Məhkəmə qərarları › İş №2-1(3-9)-309/2026

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-9)-309/2026

11.06.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 2-1(3-9)-309/2026 11.06.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: yaşa görə əmək pensiyasının yenidən hesablanması, əmək kitabçasının mötəbərliyi prezumpsiyası) Şirvan Apellyasiya Məhkəməsinin İnzibati kollegiyası, hakimlər Quliyev Ceyhun Əmir oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Fikrət Cilingir oğlu və X1 ibarət tərkibdə, Rzayev Rüfət İlham oğlunun katibliyi, iddiaçı İddiaçı, cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “qərarların (##.##.1980-cı il tarixdən ##.##.1993-cü il tarixədək olan əmək fəaliyyəti dövrünün qəbul edilməməsinə aid hissədə) ləğv edilməsi və ##.##.1980-cı il tarixdən ##.##.1993-cü il tarixədək işlədiyi dövrlərin nəzərə alınaraq əmək pensiyasının yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şirvan İnzibati Məhkəməsinin ## #### 2026-cı il tarixli *-*(***)-****/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi: İşin halları: “Pensiya təyinatı alt sistemi”ndən çıxarışdan görünür ki, İddiaçı (bundan sonra - iddiaçı) ##.##.2022-ci il tarixdə yaşa görə əmək pensiyası təyin edilmişdir. Seriya АЗЕ ******* nömrəli əmək kitabçasından görünür ki, iddiaçı ##.##.1980-ci il tarixdə Yuxarı Abdurrəhmanlı kəndinə mağaza müdiri vəzifəsinə təyin edilmiş (##.##.1980, əmr 36) və ##.##.1993-cü il tarixdə işdən azad edilmişdir (##.##.1993, əmr 47). Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış ##.##.2025-ci il tarixli *-**-*/*-P-*****/**** nömrəli məktubda qeyd edilmişdir ki, “...Sizə ##.##.2022-ci il tarixdə avtomatlaşdırılmış qaydada yaşa görə əmək pensiyası təyin edilmiş, hazırda ödənişi 401.66 manat olmaqla davam etdirilir. ##.##.2006-cı il tarixinədək 25 il sığorta stajı (Qanunun 22-1.1-ci maddəsinə əsasən), ##.##.2006-cı il tarixindən ##.##.2022-ci il tarixinədək fərdi şəxsi hesabınızın sığorta hissəsində qeydə alınmış 21621.39 manat (2022-ci il tarixinə indeksləşdirilmiş) pensiya kapitalı əsasında yaşa görə əmək pensiyanızın məbləği yenidən hesablanmış və pensiyanızın məbləğində (401.66 manat) dəyişiklik olmamışdır. Təqdim etdiyiniz sənədlərin surətlərinə əsasən əmək fəaliyyəti dövrləriniz, o cümlədən ##.##.1977-ci il tarixindən ##.##.1979-cu il tarixinədək hərbi xidmətdə olduğunuz müddət də nəzərə alınmaqla ##.##.2006-cı il tarixinədək faktiki sığorta stajınız 15 il 11 ay 29 gün olduğu halda, sizə Qanunun 22-1.1-ci maddəsinin tələblərinə əsasən 25 il sığorta stajı nəzərə alınmışdır. “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları”na əsasən əmək kitabçasının surətində qeyd edilmiş ##.##.1980-ci il tarixindən ##.##.1993-cü il tarixinədək olan dövrün doldurulma qaydası pozulduğu üçün (işdən çıxma qeydi SSRİ möhürü ilə təsdiqlənib) sözügedən dövrün sığorta stajınıza daxil edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Təqdim etdiyi Azərbaycan Respublikası “Azərittifaq” Füzuli Rayon İstehsal İstehlak Cəmiyyətləri İttifaqının ##.##.2025-ci il tarixli ** nömrəli arayışında ##.##.1980-ci il tarixindən ##.##.1993-cü ii tarixinədək olan dövr üzrə işə daxil olma və azad olma əmrləri qeyd edilməmişdir. Həmçinin, qeyd edilən əmək fəaliyyəti dövrünüz işğal zonasında olduğundan həmin dövr məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında sığorta stajınıza daxil edilə bilər.” Cavabdehin ##.##.2023-cü il tarixli *-**-*/*-P-******/**** saylı, ##.##.2024-cü il tarixli *-**- */*-P-*****/**** saylı və ##.##.2025-ci il tarixli *-**-*/*-P-*****/**** saylı “Ümumi əsaslara görə əmək pensiyasının yenidən hesablanması haqqında” qərarlarından görünür ki, iddiaçının əmək fəaliyyəti ilə bağlı ##.##.1980-ci il tarixindən ##.##.1993-cü il tarixinədək olan dövrün doldurulma qaydası pozulduğu üçün (işdən çıxma qeydi SSRİ möhürü ilə təsdiqlənib) həmin dövrlər əmək pensiyasının yenidən hesablanarkən sığorta stajı kimi nəzərə alınmamışdır. Birinci instansiya məhkəməsində icraat və məhkəmənin gəldiyi nəticə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi və iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək “cavabdehin ##.##.2023-cü il tarixli *-**-*/*-P-******/**** saylı, ##.##.2024-cü il tarixli *-**-*/*-P-*****/**** saylı və ##.##.2025-ci il tarixli 3-17-1/1-P *****/**** saylı qərarları (##.##.1980-cı il tarixdən ##.##.1993-cü il tarixədək olan əmək fəaliyyəti dövrünün qəbul edilməməsinə aid hissədə) ləğv edilsin və ##.##.1980-cı il tarixdən ##.##.1993-cü il tarixədək “Füzuli rayon Sovxoz fəhlə korperativi”-ndə Yuxarı Əbdülrəhmanlı kəndində mağaza müdiri vəzifəsində işlədiyi dövrlər nəzərə alınaraq İddiaçı təyin edilmiş avtomatlaşdırılmış qaydada yaşa görə əmək pensiyasının yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ona yaşa görə əmək pensiyası təyin edilərkən ##.##.1980-##.##.1993-cü il tarixlərdə Yuxarı Abdurrəhmanlı kəndində mağaza müdiri vəzifəsində işlədiyi dövrlər nəzərə alınmamışdır. Qeyd edilən illər üzrə işləməsi barədə əmək kitabçasında müvafiq qeydlər var. Hər hansı bir sənədin vaxtı ilə işğal nəticəsində işğal zonasında qaldığı üçün əldə edilməsinin mümkün olmaması onun sosial təminat hüququnun pozulmasına səbəb ola bilməz. Cavabdehin etirazları: Cavabdehin iddiaya qarşı etirazda qeyd etmişdir ki, iddiaçıya ##.##.2022-ci il tarixində avtomatlaşdırılmış qaydada yaşa görə əmək pensiyası təyin edilmiş, hazırda ödənişi 401,66 manat olmaqla davam etdirilir. İddiaçının təqdim etdiyi ГE ****** nömrəli hərbi biletin surətinə əsasən ##.##.1977-ci il tarixindən ##.##.1979-cu il tarixinədək hərbi xidmətdə olduğu müddət, A3E ******* nömrəli əmək kitabçasının surətinə əsasən ##.##.1975-ci il tarixindən ##.##.1977-ci il tarixinədək, ##.##.1993cü il tarixindən ##.##.1998-ci il tarixinədək, ##.##.1998-ci il tarixindən ##.##.2006-cı il tarixinədək olan əmək fəaliyyəti dövrləri nəzərə alınmaqla ##.##.2006-cı il tarixinədək faktiki sığorta stajı 15 il 11 ay 29 gün təşkil edir. İddiaçının faktiki sığorta stajı 15 il 11 ay 29 gün təşkil etsə də, Qanunun 22-1.1-ci maddəsinin tələtlərinə əsasən 25 il sığorta stajı nəzərə alınmışdır. Qanunun 22-1.3-cü maddəsinə əsasən əmək pensiyası hüququ olan şəxslərin 2006- cı il yanvarın 1-dək faktiki sığorta stajı həmin Qanunun 22-1.2.1-22-1.2.3-cü maddələrində göstərilən sığorta stajından çox olduqda onların arzusuna əsasən pensiya təyn edilərkən faktiki sığorta stajı nəzərə alınır. ##.##.2006- cı il tarixinədək 25 il sığorta stajı (Qanunun 22-1.1-ci maddəsinə əsasən), ##.##.2006-cı il tarixindən ##.##.2022-ci il tarixinədək iddiaçının fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınmış 21621.39 manat (2022-ci il tarixinə indeksləşdirilmiş pensiya kapitalı əsasında yaşa görə əmək pensiyasının məbləği yenidən hesablanmış və pensiyasının məbləğində (401.66 manat) dəyişiklik olmamışdır. İddiaçı 2006-cı il tarixinədək 25 il avtomat sığorta stajına əsasən fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı 25x306=7650 manat müəyyən edilmişdir. Eyni zamanda 2006-cı il tarixinədək fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının ##.##.2022-ci il tarixində indeksləşdirilmiş məbləği 20328.03 manat təşkil etmişdir. Mərkəzləşdrilmiş elektron informasiya sisteminin “Pensiya” altsisteminə əsasən İddiaçı ##.##.2006-ci il tarixindən ##.##.2022-ci il tarixinədək fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının 2022-ci il tarixinə indeksləşdirilmiş məbləği 21618.72 manat müəyyən edilmişdir. İddiaçı Mərkəzi Filiala təqdim edilən əmək kitabçasının surətində qeyd edilmiş ##.##.1980ci il tarixindən ##.##.1993-cü il tarixinədək olan dövrün doldurulma qaydası pozulduğundan (işdənçıxma qeydi SSRİ möhürü ilə təsdiqlənib) sözügedən dövrün onun sığorta stajına daxil edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. İddiaçı tərəfindən təqdim edilən Azərbaycan Respublikası “Azərittifaq” Füzuli Rayon İstehsal İstehlak Cəmiyyətləri İttifaqının ##.##.2025-ci il tarixli ** nömrəli arayışında ##.##.1980ci il tarixindən ##.##.1993-cü il tarixinədək olan dövr üzrə işə daxil olma və azad olma əmrləri qeyd edilməmişdir. Həmçinin, qeyd edilən əmək fəaliyyəti dövrü işğal zonasında olduğundan həmin dövr məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında sığorta stajına daxil edilə bilər. Şirvan İnzibati Məhkəməsinin ## #### 2026-cı il tarixli *-*(***)-****/**** nömrəli qərarı (hakim Hilal Nəcəfov) ilə iddia təmin edilmiş, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının ##.##.2023-cü il tarixli *-**-*/*-P-******/**** saylı, ##.##.2024-cü il tarixli *-**-*/*-P-*****/**** saylı və ##.##.2025-ci il tarixli *-**-*/*-P-*****/**** saylı qərarları (##.##.1980cı il tarixdən ##.##.1993 cü il tarixədək olan əmək fəaliyyəti dövrünün qəbul edilməməsinə aid hissədə) ləğv edilmiş və ##.##.1980-cı il tarixdən ##.##.1993-cü il tarixədək Yuxarı Əbdülrəhmanlı kəndində mağaza müdiri vəzifəsində işlədiyi dövrlər nəzərə alınaraq İddiaçı təyin edilmiş avtomatlaşdırılmış qaydada yaşa görə əmək pensiyasının yenidən hesablanması öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur. Həmin qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddianın təmin edilməməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat: Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayətinin dəlilləri iddiaya etirazın dəlilləri ilə eynilik təşkil edir. Apellyasiya şikayətinə etiraz: Apellyasiya şikayətinə etiraz daxil olmamışdır. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Şirvan Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının ##.##.2026-cı il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə icraatı iştirakçılarının izahatları və prosessual məsələlər: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.1-ci maddəsinə əsasən bu Məcəllənin 16.3-cü maddəsində nəzərdə tutulmuş hallar (yazılı icraat) istisna edilməklə, məhkəmə tərəfindən mübahisəyə şifahi məhkəmə baxışı (şifahi dinləmələr) qaydasında baxılır. Cavabdehin nümayəndəsi apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, Şirvan İnzibati Məhkəməsinin ## #### 2026-cı il tarixli *-*(***)-****/**** nömrəli qərarının ləğv edilməsini və iddianın təmin edilməməsinə dair yeni qərar qəbul edilməsini xahiş etdi. İddiaçı apellyasiya şikayətini qəbul etməyərək, iddiaya uyğun izahat verərək, şikayətin təmin edilməməsini xahiş etdi. Tətbiq edilən hüquq: “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunu (2007-ci il # #### tarixli, 260-İİİQD nömrəli Qanuna əsasən qüvvədən düşmüşdür): Maddə 67. İş stajına daxil edilən əmək fəaliyyətinin növləri Mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. ... Əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla # ###### 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. # ###### 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanır. Maddə 69. İş stajının təsdiq edilməsi qaydası İş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Azərbaycan Respublikasının Əmək Məcəlləsi (87-ci maddənin ## #### 2024-cü il tarixədək qüvvədə olan redaksiyası): Maddə 87. İşçilərin əmək fəaliyyəti haqqında və müvafiq ödənclərinin haqq-hesab sənədləri

1. İşçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında - işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. Ailə kəndli təsərrüfatı üzvlərinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən sənəd bələdiyyələr tərəfindən verilən vəsiqə hesab edilir.

2. İşəgötürən 5 gündən artıq işləyən bütün işçilərin əmək kitabçasında onların işə qəbul edilməsi, başqa daimi işə keçirilməsi, əmək müqaviləsinə xitam verilməsi barədə müvafiq qeydləri yazmalıdır.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 1992-ci il tarixli *** №-li qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə”

3. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır.

“İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 19. Mötəbərlik prezumpsiyası 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58. Sübutların araşdırılması qaydası 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi və ona əsas olmuş səbəblər: Məhkəmə kollegiyası tərəfləri dinləyərək, apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək, işin faktiki hallarını, sübutları və sadalanan hüquq normalarını nəzərə alaraq hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Birinci instansiyası məhkəməsi iddianı təmin etmiş və bu zaman iddiaçının işlədiyi dövlər üzrə iş stajının əmək kitabçasına əsasən müəyyən edilməsinə, əmək kitabçasının mötəbərliyinə əsaslanmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, apellyasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir. İşin halları ilə müəyyən edildi ki, iddiaçı ##.##.1980-ci il tarixdə Yuxarı Abdurrəhmanlı kəndinə mağaza müdiri vəzifəsinə təyin edilmiş (##.##.1980, əmr 36) və ##.##.1993-cü il tarixdə işdən azad edilmişdir (##.##.1993, əmr 47). Ona ##.##.2022-ci il tarixdə avtomatlaşdırılmış qaydada yaşa görə əmək pensiyası təyin edilmişdir. Cavabdehin ##.##.2023-cü il tarixli *-**-*/*-P-******/**** saylı, ##.##.2024-cü il tarixli *-**- */*-P-*****/**** saylı və ##.##.2025-ci il tarixli *-**-*/*-P-*****/**** saylı “Ümumi əsaslara görə əmək pensiyasının yenidən hesablanması haqqında” qərarları ilə iddiaçının əmək kitabçasında qeyd edilmiş ##.##.1980-ci il tarixindən ##.##.1993-cü il tarixinədək olan dövrün doldurulma qaydası pozulduğu üçün (işdən çıxma qeydi SSRİ möhürü ilə təsdiqlənib) həmin dövrlər əmək pensiyası yenidən hesablanarkən sığorta stajı kimi nəzərə alınmamışdır. İddiaçının hüquqi marağı həmin dövlərin də nəzərə alınmaqla əmək pensiyasının yenidən hesablanmasıdır. Kollegiya qeyd edir ki, iddiaçının əmək fəaliyyəti əmək kitabçasında əksini tapmışdır. Əmək kitabçasında işçinin işə qəbul, işdən çıxma tarixləri, əmrlərin nömrələri, səlahiyyətli şəxsin vəzifəsi, imzaları, hüquqi şəxsin möhürü mövcuddur. İddiaçının işlədiyi dövrdə qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun və Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 1992-ci il tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin tələblərinə görə iş stajını sübut edən əsas sənəd əmək kitabçası idi. Mübahisəli dövr (##.##.1980-##.##.1993) üzrə əmək kitabçasındakı qeydlərin kiril qrafikalı möhürlə təsdiq edilməsinə gəldikdə 1990-cı illərdə belə yazılara təsadüf olunurdu. Çünki, hələ respublika səviyyəsində məcburi latın qrafikasına keçilməmişdi. Latın əlifbası 1991-ci il ######ın ##-də Azərbaycan parlamenti tərəfindən təsdiq olunsa da, müxtəlif obyektiv və subyektiv səbəblər üzündən yalnız Azərbaycan Respublikası Prezidenti Heydər Əliyevin 2001-ci il ## #### tarixli Fərmanından sonra bütün Azərbaycan ərazisində latın əlifbasına keçilmişdir. Müəssisəyə aid sənədlərin arxivə təhvil verilməməsi (vaxtı ilə işğal ərazisində qaldığı üçün) səbəbindən qarşılqlı yoxlamanın aparılmasının mümkün olmaması da iddiaçının məsuliyyət sferasına aid edilə bilməz, o cümlədən sosial təminat hüququnun pozulmasının əsası ola bilməz. Mübahisəli dövrlər (##.##.1980-##.##.1993) üzrə əmək kitabçasında qeyd edilmiş məlumatların və əmək kitabçasının mötəbərliyini şübhə altına alan hal müəyyən edilmədiyi üçün əmək kitabçası mötəbər sübut kimi qiymətləndirilməlidir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 19-cu maddəsinə görə inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların inzibati orqan tərəfindən tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Bu baxımdan cavabdeh tərəfindən iddiaçının iş stajını təsdiq edən əlavə sübutların tələb edilməsi qeyd olunan normanın tələblərinin pozulması kimi qiymətləndirilməlidir. Kollegiya qeyd edir ki, göstərilənlər onu deməyə əsas verir ki, iddiaçı ##.##.1980- ##.##.1993-cü illərin nəzərə alınaraq yaşa görə əmək pensiyasının yenidən hesablanmasını tələb etməkdə haqlıdır. Beləliklə, işin faktiki və hüquqi hallarını nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə haqlı mövqe sərgiləmişdir. Yuxarıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, birinci intansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.

Nəticəvi hissə:

Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

qərara aldı:

Apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin ## #### 2026-cı il tarixli *-*(***)-****/**** nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Məhkəmə qərarından tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə (AZ 1025, Bakı şəhəri,Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar