şəhəri İş № 2-1(3-9)-293/2026 29.04.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının hakimləri Sadıqov Mirlətif Süleyman oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Fikrət Cilingir oğlu və Quliyev Ceyhun Əmir oğlundan ibarət tərkibdə, X2 oğlunun katibliyi, iddiaçı İddiaçı iştirakı ilə, Iddiaçı İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövət Kadastrı və Reyestri publik hüquqi şəxsinə qarşı “çıxarışın verilməsi” tələbinə dair iş üzrə Şirvan Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, *- *(***)-****/**** nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Iddiaçı İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövət Kadastrı və Reyestri publik hüquqi şəxsinə qarşı Əli-Bayramlı şəhər Icra Hakimiyyətinin ##.##.1993-cü il tarixli, ** nömrəli orderi əsasında mərhum anam X1 adına verilmiş, ünvan 1 ünvanında yerləşən mənzilin onun payına münasibətdə mülkiyyət hüququnun qeydə alınması üçün çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir. Şirvan Inzibati Məhkəməsinin (hakim Pərvanə Qurbanova) ##.##.2026-cı il tarixli, *-*(***)- ****/**** nömrəli qərardadı ilə iddiaçı İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövət Kadastrı və Reyestri publik hüquqi şəxsinə qarşı “Əli-Bayramlı Şəhər Icra Hakimiyyətinin ##.##.1993-cü il tarixli, ** nömrəli orderi əsasında mərhum anam X1 adına verilmiş, ünvan 1 ünvanında yerləşən mənzilin onun payına münasibətdə mülkiyyət hüququnun qeydə alınması üçün çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbinə dair inzibati iş üzrə icraat, Şirvan Apellyasiya Məhkəməsinin icraatında olan *(***)-**/**** nömrəli mülki iş üzrə yekun məhkəmə aktı qəbul edilənə və qanuni qüvvəsini alanadək dayandırılmışdır. Qərardaddan iddiaçı tərəfindən apellyasiya şikayəti verilmişdir. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin: 81.1-ci maddəsinə əsasən inzibati məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və ya qərardadlardan, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, şikayət verilə bilər. 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. 87.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiyanın mümkünlüyü əsaslarını yoxlayır. Məhkəmə kollegiyası hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti mümkün sayılmamalı və onun qəbulundan imtina edilməlidir. Belə ki, iş materiallarından görünür ki, Şirvan Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, *- *(***)-****/**** nömrəli qərardadı ## #### 2026-cı il tarixdə iddiaçı İddiaçı məxsus elektron kabinetinə yerləşdirilmişdir. Iddiaçı İddiaçı tərəfindən ## ##### 2026-cı il tarixdə apellyasiya şikayəti verilmişdir. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Yuxarıda sadalanan hüquq normasından göründüyü kimi, yekun məhkəmə aktından (qərardadından) təqdim olunduğu gündən 10 gün müddətində apellyasiya şikayəti vermək hüququnun olmasına baxmayaraq, iddiaçı tərəfindən apellyasiya şikayəti ## ##### 2026-cı il tarixdə - 5 gün müddət ötürülməklə göndərilmişdir. Göründüyü kimi, apellyasiya şikayəti verilərkən qanunla nəzərdə tutulmuş prosessual müddət ötürülmüşdür. Apellyasiyanın mümkünlüyü ilə bağlı dinlənilmə hüququnun təmin edilməsi, eləcə də ötürülmüş prosessual müddətin üzrlü sayılması üçün müvafiq sübutların təqdim edilməsinin həyata keçirilməsi məqsədilə iddiaçı məhkəməyə dəvət olunmuş, bu hallar ona ünvanlanan bildirişdə onun diqqətinə çatdırılmışdır. Iddiaçı hüquqi savadsızlığı səbəbindən elektron kabinetinə baxmadığını və nəticədə apellyasiya şikayəti verilməsi müddətini ötürdüyünü göstərmişdir. Kollegiya qeyd edir ki, ## #### 2026-cı il müddətin sonuncu günü olmaqla iş gününə təsadüf etmişdir. Iddiaçı apellyasiya şikayətini poçt vasitəsilə və ya şəxsən məhkəməyə təqdim edə bilərdi. Göründüyü kimi, iddiaçı 6 gün sonra şikayət vermişdir. Belə olan halda iddiaçı tərəfindən müddətin ötürülməsinin üzrlü səbəblərdən baş verməsini təsdiq edəcək hər hansı mötəbər sübut (sənəd) təqdim edilməmişdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən apellyasiya şikayətinin verilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş müddət ötürülmüşdür, bununla yanaşı, məhkəmə kollegiyasına müddətin üzrlü səbəbdən buraxıldığını təsdiq edən mötəbər sübut təqdim edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının məhkəmə kollegiyasının iclasında göstərdikləri müddətin üzrlü hesab edilməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin: 22.2-ci maddəsinə əsasən müddətlərlə bağlı bu fəslin müddəaları nəzərə alınmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi ilə müəyyən olunmuş qaydalar tətbiq olunur. 87.3-cü maddəsinə əsasən apellyasiya mümkün sayılmadıqda apellyasiya instansiyası məhkəməsi şikayəti qəbul etməkdən imtina edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 80-ci, 87ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Şirvan Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti mümkün sayılmasın və qəbulundan imtina edilsin. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar