Məhkəmə qərarları › İş №2-1(3-9)-31/2026

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-9)-31/2026

08.07.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 2-1(3-9)-31/2026 08.07.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyası hakimlər Sadıqov Mirlətif Süleyman oğlu (sədrlik edən və məruzəçi), Quliyev Ceyhun Əmir oğlu və X1 ibarət tərkibdə, Məhkəmə iclasının katibi X2, Iddiaçı İddiaçı, Cavabdehin nümayəndəsi nümayəndə2 iştirakı ilə, Şirvan Inzibati Məhkəməsinin ## ####### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarından Dövlət Sоsiаl Müdаfiə Fоndunun Məhkəmə Mübahisələri ilə Iş üzrə mərkəzi filialı tərəfindən verilmiş apellyasiya şikayəti əsasında iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi tələbinə dair inzibati işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialına qarşı onun güzəştli şərtlərlə yaşa görə əmək pensiya hüququnun yarandığı ##.##.2018-ci il tarixdən, 57 yaşdan pensiya təyin edilməsinin və müraciət edilən tarixdən 3 il əvvələ olan dövrlərin ödənilməmiş pensiya məbləğinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Şirvan Inzibati Məhkəməsinin (hakim P.Qurbanova) ## ####### 2025-ci il tarixli, *- *(***)-****/**** nömrəli qərarı ilə iddia təmin edilmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı ## #### 1961-ci il təvəllüdlüdür və ##.##.2018-ci il tarixində 57 yaşı tamam olmuşdur. Cavabdeh tərəfindən də iddiaçının tələb olunan yaş həddinə, yəni 57 yaşına çatması və həmin vaxt azı 25 il ümumi sığorta stajına malik olması mübahisələndirmir. Qeyd edilən hallar iş materiallarında olan sənədlərə əsasən də sübuta yetirilir və işin mübahisə edilməyən hallarına aiddir. Cavabdeh inzibati orqan tərəfindən mübahisələndirilən hal iddiaçının güzəştli iş stajının yetərli olmaması ilə bağlıdır. Belə ki, inzibati orqan tərəfindən iddiaçının güzəştli iş stajı kimi yalnız 3 il 4 ay 21 gün, ##.##.1982-##.##.1986-cı il tarixləri arasındakı dövrlər qəbul edilmişdir. Işin müəyyən edilən hallarından görünür ki, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan həmin dispozisiya şərtləri iddiaçıya münasibətdə mövcuddur. Qərardan cаvаbdеh Dövlət Sоsiаl Müdаfiə Fоndunun Məhkəmə Mübahisələri ilə Iş üzrə Mərkəzi Filialı tərəfindən apellyasiya şikayəti verilmişdir. Işin halları Iddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filailına ##.##.2024-cü il tarixdə ərizə ilə müraciət edərək ona hüququnun yarandığı tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini və ödənilməmiş pensiya məbləğinin ödənilməsini xahiş etmişdir. Cavabdehin ##.##.2024-cü il tarixli, 3-17-1/2- M-***/**** №-li imtina məktubunda, bildirilmişdir ki, iddiaçı tərəfindən Mərkəzi Filiala təqdim etdiyi “xxxx” ASC-nin X3 Stansiyası MMC-nin ##.##.2019-cu il tarixli **/***/**/*** nömrəli arayışında ##.##.1986- ##.##.1995-ci il tarixləri arasındakı dövr ərzində həmin müəssisənin Qazan turbin sexinin işini təmin edən elektrik sexində elektrik avadanlıqlarına xidmət edən elektrik-mantyoru vəzifəsi sözügedən arayışda istinad edilən yuxarıda qeyd olunan qazanxana, turbin (buxar-qaz turbin) avadanlığının təmiri üzrə elektrik montyorları vəzifəsinə aid deyil. Bu səbəbdən də güzəştli iş stajınız 12 il 06 aydan az (3 il 4 ay 21 gün (##.##.1982- ##.##.1986-cı il tarixləri arasındakı dövr)) təşkil edir. Qeyd olunanları nəzərə alaraq sizə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. O, qeyd edilənlərə əsasən cavabdehin imtinasından narazı qaldığı üçün sosial təminat hüququnun bərpa edilməsi üçün məhkəmə müdafiəsinə söykənərək iddia ərizəsi ilə Şirvan Inzibati Məhkəməsinə müraciət etmişdir. Iddia tələbi ondan ibarətdir ki, ona “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə əsasən ##.##.2006-cı il tarixə kimi qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanununun 13-cü maddəsinin “b” bəndinə əsasən ##.##.2006-cı il tarixə kimi ümumi 26 il 03 ay 04 gün və həmin tarixədək 12 il 09 ay 20 gün güzəştli iş stajının olduğu üçün hesab edir ki, ona ##.##.2018-ci il tarixdən, 57 yaşımdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməlidir. Cavabdeh onun ##.##.2006-cı il tarixə kimi ümumi iş stajını mübahisələndirmədiyindən, ümumi iş stajına münasibət bildirmir. Lakin məhkəmənin diqqətinə çatdırır ki, o, ##.##.2006-cı il tarixədək tələb olunan 25 il ümumi iş stajını toplamışdır. Cavabdehin onun 12 il 06 aydan az güzəştli iş stajının olmamasını, yalnız ##.##.1982-##.##.1986-cı il tarixləri arasındakı dövrləri əhatə etdiyini bildirirək ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina etməsi hesab edir ki, əsassızdır və əmək pensiyaları haqqında qanunvericiliyin tələbləri baxımından pozuntudur. Belə ki, o, ##.##.1982-##.##.1986-cı il tarixədək (3 il 4 ay 21 gün) “Əli Bayramlı DRES (indiki xxxx)”-də “Qazan-turbin sexində qazan avadanlıqları üzrə baxıcı maşinist və ##.##.1986- ##.##.1995-ci il tarixədək (08 il 10 ay 07 gün) “xxxx” MMC-də “Qazan turbin sexinin işini təmin edən elektrik sexində stansiyası elektrik avadanlıqlarına xidmət edən elektrikmantyoru” peşəsində və həmçinin ##.##.1982- ##.##.1982-ci il tarixə (06 ay 22 gün) kimi “Şirvanneff ’ NQÇI-də “yeraltı təmir üzrə operator” peşəsində işləmişdir. Beləliklə, onun ##.##.2006-cı il tarixə kimi ümumilikdə 12 il 09 ay 20 gün güzəştli iş stajı vardır. Lakin cavabdeh onun nə ##.##.1986-##.##.1995-ci il tarixədək, nə də ki, ##.##.1982-##.##.1982-ci il tarixədək işlədiyi dövrləri qəbul etməmiş və etmədiyinin səbəblərini əsaslandırmamış, yalnız formal mülahizə xarakterli sözlərə istinad etmişdir. Və bu səbəbdən də cavabdehin imtinasının əmək pensiyaları haqqında qanunvericiliyin tələblərinə, həmçinin Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Kollegiyasının ** saylı, ##.##.2011-ci il tarixli Qərarı ilə təsdiq edilmiş «Əmək pensiyaları haqqında» Qanuna əsasən əmək pensiyasının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarına ziddir. Cavabdehin imtinası «Inzibati icraat haqqında» Qanunun tələblərini kobud pozduğundan, bu səbəbdən də hesab edir ki, cavabdeh Azərbaycan Respublikası IPM-in 14.3-cü maddəsinin tələbləri baxımından da əsas verir ki, inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirməli idi, həmçinin imtinasında istinad etdiyi halları formal mülahizə xarakterli sözlərlə kifayətlənməməli idi. Halbuki, inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu iddia ərizəsinə əlavə edilmiş sübut növü olan mötəbər sənədlərlə sübut edilir və belə olan halda cavabdeh inzibati icraat haqqında qanunvericiliyin tələblərini kobud surətdə pozmaqla həmin halların əksini təsdiq edəcək halları sübut edə bilmir. Cavabdehin onun güzəştli iş stajını qəbul etmədiyindən, ona görə də güzəştli iş stajına olan hissəyə münasibət bildirəcək. Belə ki, cavabdeh ##.##.2024-cü il tarixli, 3-17-1/2-M-***/**** №li imtina məktubunda, onun ##.##.2006-cı il tarixə kimi güzəştli iş stajının olmadığını və onun “xxxx” ASC-nin X3 Stansiyası MMC-nin ##.##.2019-cu il tarixli **/***/**/*** nömrəli arayışında ##.##.1986- ##.##.1995-ci il tarixləri arasındakı dövr ərzində həmin müəssisənin Qazan turbin sexinin işini təmin edən elektrik sexində elektrik avadanlıqlarına xidmət edən elektrik-mantyoru, vəzifəsi sözügedən arayışda istinad edilən yuxarıda qeyd olunan qazanxana, turbin (buxar-qaz turbin) avadanlığının təmiri üzrə elektrik montyorları vəzifəsinə aid olmadığını və bu səbəbdən də güzəştli iş stajınız 12 il 06 aydan az (3 il 4 ay 21 gün (##.##.1982- ##.##.1986-cı il tarixləri arasındakı dövr)) təşkil etdiyi qeyd edilmişdir. Cavabdeh imtina məktubunda göründüyü kimi Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2007-ci il tarixli, ** saylı Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”-nın 24-cü elektrik stansiyaları, enerji qatarları, buxar və güc təsərrüfatı bölməsinin fəhlələr a) bəndində qazan avadanlıqları üzrə baxıcı maşinist, elektrik stansiyası elektrik avadanlıqlarına xidmət edən elektrik montyoru güzəştli şərtlərlə pensiya hüququna malik olduğum bildirilməklə təsdiq edilir. Halbuki, “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə əsasən, iddiaçının işlədiyi vəzifə və peşə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.1993-cü il tarixli, *** saylı Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin” * №-li Siyahısı”-nın XII. Qazma, neftin, qazın və qaz Kondensantlarının hasilatı və emalı (Dəniz neftçilərindən başqa), Kömürün və şistin emalı: 2. Neft-qaz və qaz kondensatının hasilatı; “quyuların yeraltı təmiri üzrə operatorlar” (2130200a—15870)” və XIII. Elektrik stansiyaları, enerji qatarları, Buxar güc təsərrüfatı: “qazanxana avadanlığı üzrə nəzarətçi maşinistlər (2140000a—13929)”, “turbin avadanlığı üzrə nəzarətçi maşinistlər (2140000a—13931)” “qazanxana, turbin (buxar-qaz turbini) avadanlığının təmiri, yanacaq ötürmə avadanlığına və onların işini təmin edən ölçü vasitələri və avtomatikasına xidmət üzrə çilingərlər, elektrik montyorları, bütün adlardan olan elektrik çilingərlərin (2140000a— 18455)” kodları ilə qeyd edilmişdir. Qeyd etdiyi faktiki və hüquqi əsaslarla tam sübuta yetirilir. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsini xahiş edir. Cavabdehin imtina və iddiaya qarşı etiraz dəlilləri ondan ibarət olmuşdur ki, iddia tələbi əsassızdır və təmin edilməməlidir. Iddiaçı Fondun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialına müraciət edərək güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Lakin İddiaçı güzəştli iş stajının 12 il 6 aydan az səbəbindən müraciətin müsbət həllinin mümkün olmadığı yazılı şəkildə bildirilmişdir. Bundan sonra, iddiaçı İddiaçı məhkəməyə təqdim etdiyi iddia ərizəsində qeyd etdiyi dövrlərin sosial sığorta stajına daxil edilməklə güzəştli şərtlərlə yaşa görə pensiyanın təyin olunması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2007-ci il tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin,vəzifələrin və göstəricilərin Siyahısı”nın elektrik stansiyaları, enerji qatarları, buxar və güc təsərrüfatı bölməsinin (24) fəhlələr yarımbəndində (a) qazanxana avadanlığı üzrə nəzarətçi maşinistlər, qazanxana, turbin (buxar-qaz turbini) avadanlığının təmiri, yanacaqötürmə avadanlığına və onların işini təmin edən ölçü vasitələri və avtomatikasına xidmət üzrə çilingərlər, elektrik montyorları, bütün adlardan olan elektrik çilingərləri vəzifələri nəzərdə tutulmuşdur. Mərkəzi Filiala təqdim edilən “xxxx” ASC-nin “xxxx” MMC-nin ## ###### 2019-cu il tarixli **/***/**/*** nömrəli İddiaçı dair arayışında ##.## 1986- ##.##.1995-ci il tarixləri arasındakı dövr ərzində Qazan-Turbin sexinin işini təmin edən elektrik sexində elektrik avadanlıqlarına xidmət edən elektrik montyoru vəzifələrində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi, iddiaçının işlədiyi elektrik avadanlıqlarına xidmət edən elektrik montyoru vəzifəsi sözügedən arayışda istinad edilən yuxarıda qeyd olunan qazanxana, turbin (buxar-qaz turbini) avadanlığının təmiri üzrə elektrik montyorları vəzifəsinə aid deyil. Bu səbəbdən də, İddiaçı güzəştli iş stajı 12 il 6 aydan az (3 il 4 ay 21 gün (##.##.1982- ##.##.1986-cı il tarixləri arasındakı dövr)) təşkil edir. Yuxarıda qeyd edilənlərə əsasən, iddianın təmin edilməməsinə dair qərar qəbul edilməsini xahiş edirlər. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlili imtina aktının və iddiaya qarşı etirazın məzmunu ilə eynilik təşkil edir. Prosessual məsələlər Iddiaçı İddiaçı apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının qüvvədə sxlanılmasını xahiş etdi. Cavabdehin nümayəndəsi məhkəmə iclasında apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddianın təmin edilməməsini xahiş etmişdir. Əsaslandırma Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası iddia tələbinin mahiyyəti ilə bağlı aşağıdakıları qeyd edir. Iş materiallarına əlavə edilmiş: SOCAR-ın ##.##.2019-cu il tarixli arxiv arayışında qeyd edilmişdir ki, SOCAR-ın Baş ofisinin Mərkəzi Arxivində saxlanılan sənədlərə əsasən ##.##.1961-ci il təvəllüdlü İddiaçı həqiqətən ##.##.1982-ci ildə (əmr № **/k, ##.##.1982- ci il) “Şirvanneft” Neft və Qazçıxarma Idarəsinin Quyuların əsaslı və yeraltı təmiri sexinə 4- cü dərəcəli quyuların yeraltı təmir operatoru peşəsinə işə qəbul edilmişdir. ##.##.1982-ci ildə (əmr № ***k) üzrsüz səbəbdən işə gəlmədiyinə görə işdən azad olunmuşdur. “ xxxx” Açıq Səhmdar Cəmiyyəti “X3 Stansiyası” MMC-nin ##.##.2019-cu il tarixli arayışında qeyd edilmişdir ki, İddiaçı həqiqətən ##.##.1982-ci ildən (əmr № ***, ##.##.1982-ci il) ##.##.1986-cı ilə kimi “X3 Stansiyası” MMC-nin (Əli Bayramlı DRES-nin) Qazan turbin sexində qazan avadanlıqları üzrə baxıcı maşinist; ##.##.1986-ci ildən (əmr№ **-k, ##.##.1986-ci il) ##.##.1995-ci ilə kimi “X3 Stansiyası” MMC-nin (Əli Bayramlı DRES-nin) Qazan turbin sexinin işini təmin edən elektrik sexində elektrik stansiyası elektrik avadanlıqlarına xidmət edən elektrik montyoru işləmişdir. “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, peşələrin,vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin ** saylı ##.## 2007-ci il tarixli Qərarında qeyd edildiyi kimi (24. Elektrik stansiyaları, enerji qatarları, buxar və güc təsərrüfatı bölümü), qazan avadanlıqları üzrə baxıcı maşinist, elektrik stansiyası elektrik avadanlıqlarına xidmət edən elektrik montyoru güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdilər. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat X4 iddiaçıya ünvanladığı ##.##.2025-ci il tarixli məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2007-ci il tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın elektrik stansiyaları, enerji qatarları, buxar və güc təsərrüfatı bölməsinin (24) fəhlələr yarımbəndində (a) qazanxana avadanlığı üzrə nəzarətçi maşinistlər, qazanxana, turbin (buxar-qaz turbini) avadanlığının təmiri, yanacaqötürmə avadanlığına və onların işini təmin edən ölçü vasitələri və avtomatikasına xidmət üzrə çilingərlər, elektrik montyorları, bütün adlardan olan elektrik çilingərləri vəzifələri nəzərdə tutulmuşdur. Mərkəzi Filiala təqdim etdiyiniz “xxxx” ASC-nin “X3 Stansiyası” MMC-nin ## ###### 2019-cu il tarixli **/***/**/*** nömrəli sizə dair arayışında ##.##.1986-##.##.1995-ci il tarixləri arasındakı dövr ərzində isə Qazan-Turbin sexindin işini təmin edən elektrik sexində elektrik avadanlıqlarına xidmət edən elektrik montyoru vəzifələrində işlədiyiniz qeyd olunub. Göründüyü kimi, işlədiyiniz elektrik avadanlıqlarına xidmət edən elektrik montyoru vəzifəsi sözügedən arayışda istinad edilən yuxarıda qeyd olunan qazanxana, turbin (buxar-qaz turbini) avadanlığının təmiri üzrə elektrik montyorları vəzifəsinə aid deyil. Bu səbəbdən də, güzəştli iş stajınız 12 il 6 aydan az (3 il 4 ay 21 gün (##.##.1982-##.##.1986-cı il tarixləri arasındakı dövr)) təşkil edir. Qeyd olunanları nəzərə alaraq, sizə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Müraciətinizə baxılmasının bu məktubda əks olunan nəticəsi ilə bağlı qərarla razı olmadığınız təqdirdə 30 gün müddətində yuxarı inzibati orqana və ya məhkəməyə müraciət etmək hüququnuz vardır. ИT-İ ******* nömrəli əmək kitabçasının surətindən müəyyən olunur ki, İddiaçı ##.##.1978-ci il tarixdən ##.##.2005-ci il tarixədək müxtəlif müəssisələrdə müxtəlif vəzifələrdə işləmişdir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat X4 məhkəməyə ünvanladığı ##.##.2025-ci il tarixli məktubunda qeyd edilmişdir ki, İddiaçı ümumi iş stajı 25 il 2 ay 15 gün (##.##.1979-##.##.1981 -ci il (hərbi xidmət dövrü), ##.##.1979-##.##.1979-cu il, ##.##.1982- ##.##.1982-ci il, ##.##.1982-##.##.1995-ci il, ##.##.1995-##.##.2005-ci il tarixləri arasındakı dövrlər), fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya sığorta kapitalı cəmi 25959,32 manat təşkil edir. “xxxx” Açıq Səhmdar Cəmiyyəti “X3 Stansiyası” MMC-nin məhkəməyə ünvanladığı ##.##.2025-ci il tarixli məktubunda qeyd edilmişdir ki, “xxxx” ASC-nin “X3 Stansiyası” MMCnin (Əli Bayramlı DRES-nin) istismar müddəti başa çatmış, istehsal fəaliyyəti tam dayandırılmışdır. Enerji blokları köməkçi avadanlıqları ilə müvafiq qanunvericiliyə uyğun olaraq balansdan silinmiş və söküntü işləri yekunlaşmışdır. Bu səbəbdən kadrlarla bağlı əhəmiyyət kəsb edən sənədlər 2020-ci ildə Azərbaycan Respublikası X5 filialına təhvil verilmişdir. Məlumat üçün bildiririk ki, X.Mehdiyev “xxxx” ASC-nin “X3 Stansiyası” MMC-yə arxiv sənədlərini təqdim etməmişdir. Arxiv sənədlərini təqdim etdikdə, onun barəsində arayış vermək mümkündür. Bu səbəbdən X.Mehdiyevin “xxxx” ASC-nin “X3 Stansiyası” MMC-də işləməsi barədə məlumatımız yoxdur. X5 Filialının məhkəməyə ünvanladığı ##.##.2025-ci il tarixli məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Dövlət Arxivi Şirvan filialında mühafizə olunan “xxxx” MMC-nin (Əli Bayramlı DRES) 1982, 1986, 1995-ci illərə aid əmrlər kitabından vətəndaş İddiaçı adına aşkarlanan 24.11,1982-ci il № ***, ##.##.1986-cı il № **-k, ##.##.1995-ci il № ** əmrlərinin və 1995- ci ilə aid Işdən azad olan işçilərinin şəxsi vərəqləri Forma T-2 kitabından vətəndaşa aid sənədlərin müvafiq qaydada təsdiq olunmuş surətlərini sizə təqdim edirik. “xxxx” Açıq Səhmdar Cəmiyyəti “X3 Stansiyası” MMC-nin məhkəməyə ünvanladığı ##.##.2025-ci il tarixli məktubunda qeyd edilmişdir ki, İddiaçı həqiqətən ##.##.1982-ci il tarixdən (əmr № ***, ##.##.1982-ci il) ##.##.1986-cı il tarixinə kimi “xxxx” ASC-nin “X3 Stansiyası” MMCnin qazan turbin sexində qazan avadanlıqları üzrə baxıcı maşinist; ##.##.1986-cı il tarixdən (əmr № **-k, ##.##.1986-cı il) ##.##.1989-cu il tarixinə kimi “xxxx” ASC-nin “X3 Stansiyası” MMC-nin qazan turbin sexinin işini təmin edən elektrik sexində növbətçi elektrik montyoru işləmişdir. ##.##.1989-cu il tarixdən (əmr №**-k, ##.##.1989-cu il) ##.##.1995-ci il tarixinə kimi “xxxx” ASC-nin “X3 Stansiyası” MMC-nin qazan turbin sexinin işini təmin edən elektrik sexində elektrik stansiyalarının elektrik avadanlıqlarının xidməti üzrə elektrik montyoru Işləmişdir. (Qeyd: növbətçi elektrik montyoru peşəsi elektrik stansiyalarının elektrik avadanlıqlarının xidməti üzrə elektrik montyoru peşəsi ilə eynidir. Hər ikisi növbətçi elektrik montyorunun işini icra edir). Bu vəzifələrdə çalışarkən ona ağır və zərərli iş şəraitinə görə əsas əmək haqqına 8 faiz əlavə əmək haqqı və 6 təqvim günü əlavə məzuniyyət verilmişdir. Işlədiyi vəzifə üzrə zərərli iş stajı 12 (on iki) il, 2 (iki) ay, 28 (iyirmi səkkiz) gün təşkil edir. X.Mehdiyevin “xxxx” ASC-nin «X3 Stansiyası” MMC-də işlədiyi qazan avadanlıqları üzrə baxıcı maşinist və elektrik stansiyaları elektrik avadanlıqlarının xidməti üzrə elektrik miontyoru (növbətçi elektrik montyoru) peşələrin, güzəştli pensiya hüququna əsas olan xüsusiyyətləri: blok avadanlıqlarının istismar rejimində titrəmələrin olması, səs-küyün normadan artıq olması, zərərli yanma qazların olması, 6/04 kv yağ açarlarına, 6/04 kv elektrik avadanlıqlarına gərginlik verilib çıxarılması, o cümlədən 6/04 kv transformatorlara gərginlik verilib çıxarılması, hava kompressorlarının istismarına nəzarət və s. ibarət olmaqla, qazan avadanlıqları üzrə baxıcı maşinist, elektrik montyoru, peşələri “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, peşələrin,vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2007-ci il tarixli, ** nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahının 24 fəsil “Elektrik stansiyaları,enerji qatarları,buxar və güc təsərrüfatı” fəslinin a) fəhlələr bölməsində 13-cü xana qazanxana avadanlığı üzrə nəzarətçi maşinistlər və 28-ci xana qazanxana, turbin (buxar-qaz turbini) avadanlığının təmiri, yanacaqötürmə avadanlığına və onların işini təmin edən ölçü vasitələri və avtomatikasına xidmət üzrə çilingərlər eiektrik montyorları, bütün adlardan olan elektrik çilingərləri peşələrinin xüsusiyyətlərinə uyğun olması səbəbilə ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunması məqsədəuyğun hesab edilir. SOCAR “Azneft” IB-nin ##.##.2025-ci il tarixli məktubunda qeyd edilmişdir ki, Sizin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən peşələrdə əmək stajı ilə bağlı “Azneft” Istehsalat Birliyinə daxil olmuş (qeydiyyat: ##.##.2025-ci il tarixli, 14-2-1/1-M-208- **/**** nömrəli) müraciətinizə müvafiq qaydada baxılmışdır. Bununla əlaqədar bildiririk ki, SOCAR-ın Mərkəzi arxivinin ## ####### 2019-cu il tarixli SOCAR******************X***** nömrəli arxiv arayışında sizin “Şirvanneft” Neft və Qazçıxarma Idarəsinin Quyuların əsaslı və yeraltı təmiri sexində ##.##.1982-ci il tarixdən ##.##.1982-ci il tarixədək quyuların yeraltı təmir operatoru peşəsində işlədiyiniz qeyd olunub. Sizin “Şirvanneft” Neft və Qazçıxarma Idarəsinin Quyuların əsaslı və yeraltı təmiri sexində ##.##.1982-ci il tarixdən ##.##.1982-ci il tarixədək (4 ay 16 gün) işlədiyiniz quyuların yeraltı təmir operatoru peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2007-ci il tarixli ** №-li qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 10-cu “Neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür və şistin emalı” bölməsinin 10.2-ci “Neft, qaz və qaz kondensatının hasilatı, qəbulu və saxlanması sahəsi” yarımbölməsində nəzərdə tutulan “quyuların yeraltı təmiri üzrə operatorlar” peşəsi ilə uyğunluq təşkil edir. Apellyasiya icraatı zamanı verilmiş sorğuya əsasən “xxxx” Açıq Səhmdar Cəmiyyəti “X3 Stansiyası” MMC-nin məhkəməyə ünvanladığı ##.##.2026-cı il tarixli məktubunda qeyd edilmişdir ki, İddiaçı həqiqətən ##.##.1982-ci il tarixdən ##.##.1986-cı il tarixinə kimi “xxxx” ASC-nin “X3 Stansiyası” MMC-nin qazan turbin sexində qazan avadanlıqları üzrə baxıcı maşinist, ##.##.1986-cı il tarixdən ##.##.1989-cu il tarixinə kimi “xxxx” ASC-nin “X3 Stansiyası” MMC-nin qazan turbin sexinin işini təmin edən elektrik sexində elektrik stansiyalarının elektrik avadanlıqlarının xidməti üzrə elektrik montyoru işləmişdir. “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, peşələrin,vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2007-ci il tarixli, ** nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahının 24 fəsil “Elektrik stansiyaları,enerji qatarları,buxar və güc təsərrüfatı” fəslinin a) fəhlələr bəndində qazanxana, turbin(buxar-qaz turbini) avadanlığının təmiri, yanacaqötürmə avadanlığına və onların işini təmin edən ölçü vasitələri və avtomatikasına xidmət üzrə çilingərlər, elektrik montyorları, bütün adlardan olan elektrik çilingərləri peşəsinin xüsusiyyətləri ilə və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.1993-cü il tarixli, *** nömrəli Qərarı ilə təsdiq edilmiş əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara və qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatda çalışan işçilərin vəzifələrin və göstəricilərin * nömrəli Siyahısı, XIII. Elektrik stansiyaları, enerji qatarları, buxar və güc təsərrüfatı fəslinin a) fəhlələr bəndinin qazanxana, turbin(buxar-qaz turbini) avadanlığının təmiri, yanacaqötürmə avadanlığına və onların işini təmin edən ölçü vasitələri və avtomatikasına xidmət üzrə çilingərlər, elektrik montyorları, bütün adlardan olan elektrik çilingərləri 2140000a-18455 vəzifə kodunda müəyyən edilmiş sahənin və vəzifənin xüsusiyytləri eyni olduğu üçün ona güzəştli şərtlə yaşa görə əmək pensiyası təyin olunması məqsədəmüvafiqdir. İddiaçı işlədiyi növbətçi elektrik montyoru və elektrik stansiyalarının elektrik avadanlıqlarının xidməti üzrə elektrik montyoru peşələri eyni peşələrdir, hər iki peşənin əmək funksiyası eynidir və eyni işi icra edir. Azərbaycan Respublikasının Konstitusiyasına əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikası vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir (maddə 12). Hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir (maddə 38). Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur (maddə 71). Fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir (maddə 149). “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. Həmin Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər – 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar – 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Kollegiya qeyd edir ki, işdə olan sübutlarla cavabdeh inzibati orqanın imtinasının qanunsuz olmaqla iddia tələbinin əsaslılığı sübut olunur. Birinci instansiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də şikayətin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Apellyasiya şikayətində isə imtina aktı və iddiaya qarşı etiraz dəlilləri təkrarlanmışdır. Apellyasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə birinci instansiya məhkəməsi tərəfindən hərtərəfli araşdırma aparılmışdır və qəbul edilmiş qərarın qanuni və əsaslı nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 81-82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Cаvаbdеh Dövlət Sоsiаl Müdаfiə Fоndunun Məhkəmə Mübahisələri ilə Iş X4 apellyasiya şikayəti təmin edilməsin. Şirvan Inzibati Məhkəməsinin ## ####### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar