Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 2-1(3-9)-296/2026 03.06.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyası hakimlər Hüseynov Fikrət Cilingir oğlu (sədrlik edən və məruzəçi), X3 və Quliyev Ceyhun Əmir oğlundan ibarət tərkibdə, Hüseynli Bülbül Düldül oğlunun katibliyi, iddiаçının nümayəndəsi Nümayəndə iştirakı ilə, Şirvan Inzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti əsasında iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Cavabdeh qarşı şəhid statusunun verilməsi tələbinə dair inzibati işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının Cavabdeh qarşı iddia ərizəsi ilə Şirvan Inzibati Məhkəməsinə müraciət edərək, övladı X2 şəhid statusunun verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şirvan Inzibati Məhkəməsinin (hakim P.Qurbanova) ## ###### 2026-cı il tarixli, *- *(***)-****/**** nömrəli qərarı ilə iddianın təmin edilməməsi qərara alınmışdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Qanunun 1-ci maddəsi Azərbaycan Respublikasının Silahlı Qüvvələrində hərbi xidməti vəzifəsi çərçivəsində Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün qorunmasından irəli gələn borcunu həyata keçirməsi ilə bağlı həlak olmuş şəxslərin şəhid hesab olunduğunu əhatə edir. X2 ölümü ilə Azərbaycan Respublikasının azadlığının, suverenliyinin və ərazi bütövlüyünün qorunması arasında səbəbli əlaqənin mövcudluğu müəyyən edilmir. Eyni zamanda, iddiaçı da bununla bağlı hər hansı bir mötəbər sübut təqdim edə bilməmişdir. X2 şəhid hesab edilməsi üçün hər hansı normativ əsas müəyyən edilməmişdir və xəstəlik nəticəsində vəfat etməsi ona şəhid statusu verilməsi üçün əsas ola bilməz. Göründüyü kimi normativ hüquqi aktlarda, istərsə də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə dair ## ###### 2008-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyinə əsasən Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən, o cümlədən atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə və ya daxili işlər, dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanlarında döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmuş, itkin düşmüş şəxslər şəhid hesab edilir. Qərardan iddiaçı tərəfindən apellyasiya şikayəti verilmişdir. Işin halları Iddiаçı tələbini onunla əsaslandırmışdır ki, övladı X2, ## ####### 2002-ci il tarixində N saylı hərbi hissədə döyüş təliminə gedərkən hərbi nəqliyyat vasitəsində baş vermiş avtomobil qəzası nəticəsində həlak olmuşdur. Müraciəti əsasında Cavabdeh tərəfindən ##.##.2024-cü il tarixli qərarla oğluna şəhid statusunun verilməsindən imtina edilmişdir. Qərarda bildirilmişdir ki, guya oğlunun ölümü hərbi vəzifələrin icrası ilə bağlı deyil. Halbuki, hadisə döyüş təliminə gedərkən baş vermişdir və bu hal “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə verilən güzəştlər haqqında” Azərbaycan Respublikası Qanununa əsasən şəhid statusunun verilməsi üçün əsasdır. Birinci Qarabağ müharibəsi zamanı yalnız cəbhə bölgəsində həlak olan hərbiçilərə şəhidlik statusu verilirdi. Ancaq bu qanuna sonradan bəzi əlavələr və dəyişikliklər edilmişdir. Ərizədə qeyd etdiyi eyni motivdə olan bir neçə hərbiçiyə şəhidlik statusu verilmişdir. Halhazırda yataq xəstəsidir, yoldaşı X1 2-ci dərəcəli əlildir. Təqdim etdiyi sənədlərdə göstərilir ki, övladı döyüş təliminə hərbi hissənin əmri ilə getmişdir. Azərbaycan Respublikasının qanunvericiliyinə görə, hərbi xidmət vəzifələrinin icrası zamanı, eləcə də hərbi xidmətlə bağlı digər hallarda həlak olan hərbi qulluqçulara şəhid statusu verilməlidir. Övladının həlak olması birbaşa hərbi təlimlə əlaqəli olduğundan cavabdeh orqanın imtina qərarı qanunsuz və əsassızdır. Cavabdeh tərəfindən iddiaya qarşı münasibət (etiraz) təqdim edilməmişdir. Apellyasiya şikayətinin dəlilləri Iddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri iddia tələbi ilə eynilik təşkil edir. Şikayətdə əlavə olaraq qeyd edilmişdir ki, birinci instansiya məhkəməsinin əsaslı olmayan qənaətinə görə iddia tələbi ilə bağlı hər hansı bir mötəbər sübut təqdim olunmamış, X2 şəhid hesab edilməsi üçün hər hansı normativ əsas müəyyən edilməmiş və xəstəlik nəticəsində vəfat etməsi şəhid statusu verilməsi üçün əsas ola bilməz. Iddiaçı hesab edir ki, məhkəmə qeyd olunmuş əsasla bağlı qənaətini əsaslandıra bilməmişdir. Prosessual məsələlər Iddiaçının nümayəndəsi məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə etdi, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddianın təmin olunmasının xahiş etdi. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə kollegiyası işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası qeyd edir ki, iddia mümkün iddiadır. Belə ki, iddiaçı Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 2.2.3-cü, 34-cü maddələrində nəzərdə tutulmuş iddianı qaldırmışdır. Məhkəmə kollegiyası iddia tələbinin mahiyyəti ilə bağlı aşağıdakıları qeyd edir. Iş materiallarına əlavə edilmiş: -Səfərbərlik və Hərbi Xidmətə Çağiriş Üzrə Dövlət Xidmətinin Lerik rayon şöbəsinin Şəhid və şəhid ailəsi statusunun verilməsindən imtina olunması barədə ##.##.2025-ci il tarixli, * nömrəli qərarından görünür ki, İddiaçı şəhid statusunun verilməsinə dair müraciəti təmin edilməmişdir. -Müdafiə Nazirliyinin ##.##.2025-ci il tarixli məktubunda qeyd edilmişdir ki, N nömrəli hərbi hissənin oktyabr-noyabr 2002-ci il tarixli nizami hissə üzrə əmrlərində və N nömrəli hərbi hissənin oktyabr-noyabr 2002-ci il tarixli nizami hissə üzrə əmrlərində X2 barəsində əlavə məlumat aşkar olunmamışdır. Azərbaycan Respublikası Müdafiə Nazirinin 2002-ci il tarixli məxfi əmrlərində N nömrəli hərbi hissənin döyüş şəraitində hesab olunması barədə məlumat qeyd edilməmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Məhkəmə-Tibbi Ekspertizası tərəfindən verilmiş ##.##.2002-ci il tarixli 26 N°-li ekspert rəyi Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə daxil olmamışdır. -N saylı hərbi hissə komandirinin *** nömrəli, ##.##.2002-ci il tarixli əmrində qeyd edilmişdir ki, Motoatıcı tabor III bölüyün baş sürücü mexaniki əsgər X2 ## ####### 2002-ci il tarixdə avtomobil qəzası nəticəsində qarın boşluğun küt travması, qaraciyər cırılması nəticəsində vəfat etdiyi üçün şəxsi heyətin siyahısından, bütün növ təminat qeydiyyatlarından çıxarılsın və sənədləri qeydiyyata alınmaq üçün Lerik Rayon Hərbi Komissarlığına göndərilsin. -##.##.2002-ci il tarixli, **** nömrəli ölüm haqqında akt qeydindən görünür ki, X2 ##.##.2002-ci il tarixdə hemmoraqik-travmatik şok, qara ciyərin, sağ böyrək qapısının cırılması nəticəsində vəfat etmişdir. Məhkəmə kollegiyası iş üzrə toplanmış sübutlara müqayisəli şəkildə, onlara tətbiq edilməli olan normativ hüquqi aktlar baxımından hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Ilk öncə qeyd edilməlidir ki, mövcud qanunvericiliklə şəhid hesab edilən şəxslərin dəqiq kateqoriyası müəyyən edilmişdir. “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsində verilmiş şəhid adının anlayışına görə şəhid Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyənləşdirilmiş qaydada ölmüş hesab edilən şəxsdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il ## ###### tarixli ** saylı qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları”na görə bu Qaydalar Azərbaycan Respublikasının azadlığı, istiqlaliyyəti, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatda itkin düşmüş və qanunvericiliklə müəyyən edilmiş qaydada ölmüş hesab edilən şəxslərin və onların ailələrinin statusunun və sosial müdafiəsinin tənzimlənməsi, həyata keçirilməsi üzrə əsas tələbləri müəyyən edir. Həmin Qaydaların:- 1.1.bəndinə görə Şəhid — Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyən edilmiş qaydada ölmüş hesab edilən şəxsdir. 1.2. bəndinə görə aşağıdakılar şəhid hesab edilirlər: 1.2.1. 1990-cı ilin yanvarında Bakı şəhərində, Lənkəran və Neftçala rayonlarında faciəli hadisələr nəticəsində həlak olanlar; 1.2.2. ## ###### 1988-ci ildə Leninakanda qəzaya uğrayan təyyarədə həlak olmuş şəxslər; 1.2.3. Azərbaycan Respublikasında 1988-ci ildən 1990-cı ilin yanvar ayınadək olan dövrdə Sovet Ordusunun qeyri-qanuni hərəkətləri və ya manevrləri nəticəsində həlak olmuş vətəndaşlar; 1.2.4. Ermənistanla sərhəd rayonlarında və Qarabağda erməni təcavüzü, habelə ölkənin digər ərazilərində erməni hərbi təxribatı (hücumu, zərbəsi) nəticəsində həlak olmuş və itkin düşmüş mülki vətəndaşlar; 1.2.5 Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan hərbi əməliyyatlar zamanı həlak olmuş və itkin düşmüş hərbi qulluqçular; 1.2.6. Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə əlaqədar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər hadisələrdə, o cümlədən atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə və ya daxili işlər, dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanlarında, habelə Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətində, Xüsusi Rabitə və Informasiya Təhlükəsizliyi Dövlət Xidmətində, X9 Dövlət Agentliyində döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmuş, itkin düşmüş və məhkəmənin qərarına əsasən ölmüş hesab edilmiş şəxslər; 1.2.7. Azərbaycan Respublikasının dövlət sərhədinin mühafizəsi üzrə xidməti vəzifələrinin icrası zamanı həlak olmuş və ya itkin düşmüş hərbi qulluqçular. 4.1. bəndinə görə şəhid və şəhid ailəsi statusunun verilməsi məsələsinə maraqlı şəxsin müraciəti və dövlət orqanlarının və ya müvafiq hərbi hissənin vəsatəti ilə baxılır. Şəxsin şəhid hesab edilməsi ölüm haqqında şəhadətnamə, məhkəmə qətnaməsi, hərbi hissənin arayışı əsasında təsdiq olunur. Hərbi hissənin arayışında Azərbaycan Respublikasının 1994-cü il ## ######## tarixli *** nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qarnizon və qarovul xidmətləri Nizamnaməsi”nin ** saylı əlavəsinin 1.4.2-ci maddəsində göstərilən məlumatlar əks edilir. Şəhid ailəsi statusu R və zabit heyəti üçün Müdafiə Nazirliyinin, Daxili Işlər Nazirliyinin, Fövqəladə Hallar Nazirliyinin, Dövlət Təhlükəsizliyi Xidməti, Xarici Kəşfiyyat Xidmətinin, Dövlət Sərhəd Xidmətinin, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin, Xüsusi Rabitə və Informasiya Təhlükəsizliyi Dövlət Xidmətinin, X9 Dövlət Agentliyinin kadrlar idarəsi, digər hərbi qulluqçulara hərbi qeydiyyatda olduqları Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin müvafiq olaraq yerli baş idarə, idarə, şöbə və bölmələri, mülki vətəndaşlara isə rayon (şəhər) icra hakimiyyəti orqanlarının verdiyi arayışlarla təsdiq olunur. Iş materiallarından göründüyü kimi mərhum X2 ##.##.2002-ci il tarixdə içərisində olduğu avtomobilin digər bir avtomobil ilə toqquşması və ağır xəsarət alması nəticəsində vəfat etdiyindən, “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları”nın tələbləri mərhum Z.Həsənova şamil oluna bilməz. Başqa sözlə, mərhum X2 ölümü döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı olmamışdır. Bu fakt eyni zamanda, Müdafiə Nazirliyinin yuxarıda göstərilən məktubu ilə də öz təsdiqini tapır. Belə ki, həmin məktubda Zamin Həsənovun xidmət etdiyi N nömrəli hərbi hissənin döyüş şəraitində hesab olunması barədə məlumat qeyd edilmədiyi bildirilmişdir. Göründüyü kimi, qanunverici şəhid adının verilməsini konkret olaraq şəxsin Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olması ilə şərtləndirmişdir. Buna görə də məhkəmə kollegiyası qeyd edir ki, Z.Həsənovun avtomobil qəzası nəticəsində həlak olması onun Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olması kimi qiymətləndirilə bilməz. Beləliklə, iddiaçının mərhum övladının şəhid hesab edilməsi üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.1994-cü il tarixli ** saylı qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları”nda göstərilən halların hər hansı biri mövcud olmadığından iddiaçının dəlilləri əsaslı hesab edilə bilməz. Işin faktiki və hüquqi hallarını nəzərə alaraq, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 81-82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Şirvan Inzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(3-9)-296/2026
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-9)-296/2026
03.06.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver