Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 2-1(3-9)-306/2026 10.06.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyası hakimlər Hüseynov Fikrət Cilingir oğlu (sədrlik edən və məruzəçi), X1 və X3 ibarət tərkibdə, Hüseynli Bülbül Düldül oğlunun katibliyi, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, Şirvan Inzibati Məhkəməsinin ## ###### 2025-ci il tarixli *-*(***)-****/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti əsasında iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialına qarşı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməsi tələbinə dair inzibati işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Şirvan Inzibati Məhkəməsinə müraciət edərək, 57 yaşdan, yəni ##.##.2020-ci il tarixdən "Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə əsasən "Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin "b” bəndinə əsasən pensiya təyin edilməsinin və müraciət edilən tarixdən 3 il əvvələ olan dövrlərin ödənilməmiş pensiya məbləğinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şirvan Inzibati Məhkəməsinin (hakim Ş.Musayev) ## ###### 2025-ci il tarixli *- *(***)-****/**** nömrəli qərarı ilə iddia təmin edilmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, qiymət verilməli olan yeganə məsələ iddiaçının ##.##.1986-##.##.1991-ci illərdə elektrik sexində növbətçi elektrik montyoru, rele mühafizəsi üzrə elektrik montyoru, ##.##.1991 - ##.##.2005-ci illərdə Qazan turbin sexinin işini təmin edən elektrik sexində mühəndis vəzifəsində işlədiyi peşələrin Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2007-ci il tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”na uyğun olmamasıdır. Məhkəmə cavabdehin sözügedən dəlilini əsassız hesab edir. "X4 Stansiyası” MMC-nin "xxxx” ASC X4 Stansiyası MMC-nin ##.##.2024-cü il tarixli, **/***- **/**-**** nömrəli arayışından görünür ki, İddiaçı işlədiyi vəzifənin güzəştli pensiya hüququna əsas olan xüsusiyyətləri, blok avadanlıqlarının istismar rejimində titrəmələrin olması, səs-küyün normadan artıq olması, qazan turbin qurğularına xidmət edən avadanlıqlarında sınaq və ölçmə işlərinin aparılması, 300 kv gərginlikli transformatorlar, hava açarlarında sınaq və ölçmə işlərindən ibarət olmaqla, qazan turbin sexinin işini təmin edən elektrik sexində elektrik stansiyası elektrik avadanlıqlarına xidmət üzrə elektrik montyorları, avtomatika və rele mühafizə aparatlarının təmiri üzrə elektrik montyorları, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2007-ci il tarixli,** nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahının 24-cü Fəsil, Elektrik stansiyaları, enerji qatarları, buxar və güc təsərrüfatının a)fəhlələr bölməsində qazanxana, turbin (buxar-qaz turbini) avadanlığının təmiri, yanacaqötürmə avadanlığına və onların işini təmin edən ölçü vasitələri və avtomatikasına xidmət üzrə çilingərlər, elektrik montyorları, bütün adlardan olan elektrik çilingərləri peşəsinin xüsusiyyətləri ilə eynidir. İddiaçı mühəndis, sex rəisinin müavini, sex rəisi işlədiyi dövrlərdə də ağır və zərərli iş şəraitinə görə, əsas əmək haqqına 8% əlavə verilmişdir. Qərardan cavabdeh tərəfindən apellyasiya şikayəti verilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının *-*(***)-***/**** nömrəli, ##.##.2025-ci il tarixli qərardadı ilə apellyasiya şikayətinin qismən təmin edilmiş, Şirvan Inzibati Məhkəməsinin ## ###### 2025-ci il tarixli *-*(***)-****/**** saylı qərarı ləğv edilmiş, iddia mümkün sayılmamışdır. Həmin qərardaddan iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının *-*(***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarı ilə qismən təmin edilmiş, Şirvan Apellyasiya Məhkəməsinin qərardadı ləğv edilməklə, iş təkrar baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə qaytarılmışdır. Işin halları Iddiaçı tələbini onunla əsaslandırmışdır ki, onun qanunla müəyyən edilmiş həcmdə güzəştli iş stajı olmasına baxmayaraq, cavabdeh tərəfindən müvafiq pensiya təyinatından əsassız olaraq imtina edilmişdir. Cavabdehin imtina və iddiaya qarşı etiraz dəlilləri ondan ibarət olmuşdur ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2007-ci il tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısının elektrik stansiyaları, enerji qatarları, buxar və güc təsərrüfatı (24) bölməsinin, fəhlələr (a) yarımbəndində qazanxana, turbin (buxar-qaz turbini) avadanlığının təmiri, yanacaqötürmə avadanlığına və onların işini təmin edən ölçü vasitələri və avtomatikasına xidmət üzrə çilingərlər, elektrik montyorları, bütün adlardan olan elektrik çilingərləri vəzifələri nəzərdə tutulmuşdur. Mərkəzi Filiala təqdim edilmiş # ######## 1986-cı il tarixli MT-İ ******* nömrəli əmək kitabçasında və "xxxx” ASC X4 Stansiyası MMC-nin ##.##.2024-cü il tarixli ***/**-**/**-**** nömrəli arayışında ##.##.1986-##.##.1991-ci il tarixləri arasındakı dövr ərzində həmin müəssisənin Qazan turbin sexinin işini təmin edən elektrik sexində elektrik stansiyası elektrik avadanlıqlarına xidmət üzrə elektrik montyoru, ##.##.1997- ##.##.2003-cü il tarixləri arasındakı dövr ərzində mühəndis, ##.##.2005-##.##.2006-cı il tarixləri arasındakı dövr ərzində həmin sexdə istismar üzrə rəis müavini, ##.##.2006- ##.##.2021-ci il tarixləri arasındakı dövr ərzində isə elektrik sexində sex rəisi vəzifələrində işlədiyi qeyd olunmuşdur. Lakin, sözügedən arayışda elektrik montyoru vəzifəsində işlədiyi müddətdə qazanxana, turbin (buxar-qaz turbini) avadanlığının təmiri, yanacaqötürmə avadanlığına və onların işini təmin edən öiçü vasitələri və avtomatikasına xidmət üzrə fəaliyyət göstərib-göstərməməyi barədə hər hansı məlumat göstərilməyib. Eyni zamanda, mühəndis, istismar üzrə rəis müavini və sex rəisi vəzifələri sözügedən arayışda istinad edilən, yuxarıda qeyd olunan Qərarla təsdiq edilmiş Siyahıda nəzərdə tutulan qazanxana, turbin (buxar-qaz turbini) avadanlığının təmiri, yanacaqötürmə avadanlığına və onların işini təmin edən ölçü vasitələri və avtomatikasına xidmət üzrə çilingərlər, elektrik montyorları, bütün adlardan olan elektrik çilingərləri vəzifələrinə uyğun deyil. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Şikayətin dəlilləri imtina aktının məzmunu ilə eynilik təşkil edir. Prosessual məsələlər Cavabdehin nümayəndəsi apellyasiya şikayətinin təmin olunmasını və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddianın təmin edilməməsini xahiş etdi. Iddiaçı işə iştirakı olmadan baxılmasını xahiş etmişdir. Əsaslandırma Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, cavabdehin apellyasiya şikayəti əsaslıdır və təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş: -iddiaçıya məxsus MT-İ ******* nömrəli əmək kitabçasına əsasən ##.##.1986-cı ildən ##.##.1989-cu ilədək "X4 Stansiyası” MMC-nin (Əli Bayramlı DRES-nin) Qazan turbin sexinin işini təmin edən elektrik sexində elektrik stansiyaları elektrik avadanlıqlarının xidməti üzrə elektrik montyoru (2 il 5 ay 4 gün), ##.##.1989-cu ildən ##.##.1991-ci ilədək "X4 Stansiyası” MMC-nin (Əli Bayramlı DRES-nin) Qazan turbin sexinin işini təmin edən elektrik sexində avtomatika və rele mühafizəsi aparatlarının təmiri üzrə elektrik montyoru (2 il 8 ay 18 gün), ##.##.1991-ci ildən ##.##.1995-ci ilədək "X4 Stansiyası” MMC-nin (Əli Bayramlı DRES-nin) Qazan turbin sexinin işini təmin edən elektrik sexində mühəndis (3 il 8 ay 13 gün), ##.##.1995-ci ildən ##.##.1995-ci ilədək təkrar hərbi xidmət (2 il 3 ay 14 gün), ##.##.1997-ci ildən ##.##.2005-ci ilədək "X4 Stansiyası” MMC-nin (Əli Bayramlı DRES-nin) Qazan turbin sexinin işini təmin edən elektrik sexi elektrik laboratoriyasının mühəndisi (8 il 1 ay 7 gün), ##.##.2005-ci ildən ##.##.2006-cı ilədək "X4 Stansiyası” MMC-nin (Əli Bayramlı DRES-nin) Qazan turbin sexinin işini təmin edən elektrik sexinin istismar üzrə rəis müavini (6 ay 13 gün), ##.##.2006-cı ildən ##.##.2020-ci il tarixədək "X4 Stansiyası” MMC-nin (Əli Bayramlı DRES-nin) Qazan turbin sexinin işini təmin edən elektrik sexinin rəisi (14 il 1 ay 29 gün), ##.##.2020-ci ildən "X4 Stansiyası” MMC-də Elektrik sexində sex rəisi, ##.##.2021-ci ildən "X6” MMC-də Elektrik sexində aparıcı mühəndis vəifəsində işləyir (əmək kitabçasında ##.##.2024-cü il tarixdə hal-hazırda işləməsi barədə qeyd aparılmışdır, göstərilən tarixə 4 il 1 ay 5 gün) olmaqla əmək fəaliyyəti barədə qeydlər mövcuddur. -"xxxx” ASC "X4 Stansiyası” MMC tərəfindən verilmiş "Şəxsin güzəştli şərtlərlə pensiya hüququ verən işdə çalışmasına” dair ##.##.2024-cü il tarixli ***/**-**/**-**** nömrəli arayışda qeyd edilmişdir ki, İddiaçı "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən peşədə (vəzifədə) "xxxx” ASC, "X4 Stansiyası” MMC (Əli Bavramlı DRES-i) Qazan turbin sexinin işini təmin edən elektrik sexində elektrik stansiyası elektrik avadanlıqlarına xidmət üzrə elektrik montyoru, avtomatika və rele mühafizə aparatlarının təmiri üzrə elektrik montyoru, mühəndis, istismar üzrə rəis müavini, sex rəisi. **-n nömrəli ##.##.1986-cı il tarixli əmrə əsasən ##.##.1986-cı il tarixdə işə qəbul edilmiş, *** №-li ##.##.1995-ci il tarixli əmrə əsasən ##.##.1995-ci il tarixdə işdən azad edilmişdir (təkrar hərbi xidmət), 76-№-li ##.##.1997-ci il tarixli əmrə əsasən ##.##.1997ci il tarixdə işə qəbul edilmiş, hal-hazıra kimi işləyir. Bu vəzifələrdə işlədiyi dövrlərdə ağır və zərərli iş şəraitinə görə 8% əsas əmək haqqına əlavə verilmişdir. Işlədiyi vəzifələr üzrə sosial sığorta (əmək) stajı 8 (səkkiz) il, 10 (on) ay, 5 (beş) gün; 26 (iyirmi altı) il, 7 (yeddi) ay, 21 (iyirmi bir) gün, cəmi: 35 (otuz beş) il, 5 (beş) ay, 26 (iyirmi altı) gün (il, ay, gün) illər, aylar və günlər üzrə təsdiq edilmiş cədvəl əlavə olunur) təşkil edir. Işlədiyi vəzifənin güzəştli pensiya hüququna əsas olan xüsusiyyətləri: Blok avadanlıqlarının istismar rejimində titrəmələrin olması, səs-küyün normadan artıq olması, qazan, turbin qurğularına xidmət edən avadanlıqlarında sınaq və ölçmə işlərinin aparılması, 300 kv gərginlikli transformatorlar, hava açarlarında sınaq və ölçmə işlərindən ibarət olmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2007-ci il tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahının 24-cü fəsil, Elektrik stansiyaları, enerji qatarları, buxar və güc təsərrüfatının a) fəhlələr bölməsində qazanxana, turbin (buxar-qaz turbini) avadanlığının, yanacaqötürmə avadanlığına və onların işini təmin edən ölçü vasitələri və avtomatikasına xidmət üzrə çilingərlər, elektrik montyorları, bütün adlardan olan elektrik çilingərləri bəndinə (yarımbəndinə) və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.1993-cü il tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahının 2140000a-18455 vəzifə koduna uyğundur. -"xxxx” ASC "X4 Stansiyası” MMC tərəfindən verilmiş ## #### 2025-ci il tarixli **/***- **/**-**** nömrəli məktubda göstərilmişdir ki, "Arxiv sənədlərindən və əmək kitabçasından göründüyü kimi İddiaçı "xxxx” ASC "X4 Stansiyası” MMC-nin Qazan turbin sexinin işini təmin edən elektrik sexində ##.##.1986-cı il tarixdən ##.##.1989-ci il tarixə kimi elektrik stansiyası elektrik avadanlıqlarına xidmət üzrə elektrik montyoru, ##.##.1989-cu il tarixdən ##.##.1991-ci il tarixədək avtomatika və rele mühafizəsi aparatlarının təmiri üzrə elektrik montyoru, ##.##.1991-ci il tarixdən ##.##.1995-ci il tarixə kimi mühəndis işləmişdir. ##.##.1997-ci il il tarixdən ##.##.2005-ci il tarixə kimi həmin sexdə mühəndis, ##.##.2005-ci il tarixdən ##.##.2006-cı il tarixə kimi istismar üzrə sex rəisinin müavini, ##.##.2006-cı il tarixdən hal-hazıra kimi sex rəisi vəzifəsində çalışır. Işlədiyi vəzifələrin güzəştli pensiya hüququna əsas olan xüsusiyyətləri, blok avadanlıqlarının istismar rejimində titrəmələrin olması, səs-küyün normadan artıq olması, qazan turbin qurğularına xidmət edən avadanlıqlarında sınaq və ölçmə işlərinin aparılması, 300 kV-luq gərginlikli transformatorlar, hava açarlarında sınaq və ölçmə işlərindən ibarət olmaqla, qazan turbin sexinin işini təmin edən elektrik sexində elektrik stansiyası elektrik avadanlıqlarına xidmət üzrə elektrik montyorları, avtomatika və rele mühafizə aparatlarının təmiri üzrə elektrik montyorları peşəsi "Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi barədə’’ Azərbaycan Respublikası Nazirlər Kabinetinin ** saylı ##.##.2007-ci il tarixli Qərarının 24-cü bölməsinə əsasən "Elektrik stansiyaları, enerji qatarları, buxar və güc təsərrüfatı” fəslinin a) fəhlələr bölməsində 28-ci xanada qazanxana, turbin (buxar-qaz turbini) avadanlığının təmiri, yanacaqötürmə avadanlığına və onların işini təmin edən ölçü vasitələri və avtomatikasına xidmət üzrə çilingərlər, elektrik montyorları, bütün adlardan olan elektrik çilingərləri peşəsinin xüsusiyyətlərinə uyğun gəlməsi səbəbindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi məqsədəuyğun hesab edilir. İddiaçı mühəndis, sex rəisinin müavini, sex rəisi işlədiyi dövrlərdə ağır və zərərli iş şəraitinə görə, əsas əməkhaqqına 8% əlavə verilmişdir. Buna baxmayaraq, mühəndis, sex rəisinin müavini, sex rəisi vəzifələri "Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ** saylı ##.##.2007-ci il tarixli Qərarının 24-cü Elektrik stansiyaları, enerji qatarları, buxar və güc təsərrüfatı fəslinin b) rəhbərlər və mütəxəssislər bölməsində qeyd olunan vəzifələrin siyahısının xüsusiyyətlərinə uyğunluq mövcud deyil.” Birinci instansiya məhkəməsi iddianın təmini əsası kimi iddiaçının daşıdığı vəzifələrin Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2007-ci il tarixli,** nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahının 24-cü Fəsil, Elektrik stansiyaları, enerji qatarları, buxar və güc təsərrüfatının a)fəhlələr bölməsində qazanxana, turbin (buxar-qaz turbini) avadanlığının təmiri, yanacaqötürmə avadanlığına və onların işini təmin edən ölçü vasitələri və avtomatikasına xidmət üzrə çilingərlər, elektrik montyorları, bütün adlardan olan elektrik çilingərləri peşəsinin xüsusiyyətləri ilə eyni olmasını, iddiaçıya mühəndis, sex rəisinin müavini, sex rəisi işlədiyi dövrlərdə də ağır və zərərli iş şəraitinə görə, əsas əmək haqqına 8% əlavə verilməsini göstərmiş, lakin onun daşıdığı peşələrin hər birini ayrıayrılıqda səciyyələndirməmiş, eyni zamanda Nazirlər Kabinetinin sözügedən qərarı ilə müəyyən edilmiş siyahıda nəzərdə tutulmuş peşələrlə uyğunluğunu müəyyən etməmişdir. Qeyd olunur ki, iddiaçının ##.##.1986-##.##.1989-cu illər aralığında "X4 Stansiyası” MMC-nin (Əli Bayramlı DRES-nin) Qazan turbin sexinin işini təmin edən elektrik sexində elektrik stansiyaları elektrik avadanlıqlarının xidməti üzrə elektrik montyoru və ##.##.1989-##.##.1991-ci illər aralığında "X4 Stansiyası” MMC-nin (Əli Bayramlı DRES-nin) Qazan turbin sexinin işini təmin edən elektrik sexində avtomatika və rele mühafizəsi aparatlarının təmiri üzrə elektrik montyoru kimi işlədiyi dövrlər (cəmi 5 il 1 ay 22 gün) Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2007-ci il tarixli,** nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahının 24-cü Fəsil, Elektrik stansiyaları, enerji qatarları, buxar və güc təsərrüfatının a)fəhlələr bölməsində qazanxana, turbin (buxar-qaz turbini) avadanlığının təmiri, yanacaqötürmə avadanlığına və onların işini təmin edən ölçü vasitələri və avtomatikasına xidmət üzrə çilingərlər, elektrik montyorları, bütün adlardan olan elektrik çilingərləri peşəsi ilə eynilik təşkil etsə də, onun ##.##.1991-##.##.1995-ci illər aralığında "X4 Stansiyası” MMC-nin Qazan turbin sexinin işini təmin edən elektrik sexində mühəndis (3 il 8 ay 13 gün), ##.##.1997-##.##.2005-ci illər aralığında "X4 Stansiyası” MMC-nin Qazan turbin sexinin işini təmin edən elektrik sexi elektrik laboratoriyasının mühəndisi (8 il 1 ay 7 gün), ##.##.2005-##.##.2006-cı illər aralığında "X4 Stansiyası” MMC-nin Qazan turbin sexinin işini təmin edən elektrik sexinin istismar üzrə rəis müavini (6 ay 13 gün), ##.##.2006-##.##.2020-ci illər aralığında "X4 Stansiyası” MMC-nin Qazan turbin sexinin işini təmin edən elektrik sexinin rəisi (14 il 1 ay 29 gün), ##.##.2020-ci ildən "X4 Stansiyası” MMC-də Elektrik sexində sex rəisi, ##.##.2021-ci ildən "X6” MMC-də Elektrik sexində aparıcı mühəndis vəzifəsində işlədiyi dövrlər qeyd olunan Siyahıda nəzərdə tutulmadığından güzəştli iş stajı kimi nəzərə alına bilməz. Ayrıca qeyd edilməlidir ki, iddiaçının ##.##.1991-##.##.1995-ci illər aralığında Qazan turbin sexinin işini təmin edən elektrik sexi və ##.##.1997-##.##.2005-ci illər aralığında Qazan turbin sexinin işini təmin edən elektrik sexi sahə uyğunluğu baxımından müvafiq Siyahıda nəzərdə tutulsa da, onun daşıdığı vəzifələr Siyahıda qeyd edilməmişdir. Həmçinin 2005-ci ildən sonrakı dövrlərdə istismar üzrə sexdə rəhbər vəzifələrdə işlədiyi sahə Siyahıda nəzərdə tutulmamışdır. “Əmək pensiyaları haqqında” Həmin Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər – 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar – 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd olunanlara əsasən, işin faktiki və hüquqi hallarını nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməklə iddia təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 81-82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilsin. Şirvan Inzibati Məhkəməsinin ## ###### 2025-ci il tarixli *-*(***)-****/**** nömrəli qərarı ləğv edilsin. Iddia təmin edilməsin. Qərardan tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(3-9)-306/2026
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-9)-306/2026
10.06.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver