Məhkəmə qərarları › İş №2-1(3-9)-294/2026

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-9)-294/2026

15.07.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 2-1(3-9)-294/2026 15.07.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının hakimləri Sadıqov Mirlətif Süleyman oğlu (sədrlik edən və məruzəçi), X1 və Quliyev Ceyhun Əmir oğlundan ibarət tərkibdə, X3 oğlunun katibliyi, iddiaçı İddiaçı, cavabdehin nümayəndəsi X6 iştirakları ilə, iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı ##.##.2024-cü il tarixli, *******0006 nömrəli qərarın ləğv edilməsi,həmin tarixdən müvafiq əlilliyin müəyyən edilməsi və əlillik müəyyən edilərkən hərbi travmanın “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar göstərilməsi” tələbinə dair inzibati iş üzrə Şirvan Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Tibbi Sosial Ekspert Komissiyasının ##.##.2024-cü il tarixli, *******0006 nömrəli qərarının ləğv edilməsi, İddiaçı ##.##.2024-cü il tarixdən “Azərbaycan Respublikası ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar” səbəbi ilə orqanizmin funksiyalarının pozulmasının 35-60 faiz dərəcəsinə uyğun olaraq 2 il müddətinə əlilliyin təyin edilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şirvan Inzibati Məhkəməsinin (hakim P.Qurbanova) ##.##.2026-cı il tarixli, *-*(***)- ****/**** nömrəli qərarı ilə iddia təmin edilmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, ekspert rəyi və iş materiallarında olan müvafiq tibb müəssisəsinin arayışına əsasən iddiaçıda tibbi göndərişdə qeyd olunan diaqnoz və diaqnoz nəticəsində əlilliyin təyin edilməsinin mümkünlüyü müəyyən edlir. Həmçinin həmin diaqnoz Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il ## ### tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş "Əlilliyin müəyyən olunması meyarları”nda əks olunmuşdur. Qərardan cavabdeh tərəfindən apellyasiya şikayəti verilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin ## #### 2026-cı il tarixli qərardadı ilə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi hüquqi varisi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyi Publik Hüquqi Şəxsi ilə əvəz edilmişdir. Işin halları: Iddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Iddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda Qarabağ müharibəsində iştirak etmişdir. Hazırda müharibə veteranıdır. ##.##.2020-ci il tarixdə Qubadlı rayonu istiqamətində gedən döyüşlər zamanı döyüş tapşırığını yerinə yetirərəkən düşmən tərəfindən atılan mərmi partlaması nəticəsində “Çənəaltı nəhiyyəniun kiçik ölçülü kor qəlpə yaralanmasından sonrakı bərkimiş dəri çapığı” ilkin diaqnozu ilə xəsarət almışdır. Bu haqda ona *** nömrəli hərbi hisə tərəfindən ##.##.2021-ci il tarixli travma haqqında arayış verilmişdir. Aldığı xəsarətlər ilə əlaqədar olaraq getdikcə səhhətində ağırlaşmalar yaranmağa başlamışdır. Müalicə üçün Cəlilabad rayon Mərkəzi xəstəxanasına müraciət etmişdir. Həmin xəstəxanada uzunmüddətli müalicəsi davam etmişdir. Sonra isə müalicəsi Müdafiə Nazirliyinin Hərbi Poliklinikasında davam etmişdir. Həmin müalicələrdən sonra hərbi həkim komissiyası tərəfindən diaqnoz və xəstəliyin səbəb əlaqəsi haqqında HHK tərəfindən Qərar qəbul edilmişdir. Həmin Qərarda aşağıdakılar qeyd olunmuşdur. Diskogen mənşəli bel-oma radikuliti, natamam remissiya mərhələsində. Mülayim dərəcədə ifadə olunmuş, üzvi şəxsiyyət pozuntusu, intihar cəhdləri ilə davranış pozuntuları, ifadə olunmuş yaddaş və intellektin enməsi ilə. L5 fəqərəsinin anterioistezi (7 fəqərə) L3-L4,L;-L5,L5-S1 fəqərəarası disklərin pkotrukziyası. Sol ayağın III barmağının əsas falanqasının başının köhnə kafi bitişmiş sınığı, barmağın yumuşaq toxumalarının yad cismləri metal qəlpələr) Partlayış yaralanması (##.##.2020): çənəaltı nahiyyənin kiçik ölçülü kor qəlpə yaralanmasından sonrakı bərkimiş dəri çapığı, yumuşaq toxumalarda yad cisimi metal qəlpələr. Hər iki gözün sadə miopik astiqmatizmi.Em və M1,0D nəticəsində görmə itiliyinin 0,1-ə qədər azalması, korreksiya etmir. Ona 3-cü qrup əlillik təyn edilmişdir. Almış olduğu xəsarətlər nəticəsində ağır xəstə olmağı, ardıcıl və davamlı olaraq dəfələrlə müalicə almağı və həmin xəstəliyin mövcudluğunu tibbi müəsisələri tərəfindən verilmiş tibbi rəylər ilə təsdiq edilməsinə baxmayaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Ekspert Komissiyası ona əllik təyin edilməsindən ##.##.2024-cü il tarixdə imtina etmişdir. Həmin imtinada xəstəliyinin diaqnozu: əsas xəstəlik XTB 10 kodu F07.0 Üzvi mənşəli şəxsiyyət pozğunluğu, Üzvi (hərbi əməliyyatlar zamanı alınmış qapalı kəllə beyin travması nəticəsində) şəxsiyyət pozuntusu, tez-tez baş verən dekompensasiyalar, funksional tutmalar, intihar cəhdi ilə. Üzvi emosional labil pozuntusu.Yaddaş və intellektin enməsi. Cavabdehin bu qərarı ilə qəti olaraq razı deyil. Xəstəlik diaqnozlarından görünür ki, onun ayaq barmaqlarında və üz nahiyyəsində hələ də metal qəlpələr vardır. Görmə qabiliyəti günü gündən pisləşir. Baş beyin travması getdikcə ağırlaşır. Qeyd olunanlara əsasən, iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş edir. Qeyd olunanlara əsasən, iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş edir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən iddia ərizəsinə etiraz təqdim edilərək göstərilmişdir ki, iddiaçının əlillik vəziyyətinə sonuncu dəfə Lənkəran Şəhər Psixiatriya Xəstəxanasının ##.##.2024-cü il tarixli göndərişi əsasında baxılmış və Diaqnozun mətni: Üzvi (hərbi əməliyyatlar zamanı alınmış qapalı kəllə-beyin travması nəticəsində) şəxsiyyət pozuntusu, tez-tez baş verən dekompensasiyalar, funksional tutmalar, intihar cəhdləri ilə. Üzvi emosional labil pozuntu. Yaddaş və intellektin enməsi. Mərkəzə göndərilmənin/Imtina edilmənin səbəbi: Diaqnoz öz təsdiqini tapmaması - Səbəb: Diaqnozun təsdiqlənməməsi barədə qərar qəbul edilmişdir..” səbəbi ilə imtina verilmişdir.Yuxarıda qeyd edilənləri nəzərə alaraq, iddianın təmin edilməməsi barədə müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddianın təmin edilməməsini xahiş etmişdir. Şikayətin dəlilləri ondan ibarətdir ki, məhkəmə işi tam, hərtərəfli, obyektiv araşdırmamış, işə tətbiq etməli olduğu qanunvericilik aktlarını tətbiq etməmiş, işin hallarını düzgün tövsif etməmiş, iddiaçının təqdim etdiyi sənədlər və müvafiq ekspertizanın rəyinə əsaslanmış, həmçinin şəxsin əyani müayinə olunması nəticəsində zəruri biliklərə sahib komissiya tərəfindən gəlinən nəticələrə məhəl qoymamış və öz mülahizəsinə əsasən qərar qəbul etmişdir. Bu isə işin hallarının tam araşdırılmamasına gətirib çıxartmışdır. Sözügedən hal, yəni diaqnozun əlillik təyinatına əsas verməməsi iddiaçının əyani müayinəsi zamanı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X9-Sosial Ekspertləri tərəfindən müəyyən edilmişdir. Nəzərə alınmalıdır ki, iddiaçıda hər hansı diaqnozun doğruluğunun müəyyən edilməsi faktı, qanunvericiliklə müəyyən edilmiş qaydada şəxsə əlillik dərəcəsinin təyin edilməsi üçün birbaşa hüquqi əsas yaratmır. Yəni, mahiyyət etibarilə, diaqnozun doğruluğunun müəyyən edilməsi heç də həmin şəxsə əlillik təyin edilməsinə əsas vermir. Şəxsə əlillik təyinatı aparılması üçün şəxsdə sözügedən xəstəliyin ağırlaşmaları mövcud olmalıdır. Məhkəmə isə öz əsaslandırmasında bu meyarların tələblərini kənara qoyaraq, yalnız diaqnoz faktına söykənmişdir. Həmçinin, məhkəmənin gəldiyi səhv nəticə ondan ibarətdir ki, şəxsdə sözü gedən xəstəlik və onun ağırlaşmaları instrumental müayinə nəticələri ilə təsdiq olmalıdır ki, şəxsə əlillik təyinatı aparılsın. Buna baxmayaraq, ekspertizanın heç bir instrumental müayinə əsasında vermədiyi və tamamilə subyektiv yanaşmanı əks etdirən rəyi məhkəmə tərəfindən əsas götürülmüşdür. Prosessual məsələlər: Cavabdehin nümayəndəsi X6 apellyasiya şikayətinin təmin edilməsini, iddianın rədd edilməsini xahiş etdi. Əsaslandırma: Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası iddia tələbinin mahiyyəti ilə bağlı aşağıdakıları qeyd edir. ##.##.2018-ci il tarixli, ****** nömrəli vəsiqənin surətindən görünür ki, iddiaçı İddiaçı üçüncü qrup əlilliyi olmuşdur. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiyasının ##.##.2024-cü il tarixli, ****** nömrəli vəsiqəsindən görünür ki, İddiaçı müharibə veteranları üçün Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş güzəşt və imtiyazlardan istifadə etmək hüququna malikdir. Lənkəran şəhər Psixiatriya Xəstəxanasının ##.##.2022-ci il tarixli, S********NQS nömrəli forma 88 göndərişi əsasında ##.##.2024-cü il tarixdə əlillik vəziyyəti qiymətləndirilərək və Tibbi Sosial Ekspert Komissiyasının ##.##.2024-cü il tarixli, *******0006 nömrəli qərarı ilə diaqnoz öz təsdiqini tapmaması səbəbi ilə əlillik təyinatından imtina edilmişdir. Lənkəran şəhər Psixiatriya Xəstəxanasının ##.##.2022-ci il tarixli, S********NQS nömrəli forma 88 göndərişi əsasında iddiaçıya əsas diaqnoz F07- “baş beynin xəstəliyi, zədələnməsi və ya disfunksiyası nəricəsində yarnana şəxsiyyət və davranış pozuntuları. Şəxsiyyət və davranışda rast gəlinən dəyişikliklər baş beynin xəstəliyi, zədələnməsi və disfunksiya”, ağırlaşma- F07- “üzvi mənşəli şəxsiyyət pozuntusu, üzvi (hərbi əməliyyatlar zamanı alınmış qapalı kəllə-beyin travması nəticəsində) şəxsiyyət pozuntusu, tez-tez baş verən dekompensasiyalar, funksional tutmalar, intihar cəhdləri ilə”, F06.6- “üzvi mənşəli emosional labil (astentik) pozuntu, üzvi emosional labil pozuntu”, F06.7- “yüngül koqnitiv pozuntu, yaddaş və intellektin enməsi” diaqnozları müəyyən edilmişdir. ##.##.2021-ci il tarixli X5 görünür ki, ##.##.2020-ci il tarixində Azərbaycan Respublikasının müdafiəsi zamanı Qubadlı rayonu ərazisində yaralanmanın (travmanın, kontuızyanın, xəsarətinin) alınma şəraiti və onun lokalizasiyası dəqiq göstərilməlidir. Düşmən tərəfindən atılan mərminin partlaması nəticəsində “Çənəaltı nahivvənin kiçik ölçülü kor qəlpə yarlanması” xəsarətini almışdır. Yardım olunduqdan sonra hospitala getməkdən imtina etmişdir və təkrar bölməsinə qayıtmışdır. ##.##.2020-ci il tarixdə N nömrəli hərbi hissəyə müraciət etmişdir, müayinə zamanı “çənəaltı nahiyyənin kiçik ölçülü kor qəlpə yarlanmasından sonrakı bərkimiş dəri capığı” diaqnozu qoyulmuşdur. Əsas: Zədələnmələrin (yaralanmaların) qeydiyyat kitabı (##.##.2020) səhifə 41 sıra sayı 628 ətraflı qeyd edilməli və xəsarətin lokalizasiyası göstərilməlidir. Səhiyyə Nazirliyinin “X4” X2 ##.##.2022-ci il tarixli, ***** nömrəli arayışında qeyd edilmişdir ki, İddiaçı ##.##.2022-ci il tarixdə t.e.d. professor Fuad Ismayılov tərəfindən müayinə olunub. Diaqnoz; Üzvi (hərbi əməliyyatlar zamanı alınmış qapalı kəllə-beyin travması nəticəsində) şəxsiyyət pozuntusu, intihar cəhdləri ilə F07.0. Iddiaçıya məxsus SX№ ******* nömrəli hərbi biletin surətindən görünür ki, İddiaçı Azərbaycan Respublikası ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə ##.##.2020-ci il tarixdən ##.##.2020-ci il tarixədək iştirak etmiş və mərmi partlaması nəticəsində yaralanmışdır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin məhkəməyə ünvanladığı ##.##.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2020- ci il tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”na uyğun olaraq vətəndaşların əlillik vəziyyəti dövlət tibb müəssisələrinin göndərişləri əsasında qiymətləndirilir. Nəzərinizə çatdırırıq ki, hərbi xidmətlə əlaqədar vətəndaşların əlillik vəziyyətinin qiymətləndirilməsi zamanı xidmət keçdiyi qurumun hərbi həkim komissiyasının qərarı, şəhadətnaməsi və ya əlillik səbəbini təsdiq edən müvafiq sənəd əsas götürülür. Bildiririk ki, İddiaçı orqanizmin funksiyalarının pozulma faizinin müəyyən edilməsi məqsədilə Lənkəran Şəhər Psixiatriya Xəstəxanasının SQ*******NQS nömrəli göndərişi və müraciəti əsasında ##.##.2024-cü il tarixində Agentlikdə əyani müayinə olunmuşdur. Təqdim edilən tibbi sənədlər və həyata keçirilmiş ətraflı müayinənin nəticəsi olaraq, şəxsin sağlamlıq vəziyyətinin obyektiv müayinəsi zamanı əlilliyin təyininə əsas verən psixoproduktiv əlamətlər, davranış pozuntuları aşkar olunmadığından, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2022-ci il tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq diaqnozun öz təsdiqini tapmaması barədə qərar qəbul edilmişdir. Qərardan narazı olan vətəndaş məhkəmə qərardadına əsasən yenidən ##.##.2024-cü il tarixində Agentlikdə əyani müayinə olunmuşdur. Həyata keçirilmiş ətraflı müayinənin nəticəsində, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2022-ci il tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq diaqnozun öz təsdiqini tapmaması barədə qərar qüvvədə saxlanılmışdır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X9-sosial ekspert komissiyasının 3-17-4/3-3- ****/**** nömrəli, ##.##.2024-cü il tarixli qərarında qeyd edilmişdir ki, Dövlət Tibbi-Sosial Ekspertiza və X9-sosial ekspert komissiyası (bundan sonra - Komissiya) ##.##.2024-cü il tarixdə aşağıda adı göstərilən 2 nəfər vətəndaşın əlilliyinin qiymətləndirilməsi barədə verilmiş qərarlardan şikayətlərinə əsasən əyani müayinəsini həyata keçirmiş və aşağıdakıları müəyyən etmişdir: 1) Cəlilabad rayon sakini ##.##.1991- ci il təvəllüdlü İddiaçı (FIN:*******) orqanizmin funksiyalarının pozulması faizi tibb müəssisəsinin göndərişi əsasında Agentlikdə əyani müayinəsi nəticəsində ##.##.2024-cü il tarixdə qiymətləndirilmiş və diaqnoz öz təsdiqini tapmaması barədə qərar qəbul edilmişdir. Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi X2 ##.##.2025-ci il tarixli, **** nömrəli rəyində qeyd edilmişdir ki, yekun hissəsi: Inzibati işi materiallarını və ambulator məhkəmə - psixiatrik ekspertizası zamanı aparılmış müayinələrin nəticələrinin tədqiqinə əsasən məhkəmə- psixiatrik ekspertizası qoyulmuş sualları aşağıdakı kimi cavablandırır: Yoxlanılan şəxs İddiaçı “üzvi (travma mənşəli) şəxsiyyət pozuntusu, davranış pozuntuları və depressiv daxilolmalarla” (F07.0) aşkar edilir. Bunu anamnestik məlumatlar(döyüşlərdə kəlləbeyin travması alması, baş ağrılarından əziyyət çəkməsi, qıcolma tutmalarının qeyd edilməsi, əsəb gərginlik anlarında özünə xəsarət yetirməsi, bundan sonra əsəbi olması, xarici qıcıqlara qarşı həssas olması, Respublika Psixiatriya Xəstəxanası PHŞ-də “üzvi mənşəli şəxsiyyət pozuntusu” diaqnozu ilə stasionar müalicədə olması) və haırkı psixiatrik müayinənin nəticələri(zahirən gərgin olması, təfəkkürünün ləng olması, torpidlik əlamətlərinin olması, əhvalruhiyyəsinin dəyişkən olması, emisional dayanıqsızlığı) sübut edir. İddiaçı barəsində müvafiq tibb müəssisələri tərəfindən verilmiş göndərişdə (forma 88) qeyd edilən xəstəlik əyani müayinə zamanı öz təsdiqini tapır. Aparılan müayinələrin nəticələri diaqnozda öz əksini tapır. Aparılmış müayinələrin nəticələrinə dair tibbi sənədlərdə, həmçinin müvafiq tibb müəssisələri tərəfindən verilmiş göndəriş və digər tibbi sənədlərdə İddiaçı təyin olunmuş diaqnoz aparılmış obyektiv müayinələrin nəticələrinə (yəni müayinə zamanı aşkar edilmiş xəstəliklərə və diaqnoza) uyğundur və aparılmış müayinələrin nəticələri İddiaçı müvafiq diaqnozun təyin olunması üçün kifayət edir. İddiaçı olan xəstəliyin Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi zamanı aldığı travma ilə səbəbli əlaqəsi vardır. Məhkəmə kollegiyası qeyd edir ki, şərh olunan rəyə və ixtisaslaşmış tibb müəssisələri tərəfindən verilmiş digər sənədlərə əsasən iddiaçının xəstəliyi və həmin xəstəliklə bağlı ağırlaşmalar Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ### 2022-ci il tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın müvafiq bəndlərinə tam uyğunluğu təsdiq olunur. Məhkəmə kollegiyası qeyd edir ki, ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və məhkəmələr tərəfindən qiymətləndirilir. Hazırki iş üzrə verilmiş ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir və cavabdeh tərəfindən ekspert rəyini şübhə altına alan sübutlar məhkəməyə təqdim təqdim olunmamışdır. Odur ki, sözügedən ekspert rəyi iş üçün mühüm əhəmiyyət kəsb edən yazılı sənəd və mötəbər sübut kimi qəbul edilməlidir. “Inzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 19.2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun: 3.1-ci maddəsinə əsasən şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.2-ci maddəsinə əsasən əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3-cü maddəsinə əsasən şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.3-1-ci maddəsinə əsasən maddəsinə əsasən əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. 3.4-cü maddəsinə əsasən əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. 4.3-cü maddəsinə əsasən əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “Inzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. 6.4-cü maddəsinə əsasən əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır. Qanunvericiliyin qeyd olunan normaları ilə hazırki işin faktiki halları sistemli şəkildə təhlil olunduqda belə qənaətə gəlinir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il ## ###### tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın: 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. 1.5. Şəxsin əlilliyi aşağıdakı səbəblərdən birinə əsasən müəyyən edilir: 1.5.1. ümumi səbəblərdən: 1.5.1.1. ümumi xəstəlik; 1.5.1.2. istehsalat zədəsi; 1.5.1.3. peşə xəstəliyi; 1.5.1.4. Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar; 1.5.1.5. hərbi xidmət dövrü ilə əlaqədar; 1.5.1.6. hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar; 1.5.1.7. terror hadisəsi ilə əlaqədar; 1.5.2. xüsusi səbəblərdən: 1.5.2.1. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar; 1.5.2.2. 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar; 1.5.2.3. hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar; 1.5.2.4. Çernobıl AES-də hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar. 1.6. Orqanizmin funksiyalarının pozulması faizinin, səbəbinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin: 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Kollegiya onu da diqqətə çatdırır ki, oxşar işlər üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının *-*(***)-****/**** nömrəli iş üzrə, ##.##.2024-cü il tarixli qərardadı ilə cavabdehin kassasiya şikayəti mümkün sayılmamışdır. Məhkəmə kollegiyası qeyd etmişdir ki, "...kassasiya şikayətinin məhkəmələr tərəfindən cavabdehin səlahiyyəti ilə bağlı əsassız qərar qəbul edilməsi dəlilinə münasibətdə kassasiya instansiyası məhkəməsinin analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının *-*(***)-***/**** nömrəli, *-*(***)-****/**** nömrəli *-*(***)-****/**** nömrəli, *-*(***)-****/**** nömrəli, *-*(***)-****/**** nömrəli, qərarları) iddiaçının faktiki sağlamlıq vəziyyətinin obyektiv göstəricilər əsasında cavabdeh tərəfindən qiymətləndirilməsi, həm də qiymətləndirmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə tələb olunan xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh tərəfindən şəxsə əlillik dərəcəsinin təyin edilməsindən imtinası məhkəmə tərəfindən tam şəkildə yoxlanıla bilər. Bundan əlavə, iddiaçıda olan xəstəliklərin (ağırlaşmaların) əlilliyə əsas verməməsi ilə bağlı cavabdeh orqanın təkrarlanan dəlilinə münasibətdə qeyd edilməlidir ki, kassasiya instansiyası məhkəməsinin analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, (Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının *-*(***)-****/**** nömrəli, *-*(***)-****/**** nömrəli, *- *(***)-****/**** nömrəli qərarları) tibb müəssisəsi tərəfindən tərtib edilmiş Forma 88-də əks olunmuş xəstəliklərin şəxsdə aşkar edilməsi (məhkəmə tibbi ekspertizası vasitəsi ilə) və həmin xəstəliklərin Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2015-ci il tarixli, *** nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamədə və (və ya) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il ## ### tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarları”nda əks olunması əlilliyin təyininə hüquqi və faktiki olaraq əsas yaradır. Beləliklə, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi və gəldiyi nəticə ilə razılaşır və belə qənaətə gəlir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Şirvan Inzibati Məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 81-82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Şirvan Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar