Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 2-1(3-9)-311/2026 24.06.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyası hakimlər Hüseynov Fikrət Cilingir oğlu (sədrlik edən və məruzəçi), X1 və Quliyev Ceyhun Əmir oğlundan ibarət tərkibdə, Hüseynli Bülbül Düldül oğlunun katibliyi, iddiaçı İddiaçı iştirakı ilə, Şirvan Inzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti əsasında iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı qərarın ləğv edilməsi və əlilliyin müəyyən edilməsi tələbinə dair inzibati işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə Şirvan Inzibati Məhkəməsinə müraciət edərək, Tibbi-Sosial Ekspert Komissiyasının ##.##.2025-ci il tarixli *******0003 № li qərarının ləğv olunması, ##.##.2025-ci il tarixdən Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar 2 il müddətinə orqanizm funksiyalarının 65-80 faiz aralığında pozulması ilə bağlı əlilliyin təyin edilməsi barədə qərar qəbul edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Şirvan Inzibati Məhkəməsinin (hakim R.Quliyeva) ## ###### 2026-cı il tarixli, *- *(***)-****/**** nömrəli qərarı ilə iddia təmin edilmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, işin faktiki hallarından müəyyən olunur ki, ##.##.1996-cı il tarixdə “Ifadə olunmuş astenik sindromu ilə qapalı kəllə-beyin travmaların nəticələri.Funksiyanın az dərəcədə pozulması ilə sağ əlin və dirsək sinirinin III-IV barmaqların vətər bükücülərin zədələnməsinin nəticələri. Keçirilmiş sağ göz almanın görmə sinirinin nevritindən sonra vəziyyət” diaqnozu ilə müddətsiz Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar birinci dərəcə əlillik dərəcəsi təyin edilmişdir. Lakin daha sonra üçüncü şəxsin ərizəsi əsasında iddiaçının əlillik təyinatının yenidən araşdırılması ilə əlaqədar əyani müayinədən sonra ##.##.2025-ci il tarixdə ona əlilliyin təyin üçün “Kəllədaxili travmaların nəticələri, Keçirilmiş QKBT-nın nəticələri” diaqnozu ilə (Ağırlaşması Üzvi mənşəli şəxsiyyət pozuntusu, Psixi və davranış pozuntuları.Demensiya) Forma 88 göndərilməsinə nail olsa da, cavabdeh tərəfindən diaqnozun əlillik təyin etməməsi barədə qərar qəbul edilmişdir. Qərardan cavabdeh tərəfindən apellyasiya şikayəti verilmişdir. Işin halları Iddiаçı tələbini onunla əsaslandırmışdır ki, ona ilk dəfə ##.##.1996-cı il tarixdə birinci dərəcəli müddətsiz əlillik təyinatı aparılmışdır. Heç bir inzibati araşdırma aparılmadan onun birinci dərəcə əlilliyi 2024-cü ildə ləğv olunmuşdur. Əlilliyin bərpası üçün müraciət etsə də, ona ##.##.2025-ci il tarixdə imtina cavabı verilmişdir. Imtina cavabı ona ##.##.2025-ci il tarixdə TSEK-də sonuncu müayinəyə dair məlumatın verilməsi barədə internet səhifəsinə baxış keçirərkən məlum olmuşdur. Imtinanın səbəbi kimi ona təyin edilmiş diaqnozun əlillik əlaməti təyin etməməsi göstərilmişdir. Bu zaman imtinada yalnız “X2 Beyin Travmasının nəticələri. Bronxial astma, qarışıq forma, ağır gedişli ventiliyasiya pozuntusu” diaqnozu göstərilmişdir. Halbuki Lənkəran MRX-nin poliklinika şöbəsi tərəfindən ##.##.2025-ci il tarixdə tərtib edilmiş göndərişdə onun barəsində müəyyən olunmuş diaqnozla onun əlillik vəziyyəti təsdiq olunmuşdur. Ona görə də, cavabdeh inzibati orqanın imtinasını qanunsuz və əsassız hesab edir. Cavabdeh tərəfindən iddiaya qarşı etiraz dəlilləri təqdim edilməmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddianın təmin edilməməsini xahiş etmişdir. Şikayətin dəlilləri ondan ibarətdir ki, məhkəmə tərəfindən maddi hüquq normalarının tələbləri pozulmaqla qərar qəbul edilmişdir. Prosessual məsələlər Iddiaçı məhkəmə iclasına kənar şəxslərin köməyi ilə gətirilsə də, psixopatoloji durumu ilə əlaqədar işlə bağlı hər-hansı münasibət bildirmədi (bildirmək iqtidarında deyildir). Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə kollegiyası işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası iddia tələbinin mahiyyəti ilə bağlı aşağıdakıları qeyd edir. Iş materiallarına əlavə edilmiş: -Əlillik altsistemindən çıxarışdan görünür ki, iddiaçıya ##.##.1996-cı il tarixli qərarla Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar müddətsiz birinci dərəcə əlillik təyinatı aparılmışdır. Əlillik təyinatının aparılması üçün əsas meyar: 2.1.Birinci dərəcə əlillik=> Digər: Ifadə olunmuş astenik sindromu ilə qapalı kəllə-beyin travmaları nəticələri.Funksiyanın az dərəcədə pozulması ilə sağ əlin və dirsək sinirinin III-IV barmaqlar. -Əlillik təyinatlarının əsaslılığının müxtəlif risk qrupları (vətəndaş şikayəti) üzrə araşdırılması əsasında iddiaçı əyani müayinə olunmuş və ##.##.2024-cü il tarixli qərarla “Tam reabilitasiya olunması” qənaətinə gəlinmişdir. Iddiaçı həmin qərarı mübahisələndirməmiş, ##.##.2025-ci il tarixdə yeni tibbi göndəriş rəsmiləşdirilmiş, həmin göndəriş əsasında aparılmış qiymətləndirmə nəticəsində ##.##.2025-ci il tarixli qərarla “Diaqnoz əlillik əlaməti təyin etməməsi” əsası ilə təyinatdan imtina edilmişdir. Iddiaçı həmin qərarı mübahisələndirmişdir. -Lənkəran Rayon Mərkəzi Xəstəxanası tərəfindən tərtib olunmuş ##.##.2025-ci il tarixli J********SIL nömrəli tibbi göndərişdən müəyyən olunur ki, İddiaçı barəsində təyin olunmuş əsas diaqoz-Kəllədaxili travmaların nəticələri, Keçirilmiş QKBT-nın nəticələri (T90.5); Ağırlaşmalar-Üzvi mənşəli şəxssiyyət pozuntusu, Psixi və davranış pozuntuları.Demensiya (F-07.0); Kəskin ağrı, Ağrı sindromu (R52.0); Beyin damarlarının digər dəqiqləşdirilməmiş zədələnməsi, C6-fəqərə törəməsi xroniki beyin işemiyası (I67.8); Böyun şöbəsinin fəqərəarası disklərinin radikulopatiya ilə zədələnməsi, Diskogen beyin radikulyapatiyası C6-C7 fəqərəarası disk yırtığı xaric olunması əməliyyatından sonrakı vəziyyət ( M50.1); Hərəkətin və yerişin digər və dəqiqləşdirilməmiş pozulmaları, Funksiyanın pozulması (R26.8); Essensial (birincili) hipertenziya, Hiportoniya X yi II mərhələ (I10); Spondilyoz, Boyun fəqərəsi C1 deformasiya edici Spandilyoz (M47); Yuxarı ətrafların monoplegiyası, Sağ ulinar və medial sinirlərin postravmatik süst monoparezi (G83.2); ipertrofik çapıq, Posttravmatik çapıqlar ( L91.0);Xoşxassəli kəllədaxili hipertenziya, Kəllə daxili hipertenziya (G93.2) müəyyən olunmuşdur. -“Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” PHŞ tərəfindən təqdim olunmuş ##.##.2025-ci il tarixli **** nömrəli ekspert rəyinində qeyd olunur ki, Motivləşdirici hissə: Yoxlanılan şəxs İddiaçı hazırda “X3, Depressiv Daxilolmalarla, Demensiyanın Başlanması” (F07.0) aşkar olunur. Bunu inzibati iş materialları, anamnestik məlumatlar (döyüşlərdə kəllə beyin travması alması, baş ağrılarından və yaddaş zəifliyindən əziyyət çəkməsi, intihar cəhdinin olması, əsəbi olması, xarici qıcıqlara qarşı həssas olması, əsəb gərginlik anlarında özünə xəsarət yetirməsi, Azərbaycan Respublikası Əmək və Əhalnin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Ekspert Komissiyasında “Ifadə olunmuş astenik sindromu ilə qapalı kəllə-beyin travmaların nəticələri.Funksiyasının az dərəcədə pozulması ilə sağ əlin və dirsək sinirinin III-IV barmaqların vətər bükücülərin zədələnməsinin nəticəsi.Keçirilmiş sağ gözün almanın görmə sinirinin nevritindən sonrakı vəziyyət” diaqnozu ilə birinci dərəcəli əlil hesab olunması, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixatriya Xəstəxanası” da ##.##.2024-##.##.2024-cü il tarixlərdə “Kəskin X3 psixi və davranış pozuntuları”Demensiyanın başlanması) diaqnozu ilə həmin xəstəxanada stasionar müalicədə olması) və hal-hazırkı psixiatrik müayinənin nəticələri (zahirən narahat və gərgin olması, əhvali ruhiyyəsinin dəyişkən olması, emosional sferasının qeyri-stabil olması və s) sübut edir. Yekun hissə: Yoxlanılan şəxs İddiaçı hazırda “Üzvi şəxsiyyət pozuntusu, depressiv daxilolmalarla, demensiyanın başlanması” aşkar olunur. Yoxlanılan şəxs İddiaçı hazırda “X3, depressiv daxilolmalarla, demensiyanın başlanması” aşkar olunur. Qeyd edilməlidir ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin ## ### 2022-ci il tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 7.6.2.2-ci bəndində öz əksini tapan “məqsədyönlü fəaliyyət qabiliyyətinin azalmasına, təfəkkürdə nəzərəçarpan dəyişikliklərə (müfəsəllik, rigidlik, ləngimə), davranışın pozulmasına (impulsivlik, şəxsi gigiyenaya qarşı laqeydlik, maraqların ləngiməsi) səbəb olan 2 il müddətində müşahidə edilən ağır, müalicəyə rezistent simptomlar və ya tez-tez kəskinləşən psixotik epizodlar və ya dekompensasiyalar (2 ildən az olmayaraq); təkrarlanan aqresiv davranış və ya intihar cəhdləri səbəbindən daimi müşahidə zərurəti” diaqnozu üzrə orqanizmin funksiyalarının pozulması dərəcəsi 65-80% müəyyən edilməklə, 2 il müddətinə əlillik təyinatının aparılmasına əsas verir. Odur ki, iddiaçının orqanizmində olan psixopatoloji pozuntular iş materiallarında mövcud olan ixtisaslaşmış müalicə müəssisələrinin təqdim etdiyi sənədlərlə, həmçinin ekspert rəyi ilə öz təsdiqini tapmaqla, diaqnozun yuxarıda qeyd olunan meyarların müvafiq koduna uyğun olması müəyyən edilmişdir ki, bu hal cavabdeh orqanın imtinasının əsassız olması qənaətinə gəlməyə əsas verir. “Inzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: -17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. -24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun:- -3.1-ci maddəsinə əsasən şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. -3.2-ci maddəsinə əsasən əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. -3.3-cü maddəsinə əsasən şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. -3.3-1-ci maddəsinə əsasən maddəsinə əsasən əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. -3.4-cü maddəsinə əsasən əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. -4.3-cü maddəsinə əsasən əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “Inzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. -6.4-cü maddəsinə əsasən əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il ## ###### tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın: -1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. -1.5. Şəxsin əlilliyi aşağıdakı səbəblərdən birinə əsasən müəyyən edilir: 1.5.1. ümumi səbəblərdən: 1.5.1.1. ümumi xəstəlik; 1.5.1.2. istehsalat zədəsi; 1.5.1.3. peşə xəstəliyi; 1.5.1.4. Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar; 1.5.1.5. hərbi xidmət dövrü ilə əlaqədar; 1.5.1.6. hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar; 1.5.1.7. terror hadisəsi ilə əlaqədar; 1.5.2. xüsusi səbəblərdən: 1.5.2.1. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar; 1.5.2.2. 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar; 1.5.2.3. hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar; 1.5.2.4. Çernobıl AES-də hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar. Beləliklə məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi və gəldiyi nəticə ilə razılaşır və belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 81-82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Şirvan Inzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(3-9)-311/2026
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-9)-311/2026
24.06.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver