Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 2-1(3-9)-299/2026 15.07.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının hakimləri Sadıqov Mirlətif Süleyman oğlu (sədrlik edən və məruzəçi), X4 və Quliyev Ceyhun Əmir oğlundan ibarət tərkibdə, X9 oğlunun katibliyi, iddiaçı İddiaçı və onun vəkili nümayəndə4 Ağamməd oğlunun, cavabdehin nümayəndəsi nümayəndə2 iştirakları ilə, Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X1 Şəxsin Xüsusi Şərtlərlə X5 Filialı qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiya hüququnun yarandığı ##.##.2024-cü il tarixdən, 60 yaşdan əvvəlki aylar üçün ödənilməmiş pensiya məbləğinin hesablanaraq ödənilməsi” tələbinə dair inzibati iş üzrə Şirvan Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X1 Şəxsin Xüsusi Şərtlərlə X5rşı iddia ərizəsi ilə müraciət edərək, güzəştli şərtlərlə yaşa görə əmək pensiya hüququnun yarandığı ##.##.2024-cü il tarixdən, 60 yaşdan əvvəlki aylar üçün ödənilməmiş pensiya məbləğinin hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Şirvan Inzibati Məhkəməsinin (hakim Amilya Hüseynova) ##.##.2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli nömrəli qərarı ilə iddia təmin edilmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2007-ci il tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısında göstərilən vəzifələrdə çalışması ilə əlaqədar 12 il 6 aydan artıq güzəştli iş stajına malik olmuşdur. Bundan başqa nəzərə alınmalıdır ki, əmək qanunvericiliyinin yuxarıda sadalanan normaları mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq bütün qurumlarda işləmiş sığortaolunanlara əmək pensiyası hesablanarkən onun işlədiyi və əmək kitabçasında öz əksini tapmış hər hansı işin müddətini də nəzərdə tutur. Göstərilənlərə əsasən məhkəmə iş üzrə sübutlara məcmu qaydada qiymət verərək, qanunvericilik normalarını rəhbər tutaraq hesab etmişdir ki, iddiaçı İddiaçı iddiası təmin edilməli, iddiaçıya 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməli və həmin tarixdən hesablanaraq ödənilməsi öhdəliyi cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sоsiаl Müdаfiə Fоndunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməlidir. Qərardan cavabdeh tərəfindən apellyasiya şikayəti verilmişdir. Işin halları: Iddia tələbi onunla əsaslandırılmışdır ki, o, ## ###### 1964-cü ildə Əli-Bayramlı şəhərində anadan olmuş, 1982-1984-cü illərdə Sovet Ordusunda hərbi xidmət keçmişdir. 1980-ci ildən əmək fəaliyyətinə başlamış və müxtəlif sahələrdə çalışmışdır. ## ###### 2024-cü ildə 60 yaşına çatmış və bu tarixə 39 il 5 ay 30 gün ümumi əmək stajına malikdir. Bu stajın 13 il 2 ay 38 günü zərərli və ağır əmək şəraitində fəaliyyət göstərdiyi dövrü əhatə edir. Iddiaçı 2025-ci ildə ƏƏSMN yanında DSMF-yə ərizə ilə müraciət edərək 60 yaşdan güzəştli pensiya hüququnun tanınmasını və pensiya təyin olunmasını xahiş etmişdir. Iddiaçı 2025-ci ildə ƏƏSMN yanında DSMF-yə ərizə ilə müraciət edərək 60 yaşdan güzəştli pensiya hüququnun tanınmasını və pensiya təyin olunmasını xahiş etmişdir. Lakin ## #### 2025-ci il tarixli *-**-*/*-H-******/**** saylı məktubla müraciət əsassız şəkildə rədd edilmiş və öz qərarını onunla əsaslandırmişdır ki; Qanunun 9.1-ci maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şərait i xüsusiləzərərli və ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir. Azərbaycan Respublikasi Nazirlər Kabinetinin ## ###### 2007-ci il tarixli ** nömrəli Qərari ilətəsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən is tehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısının bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulmasi,texniki təchizatı, bərpası və təmiri bölməsinin (29) fəhlələr yarımbəndində (a yüksək gərginlikli vəkontakt şəbəkəli hava xətlərinin quraşdırılması üzrə elektrik montyorları, xətçilər və polad və dəmir-beton konstruksiyal arının quraşdırılması üzrə quraşdırıcılar vəzifələri nəzərdə tutulub. Mərkəzi Filiala təqdim etdiyi “xxxx” ASC-nin etibarnamə üzrə nümayəndəsi olduğu İddiaçı dair ## ### 2025-ci il tarixli **-PH/*** nömrəli arayişda ##.##.1996-##.##.2001-ci il tarixləri arasındakı dövr ərzində xətt üzrə elektromontyor vəzifəsində işlədiyi qeyd olunub. Lakin sözügedən arayışda Vəkil Həsənovun xətt üzrə elektromontyoru vəzifəsində işlədiyi müddətdə yüksək gərginlikli və k ontakt şəbəkəli hava xətlərinin quraşdırılması üzrə məşğul olub-olmamağı barədə hər hansı məlumat göstərilməyib. Bundan başqa, SOCAR "Aznefflstehsalat Bi rliyinin # ### 2025-ci il tarixli **-*/*-H-****-*/**** nömrəli arayışında ##.##.2007-##.##.2015-ci il tarixləri arasındakı dövr ərzində elektrik xətt quraşdırıcısı vəzifəsind ə işlədiyi qeyd olunub. Lakin adıçəkilən şəxsin işlədiyi xətt üzrə quraşdırıcı vəzifəsi s özügedən arayışda istinad edilən, yuxarıda qeyd olunan polad və dəmir-beton konstruksiyalarının quraşdırılması üzrə quraşdırıcılar vəzifəsinə uyğun deyil. Göstərilən səbəblərdən də onun güzəştli iş stajı yoxdur. Iddiaçı aşağıdakı vəzifələr üzrə çalışmışdır: ##.##.1980-##.##.1982: DCU-15 DSR lll-3-də avtomobil mexaniki, ##.##.1984-##.##.1986: DCU-15 DSR lll-3-də fəhlə, ##.##.1986-##.##.1988: "Azərxxxx" birliyində 2-ci dərəcəli fəhlə, ##.##.1996-##.##.2001: eyni müəssisədə xətt üzrə elektromontyor, ##.##.2006-##.##.2015: "xxxx" MMC və SOCAR "Azneffdə elektrik xətt quraşdırıcısı, ##.##.2015-hal-hazırda: "xxxx" ASC-də hava və kabel təmirçisi. "Azərxxxx" Birliyinin 6 Nö-li Ixtisaslaşdirilmis Tikinti-Quraşdırma Idarəsinin haqq-hesab cədvellərinə əsasən ##.##.1986-ci ildə (əmr No 67 k) 1-ci sahəyə 2-ci dərəcəli fəhlə işinə qəbul edilmiş, ##.##.1988-ci ildə (əmr No 27 k) Azərbaycan SSR Əmək Qanunları Məcəlləsinin 37-ci maddəsinə əsasən öz xahişi ilə işdən azad olunmuşdur. ##.##.1996-ci ildə (əmr No 53-k, ##.##.1996-ci il) "Azərneftlayihetikinti" Birliyinin 6 Nö-li Ixtisaslaşdırilmiş Tikinti-Quraşdırma Idarəsinin 1-ci sahəsinə 3-cü dərəcəli xətt azrəelektromontyor peşesinə işə qəbul edilmiş, haqq-hesab cədvəllərində peşəsi 1996-ci ilin noyabr ayından 2001-ci ilin iyun ayınadək 3-cü dərəcəli el/montyoru, 2001-ci ilin iyul ayindan oktyabr ayınadək 2-ci dərəcəli fəhlə olaraq göstərilmişdir. Beləliklə, iddiaçı “Azərxxxx" Birliyinin 6 Nö-li Ixtisaslaşdırilmiş Tikinti-Quraşdırma Idarəsində ##.##.1996-ci il tarixdən ##.##.2001-ci il tarixədək (04 il 11 av 17 gün) işlədiyi xətt üzrə elektromontyor peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2007-ci il tarixli 12 Nö- li oərari ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yasa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı"nın 29-cu “Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri" yarımbölməsində nəzərdə tutulan “yüksək gərginlikli və kontakt şəbəkəli hava xətlərinin quraşdırılması üzrə elektrik montyorları. xətçilər” peşəsi ilə eynilik təşkil edir. Güzəştli pensiya üçün staj: 04 il 11 ay 17 gün təşkil edir. ##.##.2006-cı ildə (Əmr No-193-kş, ##.##.2006-cı il) “xxxx" MMC-nin X11 və Yarımstansiyaların Tikintisi və Təmiri Idarəsinin Sumqayıt X11 çəkilişi üzrə fəhlə peşəsinə qəbul edilib, 01,10.2007-ci ildə (Əmr No188/1a-kş, ##.##.2007-ci il) X11 Tikintisi və Təmiri Idarəsinin 3 Nö-li Tikinti sahəsinə elektrik xətt quraşdırıcısı peşəsinə keçirilib, ##.##.2012-ci ildə (ATÜ/572No-li Əmr, 05.11,2012-ci il ) X11, Yarımstansiyaların Tikintisi və Yenidənqurulması Idarəsinin 1 Saylı tikinti sahəsinə elektrik xətt quraşdırıcısı peşəsinə keçirilib və ##.##.2015-ci ildə (Əmr No-11/09-irş, 21.01,2015-ci il) Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci Maddəsinin 2-ci hissəsinin “a” bəndinə (işçinin təşəbbüsü ilə) əsasən əmək müqaviləsinə xitam verilib. Göstərilən peşələr Azərbaycan Respublikasinin Nazirlər Kabinetinin 23.01,2007-ci il tarixli 12 Nö-li Qərarının 29-cu “Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri” Fəslinin “"a" Fəhlələr bəndinə əsasən “polad və dəmir-beton konstruksiyalarının quraşdırılması üzrə quraşdırıcıların işi xüsusi zərərli əmək şəraitində işlərə aid olduğuna görə güzəştli şərtlərlə pensiya hüququna malikdir. Həmçinin Azərbaycan Respublikasinin Nazirlər Kabinetinin ## #### 1993-cüil tarixli 320 Sayli Qərarının 2 Nö-li əlavəsinin “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin“ 2 Nö-li siyahısının, XXVII “Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri” Fəslinə (Şifrə 22900000) əsasən 22290000a-14612 kodlari ilə quraşdırıcıların işi ilə eynidir və güzəştli şərtlərlə pensiya hüququna malikdirlər.Güzəştli pensiya üçün staj: 08 il, 03 ay, 21 gün təşkil edir. ƏƏSMN yanında DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının ## #### 2025-ci il tarixli *-**-*/*-H- ******/**** saylı məktubu ilə İddiaçı güzəştli şərtlərlə əmək pensiyasının təyinatından imtinası aşağıdakı səbəblərdən əsassızdır: Imtina “fəaliyyət uyğun gəlmir” arqumentinə əsaslansa da, bu hüquqi və faktiki baxımdan yanlışdır: Cavabdeh qeyd edir ki, təqdim olunmuş arayışlarda iddiaçının çalışdığı “xətt üzrə elektromontyor” və “elektrik xətt quraşdırıcısı” vəzifələri Nazirlər Kabinetinin ##.##.2007-ci il tarixli ** saylı qərarına uyğun gəlmir. Lakin bu fikir yanlışdır, çünki: NK-nin həmin qərarına uyğun olaraq "yüksək gərginlikli və kontakt şəbəkəli hava xətlərinin quraşdırılması üzrə elektrik montyorları, xətçilər" və “polad və dəmir-beton konstruksiyalarının quraşdırılması üzrə quraşdırıcılar” güzəştli iş hesab olunur. Iddiaçının çalışdığı müəssisələr (“Azərxxxx”, “xxxx” MMC və s.) üzrə vəzifələri real olaraq bu işlərlə tam eynilik təşkil edir. Təqdim olunmuş əmrlər, haqq-hesab cədvəlləri və arxiv arayışları iddiaçının bu işləri konkret dövrlərdə, konkret vəzifələr üzrə icra etdiyini aydın və açıq şəkildə sübut edir. Arayışlarda “yüksək gərginlikli hava xətləri” ifadəsi xüsusi qeyd edilməsə də, bu, güzəşt hüququnun rədd edilməsi üçün əsas ola bilməz. Işəgötürən tərəfindən verilən arayışda konkret “yüksək gərginlikli” və ya “kontakt şəbəkəli” ifadəsinin yazılmaması avtomatik olaraq həmin peşənin siyahıya uyğun gəlmədiyi mənasına gəlmir. Işin faktiki xüsusiyyəti, çalışdığı idarənin profili və normativ sənədlərdəki təsvirlə eynilik təşkil edirsə, bu, güzəşt hüququnun tanınması üçün kifayət qədər əsasdır. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən, əgər cavabdeh qurum imtinanı “şərait uyğun gəlmir” arqumenti ilə əsaslandırırsa, bu faktiki şəraitin mövcud olmadığını məntiqi və sənədlərlə sübut etmək onun öhdəliyindədir. Halbuki cavabdeh sadəcə "arıqlı ifadə yoxdur" kimi formal yanaşma ilə kifayətlənmişdir. Iddiaçının 1993-cü il *** nömrəli qərarla qüvvədə olan dövrlərdə (1996-2001 və 2006- 2015) bu vəzifələrdə çalışması “keçid dövrü normativ aktlarına uyğun staj” hesab olunur. Bu baxımdan, cavabdeh hazırkı qanunvericiliyin texniki ifadələrinə əsaslanaraq əvvəlki qanunvericiliyin imkan verdiyi hüququ tanımaqdan imtina edə bilməz. 13 il 2 ay 38 gün güzəştli əmək stajı rəsmi sənədlərlə təsdiqlənmişdir. Iddiaçının stajı müxtəlif dövrlərdə bir neçə müəssisədə güzəştli siyahılarda göstərilən peşələr üzrə icra olunub, bu da stajın dağınıq və müxtəlif formalarda (elektromontyor, xətt quraşdırıcısı) olmasına baxmayaraq bütöv şəkildə güzəştli sayılmasını təmin edir. Cavabdehin imtina qərarı: Faktiki iş şəraitinə hüquqa zidd qiymət verib; Arayışlarda konkret ifadələrin olmamasını hüquqdan məhrumetmə əsası kimi dəyərləndirib; Əvvəlki qanunvericilik aktlarını və Konstitusiya normalarını nəzərə almayıb; Iddiaçının təqdim etdiyi sübutlara hüquqi qiymət vermədən ümumi və formal yanaşma ilə cavab verib. Bu səbəblə, həmin imtina qərarı qanunsuz və əsassız hesab olunmalıdır və IPM-in 73.1ci maddəsinə uyğun olaraq, məhkəmə tərəfindən ləğv edilməli, cavabdehin üzərinə əmək pensiyası təyin etmə öhdəliyi qoyulmalıdır. Iş üzrə cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X1 Şəxsin Xüsusi Şərtlərlə X5 Filialı tərəfindən iddia ərizəsinə etiraz təqdim edərək bildirmişdir ki, iddiaçı İddiaçı ərizə ilə Mərkəzi Filiala müraciət edərək güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Lakin müraciətə baxılaraq iddiaçı İddiaçı ##.##.2025-ci il tarixli *-**-*/*-H-******/**** nömrəli məktubla güzəştli iş stajı olmadığından güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina edilmişdir. Belə ki, iddiaçının Mərkəzi Filiala təqdim etdiyi “SOCAR" "xxxx IB # ### 2025-ci il tarixli **-*/*-H-****-*/**** nömrəli arayışında onun ##.##.1996-ci il tarixindən ##.##.2001-ci il tarixinədək xətt üzrə elektromontyor vəzifəsində işlədiyi qeyd olunmuşdur Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2007-ci il tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri bölməsinin (29) fəhlələr yarımbəndində (a yüksək gərginlikli və kontakt şəbəkəli hava xətlərinin quraşdırılması üzrə elektrik montyorları, xətçilər və polad və dəmirbeton konstruksiyalarının quraşdırılması üzrə quraşdırıcılar vəzifələri nəzərdə tutulub. Lakin sözügedən arayışda Vəkil Həsənovun xətt üzrə elektromontyoru vəzifəsində işlədiyi müddətdə yüksək gərginlikli və kontakt şəbəkəli hava xətlərinin quraşdırılması üzrə məşğul olub-olmamağı barədə hər hansı məlumat göstərilməmişdir. Belə ki, adından da göründüyü kimi elektromontyor və yüksək gərginlikli və kontakt şəbəkəli hava xətlərinin quraşdırılması üzrə elektrik montyorları bir-birindən fərqli işləri görür. Hər ikisi elektrik montyoru olsa da, yüksək gərginlikli hava xətlərinin quraşdırılması üzrə elektrik montyorları digərinə münasibətdə işçinin həyat və sağlamlığı üçün daha zərərli, əmək şəraiti daha təhlükəli olduğu üçün məhz həmin elektrik montyorlarının vəzifəsi güzəştli şərtlərlə pensiya təyinatı hüququ verir. Əgər qanunvericinin belə bir məqsədi olmasa idi, belə olan halda bu bölgünün də hər hansı əhəmiyyəti qalmayacaqdı. Həmçinin “xxxx” ASC-nin **-PH/*** nömrəli arayışında iddiaçının ##.##.2007-##.##.2015-ci il tarixləri arasındakı dövr ərzində elektrik xətt quraşdırıcısı vəzifəsində işlədiyi qeyd olunmuşdur. Arayışdan da göründüyü kimi müəssisə İddiaçı adıçəkilən Siyahıda polad və dəmirbeton konstruksiyalarının quraşdırılması üzrə quraşdırıcılar vəzifələrinə istinad etmiş, lakin onun çalışdığı vəzifənin elektrik xətt quraşdırıcısı olduğunu qeyd etmişdir. Bu məqamda iki vəzifə arasındaki fərqə nəzər yetirmək zəruridir. Belə ki, dəmir-beton konstruksiyalarının quraşdırılması üzrə quraşdırıcılar ağır dayaq, sütunların, konstruksiyaların quraşdırılması, krandan istifadə etməklə böyük blokların qaldırılması və s. işləri görür. Lakin elektrik xətt quraşdırıcısı isə hazır konstruksiya üzərində elektrik xətlərinin çəkilməsi işlərini həyata keçirir. Göründüyü kimi bu iki vəzifə üzrə fəaliyyətlər bir-birinin ardı olan işləri nəzərdə tutmuşdur. Belə olan halda onların hər ikisinin eyni işləri görməsi mümkün deyildir. Buna görə də elektrik xətt quraşdırıcısı vəzifəsi ilə bağlı polad və dəmir-beton konstruksiyalarının quraşdırılması üzrə quraşdırıcılar vəzifələrinə istinad edilməsi ağlabatan görünmür. Göründüyü kimi iddiaçının işlədiyi xətt üzrə elektromontyor vəzifəsi sözügedən arayışda istinad olunan, yuxarıda qeyd olunan Qərarla təsdiq edilmiş Siyahıda nəzərdə tutulan yüksək gərginlikli və kontakt şəbəkəli hava xətlərinin quraşdırılması üzrə elektrik montyorları vəzifəsi ilə, həmçinin işlədiyi elektrik xətt quraşdırıcısı vəzifəsi polad və dəmir-beton konstruksiyalarının quraşdırılması üzrə quraşdırıcılar vəzifəsi ilə uyğunluq təşkil etmir. Göstərilən səbəblərdən də Vəkil Həsənovun güzəştli iş stajı yoxdur. Bildiririk ki, "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun (bundan sonra Qanun) 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrində, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 7-ci maddəsinə əsasən 65 yaşına çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il ####un #-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Eyni zamanda bildiririk ki. Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filial əsasnaməsinə uyğun olaraq öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezdentinin fərmanlarını və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əsasnaməsini və Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsini, Nazirliyin normativhüquqi aktlarını, əmək və əhalinin sosial müdafiəsi nazirinin əmr və sərəncamlarını, Fondun idarə Heyətinin qərarlarını, X6 sədrinin sərəncam və əmrlərini rəhbər tutur. Qanunun 9.1-ci madddəsınə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati Kollegiyasının ##.##.2024-cü il tarixli *-*(***)-***/**** nömrəli qərarında qeyd olunmuşdur ki, Məhkəmə kollegiyası oxşar mübahisələrlə bağlı əvvəlki qərarlarında ifadə etdiyi mövqeyə uyğun olaraq ilk öncə qeyd edir ki, iddiaçının əmək fəaliyyətinə dair məlumatların mötəbərliyi özü-özlüyündə (yəni onun mötəbərliyini aradan qaldıran və ya şübhə altına ala bilən digər sübutlar olmadan) şübhə doğurmasa da, əmək pensiyasının təyin edilməsi üçün zəruri şərt kimi çıxış edən fakta və ya faktlara dair həqiqi vəziyyəti dəqiq əks etdirməlidir. Əlavə olaraq bildirilmişdir ki, Ali Məhkəmə tərəfindən inzibati məhkəmələrə ünvanlanmış icmal məktubda məhkəmələrə izah olunmuşdur ki, iş yerindən əldə edilən sənəd məzmunca iddiaçının arayışda qeyd olunan işlərdə və müddətlərdə zərərli əmək şəraitində işləməsini müəyyən etməyə imkan verməli, ümumi ifadələrdən istifadə edilməməli, iddiaçının işlədiyi sahələr, peşələr və vəzifələrin müvafiq icra hakimiyyətinin təsdiq etdiyi siyahılarda təsbit olunmuş aidiyyəti kodlara uyğunluğu göstərilməlidir. Lakin onu da nəzərə almaq lazımdır ki, apellyasiya instansiyası məhkəməsi iş yerindən təqdim edilmiş belə arayışı heç də həmişə birmənalı sübut kimi qəbul etməməlidir. Məhkəmə tərəfindən Azərbaycan Respublikası IPM-in 58.6-cı maddəsinə uyğun olaraq, işə baxılarkən həmin arayışın məzmunu diqqətlə tədqiq edilməli və qiymətləndirməli, zərurət yaranarsa, sənədi vermiş müəssisədən əlavə məlum vəzifə təlimatları tələb edilməklə və ya digər müvafiq araşdırma aparılmaqla iddiaçının həqiqətən güzəştli şərtlə pensiya hüququ verən sahədə və peşədə işləyib-işləmədiyi mötəbər qaydada müəyyən edilməlidir. Oxşar işlər üzrə Ali Məhkəmənin formalaşmış hüquqi mövqeyinə görə, məhkəmə qərarının əsaslandırılması zamanı iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğunluğu dəqiq göstərilməlidir. Bu halda, məhkəmə iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının *-*(***)-***/**** nömrəli ##.##.2024-cü il tarixli qərarınıda da qeyd olunmuşdur ki, məhkəmə kollegiyası nəzərə alır ki, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün iddiaçı güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışını təqdim etməlidir. Eyni ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair işlərə baxılarkən iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış (güzəştli iş arayışı) tələb edilməli və həmin sənəd iş materiallarına əlavə olunmalıdır. Iş yerindən əldə edilən həmin sənəd məzmunca iddiaçının arayışda qeyd olunan işlərdə və müddətlərdə zərərli əmək şəraitində işləməsini müəyyən etməyə imkan verməli, ümumi ifadələrdən istifadə edilməməli, iddiaçının işlədiyi sahələr, peşələr və vəzifələr müvafiq icra hakimiyyətinin təsdiq etdiyi Siyahılarda təsbit olunmuş aidiyyəti kodlara uyğunluğu göstərilməlidir. Məhkəmə kollegiyası, həmçinin oxşar mübahisələrlə bağlı Ali Məhkəmənin formalaşmış hüquqi mövqeyinə uyğun olaraq qeyd edir ki, məhkəmələr iş yerlərindən təqdim edilmiş belə arayışları heç də həmişə birmənalı sübut kimi qəbul etmək vəzifəsi daşımırlar. Odur ki, işlərə baxılarkən həmin arayışların məzmunu diqqətlə tədqiq edilməli və qiymətləndirməli, zərurət yaranarsa, sənədi vermiş müəssisədən əlavə məlumat, vəzifə təlimatları tələb edilməklə və ya digər müvafiq araşdırma aparılmaqla iddiaçının həqiqətən güzəştli şərtlə pensiyaya hüquq verən sahədə və peşədə işləyibişləmədiyi mötəbər qaydada müəyyən olunmalıdır (2-1(102)-1410/2021, 2-1(102)-131/2022, 2-1(102)- ****/**** №-li işlər üzrə qərarlar). Nəzərə alınmalıdır ki, Əmək Məcəlləsinin 159-cu maddəsinin 1-ci hissəsinə əsasən, əmək şəraiti ağır və zərərli olan işlərdə və iqlim şəraitinə görə işləmək üçün əlverişli olmayan iş yerlərində işçilərin və Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində işləyən mütəxəssislərin əmək haqqının yüksək məbləğdə ödənilməsini təmin edən artımların (əmsalların) müəyyən edilməsi həmin iş yerlərində, peşələrdə və vəzifələr işləmiş şəxslərə münasibətdə "Əmək pensiyaları haqqında" Qanunun 9.1-ci maddəsinin tətbiqi üçün özü-özlüyündə əsas vermir. Qeyd olunduğu kimi, güzəştli iş stajına dair arayışların məzmunu diqqətlə tədqiq edilməli və qiymətləndirməli, zərurət yaranarsa, sənədi vermiş müəssisədən əlavə məlumat, vəzifə təlimatları tələb edilməklə və ya digər müvafiq araşdırma aparılmaqla (məsələn, eyni müəssisədə, eyni əmək şəraitində həmin vəzifəni icra etmiş və ya icra edən digər şəxslərin təhiükəliliyi 3-cü sinifdən aşağı olmayan zərərli maddələrlə işlədiklərinə dair məlumatlar, həmin işlərin icrası məqsədləri üçün müəssisəyə daxil olan (alman, tədarük edilən) və tətbiq edilən boyaq materiallarının və onların qatqılarının kimyəvi tərkibi barədə tədarükçünün məlumatları, şahidlərin ifadələri və s.) iddiaçının həqiqətən güzəştli şərtlə pensiyaya hüquq verən sahədə və peşədə işləyib-işləmədiyi mötəbər qaydada müəyyən olunmalıdır. Göründüyü kimi, iddiaçı ##.##.1996-ci il tarixindən ##.##.2001-ci il tarixinədək xətt üzrə elektromontyor və ##.##.2007-##.##.2015-ci il tarixləri arasındakı dövr ərzində elektrik xətt qurasdırıcısı vəzifəsində işləsə də, xətt üzrə elektromontyor vəzifəsi sözügedən arayışda istinad olunan, yuxarıda qeyd olunan Qərarla təsdiq edilmiş Siyahıda nəzərdə tutulan yüksək gərginlikli və kontakt şəbəkəli hava xətlərinin quraşdırılması üzrə elektrik montyorları vəzifəsinə, həmçinin işlədiyi elektrik xətt quraşdırıcısı vəzifəsi sözügedən Siyahının polad və dəmir-beton konstruksiyalarının quraşdırılması üzrə quraşdırıcılar vəzifəsinə uyğun deyil. Göstərilən səbəblərdən də iddiaçı İddiaçı güzəştli iş stajı yoxdur. Qeyd olunanları nəzərə alaraq iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. Odur ki, yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Inzibati Prosessual Məcəllənin 47-ci maddəsini rəhbər tutaraq, *-*(***)- ****/**** nömrəli iş üzrə iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat X12rşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiya hüququnun yarandığı ##.##.2024-cü il tarixdən, 60 yaşdan əvvəlki aylar üçün ödənilməmiş pensiya məbləğinin hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbinə dair iddiasının təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddianın təmin edilməməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri iddia ərizəsinə etirazın dəlilləri ilə eynilik təşkil edir. Prosessual məsələlər: Cavabdehin nümayəndəsi nümayəndə2 apellyasiya şikayətini müdafiə etdiyini bildirdi. Əsaslandırma: Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası iddia tələbinin mahiyyəti ilə bağlı aşağıdakıları qeyd edir. Işdə olan AA******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı ##.##.1964-cü il tarixində ünvan 1 ünvanı üzrə qeydiyyatdadır. Işdə olan NZ seriyalı, ******* nömrəli hərbi biletin surətindən görünür ki, İddiaçı ##.##.1982-ci il tarixdən ## ###### 1984-cü il tarixədək hərbi xidmətdə olmuşdur. Işdə olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X1 Şəxsin Xüsusi Şərtlərlə X5 Filialının ##.##.2025-ci il tarixli *-**- */*-H-******/**** nömrəli imtina məktubuna əsasən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına daxil olmuş # #### 2025-ci il tarixli ərizənizə və ona əlavə olunmuş sənədlərə aidiyyəti üzrə baxılmışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 7-ci maddəsinə əsasən 65 yaşına çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il ####un #-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filial əsasnaməsinə uyğun olaraq öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezdentinin fərmanlarını və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əsasnaməsini və Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsini, Nazirliyin normativ-hüquqi aktlarını, əmək və əhalinin sosial müdafiəsi nazirinin əmr və sərəncamlarını, X6 qərarlarını, X6 sədrinin sərəncam və əmrlərini rəhbər tutur. Qanunun 9.1-ci maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2007-ci il tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri bölməsinin (29) fəhlələr yarımbəndində (a yüksək gərginlikli və kontakt şəbəkəli hava xətlərinin quraşdırılması üzrə elektrik montyorları, xətçilər və polad və dəmir-beton konstruksiyalarının quraşdırılması üzrə quraşdırıcılar vəzifələri nəzərdə tutulub. Mərkəzi Filiala təqdim etdiyi “xxxx” ASC-nin etibarnamə üzrə nümayəndəsi olduğu İddiaçı dair ## ### 2025-ci il tarixli **-PH/*** nömrəli arayışda ##.##.1996-##.##.2001-ci il tarixləri arasındakı dövr ərzində xətt üzrə elektromontyor vəzifəsində işlədiyi qeyd olunub. Lakin sözügedən arayışda Vəkil Həsənovun xətt üzrə elektromontyoru vəzifəsində işlədiyi müddətdə yüksək gərginlikli və kontakt şəbəkəli hava xətlərinin quraşdırılması üzrə məşğul olub-olmamağı barədə hər hansı məlumat göstərilməyib. Bundan başqa, SOCAR “xxxx” istehsalat Birliyinin # ### 2025-ci il tarixli **-*/*-H-****- */**** nömrəli arayışında ##.##.2007-##.##.2015-ci il tarixləri arasındakı dövr ərzində elektrik xətt quraşdırıcısı vəzifəsində işlədiyi qeyd olunub. Lakin adıçəkilən şəxsin işlədiyi xətt üzrə quraşdırıcı vəzifəsi sözügedən arayışda istinad edilən, yuxarıda qeyd olunan polad və dəmir-beton konstruksiyalarının quraşdırılması üzrə quraşdırıcılar vəzifəsinə uyğun deyil. Göstərilən səbəblərdən də onun güzəştli iş stajı yoxdur. Qeyd olunanları nəzərə alaraq, Vəkil Həsənova güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Müraciətinə baxılmasının bu məktubda əks olunan nəticəsi ilə bağlı qərarla razı olmadığınız təqdirdə 30 gün müddətində yuxarı inzibati orqana və ya məhkəməyə müraciət etmək hüququnuz vardır. Işdə olan ##.##.2025-ci il tarixli **/**-*** nömrəli arayışına əsasən, İddiaçı ##.##.2015-ci il tarixindən hal-hazıradək “xxxx” ASC-nin X7 Təchizatı və Satışı Idarəsinin Hava və kabel xidmətində hava xəttinin təmiri üzrə elektrik montyoru vəzifəsində çalışır. Işdə olan ## ##### 2025-ci il tarixli **- */*-H-****-*/**** nömrəli arxiv arayışından görünür ki, SOCAR-ın Mərkəzi Arxivində saxlanılan sənədlərə əsasən İddiaçı iş stajı aşağıdakı kimidir: “Azərxxxx” Birliyinin * №-li Ixtisaslaşdırılmış Tikinti-Quraşdırma Idarəsinin haqq-hesab cədvəllərinə əsasən ##.##.1986-cı ildə (əmr № ** k) 1-ci sahəyə 2-ci dərəcəli fəhlə işinə qəbul edilmiş, ##.##.1988-ci ildə (əmr № ** k) Azərbaycan SSR Əmək Qanunları Məcəlləsinin 37-ci maddəsinə əsasən öz xahişi ilə işdən azad olunmuşdur. ##.##.1996-cı ildə (əmr № **-k, ##.##.1996-cı il) “Azərxxxx” Birliyinin * №-li Ixtisaslaşdırılmış Tikinti-Quraşdırma Idarəsinin 1-ci sahəsinə 3-cü dərəcəli xətt üzrə elektromontyor peşəsinə işə qəbul edilmiş, haqq-hesab cədvəllərində peşəsi 1996-cı ilin noyabr ayından 2001-ci ilin iyun ayınadək 3-cü dərəcəli el/montyoru, 2001-ci ilin iyul ayından oktyabr ayınadək 2-ci dərəcəli fəhlə olaraq göstərilmişdir. Qeyd: Mərkəzi Arxivdə saxlanılan “Azərxxxx" Birliyinin * №-li Ixtisaslaşdırılmış Tikinti-Quraşdırma Idarəsinin sənədləri natamam olduğundan işdən azad olunma barədə qeyd göstərmək mümkün olmamış, arayış mövcud sənədlərə istinadən tərtib olunmuşdur. Azərbaycan Respublikası Prezidentinin “Yanacaq-energetika kompleksi müəssisələrinin özəlləşdirilməsi haqqında" ## #### 2001-ci il tarixli *** saylı Sərəncamı ilə, ARDNŞ-nin ## ####### 2001-ci il tarixli *** №-li və Quruda Neft və X20 ## ####### 2001-ci il tarixli *** №-li əmrlərinə əsasən "Azərxxxx" Birliyi “xxxx” Açıq Səhmdar Cəmiyyətinə çevrilmiş, Quruda Neft və X20 struktur tərkibindən çıxarılmışdır. Müəssisənin fəaliyyəti zamanı yaranmış sənədlər Mərkəzi Arxivə təhvil verilməmiş, sənədlərin yalnız bir hissəsi 2019-cu ildə aşkarlanaraq fondlaşdırılmışdır. Işdə olan “SOCAR”ın 0# ### 2025-ci il tarixli **-*-*/*-H-***-*/**** nömrəli məktubuna əsasən, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən peşələrdə sosial sığorta (əmək) stajı ilə bağlı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə (SOCAR) daxil olmuş (qeydiyyat: **-*/*-H-****-*/**** nömrəli, ##.##.2025-ci il) müraciəti SOCAR-ın Baş ofisinin Mərkəzi arxivinin ##.##.2025-ci il tarixli **- */*-*-****/**** nömrəli məktubu ilə baxılmaq üçün “xxxx” Istehsalat Birliyinə göndərilmiş və müəssisənin aidiyyəti mütəxəssisləri tərəfindən müvafiq qaydada araşdırılmışdır. SOCAR-ın Baş ofisinin Mərkəzi arxivindən verilmiş ##.##.2025-ci il tarixli **-*/*-H-****-*/**** nömrəli arxiv arayışında “Azərxxxx” Birliyinin * №-li Ixtisaslaşdırılmış TikintiQuraşdırma Idarəsində ##.##.1986-cı il tarixdən ##.##.1988-ci il tarixədək fəhlə, həmin idarədə ##.##.1996-cı il tarixdən ##.##.2001-ci il tarixədək xətt üzrə elektromontyor peşəsində işlədiyi qeyd olunur. “Azərxxxx” Birliyinin * №-li Ixtisaslaşdırılmış Tikinti-Quraşdırma Idarəsində ##.##.1996-cı il tarixdən ##.##.2001-ci il tarixədək (04 il 11 ay 17 gün) işlədiyi xətt üzrə elektromontyor peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2007-ci il tarixli ** №-li qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı"nın 29-cu "Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri" yarımbölməsində nəzərdə tutlan “yüksək gərginlikli və kontakt şəbəkəli hava xətlərinin quraşdırılması üzrə elektrik montyorları, xətçilər” peşəsi ilə eynilik təşkil edir. Işdə olan “SOCAR”ın ## ######## 2025-ci il tarixli **-*-*/*-****/**** nömrəli məktubuna əsasən, sizin, məhkəmənin icraatında olan *-*(***)-****/**** nömrəli iş üzrə iddiaçı İddiaçı iddia tələbi üzrə zəruri olan məlumatların məhkəməyə təqdim edilməsi ilə bağlı Azərbaycan Respublikası Dölət Neft Şirkərinə (SOCAR) daxil olmuş sorğu məktubu SOCAR-ın ##.##.2025-ci il tarixli **-*/*-*-****/**** nömrəli məktubu ilə baxılmaq üçün “xxxx” Istehsalat Birliyinə (“xxxx” IB) göndərilmiş və “xxxx” IB-də aidiyyəti üzrə baxılmışdır. SOCAR-ın Mərkəzi arxivindən verilmiş ##.##.2025-ci il tarixli **-*/*-H-****-*/**** nömrəli arxiv arayışında İddiaçı “Azərxxxx” Birliyinin * №-li Ixtisaslaşdırılmış Tikinti Quraşdırma Idarəsində ##.##.1986-cı il tarixdən ##.##.1988-ci il tarixədək fəhlə, həmin idarədə ##.##.1996-cı il tarixdən ##.##.2001-ci il tarixədək xətt üzrə elektromontyor peşəsində işlədiyi qeyd olunur. SOCAR-ın Mərkəzi arxivindən verilmiş arayışdakı qeydlərə əsasən Azərbaycan Respublikası Prezidentinin “Yanacaqenergetika kompleksi müəssisələrinin özəlləşdirilməsi haqqında” ## #### 2001-ci il tarixli *** saylı Sərəncamı ilə, ARDNŞ-nin ## ####### 2001-ci il tarixli *** №-li və Quruda Neft və X20 ## ####### 2001-ci il tarixli *** №-li əmrlərinə əsasən “Azərxxxx” Birliyi “xxxx” Açıq Səhmdar Cəmiyyətinə çevrilmiş, Quruda Neft və X20 struktur tərkibindən çıxarılmışdır. Müəssisənin fəaliyyəti zamanı yaranmış sənədlər SOCAR-ın Mərkəzi arxivinə təhvil verilməmiş, sənədlərin yalnız bir hissəsi 2019-cu ildə Mərkəzi arxivin əməkdaşları tərəfindən aşkarlanaraq fondlaşdırılmışdır. Qurumun sənədləri natamamdır və arxiv arayışı mövcud sənədlərə istinadən tərtib olunmuşdur (sənədlərin surəti məktuba əlavə olunur) “Azərxxxx” Birliyinin * №-li Ixtisaslaşdırılmış Tikinti-Quraşdırma Idarəsinin adında da göründüyü kimi əsas fəaliyyət istiqaməti tikinti-quraşdırma sahəsidir. X2 Sorğu Kitabçalarında xətt üzrə elektromontyor peşəsi aşkarlanmadı. Lakin Tikinti quraşdırma və təmir-tikinti işləri bölməsi üzrə fəhlə peşələri və işlərin vahid tarif-ixtisas sorğu kitabçasının (Hissə - 3) “Təmir, quraşdırma və təmir tikinti işləri” bölməsində “yüksək gərginlikli hava xətti və kontakt şəbəkələrin quraşdırılması üzrə elektrik montyoruxəttçəkən” peşəsi nəzərdə tutulmuşdur. SOCAR-ın “Neftqaztikinti” trestinin fəhlələrinin ştat cədvəlində həmin montyorların peşəsinin adı “yüksək gərginlikli hava xətti və kontakt şəbəkələrin quraşdırılması üzrə elektrik montyoru-xəttçəkən” peşəsi olaraq nəzərdə tutulubdur. Yuxarıda qeyd olunanlara əsaslanaraq bildiririk ki, İddiaçı “Azərxxxx” Birliyinin * №-li Ixtisaslaşdırılmış Tikinti-Quraşdırma Idarəsində ##.##.1996-cı il tarixdən ##.##.2001-ci il tarixədək (04 il 11 ay 17 gün) işlədiyi xətt üzrə elektromontyor peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2007-ci il tarixli ** №-li qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 29-cu “Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri” yarımbölməsində nəzərdə tutulan “yüksək gərginlikli və kontakt şəbəkəli hava xətlərinin quraşdırılması üzrə elektrik montyorları, xətçilər” peşəsi ilə eynilik təşkil edir. Sorğu məktubunda qeyd etdiyi digər məsələ “İddiaçı işlədiyi vəzifələrə dair müvafiq məlumatın və sənədlərin tətbiq olunan güzəştlər barədə (əlavə məzuniyyət, əlavə əməkhaqqı və s.) məlumatların 10 gün müddətində məhkəməyə təqdim olunması” ilə bağlı bildirilir ki, SOCAR-ın Mərkəzi arxivində saxlanılan sənədlərin siyahısında işçilərin məzuniyyət əmrləri, əlavə ödənişlərlə bağlı əmrlər, iş yerlərinin attestasiyasının nəticələrinə aid sənədlər aşkarlanmadığına görə zərərli əmək şəraitində işləməyə görə tətbiq edilən güzəşt və təminatlar (əlavə ödənişlər, əlavə məzuniyyətlər və s.) barədə məlumatı və bu məlumatla bağlı təsdiqedici sənədləri təqdim etmək imkanlarımız xaricindədir. Işdə olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının ## ###### 2025-ci il tarixli *-**-*/*-******/**** nömrəli məktubuna əsasən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına # ###### 2025-ci il tarixində daxil olmuş *-*(***)-****/**** nömrəli sorğuya aidiyyəti üzrə baxılmışdır. Bununla əlaqədar X16 və X19 pensiya işlərinin müvafiq qaydada təsdiq edilmiş surətləri göndərilmişdir. Işdə olan “xxxx” ASC-nin ##.##.2025-ci il tarixli **-PH/*** nömrəli işin xarakteri haqqında güzəştli arxiv arayışına əsasən, 1964-cü il təvəllüdlü İddiaçı, həqiqətən ##.##.2006-cı ildə (Əmr №-193-kş, ##.##.2006-cı il) “xxxx“MMC-nin X11 və Yarımstansiyaların Tikintisi və Təmiri Idarəsinin Sumqayıt X11 çəkilişi üzrə fəhlə peşəsinə qəbul edilib, ##.##.2007-ci ildə (Əmr№ ***/* a-kş, ##.##.2007-ci il) X11 Tikintisi və Təmiri Idarəsinin * №-li Tikinti sahəsinə elektrik xətt quraşdırıcısı peşəsinə keçirilib, ##.##.2012-ci ildə (ATÜ/572№-li Əmr, ##.##.2012-ci il) X11, Yarımstansiyaların Tikintisi və Yenidənqurulması Idarəsinin 1 Saylı tikinti sahəsinə elektrik xətt quraşdırıcısı peşəsinə keçirilib və ##.##.2015-ci ildə (Əmr №-11/09-irş, ##.##.2015-ci il) Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci Maddəsinin 2-ci hissəsinin “a” bəndinə (işçinin təşəbbüsü ilə) əsasən əmək müqaviləsinə xitam verilib. Göstərilən peşələr Azərbaycan Respublikasının Nazirlər Kabinetinin ##.##.2007-ci il tarixli ** №li Qərarının 29-cu “Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri” Fəslinin “a” Fəhlələr bəndinə əsasən “polad və dəmir -beton konstruksiyalarının quraşdırılması üzrə quraşdırıcıların işi xüsusi zərərli əmək şəraitində işlərə aid olduğuna görə güzəştli şərtlərlə pensiya hüququna malikdir. Həmçinin Azərbaycan Respublikasının Nazirlər Kabinetinin ## #### 1993-cü il tarixli 320 Saylı Qərarının * №-li əlavəsinin “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin” 2№-li siyahısının, XXVII “Bina, qurğu və digər obyektlərin, inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri” Fəslinə (Şifrə-22900000) əsasən 22290000a- 14612 kodları ilə quraşdırıcıların işi ilə eynidir və güzəştli şərtlərlə pensiya hüququna malikdirlər. Güzəştli pensiya üçün staj: 08 il, 03 ay, 21 gün təşkil edir. Dövlət Əmlaklarının idarə edilməsi üzrə Dövlət Komitəsinin ##.##.2008-ci il *** №-li Sərəncamına əsasən “xxxx” ASC adlandırılıb. Arayış 4 Saylı “DOST Mərkəzi”nə təqdim etmək üçün verilir. Digər ## ####### 2025-ci il tarixli aktdan müəyyən olunur ki, Hüquqi ünvanı məlum olmayan Saatlı rayon Sarıcalar MSU idarəsinin arxiv sənəd materiallarının Saatlı rayon Dövlət Arxivində saxlanılmaması səbəbindən vətəndaşın işə girmə və işdən çıxma əmrlərini, habelə əmək haqqını araşdırmaq mümkün olmadı. Digər ## ####### 2025-ci il tarixli aktdan məəyyən olunur ki, hüquqi ünvanı məlum olmayan Saatlı rayon Təchizat Bazasının arxiv sənəd materiallarının Saatlı rayon Dövlət Arxivində saxlanılmaması səbəbindən M.Əsədovun işə girmə və işdən çıxma əmrlərini habelə əmək haqqını araşdırmaq mümkün olmadı. “Inzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 19.2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Azərbaycan Respublikasının Konstitusiyasına əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikası vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir (maddə 12). Hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir (maddə 38). Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur (maddə 71). Fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir (maddə 149). “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun: 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər – 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar – 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Iş materiallarından görünür ki, iddiaçı Vidadi .Həsənovun işlədiyi “Azərxxxx” Birliyinin * №-li Ixtisaslaşdırılmış Tikinti-Quraşdırma Idarəsində ##.##.1996- cı il tarixdən ##.##.2001- ci il tarixədək (04 il 11 ay 17 gün) işlədiyi xətt üzrə elektromontyor peşəsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2007-ci il tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2007-ci il tarixli ** №-li qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 29-cu “Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri” yarımbölməsində nəzərdə tutulan “yüksək gərginlikli və kontakt şəbəkəli hava xətlərinin quraşdırılması üzrə elektrik montyorları, xətçilər” işi ilə eyni olması barədə və yarımbəndinə uyğun olması barədə “SOCAR” (“xxxx” IB) tərəfindən güzəştli arayış təqdim edilmişdir. Həmçinin iddiaçı İddiaçı işlədiyi ##.##.2006-cı il tarixdən ##.##.2007-ci ilədək “xxxx“ MMC-nin X11 və Yarımstansiyaların Tikintisi və Təmiri Idarəsinin Sumqayıt X11 çəkilişi üzrə fəhlə, ##.##.2007-ci il tarixdən ##.##.2015-ci il tarixə dək X17 Tikintisi və Təmiri Idarəsinin * №-li Tikinti sahəsinə elektrik xətt quraşdırıcısı peşəsinin Azərbaycan Respublikasının Nazirlər Kabinetinin ##.##.2007-ci il tarixli ** №-li Qərarının 29-cu “Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri” Fəslinin “a” Fəhlələr bəndinə əsasən “polad və dəmir-beton konstruksiyalarının quraşdırılması üzrə quraşdırıcılar polad və dəmir beton konstruksiyalarının quraşdırılması üzrə quraşdırıcıların işi və həmçinin, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin ## #### 1993-cü il tarixli 320 Saylı Qərarının * №-li əlavəsinin “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin” 2№-li siyahısının, XXVII “Bina, qurğu və digər obyektlərin, inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri” Fəslinə (Şifrə-22900000) əsasən 22290000a-14612 kodları ilə quraşdırıcıların işi ilə eyni olması barədə yarımbəndinə uyğun olması barədə “xxxx” ASC tərəfindən güzəştli arayış təqdim edilmişdir. Kollegiya hesab edir ki, “Azərxxxx” Birliyinin * №-li Ixtisaslaşdırılmış Tikinti-Quraşdırma Idarəsində ##.##.1996- cı il tarixdən ##.##.2001-ci il tarixədək (04 il 11 ay 17 gün) işlədiyi xətt üzrə elektromontyor peşəsi peşəsi üzrə işlədiyi dövr keçmiş iş yoldaşı şahid qismində dindirilmiş X3 işlədiyi əmək funskiyası ilə, ##.##.2006-cı il tarixdən ##.##.2007-ci ilədək fəhlə, ##.##.2007-ci il tarixdən ##.##.2015-ci ilədək elektrik xətt quraşdırıcısı peşəsi üzrə işlədiyi dövr keçmiş iş yoldaşları X8, X10 işlədiyi əmək funskiyası ilə eynilik təşkil etdiyi üçün həmin dövrlər güzəştli iş stajına daxil edilməlidir. Belə olan halda iddiaçı tələb olunan 12 il 6 aydan artıq güzəştli iş stajına malik olur ki, bu da ona güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi üçün kifayət edir Kollegiya xüsusilə vurğulayır ki, iddiaçı ilə birlikdə çalışmış digər şəxslərin (X8, X10) pensiya işlərinin surətlərini iş materiallarına təqdim etmişdir. Təqdim edilmiş pensiya işlərinin surətlərinin surətlərindən görünür ki, iddiaçı İddiaçı digər iş yoldaşları kimi eyni vəzifədə- ##.##.2007-ci il tarixdən ##.##.2015-ci ilədək X17 Tikintisi və Təmiri Idarəsinin Tikinti sahəsinə elektrik xətt quraşdırıcısı vəzifəsində işləmişdir. Bundan əlavə iş materiallarında olan sənədlərdən görünür ki, iddiaçı xətt üzrə elektromontyor kimi məhz X11 ilə bağlı işlərdə çalışmışdır. Iddiaçının işlədiyi müəssisələrin profili "Azərxxxx", "xxxx", X11 Tikintisi və Təmiri Idarəsi bu işlərin məhz sənaye, tikinti- quraşdırma və X11 sahəsinə aid olduğunu göstərir. Qanunvericiliyin qeyd olunan normaları ilə hazırki işin faktiki halları sistemli şəkildə təhlil olunduqda belə qənaətə gəlinir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Beləliklə, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi və gəldiyi nəticə ilə razılaşır və belə qənaətə gəlir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Şirvan Inzibati Məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 81-82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Şirvan Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(3-9)-299/2026
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-9)-299/2026
15.07.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver