Məhkəmə qərarları › İş №2-1(3-9)-310/2026

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-9)-310/2026

09.07.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 2-1(3-9)-310/2026 09.07.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi) Şirvan Apellyasiya Məhkəməsinin İnzibati kollegiyası, hakimlər Quliyev Ceyhun Əmir oğlu (sədrlik edən və məruzəçi), X4 və Sadıqov Mirlətif Süleyman oğlundan ibarət tərkibdə, Rzayev Rüfət İlham oğlunun katibliyi, iddiaçı İddiaçı, cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməmiş pensiya məbləğinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbinə dair inzibati iş üzrə Şirvan İnzibati Məhkəməsinin ## #### 2026-cı il tarixli *-*(***)- ****/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları: İddiaçı İddiaçı (bundan sonra - iddiaçı) ##.##.1965-ci il təvəllüdlüdür. Seriya IV-ЖГ ****** nömrəli nikahın bağlanması haqqında şəhadətnamədən görünür ki, X2 ilə X6 arasında ##.##.1988-ci il tarixdə nikah bağlanmışdır. Nikah bağlandıqdan sonra ərə (arvada) “Dadaşov (a)” soyadı verilmişdir. Seriya ЗТ 031726 diplomdan görünür ki, iddiaçı 1983-cü ildə Azərbaycan SSR Səhiyyə Nazirliyinin Bakı * nömrəli tibbi məktəbinə daxil olmuş və ##.##.1985-ci ildə həmin məktəbi tibb bacısı ixtisası üzrə tam kursu bitirmişdir (1, 10 ay, 6 gün). Hacıqabul Rayon Dövlət Arxivi tərəfindən verilmiş ##.##.2024-cü il tarixli *-**-**RA/*- **/**** nömrəli arxiv arayışından görünür ki, iddiaçı 1988-1994-cü illərdə Hacıqabul rayonu “1 May” kolxozunda işləmişdir. Həmin dövrlər (1988-1994) üzrə minimum gün 180 gün olmuş, 1989-1994-cü illərə münasibətdə tam şəkildə yerinə yetirilmiş, 1988-ci ildə isə adam günü 63 gün olmuşdur. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, 1988-ci ildə sentyabr ayından əmək fəlaiyyəti olmuş, 1994-cü ilin isə oktyabr ayına kimi işləmişdir. Beləliklə, iddiaçının 1988-1994cü illərdə Hacıqabul rayonu “1 May” kolxozunda işlədiyi dövrlər üzrə əmək stajı 6 il 1 ay 4 gün. Seriya ИТ-İ ******* nömrəli əmək kitabçalarından görünür ki, iddiaçı 15.06-1985-ci il tarixdən ##.##.1988-ci il tarixə kimi Hacıqabul MRX Navahi kənd sahə xəstəxanasında “tibb bacısı” vəzifəsində (03 il 03 ay 04 gün), ##.##.1996-cı il tarixdən ##.##.1999-cu il tarixə kimi “X1 Alətlər Bazası”nda Metal təmir sexində “açar (çalov) yağlayıcı” və “X3”nda Metal təmir sexində “açar (çalov) yağlayıcı”, Metal boyama sexndə “metal boru (məmulatların) laklayıcısı vəsifəsində (03 il 05 ay 17 gün), ##.##.2011-ci il tarixdən ##.##.2024-cü il tarixə kimi Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi “Aqreqat” İstehsalat Birliyinin “Telemexanika” zavodunda “barıt yığıcısı” və “kapsul yükləyicisi” vəzifələrində (##.##.2021-##.##.2022 MDSS ödənilməmişdir, ona görə 12 il 8 ay 19 gün) işləmiş, ##.##.2024-cü il tarixdə “xxxx” EİM Telemexanika İdarəetmə şöbəsinin * nömrəli sexinə “kapsul yükləyicisi” vəzifəsinə qəbul edilmişdir. X1 Alətləri Bazası tərəfindən verilmiş ##.##.1999-cu il tarixli ** nömrəli arayışında qeyd edilmişdir ki, “...İddiaçı ##.##.1996-##.##.1997-ci il tarixlərində X1 X5 təmir sexində açar (çalov) yağlayıcı və ##.##.1998-##.##.1999-cu il tarixlərində isə Metal boyama sexində metal boru (məmulatları) laklayıcı peşələrində işləmişdir. İddiaçı işlədiyi Metal təmir sexində açar (çalov) yağlayıcı peşəsi üzrə gördüyü işlər-metal borulara bərkidilmiş açarların (çalovların) yağlanmasından və metal boyama sexində metal boru (məmulatları) laklayıcı üzrə gördüyü işlər-metal boruların (məmulatların) eboksidlə laklanrnasından ibarətdir, işlədiyi müddətdə hər iki peşə üzrə zərərli iş stajı olaraq aylıq əmək haqqısına 12 % və məzuniyyət gününə isə 2 təqvim günü əlavə olunmuşdur. Belə ki, İddiaçı işlədiyi Metal təmir sexində açar (çalov) yağlayıcı və metal boru (məmulatları) laklayıcı peşələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.1993-cü il tarixli *** №-li Qərarla təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraiti xüsusi ilə zərərli və xüsusi ilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin * nömrəli Siyahısı”nın XIV. Metal emalı bölməsinin 1. Tökmə istehsalatı bəndinin a) fəhlələr: 21-ci abzasında qeyd edilən çilov yağlayıcılari (2150100a-15228) kodu ilə göstərilən və həmin bölmənin 12. Metal emalının digər peşələri bəndinin a) fəhlələr: 6-cı abzasında qeyd edilən 3cü sinif təhlükədən aşağı olmayan zərərli maddələri tətbiq etməklə, metal məmulatların laklanması ilə məşğul olan bütün adlarda laklayıcılar (2151200a-13328) peşələrinə uyğundur və güzəştli əmək pensiyası hüququ verir.” “Azərsilah” X8” Qapalı Səhmdar Cəmiyyəti “xxxx” Elmi İstehsalat Müəssisəsi Telemexanika İdarəetmə şöbəsi tərəfindən verilmiş ##.##.2024-cü il tarixli ***/**-*** nömrəli arayışda qeyd edilmişdir ki, “...İddiaçı ##.##.2011-ci il tarixdə Əli Bayramlı şəhər “Aqreqat İstehsalat Birliyi”nin “Telemexanika” zavodu (Hal-hazırda “Azərsilah” X8” QSC “xxxx” Elmi İstehsalat Müəssisəsinin Telemexanika İdarəetmə şöbəsi) * saylı sexinə “yığıcı" vəzifəsinə işə qəbul edilmişdir. ##.##.2011-ci il tarixdə “barıt yığıcısı” peşəsinə keçirilmişdir (əmr № **). ##.##.2021-ci il tarixdə “kapsul yükləyici” peşəsinə keçrilmişdir (əmr № ***). Hal-hazırda da həmin sexdə (yəni * saylı sexdə) IV dərəcəli “kapsul yükləyici” peşəsində çalışaraq əmək fəaliyyətindədir. İddiaçı ##.##.2011-ci il tarixdən hal-hazıradək olan illər arasındakı əmək fəaliyyəti dövrünün bütün olan illəri arasında topladığı iş stajı güzəştli əmək stajıdır. Belə ki, İddiaçı işlədiyi “yığıcı” “barıt yığıcısı” və “kapsul yükləyici” peşələri ağır əmək şəraiti olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2007-ci il tarixli ** saylı Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti xüsusi ilə zərərli və xüsusi ilə ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 9-cu “Partlayıcı, tezpartlayan maddələr, barıt və döyüş sursatının istehsalı” bölməsinin 9.7. Tərkibində 2-ci və 3-cü bəndlərdə göstərilmiş məhlullar olan hər növ döyüş sursatlarının, döyüş hissələrinin, bərk yanacaqla işləyən raket mühərriklərinin, yüngül istilik və mexaniki təsir nəticəsində tezalışan maddələrin, pirotexniki məmulatların yığılması, sökülməsi, təchiz edilməsi və təmiri: göstərilən istehsalatlarda yeni texnologiyanın işlənməsi zamanı texnoloji prosesdə və təmirlə tam iş günü ərzində məşğul olan rəhbərlər, mütəxəssislər və fəhlələr; həmin bölmədə qeyd edilmiş tam iş günü ərzində yeni partlayıcı maddələrin işlədilməsi zamanı təmirdə və texnoloji prossesdə, həmçinin hər növ partlayıcı maddələrin istehsalında məşğul olan fəhlələr göstəricisi ilə eynilik təşkil etməklə onun topladığı güzəştli əmək pensiyası hüququ verən əmək stajı 13 il 05 ay təşkil edir. Beləliklə, İddiaçı “yığıcı”, “barıt yığıcı” və “kapsul yükləyici” peşələri üzrə ##.##.2011-ci il tarixdən hal-hazıradək işləməklə ümumi iş stajı 13 il 05 ay, o cümlədən həmin əmək stajının bütün işlədiyi illəri zərərli və ağır iş stajı olmaqla 13 il 05 ay təşkil edir.” Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış ## #### 2025-ci il tarixli məktubda qeyd edilmişdir ki, “...Mərkəzi Filiala təqdim etdiyiniz # #### 1985-ci il tarixli ИТ-İ ******* nömrəli əmək kitabçanızda ##.##.1985-##.##.1988-ci il tarixləri arasındakı dövr ərzində Hacıqabul Mərkəzi Rayon Xəstəxanasında, ##.##.1996-##.##.1996-cı il və ##.##.1997-##.##.1999-cu il tarixləri arasındakı dövrlər ərzində isə X1 Alətləri zavodunda əmək fəaliyyəti ilə məşğul olduğunuz qeyd edilmişdir. Sözügedən əmək kitabçanızın 2-3-cü səhifələrindəki ##.##.1985-ci il və ##.##.1988ci il tarixlərinə aid qeydlər həmin tarixdə mövcud olmayan Azərbaycan Respublikasına aid möhürlə təsdiqlənmiş, həmçinin işə daxil olma və işdən çıxma ilə bağlı imza ilə təsdiq edilməmişdir. Bu səbəblərdən də, yuxarıda göstərilən dövrlərdə işləmiyinizə dair əmək kitabçanızdakı qeydlərin həqiqiliyinə əsaslı şübhələr yaranmışdır. Bununla əlaqədar, həmin dövrlərə dair məlumatların dəqiqləşdirilməsi üçün tərəfimizdən aidiyyəti üzrə sorğu göndərilmişdir. Müvafiq sorğumuza cavab olaraq Hacıqabul Mərkəzi Rayon Xəstəxanasının və X1 Alətləri xavodunun sənədlərinin Dövlət Arxivinə təhvil verilmədiyi bildirilmişdir. Göstərilən səbəblərdən də həmin dövrləri iş stajınıza daxil etmək mümkün deyil. Buna görə də, 59 yaşınızın tamamlandığı ## ###### 2024-cü il tarixinə ümumi iş stajınız 25 ildən az (21 il 18 gün (##.##.1983-##.##.1985-ci il, ##.##.1989-##.##.1993-cü il, 4 il 6 ay 10 gün kolxoz dövrü və ##.##.2006-cı il tarixindən sonra 13 il 6 ay) təşkil edir. Eyni zamanda, 55 yaşınızın tamamlanığı ## ###### 2020-ci il tarixinə güzəştli iş stajınız 10 ildan az (8 il 10 ay 12 gün (##.##.2011-##.##.2011-ci il və ##.##.2012-##.##.2020-ci il tarixləri arasındakı dövrlər)) təşkil edir.” Birinci instansiya məhkəməsində icraat və məhkəmənin gəldiyi nəticə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi və iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının ##.##.2022-ci il tarixdən “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən təyin edilməsi və həmin tarixdən hal-hazıradək ödənilməmiş pensiya məbləğinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 55 yaşının tam olduğu ##.##.2020-ci il tarixə ümumi iş stajı 22 il 03 ay 07 gün, zərərli iş stajı isə 12 il 07 ay 28 gün təşkil edir. “Əmək pensiyaları haqqında” Qanunun 9.1 və 9.8-ci maddələrinə əsasən, həmçinin pensiya kapitalı barədə tələbin aradan qaldırıldığı ##.##.2022-ci il tarixdən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməlidir. Cavabdehin etirazları: İddiaya etiraz onunla əsaslandırılmışdır ki, “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinin ##.##.2022-ci il tarixdən qüvvədə olan redaksiyasının qadınlara münasibətdə mövcud olan tələbləri və onların hazırki işə tətbiqi - yaş tələbi (##.##.2022-ci il tarixdən etibarən 59 yaş hər il 6 ay artırılmaqla-hazırda 59 yaş), ümumi iş stajı (25 il), güzəştli iş stajı (10 il). İddiaçı ##.##.1965-ci il təvəllüdlüdür və 55 yaşı ##.##.2020-ci il tarixdə, 59 yaşı isə ##.##.2024-cü il tarixdə tamam olmuşdur. İddiaçının Mərkəzi Filiala təqdim etdiyi # #### 1985-ci il tarixli MT-İ ******* nömrəli əmək kitabçasında onun ##.##.1996-##.##.1999-cu il tarixlər arasındakı dövrlər ərzində X1 Alətləri zavodunda əmək fəaliyyəti ilə məşğul olduğu qeyd edilmişdir. Əmək kitabçasındakı həmin qeydlərin həqiqiliyinə əsaslı şübhələr yarandığından həmin dövrə dair məlumatların dəqiqləşdirilməsi üçün aidiyyəti üzrə sorğu göndərilmişdir. Müvafiq sorğuya cavab olaraq, X1 Alətləri zavodunun sənədlərinin Dövlət Arxivinə təhvil verilmədiyi bildirilmişdir. Həmçinin, araşdırma zamanı iddiaçının ##.##.2021-##.##.2022-ci il tarixlər arasındakı dövr ərzində fərdi hesabının sığorta hissəsində məcburi dövlət sosial sığorta haqları üzrə pensiya sığorta kapitalının qeydə alınmadığı müəyyən edilmişdir. Göstərilən səbəblərdən də həmin dövrləri iddiaçının iş stajına daxil etmək mümkün deyil. Buna görə də, iddiaçının ##.##.2024-cü il tarixədək ümumi iş stajı 22 il 6 ay (##.##.2006-cı il tarixədək 10 il 4 ay (##.##.1983- ##.##.1985ci il (əyani təhsil aldığı dövr), ##.##.1986-##.##.1993-cü il tarixlər arasındakı dövrlər və 4 il 6 ay 10 gün kolxozda işlədiyi dövr), həmin tarixdən sonra 12 il 2 ay) təşkil edir. İddiaçının güzəştli iş stajı isə ##.##.2024-cü il tarixədək 12 il 8 ay 22 gün (##.##.2011- ##.##.2011-ci il, ##.##.2012 ##.##.2021-ci il və ##.##.2022-##.##.2024-cü il tarixləri arasındakı dövrlər) təşkil edir. İddiaçının 59 yaşının tamam olduğu ##.##.2024-cü il tarixədək güzəştli iş stajı mövcud olsa da, ümumi iş stajı qanunla nəzərdə tutulan müddətdən (25 il) az olduğundan ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin etmək mümkün deyil. Şirvan İnzibati Məhkəməsinin ## #### 2026-cı il tarixli *-*(***)-****/**** saylı qərarı (hakim Hilal Nəcəfov) ilə iddia təmin edilmiş, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının ##.##.2022-ci il tarixdən “Əmək pensiyaları haqqında” Qanununun 9.1-ci maddəsinə əsasən təyin edilməsi və həmin tarixdən hal-hazıradək ödənilməmiş pensiya məbləğinin ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur. Həmin qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat: Şirvan Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının ##.##.2026-cı il tarixli 2-1(3-9)- 310/2026-cı il tarixli qərardadı ilə iddiaçının “59 yaşdan, yəni ##.##.2024-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməmiş pensiya məbləğinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması”na dair iddianın dəyişdirilməsi barədə ərizəsi icraata qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayətinin dəlilləri etirazın dəlilləri ilə eynilik təşkil edir. Apellyasiya şikayətinə dair etiraz: Apellyasiya şikayətinə etiraz iddianın dəlilləri ilə eynilik təşkil edir. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Şirvan Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının ##.##.2026-cı il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə icraatı iştirakçılarının izahatları və prosessual məsələlər: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.1-ci maddəsinə əsasən bu Məcəllənin 16.3-cü maddəsində nəzərdə tutulmuş hallar (yazılı icraat) istisna edilməklə, məhkəmə tərəfindən mübahisəyə şifahi məhkəmə baxışı (şifahi dinləmələr) qaydasında baxılır. Cavabdehin nümayəndəsi apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, Şirvan İnzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli *-*(***)-****/**** nömrəli qərarının ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. İddiaçı apellyasiya şikayətini qəbul etməyərək, bildirdi ki, 59 yaşının tam olduğu ##.##.2024-cü il tarixə ümumi iş stajı 25 ildən çox, zərərli iş stajı isə 12 il 07 ay 28 gün təşkil edir. Bu səbəbdən ona “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən 59 yaşdan, yəni ##.##.2024-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməli və ödənilməmiş pensiya məbləği ödənilməlidir. Sonda İddiaçı apellyasiya şikayətinin təmin edilməməsini və iddianın təmin edilməsini xahiş etdi. Tətbiq edilən hüquq: “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 7. Yaşa görə əmək pensiyasının təyin edilməsi şərtləri 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il ####un #-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il ####un #-dən başlayaraq 2021-ci il ####un #-dək, qadınların yaş həddi 2017-ci il ####un #dən başlayaraq 2027-ci il ####un #-dək hər il 6 ay artırılır. Maddə 9. Güzəştli şərtlərlə əmək pensiyası hüququ olan digər şəxslər 9.1. Axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Maddə 21. Sığorta stajına daxil edilən iş və ya digər fəaliyyət müddətləri ... 21.2. Sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, aşağıdakı müddətlər daxil edilir: ... 21.2.3. müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il ######ın #-dək keçmiş SSRİnin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) və müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olduğu müddət, müvafiq icra hakimiyyəti orqanlarında və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət müddəti; “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunu (2007-ci il # #### tarixli, 260-İİİQD nömrəli Qanuna əsasən qüvvədən düşmüşdür): Maddə 69. İş stajının təsdiq edilməsi qaydası İş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 1992-ci il tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamə” (Nazirlər Kabinetinin ## ######## 2006-cı il tarixli *** saylı qərarı ilə qüvvədən düşmüşdür)

3. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## #### 1993-cü il tarixli, *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin * nömrəli Siyahısı”: 21500000-XIV.Metal emalı 2150100a 15228-çalov yağlayıcıları ... 21512000-12.Metal emalının digər peşələri 2151200a-a)fəhlələr 2151200a 13328- 3-cü sinif təhlükədən aşağı olmayan zərərli maddələri tətbiq etməklə, metal məmulatların laknlanması ilə məşğul olan bütün adlarda laklayıcılar

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il ## ###### tarixli, ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı:

9. Partlayıcı, tezpartlayan maddələr, barıt və döyüş sursatının istehsalı 9.2. Sənaye partlayıcı maddələrini də daxil etməklə, partlayıcı maddələrin hazırlanması və işlənməsi tam iş günü ərzində yeni partlayıcı maddələrin işlədilməsi zamanı təmirdə və texnoloji prosesdə, həmçinin hər növ partlayıcı maddələrin istehsalında məşğul olan rəhbərlər, mütəxəssislər və fəhlələr 9.7. Tərkibində 2-ci və 3-cü bəndlərdə göstərilmiş məhlullar olan hər növ döyüş sursatlarının, döyüş hissələrinin, bərk yanacaqla işləyən raket mühərriklərinin, yüngül istilik və mexaniki təsir nəticəsində tezalışan maddələrin, pirotexniki məmulatların yığılması, sökülməsi, təchiz edilməsi və təmiri göstərilən istehsalatlarda yeni texnologiyanın işlənməsi zamanı texnoloji prosesdə və təmirlə tam iş günü ərzində məşğul olan rəhbərlər, mütəxəssislər və fəhlələr

“İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 19. Mötəbərlik prezumpsiyası 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır.

Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi və ona əsas olmuş səbəblər:

Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə kollegiyası tərəfləri dinləyərək, apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək, işin faktiki hallarını, sübutları və sadalanan hüquq normalarını nəzərə alaraq hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti təmin edilməməli, Şirvan İnzibati Məhkəməsinin ## #### 2026-cı il tarixli *-*(***)-****/**** nömrəli qərarı dəyişdirilməli və iddia təmin edilməlidir. Birinci instansiyası məhkəməsi iddianı təmin etmiş və gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinin dispozisiya şərtləri iddiaçıya münasibətdə ##.##.2022-ci il tarixdən ödənilir. İşin halları ilə müəyyən edildi ki, İddiaçı (bundan sonra - iddiaçı) ##.##.1965-ci il təvəllüdlüdür. İddiaçı 1983-cü ildə Azərbaycan SSR Səhiyyə Nazirliyinin Bakı * nömrəli tibbi məktəbinə daxil olmuş və ##.##.1985-ci ildə həmin məktəbi tibb bacısı ixtisası üzrə tam kursu bitirmişdir (1, 10 ay, 6 gün). Hacıqabul Rayon Dövlət Arxivi tərəfindən verilmiş ##.##.2024-cü il tarixli *-**-**RA/*- **/**** nömrəli arxiv arayışından görünür ki, iddiaçı 1988-1994-cü illərdə Hacıqabul rayonu “1 May” kolxozunda işləmişdir. Həmin dövrlər (1988-1994) üzrə minimum gün 180 gün olmuş, 1989-1994-cü illərə münasibətdə tam şəkildə yerinə yetirilmiş, 1988-ci ildə isə adam günü 63 gün olmuşdur. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, 1988-ci ildə sentyabr ayından əmək fəlaiyyəti olmuş, 1994-cü ilin isə oktyabr ayına kimi işləmişdir. Beləliklə, iddiaçının 1988-1994cü illərdə Hacıqabul rayonu “1 May” kolxozunda işlədiyi dövrlər üzrə əmək stajı 6 il 1 ay 4 gün. Seriya ИТ-İ ******* nömrəli əmək kitabçalarından görünür ki, iddiaçı 15.06-1985-ci il tarixdən ##.##.1988-ci il tarixə kimi Hacıqabul MRX Navahi kənd sahə xəstəxanasında “tibb bacısı” vəzifəsində (03 il 03 ay 04 gün), ##.##.1996-cı il tarixdən ##.##.1999-cu il tarixə kimi “X1 Alətlər Bazası”nda Metal təmir sexində “açar (çalov) yağlayıcı” və “X3”nda Metal təmir sexində “açar (çalov) yağlayıcı”, Metal boyama sexndə “metal boru (məmulatların) laklayıcısı vəsifəsində (03 il 05 ay 17 gün), ##.##.2011-ci il tarixdən ##.##.2024-cü il tarixə kimi Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi “Aqreqat” İstehsalat Birliyinin “Telemexanika” zavodunda “barıt yığıcısı” və “kapsul yükləyicisi” vəzifələrində (##.##.2021-##.##.2022 MDSS ödənilməmişdir, ona görə 12 il 8 ay 19 gün) işləmiş, ##.##.2024-cü il tarixdə “xxxx” EİM Telemexanika İdarəetmə şöbəsinin * nömrəli sexinə “kapsul yükləyicisi” vəzifəsinə qəbul edilmişdir. X1 Alətləri Bazası tərəfindən verilmiş ##.##.1999-cu il tarixli ** nömrəli arayışında qeyd edilmişdir ki, “...İddiaçı ##.##.1996-##.##.1997-ci il tarixlərində X1 X5 təmir sexində açar (çalov) yağlayıcı və ##.##.1998-##.##.1999-cu il tarixlərində isə Metal boyama sexində metal boru (məmulatları) laklayıcı peşələrində işləmişdir. İddiaçı işlədiyi Metal təmir sexində açar (çalov) yağlayıcı peşəsi üzrə gördüyü işlər-metal borulara bərkidilmiş açarların (çalovların) yağlanmasından və metal boyama sexində metal boru (məmulatları) laklayıcı üzrə gördüyü işlər-metal boruların (məmulatların) eboksidlə laklanrnasından ibarətdir, işlədiyi müddətdə hər iki peşə üzrə zərərli iş stajı olaraq aylıq əmək haqqısına 12 % və məzuniyyət gününə isə 2 təqvim günü əlavə olunmuşdur. Belə ki, İddiaçı işlədiyi Metal təmir sexində açar (çalov) yağlayıcı və metal boru (məmulatları) laklayıcı peşələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.1993-cü il tarixli *** №-li Qərarla təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraiti xüsusi ilə zərərli və xüsusi ilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin * nömrəli Siyahısı”nın XIV. Metal emalı bölməsinin 1. Tökmə istehsalatı bəndinin a) fəhlələr: 21-ci abzasında qeyd edilən çilov yağlayıcılari (2150100a-15228) kodu ilə göstərilən və həmin bölmənin 12. Metal emalının digər peşələri bəndinin a) fəhlələr: 6-cı abzasında qeyd edilən 3cü sinif təhlükədən aşağı olmayan zərərli maddələri tətbiq etməklə, metal məmulatların laklanması ilə məşğul olan bütün adlarda laklayıcılar (2151200a-13328) peşələrinə uyğundur və güzəştli əmək pensiyası hüququ verir.” “Azərsilah” X8” Qapalı Səhmdar Cəmiyyəti “xxxx” Elmi İstehsalat Müəssisəsi Telemexanika İdarəetmə şöbəsi tərəfindən verilmiş ##.##.2024-cü il tarixli ***/**-*** nömrəli arayışda qeyd edilmişdir ki, “...İddiaçı ##.##.2011-ci il tarixdə Əli Bayramlı şəhər “Aqreqat İstehsalat Birliyi”nin “Telemexanika” zavodu (Hal-hazırda “Azərsilah” X8” QSC “xxxx” Elmi İstehsalat Müəssisəsinin Telemexanika İdarəetmə şöbəsi) * saylı sexinə “yığıcı" vəzifəsinə işə qəbul edilmişdir. ##.##.2011-ci il tarixdə “barıt yığıcısı” peşəsinə keçirilmişdir (əmr № **). ##.##.2021-ci il tarixdə “kapsul yükləyici” peşəsinə keçrilmişdir (əmr № ***). Hal-hazırda da həmin sexdə (yəni * saylı sexdə) IV dərəcəli “kapsul yükləyici” peşəsində çalışaraq əmək fəaliyyətindədir. İddiaçı ##.##.2011-ci il tarixdən hal-hazıradək olan illər arasındakı əmək fəaliyyəti dövrünün bütün olan illəri arasında topladığı iş stajı güzəştli əmək stajıdır. Belə ki, İddiaçı işlədiyi “yığıcı” “barıt yığıcısı” və “kapsul yükləyici” peşələri ağır əmək şəraiti olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2007-ci il tarixli ** saylı Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti xüsusi ilə zərərli və xüsusi ilə ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 9-cu “Partlayıcı, tezpartlayan maddələr, barıt və döyüş sursatının istehsalı” bölməsinin 9.7. Tərkibində 2-ci və 3-cü bəndlərdə göstərilmiş məhlullar olan hər növ döyüş sursatlarının, döyüş hissələrinin, bərk yanacaqla işləyən raket mühərriklərinin, yüngül istilik və mexaniki təsir nəticəsində tezalışan maddələrin, pirotexniki məmulatların yığılması, sökülməsi, təchiz edilməsi və təmiri: göstərilən istehsalatlarda yeni texnologiyanın işlənməsi zamanı texnoloji prosesdə və təmirlə tam iş günü ərzində məşğul olan rəhbərlər, mütəxəssislər və fəhlələr; həmin bölmədə qeyd edilmiş tam iş günü ərzində yeni partlayıcı maddələrin işlədilməsi zamanı təmirdə və texnoloji prossesdə, həmçinin hər növ partlayıcı maddələrin istehsalında məşğul olan fəhlələr göstəricisi ilə eynilik təşkil etməklə onun topladığı güzəştli əmək pensiyası hüququ verən əmək stajı 13 il 05 ay təşkil edir. Beləliklə, İddiaçı “yığıcı”, “barıt yığıcı” və “kapsul yükləyici” peşələri üzrə ##.##.2011-ci il tarixdən hal-hazıradək işləməklə ümumi ış stajı 13 il 05 ay, o cümlədən həmin əmək stajının bütün işlədiyi illəri zərərli və ağır iş stajı olmaqla 13 il 05 ay təşkil edir.” Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq, bildirir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 7 və 9.1-ci maddələrinin qarşılıqlı təhlili onu deməyə əsas verir ki, qadınlara güzəşətli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün 29.06.22-ci il tarixdə 57 yaş 6 ay tələb olunurdu. İddiaçının isə həmin tarixdə qeyd edilən yaşı olmamışdır. Məhkəmə qeyd edilən halı nəzərə almamışdır. Kollegiya dəyişdirilmiş iddiaya və apellyasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il ## ##### tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi” Qaydasının 5.2-ci bəndinə əsasən # #### 2024-## #### 2025-cü illər üzrə pensiya üçün qadınların yaş həddi 64 yaşdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 7 və 9.1-ci maddələrinin qarşılıqlı təhlili onu deməyə əsas verir ki, qadınlara güzəşətli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün ##.##.2024-cü il tarixdə 59 yaş (5 il azaldılmaqla) tələb olunurdu. İddiaçının ##.##.2024-cü il tarixdə 59 yaşının olması və tələb olunan azı 10 il güzəştli iş stajının olması işin mübahisələndirilməyən halıdır. İşin araşdırılması ilə həmin hal məhkəmə tərəfindən də müəyyən edilmişdir. İşin cavabdeh tərəfindən mübahisələndirilən halı həmin tarixə iddiaçının ümumi iş stajının 25 il deyil, 22 il 6 ay (##.##.2006-cı il tarixədək 10 il 4 ay (##.##.1983-##.##.1985-ci il (əyani təhsil aldığı dövr), ##.##.1986-##.##.1993-cü il tarixlər arasındakı dövrlər və 4 il 6 ay 10 gün kolxozda işlədiyi dövr), həmin tarixdən sonra 12 il 2 ay) təşkil etməsidir. Göstərilənlər apellyasiya şikayətindən götürülmüşdür. Tərəflər arasında mübahisə təşkil edən ümumi is stajı ilə bağlı cavabdehi haqlı sayıb, onun tərəfindən apellyasiya şikayətində qeyd edilən illər adi qaydada hesablansa belə görülər ki, iddiaçının ##.##.2024-cü il tarixə az 25 il sığorta stajı var (apellyasiya şikayətində göstərilmişdir: ##.##.1983-##.##.1985-ci il təhsil aldığı dövr + ##.##.1986-##.##.1993-cü il tarixlər arasındakı dövrlər + 4 il 6 ay 10 gün kolxozda işlədiyi dövr). Həmin dövrlər 14 il 1 ay 28 gün (##.##.2006-cı il tarixədək) edir, apellyasiya şikayətində göstərilmiş: həmin tarixdən sonra 12 il 2 ay; 14 il 1 ay 28 gün + 12 il 2 ay = cəmi 26 il 3 ay 28 gün. Təbii ki, cavabdehin apellyasiya şikayətində göstərilənlərdən əlavə tərəflər arasında mübahisələndirilən ümumi iş stajının olub-olmaması məsələsi kollegiya tərəfindən araşdırılmış və müəyyən edilmişdir ki, iddiaçının ##.##.2024-cü il tarixə ümumi iş stajı 25 ildən artıqdır (##.##.2006-cı il tarixə 14 il 6 ay 20 gün + həmin tarixdən sonra azı 12 il). Həmin illər yuxarıda göstərilmişdir, yenidən təkrarlamağa lüzum yoxdur. İddiaçının əmək fəaliyyəti ilə bağlı məlumatlar əmək kitabçasında qeyd edilmiş, onların mötəbərliyini şübhə altına alan hər hansı bir hal müəyyən edilmir, qeyd edilən hal cavabdeh tərəfindən də sübuta yetirilməmiş, o cümlədən onun tərəfindən bununla bağlı məhkəməyə hər hansı bir sübut təqdim edilməmişdir. Cavabdeh lazımi sübutlara əsaslanmaqla əmək kitabçasındakı əmək fəaliyyəti barədə qeydlərin mötəbərliyini mübahisələndirə bilər. Bu halda, əmək kitabçasında göstərilən məlumatların həqiqiliyi ilə bağlı mübahisə yaranır. Belə mübahisə cavabdeh tərəfindən açıldığı üçün əmək kitabçasında göstərilən məlumatların həqiqəti əks etdirmədiyinə dair sübutları təqdim etmək vəzifəsi də cavabdehin üzərinə düşür. Çünki qanunvericiliyin normaları əmək kitabçasındakı məlumatların həqiqiliyinə dair prezumpsiyanı təsbit edir. Prezumpsiyadan istisnaya istinad edən tərəf isə öz bildirdiklərini sübut etmək yükü daşıyır. Yuxarıda qeyd olunanlar belə qənaətə gəlməyə əsas verir ki, iddiaçı tələb olunan 25 il ümumi sığorta stajını və 12 il 6 ay güzəştli iş stajını ##.##.2024-cü il tarixədək topladığından o, 59 yaşdan pensiya təyin edilməsi və ödənilməmiş pensiya məbləğinin ödənilməsi öhdəliyinin cavabdeh üzərinə qoyulmasını tələb etməkdə haqlıdır. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməli, iddia təmin edilərək, iddiaçıya 59 yaşdan, yəni ##.##.2024-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməmiş pensiya məbləğinin ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır.

Nəticəvi hissə:

Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

qərara aldı:

Apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin ## #### 2026-cı il tarixli *-*(***)-****/**** nömrəli qərarı dəyişdirilsin. İddia təmin edilsin. İddiaçı İddiaçı 59 yaşdan, yəni ##.##.2024-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməmiş pensiya məbləğinin ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Məhkəmə qərarından tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə (AZ 1025, Bakı şəhəri,Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar