Azərbaycan Respublikası adından Qərardad Şirvan şəhəri İş № 2-1(3-9)-297/2026 15.07.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının hakimləri Sadıqov Mirlətif Süleyman oğlu (sədrlik edən və məruzəçi), X1 və Quliyev Ceyhun Əmir oğlundan ibarət tərkibdə, X2 oğlunun katibliyi ilə, Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi ** saylı Şirvan Ərazi Idarəsinə qarşı “birgə xüsusi mülkiyyətlərində olan Şirvan şəhəri, Tofiq Ismayılov küçəsi, ev 10, ** nömrəli mənzilin yaşayış sahəsindən qeyri-yaşayış sahəsinə keçirlməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə tələbinə dair inzibati iş üzrə Şirvan Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi ** saylı Şirvan Ərazi Idarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, birgə xüsusi mülkiyyətlərində olan Şirvan şəhəri, Tofiq Ismayılov küçəsi, ev 10, ** nömrəli mənzilin yaşayış sahəsindən qeyri-yaşayış sahəsinə keçirlməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Şirvan Inzibati Məhkəməsinin (hakim Amilya Hüseynova) ##.##.2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərardadı ilə iddianın mümkün sayılmaması qərara alınmışdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı İddiaçı birgə xüsusi mülkiyyətlərində olan Şirvan şəhəri, Tofiq Ismayılov küçəsi, ev 10, ** nömrəli mənzilin yaşayış sahəsindən qeyri-yaşayış sahəsinə keçirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını istəyir və cavabdeh qismində Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi ** saylı Şirvan Ərazi Idarəsini göstərmişdir. Məhkəmə qeyd edir ki, iddiaçının tələbi həmin tələbə cavab verməyən inzibati orqana – Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi ** saylı Şirvan Ərazi Idarəsinə qarşı yönəlmişdir. Məhkəmə tərəfindən nəzərə çatdırılır ki, bu tip tələbə cavab verməli orqan Şirvan Şəhər Icra Hakimiyyəti olmalıdır. Qərardaddan iddiaçı tərəfindən apellyasiya şikayəti verilmişdir. Işin halları: Iddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında yerləşən 51.40 kv.m sahədən ibarət yaşayış sahəsini onunla X3 birgə nikahları dövründə əldə etmişlər. Həmin bu mənzil Şirvan şəhər IHB-nin ##.##.2012-ci il tarixdə, ** nömrəli sərəncamı ilə mənzildən qeyri-yaşayış sahəsinə keçirilmişdir (Bunu təsdiq edəcək müvafiq 13 vərəqdə sənədlərdən açıq-aşkar görmək olar). Həmin sahə 2012-ci ildən bu günə kimi qeyri yaşayış sahəsi kimi fəaliyyət göstərir və faktiki olaraq icarədədir. Qeyd edir ki, Şirvan Şəhər Məhkəməsinin ##.##.2023-cü il tarixli, *(***)-**/**** saylı qətnaməsi ilə iddia tələbim qismən təmin edilmiş, tərəflərin ##.##.2012-ci il tarixdə, AN ******* nömrəli alqı-satqı müqaviləsi əsasında əldə etdikləri, ##.##.2021-ci il tarixdə X3 adına ********** qeydiyyat nömrəli çıxarışla qeydə alınmış Şirvan şəhəri, Tofiq Ismayılov küçəsi, ev 10, ** nömrəli mənzilə İddiaçı 3/14 hissədə, X3 isə 11/14 hissədə payı müəyyən edilməsi, qalan hissədə iddia təmin edilməsi, qətnamə aidiyyəti qurumlarda müvafiq qeydlər aparılması üçün əsasdır və 20 manat məbləğində məhkəmə xərci cavabdehdən tutularaq iddiaçıya verilməsi qət edilmişdir. Həmin qətnamədən verilmiş apellyasiya və kassasiya şikayətləri müvafiq məhkəmə qətnaməsi və qərarı ilə təmin edilməmişdir. Daha sonra həmin qətnamədən verilmiş icra vərəqi Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi ** saylı Şirvan Ərazi Idarəsi tərəfindən icra edilmiş və ona müvafiq çıxarış və texniki pasport verilmişdir (Bunları ərizəsinə əlavə etdiyi 6 vərəqdən ibarətə sənədlərdən açıq-aşkar görmək olar). Halhazırda bizim birgə mülkiyyətləri olan bu əmlakın naturada bölgüsünü aparmaq istəsə də, müvafiq ekspertin rəyinə əsasən bu mümkün olmamışdır. Bu səbəbdən gələcəkdə bu əmlakı açıq hərracda satılması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edəcək və bu əmlak açıq hərracda satılacağı təqdirdə faktiki olaraq bu əmlak mənzil kimi satışa çıxarılacaqdır. Bu da onun maraqlarına əhəmiyyətli şəkildə pozmuş olacaqdır. Odur ki, onların birgə mülkiyyətiləri olan Şirvan şəhəri, Tofiq Ismayılov küçəsi, ev 10, ** nömrəli mənzilin yaşayış sahəsində qeyri-yaşayış sahəsinə keçirilərək müvafiq çıxarışın verilməsi kimi öhdəliyinin tələbinə dair iddia ərizəsi ilə aidiyyatı üzrə məhkəməyə müraciət etmək məcburiyyətindədir. Birgə xüsusi mülkiyyətlərində olan Şirvan şəhəri, Tofiq Ismayılov küçəsi, ev 10, ** nömrəli mənzilin yaşayış sahəsində qeyri-yaşayış sahəsinə keçirilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi ** saylı Şirvan Ərazi Idarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Qərardaddan iddiaçı tərəfindən apellyasiya şikayəti verilmiş, şikayətdə birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsi və iddianın təmin edilməsi barədə qərardad qəbul edilməsi xahiş edilmişdir. Şikayətin dəlilləri ondan ibarətdir ki, birinci instansiya məhkəməsi tərəfindən ətraflı araşdırma aparılmamış, işin faktiki hallarına düzgün qiymət verilməmişdir. Prosessual məsələlər: Iş üzrə tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər (təmsil olunmamışlar). Iddiaçı elektron kabinet vasitəsilə ərizə ünvanlayaraq iştirakı olmadan məhkəmə baxış iclasının keçirilməsini və apellyasiya şikayətinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyası işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma: Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası məruzəni dinləyib və iş üzrə materialları araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməlidir. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçı iddia ərizəsindən inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. Iddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. “Inzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ##### 2015-ci il tarixli № * nömrəli Qərarının: 1.1-ci bəndində qeyd edilir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.3-cü bəndində qeyd edilir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Həmin Qərarın 1.4-cü bəndində qeyd edilir ki, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.3-cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, Inzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü Inzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Inzibati Prosessual Məcəllənin: 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2-ci maddəsinə əsasən məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. 12.3-cü maddəsinə əsasən məhkəmə prosesinin iştirakçıları mübahisə ilə bağlı faktiki halların araşdırılmasında və sübutların toplanılmasında məhkəməyə yardım etməyə borcludurlar. 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. 64.1-ci maddəsinə əsasən sədrlik edən hakim mübahisə ilə bağlı işin həm faktiki, həm də hüquqi tərəflərini proses iştirakçıları ilə müzakirə etməyə borcludur. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı İddiaçı birgə xüsusi mülkiyyətlərində olan Şirvan şəhəri, Tofiq Ismayılov küçəsi, ev 10, ** nömrəli mənzilin yaşayış sahəsindən qeyri-yaşayış sahəsinə keçirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını istəyir və cavabdeh qismində Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik huquqi şəxsi ** saylı Şirvan Ərazi Idarəsini göstərmişdir. Məhkəmə qeyd edir ki, iddiaçının tələbi həmin tələbə cavab verməyən inzibati orqana – Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik huquqi şəxsi ** saylı Şirvan Ərazi Idarəsinə qarşı yönəlmişdir. Məhkəmə tərəfindən nəzərə çatdırılır ki, bu tip tələbə cavab verməli orqan Şirvan Şəhər Icra Hakimiyyəti olmalıdır. Odur ki, iddiaçı İddiaçı və digər paylı mülkiyyətçi kimi çıxarışda qeyd edilmiş X3 “birgə xüsusi mülkiyyətlərində olan Şirvan şəhəri, Tofiq Ismayılov küçəsi, ev 10, ** nömrəli mənzilin yaşayış sahəsindən qeyri-yaşayış sahəsinə keçirlməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbi ilə bağlı ilkin olaraq əsl cavabdeh inzibati orqan Şirvan Şəhər Icra Hakimiyyətinə müraciət etməlidir, müvafiq orqan tərəfindən tələbdən rəsmi qaydada imtina olunduğu təqdirdə isə Şirvan Şəhər Icra Hakimiyyətinə qarşı eyni tələblə müvafiq sənədlərlə birlikdə iddia tələbi ilə Şirvan Inzibati Məhkəməsinə müraciət etməlidir. Beləliklə, məhkəmə hesab etmişdir ki, inzibati mübahisə üzrə tələbi iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlmədiyindən iddia mümkün sayılmamalıdır. Qanunvericiliyin tələbinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Lakin hazırkı iş üzrə birinci instansiya məhkəməsi iddiaçının tələbinin əsaslarını və işin faktiki hallarını tam aydınlaşdırmamış, tələbin mümkünlük şərtləri üzrə düzgün hüquqi dəyərləndirmə aparmamış, iddiaçıya tam, dolğun hüquqi yardım göstərmədən iddianı mümkünsüz hesab etmişdir. Belə ki, işdə olan Şirvan Şəhər Icra Hakimiyyəti başçısının ##.##.2012-ci il tarixli, ** nömrəli sərəncamından görünür ki, Şirvan şəhəri, Tofiq Ismayılov küçəsi, ev 10, ** nömrəli mənzilin qeyriyaşayış sahəsinə keçirilməsinə icazə verilmişdir. Göründüyü kimi, artıq müvafiq sərəncam olduğu, başqa sözlə iddiaçının hüquqi marağı sözügedən əmlaka qeyri-yaşayış sahəsi kimi hüquqlarını qeydiyyata aldırmaq təşkil etdiyi halda birinci instansiya məhkəməsi əsassız olaraq iddianın iddiaya cavab verilməli olmayan şəxsə qarşı irəli sürülməsini əsas gətirib iddianı mümkün saymamışdır. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 87.7.1-ci maddəsinə əsasən inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda apellyasiya instansiyası məhkəməsi barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Şirvan Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərardadı ləğv edilməli, iş üzrə iddianın mümkünlük şərtlərinə yenidən qiymət verilməsi və sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün iş həmin məhkəməyə qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 82-ci, 87ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilsin. Şirvan Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərardadı ləğv edilsin, inzibati iş Şirvan Inzibati Məhkəməsinə qaytarılsın. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2-1(3-9)-297/2026
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(3-9)-297/2026
15.07.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver