Məhkəmə qərarları › İş №2-1(3-9)-304/2026

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-9)-304/2026

24.06.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 2-1(3-9)-304/2026 24.06.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyası hakimlər Hüseynov Fikrət Cilingir oğlu (sədrlik edən və məruzəçi), Quliyev Ceyhun Əmir oğlu və X2 ibarət tərkibdə, Hüseynli Bülbül Düldül oğlunun katibliyi, iddiaçının vəkili və nümayəndəsi Nümayəndə iştirakı ilə, Şirvan Inzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *-*(***)-**/**** nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti əsasında iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı qərarın ləğv edilməsi tələbinə dair inzibati işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” ##.##.2019-cu il tarixli, **************** nömrəli qərarın ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Şirvan Inzibati Məhkəməsinin (hakim A.Hüseynova) ## ###### 2026-cı il tarixli, *- *(***)-**/**** nömrəli qərarı ilə iddia təmin edilməmiş, 100 (bir yüz) manat ekspertiza tədqiqatının dəyərinin iddiaçı İddiaçı tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, X13, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ013601**********3944 SWIFT BIK CTREAZ 22. Hesab № AZ**CTRE********************) köçürülməsi qərara alınmışdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, yoxlama İddiaçı nümayəndələrinin iştirakı ilə və * saylı Ərazi Vergilər Baş Idarəsinin “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” ##.##.2019-cu il tarixli müvafiq qərarları əsasında İddiaçı məxsus, Lerik rayonu, Hamarmeşə kəndi ərazisində yerləşən “Relax” istirahət mərkəzində ##.##.2019-cu il tarixdə keçirilmiş operativ vergi nəzarəti tədbiri zamanı “Sənədlərin və Nümunə kimi əşyaların götürülməsi haqqında” ##.##.2019-cu il tarixli ************** nömrəli qərar əsasında istirahət mərkəzinin ofisindən götürülmüş və vergi ödəyicisinin sahibkarlıq fəaliyyətini və real dövriyyəsini özündə əks etdirən mühasibat sənədləri və məlumatları, həmçinin qarşılıqlı əməliyyatlar və vergi ödəyicisinin bank hesabı və əməliyyatları barədə daxil olmuş məlumatlar əsasında aparılmışdır. Əldə edilmiş sənədlər İddiaçı sahibkarlıq fəaliyyətinə aid olduğu qeyd edilməklə vergi ödəyicisinin səlahiyyətli nümayəndələri tərəfindən təsdiq edilmişdir. X5nın aparılması zamanı “Yoxlamanın keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında” tələbnamə vergi ödəyicisinin səlahiyyətli nümayəndəsinə təqdim edilmiş, NKA-dan alınmış aylıq “Z” hesabatları istisna olmaqla, tələbnamədə göstərilən müddətdə yoxlamaya əlavə heç bir sənəd təqdim olunmadığı üçün ##.##.2019-cu il tarixli akt tərtib edilmiş və daha sonra “Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında” qərar çıxarılmış və vergi ödəyicisinin nümayəndəsinə təqdim edilmişdir. Sonuncu tərəfindən elektron qaimələr, bank sənədləri, müqavilələr və NKA-nın fiskal hesabatları (38 ədəd) təqdim edilmişdir. Qarşılıqlı əlaqələr üzrə sənədlərin və məlumatların alınması məqsədi ilə Azərbaycan Həmkarlar Ittifaqları Konfederasiyasına, Socar Petroleum QSC-nin Həmkarlar Ittifaqı Komitəsinə müraciət olunmuş, edilmiş müraciətlər əsasında zəruri olan sənədlər təqdim edilmişdir. Vergi ödəyicisinin sahibkarlıq fəaliyyətinə aid götürülmüş sənəd və məlumatlar üzrə 2017-ci ilin yanvar-iyun ayları ərzində yeməklərin və mehmanxana otaqlarının qiymətləri də daxil olmaqla Mehmanxana, Restoran, Aqua Park və göstərilmiş digər xidmətlərin dəyərinin 226350.0 manat, yəni ardıcıl 12 aylıq dövr ərzində 2*****.0 manatdan artıq olması müəyyən edilmişdir. Lakin vergi ödəyicisi tərəfindən vergi orqanına ƏDV məqsədləri üçün qeydiyyat haqqında ərizə təqdim olunmadığı üçün yoxlama zamanı Vergi Məcəlləsinin 157.3.1-ci maddəsinə əsasən vergi ödəyicisinin ##.##.2017-ci il tarixdən məcburi qeydiyyat üzrə ƏDV öhdəliyinin yarandığı nəzərə alınmaqla hesablamalar aparılmış, həmin tarixdən sonrakı dövrlərdə vergi ödəyicisi tərəfindən hesablanmış və təqdim edilmiş bəyənnamələrdə göstərilmiş sadələşdirilmiş vergi məbləği yoxlama ilə azaldılmışdır. ƏDV məqsədləri üçün vergi tutulan dövriyyə ilə hasilatın həcmi arasında yaranan 33406.2 manat (226350.0- 192943.8) fərq məbləği 2017-ci ilin iyul ayında daxil olduğu üçün həmin məbləğə ƏDV deyil, 2% dərəcə ilə 668.12 manat sadələşdirilmiş vergi məbləği hesablanmışdır. Yoxlama zamanı vergi ödəyicisinin 2017-ci il ərzində gəlirinin 948977,11 manat olması müəyyən edilmişdir. Xərcləri təsdiq edən sənədlər tam təqdim edilmədiyi üçün gəlir vergisi Nazirlər Kabinetinin ** nömrəli qərarına və Vergi Məcəlləsinin 67.14 və 83.9 maddələrinə əsasən şərti rentabellik tətbiq edilməklə hesablanmışdır. Qeyd olunanlara əsasən, Dövlət Vergi Xidmətinin * saylı Ərazi Vergilər Baş Idarəsi iddiaçı İddiaçı barəsində "Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi barədə" ##.##.2019-ci il tarixli 1900067023193822-saylı qərar qəbul etməkdə haqlıdır. Qərardan iddiaçı tərəfindən apellyasiya şikayəti verilmişdir. Işin halları Iddiaçı tələbini onunla əsaslandırmışdır ki, * saylı Ərazi Vergilər Baş Idarəsinin ##.##.2019-cu il tarixli ************** saylı qərarına əsasən İddiaçı 2017-2018 və 2019-cu ilin ## ###### dövrünü əhatə edən fəaliyyəti yoxlanılmışdır. Yoxlama ##.##.2019-cu il tarixdən ##.##.2019-cu il tarixə qədər davam etmiş, ## ####### 2019-cu ildə **************** nömrəli X5 Aktı tərtib edilmiş, ##.##.2019-cu il tarixli qərar qəbul etmişdir. Qərara əsasən Vergi Məcəlləsinin 58.4-cü maddəsinə əsasən ƏDV üzrə qeydiyyatın Vergi Məcəlləsinə əsasən məcburi olduğu halda, bu cür qeydiyyat olmadan fəaliyyət göstərilməsinə görə vergi ödəyicisinə ƏDV qeydiyyatı olmadan fəaliyyət göstərdiyi bütün dövr ərzində büdcəyə ödənilməli olan ƏDV məbləğinin 50 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilərək, 282.074.03 manat vergi məsuliyyətinə cəlb edilməsi, Vergi məcəlləsinin 57.1 maddəsinə əsasən 1160 manat vergi məsuliyyətinə cəlb edilmişdir. Fərdi sahibkar kimi ##.##.2012-ci ildə Bakı şəhər Vergilər Departamentində ********** saylı VÖEN ilə qeydiyyata alınmış, iyun 2018-ci il tarixə qədər fəaliyyəti dayandırılmışdır. * saylı Ərazi Vergilər Idarəsinin xidməti ərazisində yerləşən Lerik rayonu, Hamarmeşə kəndi ərazisində vergi ödəyicisi kimi fəaliyyəti iyun 2018-ci il tarixindən etibarən həyata keçirilir. Bu tarixə qədər qeyd olunan ünvanda onun nə faktiki, nə də hüquqi olaraq sahibkar kimi heç bir faəliyyəti olmamışdır. Bu ərazidə 2008-2017-ci ilə kimi "Relax" 1C, sonra isə 2017-ci ildən 2018-ci ilin iyun ayına kimi fiziki şəxs X4 icarə qaydasında istifadə etmişdir. Bu məlumatlar * saylı Ərazi Vergilər Baş Idarəsinin 10 ildə hər il aparılmış yoxlama aktlarında məlumat uçot bazasında, bank sənədlərində və s. sənədlərdə öz təsdiqini tapmışdır. Belə ki, yoxlayıcılar qeyri-rəsmi məlumatlara istinad edərək, ona 2017ci ilin İ-IV ayları üzrə sadələşmiş vergi, 2017-ci ilin iyun ayından başlayaraq ƏDV qeydiyyatının yaranmasını əsas götürərək, 2017-ci ilin iyun ayından 2019-cu ilin avqust ayına kimi nə ƏDV vergisi, nə də gəlir vergisi hesablamışlar. Halbuki o, fəaliyyət dövründə vergi ödəyicisi olaraq hər rübdə Vergilər Idarəsinə Sadələşdirilmiş Vergi bəyannaməsi təqdim etmişdir. 2017-2018-ci illərdə 2019-cu il ilə müqayisədə dövriyyənin nisbətən az olmasına səbəb bu ildə yeni istifadəyə verilmiş obyektlər, əvvəlki illərdə Bakı-Lerik yolunun təmirlə əlaqədar bərbad olması, birdə rayonda baş verən sel-daşqın nəticəsində obyektdə olan kotec, restoran, hovuz, körpü və s. infrastrukturların dağılmasının bərpası və tikintisi ilə əlaqədar həmin vaxtlar obyektin müəyyən hissəsinin təmirə dayanması, yaxud bəzi obyektlərin isə həmin il mövcud olmaması faktları ilə əlaqədardır. Nağd əməliyyatların aparılması ilə əlaqədar bütün sənədlər (o cümlədən kassa və mədaxil qəbzləri) mühasibatlıqda mövcud qanunvericiliyə uyğun uçota alınmışdır. Qeyd olunan sənədlərin yoxlayıcılar tərəfindən verilməsinə baxmayaraq heç bir təsdiqedici sənədə əsaslanmadan akta təhrif olunmuş məlumatlar daxil etməklə, düzgün olmayan, təsdiqini tapmayan vergi və cərimələr hesablamışlar. Vergi ödəyicisi kimi ##.##.2018-ci il tarixə qədər ərazidə fəaliyyət göstərmədiyi halda, habelə 2019-cu ilə qədər mövcud olmamış və 2019-cu ildə istismara verilməklə quraşdırılmış və istifadə olunan 10 ədəd kassa aparatlarından əldə edilmiş məlumatlar əsasında, habelə ona heç bir aidiyyatı olmadığı halda “xxxx” proqramından (bu proqram üzərində fiziki şəxs olaraq adı və VÖEN-nin hər hansı formada öz əksini tapmadığı üçün və bu proqram vasitəsilə, yaxud başqa bir proqramla uçot aparmamışdır) əldə edilmiş məlumatların onun adına qeyd edilməklə və həmin proqrama istinad edilməklə yoxlayıcılar tərəfindən adına vergi hesablanması əsassızdır. “xxxx” proqramın ona aidiyyatı olmamaqla yanaşı, MMC tərəfindən proqramist dəvət edilməklə, bu proqram MMC tərəfindən 2019-cu ildə tərtib edilmiş və məşğələlərin keçirilməsi məqsədi ilə proqramçı (işçilər) tərəfindən orada obyektlərin adları və məlumatları şərti qaydada daxil edilməklə, MMC tərəfindən gələcəkdə ərazinin fəaliyyətini proqramlaşdırmaq məqsədini, yəni proqram işini öyrənmək üçün işçilərin məşq (öyrənmək) və vərdişləri xarakteri daşımışdır. MMC-nin əməkdaşları “xxxx” proqramını şərti treninq məqsədilə tərtib etmişlər. Bu proqram heç bir ciddi hesabat xarakteri daşımamış və şərti xarakterli olmuşdur. “X7” yazılan ad ilə proqram tərtib edib, məşğələlərdə işçilər tərəfindən proqramın öyrənilməsi üçün məşqlər keçirmək məqsədilə kompüterə müxtəlif şərti rəqəmlər daxil etmişlər. Bu baxımdan həmin “xxxx” proqramının vergi ödəyicisi olaraq onun fəaliyyəti ilə heç bir əlaqəsi olmamışdır, orada qeyd olunan məlumatlar proqramın şərti qaydada, nümunə olaraq tərtib etdiyi rəqəmlər, adlar və sair şərti məlumatlar olduğundan, bu proqram rəsmi sənəd hesab edilmir. Bu proqrama istinad etmək VM-nin 67-ci maddəsinin tələblərinin pozulmasına səbəb olmuşdur. “X5 Aktı”nda bir halda sənədlərin təqdim edilmədiyi, digər halda təftiş edilmiş sənədlərin adları sadalanmışdır. Fiziki şəxs kimi ##.##.2018-ci il tarixdən fəaliyyətə başlasa da, yoxlayıcılar qərəzli olaraq ona heç bir aidiyyatı olmayan “xxxx” proqramında təlim və öyrənmək məqsədilə bu proqramda şərti göstərilən rəqəmlərdən istifadə etmişlər. Bu proqramda 2017-ci il üzrə dövriyyə kimi göstərilmiş 1 345 883,49 manat məbləğə Akt uyğunlaşdırmaqla dövriyyə 948977,11 manat (proqramda, nağd 780 473,52 nanat + Bank hesabları üzrə gəlir 565 445,97 manat), 2018-ci il üzrə şərti satış dövriyyəsi kimi göstərilmiş 1 338 552 manat (şərti proqramda, nağd 1 154 055 manat + Bankdan daxilolma 184 497 manat) məbləğə uyğunlaşdırılmış formada 1.134 366,25 nanat, 2019cu ilin İ-VII ayları üzrə dövriyyə 1 239 959 manat şərti rəqəmə uyğunlaşdırılmaqla 1.050 863,54 manat (şərti proqramda, nağd 1 050 545 + Bankdan daxilolma 189 414 manat) dövriyyə yazmışlar. Qeyri-rəsmi məlumatların olmasına misal olaraq: Həmin məşq xarakterli proqramda Aprel ayında Lerik rayonu dağlıq soyuq iqlimə malik bir yerdə Aqua Parkdan təkcə bir gündə 349000 manat kassaya pul daxil olma göstərilmişdir. Bu onu göstərir ki, məşğələlər zamanı “xxxx” proqramını öyrənmək məqsədi ilə, proqrama istənilən rəqəmlər daxil edilməklə, proqramı öyrənməyə çalışmışlar. Nəzərə alınmalıdır ki, “Aqua park”ın əhatə etdiyi yerdə hətta insanlar ayaq üstə qalsalar belə, qeyd olunan həcmdə müştəri qəbul edilməsi qeyri-mümkündür. Yoxlama aktında yanlış olaraq bankdan daxil olan dövriyyə, yəni aktda qəsdən Bank vasitəsilə daxil olmuş vəsait kimi göstərilən məbləğlərlə, faktiki olaraq bank hesabına daxil olmuş məbləğlər fərqlidir. Bank hesabına daxil olan məbləğlərlə, göstərilən məbləğlər tam fərqlidir. Nəzərə alınmalıdır ki, yoxlayıcılar tərtib etdikləri yoxlama aktında istinad etdikləri bütün illəri “xxxx” proqrammdakı məlumatlar əsasında hazırlayıblar. Yoxlayıcılar faktiki Bank sənədlərinə baxmayaraq yoxlamaya qeyri-obyektiv yanaşmış və qərəzli surətdə heç əyi olmayan istənilən dövriyyəni yazmışlar. Yəni faktiki olaraq banka daxil olan vəsaitin həcmi ilə yoxlama aktında yanlış olarq göstərilən Bank daxilolması arasındakı fərq 707 707,37 manat təşkil edir. “Vergi ödəyicisinin “xxxx” ASC nin Nəsimi fılialındakı Z**MUGA***************AZM** saylı hesabına daxil olan pul vəsaitlərin minimum məbləği bank çıxarışından görünür ki, aşağıdakı məbləğdədir: 1) ##.##.2017-ci il tarixdən ##.##.2017-ci il tarixə qədər bank hesabına heç bir vəsait daxil olmamışdır; 2) ##.##.2018-ci il tarixdən ##.##.2018-ci il tarixə qədər bank hesabına 806,00 manat, 3) ##.##.2019-cu il tarixdən ##.##.2019-cu il tarixə 149843 manat daxil olmuşdur. Beləliklə yoxlama dövrünü əhatə edən ##.##.2017-ci il tarixdən ##.##.2019-cu tarixə qədər bank hesabına cəmi 231649 manat pul vəsaiti daxil olduğu halda, yoxlayıcılar “xxxx” proqramı əsasında hesablamalar aparmaqla, 2017-ci il dövrü üçün bank hesabı vasitəsilə 565445,97 manat, 2018-ci IV rübündə 184497,0 manat və 2019-cu ilin ## ###### tarixinə hesabına 189414,0 lat vəsaitin daxil olduğunu qeyd etmişlər. Beləliklə, yoxlama dövründə bank hesabına daxil olan faktiki məbləğdən 707 707,37 manat bank daxil olması kimi yazmışlar. Bununla da vergi orqanı mənbəyi məlum olmayan məlumatlar əsasında yalnız qeyd olunan 707 707,37 manata görə vergi ödəyicisinə əsassız vergi hesablamışdır. Cavabdehin iddiaya qarşı etiraz dəlilləri ondan ibarət olmuşdur ki, iddiaçı diqqəti yalnış istiqamətə yönəltmək üçün bank hesabına daxil olan vəsaitinin müqayisəsini və bank hesabına daxil olan vəsaitin məbləğini diqqətə çəkməyə çalışaraq vergi hesablamalarının qanunsuz olduğunu sübut etməyə çalışmışdır. Halbuki bank ödənişləri dedikdə, həm də iddiaçı tərəfindən təsərrüfat subyeklərində tətbiq olunan “xxxx” proqramında qeyd olunan “bank ödənişləri” nəzərdə tutulur ki, bu da iddiaçının dövriyyəsini müəyyən edən faktordur. Eyni zamanda iddianın tam əsassızlığı ilə bağlı aşağıdakıları qeyd edilməsi zəruri hesab edilir: -Vergilər Nazirliyinin Vergi Cinayətlərinin Ibtidai Araşdırılması Baş Idarəsinin ********* nömrəli cinayət işi üzrə növbədənkənar X5nın keçirilməsi haqqında Qərarına və * saylı Ərazi Vergilər Baş idarəsinin “X5nın keçirilməsi haqqında” ##.##.2019-cu il tarixli **************** nömrəli qərarına əsasən İddiaçı ##.##.2017-ci il tarixdən ##.##.2019-cu il tarixədək olan fəaliyyət dövrü əhatə olunmaqla növbədənkənar X5 təyin edilmişdir. Yoxlama iddiaçının etibarnamələr üzrə rəsmi nümayəndələri olan X8 və X1 iştirakı ilə və * saylı Ərazi Vergilər Baş Idarəsinin “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” ##.##.2019-cu il tarixli müvafiq qərarları əsasında İddiaçı məxsus, Lerik rayonu, Hamarmeşə kəndi ərazisində yerləşən “Relax” istirahət mərkəzində ##.##.2019cu il tarixdə keçirilmiş operativ vergi nəzarəti tədbiri zamanı “Sənədlərin və Nümunə kimi əşyaların götürülməsi haqqında” ##.##.2019-cu il tarixli ************** nömrəli qərar əsasında istirahət mərkəzinin ofisindən götürülmüş və vergi ödəyicisinin sahibkarlıq fəaliyyətini və real dövriyyəsini özündə əks etdirən mühasibat sənədləri və məlumatları, həmçinin qarşılıqlı əməliyyatlar və vergi ödəyicisinin bank hesabı və əməliyyatları barədə daxil olmuş məlumatlar əsasında aparılmışdır. Götürülmüş sənədlər İddiaçı sahibkarlıq fəaliyyətinə aid olduğu qeyd edilməklə vergi ödəyicisinin səlahiyyətli nümayəndələri tərəfindən təsdiq edilmişdir. Yoxlama zamanı “Yoxlamanın keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında” tələbnamə vergi ödəyicisinin səlahiyyətli nümayəndəsi X1 təqdim edilmişdir. Nəzarət kassa aparatından alınmış aylıq “Z” hesabatları istisna olmaqla, tələbnamədə göstərilən müddətdə yoxlamaya əlavə heç bir sənəd təqdim olunmadığı üçün ##.##.2019-cu il tarixli akt tərtib edilmiş və daha sonra “Sənədlərin və nümünə kimi əşyaların götürülməsi haqqında” ##.##.2019-cu il tarixli qərar çıxarılmış və vergi ödəyicisinin nümayəndəsinə təqdim edilmişdir. Sonuncu tərəfindən elektron qaimələr, bank sənədləri, müqavilələr və NKA-nın fiskal hesabatları (38 ədəd) təqdim edilmişdir. Təqdim edilmiş sənədlər ##.##.2019-cu il tarixli protokol əsasında götürülmüş, yoxlamanın keçirilməsinə aid sənədlər, o cümlədən xərcləri təsdiq edən sənədlər tam təqdim edilmədiyindən "Sənədlərin və nümunə kimi əşyaların verilməsindən imtina haqqında” Akt tərtib edilmişdir. Eyni zamanda aparılmış qarşııqlı əlaqələr üzrə sənədlərin və məlumatların alınması məqsədi ilə Azərbaycan Həmkarlar Ittifaqları Konfederasiyasına, Socar Petroleum QSC-nin Həmkarlar Ittifaqı Komitəsinə müraciət olunmuş, edilmiş müraciətlər əsasında zəruri olan sənədlər təqdim edilmişdir. Vergi ödəyicisinin sahibkarlıq fəaliyyətinə aid götürülmüş sənəd və məlumatlar üzrə 2017-ci ilin yanvar-iyun ayları ərzində yeməklərin və mehmanxana otaqlarının qiymətləri də daxil olmaqla Mehmanxana, Restoran, Aqua Park və göstərilmiş digər xidmətlərin dəyərinin 226350.0 manat, yəni ardıcıl 12 aylıq dövr ərzində 2*****.0 manatdan artıq olması müəyyən edilmişdir. Lakin vergi ödəyicisi tərəfindən vergi orqanına ƏDV məqsədləri üçün qeydiyyat haqqında ərizə təqdim olunmadığı üçün yoxlama zamanı Vergi Məcəlləsinin 157.3.1-ci maddəsinə əsasən vergi ödəyicisinin ##.##.2017-ci il tarixdən məcburi qeydiyyat üzrə ƏDV öhdəliyinin yarandığı nəzərə alınmaqla hesablamalar aparılmış, həmin tarixdən sonrakı dövrlərdə vergi ödəyicisi tərəfindən hesablanmış və təqdim edilmiş bəyənnamələrdə göstərilmiş sadələşdirilmiş vergi məbləği yoxlama ilə azaldılmışdır. Aylar üzrə ƏDV-yə cəlb olunan dövriyyələr göstərilmiş xidmətlərin dəyərinə əsasən müəyyənləşdirilmişdir. Yoxlama ilə aylar üzrə hesablanmış ƏDVməbləği aşağıdakı kimi olmuşdur: -2017-ci il üzrə: Iyul ayı dövriyyə 353360,16 manat, vergi 63604,83 manat Avqust ayı dövriyyə 457743,22 manat, vergi 82393,78 manat Sentyabr ayı dövriyyə 95468,64 manat, vergi 17184,36 manat Oktyabr ayı dövriyyə 7429,66 manat, vergi 1337, 34 manat Noyabr ayı dövriyyə 5971,18 manat, vergi 1074,81 manat Dekabr ayı dövriyyə 29004,23 manat, vergi 5220.76 manat -2018-ci il üzrə: Yanvar ayı dövriyyə 14115,25 manat, vergi 2540,75 manat v Fevral ayı dövriyyə 4644,06 manat, vergi 835,93 manat V Mart ayı dövriyyə 69105,08 manat, vergi 12438,91 manat, Aprel ayı dövriyyə 6906,77 manat, vergi 1243,22 manat, May ayı dövriyyə 23030,50 manat, vergi 4145,49 manat Iyun ayı dövriyyə 114966,10 manat, vergi 20693,90 manat, Iyul ayı dövriyyə 409181,35 manat, vergi 73652,64 manat, Avqust ayı dövriyyə 398673,72 manat, vergi 71761,27 manat Sentyabr ayı dövriyyə 32759,32 manat, vergi 5896,68 manat Oktyabr ayı dövriyyə 8330,50 manat, vergi 1499,49 manat Noyabr ayı dövriyyə 12461,86 manat, vergi 2243,13 manat Dekabr ayı dövriyyə 40190,67 manat, vergi 7234,32 manat. -2019-ci il üzrə: Yanvar ayı dövriyyə 15292,37 manat, vergi 2752,63 manat; Fevral ayı dövriyyə 5483,05 manat, vergi 986,95 manat; Mart ayı dövriyyə 43476,27 manat, vergi 7825,73 manat; Aprel ayı dövriyyə 5508,47 manat, vergi 991,52 manat V May ayı dövriyyə 23699,15 manat, vergi 4265,85 manat, iyun ayı dövriyyə 300343,30 manat, vergi 54061,79 manat iyul ayı dövriyyə 657010,93 manat, vergi 118261,97 manat Yoxlama ilə X6 ümümilikdə 564148,05 manat azaldıldığı müəyyən olunmuşdur. Vergi ödəyicisinin təqdim etdiyi Sadələşdirilmiş vergi bəyannamələri üzrə vergi məbləği aşağıdakı kimi olmuşdur: -2017-ci ilin 2-ci rübü üzrə 0 manat 2017-ci ilin 4-cü rübü üzrə 0 manat 2018-ci ilin 1-ci rübü üzrə 0 manat 2018-ci ilin 2-ci rübü üzrə 341,90 manat 2018-ci ilin 3-cü rübü üzrə 1257,28 manat 2018-ci ilin 4-cü rübü üzrə 344,50 manat 2019-cu ilin 1-ci rübü üzrə 0 manat 2019-cu ilin 2-ci rübü üzrə 0 manat Kameral yoxlama ilə vergi ödəyicisinin Sadələşdirilmiş vergi məbləği aşağıdakı kimi olmuşdur. -2018-ci ilin 2-ci rübü üzrə 341,90 manat 2018-ci ilin 3-cü rübü üzrə 2279,60 manat 2018-ci ilin 4-cü rübü üzrə 344,50 manat 2019-cu ilin 1-ci rübü üzrə 0 manat. Yoxlama ilə Sadələşdirilmiş vergi məbləği aşağıdakı kimi olmuşdur: -2017-ci ilin 1-ci rübü üzrə 1036,72 manat, 2-ci rübü üzrə 2822,15 manat, 3-cü rübü üzrə 668,12 manat. Yoxlama nəticəsində sadələşdirilmiş verginin 4527.0 manat az, 2966.0 manat artıq hesablandığı, o cümlədən 2017-ci ilin 1-ci rübü üzrə 1036,72 manat az hesablandıığı, 2-cü rübü üzrə 2822,15 manat az hesablandığı, 3-cü rübü üzrə 668,12 manat az hesablandığı müəyyən edilmişdir. Vergi ödəyicisinin sahibkarlıq fəaliyyətinə aid götürülmüş sənəd və məlumatlar üzrə 2017-ci ilin yanvar-iyun ayları ərzində yeməklərin və mehmanxana otaqlarının qiymətləri də daxil olmaqla Mehmanxana, Restoran, Aqua Park və digər xidmətlər üzrə vergi tutulan əməliyyatların həcminin 226350.0 manat, ümumi hasilatın həcminin 192943.8 manat olması müəyyən edilmişdir. ƏDV məqsədləri üçün vergi tutulan dövriyyə ilə hasilatın həcmi arasında yaranan 33406.2 manat (226350.0-192943.8) fərq məbləği 2017-ci ilin iyul ayında daxil olduğu üçün həmin məbləğə ƏDV deyil, 2% dərəcə ilə 668.12 manat sadələşdirilmiş vergi məbləği hesablanmışdır. Qeyd olunanlara və Vergi Məcəlləsinin 157.3.1-ci maddəsinə əsasən ##.##.2017-ci il tarixdən yoxlamanın əhatə etdiyi dövrün sonunadək dövriyyələr X3 cəlb edilərək hesablamalar aparılmışdır. Nəticədə 2018-ci ildə sadələşdirilmiş verginin 2966.0 manat artıq hesablandığı müəyyən edilmişdir. Vergi ödəyicisi Gəlir vergisinin tədiyyəçisi olmadığı üçün gəlir vergisinin bəyannaməsi vergi orqanına təqdim olunmamışdır. Yoxlama vergi ödəyicisindən götürülmüş və onun sahibkarlıq fəaliyyətini və real dövriyyəsini əks etdirən sənədlər və məlumatlar əsasında aparılmış, gəlir vergisi üzrə dövriyyə məbləği görülmüş işlərə və göstərilmiş xidmətlərə görə daxil olmuş ödənişlər əsasında müəyyən edilmişdir. Yoxlama zamanı vergi ödəyicisinin 2017-ci il ərzində gəlirinin 948977,11 manat olması müəyyən edilmişdir. Xərcləri təsdiq edən sənədlər (o cümlədən mal-material xərcləri) tam təqdim edilmədiyi üçün gəlir vergisi Nazirlər Kabinetinin ** nömrəli qərarına və Vergi Məcəlləsinin 67.14 və 83.9 maddələrinə əsasən şərti rentabellik tətbiq edilməklə hesablanmışdır. Belə ki, həmin qərarın 6.1-ci bəndinə əsasən: Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı üçün yoxlama zamanı şərti rentabellik norması əsasında onun mənfəəti (gəlir) aşağıdakı üsulla müəyyən edilmişdir. Vergi ödəyicisinin fəaliyyəti ilə əlaqədar əldə etdiyi gəliri (ƏDV nəzərə alınmadan) əsasında : M1 =G1:(100 + R)xR Burada: M1- vergi ödəyicisinin mənfəəti; G1- vergi ödəyicisinin fəaliyyətindən əldə etdiyi gəlir; R- şərti rentabellik normasıdır. Həmin qərarın 6.1.3-cü bəndinə əsasən vergi ödəyicisinin mənfəəti şərti üsulla müəyyən edilərkən şərti rentabellik norması (R) 20 faiz səviyyəsində götürülür. M1 = 158162,85 manat gəlir (948977,11: (100+20 ) x 20), 790814,26 manat (948977,11 158162,85) xərc olmaqla, ödənilməli gəlir vergisi məbləği 31632,57 manat (158162,85*20%) müəyyən edilmişdir. Yoxlama zamanı vergi ödəyicisinin 2018-ci il üzrə gəlirinin 1134365,25 manat olması müəyyən edilmişdir. Xərcləri təsdiq edən sənədlər (o cümlədən mal-material xərcləri) tam təqdim edilmədiyindən gəlir vergisi Nazirlər Kabinetinin ** nömrəli qərarına və Vergi Məcəlləsinin 67.14 və 83.9-cu maddələrinə əsasən şərti rentabellik tətbiq edilməklə hesablanmışdır. Beləliklə, M1 = 189060,87 manat gəlir (1134365,25: (100+20 ) x 20), 945304,38 manat (1134365,25-189060,87) xərc olmaqla ödənilməli gəlir vergisi məbləği 37812,17 manat (189060,87*20%) müəyyən edilmişdir. Yoxlama ilə ümumilikdə 69444,74 manat gəlir vergisinin yayındırıldığı müəyyən olunmuşdur. Yoxlama ilə büdcəyə çatası vergilərin ümumilikdə 638119.79 manat azaldıldığı; o cümlədən: > 4527 manat Sadələşdirilmiş vergisinin azaldıldığı; > > 564148,05 manat X6 azaldıldığı; 69444,74 manat Gəlir vergisinin azaldıldığı; yoxlama ilə sadələşdirilmiş verginin 2966.0 manat artıq hesablandığı müəyyən olunmuşdur. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən vergilərin hesabatda göstərilmiş məbləğinin vergilərin hesabatda göstərilməli olan məbləğinə nisbətən 73971,74 manat azaldılmasına görə azaldılmış vergi məbləğinə 36985,87 manat maliyyə sanksiyası tətbiq olunması təklif olundu. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 155-ci maddəsinə müvafiq olaraq ƏDV qeydiyyatı məcburi olduğu halda, qeydiyyat olmadan fəaliyyət göstərdiyinə görə VM-nin 58.4- cü maddəsinə əsasən büdcəyə ödənilməli olan 564148,05 manat verginin 50%-i həcmində, yəni 282074,03 manat maliyyə sanksiyası tətbiq olunmuşdur. Vergi hesabatını və ya Vergi Məcəlləsinin 16.2-ci maddəsində nəzərdə tutulmuş arayışı əsas olmadan müəyyən edilən müddətdə təqdim etmədiyinə görə Vergi Məcəlləsinin 57.1-ci maddəsinə əsasən vergi ödəyicisinə 1160 manat məbləğində maliyyə sanksiyası tətbiq olunmuşdur. Yoxlama ilə külli miqdarda vergilərin büdcəyə hesablanıldığı və bununla da Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213-cü maddəsinin tərkib əlamətləri yarandığına görə yoxlama materialları Verglər Nazirliyinin Vergi Cinayətlərinin Ibtidai Araşdırılması Baş Idarəsinə göndərilmişdir. Ibtidai istintaq zamanı iddiaçı ərizə ilə müraciət edərək, yayındırdığı 635153,79 manat vergiləri tamamilə dövlət büdcəsinə ödədiyinə görə istintaq olunan ********* nömrəli cinayət işində barəsində aparılan cinayət təqibinə xitam verilməsini xahiş etmişdir. Beləliklə də iş üzrə aparılmış istintaq zamanı iddiaçının əməlində AR Cinayət Məcəlləsinin 213.3-cü maddəsinin tərkibinin olduğu tam olaraq sübuta yetirilmişdir. Apellyasiya şikayətinin dəlilləri Iddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. Şikayətin dəlilləri iddia ərizəsinin məzmunu ilə eynilik təşkil edir. Prosessual məsələlər Iddiaçının vəkili və nümayəndəsi məhkəmə iclasında apellyasiya şikayətini müdafiə etmiş, şikayətin dəlillərinə uyğun izahat verərək, təmin edilməsini xahiş etdi. Həmçinin məhkəmə kollegiyasının suallarına cavab olaraq bildirdi ki, hazırda mübahisələndirilən qərar üzrə hesablanmış vergi məbləği cinayət işi üzrə təqsirləndirilən şəxslərin əsassız məhkum edilmələrinin qarşısını almaq məqsədilə ödənilmişdir. Bu vəsaitin ödənilməsi vergi borcunun etirafı kimi qəbul edilməməlidir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, nümayəndəsinin iştirakını təmin etməmişdir. Kollegiya işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməlidir. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Hazırki iş üzrə məhkəmə araşdırmasının predmeti cavabdeh tərəfindən qəbul edilmiş ##.##.2019-cu il tarixli, **************** nömrəli qərarın qanuniliyinin yoxlanılmasıdır. Məhkəmə iş üzrə toplanmış sübutlara müqayisəli şəkildə, onlara tətbiq edilməli olan normativ hüquqi aktlar baxımından hüquqi qiymət verərək, aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Ilk növbədə cavabdehin mübahisələndirilən qərarının qanuni olub-olmadığını müəyyənləşdirmək üçün vergi münasibətlərini tənzimləyən, eyni zamanda hazırki mübahisəyə tətbiq edilməli olan müvafiq normalar təhlil edilməlidir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin:- -23.1.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək vergi orqanlarının hüququdur. -37.1-ci maddəsinə əsasən kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergi orqanında olan, vergi ödəyicisi tərəfindən təqdim edilən vergi hesabatları, habelə vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan digər sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. -37.4-cü maddəsinin 1-ci hissəsinə əsasən kameral yoxlama nəticəsində vergi bəyannaməsində və ya cari vergi ödəmələrinin hesablanması haqqında arayışda vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir. -37.4-cü maddəsinin 2-ci hissəsinə əsasən bu maddənin birinci hissəsində göstərilən hallarda və (və ya) kameral yoxlama aparmaq üçün vergi bəyannaməsi, sənədlər və məlumatlar üzrlü əsas olmadan təqdim edilmədikdə, vergi orqanının bu Məcəllənin 67-ci maddəsinə müvafiq olaraq vergiləri hesablamaq hüququ vardır. -43.1-ci maddəsinə əsasən sənədlərin və nümunə kimi əşyaların götürülməsinə X5 və operativ vergi nəzarəti keçirildikdə yol verilir. -43.8-ci maddəsinə əsasən sənədlərin və nümunə kimi əşyaların götürülməsi barədə bu Məcəllənin 48-ci maddəsinin tələblərinə riayət etməklə protokol tərtib edilir. -48.2.8-ci maddəsinə əsasən bu Məcəlləyə uyğun olaraq əşyalar nümunə kimi götürüldükdə protokolda əşyaların miqdarı, həcmi və digər xüsusi əlamətləri göstərilməlidir. -67.1-ci maddəsinə əsasən bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə X5nın aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, uçotu və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini aşağıda göstərilən əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır: -83.2-ci maddəsinə əsasən vergi orqanının bu Məcəlləyə uyğun olaraq vergi ödəyicisinin vergi öhdəliklərini aşağıdakı məlumat mənbələrindən birinə və ya bir neçəsinə əsaslanaraq hesablamaq hüququ vardır: 83.2.1. vergi ödəyicilərinin vergi bəyannamələrində olan məlumata; 83.2.2. bu Məcəllənin 73-cü maddəsinə müvafiq ödəmələr haqqında məlumata; 83.2.3. vergi yoxlaması materiallarına; 83.2.4. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumata, o cümlədən bu Məcəllənin 67-ci maddəsi ilə nəzərdə tutulmuş əlaqəli məlumatlara. -53.3-cü maddəsinə görə bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasına aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. -54.0.1-ci maddəsinə əsasən, vergi qanunvericiliyi ilə bağlı hüquqpozuntusu hadisəsinin olmaması vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb olunmanı istisna edən haldır. -49.1-ci maddəsinə əsasən X5nın materiallarına baxılmanın nəticələri üzrə vergi orqanının rəhbəri (rəhbərin müavini) 10 gün müddətində həmin maddədə qeyd olunan qərarlardan birini çıxarır. -49.5-ci maddəsinə əsasən vergi orqanının vəzifəli şəxsləri tərəfindən bu maddənin tələblərinin gözlənilməməsi vergi orqanının qərarının yuxarı vergi orqanı və məhkəmə tərəfindən ləğv edilməsi üçün əsasdır. “Inzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: -11.1-ci maddəsinə görə inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. -24.1-ci maddəsinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. -24.2-ci maddəsinə görə inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. -58.1-ci maddəsinə əsasən inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. -67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. -67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Azərbaycan Respublikası Inzibati-Prosessual Məcəlləsinin 70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. Iş materiallarında olan sənədlərlə müəyyən edilir ki, vergi ödəyicisi İddiaçı fəaliyyət göstərdiyi sahibkarlıq subyektində Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə əsasən ##.##.2017-ci il tarixdən ##.##.2019-cu il tarixədək olan dövr əhatə edilməklə X5 keçirilmiş, yoxlamanın nəticəsi ## ####### 2019-cu il tarixli, **************** nömrəli “X5 Aktı” ilə rəsmiləşdirilmiş və “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” ##.##.2019-cu il tarixli, **************** nömrəli qərar qəbul edilmişdir. X5 iddiaçının fəaliyyət göstərdiyi təsərrüfat subyektində ona məxsus kompyuterin yaddaşından götürülmüş məlumatlar əsasında aparılmış, mübahisələndirilən qərarla ümumilikdə 638119,79 manat vergilərin azaldıldığı, o cümlədən 4527 manat Sadələşdirilmiş verginin, 564148,05 manat ƏDV, 69444,74 manat Gəlir vergisinin azaldıldığı, Sadələşdirilmiş verginin 2966.0 manat artıq hesablandığı müəyyən edilməklə, 69444,74 manat Gəlir vergisi və 4527 manat Sadələşdirilmiş verginin cəmi olan 73971.74 manat azaldılmış vergi məbləğinə 36985,87 manat maliyyə sanksiyası, 564148,05 manat ƏDV məbləğinin azaldılmasına görə 282074,03 manat maliyyə sanksiyası, habelə Vergi Məcəlləsinin 57.1-ci maddəsinə əsasən 1160 manat maliyyə sanksiyası tətbiq edilmişdir. -Vergi orqanı tərəfindən iddiaçıya təqdim edilmiş “Uçota dair arayış”da onun sahibkarlıq fəaliyyyətinin ##.##.2012-##.##.2017-ci illər və ##.##.2019-##.##.2019-cu il tarixlər aralığında dayandırıldığı bildirilmişdir. -##.##.2019-cu il tarixli “sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında” protokoldan görünür ki, İddiaçı NKA-dan alınmış aylar üzrə “Z” hesabatları, müqavilə 4 vərəq, bank çıxarışları, elektron qaimə fakturaları bank 7 vərəq, E.Q 39 vərəq sənədlər götürülmüşdür. İddiaçı nümayəndəsi X8 aktı və protokolu imzalayaraq surətlərini almışdır. -##.##.2013-cü il qeydiyyat tarixli, seriya RX ******* nömrəli çıxarışdan görünür ki, Lerik rayonu, Hamarmeşə kəndində yerləşən 3.37 ha torpaq sahəsində yerləşən 3967.0 kv.m əmlak kompleksi kimi müəssisəyə dair İddiaçı xüsusi mülkiyyət hüququ qeydə alınmışdır. -##.##.2017-ci il tarixli icarə müqaviləsinə əsasən İddiaçı tərəfindən X4 2 il müddətinə 3.37 ha torpaq sahəsində yerləşən 3967.0 kv.m əmlak kompleksi kimi müəssisə icarəyə verilmişdir. -“Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” ##.##.2019-cu il tarixli, **************** nömrəli qərarın surətindən görünür ki, X4 2017-2019-cü vergi dövrü üzrə vergi hesablanmış və müvafiq həcmdə maliyyə sanksiyası tətbiq edilmişdir. -Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ##.##.2025-ci il tarixli, */**** nömrəli ekspert rəyində bildirilir ki, iş materiallarından göründüyü kimi vergi orqanı tərəfindən vergi ödəyicisinə vergilər hesablanarkən, mühasibat sənədləri (elektron qaimə faktura, bank hesabından çıxarış) ilə yanaşı “xxxx” proqramından çıxarılmış günlük dövriyyələr barədə məlumatlarından istifadə edilmişdir. “xxxx” proqramından çıxarılmış günlük dövriyyələr barədə məlumatlar ciddi uçot sənədi sayılmır və həmin məlumatlara əsasən vergilərin hesablanması vergi qanunverciliyi (yoxlamanın aparıldığı dövrdə qüvvədə olan) və mühasibat uçotunun tələbləri baxımından düzgün deyildir. Vergi Məcəlləsinin 219.5-ci maddəsinə əsasən sadələşdirilmiş vergini ödəyən hüquqi şəxs ƏDV-nin, mənfəət vergisinin, fiziki şəxs (hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxs də daxil olmaqla) isə gəlir vergisinin və ƏDV-nin ödəyicisi deyil. Ona görə də X5nın əhatə etdiyi dövrdə nəzarət-kassa aparatının “Z” məlumatlarında və elektron qaimələrdə dövriyyəsi Vergi Məcəlləsində nəzərdə tutulmuş 200.000,00 manat məbləğdən artıq olmadığı üçün hazırkı tədqiqat zamanı vergi ödəyicisinə Gəlir vergisi və ƏDV hesablanmadı. Hesabat dövrü ərzində vergi ödəyicisi tərəfindən (bu Məcəllənin 218.4-cü maddəsində nəzərdə tutulmuş vergi ödəyiciləri istisna olmaqla) təqdim edilmiş mallara (işlərə, xidmətlərə) və əmlaka görə əldə edilmiş ümumi hasilatın, habelə satışdankənar gəlirlərin (ödəmə mənbəyində vergi tutulmuş gəlirlər istisna edilməklə) həcmi vergitutma obyektidir. Təqdim edilmiş iş materiallarında olan ilkin mühasibat sənədlərinə əsasən (elektron qaimə faktura, bank hesabından çıxarış və kassa Z hesabatları) vergi ödəyicisinin təqdim etdiyi bəyannamə məlumatları ilə 2018-ci il üzrə dövlət büdcəsinə hesablanmalı olan vergilər 1943,68 manat məbləğində müəyyən edilir, o cümlədən: Sadələşdirilmiş vergi üzrə: 2018 ci ilin 1-ci rübü üzrə 0 manat 2018-ci ilin 2-ci rübü üzrə 341,90 manat 2018-ci ilin 3-cü rübü üzrə 1257,28 manat, 2018-ci ilin 4-cü rübü üzrə 344,50 manat. Iş materiallarında olan ilkin mühasibat sənədlərinə əsasən (elektron qaimə faktura.bank hesabından çıxarış və kassa Z hesabatları) vergi ödəyicisinin təqdim etdiyi bəyannamə məlumatları ilə 2019cu il üzrə dövlət büdcəsinə hesablanmalı olan vergilər 16,92 manat məbləğində müəyyən edilir. Sadələşdirilmiş vergi üzrə: 2019 cu ilin 1-ci rübü üzrə 16,92 manat 2019-cu ilin 2-ci rübü üzrə 0,00 manat. İddiaçı dair ##.##.2019-cu il tarixli “X5” aktında və vergi ödəyicisi M.Əsgərova dair ##.##.2019-cu il tarixdə tərtib edilmiş **************** saylı X5 Aktında siyahıda verilən tədiyyə (obyektlər) və vergi yoxlaması dövrlərinin 1-ci rüb 2017-ci il tarixdən 1-ci rüb 2019-cu il tarixədək üst-üstə düşməsi müəyyən edilir. Ödəmə mənbəyi üzrə (icarəyə götürülmüş obyektlərə görə) vergi ödəyən M.Əsgərovun müqavilə qaydasında xidmət göstərdiyi obyektlər və obyektlərin istifadə edildiyi dövr ilə mülkiyyətçi və vergi ödəyicisi İddiaçı xidmət göstərdiyi obyektlər və obyektlərdən istifadə dövrləri hər iki Yoxlama aktlarına əsasən eyni əmlaklar və ünvanlar olması müəyyən edilir. Iş materiallarında olan bank hesabından çıxarışda “xxxx”ın Nəsimi filialındakı AZ**MUGA***************AZM** saylı bank hesabına ##.##.2017-ci ildən ##.##.2019-cu il tarixə qədər daxil olmuş məbləğ ümumilikdə 231.649,00 manat (2017-ci il 0,00 manat, 2018-ci il üzrə 81.806,00 manat, 2019-cu il üzrə 149.843,00 manat) məbləğində müəyyən edilir, iş materiallarında olan Şelter” proqramı məlumatlarında banka daxil olan vəsaitlərin (2017-ci ildə 565445,97 AZN, 2018-ci ildə 184497 AZN, 2019-cu ilin yoxlama dövründə 189414 AZN) ümumi məbləği 939356,97 AZN məbləğində müəyyən edilir. “xxxx” proqramından çıxarılmış günlük dövriyyələr barədə məlumatlar ciddi uçot sənədi sayılmır və həmin məlumatlara əsasən vergilərin hesablanması vergi qanunverciliyi (yoxlamanın aparıldığı dövrdə qüvvədə olan) və mühasibat uçotunun tələbləri baxımından düzgün deyildir. Tədqiqat zamanı iş materiallarında olan mövcud sənədlərdən göründüyü kimi İddiaçı yoxlamanın əhatə etdiyi dövrdə sadələşdirilmiş vergi ödəyicisi olmuşdur. Vergi ödəyicisi yoxlamanın əhatə etdiyi dövr üzrə gəlir vergisi və ƏDV ödəyicisi olmadığından ekspert qarşısında qoyulan suallar üzrə tədqiqat aparılmadı. İddiaçı ilə X4 arasında ##.##.2017-ci il tarixli icarə müqaviləsi bağlanmışdır. Icarə müqaviləsinin müddəti 2 illik müəyyən edilmiş və hər ay 500,00 manat icarə haqqı məbləği müəyyən edilmişdir. Vergi Məcəlləsinin 124.1-ci maddəsinə əsasən, daşınan və daşınmaz əmlak üçün icarə haqqından, həmçinin rezidentin və ya qeyri-rezidentin Azərbaycan Respublikasındakı daimi nümayəndəliyinin ödədiyi və ya onun adından ödənilən royaltidə gəlir bu Məcəllənin 13.2.16-cı maddəsinə uyğun olaraq Azərbaycan mənbəyindən əldə edilmişdirsə, ödəmə mənbəyində 14 faiz dərəcə ilə vergi tutulur. Vergi Məcəlləsinin 124.2-ci maddəsinə əsasən icarə haqqı və royaltidən gəlir əldə edən fiziki şəxslərdən bu Məcəllənin 124.1-ci maddəsinə uyğun olaraq vergi tutulmuşdursa və ya onun tərəfindən ödənilmişdirsə, həmin gəlirlərdən bir daha vergi tutulmur. Yuxarıda göstərilən səbəblərdən ödəmə mənbəyindən vergi ödəmiş M.Əsgərov eyni əmlakı icarə qaydasında istifadə etdiyi halda, həmin dövr üçün və həmin əmlaklara görə əmlak mülkiyyətçisi və vergi ödəyicisi İddiaçı da vergilərin tutulması düzgün deyildir. Mübahisələndirilən qərarın qismən qanunsuz olması baxımından ləğv edilməsi əsasları:-

1. Vergi orqanının hesablamanın əsası kimi istinad etdiyi mənbə iddiaçıya məxsus kompyuterlərin bazasından alınan məlumatlardır. “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanununun:- -2.1.6-cı maddəsinə əsasən mühasibat uçotu – mühasibat uçotu subyektlərinin aktivləri, öhdəlikləri, kapitalı, gəlir və xərcləri barədə məlumatların yığılması, qeydiyyatı və ümumiləşdirilməsi, habelə maliyyə, vergi və digər hesabatların tərtib edilməsi məqsədi ilə baş vermiş maliyyətəsərrüfat əməliyyatları üzrə ilkin uçot sənədləri əsasında məlumatların analitik və sintetik uçotunun aparılmasıdır. -2.1.10-cu maddəsinə əsasən mühasibat uçotu sənədi - ilkin uçot sənədləri, mühasibat uçotu registrləri, maliyyə hesabatları, habelə uçotun formalaşdırılması üçün tərtib edilən sənədlərdir. -2.1.11-ci maddəsinə əsasən ilkin uçot sənədləri – maliyyətəsərrüfat əməliyyatlarının aparılması üçün mühasibat uçotu subyektinin rəhbərinin göstərişini təsdiq edən və ya bu əməliyyatların baş verməsinə hüquq verən, habelə mühasibat uçotunun aparılmasına əsas verən yazılı və ya elektron daşıyıcılarda olan təsdiqedici sənədlərdir. Azərbaycan Respublikası Prezidentinin ##.##.2017-ci il tarixli **** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Istehsal fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydası”nın 1.1-ci bəndinə əsasən bu Qayda Azərbaycan Respublikası Vergi Məcəlləsinin 130.1-1-ci maddəsinə əsasən hazırlanmışdır və istehsal fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması ilə bağlı münasibətləri tənzimləyir. Həmin Qaydaların 2.2-ci bəndinə əsasən istehsal sahəsində fəaliyyət göstərən vergi ödəyiciləri mühasibat uçotunun, gəlirlərin (xərclərin) və vergitutma obyektlərinin, o cümlədən əmtəə-material ehtiyatlarının uçotunun aparılması, habelə uçot sənədlərinin tərtib edilməsi və saxlanması ilə bağlı Azərbaycan Respublikasının Vergi Məcəlləsi və “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş vəzifələri, habelə onlara uyğun qəbul edilmiş digər qanunvericilik aktlarının tələblərini yerinə yetirməyə borcludurlar. Həmin Qaydaların 9-cu bəndinə əsasən bu Qaydada nəzərdə tutulan “Elektron qaimə-faktura”, “Istehsal ehtiyatlarının elektron alış aktı, “Malların alınması üçün vəkalətnamə” və “Yük avtonəqliyyatı üçün yol vərəqi” istisna olmaqla, “Istehsal ehtiyatlarının təhvil-qəbul aktı, “Istehsal ehtiyatlarının alış aktı, “Istehsal ehtiyatlarının təsərrüfatdaxili yerdəyişməsi qaimə-fakturası, “Malların (hazır məhsulların) təsərrüfatdaxili yerdəyişməsi qaimə-fakturası, “Alış sifarişi”, “Hazır məhsulların təhvilqəbul aktı, “Istehsal ehtiyatlarının buraxılışı tələbnaməsi”, “Istehsal ehtiyatlarının istehsala buraxılışı qaimə-fakturası, “Köməkçi istehsal məhsullarının əsas istehsala buraxılışı qaimə-fakturası, “Zay məhsullara dair akt”, “Zay məhsulların təhvil-qəbul aktı, “Itmiş, əskik gəlmiş, xarab və ya zay olmuş və oğurlanmış mallar barədə akt”, “Hazır məhsulların təsərrüfatdaxili yerdəyişməsi qaimə-fakturası və “Fövqəladə hallarda malların itməsi, əskik gəlməsi və xarab və ya zay olması barədə akt” Azərbaycan Respublikası Maliyyə Nazirliyinin təsdiq etdiyi formada vergi ödəyicisi tərəfindən kağız və ya elektron daşıyıcıda hazırlanaraq tətbiq edilir. Azərbaycan Respublikasi Nazirlər Kabinetinin ##.##.2004-cü il tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “Müəssisə və təşkilatların, habelə sahibkarlıqla məşğul olan fiziki şəxslərin iş xüsusiyyətlərinə uyğun olaraq ciddi hesabat blanklarının tərtibi və tətbiqi Qaydaları”nın 1.4-cü bəndinə əsasən ciddi hesabat blankları təşkilati-hüquqi formasından asılı olmayaraq, təşkilatların və fərdi sahibkarların maliyyə-təsərrüfat fəaliyyətində əmtəəpul dövriyyəsini əks etdirən, forma və rekvizitləri müəyyən olunmuş qaydada təsdiq edilən, xüsusi seriya və nömrəsi olan ilkin uçot sənədidir. Həmin Qaydaların 3.2-ci bəndinə əsasən ciddi hesabat blanklarını onlara oxşar rekvizitlərə malik olan, ciddi hesabat blankları sayılmayan ilkin uçot sənədləri ilə əvəz etməyə yol verilmir. Azərbaycan Respublikası Maliyyə Nazirliyinin ##.##.2017-ci il tarixli Q-** saylı Qərarı ilə təsdiq edilmiş “X17 Standartlarına əsasən mühasibat uçotunun aparılması Qaydaları”nın 7.1-ci bəndinə əsasən mühasibat uçotu subyektləri Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən müəyyən edilmiş ilkin uçot sənədlərinin və uçot registrlərinin formalarından istifadə edir. Təsərrüfat əməliyyatlarının baş verməsi faktını əks etdirən ilkin uçot sənədləri mühasibat uçotu registrlərində yazılışlar üçün əsas hesab olunur. Həmin Qaydaların 7.2-ci bəndinə əsasən ilkin uçot sənədləri özündə sənədin (formanın) adı, nömrəsi, kodu, tərtib edilmə yeri, tarixi, sənədi tərtib edən mühasibat uçotu subyektinin adı, təsərrüfat əməliyyatlarının məzmunu, məsul şəxslərin vəzifələri, soyadı, adı, atasının adı, şəxsi imzaları kimi zəruri rekvizitlər əks etdirir. Əməliyyatların xarakterindən və mühasibat uçotu subyektinin fəaliyyətinin xüsusiyyətindən asılı olaraq ilkin uçot sənədlərinə digər əlavə rekvizitlərin daxil edilməsinə yol verilir. Həmin Qaydaların 7.3-cü bəndinə əsasən ilkin uçot sənədləri əməliyyatların baş verdiyi anda, bu mümkün olmadıqda isə əməliyyatlar başa çatdıqdan sonra tərtib edilməlidir. Yuxarıda qeyd olunan normaların qarşılıqlı təhlilindən belə nəticə əldə olunur ki, müəssisə və təşkilatlar, habelə sahibkarlıqla məşğul olan fiziki şəxslər mühasibat uçotunu, o cümlədən vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunu Azərbaycan Respublikasının Vergi Məcəlləsi və “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada həyata keçirməli və aparılan maliyyə-təsərrüfat əməliyyatlarını baş verdiyi anda (bu mümkün olmadıqda başa çatdıqdan sonra) qanunla müəyyən edilmiş qaydada təsdiq edilmiş, zəruri rekvizitləri özündə ehtiva edən və ciddi hesabat blankı sayılan ilin uçot sənədləri əsasında rəsmiləşdirməlidir. Məhkəmə kollegiyası hesab edir ki, Vergi orqanı tərəfindən vergi ödəyicisindən götürülmüş “xxxx” proqramı üzrə qeydlər və hesabatların götürülməsi qaydası və şərtlərinə Vergi qanunvericiliyinin tələbləri baxımından riayət edilməmişdir. Belə ki, “Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında” ##.##.2019-cu il tarixli protokoldan görünür ki, vergi əməkdaşına elektron qaimələr, bank sənədləri, müqavilələr və NKA-ndan alınmış aylar üzrə “Z” hesabatları (38 ədəd) təqdim edilmişdir. “xxxx” proqramı üzrə qeydlər və hesabatların elektron və yaxud kağız daşıyıcıda hansı cihazdan, hansı tarixdə, hansı qaydada və həcmdə götürülməsi, habelə xüsusi əlamətləri barədə hər-hansı sənədləşmə aparılmamış, lakin kağız daşıyıcıda əks olunmuş sənədlərin surətində həmin sənədlərin iddiaçıya məxsus olması barədə iddiaçının nümayəndəsinin təsdiq və imzası mövcuddur. Qeyd edilməlidir ki, sənədlərin və əşyaların götürülməsi şərtləri və qaydaları Vergi Məcəlləsinin 43 və 48-ci maddələri ilə tənzimlənir. Işdən görünür ki, vergi orqanı tərəfindən bu maddələrdə nəzərdə tutulmuş tələblərə əməl edilməmişdir ki, bu hal vergi ödəyicisindən götürüldükdən sonra həmin sənədlər üzrə məlumatların əvvəlki vəziyyətdə qorunub saxlanılması, məlumatlar üzərindən hər-hansı dəyişikliyin edilməsi şübhələri baxımından mötəbər sübut kimi qəbul edilə bilməz. Iddiaçının nümayəndəsinin həmin sənədlərin iddiaçıya məxsus olmasını təsdiq etməsi (iddiaçı özü də bunu təkzib etmir) hələ həmin sənədin həqiqi dövriyyəni və mühasibatlıq elementlərini özündə tam əks etdirən sübut kimi qəbul edilməsini şərtləndirmir. Hazırkı mübahisəyə Vergi Məcəlləsinin 67-ci maddəsinin tətbiqi ilə bağlı məsələyə gəldikdə isə məhkəmə qeyd edir ki, Vergi Məcəlləsinin 67-ci maddəsinin məqsədləri üçün vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlar da, həm əldə edilmə mənbəyinə görə, həm də öz məzmununa görə bütün şübhələrdən kənar sübutlarla təsdiq olunmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh inzibati orqanın dəlilləri o vaxt mötəbər hesab oluna bilərdi ki, yoxlama zamanı “qara mühasibatlıq” sənədləri ilə əldə etdiyi məlumatlarla kifayətlənməmiş olsun, həmin məlumatların həqiqililiyi istiqamətində əlavə araşdırma aparmış olsun, iddiaçının real dövriyyəsinin artıq olması ilə bağlı mötəbər, şübhədən kənar sübutlar təqdim etmiş olsun. Lakin cavabdeh inzibati orqan bunu etməyərək, sadə riyazi hesablamaları özündə əks etdirən elektron qovluğa istinad etməklə, əlavə araşdırma aparmadan, ekspert və mütəxəssisdən istifadə etmədən, apardığı hesablamanı əsaslandırmadan, beləliklə də, mübahisələndirilən inzibati aktın qəbul edilməsini zəruri edən faktiki şərtləri sübuta yetirmədən qərar qəbul etmişdir.

2. Vergi orqanının rəsmi arayışında iddiaçının ##.##.2012-##.##.2017-ci və ##.##.2019-##.##.2019-cu il tarixlər aralığında sahibkarlıq fəaliyyətinin dayandırılmış vəziyyətdə olması bildirilmişdir. Buna baxmayaraq, vergi yoxlaması Sadələşdirilmiş vergi növü üzrə 1-ci rüb 2017-2-cü rüb 2019, Gəlir vergisi üzrə 2017- 2018 tam, Əlavə dəyər vergisi üzrə iyul 2017-iyul 2019-cu illər üzrə vergi dövrünü əhatə etmiş və həmin dövrlər üzrə vergidən yayınma əsası ilə vergi borcu hesablanmışdır. Odur ki, vergi ödəyicisinin fəaliyyətinin dayandırıldığı zaman kəsiyində ona vergi borcu hesablanması, habelə vergidən yayınma faktı ilə maliyyə sanksiyasının tətbiq edilməsi ilə bağlı vergi orqanının hərəkətləri və qərarı qanunsuz hesab edilməlidir.

3. Işdə olan ##.##.2017-ci il tarixli “Icarə müqaviləsi”nin məzmunundan görünür ki, iddiaçı mülkiyyətində olan Lerik rayon, Hamarmeşə kəndində, 3.37 ha torpaq sahəsində yerləşən 3967.0 kv.m əmlak kompleksinin bir hissəsini (234.2 kv.m Mehmanxana sahəsindən 102 kv.m, 129.3 kv.m mağaza, 872.1 kv.m Yeməkxana sahəsindən 100 kv.m olmaqla, cəmi 331.3 kv.m) 2 il müddətinə X4 icarəsinə vermişdir. Belə olan halda vergi orqanı tərəfindən həmin əmlak kompleksinin faktiki olaraq, tam şəkildə iddiaçının istifadəsində olub-olmamasına qiymət verilməmişdir. Həmçinin ekspert rəyi ilə də müəyyən edilmişdir ki, iddiaçıya dair X5 aktında və ödəyici X4 dair ## ####### 2019-cu il tarixdə tərtib edilmiş X5 aktında siyahıda verilən tədiyyə (obyektlər) və vergi yoxlaması dövrlərinin 1-ci rüb 2017-ci il tarixdən 1-ci rüb 2019-cu il tarixədək üst-üstə düşməsi müəyyən edilir.

4. “X5” Aktından görünür ki, yoxlama vergi ödəyicisinin real dövriyyəsini əks etdirən sənədlər və məlumatlar, xərcləri təsdiq edən sənədlər tam təqdim edilmədiyindən gəlir vergisi VM-nin 67.14, 83.9-cu maddələrinə və NK-nin ** nömrəli qərarına əsasən şərti rentabellik tətbiq edilməklə hesablanmışdır. Qeyd edilməlidir ki, vergi yoxlamasının aparıldığı və məsuliyyət qərarının qəbul edildiyi dövrdə qüvvədə olmuş Vergi Məcəlləsinin 67-ci maddəsinin müvafiq bəndləri ilə ödənilməli olan və yaxud azaldılmış vergi məbləğinin müəyyən edilməsinin ardıcıllığı müəyyən edilmişdir. Həmin ardıcıllığın tətbiqi # ###### 2021-ci il tarixli ***-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə aradan qaldırılmışdır. Odur ki, vergi orqanı vergilərin hesablanması zamanı həmin Məcəllənin 67.14-cü maddəsinə istinadən vergi hesablamaqda haqlı olmamışdır.

5. Ekspert rəyində bildirilir ki, -“vergi orqanı tərəfindən vergi ödəyicisinə vergilər hesablanarkən, mühasibat sənədləri ilə yanaşı “xxxx” proqramından çıxarılmış günlük dövriyyələr barədə məlumatlardan istifadə edilmişdir. “xxxx” proqramından çıxarılmış günlük dövriyyələr barədə məlumatlar ciddi uçot sənədi sayılmır və həmin məlumatlara əsasən vergilərin hesablanması vergi qanunvericiliyi (yoxlamanın aparıldığı dövrdə qüvvədə olan) və mühasibat uçotunun tələbləri baxımından düzgün deyildir; -X5nın əhatə etdiyi dövrdə nəzarət-kassa aparatının “Z” məlumatlarında və elektron qaimələrdə dövriyyəsi Vergi Məcəlləsində nəzərdə tutulmuş 200.000,00 manat məbləğdən artıq olmadığı üçün hazırkı tədqiqat zamanı vergi ödəyicisinə gəlir vergisi və ƏDV hesablanmadı; -Təqdim edilmiş ilkin mühasibat sənədlərinə əsasən (elektron qaimə-faktura, bank hesabından çıxarış və kassa Z hesabatları) vergi ödəyicisinin təqdim etdiyi bəyannamə məlumatları ilə 2018-ci il üzrə dövlət büdcəsinə hesablanmalı olan vergilər 1943,68 manat məbləğində müəyyən edilir, o cümlədən sadələşdirilmiş vergi üzrə 2018-ci ilin 1-ci rübü üzrə 0 manat 2018-ci ilin 2-ci rübü üzrə 341,90 manat 2018-ci ilin 3-cü rübü üzrə 1257,28 manat 2018-ci ilin 4-cü rübü üzrə 344,50 manat; -Vergi ödəyicisinin təqdim etdiyi bəyannamə məlumatları ilə 2019-cu il üzrə dövlət büdcəsinə hesablanmalı olan vergilər 16,92 manat məbləğində müəyyən edilir; -X5 aktında və ödəyici X4 dair ## ####### 2019-cu il tarixdə tərtib edilmiş **************** nömrəli X5 aktında siyahıda verilən tədiyyə (obyektlər) və vergi yoxlaması dövrlərinin 1-ci rüb 2017-ci il tarixdən 1-ci rüb 2019-cu il tarixədək üst-üstə düşməsi müəyyən edilir; -Ödəmə mənbəyi üzrə (icarəyə götürülmüş obyektlərə görə) vergi ödəyən M.Əsgərovun müqavilə qaydasında xidmət göstərdiyi obyektlər və obyektlərin istifadə edildiyi dövr ilə mülkiyyətçi və vergi ödəyicisi İddiaçı xidmət göstərdiyi obyektlər və obyektlərdən istifadə dövrləri hər iki yoxlama aktına əsasən eyni əmlaklar və ünvanlar olması müəyyən edilir; -Iş materiallarında bank hesabından çıxarışda “xxxx”ın Nəsimi filialındakı bank hesabına ##.##.2017-ci ildən ##.##.2019-cu il tarixədək daxil olmuş məbləğ ümumilikdə 231.649,00 manat məbləğində müəyyən edilir. “xxxx” proqramı məlumatlarında banka daxil olan vəsaitlərin ümumi məbləği 939.356,97 manat məbləğində müəyyən edilir.” Göründüyü kimi vergi orqanı yoxlama zamanı rəsmi bank sənədlərinə deyil, mötəbərliyi sual altında olan qeydlərə əsaslanaraq, iddiaçının bank dövriyyəsini müəyyən etmiş, eyni zamanda həmin qeydlərə əsasən onun Əlavə dəyər vergisindən yayınmasını əsaslandırmağa çalışmışdır. Qeyd edilməlidir ki, IPM-in 14.1-ci maddəsi baxımından, mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Cavabdeh iddiaçının “qara mühasibatlıq” sənədləri əsasında dövriyyəsinin bəyan ediləndən daha artıq olması qənaətinə gəlmiş, başqa sözlə, bu əsasla mübahisələndirilən qərarın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməyə çalışmışdır. Lakin cavabdehin istinad etdiyi məlumatların mötəbər sübut kimi qiymətləndirilməsi yolverilməzdir. Bu onunla əlaqədardır ki, inzibati qanunvericiliyin tələbi baxımından, vergi orqanının inzibati icraat zamanı işin hallarını obyektiv araşdırmaq vəzifəsi vardır (“Inzibati icraat haqqında” Qanunun 24-cü maddəsi). Çünki inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Beləliklə işin faktiki halları ilə müəyyən olunmuşdur ki, vergi orqanı tərəfindən hazırda mübahisələndirilən qərar qəbul edilərkən qanunvericiliyin tələbləri pozulmuşdur. Bununla yanaşı məhkəmə kollegiyası qeyd edir ki, ekspert rəyinə əsasən vergi ödəyicisinin təqdim etdiyi bəyannamə məlumatları ilə 2018-ci il üzrə dövlət büdcəsinə hesablanmalı olan vergilər 1943,68 manat məbləğində müəyyən edilir, o cümlədən sadələşdirilmiş vergi üzrə 2018-ci ilin 1-ci rübü üzrə 0 manat 2018-ci ilin 2-ci rübü üzrə 341,90 manat 2018-ci ilin 3-cü rübü üzrə 1257,28 manat 2018-ci ilin 4-cü rübü üzrə 344,50 manat, həmçinin bəyannamə məlumatları ilə 2019-cu il üzrə dövlət büdcəsinə hesablanmalı olan vergilər 16,92 manat məbləğində müəyyən edilir. Həmçinin iddiaçı Vergi Məcəlləsinin 57.1 maddəsinə əsasən vergi hesabatının və ya Vergi Məcəlləsinin 16.2-ci maddəsində nəzərdə tutulmuş arayışın qanunla müəyyən edilən müddətdə təqdim edilmədiyinə görə 1160 manat vergi məsuliyyətinə cəlb edilmişdir ki, iddiaçı həmin məbləği və məbləğin hesablanması əsaslarını mübahisələndirməmişdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 81-82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti qismən təmin edilsin. Şirvan Inzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *-*(***)-**/**** nömrəli qərarı ləğv edilsin. Iddia qismən təmin edilsin. Cavabdeh “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” ##.##.2019-cu il tarixli, **************** nömrəli qərarı 1960,6 manat vergi borcu (o cümlədən 1943,68 manat sadələşdirilmiş vergi məbləği), habelə tətbiq edilmiş 1160 manat maliyyə sanksiyası hissəsi istisna olmaqla, qalan hissədə ləğv edilsin. Iddia qalan hissədə təmin edilməsin. Qərardan tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar