Məhkəmə qərarları › İş №2-1(3-9)-312/2026

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(3-9)-312/2026

14.05.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Şirvan şəhəri İş № 2-1(3-9)-312/2026 14.05.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspetiza və Reabilitasiya Agentliyi X3rşı iş üzrə QƏRARDADİ (Açar sözlər: əlilliyin ləğv edildiyi tarixdən bərpa edilməsi, iddia müddəti) Şirvan Apellyasiya Məhkəməsinin İnzibati kollegiyası, hakimlər Quliyev Ceyhun Əmir oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Fikrət Cilingir oğlu və Sadıqov Mirlətif Süleyman oğlundan ibarət tərkibdə, Rzayev Rüfət İlham oğlunun katibliyi, iddiaçı İddiaçı, cavabdehin nümayəndəsi X5 iştirakları ilə, İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspetiza və Reabilitasiya Agentliyi X3rşı “qərarın ləğv edilməsi və əlilliyin bərpa edilməsi” barədə iddia tələbinə dair inzibati iş üzrə Şirvan İnzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli *-*(***)-****/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İşin halları: “Əlillik” altsistemində olan məlumatlardan görünür ki, İddiaçı (bundan sonra - iddiaçı) ##.##.2003-cü il tarixdə X10: XX sinif-Xəstələnmənin və ölümün xarici səbəbləri=>Y35-Y36- Qanunla nəzərdə tutulmuş hərəkətlər və hərbi əməliyyatlar =>Y36-Hərbi əməliyyatlar=>Y36.2- Hərbi əməliyyatlar nəticəsində digər...Diaqnozun mətni: Sağ bazunun aşağı 1/3-nin dəlib keçən qəlpə yarasından sonrakı qalıq əlamətləri. Sol bazunun sümüyünün düzgün bitişməyən sınığı, dirsək oynağının ankilozu. Ətrafda kəskin funksiya pozğunluğu. (DSMF məlumatlarına əsasən), Meyar: 2.2 İkinci dərəcə əlillik =>Digər: Sağ bazunun aşağı 1/3-nin dəlib keçən qəlpə yarasından sonrakı qalıq əlamətləri. Sol bazunun sümüyünün düzgün bitişməyən sınığı, dirsək oynağının ankilozu xəstəliyi ilə bağlı Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya qurluşunun müdafiəsi ilə əlaqədar müddətsiz ikinci dərəcəli əlillik təyin edilmişdir. Masallı rayonu, Həsənli kənd sakini X4 ərizə ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət edərək, Masallı rayonunun Həsənli kəndində çoxsaylı insanlara saxta yollarla əlillik təyin edilməsini bildirmiş, ərizədə 82 şəxsin adı göstərilmiş və onlardan 77-ci sırada hazırkı iddiaçının adı göstərilmişdir. Agentlik tərəfindən iddiaçıya ##.##.2024-cü il tarixli *-**-*/*-Q-*****/**** saylı bildiriş ünvanlanaraq, ##.##.2024-cü il tarixdə əyani müayinəyə cəlb edilmişdir. Tibbi-sosial ekspert komissiyasının ##.##.2024-cü il tarixli *-**-*/*-*-****/**** saylı qərarında qeyd edilmişdir ki, “...Nazirlik tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X9 nəzarət, audit, monitorinq və təhlil departamenti tərəfindən mütəmadi olaraq əlilliyi olan şəxslərin təhlili aparılır. Sözügedən təhlil zamanı risk qrupuna aid edilən müddətli əlilliyi olan şəxslərin vaxtından əvvəl əyani müayinəyə, müddətsiz əlilliyi olan şəxslərin təkrar əyani müayinəyə cəlb olunaraq əlilliklərinin yenidən qiymətləndirilməsi zərurəti yaranmışdır. Nazirlər Kabinetinin 2020-ci il ## ###### tarixli ** nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 3.7-ci maddəsinə əsasən 5 (beş) nəfər vətəndaşın ünvanına ##.##.2024-cü il tarixinə əyani müayinəyə dəvət olunması haqqında sifarişli xəbərnaməli məktub göndərilmişdir. Agentliyin Tibbi-sosial ekspert komissiyası həmin vətənaşın tibbi-ekspert sənədlərini araşdırmış və aşağıdakıları müəyyən etmişdir: Masallı rayon sakini ##.##.1957-ci il təvəllüdlü İddiaçı ##.##.2003-cü il tarixində Tibbisosial ekspert komissiyası tərəfindən müayinə edilmiş və Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstiitusiya quruluşunun müdafiəsi ilə əlaqədar müddətsiz ikinci dərəcə əlillik təyinatı barədə qərar qəbul edilmişdir. Vətəndaş 3-17-4/2 Q-*****/**** saylı bildirişi əsasında əyani komissiyaya dəvət olunmuşdur. Əlillik təyinatlarının əsaslılığının müxtəlif risk qrupları üzrə araşdırılması əsasında əlavə əyani müayinə aparılaraq müəyyən olunmuşdur ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən ##.##.1994-cü il tarixli **/*** nömrəli xəstəlik haqqında şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə “Sol bazunun qəlpə yaralanması (26.04.94), bazu sümüyünün qeyri-düzgün bitişmiş sınığı. Sol dirsək oynağının fibroz aniklozu, ətrafın kəskin funksiya pozulması, laparatomiyadan sonrakı vəziyyət (26.04.94) diaqnozlu travmanın səbəb əlaqəsi “Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı sol yuxarı ətrafında hərəkət məhdudluğu və ağrıdan şikayətlənmişdir. Müayinə zamanı çəkisi 66 kq, boyu 176 sm, BKİ 22 müəyyənləşdirilmişdir. Baxış zamanı sol bazunun aşağı 1/3-də və sol qabırğaaltı nahiyədə çapıq, həmçinin total laparatomiya çapığı izlənilmiş, sol dirsək oynağında 170 dərəcə açma hərəkəti göstərilmişdir. Vətəndaş ekspertiza üçün əhəmiyyət kəsb edəcək heç bir instrumental müayinə və müalicə sənədi təqdim etməmişdir. Aparılan anamnestik və obyektiv müayinələrin nəticələrinə əsasən hal-hazırda əlillik təyinatına əsas verə biləcək heç bir patofunksional pozuntu aşkar olunmamışdır. Nəticədə Nazirlər Kabinetinin ##.##.2015-ci il tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə və Nazirlər Kabinetinin ## ### 2022-ci il tarixli *** nömrəlii qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq “Tam reabilitasiya olunması barədə” qərar qəbul edilmişdir.” Tibbi-sosial ekspert komissiyasının iddiaçının “Tam reabilitasiya olması barədə” qəbul etdiyi ##.##.2024-cü il tarixli qərar sistemə ##.##.2024-cü il tarixdə daxil edilmişdir. Agentlik tərəfindən iddiaçıya ünvanlanmış ##.##.2024 cü il tarixli *-**-*/*-M-*****/**** saylı məktubda qeyd edilmişdir ki, “...Siz ##.##.2024-cü il tarixdə Agentliyə əyani müayinəyə dəvət olunmusunuz. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar səbəbindən ##.##.2003-cü il tarixdə təyin edilmiş müddətsiz ikinci dərəcə əlilliyinizin ləğvi barədə qərar qəbul edilmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 71-73-cü maddələrinə əsasən barənizdə qəbul edilən qərardan 30 gün müddətində müvafiq şikayət instansiyasına və ya məhkəməyə şikayət vermək hüququnuz var. Qeyd: Qərarın mətni ilə e-sosial.az portalından öz şəxsi kabinetiniz vasitəsi ilə tanış ola bilərsiziniz.” Agentlik tərəfindən iddiaçıya ünvanlanmış ##.##.2024 cü il tarixli *-**-*/*-M-*****/**** saylı məktub sifarişli xəbərnamə ilə göndərilmiş və ##.##.2024-cü il tarixdə iddiaçı tərəfindən qəbul edilmişdir. Birinci instansiya məhkəməsində icraat və məhkəmənin gəldiyi nəticə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi və iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, “Tam reabilitasiya olunması” barədə qəbul edilmiş ##.##.2024cü il tarxli *******0002 saylı qərarın ləğv edilməsi, Azərbaycan Respublikasının ərazi bütövlüyünün və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar ##.##.2003-cü il tarixdə müddətsiz təyin edilmiş ikinci dərəcə əlilliyinin dayandırıldığı tarixdən bərpa edilməsi öhdəliyinin cavabdehə həvalə olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ona ##.##.2003-cü ildə müddətsiz ikinci dərəcəli əlillik təyin edilmişdir. Təyin edilmiş əlillik dərəcəsinə uyğun olaraq uzun illər pensiya almışdır. Cavabdeh barəsində qanunsuz olaraq “Tam reabilitasiya olunması” barədə qərar qəbul edərək, əlilliyini ləğv etmişdir. Hazırda da əlillik təyinatına əsas verən xəstəliyi mövcuddur. Cavabdehin etirazları: Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçının əlillik vəziyyətinə Masallı Rayon Mərkəzi Xəstəxanasının ##.##.2003-cü il tarixli göndərişi əsasında baxılmış və Diaqnozun mətni: Sağ bazunun aşağı 1/3-ni dəlib keçən qəlpə yarasından sonrakı qalıq əlamətləri. Sol bazu sümüyünün düzgün bitişməyən sınığı, dirsək oynağının ankilozu. Ətrafda kəskin funksiya pozğunluğu. Mərkəzə göndərilmənin/imtina edilmənin səbəbi: Tam reabilitasiya olması-Səbəb: Tam reabilitasiya olunması barədə qərar qəbul edilmişdir. Səbəbi ilə imtina verilmişdir. Şirvan İnzibati Məhkəməsinin ## ###### 2025-ci il tarixli *-*(***)-****/**** saylı qərarı (hakim Rəşidə Quliyeva) ilə iddia təmin edilmiş, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Cavabdeh X1 tərəfindən İddiaçı barəsində qəbul edilmiş “Tam reabilitasiya olunması barədə” *******0002 nömrəli ##.##.2024-cü il tarixli qərar ləğv edilmiş, İddiaçı “Azərbaycan Respublikasının ərazi bütövlüyünün və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar müddətsiz təyin edilmiş ikinci dərəcə əlilliyin dayandırıldığı tarixdən bərpa edilməsi barədə qərar qəbul edilməsi vəzifəsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Cavabdeh X1 üzərinə qoyulmuşdur.. Həmin qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayətinin dəlilləri iddiaya etirazın və Tibbi-sosial ekspert komissiyasının ##.##.2024-cü il tarixli *-**-*/*-*-****/**** saylı qərarının dəlilləri ilə eynilik təşkil edir. Əlavə olaraq qeyd olunmuşdur ki, mübahisələndirilən qərar üzrə iddia müddəti ötürülmüşdür. Apellyasiya şikayətinə etiraz: Apellyasiya şikayətinə etirazın dəlilləri iddianın dəlilləri ilə eynilik təşkil edir. Əlavə olaraq qeyd edilmişdir ki, başqa şəxsin əsassız şikayəti əsasında şəxs əyani müayinəyə cəlb edilə bilməz. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ##.##.2026-cı il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə icraatı iştirakçılarının izahatları və prosessual məsələlər: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 16.1-ci maddəsinə əsasən bu Məcəllənin 16.3-cü maddəsində nəzərdə tutulmuş hallar (yazılı icraat) istisna edilməklə, məhkəmə tərəfindən mübahisəyə şifahi məhkəmə baxışı (şifahi dinləmələr) qaydasında baxılır. Cavabdehin nümayəndəsi apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, əlavə olaraq bildirdi ki, iddiaçı tərəfindən mübahisələndirilən qərar üzrə iddia müddəti ötürülmüşdür. İddiaçı apellyasiya şikayətini qəbul etməyərək, bildirdi ki, əlilliyinin ləğv edilməsini ## ######## 2024-cü il tarixdə bilmişdir. Cavabdehin etdiyi hərəkətə görə küsmüş, bu səbəbdən də məhkəmədə iddia qaldırmamış, sonradan 2025-ci ilin oktyabr ayında məhkəmədə iddia qaldırmışdır. Xəstəliyi ilə bağlı sənədləri var. Sonda İddiaçı birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Tətbiq edilən hüquq: “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 2 . Qanunda istifadə olunmuş əsas anlayışlar 2.0. Bu Qanunda istifadə olunmuş əsas anlayışlar aşağıdakı mənalara malikdir: ... 2.0.2. inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; Maddə 73. İnzibati şikayətin verilməsi müddəti 73.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, şikayət inzibati aktın qüvvəyə mindiyi gündən 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində müvafiq şikayət instansiyasına verilir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 24. Prosessual müddətlərin bərpa olunması 24.4. Təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz. Maddə 32. Mübahisələndirmə haqqında iddia 32.1. Mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Maddə 35. İddianın mümkünlüyü 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 38. İddia müddəti 38.1. Mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Maddə 82. Mübahisə ilə bağlı işə şikayət üzrə yenidən baxılmasının hədləri Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 90. Kassasiya şikayəti vermək hüququ Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra - Ali Məhkəməyə) şikayət verilə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ##### 2015-ci il tarixli, * nömrəli qərarı Apellyasiya instansiyası məhkəməsinin mövqeyi və ona əsas olmuş səbəblər: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə kollegiyası proses iştirakçılarını dinləyərək, apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək, işin faktiki hallarını, sübutları və sadalanan hüquq normalarını nəzərə alaraq hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli və iddia mümkün sayılmamalıdır. Gəlinmiş nəticəni məhkəmə kollegiyası aşağıdakı kimi əsaslandırmağı məqsədə müvafiq hesab edir. İş materiallarında olan sənədlərlə müəyyən edildi ki, iddiaçıya ##.##.2003-cü il tarixdə müddətsiz ikinci dərəcəli əlillik təyin edilmişdir. Masallı rayonu, Həsənli kənd sakini X4 ərizə ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət edərək, Masallı rayonunun Həsənli kəndində çoxsaylı insanlara saxta yollarla əlillik təyin edilməsini bildirmiş, ərizədə 82 şəxsin adı göstərilmiş və onlardan 77-ci sırada hazırkı iddiaçının adı göstərilmişdir. Agentlik tərəfindən iddiaçıya ##.##.2024-cü il tarixli *-**-*/*-Q-*****/**** saylı bildiriş ünvanlanaraq, ##.##.2024-cü il tarixdə əyani müayinəyə cəlb edilmişdir. Tibbi-sosial ekspert komissiyasının qərarından görünür ki, iddiaçı ##.##.2024-cü il tarixdə əyani müayinə edilmiş və barəsində “Tam reabilitasiya olunması barədə” qərar qəbul edilmişdir.” Tibbi-sosial ekspert komissiyasının iddiaçının “Tam reabilitasiya olması barədə” qəbul etdiyi ##.##.2024-cü il tarixli qərar sistemə ##.##.2024-cü il tarixdə daxil edilmişdir. Agentlik tərəfindən iddiaçıya ünvanlanmış ##.##.2024 cü il tarixli *-**-*/*-M-*****/**** saylı məktubda ona Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar səbəbindən ##.##.2003-cü il tarixdə təyin edilmiş müddətsiz ikinci dərəcə əlilliyinin ləğvi barədə qərar qəbul edilməsi, qərarın mətni ilə e-sosial.az portalından öz şəxsi kabineti vasitəsi ilə tanış ola bilməsi bildirilmiş və “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 71-73-cü maddələrinə əsasən barənizdə qəbul edilən qərardan 30 gün müddətində müvafiq şikayət instansiyasına və ya məhkəməyə şikayət vermək hüququ izah edilmişdir. Agentlik tərəfindən iddiaçıya ünvanlanmış ##.##.2024 cü il tarixli *-**-*/*-M-*****/**** saylı məktub sifarişli xəbərnamə ilə göndərilmiş və ##.##.2024-cü il tarixdə iddiaçı tərəfindən qəbul edilmişdir. Bundan başqa, cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış ##.##.2024-cü il tarixli məktub ilə, eyni zamanda Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkillinin (ombudsmanın) Apartı tərəfindən ##.##.2024-cü il tarixli məktub ilə iddiaçıya ##.##.2003-cü il tarixdə təyin edilmiş müddətsiz ikinci dərəcə əlilliyin ləğvi barədə ##.##.2024-cü il tarixdən “Tam reabilitasiya olunması barədə” qərar qəbul edilməsi bildirilmişdir. Mübahisələndirilən qərar barədə iddiaçıya məlumat verilməsini təsdiq edən məktublar onun tərəfindən iddia ərizəsinə əlavə edilmiş, bununla bağlı cavabdeh tərəfindən də sifarişli xəbərnamə (səh. 44) məhkəməyə təqdim edilmişdir. İddiaçı da məhkəmə iclasında verdiyi izahatında əlilliyinin ləğv edilməsini ## ######## 2024-cü il tarixdə bildiyini qeyd etmişdir. Qeyd edilənlər onu deməyə əsas verir ki, iddiaçı onun müddətsiz əlilliyinin ləğv edilməsi ilə bağlı qəbul edilmiş “Tam reabilitasiya olması barədə” ##.##.2024-cü il tarixli qərardan ən geci ##.##.2024-cü il tarixdə məlumatlı olmuş, həmin qərarı mübahisələndirməmiş, sonradan 1 il keçdikdən sonra iddia ilə ##.##.2024-cü il tarixdə poçt vasitəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə kollegiyası bildirir ki, ##.##.2024-cü il tarixli qərar bütün əlamətlərinə görə bir inzibati aktdır və bu inzibati akt mübahisələndirilə bilmək kimi xüsusiyyətə malikdir. Lakin iddiaçı həmin inzibati aktı nə “İnzibati icraat haqqında” Qanunda müəyyən edilmiş müddətdə şikayət instansiyasında, nədə İPM-in 38.1-ci maddəsində göstərilmiş müddətdə məhkəmədə mübahisələndirməmiş, qanunvericilikdə təsbit edilmiş müddəti ötürmüşdür. İPM-in 24.4-cü maddəsinə əsasən təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz. Məhkəmə kollegiyası qeyd edir ki, həm qanunvericiliyin tələbinə, həm də formalaşmış məhkəmə təcrübəsinə əsasən istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəldilməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Odur ki, mübahisələndirilən qərarla bağlı iddiaçı tərəfindən şikayət vermə müddəti ötürüldüyündən iddia mümkün sayılmamalıdır. Oxşar işlər üzrə Ali Məhkəmənin İnzibati kollegiyasının ##.##.2025-ci il tarixli 2-1(102)- 2576/2025 və ##.##.2026-cı il tarixli *-*(***)-****/**** saylı qərarlarında mövqe eyni olmuşdur. Beləliklə, məhkəmə kollegiyası işin faktiki və hüquqi hallarını nəzərə alaraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli və iddia mümkün sayılmamalıdır. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti qismən təmin edilsin. Şirvan İnzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli *-*(***)-****/**** saylı qərarı ləğv edilsin. İddia mümkün sayılmasın. Qərardaddan tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 10 gün müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Qərardaddan şikayət verilmədiyi və ya inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən geri götürüldüyü halda, qərardad onun təqdim olunduğu gündən 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar