Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 2-1(3-9)-313/2026 24.06.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyası hakimlər Hüseynov Fikrət Cilingir oğlu (sədrlik edən və məruzəçi), X1 və Quliyev Ceyhun Əmir oğlundan ibarət tərkibdə, Hüseynli Bülbül Düldül oğlunun katibliyi, iddiaçı İddiaçı iştirakı ilə, Şirvan Inzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti əsasında iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı qərarın ləğv edilməsi və əlilliyin müəyyən edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə Şirvan Inzibati Məhkəməsinə müraciət edərək, Azərbaycan Dövlət Tibbi-Sosial Ekspertiza və X3-Sosial Ekspert Komissiyasının ##.##.2025-ci il tarixli *******00** nömrəli qərarının ləğv edilməsi, ##.##.2025-ci il tarixdən Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar orqanizm funksiyalarının 65- 80 faiz aralığında pozulması ilə əlaqədar 2 il müddətinə əlilliyin təyin edilməsi vəzifəsinin Agentliyin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Şirvan Inzibati Məhkəməsinin (hakim R.Quliyeva) ## ###### 2026-cı il tarixli, *- *(***)-****/**** nömrəli qərarı ilə iddia təmin edilmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, “Məhkəmə-Psixiatrik Ekspertiza Mərkəzi” PHŞ tərəfindən verilmiş ##.##.2026-cı il tarixli ** saylı ekspert rəyində yuxarıda qeyd edilən diaqnozu təkzib edən məlumat yer almamış,əksinə rəyin nəticə hissəsində qeyd olunmuşdur ki, İddiaçı Baş Beyinin üzvi xəstəliyi (döyüş travması) nəticəsində şəxsiyyət dəyişikliyi, davranış pozuntuları, tez-tez baş verən dekompensasiyalar, depressiv daxilolmalarla. Anamnezində intihar fikirləri (Psixi davranış pozuntularının beynəlxalq təsnifatının 10-cu baxışında kod-F07.0) müəyyən edilir. Sonuncu dəfə verilən ##.##.2025-ci il tarixli, *******00** nömrəli tibbi göndərişdə qeyd olunan əsas diaqnoz Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ### 2022-ci il tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarına dair Əsasnamə”nin yuxarıda qeyd eilən 7.6.2-2.ci bəndi üzrə orqanizmin funksiyalarının davamlı pozulmasının kliniki funksional xüsusiyyətlərinə uyğun gəlir. Qərardan cavabdeh tərəfindən apellyasiya şikayəti verilmişdir. Işin halları Iddiаçı tələbini onunla əsaslandırmışdır ki, 2012-ci ildə hərbi xidmətə çağırılmış, 2016-cı ildə aprel döyüşlərində yaralanmışdır. Həmin vaxtdan hal-hazıradək xəstəxanalarda müayinə və müalicələrdədir. ##.##.2018-ci il tarixdə **** nömrəli xəstəlik haqqında şəhadətnamə tərtib edilmiş və müəyyən edilmişdir ki, “mülayim dərəcədə ifadə olunmuş davamlı, uzunmüddətli posttravmatik stress pozuntusu” xəstəliyindən əziyyət çəkir. 2019-cu ildə ona ikinci qrup əlillik dərəcəsi verilmişdir. Həmin vaxtdan hazıradək tibb müəssisələrində müayinə və müalicə olunur. 2024-cü il tarixədək əlilliyi olmuş, növbəti qiymətləndirm nəticəsində əlillik təyinatından imtina edilmişdir. Cavabdehin iddiaya qarşı etiraz dəlilləri ondan ibarətdir ki, iddiaçının əlillik vəziyyətinə Ağdam RƏD-in ##.##.2025-ci il tarixli göndərişi əsasında baxılmış və Diaqnozun mətni: Üzvi mənşəli şəxsiyyət pozuntusu, Baş beyinin üzvi xəstəliyi (döyüş travması) nəticəsində şəxsiyyət dəyişikliyi, davranış pozuntuları, tez-tez baş verən dekompensasiyalar, depressiv daxilolmalarla.Anamnezində intihar fikirləri.Mərkəzə göndərilmənin/Imtina edilmənin səbəbi: Diaqnoz öz təsdiqini tapmaması-Səbəb: Diaqnoz öz təsdiqini tapmaması barədə qərar qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddianın təmin edilməməsini xahiş etmişdir. Şikayətin dəlilləri ondan ibarətdir ki, diaqnozun doğruluğunun müəyyən edilməsi heç də həmin şəxsə əlillik təyin edilməsinə əsas vermir. Məhkəmə tərəfindən maddi hüquq normalarının tələbləri pozulmaqla qərar qəbul edilmişdir. Prosessual məsələlər Iddiaçı birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə kollegiyası işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası iddia tələbinin mahiyyəti ilə bağlı aşağıdakıları qeyd edir. Iş materiallarına əlavə edilmiş: -Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən təqdim edilmiş ##.##.2018-ci il tarixdə **** nömrəli “xəstəlik haqqında şəhadətnamə”də iddiaçının orqanizmində olan patofunksional pozuntular “mülayim dərəcədə ifadə olunmuş davamlı, uzunmüddətli posttravmatik stress pozuntusu” kimi qeyd edilmiş, səbəb əlaqəsi “Azərbaycan Respublikasının müdafiəsi ilə zamanı alınmışdır” müəyyən edilmişdir. -Əlillik altsistemindən çıxarışdan görünür ki, ##.##.2019-cu il tarixli qərarla iddiaçıya “XBT F07. Baş beyinin xəstəliyi, zədələnməsi və ya disfunksiyasının nəticəsi. Epilepsiya tez-tez təkrarlanan (ayda azı 4 dəfə) tutmalarla və ya şəxsiyyətin nəzərçarpan dərəcədə dəyişilməsi ilə” diaqnozu ilə 5 il müddətinə II dərəcə əlillik təyin edilmiş, növbəti qiymətləndirmə nəticəsində ##.##.2025-ci il tarixli qərarla “Diaqnoz öz əksini tapmaması” səbəbi ilə əlillik təyinatından imtina edilmişdir. -Ağdam RƏD tərəfindən İddiaçı barəsində tərtib olunmuş S********EJX №-li, ##.##.2025-ci il tarixli forma 88 ilə sonuncu barəsində Üzvi mənşəli şəxsiyyət pozuntusu.Baş beyinin üzvii xəstəliyi (döyüş travması) nəticəsində şəxsiyyət dəyişikliyi, davranış pozuntuları, tez-tez baş verən dekompensasiyalar, depressiv daxilolmalarla.Anamnezində intihar fikirləri (F07.0) diaqnozu müəyyən olunmuşdur. -Məhkəmə-Psixiatrik Ekspertiza Mərkəzinin ##.##.2026-cı il tarixli ** saylı rəyin nəticə hissəsində qeyd olunmuşdur ki, İddiaçı Baş Beyinin üzvi xəstəliyi (döyüş travması) nəticəsində şəxsiyyət dəyişikliyi, davranış pozuntuları, tez-tez baş verən dekompensasiyalar, depressiv daxilolmalarla. Anamnezində intihar fikirləri (Psixi davranış pozuntularının beynəlxalq təsnifatının 10-cu baxışında kod-F07.0 ) müəyyən edilir. -“Respublika Psixiatriya Xəstəxanası” PHŞ-nin Həkim psixiatr komissiyasının ##.##.2024-cü il tarixli rəyində İddiaçı “Baş beyinin üzvi xəstəliyi (döyüş travması) nəticəsində şəxsiyyət dəyişikliyi, davranış pozuntuları, tez-tez baş verən dekompensasiyalar, depressiv daxilolmalarla. Anamnezində intihar fikirləri F07.0 müəyyən edilir. Qeyd edilməlidir ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin ## ### 2022-ci il tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 7.6.2.2-ci bəndində öz əksini tapan “məqsədyönlü fəaliyyət qabiliyyətinin azalmasına, təfəkkürdə nəzərəçarpan dəyişikliklərə (müfəssəllik, rigidlik, ləngimə), davranışın pozulmasına (impulsivlik, şəxsi gigiyenaya qarşı laqeydlik, maraqların ləngiməsi) səbəb olan 2 il müddətində müşahidə edilən ağır, müalicəyə rezistent simptomlar və ya tez-tez kəskinləşən psixotik epizodlar və ya dekompensasiyalar (2 ildən az olmayaraq); təkrarlanan aqresiv davranış və ya intihar cəhdləri səbəbindən daimi müşahidə zərurəti” diaqnozu üzrə orqanizmin funksiyalarının pozulması dərəcəsi 65-80% müəyyən edilməklə, 2 il müddətinə əlillik təyinatının aparılmasına əsas verir. Odur ki, iddiaçının orqanizmində olan psixopatoloji pozuntular iş materiallarında mövcud olan ixtisaslaşmış müalicə müəssisələrinin təqdim etdiyi sənədlərlə, həmçinin ekspert rəyi ilə öz təsdiqini tapmaqla, diaqnozun yuxarıda qeyd olunan meyarların müvafiq koduna uyğun olması müəyyən edilmişdir ki, bu hal cavabdeh orqanın imtinasının əsassız olması qənaətinə gəlməyə əsas verir. Kollegiya həmçinin əlilliyin səbəb əlaqəsi ilə bağlı qeyd edir ki, yuxarıda şərh olunan Müdafiə Nazirliyinin müvafiq komissiyasının tibbi sənədində diaqnozun səbəb əlaqəsinin müəyyən edilməsi, həmin diaqnozların müəyyən edilməsindən sonra uzun müddət keçməməsi, habelə ilkin əlillik təyinatının həmin səbəb əlaqəsi ilə aparılması, tibbi göndərişdə bu diaqnozdan əlavə digər xəstəliklərin qeyd edilməməsi və məhz həmin xəstəliyin qeyd edilməsi əlilliyin səbəb əlaqəsinin müəyyən edilməsi məqsədilə ayrıca ekspertizanın keçirilməsi zərurətini aradan qaldırır. Odur ki, iddiaçıya “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar” səbəb əlaqəsi ilə əlillik təyin edilməlidir. “Inzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: -17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. -24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun:- -3.1-ci maddəsinə əsasən şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. -3.2-ci maddəsinə əsasən əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. -3.3-cü maddəsinə əsasən şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. -3.3-1-ci maddəsinə əsasən maddəsinə əsasən əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. -3.4-cü maddəsinə əsasən əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. -4.3-cü maddəsinə əsasən əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “Inzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. -6.4-cü maddəsinə əsasən əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il ## ###### tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın: -1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. -1.5. Şəxsin əlilliyi aşağıdakı səbəblərdən birinə əsasən müəyyən edilir: 1.5.1. ümumi səbəblərdən: 1.5.1.1. ümumi xəstəlik; 1.5.1.2. istehsalat zədəsi; 1.5.1.3. peşə xəstəliyi; 1.5.1.4. Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar; 1.5.1.5. hərbi xidmət dövrü ilə əlaqədar; 1.5.1.6. hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar; 1.5.1.7. terror hadisəsi ilə əlaqədar; 1.5.2. xüsusi səbəblərdən: 1.5.2.1. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar; 1.5.2.2. 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar; 1.5.2.3. hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar; 1.5.2.4. Çernobıl AES-də hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar. Beləliklə məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi və gəldiyi nəticə ilə razılaşır və belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 81-82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Şirvan Inzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(3-9)-313/2026
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-9)-313/2026
24.06.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver