Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 2-1(3-9)-3/2026 22.07.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Ağcabədi Rayon İcra Hakimiyyətinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: sərəncamların ləğv edilməsi) Şirvan Apellyasiya Məhkəməsinin İnzibati kollegiyası, hakimlər Quliyev Ceyhun Əmir oğlu (sədrlik edən və məruzəçi), X9 və Sadıqov Mirlətif Süleyman oğlundan ibarət tərkibdə, Rzayev Rüfət İlham oğlunun katibliyi, iddiaçının nümayəndəsi X3, iddiaçının vəkili və nümayəndəsi Vəkil, cavabdehin nümayəndəsi X10, üçüncü şəxs üçüncü şəxs1 iştirakları ilə, İddiaçı İddiaçı cavabdeh Ağcabədi Rayon İcra Hakimiyyətinə qarşı “Ağcabədi Rayon İcra Hakimiyyətinin ## ###### 2020-ci il tarixli *** nömrəli sərəncamının, ## ####### 2021-ci il tarixli sərəncamın Ağcabədi şəhəri, Üzeyir Hacıbəyli prospektindəki **/** nömrəli mənzilə üçüncü şəxs1 adına order verilməsi hissəsində, həmçinin Ağcabədi Rayon İcra Hakimiyyəti başçısının ##.##.2021-ci il tarixli *** saylı sərəncamına əsasən üçüncü şəxs1 adına verilmiş ##.##.2021-ci il tarixli *** nömrəli orderin ləğv edilməsi” tələbinə (üçüncü şəxs1 və üçüncü şəxs2 zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilməklə) dair inzibati iş üzrə Şirvan İnzibati Məhkəməsinin ## ###### 2025-ci il tarixli *-*(***)-****/**** nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları: Ağcabədi Rayon XDS-nin İcraiyyə Komitəsinin ## ##### 1986-cı il tarixli *** nömrəli protokolunun arxiv çıxarışından görünür ki, Avtomobil Təmir zavodunda yeni istifadəyə verilmiş 16 ailəlik yaşayış evində mənzillərin bölünməsinə dair Avtomobil Təmiri zavodunun direktorluğun və həmkarlar təşkilatının ## ##### 1986-cı il tarixli * №-li protokolu və RİK-in mənzil məsələləri üzrə ictimai komissiyasının rəyinə əsasən təqdim edilmiş siyahılar təsdiq edilmiş (16 nəfər əlavə edilir), əlavə edilmiş siyahının 13-cü sətrində İddiaçı ATZ-da fəhlə, ailə üzvlərinin sayı 1 nəfər. Verilən mənzilin sahəsi 18.35 m2, otaqların sayı 1, mənzilin ünvanı B-Z.K.II qeyd edilmiş, eyni zamanda siyahıda nəzərdə tutulmuş vətəndaşlara order yazılması qərara alınmışdır. ## ### 1986-cı il tarixli ** nömrəli oderin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, İddiaçı 1 nəfərdən ibarət ailəsi ilə birlikdə Lenin prospekti 95b evdə ** nömrəli mənzildə, III blokda, İ mərtəbədə, 1 otaqdan ibarət 18.38 kv.metr mənzil sahəsi tutmağa ixtiyarı vardır. ##.##.2020-ci il tarixli aktda qeyd edilmişdir ki, “...ünvan 1 istismarı idarəsinin baş mühəndisi Cəbrayılov, baş mühasibi B. Əliyev, ünvan 1 İstismarı İdarəsinin İş icraçısı V. Qasımov, iş icraçısı F. Bəbişov, sahə rəisi R.Qasımov, nəzarətçisi M.Məmmədov, Ağcabədi şəhəri, Üzeyir Hacıbəyli prospekti, ** nömrəli bina, ** nömrəli mənzildə yaşayan X4, Ağcabədi şəhəri, Üzeyir Hacıbəyli prospekti, ** nömrəli bina, ** nömrəli mənzildə yaşayan X5, Ağcabədi şəhəri, Üzeyir Hacıbəyli prospekti, ** nömrəli bina, * nömrəli mənzildə yaşayan X15 yoldaşların iştirakları ilə akt tərtib edirik ondan ötrü ki, Ağcabədi şəhəri, Üzeyir Hacıbəyli prospekti, ** nömrəli bina, ** nömrəli ictimai dövlət mənzilində tək yaşamış X1 ## ###### 2020-ci il tarixində vəfat etmişdir. X2 vəfat etməsi ilə əlaqədar olaraq həmin mənzildə heç bir vətəndaşın yaşamaq hüququ olmadığına görə, mərhumənin yaşadığı mənzil ictimai dövlət mənzil fondu olduğu üçün Mənzil Məcəlləsinin maddələrinə əsasən həmin ictimai dövlət mənzilinin giriş qapısının şüşə hissəsindən və qapının açarının üst tərəfindən A4 formalı vərəqlə möhürlənərək möhür qoyulmuşdur.” Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısının ##.##.2020-ci il tarixli *** nömrəli sərəncamının təsdiq edilmiş surətindən görünür ki, Ağcabədi Rayon Xalq Deputatları Sovetinin İcraiyyə Komitəsinin ## ##### 1986-cı il tarixli *** nömrəli qərarı əsasında İddiaçı dövlət mənzil fonduna aid Ağcabədi şəhəri Ü.Hacıbəyli prospekti (keçmiş Lenin prospekti 95b) bina 77, yaşayış sahəsi 18.38 m2 olan, 1 otaqlı, ** saylı mənzilə verilmiş ##.##.1986-cı il tarixli ** nömrəli order ləğv edilmiş, Ağcabədi Rayon Xalq Deputatları Sovetinin İcraiyyə Komitəsinin ## ##### 1986-cı il tarixli *** nömrəli qərarı qüvvədən düşmüş hesab edilmişdir. Həmin sərəncam sərəncamların qeydiyyatı kitabında qeydiyyata alınmışdır (2-ci cild səh 34). ## ###### 2021-ci il tarixli kirayə müqaviləsindən görünür ki, ünvan 1 istismar idarəsi ilə üçüncü şəxs1 arasında Ağcabədi şəhəri, Ü.Hacıbəyli prospektindəki **/** saylı mənzilə dair kirayə müqaviləsi bağlanmışdır. ünvan 1 istismar idarəsi tərəfindən verilmiş ##.##.2021-ci il tarixli ** nömrəli arayışdan görünür ki, Ağcabədi şəhəri, Üzeyir Hacıbəyli küçəsi ev 77, ** nömrəli mənzildə üçüncü şəxs1 qardaşı üçüncü şəxs2 ilə yaşayır. ünvan 1 istismar idarəsi tərəfindən Ağcabədi Rayon İcra Hakimiyyətinə ünvanlanmış ##.##.2021-ci il tarixli *** nömrəli məktubda qeyd edilmişdir ki, “...Mənzil fondunda olan Ağcabədi şəhəri, Üzeyir Hacıbəyli prospektində ** nömrəli, 2 mərtəbəli, 16 mənzilli, III giriş, mərtəbəsində, yaşayış sahəsi 18.38 kv.m, 1 otaqlı, ** nömrəli ictimai dövlət mənzili boş olaraq balansımızdadır. Bununla əlaqədar olaraq bildiririk ki, Mənzil Məcəlləsinin maddələrinə əsasən əlillik dərəcəsi olan və digər imtiyazlı vətəndaşlara növbədənkənar olaraq ictimai dövlət mənzili verilməsi ilə əlaqədar, əlillik dərəcəsi olan üçüncü şəxs1 rəsmi himayəsində olan İ dərəcəli əlil qardaşı üçüncü şəxs2 vəziyyətlərini nəzərə alaraq, Ağcabədi şəhəri, Üzeyir Hacıbəyli prospekti, **/** saylı, yaşayış sahəsi 18.38 kv.m, 1 otaqlı ictimai dövlət mənzilinin boş olması səbəbindən əlillik dərəcəsi olan üçüncü şəxs1 yaşaması və orderləşdirilməsi üçün Mənzil Komissiyasında baxılmasını xahiş edirik.” ## ####### 2021-ci il tarixdə keçirilmiş Ağcabədi Rayon İcra Hakimiyyətinin yanında mənzil məsələləri üzrə İctimai Komissiyanın iclasının ** nömrəli protokolundan görünür ki, Komissiya Ü.Hacıbəyli prospektindəki **/** saylı mənzilə üçüncü şəxs1 adına order yazılması qərara almışdır. Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısının ##.##.2021-ci il tarixli ***a nömrəli sərəncamının təsdiq edilmiş surətindən görünür ki, mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşların qeydə alınması və dövlət mənzil fondu evlərində yaşayış sahələrinin bölüşdürülməsi barədə İctimai Komissiyanın ## ####### 2021-ci il tarixli ** saylı protokol qərarı təsdiq edilmiş, Ağcabədi şəhəri, Ü.Hacıbəyli prospektindəki **/** saylı mənzilə üçüncü şəxs1 adına order yazılması qərara alınmışdır. Həmin sərəncam sərəncamların qeydiyyatı kitabında qeydiyyata alınmışdır. ##.##.2021-ci il tarixli *** nömrəli orderdən görünür ki, üçüncü şəxs1 Ağcabədi şəhəri, Ü.Hacıbəyli prospektindəki ** saylı binanın III blok, İ mərtəbəsindəki, 18.38 kv.metr yaşayış sahəsi olan, 1 otaqlı, ** saylı mənzilə 02 nəfər ailə üzvləri ilə birlikdə yaşamaq hüququ verilmişdir. Order sahibinin ailə tərkibi: üçüncü şəxs1, üçüncü şəxs2 (qardaşı). Order Rayon İcra Hakimiyyəti başçısının ##.##.2021-ci il tarixli *** saylı sərancamına əsasən verilmişdir. Həmin order orderlərin qeydiyyatı kitabında qeydiyyata alınmışdır. ünvan 1 istismar idarəsi tərəfindən İddiaçı ünvanlanmış ##.##.2022-ci il tarixli ** nömrəli məktubda qeyd edilmişdir ki, “...Ağcabədi şəhər keçmiş Lenin prospekti 25b/11 №li olan mənzil hazırda Üzeyir Hacıbəyli prospekti, **//** №-li mənzil ictimai dövlət mənzil fonduna aiddir. Odur ki, həmin bina tikilib istifadəyə verilən vaxtdan keçmiş Avtomobil Təmiri zavodu özəlləşdirilməsi zamanı Ağcabədi Rayon İcra Hakimiyyətinin sərəncamı əsasında həmin Ü.Hacıbəyli prospekti ** nömrəli, 16 mənzilli yaşayış binası ünvan 1 istismar idarəsinin balansına verilən zaman həmin ** №-li ictimai dövlət mənzili X6 adına olmaqla balansa verilmişdir və həmin ictimai dövlət mənzilində mərhumə X6 və mərhumənin qızı mərhumə X1 həmin mənzildə qeydiyyatda olmaqla yaşamışlar və həmin ictimai dövlət mənzilində mərhumlardan başqa heç kim qeydiyyatda yoxdur. Bununla əlaqədar olaraq Mənzil Məcəlləsinin maddələrinə əsasən Siz Ağcabədi şəhər keçmiş Lenin prospekti **b/** №-li mənzil hazırda Üzeyir Hacıbəyli prospekti, **//** №-li mənzildə qeydiyyatda olmadığınıza görə, uzun illərdir həmin ictimai dövlət mənzilində yaşamadığınıza görə yaşamaq hüququnuzu itirmisiniz.” ünvan 1 istismar idarəsi tərəfindən İddiaçı ünvanlanmış ##.##.2022-ci il tarixli ** nömrəli məktubda qeyd edilmişdir ki, “...Siz ərizənizdə göstərmisiniz ki, Ağcabədi şəhəri, Ü.Hacıbəyli prospekti, **/** №-li mənzildə yaşayıram. Siz hal-hazırda sözügedən Ağcabədi şəhəri, Ü.Hacıbəyli prospekti, **/** №-li dövlət mənzilində yaşamırsınız və həmin dövlət mənzilində qeydiyyatda deyilsiniz, ona görə də həmin dövlət mənzilində yaşamaq hüququnuz yoxdur.” Ağcabədi Rayon İcra Hakimiyyəti tərəfindən iddiaçıya ünvanlanmış ##.##.2022-ci il tarixli **/*** nömrəli məktubda qeyd edilmişdir ki, “...ünvan 1 istismar idarəsinin arayışına əsasən İddiaçı sözügedən Ağcabədi şəhəri, Ü.Hacıbəyli prospekti **/** nömrəli, 1 otaqlı ictimai dövlət mənzilində uzun illər yaşamamış və hal-hazırdada yaşamır. Həmin dövrdə İddiaçı özünə məxsus fərdi yaşayış evində yaşamışdır və hal-hazırda yaşayır. Belə ki, Ağcabədi şəhəri, Ü.Hacıbəyli prospekti **/** nömrəli, 1 otaqlı ictimai dövlət mənzil fonduna aiddir. Ağcabədi şəhəri, Ü.Hacıbəyli prospekti, ** nömrəli, 16 mənzilli, 2 mərtəbəli yaşayış binası tikilib istifadəyə verildiyi vaxtdan keçmiş Ağcabədi Rayon Avtomobil Təmiri zavodunun balansında olmuşdur. Avtomobil təmiri zavodu özəlləşdirilməsi zamanı Ağcabədi Rayon İcra Hakimiyyətinin sərəncamı əsasında həmin Ü.Hacıbəyli prospekti ** nömrəli, 16 mənzilli, 2 mərtəbəli yaşayış binası ünvan 1 istismar idarəsinin balansına verilmişdir. Həmin vaxt Ü.Hacıbəyli prospekti **/** nömrəli, 1 otaqlı ictimai dövlət mənzili X6 adına olmaqla balansa verilmişdir və həmin ictimai dövlət mənzilində mərhumə X6 və mərhumənin qızı mərhumə X1 həmin mənzildə qeydiyyatda olmaqla yaşamışlar. Bununla əlaqədar olaraq Mənzil Məcəlləsinin maddələrinə əsasən İddiaçı Ü.Hacıbəyli prospekti, ** nömrəli, 16 mənzilli, 2 mərtəbəli yaşayış binasında qeydiyyatda olmadığına görə uzun illər yaşamamış və hal-hazırda da yaşamır, ona görə də yaşamaq hüququnu itirmişdir.” Ağcabədi Rayon İcra Hakimiyyəti tərəfindən məhkəməyə ünvanlanmış ##.##.2022-ci il tarixli */** nömrəli məktubda qeyd edilmişdir ki, “...ünvan 1 istismar idarəsinin rayon icra hakimiyyətinə ünvanlandığı ##.##.2022-ci il tarixli *** saylı məktubda İddiaçı Ağcabədi şəhəri, Ü.Hacıbəyli prospekti (Lenin prospekti 25B/11) bina 77, mənzil 11, yaşayış sahəsi 18.38 m2 olan, 1 otaqlı ictimai dövlət mənzilində qeydiyyatda olmadığı və yaşamadığı, həmçinin onun adına olan ##.##.1986-cı il tarixli ** nömrəli orderin arxiv sənədlərinin rayon dövlət arxivində tapılmadığı müəyyən edilmişdir. Ağcabədi şəhəri, Ü.Hacıbəyli prospekti (Lenin prospekti 25b/11) bina 77, mənzil 11, yaşayış sahəsi 18.38 m2 olan, 1 otaqlı ictimai dövlət mənzilində mərhumə X6 və övladı mərhumə X1 uzun müddət qeydiyyatda olmaqla yaşamışlar. Mərhumə X6 və övladı mərhumə X1 vəfatlarından sonra həmin mənzilin boş olduğu nəzərə alınaraq giriş qapısı ünvan 1 istismar idarəsi tərəfindən ##.##.2020-ci il tarixli akt əsasında möhürlənmişdir. Ağcabədi şəhəri, Ü.Hacıbəyli prospekti (Lenin prospekti 25B/11) bina 77, mənzil 11, yaşayış sahəsi 18.38 m2 olan, 1 otaqlı ictimai dövlət mənzlinə Rayon İcra Hakimiyyəti başçısının ##.##.2021ci il tarixli *** saylı sərəncami ilə təsdiq edilmiş rayon icra hakimiyyətinin *** nömrəli orderi əsasında himayəsində əlil qardaşı olan üçüncü şəxs1 və qardaşı üçüncü şəxs2 yaşamaq hüququ verilmişdir. ünvan 1 istismar idarəsinin tərtib etdiyi ##.##.2021-ci il tarixli akt əsasında həmin mənzil X13 və qardaşı üçüncü şəxs2 təhvil verilmişdir. Odur ki, araşdırma zamanı Ağcabədi Rayon Dövlət Arxivinin ## ###### 2021-ci il tarixli ** saylı və ünvan 1 istismar idarəsinin ##.##.2022-ci il tarixli *** saylı məktubları əsasında İddiaçı Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin tələbləri əsasında Ağcabədi şəhəri, Ü.Hacıbəyli prospekti (Lenin prospekti 25b/11) bina 77, mənzil 11, yaşayış sahəsi 18.38 m2 olan 1 otaqlı ictimai dövlət mənzilində qeydiyyatda olmadığı və yaşamadığı, eyni zamanda araşdırma zamanı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin * saylı Beyləqan ərazi idarəsinin ##.##.2020-ci il tarixli ********** saylı məktubunda İddiaçı özünə məxsus fərdi yaşayış evinin olduğu müəyyən edilmişdir. İddiaçı adına olan ##.##.1985-ci il tarixli ** saylı orderin heç bir yerdə qeydiyyatda və hüquqi əsası olmadığı aşkar edilmişdir.” Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsi tərəfindən verilmiş ##.##.2023-cü il tarixli **/*-*****/**** nömrəli məktubda qeyd edilmişdir ki, ##.##.1964-cü il təvəllüdlü İddiaçı ##.##.1981-ci il tarixdən ünvan 4 ünvanında, ##.##.2006-cı il tarixdən ünvan 5 ünvanında, ##.##.2014-cü il tarixdən Ağcabədi şəhəri, Ü.Hacıbəyli prospekti ev 85 ünvanında qeydiyyatda olmuş, ##.##.2022-ci il tarixdən ünvan 6 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Ağcabədi şəhəri, Üzeyir Hacıbəyli küçəsi ev 77, ** nömrəli ümumi sahəsi 45.20 kv.m olan mənzil üzərində İddiaçı mülkiyyət hüququ ##.##.2023-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. ##.##.2024-cü il tarixli seriya AN-İ ******* nömrəli (Reyestrdə 4Ə-783 nömrə ilə qeyd edilmiş) daşınmaz əmlakın alğı-satqı müqaviləsindən görünür ki, İddiaçı tərəfindən mülkiyyətində olan Ağcabədi şəhəri, Üzeyir Hacıbəyli küçəsi ev 77, ** nömrəli ümumi sahəsi 45.2 kv.m, yaşayış sahəsi 18.4 kv.m, yardımçı sahəsi 26.8 kv.m olan 1 otaqlı mənzil X7. Seriya MA ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 7 ünvanında yerləşən 0.08 ha torpaq sahəsi və fərdi yaşayış evi üzərində ##.##.2011-ci ildə İddiaçı mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. ##.##.2012-ci il tarixli seriya AN-İ ******* nömrəli “Daşınmaz əmlakın alğı-satqı müqaviləsi”ndən görünür ki, İddiaçı yaşadığı ünvan 5 ünvanında yerləşən 0.08 ha torpaq sahəsindən 0.04 ha torpaq sahəsini X16. Ağcabədi Rayon İcra Hakimiyyəti başçısının Ağcabədi şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsinin ##.##.2025-ci il tarixli ** nömrəli məktubunda qeyd edilmişdir ki, ünvan 1 istismar idarəsinin balansında olan ünvan 3 ünvanında 2020-cı ildə mərhumə X8 və övladı mərhumə X1 vəfat etdikdən sonra mənzilin boş olduğunu nəzərə alaraq dövlət mənzilinin giriş qapısı yaşayış sahəsi kimi möhürlənmişdir. ...İddiaçı ünvan 2 ünvanında 1 otaqlı, 18.38 m2 yaşayış sahəsi olan dövlət mənzilində yaşamamış və hal-hazırda da yaşamır. Həmin dövrdə o, özunə məxsus evində yaşamış və hal-hazırda da yaşayır.” İş üzrə qəbul edilmiş məhkəmə aktları a) birinci instansiya məhkəməsində birinci icraat İddiaçı cavabdehə qarşı iddia ərizəsi və iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək “Ağcabədi Rayon İcra Hakimiyyətinin ## ###### 2020-ci il tarixli *** nömrəli sərəncamının, ## ####### 2021-ci il tarixli sərəncamın Ağcabədi şəhəri, Üzeyir Hacıbəyli prospektindəki **/** nömrəli mənzilə üçüncü şəxs1 adına order verilməsi hissəsində, həmçinin Ağcabədi Rayon İcra Hakimiyyəti başçısının ##.##.2021-ci il tarixli *** saylı sərəncamına əsasən üçüncü şəxs1 adına verilmiş ##.##.2021-ci il tarixli *** nömrəli orderin ləğv edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Ağcabədi Rayon Xalq Deputatları Sovetinin İcraiyyə Komitəsinin ## ### 1986-cı il tarixli ** nömrəli orderi ilə (keçmiş Lenin prospekti) Ağcabədi şəhəri, Ü.Hacıbəyli pospekti, bina 77, mənzil 11 ona verilmişdir. Ağcabədi Rayon Arxiv şöbəsi tərəfindən verilmiş ##.##.2020-ci il tarixli arayışdan da görünür ki, Ağcabədi Rayon XDS-nin İcraiyyə Komitəsinin ## ##### 1986-cı il tarixli *** saylı protokolundan çıxarışa əsasən vətəndaşların mənzil sahəsi almaq üçün növbəyə yazılmalarına dair siyahların təsdiq edilməsi və Avtomobil Təmir zavodunda yeni istifadəyə verilmiş 16 ailəlik yaşayış evində mənzillərin bölünməsi barədə Ağcabədi Rayon XDS İcraiyyə Komitəsi qərara almışdır. Avtomobil Təmir zavodunda yeni istifadəyə verilmiş 16 ailəlik yaşayış evində mənzillərin bölünməsinə dair Avtomobil təmiri zavodunun direktorluğu və həmkarlar təşkilatının ## ##### 1986-cı il tarixli * №-li protokolu və RİK-in mənzil məsələləri üzrə ictimai komissiyasnın rəyinə əsasən təqdim edilmiş siyahılar təsdiq edilmiş, əlavə edilmiş siyahının 13-cü sətirində ona yaşayış sahəsi 18.38 kv.m olan mənzil verilmişdir. Bundan başqa, Ağcabədi RİHB-nin aparatı tərəfindən verilmiş məktubdan görünür ki, ünvan 1 istismar idarəsinin verdiyi arayışa əsasən İddiaçı sözügedən Ağcabədi şəhəri, Ü.Hacıbəyli prospekti, **/** nömrəli 1 otaqlı ictimai dövlət mənzilində uzun illər yaşamamış və hal-hazırda da yaşamır. Həmin dövrdə İddiaçı özünə məxsus fərdi yaşayış evində yaşamışdır və hal-hazırda yaşayır. Belə ki, Ağcabədi şəhəri, Ü.Hacıbəyli prospekti, **/** nömrəli, 1 otaqlı ictimai dövlət mənzil fonduna aiddir. Ağcabədi şəhəri, Ü.Hacıbəyli prospekti, ** nömrəli, 16 mənzilli, 2 mərtəbəli yaşayış binası tikilib istifadəyə verildiyi vaxtdan keçmiş Ağcabədi Rayon Avtomobil Təmiri zavodunun balansında olmuşdur. Avtomobil Təmiri zavodu özəlləşdirilməsi zamanı Ağcabədi Rayon İcra Hakimiyyətinin sərəncamı əsasında həmin Ağcabədi şəhəri, Ü.Hacıbəyli prospekti, ** nömrəli, 16 mənzilli, 2 mərtəbəli yaşayış binası ünvan 1 istismar idarəsinin balansına verilmişdir. Həmin vaxt Ağcabədi şəhəri, Ü.Hacıbəyli prospekti, **/** nömrəli, 1 otaqlı ictimai dövlət mənzili X6 adına olmaqla balansa verilmişdir və həmin ictimai dövlət mənzilində mərhumə X6 və mərhumənin qızı mərhumə X1 həmin mənzildə qeydiyyatda olmaqla yaşamışdırlar. Bununla əlaqədar olaraq Mənzil Məcəlləsinin maddələrinə əsasən İddiaçı Ağcabədi şəhəri, Ü.Hacıbəyli prospekti, ** nömrəli, 16 mənzilli, 2 mərtəbəli yaşayış binasında qeydiyyatda olmadığına görə uzun illər yaşamamış və halhazırdada yaşamır, ona görə də İddiaçı yaşamaq hüququnu itirmişdir. İdarədə saxlanılan sənədlər araşdırılaraq İddiaçı əlində olan ## ### 1986-cı il tarixli ** nömrəli order qeydiyyatda olmadığına görə İddiaçı adına ictimai dövlət mənzili olmamışdır. Həmçinin, ünvan 1 istismar idarəsi ##.##.2022-ci il tarixli ərizəsinə cavab olaraq bildirmişdir ki, Ağcabədi şəhəri, Üzeyir Hacıbəyli prospektində, **/** №-li mənzildə yaşayır. Siz hal-hazırda sözügedən Ağcabədi şəhəri, Üzeyir Hacibəyii prospekti, **/** nömrəli dövtət mənzilidə yaşamırsınız və həmin dövlət mənzilində qeydiyyatda deyilsiniz, ona görə də həmin dövlət mənzilində yaşamaq hüququnuz yoxdur. Ağcabədi Rayon İcra Hakimiyyətinin ##.##.2021-ci il tarixli *** nömrəli sərəncamı əsasında üçüncü şəxs1 Əlaslan qızına ##.##.2021-ci il tarixli *** nömrəli orderə verilmişdir. Ağcabədi RİHB-nın ##.##.2021-ci il tarixli *** saylı sərəncamını ## ##### 2022-ci il tarixdə almışdır. Hesab edir ki, Ağcabədi RİHB tərəfındən qeyd edilən sərəncam qəbul edilərkən onun hüquqları kobud şəkildə pozulmuşdur. Belə ki, qeyd edilən sərəncam qəbul edilərkən həmin mənzilə dair onun adına order mövcud olmuş, həmin order məhkəmə tərəfındən ləğv edilməmiş, eyni zamanda hal-hazırda həmin mənzildə pasport qeydiyyatındadır və qeyd edilən order qüvvədədir. Bundan əlavə, Ağcabədi Rayon İcra Hakimiyyəti başçısı tərəfındən qeyd edilən sərəncam qəbul edilərkən konkret hansı hüquq normasına istinad edilməsi göstərilməmişdir. Belə ki, hal-hazırda mövcud olan Mənzil Məcəlləsində order anlayışı nəzərdə tutulmamışdır. Cavabdehin etirazları: İddiaya münasibət bildirilməmişdir. Şirvan İnzibati Məhkəməsinin ## ###### 2022-ci il tarixli *-*(***)-****/**** saylı qərarı (hakim Fehruz Abbasov) iddia təmin edilmiş, Ağcabədi Rayon İcra Hakimiyyəti başçısının ##.##.2021-ci il tarixli *** saylı sərancamı Ağcabədi şəhəri, Üzeyir Hacıbəyli prospektindəki **/** nömrəli mənzilin üçüncü şəxs1 adına order verilməsi hissəsi, həmçinin Ağcabədi Rayon İcra Hakimiyyəti başçısının ##.##.2021-ci il tarixli *** saylı sərancamına əsasən üçüncü şəxs1 adına verilmiş ##.##.2021-ci il tarixli *** saylı order ləğv edilmişdir. Həmin qərardaddan narazı qalan üçüncü şəxslər apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın rədd edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdirlər. b) apellyasiya instansiyası məhkəməsində birinci icraat Şirvan Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının (hakimlər: Samir Həsənov /sədrlik edən hakim/, Müşfiq Həsənov və Zaur Allahyarov) ## #### 2024-cü il tarixli *-*(***)- **/**** nömrəli qərardadı ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Şirvan İnzibati Məhkəməsinin ## ###### 2022-ci il tarixli *-*(***)-****/**** saylı qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün Şirvan İnzibati Məhkəməsinə göndərilmişdir. c) birinci instansiya məhkəməsində ikinci icraat Şirvan İnzibati Məhkəməsinin ## ###### 2025-ci il tarixli *-*(***)-****/**** saylı qərarı (hakim Hilal Nəcəfov) ilə iddia təmin edilməmişdir. Həmin qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, Şirvan İnzibati Məhkəməsinin ## ###### 2025-ci il tarixli *-*(***)-****/**** saylı qərarının ləğv edilməsi və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat: Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayətinin dəlilləri ondan ibarətdir ki, mübahisələndirilən qərar qəbul edilərkən onun Ağcabədi şəhəri, Ü.Hacıbəyli prospekti **/** saylı evdə yaşaması nəzərə alınmamışdır. Onun həmin ünvanda yaşaması Ağcabədi RİHB-nın Ağcabədi şəhər İƏD-si üzrə nümayəndəsi F.Allahverdiyev tərəfindən ##.##.2022-ci il tarixdə Ağcabədi şəhəri, Ü.Hacıbəyli prospekti **/** saylı evdə yaşaması barədə “ASAN Xidmət”ə verilmiş *** saylı arayış, ##.##.2023-cü il tarixli arayış və * nömrəli forma-Azərbaycan Respublikası Ağcabədi Rayon İcra Hakimiyyəti ünvan 1 istismar idarəsinin rəisi S.Səfərov tərəfindən imzalanmış arayış da təsdiq edir. Həmin ünvanda yaşamasının nəticəsidir ki, qeyd etdiyi mənzillə bağlı bütün kommunal, su, qaz zibil pulları çekləri 2020-ci ildən sonrakı illərədək adından ödənilmiş və bu barədə olan ödəmə qəbzlərini və çeklərini məhkəməyə də təqdim etmişdir. Həmçinin, mənzilin xüsusi mülkiyyətində olması nəzərə alınmamışdır. Bundan başqa, mübahisələndirilən məhkəmə qərarının qəbul edildiyi vaxtı Ağcabədi şəhəri, Ü.Hacıbəyli prospekti **/** saylı mənzilin yaşamaq üçün tam yararsız bir vəziyyətdə olması nəzərə alınmamışdır. Bunu təsdiq edən edən 14 ədəd foto şəkilləri apellyasiya şikayətinə əlavə edir. Yalnız böyük zəhməti və böyük həcmdə xərcləri hesabına mənzil istifadə üçün yararlı vəziyyətə gətirilmişdir. Həmçinin, mübahisələndirilən məhkəmə qərarı qəbul edilərkən Ağcabədi şəhəri, Ü.Hacıbəyli prospekti **/** saylı mənzilin ##.##.2022-ci il tarixli akta əsasən tərəfindən müvəqqəti yaşamaq üçün X6 verilməsi nəzərə alınmamışdır. üçüncü şəxs1 adına verilmiş orderin saxtalaşdırılması nəzərə alınmamışdır. Belə ki, ona məxsus olan 1 otaqlı evin qapısını KMİ-nin və İcra Hakimiyyəti işçiləri tərəfindən qırılıb evə daxil olmaları və ona məxsus olan evin əşyalarını zibilxanaya atıldığından müxtəlif instansiyalara, o cümlədən Ağcabədi Rayon Prokurorluğuna çoxsaylı şikayətlərindən sonra Əliaslan Rzayevin evinə getmiş və mənizilin ona aid olmasına dair orderi göstərmişdir. O, da ona demişdir ki, onun onunla heç bir işi yoxdur. Onu ora MKİ-nin işçisi Cəbrayıl Cəbrayılov ora aparmışdır. Demişdir ki, evdə qalanlar dünyasını dəyişmişdir. Ona görə də mənzil MKİyə məxsusdur. 2019-cu ildən KMİ-nin müdiri Qasımov Əbülfət olubdur. O, ona təzyiq göstərərək, onun yanında xadiməçi işləyən X6 və qızı Əliyeva Vəsmənin dünyasını dəyişəndən sonra onların yaxınları Minayə, Ələkbər və Şəfiqə adlı qohumları ilə birlikdə müdir işləyən Əbülfət Qasımovun qəbuluna getmişdirlər. Xahiş etmişdirlər ki, mənzilin orderi İddiaçı adına olduğu üçün orada müvəqqəti məskuşlamalarına icazə versin. Həmin vaxtı onlara demişdir ki, Rövşən Əhmədov onu məcbur etmişdir ki, dünyasını dəyişmiş Əliyeva Sünbülə və iki qızı Əliyeva Vəsmə və Əliyeva Zöhrənin adına order yazdıracaqdır. Bir neçə ildən sonra Rövşən tərəfindən Əbülfət Qasımov, Mehman Novruzov işdən çıxarılmışdırlar. Onun yerinə KMİ-yə müdir təyin olunan Anar Şirinov isə ölülərin adına order yazmağa məcbur edilmiş, lakin sağ olan Əliyeva Zöhrənin adı məqsədli şəkildə yaddan çıxarılmışdır. Ona məxsus olan mənzilin qapısının qırıldğı vaxtı üçüncü şəxs1 adına order olmamışdır. Məhz bunun nəticəsidir ki, üçüncü şəxs1 onun adına yazılmış ##.##.2021-ci il tarixdən bu günə kimi bir dəfə də olsun onun adından heç bir şikayət ərizəsi yazılmamışdır. Orderin saxta yazılmasının nəticəsidir ki, ##.##.2021-ci il tarixdən bu günə kimi üçüncü şəxs1 Əliasılan qızının adından hər hansı bir ödəmə çeki, kommunal, qaz, su və işiqla bağlı hər hansı bir ödəmə olmamışdır. Bu barədə hər hansı bir qəbz və ya ödəmə çekləri işin materiallarına əlavə olunmamışdır. Ən başlıcası da odur ki, ##.##.2021-ci il tarixdən üçüncü şəxs1 Əliasılan qızının adına order olmuş olsaydı, mənzilin tərəfindən özəlləşdirilməsi prosesi həyata keçirilə bilməzdi. Mənzilin bu gün xüsusi mülkiyytdə olması da onu göstərir ki, üçüncü şəxs1 Əliasılan qızının adına tərtib olunmuş ##.##.2021-ci il tarixli order hüquqi əsaslar olmadan köhnə tarixə saxta yazılmışdır. Ən başlıcası da odur ki, Şirvan İnzibati Məhkəməsinin ##.##.2022-ci il tarixli qərarından sonra Ağcabədi RİHB-nm ##.##.2020-ci il tarixli *** saylı sərəncamı ortalığa çıxarılmışdır. Lakin həmin sərəncamın surəti bu günə kimi onun ünvanına göndərilmiş, nədə ona hər hansı bir formada olsa da, məlumat verilməmiş və xəbərdar edilməmişdir. Qərarının qəbul edildiyi vaxtı sosial kirayə müqaviləsinə istinad edilməsinin heç bir hüquqi əsasının olmamasına əhəmiyyət verilməmişdir. Halbuki, mübahisəli mənzil xüsusi mülkiyyətdədir. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Şirvan Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının ##.##.2026-cı il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə icraatı iştirakçılarının izahatları və prosessual məsələlər: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.1-ci maddəsinə əsasən bu Məcəllənin 16.3-cü maddəsində nəzərdə tutulmuş hallar (yazılı icraat) istisna edilməklə, məhkəmə tərəfindən mübahisəyə şifahi məhkəmə baxışı (şifahi dinləmələr) qaydasında baxılır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş üçüncü şəxs üçüncü şəxs2 məhkəmə iclasında iştirak etməmişdir və məhkəmə iclasına gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə üçüncü şəxsin iştirak olmadan işə baxaraq iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, iş üzrə proses iştirakçılarına təqdim edilmiş məhkəmə bildirişində proses iştirakçılarına iclasa gəlmədiyi halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). İddiaçının nümayəndəsi apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, əlavə olaraq bildiridi ki, X6 ölənə kimi mübahisəli mənzildə yaşamışdır. Sünbülə əlil olduğu üçün qardaşı İddiaçı ilə yaşamışdır. Sonda A.T.Hüseynov Şirvan İnzibati Məhkəməsinin ## ###### 2025-ci il tarixli *-*(***)-****/**** saylı qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsinə dair qərar qəbul edilməsini xahiş etdi. İddiaçının vəkili və nümayəndəsi apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, əlavə olaraq bildiridi ki, X6 ölənə kimi mübahisəli mənzildə yaşamışdır. Sünbülə əlil olduğu üçün İddiaçı ilə yaşamışdır. Sonda Vəkil Şirvan İnzibati Məhkəməsinin ## ###### 2025-ci il tarixli *-*(***)-****/**** saylı qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsinə dair qərar qəbul edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi apellyasiya şikayətini qəbul etməyərək, bildirdi ki, mübahisəli mənzil iddiaçıya verilsədə, o, orada yaşamamışdır. Mənzildə uzun müddət X6 və övladı yaşamışdır. Mənzil ünvan 1 istismar idarəsinin balansındadır. Sonradan mənzil boşalmış və Ağcabədi Rayon İcra Hakimiyyəti başçısının sərəncamına əsasən üçüncü şəxs1 verilmişdir. Mübahisələndirilən sərəncamın saxta olması əsassızdır. Sərəncamın qəbulu, sənədləşdirilməsi ilə bağlı qanunvericiliyin tələbləri gözlənilmişdir. Sonda H.Ə.Hüseynov apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Üçüncü şəxs apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Tətbiq edilən hüquq: Azərbaycan SSR Mənzil Məcəlləsi: (# #### 1982--ci il tarixli 979—X nömrəli “Azərbaycan SSR Mənzil məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Sovet Sosialist Respubliksının Qanunu (Azərbaycan Respublikasının Ali Sovetinin Məlumatı, 1982-ci il, № **, maddə 121) ilə təsdiq edilmişdir. İddiaçıya mübahisəli mənzil verilən vaxt qüvvədə olan) Maddə 28. Vətəndaşların yaşayış sahəsi almaq hüququ Mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşlar SSR İttifaqı qanunvericiliyində, bu Məcəllədə və Azərbaycan SSR-in digər qanunvericiliyində nəzərdə tutulmuş qaydada dövlət və ya ictimai mənzil fondu evlərində istifadə üçün yaşayış sahəsi almaq hüququna malikdirlər. həmin yaşayış məntəqəsində daimi yaşayan vətəndaşlara (SSR İttifaqı və Azərbaycan SSR qanunvericiliyində başqa qayda müəyyən edilməmişdirsə) yaşayış sahələri, bir qayda olaraq, ailə üçün ayrıca mənzil şəklində verilir. Maddə 51. Yaşayış sahəsini icarə müqaviləsi. Yaşayış sahəsini icarə müqaviləsinin bağlanması Dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsini icarə müqaviləsi yaşayış sahəsi orderi əsasında kirayədarla-mənzil-istismar təşkilatı (belə təşkilat olmadıqda isə müvafiq müəssisə, idarə, təşkilat) ilə icarədar- adına order verilmiş vətəndaş arasında yazılı şəkildə bağlanır. Dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsindən yaşayış sahəsini icarə müqaviləsinə uyğun olaraq istifadə edilir. Yaşayış sahəsini birtipli icarə müqaviləsini, yaşayış sahəsindən istifadə, yaşayış evini və evyanı ərazini saxlamaq qaydalarını Azərbaycan SSR Nazirlər Soveti təsdiq edir. Yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn münasibətlərə müvafiq hallarda SSR İttifaqının və Azərbaycan SSR-in mülki qanunvericiliyi qaydaları da tətbiq edilir. Maddə 52. Yaşayış sahəsini icarə müqaviləsinin predmeti Dövlət və ictimai mənzil fondu evlərində icarə müqaviləsinin predmeti ayrıca mənzil və ya bir yaxud bir neçə otaqdan ibarət digər ayrıca yaşayış sahəsidir. Maddə 60. Müvəqqəti başqa yerə gedən vətəndaşların yaşayış sahəsinin saxlanması İcarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi: ... 82.3. Kirayəçi və onun ailə üzvləri başqa yaşayış yerinə köçdükdə, yaşayış sahəsinin sosial kirayə müqaviləsi həmin şəxslərin köçdükləri gündən ləğv edilmiş hesab edilir. “İnzibati akt haqqında” Azərbaycan Respublikasının Qanun: Maddə 68. Qanuni inzibati aktın ləğv olunması 68.2. Qanuni əlverişli inzibati akt yalnız aşağıdakı hallarda ləğv edilə bilər: 68.2.1. inzibati aktın ləğvi qanunla birbaşa nəzərdə tutulduğu halda və ya inzibati aktın özündə bu barədə müvafiq qeyd olduğu halda; 68.2.2. maraqlı şəxsin inzibati aktla müəyyən edilmiş imtiyazlardan (hüquqlardan) istifadə etmədiyi və ya lazımi qaydada və müddətdə istifadə etmədiyi halda; 68.2.3. inzibati aktın qəbulundan sonra yaranmış hüquqi və ya faktiki hallara görə həmin aktın qüvvədə qalması dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vura bildiyi halda; 68.2.4. inzibati aktın qəbulu üçün əsas olmuş hüquq normasının dəyişməsi nəticəsində inzibati orqanın həmin aktı qəbul etməməyə haqlı olduğu və maraqlı şəxsin inzibati aktla müəyyən edilmiş imtiyazlardan (hüquqlardan) istifadə etmədiyi və ya ona münasibətdə inzibati aktla təminat verilmiş öhdəliklər yerinə yetirilmədiyi və ya həmin aktın qüvvədə qalmasının dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vura bildiyi hallarda. ... 68.7. Qanuni inzibati aktın ləğv olunması haqqında maraqlı şəxsə bu Qanunun 62-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi və ona əsas olmuş səbəblər: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə kollegiyası proses iştirakçılarını dinləyərək, apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək, işin faktiki hallarını, sübutları və sadalanan hüquq normalarını nəzərə alaraq hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Birinci instansiyası məhkəməsi iddianı təmin etməmiş və gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, mənzil orderi (və ya mənzil kirayə müqaviləsi) əsasında əldə edilən əmlakların özəlləşdirilməsinin əsasları Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında Qanunla müəyyən edilmişdir. Sözügedən Qanunun 1-ci maddəsinə əsasən dövlət və ya ictimai mənzil fondunun mülkiyyətçisi mənzil kirayə müqaviləsi bağlamış Azərbaycan Respublikasının vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin yaşadıqları mənzilləri (evləri) bu Qanunla müəyyən edilmiş şərtlərlə və qaydada əvəzsiz olaraq şəxsi mülkiyyətinə keçirmək hüququ vardır. Göründüyü kimi qanunvericilik yalnız yaşadıqları mənzil üzrə şəxslərə bu hüququ vermişdir ki, iş materiallarına əlavə edilən sənədlərə əsasən iddiaçı İddiaçı həmin mənzildə uzun illər yaşamadığı, habelə mənzildə əvvəllər başqa şəxslərin yaşadığı müəyyən edilir. Qeyd edilənlər üzrə məhkəmə iclas zamanı mübahisənin gedişi zamanı mənzilin satılıbsatılmaması hissəsində araşdırma üzrə müzakirələr aparmış, nəticə etibarı ilə mənzilin həqiqətən tərəflərindən satıldığı müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, iddiaçı hər nə qədər qeyd edilən mənzilə ehtiyacının olduğunu bildirsə də, onun sonuncu hərəkətləri həmin mənzildə yaşamadığını və yaşamaq üçün qeyd edilən mənzilə ehtiyacın olmadığı qənaətinə gəlir. Eləcə də, mahiyyət etibarı ilə məhkəmə hesab edir ki, mənzil orderi ilə bağlı mübahisənin həllini qanunvericiliyin yaşayış sahəsinin sosial kirayə müqaviləsi üzrə müddəaları əsasında da qiymətləndirilə bilər. Belə ki, Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 82.3-cü maddəsinə əsasən kirayəçi və onun ailə üzvləri başqa yaşayış yerinə köçdükdə, yaşayış sahəsinin sosial kirayə müqaviləsi həmin şəxslərin köçdükləri gündən ləğv edilmiş hesab edilir. İşin halları ilə müəyyən edildi ki, Ağcabədi Rayon XDS-nin İcraiyyə Komitəsinin ## ##### 1986-cı il tarixli *** nömrəli protokolu ilə Avtomobil Təmir zavodunda yeni istifadəyə verilmiş 16 ailəlik yaşayış evində mənzillərin bölünməsinə dair Avtomobil Təmiri zavodunun direktorluğun və həmkarlar təşkilatının ## ##### 1986-cı il tarixli * №-li protokolu və RİK-in mənzil məsələləri üzrə ictimai komissiyasının rəyinə əsasən təqdim edilmiş siyahılar təsdiq edilmiş (16 nəfər əlavə edilir), Avtomobil Təmir zavodunda işləyən İddiaçı 1 otaqlı sahəsi 18.35 m2 olan məzil verilmiş, siyahıda nəzərdə tutulmuş vətəndaşlara order yazılması qərara alınmışdır. İddiaçının adına 1 nəfərdən ibarət ailəsi ilə birlikdə Lenin prospekti 25b evdə ** nömrəli mənzildə, III blokda, İ mərtəbədə, 1 otaqdan ibarət 18.38 kv.metr mənzil sahəsi ilə bağlı ## ### 1986-cı il tarixli ** nömrəli oder verilmişdir. Mübahisəli mənzildə mərhumə X6 və onun qızı mərhumə X1 yaşamışdırlar. Avtomobil Təmiri zavodu özəlləşdirilməsi zamanı mübahisəli mənzilin yerləşdiyi bina ünvan 1 istismar idarəsinin balansına verilmişdir. ##.##.2020-ci il tarixli aktda qeyd edilmişdir ki, “...ünvan 1 istismarı idarəsinin baş mühəndisi Cəbrayılov, baş mühasibi B. Əliyev, ünvan 1 İstismarı İdarəsinin İş icraçısı V. Qasımov, iş icraçısı F. Bəbişov, sahə rəisi R.Qasımov, nəzarətçisi M.Məmmədov, Ağcabədi şəhəri, Üzeyir Hacıbəyli prospekti, ** nömrəli bina, ** nömrəli mənzildə yaşayan X4, Ağcabədi şəhəri, Üzeyir Hacıbəyli prospekti, ** nömrəli bina, ** nömrəli mənzildə yaşayan X5, Ağcabədi şəhəri, Üzeyir Hacıbəyli prospekti, ** nömrəli bina, * nömrəli mənzildə yaşayan X15 yoldaşların iştirakları ilə akt tərtib edirik ondan ötrü ki, Ağcabədi şəhəri, Üzeyir Hacıbəyli prospekti, ** nömrəli bina, ** nömrəli ictimai dövlət mənzilində tək yaşamış X1 ## ###### 2020-ci il tarixində vəfat etmişdir. X2 vəfat etməsi ilə əlaqədar olaraq həmin mənzildə heç bir vətəndaşın yaşamaq hüququ olmadığına görə, mərhumənin yaşadığı mənzil ictimai dövlət mənzil fondu olduğu üçün Mənzil Məcəlləsinin maddələrinə əsasən həmin ictimai dövlət mənzilinin giriş qapısının şüşə hissəsindən və qapının açarının üst tərəfindən A4 formalı vərəqlə möhürlənərək möhür qoyulmuşdur.” Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısının ##.##.2020-ci il tarixli *** nömrəli sərəncamı ilə Ağcabədi Rayon Xalq Deputatları Sovetinin İcraiyyə Komitəsinin ## ##### 1986-cı il tarixli *** nömrəli qərarı əsasında İddiaçı dövlət mənzil fonduna aid Ağcabədi şəhəri Ü.Hacıbəyli prospekti (keçmiş Lenin prospekti 95b) bina 77, yaşayış sahəsi 18.38 m2 olan, 1 otaqlı, ** saylı mənzilə verilmiş ##.##.1986-cı il tarixli ** nömrəli order ləğv edilmiş, Ağcabədi Rayon Xalq Deputatları Sovetinin İcraiyyə Komitəsinin ## ##### 1986-cı il tarixli *** nömrəli qərarı qüvvədən düşmüş hesab edilmişdir. Həmin sərəncam sərəncamların qeydiyyatı kitabında qeydiyyata alınmışdır (2-ci cild səh 34). ünvan 1 istismar idarəsi ilə üçüncü şəxs1 arasında Ağcabədi şəhəri, Ü.Hacıbəyli prospektindəki **/** saylı mənzilə dair ## ###### 2021-ci il tarixli kirayə müqaviləsi bağlanmışdır. ünvan 1 istismar idarəsi tərəfindən verilmiş ##.##.2021-ci il tarixli ** nömrəli arayışdan görünür ki, Ağcabədi şəhəri, Üzeyir Hacıbəyli küçəsi ev 77, ** nömrəli mənzildə üçüncü şəxs1 qardaşı üçüncü şəxs2 ilə yaşayır. ünvan 1 istismar idarəsi tərəfindən Ağcabədi Rayon İcra Hakimiyyətinə ünvanlanmış ##.##.2021-ci il tarixli *** nömrəli məktubda qeyd edilmişdir ki, “...Mənzil fondunda olan Ağcabədi şəhəri, Üzeyir Hacıbəyli prospektində ** nömrəli, 2 mərtəbəli, 16 mənzilli, III giriş, mərtəbəsində, yaşayış sahəsi 18.38 kv.m, 1 otaqlı, ** nömrəli ictimai dövlət mənzili boş olaraq balansımızdadır. Bununla əlaqədar olaraq bildiririk ki, Mənzil Məcəlləsinin maddələrinə əsasən əlillik dərəcəsi olan və digər imtiyazlı vətəndaşlara növbədənkənar olaraq ictimai dövlət mənzili verilməsi ilə əlaqədar, əlillik dərəcəsi olan üçüncü şəxs1 rəsmi himayəsində olan İ dərəcəli əlil qardaşı üçüncü şəxs2 vəziyyətlərini nəzərə alaraq, Ağcabədi şəhəri, Üzeyir Hacıbəyli prospekti, **/** saylı, yaşayış sahəsi 18.38 kv.m, 1 otaqlı ictimai dövlət mənzilinin boş olması səbəbindən əlillik dərəcəsi olan üçüncü şəxs1 yaşaması və orderləşdirilməsi üçün Mənzil Komissiyasında baxılmasını xahiş edirik.” ## ####### 2021-ci il tarixdə keçirilmiş Ağcabədi Rayon İcra Hakimiyyətinin yanında mənzil məsələləri üzrə İctimai Komissiyanın iclasının ** nömrəli protokolu (qərar) ilə Komissiya Ü.Hacıbəyli prospektindəki **/** saylı mənzilə üçüncü şəxs1 adına order yazılması qərara almışdır. Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısının ##.##.2021-ci il tarixli ***a nömrəli sərəncamı ilə mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşların qeydə alınması və dövlət mənzil fondu evlərində yaşayış sahələrinin bölüşdürülməsi barədə İctimai Komissiyanın ## ####### 2021-ci il tarixli ** saylı protokol qərarı təsdiq edilmiş, Ağcabədi şəhəri, Ü.Hacıbəyli prospektindəki **/** saylı mənzilə üçüncü şəxs1 adına order yazılması qərara alınmışdır. Həmin sərəncam sərəncamların qeydiyyatı kitabında qeydiyyata alınmışdır. ##.##.2021-ci il tarixli *** nömrəli orderdən görünür ki, üçüncü şəxs1 Ağcabədi şəhəri, Ü.Hacıbəyli prospektindəki ** saylı binanın III blok, İ mərtəbəsindəki, 18.38 kv.metr yaşayış sahəsi olan, 1 otaqlı, ** saylı mənzilə 02 nəfər ailə üzvləri ilə birlikdə yaşamaq hüququ verilmişdir. Order sahibinin ailə tərkibi: üçüncü şəxs1, üçüncü şəxs2 (qardaşı). Order Rayon İcra Hakimiyyəti başçısının ##.##.2021-ci il tarixli *** saylı sərancamına əsasən verilmişdir. Həmin order orderlərin qeydiyyatı kitabında qeydiyyata alınmışdır. ünvan 1 istismar idarəsi tərəfindən İddiaçı ünvanlanmış ##.##.2022-ci il tarixli ** nömrəli məktubda qeyd edilmişdir ki, “...Ağcabədi şəhər keçmiş Lenin prospekti 25b/11 №li olan mənzil hazırda Üzeyir Hacıbəyli prospekti, **//** №-li mənzil ictimai dövlət mənzil fonduna aiddir. Odur ki, həmin bina tikilib istifadəyə verilən vaxtdan keçmiş Avtomobil Təmiri zavodu özəlləşdirilməsi zamanı Ağcabədi Rayon İcra Hakimiyyətinin sərəncamı əsasında həmin Ü.Hacıbəyli prospekti ** nömrəli, 16 mənzilli yaşayış binası ünvan 1 istismar idarəsinin balansına verilən zaman həmin ** №-li ictimai dövlət mənzili X6 adına olmaqla balansa verilmişdir və həmin ictimai dövlət mənzilində mərhumə X6 və mərhumənin qızı mərhumə X1 həmin mənzildə qeydiyyatda olmaqla yaşamışlar və həmin ictimai dövlət mənzilində mərhumlardan başqa heç kim qeydiyyatda yoxdur. Bununla əlaqədar olaraq Mənzil Məcəlləsinin maddələrinə əsasən Siz Ağcabədi şəhər keçmiş Lenin prospekti **b/** №-li mənzil hazırda Üzeyir Hacıbəyli prospekti, **//** №-li mənzildə qeydiyyatda olmadığınıza görə, uzun illərdir həmin ictimai dövlət mənzilində yaşamadığınıza görə yaşamaq hüququnuzu itirmisiniz.” ünvan 1 istismar idarəsi tərəfindən İddiaçı ünvanlanmış ##.##.2022-ci il tarixli ** nömrəli məktubda qeyd edilmişdir ki, “...Siz ərizənizdə göstərmisiniz ki, Ağcabədi şəhəri, Ü.Hacıbəyli prospekti, **/** №-li mənzildə yaşayıram. Siz hal-hazırda sözügedən Ağcabədi şəhəri, Ü.Hacıbəyli prospekti, **/** №-li dövlət mənzilində yaşamırsınız və həmin dövlət mənzilində qeydiyyatda deyilsiniz, ona görə də həmin dövlət mənzilində yaşamaq hüququnuz yoxdur.” Ağcabədi Rayon İcra Hakimiyyəti tərəfindən iddiaçıya ünvanlanmış ##.##.2022-ci il tarixli **/*** nömrəli məktubda qeyd edilmişdir ki, “...ünvan 1 istismar idarəsinin arayışına əsasən İddiaçı sözügedən Ağcabədi şəhəri, Ü.Hacıbəyli prospekti **/** nömrəli, 1 otaqlı ictimai dövlət mənzilində uzun illər yaşamamış və hal-hazırdada yaşamır. Həmin dövrdə İddiaçı özünə məxsus fərdi yaşayış evində yaşamışdır və hal-hazırda yaşayır. Belə ki, Ağcabədi şəhəri, Ü.Hacıbəyli prospekti **/** nömrəli, 1 otaqlı ictimai dövlət mənzil fonduna aiddir. Ağcabədi şəhəri, Ü.Hacıbəyli prospekti, ** nömrəli, 16 mənzilli, 2 mərtəbəli yaşayış binası tikilib istifadəyə verildiyi vaxtdan keçmiş Ağcabədi Rayon Avtomobil Təmiri zavodunun balansında olmuşdur. Avtomobil təmiri zavodu özəlləşdirilməsi zamanı Ağcabədi Rayon İcra Hakimiyyətinin sərəncamı əsasında həmin Ü.Hacıbəyli prospekti ** nömrəli, 16 mənzilli, 2 mərtəbəli yaşayış binası ünvan 1 istismar idarəsinin balansına verilmişdir. Həmin vaxt Ü.Hacıbəyli prospekti **/** nömrəli, 1 otaqlı ictimai dövlət mənzili X6 adına olmaqla balansa verilmişdir və həmin ictimai dövlət mənzilində mərhumə X6 və mərhumənin qızı mərhumə X1 həmin mənzildə qeydiyyatda olmaqla yaşamışlar. Bununla əlaqədar olaraq Mənzil Məcəlləsinin maddələrinə əsasən İddiaçı Ü.Hacıbəyli prospekti, ** nömrəli, 16 mənzilli, 2 mərtəbəli yaşayış binasında qeydiyyatda olmadığına görə uzun illər yaşamamış və hal-hazırda da yaşamır, ona görə də yaşamaq hüququnu itirmişdir.” Ağcabədi Rayon İcra Hakimiyyəti tərəfindən məhkəməyə ünvanlanmış ##.##.2022-ci il tarixli */** nömrəli məktubda qeyd edilmişdir ki, “...ünvan 1 istismar idarəsinin rayon icra hakimiyyətinə ünvanlandığı ##.##.2022-ci il tarixli *** saylı məktubda İddiaçı Ağcabədi şəhəri, Ü.Hacıbəyli prospekti (Lenin prospekti 25B/11) bina 77, mənzil 11, yaşayış sahəsi 18.38 m2 olan, 1 otaqlı ictimai dövlət mənzilində qeydiyyatda olmadığı və yaşamadığı, həmçinin onun adına olan ##.##.1986-cı il tarixli ** nömrəli orderin arxiv sənədlərinin rayon dövlət arxivində tapılmadığı müəyyən edilmişdir. Ağcabədi şəhəri, Ü.Hacıbəyli prospekti (Lenin prospekti 25b/11) bina 77, mənzil 11, yaşayış sahəsi 18.38 m2 olan, 1 otaqlı ictimai dövlət mənzilində mərhumə X6 və övladı mərhumə X1 uzun müddət qeydiyyatda olmaqla yaşamışlar. Mərhumə X6 və övladı mərhumə X1 vəfatlarından sonra həmin mənzilin boş olduğu nəzərə alınaraq giriş qapısı ünvan 1 istismar idarəsi tərəfindən ##.##.2020-ci il tarixli akt əsasında möhürlənmişdir. Ağcabədi şəhəri, Ü.Hacıbəyli prospekti (Lenin prospekti 25B/11) bina 77, mənzil 11, yaşayış sahəsi 18.38 m2 olan, 1 otaqlı ictimai dövlət mənzlinə Rayon İcra Hakimiyyəti başçısının ##.##.2021ci il tarixli *** saylı sərəncami ilə təsdiq edilmiş rayon icra hakimiyyətinin *** nömrəli orderi əsasında himayəsində əlil qardaşı olan üçüncü şəxs1 və qardaşı üçüncü şəxs2 yaşamaq hüququ verilmişdir. ünvan 1 istismar idarəsinin tərtib etdiyi ##.##.2021-ci il tarixli akt əsasında həmin mənzil X13 və qardaşı üçüncü şəxs2 təhvil verilmişdir. Odur ki, araşdırma zamanı Ağcabədi Rayon Dövlət Arxivinin ## ###### 2021-ci il tarixli ** saylı və ünvan 1 istismar idarəsinin ##.##.2022-ci il tarixli *** saylı məktubları əsasında İddiaçı Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin tələbləri əsasında Ağcabədi şəhəri, Ü.Hacıbəyli prospekti (Lenin prospekti 25b/11) bina 77, mənzil 11, yaşayış sahəsi 18.38 m2 olan 1 otaqlı ictimai dövlət mənzilində qeydiyyatda olmadığı və yaşamadığı, eyni zamanda araşdırma zamanı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin * saylı Beyləqan ərazi idarəsinin ##.##.2020-ci il tarixli ********** saylı məktubunda İddiaçı özünə məxsus fərdi yaşayış evinin olduğu müəyyən edilmişdir. İddiaçı adına olan ##.##.1985-ci il tarixli ** saylı orderin heç bir yerdə qeydiyyatda və hüquqi əsası olmadığı aşkar edilmişdir.” Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsi tərəfindən verilmiş ##.##.2023-cü il tarixli **/*-*****/**** nömrəli məktubda qeyd edilmişdir ki, ##.##.1964-cü il təvəllüdlü İddiaçı ##.##.1981-ci il tarixdən ünvan 4 ünvanında, ##.##.2006-cı il tarixdən ünvan 5 ünvanında, ##.##.2014-cü il tarixdən Ağcabədi şəhəri, Ü.Hacıbəyli prospekti ev 85 ünvanında qeydiyyatda olmuş, ##.##.2022-ci il tarixdən ünvan 6 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır. Məhkəmənin icraatında hazırki iş olarkən iddiaçı mübahisəli Ağcabədi şəhəri, Üzeyir Hacıbəyli küçəsi ev 77, ** nömrəli ümumi sahəsi 45.20 kv.m olan mənzil üzərində mülkiyyət hüququnu ##.##.2023-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata aldırmış, həmin mənzili ##.##.2024-cü il tarixli seriya AN-İ ******* nömrəli (Reyestrdə 4Ə-783 nömrə ilə qeyd edilmiş) daşınmaz əmlakın alğı-satqı müqaviləsi ilə X7, sonuncu da mənzili başqa şəxsə satmışdır. ünvan 7 ünvanında yerləşən 0.08 ha torpaq sahəsi və fərdi yaşayış evi üzərində ##.##.2011-ci ildə İddiaçı mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. ##.##.2012-ci il tarixli seriya AN-İ ******* nömrəli “Daşınmaz əmlakın alğı-satqı müqaviləsi”ndən görünür ki, iddiaçı yaşadığı ünvan 5 ünvanında yerləşən fərdi yaşayış sahəsinin 0.08 ha torpaq sahəsindən 0.04 ha torpaq sahəsini X16. Ağcabədi Rayon İcra Hakimiyyəti başçısının Ağcabədi şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsinin ##.##.2025-ci il tarixli ** nömrəli məktubunda qeyd edilmişdir ki, ünvan 1 istismar idarəsinin balansında olan ünvan 3 ünvanında 2020-cı ildə mərhumə X8 və övladı mərhumə X1 vəfat etdikdən sonra mənzilin boş olduğunu nəzərə alaraq dövlət mənzilinin giriş qapısı yaşayış sahəsi kimi möhürlənmişdir. ...İddiaçı ünvan 2 ünvanında 1 otaqlı, 18.38 m2 yaşayış sahəsi olan dövlət mənzilində yaşamamış və hal-hazırda da yaşamır. Həmin dövrdə o, özunə məxsus evində yaşamış və hal-hazırda da yaşayır.” Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, apellyasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir. İlk növbədə iddianın mümkünlüyü ilə bağlı (subyektiv hüquqla bağlı) məsələyə münasibətdə bildirilir ki, iddiaçı hazırda mübahisəli mənzilin mülkiyyətçisi olmasada, mübahisələndirilən inzibati akt nəticəsində ona mübahisəli mənzilin verilməsi ilə bağlı Ağcabədi Rayon Xalq Deputatları Sovetinin İcraiyyə Komitəsinin ## ##### 1986-cı il tarixli *** nömrəli qərarı və ona verilmiş mənzilə dair order ləğv edilmişdir. İddia müddəti ilə bağlı isə bildirilir ki, birinci instansiya məhkəməsi tərəfindən ##.##.2025ci il tarixli qərardad ilə buraxılmış prosessual müddət bərpa edilmişdir. İşin araşdırılması zamanı mübahisələndirilən inzibati aktların iddiaçıya təqdim edilməsi, iddiaçının onlardan məlumatlı olması müəyyən edilmir. “İnzibati icraat haqqında” Qanunun 62.1, 62.2 və 62.3-cü maddələrinə əsasən inzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. Poçt rabitəsi vasitəsilə ölkə daxilində göndərilmiş inzibati akt, onun poçta təqdim edildiyi gündən 5 gün keçdikdən sonra, elektron üsulla göndərilmiş inzibati akt isə göndərildiyi gündən 3 gün keçdikdən sonra maraqlı şəxsə təqdim olunmuş sayılır. Bu Qanunun 62.2-ci maddəsində nəzərdə tutulmuş qayda maraqlı şəxsin inzibati aktı almadığı və ya gec aldığı hallara şamil olunmur. Maraqlı şəxs inzibati aktı almadığını və ya gec aldığını iddia etdiyi hallarda, aktın ona təqdim olunması faktını və müddətini sübut etmə vəzifəsi inzibati orqanın üzərinə düşür. İşin araşdırılması zamanı mübahisələndirilən inzibati aktlar barəsində inzibati orqan tərəfindən iddiaçıya inzibati aktın qəbul olunması haqqında məlumat verilməsi müəyyən edilmir, işdə belə bir sübut yoxdur. İddia mümkün iddiadır və birinci instansiya məhkəməsi tərəfindən haqlı olaraq işə mahiyyəti üzrə baxılmışdır. Mübahisə ilə bağlı isə bildirirlir ki, iddiaçıya mübahisəli mənzil ayrılan vaxt qüvvədə olmuş Azərbaycan SSR Mənzil Məcəlləsinin 28-ci maddəsinə əsasən mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşlar SSR İttifaqı qanunvericiliyində, bu Məcəllədə və Azərbaycan SSR-in digər qanunvericiliyində nəzərdə tutulmuş qaydada dövlət və ya ictimai mənzil fondu evlərində istifadə üçün yaşayış sahəsi almaq hüququna malikdirlər. həmin yaşayış məntəqəsində daimi yaşayan vətəndaşlara (SSR İttifaqı və Azərbaycan SSR qanunvericiliyində başqa qayda müəyyən edilməmişdirsə) yaşayış sahələri, bir qayda olaraq, ailə üçün ayrıca mənzil şəklində verilirdi. Həmin Məcəllənin 51-ci madəəsinə əsasən dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsini icarə müqaviləsi yaşayış sahəsi orderi əsasında kirayədarla-mənzil-istismar təşkilatı (belə təşkilat olmadıqda isə müvafiq müəssisə, idarə, təşkilat) ilə icarədar - adına order verilmiş vətəndaş arasında yazılı şəkildə bağlanırdı. Həmin Məcəllənin 51-ci madəəsinə əsasən 60-cı maddəsinə əsasən icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanırdı. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun dövlət və ya ictimai mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi bağlamış Azərbaycan Respublikasının vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin yaşadıqları mənzilləri (evləri) bu Qanunla müəyyən edilmiş şərtlərlə və qaydada əvəzsiz olaraq şəxsi mülkiyyətinə keçirmək hüququ vardır. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin ## ###### 2012-ci il tarixli Plenum qərarında qeyd edilmişdir ki, “...Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin ikinci hissəsinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğu barədə” ## ####### 2000-ci il tarixli Qərarında ifadə olunan hüquqi mövqeyinə görə, mənzillərin özəlləşdirmə hüququ qanunla təsbit olunan hüquqdur və onun yaranması bilavasitə özəlləşdirilən mənzildə yaşamaq hüququ ilə əlaqəlidir. İddiaçı mübahisəli mənzil ona verilərkən mənzildə yaşamamış, mənzildə başqa şəxslər yaşamışdır. Bu tip mənzillər şəxslərə yaşamaq üçün verilirdi. Bu münasibətdə şəxslərin və dövlətin müəyyən gözləntiləri vardır. Təsadüfi deyil ki, istər mübahisəli mənzil iddiaçıya verilərkən (1986), istərsə də, hazırda qüvvədə olan qanunvericiliyə görə şəxsin həmin mənzildən istifadə etməməsi onun hüququnun ləğvi ilə nəticələnir. Əgər həqiqətən də iddiaçı həmin mənzildə yaşasa idi, həmin mənzil verilən vaxtdan (1986-cı il) orda qeydiyyatda olardı. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsi tərəfindən verilmiş ##.##.2023-cü il tarixli **/*-*****/**** nömrəli məktubda qeyd edilmişdir ki, ##.##.1964-cü il təvəllüdlü İddiaçı ##.##.1981-ci il tarixdən ünvan 4 ünvanında, ##.##.2006cı il tarixdən ünvan 5 ünvanında, ##.##.2014-cü il tarixdən Ağcabədi şəhəri, Ü.Hacıbəyli prospekti ev 85 ünvanında qeydiyyatda olmuşdur. İddiaçı tərəf (izahatı) də təsdiq etmişdir ki, X6 əlil olduğu üçün mübahisəli mənzildə İddiaçı ilə yaşamışdır. Yuxarıda qeyd edildiyi ki, iddiaçı həmin mənzildə qeydiyyatda olmamışdır. SSRİ dövründə şəxsin yaşadığı yer üzrə qeydiyyatda olması məsələsi ciddi nəzarətdə idi. Mübahisəli mənzil ilə bağlı müəyyən kommunal xərclərin iddiaçı tərəfindən ödənilməsi, şəxsin iddia etdiyi kimi mənzil şəraitinin yaxşılasdırılması ilə bağlı xərc çəkməsi onun mənzilə hüququnun olmasını təsdiq etmir. Qeyd edilən hallar hüququn yaranması üçün əsas deyil. İşin araşdırılması zamanı mübabisələndirilən sərəncamların, orderin qeydiyyat kitabları tələb edilmiş və onlara baxış keçirilmişdir. Beləliklə, yuxarıda istinad olunan normalar baxımından və qeyd edilən səbəblərdən birinci instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslı hesab olunmalıdır. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin ## ###### 2025-ci il tarixli *-*(***)-****/**** saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Məhkəmə qərarından tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə (AZ 1025, Bakı şəhəri,Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-1(3-9)-3/2026
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-9)-3/2026
22.07.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver